Tərxan Paşazadə: – “Fəridi tam dəstəkləyirəm!”

Fəridi tam dəstəkləyirəm!

Vikipediyadakı mövcud vəziyyətlə bağlı müxtəlif dost-tanışla müzakirələrimdə də qeyd etdiyim kimi bir daha vurğulamağı zəruri hesab edirəm ki, Farid Pardashunas müvafiq mövzuda tam haqlıdır. O heç də şəhidlər üzərindən xal qazanmağa çalışmır.

Doğrudur, onun bir qrup vikipediyaçı ilə uzun illərdir çox ciddi problemləri var idi. Bəllidir ki, alverçiliklə məşğul olan müəyyən maraq qrupları AzVikini özlərinin gəlir mənbəyinə çeviriblər. Onlar orada özlərinə sərf etməyən və ya sifariş aldıqları bütün məqalələri silməklə, maraqlarına uyğun məqalələr yaratmaqla məşğuldurlar. Elə mənim də çox sayda məqaləmi siliblər. Konkret orada “at oynadırlar”. Gec-tez o problemi kökündən həll etmək lazım idi. Fərid uzun müddət idi ki, onlarla vuruşurdu. Sadəcə şəhid məqalələrinin silinməsi cəmiyyətin də diqqətini bu məsələyə yönəltdi.

İndi baxıram ki, Vikipediyaya ən çox zərər vuranların özləri da bir-bir bəyanat verib, özlərini süddən çıxmış ağ qaşıq kimi təqdim etməyə, Fəridi isə müxtlif üsullarla söyüb-təhqir etməyə, qaralamağa çalışırlar. Amma silinən məqalələrin bərpası üçün operativ olaraq hər hansısa addım atmayıblar! Özləri də bildirirlər ki, məqalələr tam konsensus olmadan silinib. Əgər elədirsə, o zaman istənilən inzibatçının o məqalələri qeyd-şərtsiz bərpa etməyə tam səlahiyyətləri çatır.

Fəridə qarşı əks-təbliğat aparmaqdansa, məqalələri bərpa etməyə cəhd göstərsəydilər, daha urvatlı olardılar. Hətta “Fərid Pərdəşünas” məqaləsini də bərpa etsəydilər, yüksək şüur və peşəkarlıq nümunəsi göstərmiş olardılar.

Heç kəs vikipediyaçılara nifrət yaratmır. Sadəcə AzVikini işğalçılardan təmizləmək lazımdır. Və təmizlənəcək!

Müəllif: Tərxan Paşazadə

Tərxan Paşazadənin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir