Təranə Arifqızı – ZƏNGƏZUR

ZƏNGƏZUR

Yenə uçur səmada, taxtında ağ göyərçin,
Tarixə yazılan gün sənin ilin, Zəngəzur!
Ağ evdə yazılacaq bəxtin də ağ göyərsin,
Atılan imzalar da düz əməlin, Zəngəzur!

Artıq qatar yoldadır, yolunu açdı İmza,
Sərnişin intizarda, qolunu açdı İmza,
Açılmayan dillərin dilini açdı İmza,
Getmədiyim yolları silir əlin, Zəngəzur!

Mən sonuncu qatarın sonuncu sərnişini,
Otuz ildir sıxmışam ürəyimə dişimi,
Gözlə, sənin qoynuna əbədi gəlişimi,
Taleyimə, bəxtimə gülür üzüm, Zəngəzur!

Sən bir Zəfər andısan, möhürün şəhid qanı,
Üçrəngli bayrağım tək, de, gözəl bayraq hanı?,
Düşmənin qəfəsdədir zəhər tək şirin canı,
Həm zəfərə, həm sülhə dolan dilim Zəngəzur!

Zəfərin beş ilində nə gözəl hədiyyəsən,
Sən dünyanın gözündə, dünyanın dilindəsən,
Necə mərd dayanmısan hər kəsin önündə sən,
Harda olsa sevinir xalqım, elim, Zəngəzur!

Naxçıvandan dünyaya sən damarda qanımsan,
Sən adi bir yol deyil, durulan vicdanımsan
İllərdir gözlədiyim ən müqəddəs anımsan,
Yenilməz qürurumsan, düz əməlim, Zəngəzur!
Tarixə yazılan gün sənin günün, Zəngəzur!
08.08. 2025

Müəllif: TƏRANƏ ARİFQIZI

TƏRANƏ ARİFQIZININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yunus Oğuzun “Nadir şah” romanı yenidən satışda!

Tanınmış yazıçı, publisist Yunus Oğuzun Səfəvilər imperiyasının süqutu, Əfşarlar imperiyasının yaranması və yüksəlişi fonunda Nadir şahın həyat və fəaliyyətini əhatə edən “Nadir şah” romanı “Xan” nəşriyyatı tərəfindən yenidən oxucuların ixtiyarına verilib. Tarixi roman janrında qələmə alınmış əsərdə XVIII əsrin mürəkkəb siyasi prosesləri, daxili çəkişmələr, xarici müdaxilələr və bu fonda Nadir şahın dövlətçilik uğrunda apardığı mübarizə geniş təsvir olunur. Əsər Azərbaycan tarixinə və dövlətçilik ənənələrinə maraq göstərən oxucular üçün dəyərli bir mənbə hesab olunur.

Qeyd edək ki, “Nadir şah” romanı ilk dəfə 2008-ci ildə nəşr olunub və bu günədək azərbaycan, rus, ingilis və türk dillərində çap edilib. Roman həm ölkə daxilində, həm də beynəlxalq kitab sərgilərində maraqla qarşılanıb.
Kitab əsas kitab mağazalarında və onlayn platformalarda satışdadır.