Adilə Nəzər – Ah eləmə ey könül

AH ELƏMƏ EY KÖNÜL

Ah eləmə ey könül, qəbul et “günahını”,
Dəli oldun, adətdir, dəlilər dağlanarlar.
Alnındakı tər deyil, silmək olmaz nəsibi,
Vüsalı istəyənlər ümidə bağlanarlar.

Bir izahı olmayan ehtiras var içində,
Gedirsən qaşa-qaça, gedirsən addım-addım.
Hamı puç olub gedir bu heçliklər köçündə,
Səndəki bu istəyin adını tapammadım.

Ağlama çarəsizcə, gedər gözünün fəri,
Gözləmə, səcdəyə get, Allah üzünə gülər.
Belə olub aşiqin günü Adəmdən bəri,
Gedən zamanla deyil, gəlsə duayla gələr.

Bu dünyada Haqq işıq, qaranlıqsa kölgədir,
Ömür boyu kölgələr işığına sürünər.
Ayrılıqda hər gecə islanan yanağına,
Gözünün bulağından neçə şeir süzülər.

Ah eləmə ey könül, qapın açılıb eşqə,
İnan ki könüllərin pisi qıfıllısıdır.
Gəlir o ilahi eşq cənnətdən keçə-keçə,
Hər nəfəsi budaqda gülün qımıltısıdır.

Müəllif: Adilə NƏZƏR

Filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir