QƏDİM OĞUZLARIN “UZ” SÖZÜNDƏN YARANMA DERİVATİVLƏRİ.

QƏDİM OĞUZLARIN “UZ” SÖZÜNDƏN YARANMA DERİVATİVLƏRİ
(DİLÇİLİKDƏN ETÜDLƏR )

Bəşər tarixinin yaranması haqqında polemik fikirlər biri-birini təkzib edərək nəticəsiz sonluq almışdır.Sonda onun insanlar tərəfindən dərkolunmayan, Tanrı qüvvəsi tərəfindən yarandığı qəbul edilmişdir.
Nitqin yaranması haqqında olan düşüncələr də mübahisəli və nəticəsiz olaraq qalmışdır.Yenə də Tanrı sirri…
Həqiqətən sözlərin Tanrı ilə əlaqəsi mütləqdir.Əgər biz bu fikirlərə idealizmdən fərqli olaraq metafizik nəzərlə baxsaq, sözlərin Tanrı tərəfindən yaranmasını deyil, məhz Tanrı adlarından sözlərin yaranması faktının təkzibolunmazlığını qəbul edərik.
Bütün dünya xalqlarının dillərində olan ilkin sözlərin hamısı eyniyyət təşkil edir.(FB səhifəmdə çoxsayda məqalələrimdə paralel müqayisəli şəkildə izahlar verilib)
Mövzuya keçək.Mənsub olduğumuz Qədim Oğuz xalqlarının adları da Ulu “Qa” Tanrısının adından yaranmadır.Qədim Oğuzlar (türklər) Tanrını göydə təsvir edirdilər.Əslində Tənqri sözü avropa alimlərinin tədqiqatlarından gələn termindir.Qğuz dil qrupunun dil sxemində C+C (samit+samit) yoxdur.Əslində bu “Tənqiri”dir.Yəni qədim tayfalar birləşən vaxt milli tolerantlıq xislətindən hər iki tayfanın tanrılarının adlarını yaşadırdılar.”Tən” (tan), Qiri (Qor) də “”qor”dan yaranmadır.Tanrının iki səsli “qa” adından yaranan “quz” sözündəki “z” cəmliyi bildirən səsdir.Sözün “ğ” samiti ilə başlanması dildə çətinlik yaratdığından dialektdə bir çox hallarda “o” protezası artırılaraq “quz” sözü “oğuz” formasını almışdır.Bəzi hallarda isə “quz” sözündən “ğ” samiti düşərək sait keçidi ilə “az, öz, uz, üz…” yeni sözdüzəldici söz komponentləri yaranmışdır.
Məqalədəki “uz” sözündən yəni tanrı adından yaranan sözlərə diqqət verək.
”Uzay” əsasən türklər “fəza, səma” mənasında işlədir.Yəni tanrının fəzada olması semantikasından yaranmadır.”Uzaq” sözü yəni göyün uzaqda olması məntiqindən yaranmşdır.
Bu gün türklər “uzaq” sözünə “uz” deyirlər.Qədim nağıllarımızda olan “Az getdi, uz getdi, dərə, təpə, düz getdi” deyimində bizlər “uz getdi” sözünü “üz getdi” işlətdiyimiz üçün bu sözün qədim mənasını tapa bilmirik.
”Uzun” sözü də məntiqi olaraq məsafəni bildirir.”Uzanmaq” sözü də “uzununa” sözündəndir.”Uzatmaq”da “uzun danışmaq” mənasındadır.”Azmaq” sözü də uzaqlaşmaq mənasındandır.”Azğın” yəni yolunu azmış.”Özgə” sözü də “uzaq” sözündən törəmədir.
”Üz” sözündən “üst, üstün” sözü yaranıb.”Uzlaşmaq”- yəni “üst-üstə düşmək”.
Hətta “üzmək” sözü də suyun üzündə qalmaq mənasındandır.
Qədim Oğuzların tanrı təsəvvürünə görə göy üzünü “uca” adlandırırdılar Türklərin işələtdiyi “yücə” sözü “uca” sözünün qədim formasıdır.”Yücə Tanrı” sözündəki “yücə-uca “ da “uz” sözünün derivatividir.Əslində dilimizdə olan “yüksək” ( dialektdə “yühsəh”) sözü də “üst” sözündəndir.
“Uc” sözü də predmetin ən uzaq nöqtəsini nəzərdə tutur.”Ucqar” sözü də buradandır.
”Uçmaq” sözü də məntiqi cəhətdən “uz” sözündəndir.Ölümdən sonra ruhun uçmasına nəzərən.”Uçmaq” sözünün oğuzlarda “cənnət” mənasında işlənməsi Tanrının məkanının “uz” da (səmada) olması təsəvvüründəndir.
Ən qədim insanların göy üzünü dairəvi, yumru şəkildə təsəvvür etməsi dildə yeni sözlərin yaranmasına təkan vermişdir. “Üz-yüz”-sifətin yumru formasından, “göz”ün də fizonomiyasının yumru olmasından adlanmadır.

“Üzük-yüzük”ün forması da məntiqidir.Maraqlıdır ki, “yüz” –“100” rəqəmindəki “0” işarəsi də “yumru” təsəvvüründən özünə nominasiya almışdır.Türklər ofislərdə ayaqyolunun qapısına “00”-“ yüznumara” yazırlar.
P.S. Həqiqətən də bu sözlərin yaşını necə bilmək olar?
Bir şey maraqlıdır ki, Tanrı insana bu yolu açıq qoyub.Sözün ilkin formasının tapılması çətin olsa da, dərkolunandır.Bu sözlərin də yaşını tapmaq çətindir.Ancaq nəticə məntiqi cəhətdən dərk olunandır və qəbulediləndir.
Görəsən professional (“professor” sözü də buradandır) dilçilər bu sözlərin açılışını akademik şəkildə nə vaxt mənbələşdirəcəklər?

DİLÇİLİKDƏN ETÜDLƏR

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir