Naibə Yusif – Yaman kövrəlmişəm…

Yaman kövrəlmişəm

Yaman kövrəlmişəm bu günlər, ana,
Oyan, həzin layla çal mənim üçün.
Uyuyum, səsinin sehrinə düşüm,
Oyan, həzin layla çal mənim üçün…

Sənin bənzərin var Aya, Günəşə,
Ocaqda qovrulan közə, atəşə,
Ana, sənsiz ruhum çat verən şüşə…
Oyan, həzin layla çal mənim üçün…

Axı gözüm həsrət çiçəyə, gülə,
Dönmüşəm çəmənsiz xarıbülbülə,
Dur, boya dünyamı bəyaz, ağ tülə,
Oyan, həzin layla çal mənim üçün…

Bir payız axşamı düşüb sorağa,
İsti qucaq açdın, ana, torpağa,
Qucduğun topağa ollam sadağa,
Oyan, həzin layla çal mənim üçün…

Bürüyüb dövrəmi zülmət, qaranlıq,
Sevinc üz döndərib, ömür viranlıq,
Qayıt həyatıma, qayıt bir anlıq,
Oyan, həzin layla çal mənim üçün…
05.08.2016

Müəllif: Naibə YUSİF

YNAİBƏ YUSİFİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir