Səlim Babullaoğlu Leopold Sedar Senghor Beynəlxalq Akademiyasına həqiqi üzvü seçilib

Şair, esseist, tərcüməçi SƏLİM BABULLAOĞLU “ədəbi fəaliyyətinə və yaradıcı bioqrafiyasının məziyyətlərinə görə” Leopold Sedar Senghor Beynəlxalq Akademiyasının həqiqi üzvü seçilib və fəxri diplomla təltif olunub.

Akademiyanın www.accademiainternazionalesenghor.com ünvanlı saytında qurumun üzvləri siyahısında S.Babullaoğlunun da adı qeyd edilib.

Sözügedən təsisat Seneqal şairi, filosof və siyasətçisi, “Afrika ruhu” nəzəriyyəsinin banilərindən biri, XX əsr Afrika intellektuallarının və panafrikanizmin nüfuzlu nümayəndəsi, Seneqal və Maliyə rəhbərlik etmiş Leopold Sedar Senghorun adını daşıyır. Akademiyanın baş ofisi İtaliyanın Milan şəhərində yerləşir, rəhbəri professor Şeyk Tidian Qaydır. S.Babullaoğlunun namizədliyini Mihay Eminseku Akademiyasının prezidenti, Nobel Akademiyasının eksperti, tanınmış rumın şairi İon Deakonesku irəli sürüb. Diplomun təqdimat mərasimi 2025-ci ilin mayında baş tutacaq.  

S.Babullaoğlu bununla bağlı açıqlamasında qərarın 2023-cü ilin avqustunda verildiyini, ancaq özünün bu haqda məlumatsız olduğunu, xəbəri yaxın günlərdə aldığını deyib: “Əlbəttə ki, bu xəbərdən məmnunam. Cənab İon Deakoneskuya, onun təklifini dəstəkləyən adamlara, o cümlədən cənab Tidian Qaya təşəkkür edirəm”.

YAZARLAR olaraq, bu münasibətlə SƏLİM BABULLAOĞLUnu təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir