Cəfər Cabbarlı – “Qız qalası” poeması

“Qız qalası” poeması . 1923-cü il

Poema ilk dəfə “Maarif və mədəniyyət” jurnalının 1923-cü il(№4,5) və 1924-cü il tarixli(№1,2,3,) saylarında çap olunub.Poemanın 2-ci hissəsini yazıçı həbsdə(1923) olarkən təkmilləşdirib.

Cəfər Cabbarlı “Qız qalası” poemasından parçalar

Quzğunun sahilində pək qocaman
Bir yapı, əski sirlər yuvası,
Sanki dalmış dərin düşüncələrə,
Duruyor sakitanə Qız qalası.
Bu yaxın keçmişin gözəl gəlini,
Baxıyor, sanki qəm büküb belini,
Qocalar tək həyatdan doymuş,
Baxıyor dövrəyə yarımuyumuş.
Hər yan altın bəzəkli şən yapılar,
Dirilik dörd yanında qaynamada.
Arxada bir gurultu, bir yenilik.
Öndə çapqın vaporlar oynamada.
Qara, yüksək, şubay buruqlardan
Neft atılqanları nöyüt sərpər.
Həp yarım milyon işçinin çəkici
Öylə çarpar ki, yer əsib titrər.
Gecə sahil boyunda seyr edəsən,
Gəzişirlər yığın-yığın qızlar;
Günəşin istiqanlı yavruları
Hərə bir canlı gül seçib izlər;
Oxşayıb güldürər, gülər, dinlər,
Söyləyər, yalvarar, deyər, inlər.
Hər tərəf başqa dürlü bir yenilik;
Hər tərəf sevgi, hər tərəf şənlik;
Dirilik tam gurultusilə özün
Göstərir sahilində bir dənizin.
O fəqət bunlara qoyarmı məhəl?
Yox, yox, o iştirakə pək tənbəl.
Görkəmindən düşündüyün sonsuz
Andırar sanki dərdli bir öksüz.
Unudulmuşmudur, ona darılar?
Əski elxanlılar çağınmı anar?
Kim bilir, söyləməz, qonuşmaz ki,
Qaynayan dirliyə uyuşmaz ki.
Dalmış o pək dərin xəyalə, durur,
Nələr, Allah, bu əski ev düşünür?!

ƏSAS ALTMIŞI ADLAMAQDIR

Rəşad MƏCİD – 61

ƏSAS ALTMIŞI ADLAMAQDIR

Son illərdə mənə elə gəlir ki, xüsusilə vəzifə, mənsəb sahibləri dostlarıma qarşı bir az ədalətsiz olmuşam, bircə addım atmadığım halda, özümə qarşı diqqət gözləmişəm. Beləcə, neçə dostdan uzaq durmuşam, bunu bir Allah bilir. Bu da xarakterdir, dəyişəsi deyil. Ancaq bu gün 70-ə çathaçatda artıq nə isə təmənnada olmağıma güman yeri qalmadığı bir vaxtda mehriban, diqqətcil tələbə yoldaşıma layiq olduğu ad günü təbrikini yazmağım, yəqin ki, kimsədə səmimiyətimə zərrəcə şübhə doğurmaz.
Jurnalistika fakültəsinin köhnə binasında hamı bir-birini yaxşı tanıyırdı. Çünki hamı özünü tez tanıtmaq həvəsində idi, filan qəzetdə işləyirəm, filan qədər məqaləm, şeirim çap olunub və sair və ilaxir. Bizim qrupun əksər istedadlı uşaqlarını rəhmətlik Qulu Xəlilov ilk dərs günündə, özü də haqlı olaraq qamçıladı; – bir neçə nəfərdən başqa jurnalistika sahəsində işləyən yox idi! Mən Zəngilandan gəlib neft sahəsində çalışırdım (çalışmağa fəhləlikdən başqa bir yer tapmaq olmurdu), cəlilabadlı İlham kolxozda hesabdar, qubalı Rahim konserv zavodunda nəzarətçi işləyirdi. İş yerimizi dedikcə kişinin başından alov qalxırdı sanki. Bu gün respublikamızın tanınmış jurnalisti Rövşən Binətlinin özünü komsomolçu kimi təqdim etməsi Qulu müəllimi lap hövsələdən çıxardı:

Ay, qızıldiş kamsamol, ay uşaqlar, Allah evinizi tiksin, niyə bu istedadlı uşaqların qarşısını kəsirsiniz, diplom almaq üçün gərək jurnalistika fakültəsinə girəydiniz, hə? Bura istedadlı adamların yeridi axı. Gedin hüquqa girin, müəllimliyə girin, dədənizin puluynan katib olun, prokuror olun! Görün nə qədər istedadın qarşısına keçmisiniz axı?!…
Hələ orta məktəbdə oxuyandan rayon qəzetində yazılarım çıxsa da, ən böyük arzum jurnalist olmaqdısa da, bu irad mənə çox təsir eləmişdi. Ona görə də tənəffüslərdə çox vaxt itirmirdim, evdə çatdırmadığımı fakültənin 3-cü mərtəbəsindəki boş otaqlarda tamamlamağa çalışırdım.
Tələbə yoldaşlarım, o cümlədən Rəşad Məcidlə də qısa salam-əleykümlərim elə o dövrdən başlamışdı. Bir də Zeynəb xalanın çayxanasında 2-3 sosiska (birini pişik ayağıma dolaşıb əlimdən alardı) ilə bir çaynik çayla nahar edəndə bu gursəsli tələbə yoldaşımızın adətən başda oturduğu, çox zamanda hesabı ödədiyi məclisə dəvət alsam da, oturmağa vaxt eləmirdim. Bu məclislərin birində Aqil Abbası başda gördüm, birində digər məşhur jurnalisti, başqa bir vaxt respublikada tanınmış adamla masalar qoşalaşar, stulların sayı artardı, səs-küy də çoxalardı. Mən isə yerində olmayan tələbə kimi özümə qapanardım. Bu şeiri də o vaxt yazmışam:
Yersiz görünməkdən qorxduğumdandır,
Hələ də yerimi tapa bilmirəm.
İllər keçdi, 525-ci qəzet fəaliyyətə başladı və doğrudan da maraqlı mətbu orqana çevrildi. Mən MTN orqanı olan, əslində sərhədlərimizdən yazan “Sərhəd” qəzetində məsul katib idim. Qəzetin hər bir əməkdaşı, o cümlədən redaktor, məsul katib sərhəd və müharibə bölgələrinə səfərlər edir, məqaləsini tamamlayan kimi dərhal ezamiyyət kağızını hazırlayardı. Hərbi müxbir kimi daha çox ermənilərin qaniçənliyindən, vəhşiliklərindən yazırdım. Bir gün zəng olundu ki, Xocalı faciəsi ilə bağlı müsabiqənin münsif heyətinə seçilmişəm. Şifrələnmiş 70-dən çox yazı oxudum, qiymətləndirdim, indi adını çəkmək istədiyim bir nəfərdən zəng gəldi, mənə yazısının adını və məzmununu bildirmək istədi, qəti surətdə haqsızlığa yol verməyəcəyimi bildirdim.
Müəyyən olunmuş vaxtda yazı müəllifləri və münsiflər bir zala toplaşdıq. Əsas təşkilatçılardan biri də Rəşad Məcid idi. O, çox mehribancasına dəvət etsə də, 7 nəfərlik münsifdə mənim soyadım qeyd olunmuş yanındakı stola əyləşmədim, zalda özümü daha rahat hiss edirəm, dedim. Fürsətdən istifadə edən bir jurnalist cəld özünü yuxarı saldı, mənə ayrılmış yeri tutub, adım yazılı lövhəni üzüqoylu çevirdi. Rəşad Məcidin səmimi təbəssümü zaldakıların, həm də mənim diqqətimdən qaçmadı. Bir azdan qızğın mübahisə getdi, kimsə birinci yerə layiq olduğunu iddia etməyə çalışdı. Biri lap irəli gedərək “kimdir axı Mahir Cavadlı ki, bizim yazılara o qiymət verə, mən belə bir jurnalist tanımıram”- dedi.
Onda Rəşad Məcid haqqımda xoş sözlər deyərək, bu qədər ağrılı yazını oxuyub qiymətləndirdiyimə görə minnətdarlığını bildirdi, məni zala təqdim elədi. Ayağa qalxanda o jurnalist pul kimi qızardı,- onun “Sərhəd” qəzetinə gətirdiyi yazıları yanındaca redaktə edir, qaçqın olduğu üçün yaxşı da qonorar yazırdım (baş redaktorumuz mərhum şair Ramiz Duyğun bir-iki dəfə qonorar cədvəli ilə dəqiqləşdirmə apardıqdan sonra bir daha bu məsələ ilə maraqlanmazdı).
Rəşad Məcidin təklifi ilə mükafata layiq görülmüş üç yazı oxundu və seçimin düzgün aparıldığına şübhə yeri qalmadı. Tədbiri yekunlaşdırıb çay süfrəsinə gedəndə gülümsəyərək atmaca da atdı: “Allah insaf versin, dedim gəl otur rəyasətdə, bilmirsən adamların əksəriyyəti yuxarı tribunalardan qorxur?”
Düz sözə qarşılıq heç nə deyə bilmədim. Rəşad Məcid həm məclisi ələ alaraq haqqı bərpa etmiş, həm də mənim pərtliyimi aradan götürmüş oldu. Belə situasiyalarda onun məharəti danılmazdır.
Bilərəkdən R.Məcidin şeirləri və mətbu yazıları haqqında fikirlərimi yazmıram, çünki onun qələmindən çıxan hər bir sətir, hər bir misra geniş müzakirəyə səbəb olur, haqqında ustad şairlər söz deyiblər, “Ulduz” jurnalının baş redaktoru istedadlı şair Qulu Ağsəsin şeir kitabına ön söz əvəzi yazdığı fikirləri ən azı təkrarlamaq üçün hər iki şairin fikir dəryasında üzməyi bacarmalısan.
Rəşad Məcid, demək olar ki, gündəlik sosial şəbəkə istifadəçisidir. Feysbuk paylaşımlarında, yazdığı şərhlərdə təkcə məsuliyyətini çiynində daşıdığı Mətbuat Şurasının, Yazıçılar Birliyinin mövqeyində dayanmır, dövlətin, dövlətçiliyin, azad və doğru sözün, müstəqil düşüncənin, saf məsləkin qoruyucusu kimi çıxış edir. Bilik və çoxillik təcrübəsi ilə mətbu orqanları, onları yönəldənləri düzgün fikirləri dolğun ifadələr fonunda oxucuya çatdırmağı tövsiyə edir, şok effekti yarada biləcək yanlış sərlövhələrlə ictimai rəyi çaşdırmamağa çağırır. Dünyanı düşündürən qlobal problemlərlə bağlı şərhləri də mətbuat başçısının sağlam bəşəri düşüncəyə malik olmasının ifadəsidir.
Avqustun 21-də yazıçı, şair, jurnalist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür. Tələbə yoldaşım, həmkarım, yazılarımı ən çox çap etdirdiyim qəzetin rəhbəri, üzvü olduğum AYB-nin məsul şəxsi, mətbuatımızın baş sözçüsü kimi Rəşad Məcidlə müəyyən tədbirlərdə qısa söhbətlərimiz olub, inanıram ki, bundan sonra da görüşməkdən çəkinməyəcəyik. Təmsil etdiyim Zəngilan rayonunun yaradıcı heyətinin Azərbaycan Yazıçılar Birliyi və yeni fəaliyyətə başlayan “Yeni Zəngilan” qəzeti ətrafında sıx birləşməsi naminə səylərimiz tezliklə səmərəsini verəcək.
Əsas 60 yaşı adlamaqdır, dəyərli Rəşad Məcid, ondan sonra qəti qorxusu yoxdur! Təbrik edirəm, xoş arzularla,

Mahir CAVADLI,
İstanbul.

Zaur Ustac – vətənpərvər şair

Zaur Ustac – vətənpərvər şair

Azərbaycan ədəbiyyatının zəngin xəzinəsində xüsusi yeri olan Zaur Ustac yalnız şair və yazıçı kimi deyil, həm də milli düşüncə daşıyıcısı, vətənpərvər bir ziyalı kimi tanınır. Onun yaradıcılığında Vətən sevgisi, milli kimlik, tarixi yaddaş və xalqın gələcəyi ilə bağlı düşüncələr əsas yer tutur.

Zaur Ustacın şeirlərində Vətən sadəcə coğrafi məkan deyil, həm də müqəddəs amal, ruhun dayağı, qürur mənbəyidir. O, Azərbaycan torpaqlarının hər qarışını, Qarabağın işıqlı gələcəyini, şəhidlərin qəhrəmanlığını poetik dillə tərənnüm edir. Şairin misralarında doğma yurdun dərdi də, sevinci də, həsrəti də, ümidləri də səmimi və ürəkləri titrədən bir üslubda əks olunur.

Ustacın poeziyası yalnız nostalji duyğularla məhdudlaşmır; o, eyni zamanda oxucunu düşünməyə, vətən üçün faydalı işlər görməyə, milli dəyərləri qorumağa səsləyir. Onun şeirlərində qəhrəmanlıqla yanaşı, çağırış da var – Vətənini sev, onu qoru, onun üçün yaşa!

Zaur Ustacın əsərlərində tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə xüsusi yer verilir. Bu da onun poeziyasını həm maarifçi, həm də milli ruhu gücləndirən bir mənbəyə çevirir. O, yazdıqları ilə təkcə bir sənətkar mövqeyi sərgiləmir, həm də bir vətəndaş mövqeyi nümayiş etdirir.

Bütün bunlar göstərir ki, Zaur Ustac sadəcə istedadlı bir şair deyil, həm də millətin ruhunu yaşadan, oxucularını Vətən sevgisinə səsləyən vətənpərvər bir sənətkardır. Onun poeziyası hər bir azərbaycanlının qəlbində milli qürur hissini gücləndirir, vətən torpağına bağlılığı möhkəmləndirir.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustaj – The “Book Man” of Azerbaijani Literature

Zaur Ustaj – The “Book Man” of Azerbaijani Literature

Zaur Ustaj, whose real surname is Ustac, is widely recognized as one of the most distinctive voices in contemporary Azerbaijani literature. Known as the “Book Man” (“Kitab Adam”), he has carved a special place for himself not only as a poet and writer but also as a cultural figure who embodies the timeless bond between man and book. His nickname reflects both his personal devotion to reading and writing, as well as his literary mission to preserve and enrich the cultural memory of Azerbaijan.

From an early age, Zaur Ustaj showed a deep affection for books. Growing up in a society where oral traditions, poetry, and literary gatherings held great value, he developed a natural inclination toward words and storytelling. This early fascination with literature shaped his creative path, leading him to embrace writing as a lifelong journey. The symbolic title “Book Man” was not just a label given to him; it was the result of years of dedication, study, and an unshakable love for the written word.

As a poet, Zaur Ustaj’s works often reflect a delicate balance between tradition and modernity. His verses carry the emotional depth and lyrical richness characteristic of Azerbaijani poetry, while at the same time addressing contemporary themes such as identity, cultural heritage, and the challenges of modern society. His writing demonstrates a unique ability to draw inspiration from the past while speaking directly to the present.

Beyond poetry, Ustaj has also made valuable contributions as a writer and publicist. His essays and articles highlight important social, cultural, and literary issues, bringing intellectual reflection into public discourse. Through his work, he positions literature not merely as an artistic pursuit but also as a tool of enlightenment and national identity.

What makes Zaur Ustaj especially notable in Azerbaijani literature is his identity as the “Book Man.” In this role, he symbolizes the inseparable relationship between human life and literature. To him, books are not only objects of knowledge but also companions, guides, and even sources of spiritual resilience. His image as the “Book Man” goes beyond personal identity—it stands as a metaphor for the enduring role of literature in shaping minds and hearts.

In conclusion, Zaur Ustaj is more than a poet or writer; he is a cultural emblem of the Azerbaijani literary tradition. His journey as the “Book Man” reflects an unbreakable devotion to books, creativity, and the intellectual heritage of his nation. Through his words and ideas, he continues to inspire readers, reminding them of the timeless power of literature in a rapidly changing world.

By: Leyla Mahirqızı,

Other articles by Leyla

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac haqqında

ZAUR USTAC HAQQINDA

(bioqrafik esse)

Zaur  Ustac müasir Azərbaycan şairi, yazıçısı və publisistidir. O, Azərbaycanda doğulmuş və ədəbiyyatla poeziyanın mühüm yer tutduğu mədəni mühitdə böyümüşdür. Erkən yaşlarından kitablara olan dərin marağı ona sonradan simvolik bir ad qazandırmışdır – “Kitab Adam”.

Yaradıcılıq fəaliyyəti ərzində Ustac ədəbi hərəkatlarda fəal iştirak etmiş, şeir, esse, nəsr və publisistik əsərlər yazmışdır. O, ənənəvi poeziya ruhunu müasir insan problemləri ilə birləşdirmək bacarığı ilə seçilir və əsərlərinə həm milli orijinallıq, həm də bəşəri dəyər qazandırır.


Əsas əsərləri

Onun ən məşhur əsərləri bunlardır:

  • “Oriyetir Ulduzu” – fəlsəfi və vətənpərvərlik mövzularını ehtiva edən povest.
  • “BB” – müasir həyatın sosial və psixoloji tərəflərini əks etdirən hekayə.
  • “A1” – balacalar üçün rəqəm və hərflərə aid şeirlər toplusu.
  • Çoxsaylı şeir topluları – məhəbbət, vətən, fəlsəfə və kimlik mövzularını əhatə edir.

Onun yazıları müxtəlif ədəbi jurnallarda və antologiyalarda dərc edilmiş, bu da onun mədəniyyət xadimi kimi mövqeyini daha da möhkəmləndirmişdir.


Ədəbi fəlsəfəsi

Zaur Ustacın ədəbi dünyagörüşünü üç əsas istiqamətdə ümumiləşdirmək olar:

  1. Kitablara və biliyə sevgi – onun üçün kitablar sadəcə məlumat mənbəyi deyil, insanlığın ruhunu daşıyan canlı varlıqlardır.
  2. Vətənpərvərlik və kimlik – əsərlərinin çoxunda Azərbaycan mədəniyyətinin qorunması, milli ləyaqət və tarixi yaddaş ön plana çəkilir.
  3. İnsanlıq və əxlaq – şeir və esselərində mərhəmət, ədalət və insanlığın mənəvi missiyası ilə bağlı suallar qoyulur.

Tanınma və mükafatlar

  • Ədəbi və mədəni xidmətlərinə görə “Qızıl qələm” mükafatı laureatıdır.
  • Azərbaycan ədəbi mühitində kitab və oxu mədəniyyətinin təbliğatçısı kimi tanınır.
  • Oxucular tərəfindən səmimiyyəti, aydın üslubu və fəlsəfi dərinliyi ilə yüksək qiymətləndirilir.

Nəticə

Qısası, Zaur Ustac yalnız şair və yazıçı deyil, həm də kitablarla yaşayan bir mütəfəkkirdir. “Kitab Adam” kimi tanınan müəllif, ənənə ilə müasirliyin qovşağında dayanaraq həm milli ruhu, həm də bəşəri dəyərləri ifadə edən əsərlər yaradır.

Pərvanə Bayramqızı yazır

Vəzifə şirəsi

Mətbuatda, poeziyada, nəsrdə, səhnədə parıltılı, şişirdilmiş imzalar var. Hərəsi bir şeyin sayəsində imzasını böyüdə bilib. Birinin qəzeti, jurnalı olub ətrafına ona görə yığılıb şeirini, hekayəsini səsləndirib, tərifləyib yayıblar, digərinin başqa vəzifəsi olduğundan yaratdıqları yayılıb populyarlaşıb. Bu yolla məşhurlaşan şeirdən, romandan, yaradılan obrazdan sahibinin səlahiyyətini çıxanda onlar zəifləyib-zəifləyib ikicə misra, üçcə cümlə, adi adam kimi qalırlar.
Bir vəzifədə olan, bir də ölən yaradıcı insanın yaratdıqları mataha dönür. Əsl istedadın istedadla yazdıqları həmişə beş-on ədalətli, ədəbiyyata üstünlük verən adamın tərəfindən dəyərləndirilir.
Çox məşhur şair dünyasını dəyişəndə hamı onu ilahi zirvəyə qaldırır. Adama elə gəlir ki, onun yazdıqları göydə yazılıb yerə göndərilirmiş. Onu qədər tanınmayan bir şair vəfat edəndə isə adamlar təzədən maraq göstərib yaradıcılığına baxırlar və görürlər ki, əsl poeziya burda imiş. Yazan cismən ölsə də, əslində, yazdıqlarında dipdiridir. Elə yazdıqları da diridir. Faydası nədir? Sağlığında oxucu diqqəti görmədi, hamı qarışqatək vəzifəli şairin poeziyasına daraşmışdı.
Vəzifə şirəsi belə şeydir, resenziya yazanları özünə çəkir, sahibinin əsərlərini şedevrə çevirir.
Bütün məclislərə onu layiq bilirlər.
“Azərbaycan ədəbiyyatı haqqında kitab nəşr ediləcək, filankəs müəllim, siz də mətn göndərin”, “mədəniyyətin inkişafından bəhs ediləcək jurnal buraxılacaq, filankəs müəllim, məqalə yazın”, “ana dilinin qorunması mövzusunda tədbir təşkil ediləcək, filankəs müəllim, dəvətlisiniz”, “Milli-mənəvi dəyərlərə üstünlük verək!” adlı dəyirmi masa keçiriləcək, filankəs müəllim, milli keyfiyyətlərinizi də götürüb gəlin”.
Ədəbiyyat sahəsində filankəs müəllimdən başqa müəllim yoxdur? Əlbəttə, var, sadəcə, vəzifəsi olan yoxdur. Ona görə “harda aş, orda baş” olan filankəs müəllimdir. İctimai mövzuda hazırlanmış verilişə də, uşaq verilişlərinə də onu çağırırlar. İmzalar beləcə süni şəkildə populyarlaşdırılır.
Yazdıqlarının səbəbinə şöhrətləndirilənlər tanıyırsınız? “Şöhrətlənən” yox ha, “şöhrətləndirilən”.

Müəllif: PƏRVANƏ BAYRAMQIZI

PƏRVANƏ BAYRAMQIZININ YAZILARI

Pərvanə Bayramqızı digər mənbələrdə


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YUNUS  OĞUZ – Pritça

YUNUS OĞUZ

Pritça

Qədim zamanlarda bir ölkə qonşu ölkəni təhdid edir, hədələyirdi, getdikcə müharibə vəziyyəti yaranırdı.Bir gün təhdid olunan ölkənin padişahı vəzirinə deyir ki, gəl bir çıxaq camaatın içinə, görək xalq bu barədə nə fikirləşir?
Vəzir cavab verir:
-Qurban olduğum, əgər biz bu qiyafətdə xalqın içinə çıxsaq, hər kəs özünü qibleyi-aləmin yanında göstərmək üçün, deyəcək ki, sizin sayənizdə düşməni əzib keçərik. 
Padişah deyir:
-Vəzir, sizə kim dedi ki, biz bu qiyafətdə gedəcəyik?
…Nağıl dili yüyürək olar. Padişah və vəzir dərviş paltarı geyinib, gecə vaxtı çıxırlar şəhərə. Bir az getdikdən sonra görürlər ki, bir evdən işıq gəlir, qapını döyürlər. Qapını açan ev sahibi alt paltarda onların qarşısına çıxır və qəzəblə soruşur:
-Nə istəyirsiniz?
Padişah cavab verir:
-Biz qərib dərvişlərik, gecələməyə yer axtarırdıq. Səni bu halətdə görüb daha heç nə istəmirik.
Ev sahibi istehza ilə bunlara deyir:
-Ayə, siz nə həyasız dərvişlərsiniz.-Onlar yola düşəndə hələ də kişinin səsi gəlirdi. – Gəlib gecə vaxtı insanları rahatsız edirsiniz.
Bir az getdikdən sonra yenə işığı yanan bir ev gördülər. Qapını taqqıldatdılar. Bu dəfə qarşılarına döyüş geyimində, təpədən dırnağa qədər silahlanmış ev sahibi çıxdı:
-Xoş gəlmişsiniz, ağa dərvişlər, – dedi, – mənə bir qulluğunuz.
Padişahın yerinə vəzir dilləndi:
-Ağa, biz qərib dərvişik, Allah xatirinə, bizi bir gecəlik qonaq edərsiniz?
Ev sahibi güldü.
-Nə ağa, məndən ağa çıxar, adi bir dulusçuyam. Allaha da qurban olum, onun qonağına da, keçin içəri.
Otağa keçəndə ev sahibi lampanın işığını bir az da artırıb qonaqlara baxıb soruşdu:
-Aclığınız varsa, deyim bir şey hazırlasınlar.
Bu dəfə padişah cavab verdi:
-Narahat olmayın, əxilərin yeməyi quru çörəklə sudur, onu da yemişik, içmişik.
Birdən şahın gözləri divardan asılmış, dəridən hazırlanmış xəritəyə sataşır. Bu xəritədə düşmənin  və öz ordusunun mövqeləri sərgilənmişdi. Düşmən mövqelərinə qara sap, öz mövqelərinə isə qırmızı sap keçirilimiş iynə sancılmışdı. 
Padişah əlini xəritəyə uzadıb soruşdu:
-Bu nədir?
Ev sahibi cavab verdi: 
-Qurban olduğum ağa dərviş! Allahdan gizlin deyil, sizdən niyə gizli olsun? Şəhərdə söz-söhbət gəzir ki, müharibə olacaq. Mən də bu xəritəni hazırlatdırdım, evə gətirdim. İynələri sancdım xəritənin üstünə. Düşündüm ki, əgər düşmən hücum edərsə, onun hansı cinahı zəif olarsa oradan hücuma keçək. Sonra isə qurd döyüş üsulu ilə  onu mühasirəyə alarıq. 
Padişah baxdı ki, dulusçu müharibə aparmaq üsulunu əməlli-başlı bilir. 
Daha bir söz demədi, yıxılıb yatdılar. Səhər o başdan durub ev sahibinə təşəkkür edib saraya döndülər. Padişah qırmızı paltar geyinib taxta çıxaraq vəzirinə əmr verdi:
-Get,dünən  qapılarını döydüyümüz adamları gətir bura.
Bir azdan hər ikisi padişahın hüzurunda idi. Dulusçu onu tanısa da məğrur durmağından qalmadı. O biri ev sahibi isə əsim-əsim əsirdi.
Padişah ona qəzəbləndi:
-Gəda, eşitdim, dünən gecə qapından iki dərvişi qovmusan, hətta arxalarınca istehza da etmisən. 
Kişinin  ürəyi qorxudan ayaqlarının altına düşdü.
-Qələt eləmişəm, qurban olduğum.
Padişah əmr verdi:
-Aparın ona on şallaq vurun. Mühafizəçilər kişini əngir-boyun eləyib sürüyə-sürüyə apardılar. Sonra üzünü dulusçuya tutdu. – A kişi, sən dulusçu ola-ola müharibə haqqında düşünürsən. Get dulusçuluğunu et də.
Dulusçu təmkinini pozmadan cavab verdi:
-Qibleyi aləm, axmaq olasan ki, bilməyəsən. Müharibə başlasa və məğlub olsaq, təkcə dövlətimizə ziyan dəyməyəcək, həm də mənim ailəmlə yanaşı hər bir ailəyə zərər dəyəcək. Dövləti qorumalısan ki, ailən də sakit və qorxusuz yaşasın. 
Padişah baxdı ki, dulusçu həm də adamı inandıra bilir. Əmr verdi: 
-Yaxşı get, səni hələlik tavaçı (əsgər toplayan) təyin edirəm. 
Dulusçu baş əyib çıxandan sonra vəzir soruşdu:
-Qibleyi aləm, çox olmadı?
-Yox çox olmadı, – padişah cavab verdi. – Biz birinci evə getdik, adam qabağımıza alt paltarında çıxdı. Deməli, bu adam nəinki dövlətini, heç ailəsini də qorumağa qadir deyil. İkinci ev sahibi isə bizi döyüş geyimində qarşıladı, evində də döyüş xəritəsi, qurd döyüş üsulu. Atalarımız, dədələrimiz buna Turan döyüş üsulu deyirdilər. 
Sonra padişah iki əlini də göyə qaldırıb dua elədi: 
-Tanrım, dövlətimizi əbədi yaşatmaq üçün bizi həmişə belə ailələrə möhtac eylə!

ABBAS İLHAM – ÖZÜN DEYƏRDİN Kİ…

ÖZÜN DEYƏRDİN Kİ…

Deyirlər keçmişə qayıtmaq olmaz,
Hər gecə keçmişə qayıdan mənəm…
Hər səhər günəşin şəfəqi olub,
Öpüb gözlərindən oyadan mənəm…

Kədərli anında, qəmli halında
Gözündən süzülən o damcı mənəm.
Deyirsən arada ürəyim sancır,
Bəlkə də o ağrı, o sancı mənəm…

İpək saçlarını tez-tez oxşayan,
Gah sakit, gah dəcəl o külək mənəm.
Nəinki o ağrı…Həsrətdən, gülüm,
Sinəndə sızlayan o ürək mənəm –
Özün deyərdin ki, sən ürəyimsən…

Müəllif: ABBAS İLHAM

ABBAS İLHAMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

ƏDƏBİYYAT.AZ

“ƏDƏBİ OVQAT” JURNALI PDF

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|