Nurlanə Cərullaqızı – Vicdan əzabı

Vicdan əzabı
(hekayə)
Zeynəb ailəsi ilə birgə İsmayıllının Talısdan kəndində yaşayırdı. Beş uşaqlı ailənin ən kiçiyi olan Zeynəb anadangəlmə tam görmə məhdudiyyətli idi.
Vəziyyətinə görə ondan utanan valideynləri tərəfindən nəinki təhsil almasına hətta, evdən kənara çıxmasına belə icazə verilməyən bu qız nəhayət, iki il əvvəl onların ard-arda ölməsi ilə yaşadığı iyirmi beş illik əsarətdən qurtulmuş, üç ay ididəki, bir daha geri dönməmək üzərə Bakıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zabrat qəsəbəsində yerləşən “görmə imkanları məhdud şəxslərin sosial reablitasyası” mərkəzinə gəlmişdi. O, burada , kompyuterdən səsli proqram vasitəsilə istifadə etməyi, əl işi və görmə imkanları məhdud insanların yazıb oxuya biləcəyi brayl əlifbasını öyrənirdi.Bundan əlavə Zeynəb həmdə, beyninin təhlil gücünü inkşaf etdirmək, və söz ehdiyatını artırmaq üçün mərkəzdəki kitabxanada səsli şəkildə kitab da dinləyirdi.
Yaz günü idi. Yeni-yeni yaşıllaşmaqda olan təbiət və çiçək açan ağacların ətrafa yaydığı xoş ətri yazın gəlişindən xəbər verirdi. Gözəl bir şənbə sabahı idi. Hava günəşli olsa da, həmişə olduğu kimi Bakıda yenə hirsli-hikkəli külək əsirdi. Zeynəb otağında yatmışdı. birdən Onun yeni aldığı səsli asistantla işləyən sensorlu mobil telefonunda 08:30-a qurduğu saatın zəngi çalındı .qız yuxudan oyanıb hazırlaşmışdı, ki, qapı döyüldü.
-Zeynəb, oyaqsan?
Bu Aytən idi.O,bir il idi ki,mərkəzdə asistent kimi çalışırdı.
-Hə, gəl Aytən gəl – deyə Zeynəb otağın qapısını açdı.
-Sabahın xeyir, olsun gözəl qız.Aytən Zeynəbdən dünən ayrılmagına baxmayaraq onu illərdir görmürmüş kimi qucaqlayıb üzündən öpdü. : .:
-Hər vaxtın xeyir, canım bacım.
-Necəsən? Zenəb mehriban səslə soruşdu:və cavab gözləmədən məni soruşsan,
-Əlayam, çünki sən gəldin – dedi:
-Yaxşı görək.
Aytən qızın yanaqlarını sıxdı. Sonrada, -Tez ol gəl yeməyə, – deyib otaqdan çıxdı.
2017 ci ildən fəaliyyət göstərən reablitasya mərkəzi iyirmi stasionar və 25 yarım stasionar olmaqla 45 nəfərə xidmət göstərirdi.Dörd mərtəbədən ibarət olan mərkəzdə yeməkxana,idman zalı,hovuz,tibb və massaj otağı, eləcədə görmə məhdudiyyətli şəxslərin ətrafla tanışlığı məqsədi ilə xüsusi olaraq hazırlanmış arientasya otağı və s, birinci mərtəbədə
Hər biri dörd nəfərlik olmaqla qızlar üçün nəzərdə tutulmuş iki otaq,musiqi,kompyuter,kitabxana,brayl tədris otağı və s, ikinci mərtəbədə
Hər biri üç nəfərlik olmaqla oğlanlar üçün dörd otaq,camaşırxana,stolüstü oyunlar otağı və s, üçüncü mərtəbədə müəllimlər üçün mətbəx və akt zalı isə dördüncü mərtəbədə yerləşir..
Səsli liftində fəaliyyət göstərdiyi mərkəzdə bütün mərtəbələr fasiləsiz istilik sistemi ilə təchiz olunmuş , dördüncü mərtəbə istisna olmaqla digər mərtəbələrin dəhlizinə, sakinlərin rahat hərəkət edə bilməsi üçün sarı rəngli xüsusi arientellər çəkilmiş, bütün otaqların qapısı üzərinə brayl əlifbası ilə yazılmış məlumatlandırıcı lövhələr yapışdırılmışdı. Mərkəzdə qalma müddəti isə üç aydan altı aya qədərdir.
Bir qədər sonra Zeynəb artıq yeməkxanada idi. Həftə sonu olduğu üçün sakinlərin çoxu evlərinə getmiş, mərkəzdə cəmi dörd nəfər qalmışdı. nuş olsun -Aytən yemək xanaya daxil oldu. Sakinlərdən biri təşəkgür mənasında başını tərpətdi.
-Bu gün işdən bir saatlığa icazə alacağam.Aytən bunu deyib Zeynəbin yanındakı boş stollardan birində oturdu.

-Niyə? Harasa gedəcəksən?- Zeynəb dərhal maraqlandı.
-Hə, mərkəzimizlə qonşu olan 18 yaşdan yuxarı şəxslərin qaldığı sosial sığınacağa gedəcəm. Aytən dedi:və əlavə etdi. Orada Xoşbəxt adlı kimsəsiz bir qadın var,ona baş çəkməyə.

Mən də gedə bilərəm? – Zeynəb Aytənin sözünü kəsdi.
-Sən? Aytən duruxdu:
-Hə, xahiş edirəm, Aytən. Zeynəb təkid etdi.
-Yaxşı, gedim müdirlə danışım, əgər icazə versə, səni apararam – deyib Aytən yeməkxanadan çıxdı.
Beş dəqiqə keçdi. Digər sakinlər kimi Zeynəb də yenəkxanadan çıxıb yavaş-yavaş dəhlizdə gəzinirdi. Bu zaman Aytən onu səslədi:
-Zeynəəəb, get hazırlaş, müdir icazə verdi.
-A! Nə Yaxşı-deyə Zeynəb sevincək otağına çıxdı.
15 dəqiqə keçdi. Zeynəblə Aytən iti addımlarla sığınacağn həyətinə daxil oldular. Girişdə onları, 30 yaşlarında, arıq, qısa boylu bir qadın .qarşıladı
-Salam, xoş gəlmisiniz.
-Salam, Natəvan, necəsən?
Aytən dilləndi:
-Çox pis – deyə Natəvan kövrək səslə cavab verdi.
Natəvan sığınacağın həm işçisi, həm də sakini idi.

-Niyə? – Aytən təəccübləndi:
-Niyəsini içəridə deyərəm. Bəs sən kimsən, gözəlim? -Natəvan yavaşca Zeynəbin çiyninə toxundu. -Salam, -Adım Zeynəbdir. reablitasya mərkəzinin sakiniyəm. Zeynəb sakit tərzdə cavab verdi:
-Lap yaxşı.Natəvan ilk dəfə gördüyü bu qızı mehribancasına qucaqlayıb danışmağa başladı:
-Bilirsən, mən valideynlərimi heç görməmişəm. Onlar məni hələ körpə uşaq ikən tərk ediblər.On səkkiz yaşıma qədər uşaq evində böyümüşəm. Orada mənim çoxlu görməyən dostlarım var idi. Sənin görən kimi onlar yadıma düşdü:
-Başa düşdüm-Zeynəb başını buladı. .Hər üçü həyətdə divar dibi qoyulmuş ağ rəngli skamyada oturub söhbət edən sığınacağın digər sakinlərinin yanından keçib binaya girdilər.
-Yəgin, Xoşbəxt xalanı görməyə gəlmisiniz.
Nətavan qəmli halda dedi:

-Onun vəziyyəti çox pisdir. Neçə gündür, demək olar ki, heç nə yemir.
-Doğrudan? Yazıq Xoşbəxt xala.
Aytən kövrəldi.
Natəvan Aytən ilə Zeynəbi Xoşbəxtin olduğu otağa ötürüb oradan uzaqlaşdı. Xoşbəxt dörd nəfərlik otaqdakı çarpayılardan birində əlləri yanında arxasıüstə uzanmışdı. Aytən onu görüncə gözlərinə inana bilmədi.
Sonuncu dəfə bir ay əvvəl gördüyü qadından indi əsər-əlamət qalmamışdı. Onun dolu bədəni şam kimi ərimiş, iri mavi gözləri çuxura düşmüş, üzü qırışmışdı.
-Xoşbəxt xala – Aytən kövrək halda onu səslədi.
-Aytən, sənsən qızım? – Xoşbəxt çətinliklə də olsa, gözlərini açıb xırıltılı səslə dilləndi.
-Hə, mənəm xala – Aytən cavab verdi.
-Nə yaxşı gəldin, səninlə də halallaşaram- qadın dedi:və əlavə etdi:- çünki, mən ölürəm qızım, son günlərimi, bəlkə də son saatlarımı yaşayıram.
-Canım xalam – bu sözlərdən sonra Aytən göz yaşlarını saxlaya bilmədi.
-Bəs bu qız kimdir? – Xoşbəxt yarı açılmış gözlərini indidə Aytənin sağında oturan Zeynəbə çevirdi.
-Bu, Zeynəbdir. Mənim işlədiyim reablitasya mərkəzinin sakini – deyə Aytən cavab verdi.
-Salam, Xoşbəxt xala. Mən də sizi ziyarətə gəlmişəm – Zeynəb mülayim səslə dedi.
-Yaxşı eləmisən qızım,- Xoşbəxt yenə eyni səs tonuyla dilləndi,- bilirsən, bir vaxtlar mənim də sənin kimigözləri görməyən bir qızım var idi. Əgər mən o günahsız körpəmin canına qıymasaydım, indi bu hala düşməzdim. -Ömürümdə adım kimi xoşbəxt keçərdi.
-Necə yəni? Başa düşmədim – Xoşbəxtin son sözləri Zeynəb kimi Aytəni də təəccübləndirdi. -Hə,qızım ikinizdə mənə diqqətlə qulaq asın çünkü, illərdr ürəyimdə gəzdirdiyim ,-,-, bu böyk sirrimi .indi yanlnız sizəaçacağam. Deyib Xoşbəxt ağır-ağır danışmağa başladı.. Hər şey otuz bir il əvvəl baş verdi. Biz Kəlbəcərin Otaqlı kəndində yaşayırdıq. Mən üç uşaqlı ailənin ən kiçiyi iki qardaşın bir bacısı idim. Qardaşlarım hərbi xidmətdən qaydan kimi evləndilər. Məni də on doqquz yaşımda öz sinif yoldaşıma ərə verdilər. Hər şey çox gözəl gedirdi. İki ay sonra hamilə olduğumu öyrəndim. Uşağı qucağıma alacağımm günü səbirsizliklə gözləyirdim. Nəhayət, gözlədiyim vaxt gəlib çatdı, bir oğlan, bir qız olmaqla iki əkiz uşağım dünyaya gəldi. Sevincimin həddi-hüdudu yox idi. Oğlum tam sağlam idi. Amma qızımın gözləri görmürdü. Bunu biləndə dünya başıma fırlandı. Məndən başqa hamı Allahın təqdirdir ” deyib bunula razılaşdı. Amma mən ömrümün ən gözəl illərini görməyən bir uşağa baxmaqla keçirmək istəmir, gecə-gündüz ondan xilas olmağın yollarını axtarırdım. -Beləcə üç ay keçdi. Bir gün evdə Heç kimin olmadığı bir vaxt yataq otağında uşaqları yatızdırırdım. Ağlıma qəfil bir fikir gəldi. Qızımı yatmış halda çarpayıdan götürüb üzü üstə xalçanın üzərinə qoydum. Sonra dəmir sandığın üzərinə yığılmış yorğan-döşəyi üstünə aşırıb otağdan çıxdım. Beş dəqiqə sonra geri qayıdanda o artıq ölmüşdü.
Xoşbəxt bu yerdə ağlamağa başladı. Bayaqdan onun hər kəlməsini diqqətlə dinləyən Aytənlə Zeynəb eşitdikləri qarşısında heyrətdən, yerlərindəcə donub qalmışdılar.. Zeynəbin ürəyində ona qarşı nifrət hissi yarandı. Qızın fikrindən bircə anlıq qadına nələrsə demək keçsə də onun indiki vəziyyətini nəzərə alıb tez də fikrini dəyişdi.

Heç kim yazıq balamın niyə öldüyünü bilmədi.

Xoşbəxt sözünə bir qədər ara verib yenidən davam etdi. Mən isə hər kəsin yanında saxda göz yaşları tökür, təklikdə isə gözləri görmədiyi üçün zərrə qədər də sevmədiyim övladımdan birdəfəlik canımı qurtardığım üçün sevinirdim. -Yerə-göyə sığmayan bu sevincimin üç ay sonra böyüyük bir facə ilə nəticələnəcəyini bilmədən, oğlum və ərimlə birgə heç bir şey olmamış kimi həyatıma davam edirdim. Ta ki 31 marta qədər. Həmin gün ermənilər Kəlbəcərə hücum etdilər. Onda bir il idi ki, Xocalı qətliamı baş vermişdi., neçə-neçə günahsız insan xüsusi amansızlıqla öldürülmüş, doğulub böyüdüyü dədə-baba torpağından, minbir əziyyətlə qurub yaratdığı yurd-yuvasından bircə gecənin içində pərən-pərən salınmışdı.biz, də tarixdə hələ misli görünməmiş bu faciənin bizimdə başımıza gətiriləcəyini bildiyimiz üçün məcburi kəndi tərk etməyi qərara aldıq. Mən artıq altı aylıq olan oğlumu sarı ipək yorğana büküb qucağıma aldıkdan sonra ərim və qayınanamla birgə, evdən çıxaraq kənd məkdəbinin qarşısında gözləyən avtobusun yanına gəldik. Ora çatanda isə dörd tərəfdən mühasirəyə düşdük. -Qana susamış cəlladlar qoca, cavan, qadın, uşaq demədən hamımıza atəş açmağa başladılar. -Kimi güllə bədəninə dəyən təki olduğu yerdəcə yıxılıb qalır, kimisə artıq dəlmə-deşik olmuş hündür ağacların və avtobusun arxasında gizlənərək özünü qorumağa çalışırdı. -Amma təəsüf ki, bu heç cür mümkün Olmurdu. -Düşmən bizə göz açmağa aman vermir, dayanmadan üstümüzə güllə yağdırırdı. -Həmin an başqa bir tük ürpədici hadisənində şahidi oldum. -Yerdə topa -topa qan gölməçələri yaranmışdı. Erməni əsgərləri həmin qanı suyla qarışdırıb yaralılara içirrirdilər. O gün bütün ailə üzvlərimi gözlərimin qarşısında vəhşicəsinə öldürdülər. Mən isə sağ qalan digər insanlara qoşularaq arxama belə baxmadan qaçmağa başladım. Yolda mənə və qucağımdakı yorğana baxıb gülən bir neçə erməni əsgəri ilə qarşılaşdım. Bir an əvvəl qaçıb canımı qurtarmaq istədiyim üçün buna o qədər də əhəmiyyət vermədim. Axır ki, çətinliklə də olsa, Murov dağını aşıb əsgərlərimiz olan tərəfə keçdik. Hamı kimi mən də sağ qaldığıma sevinirdim. Vaxt itirmədən oğlumu büküb qucağımda bərk-bərk tutduğum sarı ipək yorğanı yerə qoyub arasını açdım və o an indiyə qədər də unuda bilmədiyim dəhşətli bir vəziyyətlə qarşılaşdım. Uşaq yorğanın arasında yox idi. Sonra olanları isə xatırlamıram. Gözlərimi Bakıda xəstəxanaların birində açdım. Saçlarım bircə günün içində tamam ağarmışdı. O gündən bütün ömrüm “ruhi əsəb” dispanserində müalicə almaqla keçdi. Uşağı harada, nə vaxt itirdim bilmirəm, amma bildiyim iki şey var: birincisi, bunun günahımıncəzası olduğu bəli, mən allahın yaratdığı bir insanın yaşamaq haqqını əlindən aldım allahda məni bu çür cəzalandırdı. ; ikincisi, isə bu günahıma görə nə qədər ; vicdan əzabı çəkdiyimi. -Bunu bilin ki, bir insan üçün viçdan əzabı qanunun verəcəyi ən ağır cəzadan daha ağırdır.
-Xoşbəxt xala,- Xoşbəxtin danışıb qurtardığını görən Aytən sakit səslə müraciət etdi,- mən hər dəfə sənə baxanda gözlərinin dərinliyində anlaşılmaz 1 kədər görürdüm. Səbəbini soruşmaq istəsəm də ürək eləmir, bunu sənin kimsəsizliyinilə əlagələndirirdim. Sən demə, səbəb təkcə bu deyilmiş.
-Hə, qızım, hə – Xoşbəxt başını asda-asda tərpətdi.
Bir neçə saat keçdi. Axşam saatları idi. Reabilitasiya mərkəzində sakitlik hökm sürürdü. Zeynəb fikirli halda otağındauzanmışdı. O, hələ də gündüz eşitdiklərinin təsirindən çıxmağa çalışır, bir ananın sırf məhdudyyətli olaraq dünyaya gəldiyi üçün günahsız övladına qıyacaq qədər caniləşdiyinə heç cür inana bilmirdi, lakin qızcığaz bircə anlıq onu cismən öldürməsədə , 25 il ərzində məənən və ruhən öldürməyə çalışan valdeyinlərinin özünə qarşı etdiyi haqqsızlıqları düşünəndə nə qədər acı olsada bunun ola biləcəyini anladı. telefonunun bildiriş səsi onu müfəqqətidə olsa daldığı bu neqativ düşüncələrdən ayırdı.. Zeynəb telefonu əlinə götürdü. Ona Aytəndən yazılı vahatsapp mesajı gəlmişdi.qız səsli asistantım köməyi ilə mesajı oxumağa başladı: “salam, Zeynəb, bilirsən, nə olub? Bayaq Natəvan zəng vurmuşdu. Xoşbəxt xala bizdən 2 saat sonra, ölüb.Allah rəhmət eləsin!” Zeynəb mesaja cavab yazıb telefonu yerinə qoydu.

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir