Ən maraqlı kitab

“KİTAB ADAM”

Müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və üslubu ilə seçilən yazıçı, şair və publisist Zaur Ustac çoxlarına “Kitab Adam” kimi tanışdır. Bu ad ona təsadüfi verilməmişdir. Onun yaradıcılıq yolu, ədəbi fəaliyyəti, kitab sevgisi və ədəbiyyata olan sonsuz ehtiramı bu ləqəbi tam şəkildə doğruldur.

Zaur Ustac uşaqlıq illərindən kitablarla nəfəs almış, onları həyatının ayrılmaz bir hissəsinə çevirmişdir. O, sözün gücünə, ədəbiyyatın insan həyatında oynadığı rola dərindən inanır. Bu inam onu yalnız oxucu yox, həm də yaradıcı bir qələm sahibi olmağa sövq etmişdir. Onun əsərlərində milli dəyərlərə, vətənpərvərliyə, tarixi yaddaşa, humanizmə və bəşəri hisslərə xüsusi yer ayrılır.

“Kitab Adam” ifadəsi əslində Zaur Ustacın həyat fəlsəfəsini də əks etdirir. O, kitabı sadəcə oxumaqla kifayətlənmir, həm də yazır, yaradır, gələcək nəsillərə ədəbi miras qoyur. Yazıçının kitabları yalnız ədəbiyyatsevərlərə deyil, gənclərə də oxumaq vərdişi aşılamağa, düşüncə üfüqlərini genişləndirməyə xidmət edir.

Onun yaradıcılığı həm poeziya, həm publisistika, həm də nəsr sahəsini əhatə edir. Hər bir əsərində müəllifin dərin düşüncəsi, zəngin müşahidələri və milli kimliyə bağlılığı hiss olunur. Bu səbəbdən də Zaur Ustac ədəbiyyat cameəsində bir müəllifdən daha artıq, bir simvol – “Kitab Adam” kimi qəbul edilir.

Zaur Ustacın “Kitab Adam” obrazı oxucular üçün həm nümunə, həm də çağırışdır: oxumağa, öyrənməyə, milli-mənəvi dəyərlərə sahib çıxmağa çağırış. O, göstərir ki, kitab insan həyatını dəyişdirə, onu kamilliyə və müdrikliyə apara bilər.

Nəticə etibarilə, Zaur Ustacın “Kitab Adam” kimi tanınması onun ədəbi fəaliyyətinin, sözə və kitaba bağlılığının təbii nəticəsidir. O, öz həyatı və yaradıcılığı ilə sübut edir ki, kitab yalnız bilik mənbəyi deyil, həm də kimliyin, mənəviyyatın, milli yaddaşın güzgüsüdür.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Hardan yol tapım mən daş ürəyinə?

Yolumu kəsmisən, hayannan keçim?
Hissimi anlayıb, duyannan keçim…
Dağından, dərəndən qayandan keçim,
Hardan yol tapım mən daş ürəyinə?

Çiynimə yük olub bu dəli sevda,
Qapımı külək də döyür sən adda.
Ömrümə çox görür yazı Allah da,
Hardan yol tapım mən qış ürəyinə?

Bütün yollarıma daş-kəsək düzdün,
Bu sevgidən bezdin, niyəsə dözdün.
Heç kimə olmadı qəlbində yer də,
Hardan yol tapım mən boş ürəyinə?

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Yazar Etibar Həsənzadənin Vətən Uğrunda və digər kitabları İstanbul Rami Kütüphanesine təqdim edildi

Yazar Etibar Həsənzadənin Vətən Uğrunda və digər kitabları İstanbul Rami Kütüphanesine təqdim edildi

Yazar Etibar Həsənzadənin Vatan Uğrunda, Mən Şəhid Olacam Ana, Duyğular Dinsin, Kəsişən Yollar və Bir Həyat Romanı adlı kitabları Yazar Etibar Həsənzadənin Türkiyədəki Könül Elçisi Mustafa Nazilli bəy tərəfindən İstanbul Rami Kütüphanesine təqdim edildi.
Bu barədə Etibar Həsənzadə öz rəsmi sosial media hesablarinda məlumat verib.

Qeyd edək ki Vətən Uğrunda adlı kitabı 44 günlük Qarabağ müharibəsində iştirak edən Daşkəsən rayonunun Şəhidləri, qaziləri, döyüşçülərinin həyat və döyüş yollarından bəhs edir.
Mən Şəhid Olacam Ana adlı kitabı Aprel şəhidimiz Emin Bağırovun timsalında Aprel döyüşlərinin tarixi analizi olan kitabdir. Kəsişən Yollar və Duyğular dinsin adlı kitablari Etibar Həsənzadənin Vətənpərvərlik ruhunda və müxtəlif mövzularda yazdığı şeirlərdən və hikayələrdən ibarətdir.
Bir həyat romanı adlı kitabı isə Teykvando idmanı ilə məşğul olan bir idmançının həyatından bəhs edir.
Göstərdiyi diqqətə və dəstəyə görə Yazar Etibar Həsənzadə İmanlı Vatan Evladi Derneği Genel Başkanı Mustafa Nazilli bəyə və Rami Kütüphanesinin Müdür Yardımçısı Volkan Gülçek bəyə təşəkkürünü bildirmişdir.

Rahib Gülmalı oğlu Məmmədov 25 avqust 1967-ci ildə Mahrızlıda dünyaya göz açmışdı

Haqq etdiyinə haqsızlıq edilən qəhrəman

O, qısa və sadə həyat yolu keçdi. Ağdamın Mahrızlı kəndində keçən uşaqlığında yaşıdlarından bir o qədər də fərqlənmirdi. Dürüstlüyü, yaşına uyğun olmayan təmkini, idmana aludəliyi ilə tay-tuşlarından seçilsə də.
Rahib Gülmalı oğlu Məmmədov 25 avqust 1967-ci ildə Mahrızlıda dünyaya göz açmışdı. Kənd orta məktəbini bitirib, Ağdamda Kənd Təsərüfatının Elektirikləşdirilməsi və Mexanikləşdirilməsi texnikumuna daxil olan gənc bir il sonra 1985-ci ilin payızında hərbi xidmətə çağırılır. Onun əsgəri xidməti Gürcüstanda, Batumi yaxınlığındakı hərbi hissələrin birində keçir. 1987-ci ilin fevralında Yuxarı Savanetidə sel daşqınından mülki əhalini xilas edərkən qəhrəmancasına həlak olur. Təbiətin qəribə şıltaqlığı sanki Rahibin şücaətini yoxlamaq üçün peyda olmuşdur. Samaqreloda adətən daşqınlar yaz aylarına təsadüf etsə də qışın oğlan çağı burda peyda olan dəli sel qarşısına çıxan hər nə vardısa götürüb aparırdı. Rahib Məmmədov öz həyatını təhlükəyə ataraq zirehli texnikası ilə 28 nəfər yerli sakini ölümdən xilas edir. Lakin xilas etdiyi insanların yaşaması naminə həyatını qurban verir.
Yüz yetmiş milyonluq Sovetlər Birliyində Rahibin qəhrəmanlığı dillər əzbəri olur. Əyalət qəzetlərindən tutmuş mərkəzi mətbuat orqanlarına qədər manşetlərə onun cəsurluğundan bəhs edən başlıqlar çıxarılır. Telekanallar reportajlar verir, bütün ittifaqın hərbi hissələrində Rahib Məmmədov guşələri təşkil edilir. Ümumtəhsil məktəblərində Rahib Məmmədovun qəhrəmanlığından bəhs edən inşa yazılar yazılır, pionerlərə cəsurluğu örnək kimi təbliğ edilir. Bakıda, Ağdamda adına küçələr verilir, Oxuduğu orta məktəb onun adı ilə adlandırılır. Mahrızlıda, Çaladididə büstü qoyulur. Ən böyük abidəni isə xilaskarı olduğu Çaladidi kəndinin sakinləri qəlbində ucaldır qəhrəmana. Həmin o dəhşətli 2 fevral günü çaladidilərin sakit həyatını alt-üst edən təbii fəlakət zamanı dünyaya bir oğlan uşağı gəlir. Kənd camaatı yekdilliklə qərar verib, uşağın adını xilaskarlarının şərəfinə Rahib qoyur.
Amma… amma Sovet İttifaqı Müdafiə Nazirliyinin baş qərərgahının dəhliz və otaqlarında baş alıb gedən müzakirələr xəbis niyyətlərin qurduğu səddi aşa bilmir. Heç şübhəsiz Kremlin göstərişi ilə Ali Sovetə göndərilən təqdimat bir neçə dəfə dəyişdirilir. Beləcə Rahib Məmmədovun haqq etdiyi Sovet İttifaqı Qəhrəmanı adı “Qırmızı Bayraq” ordeni ilə əvəzlənir.
Xəbis qüvvələr Gürcüstanda siyasi sabitliyin bərbad dönəmində öz mənfur əllərini Rahib Məmmədovun abidəsinə də uzatdıqları acı təəssüf doğururdu. Sonradan 2012-ci ildə abidə bərpa edildi.
Kimsə, hansı nadanlarsa 19 yaşlı bu böyük qəhrəmanı unda bilər. Onun haqq etdiyi haqqını danar. Lakin qarabağlılar, bütövlükdə Azərbaycan xalqı onun əziz xatirəsini həmişə yaşadacaq. Bu gün doğum günü olan Rahib Məmmədovu yad edərkən onlarla, yüzlərlə haqqına əl qoyulmuş igid soydaşlarımızın da ruhu qarşısında baş əymək hamımızın vicdan borcudur.
Yeri gəlmişkən Sovet İttifaqı Qəhrəmanı adı SSRİ-də ən ali mükafat-ad idi. Təsis olunduğu 1934-cü ilədən 17 oktyabr 1991-ci ilə dək bu ada 12 min insan layiq görülüb. Sonuncu Sovet İttifaqı Qəhrəmanı Ukrayna əsilli Oleq Babak SSRİ-nin rəsmən buraxıldığı 8 dekabr Belojevski anlaşmasına 51 gün qalmış erməni quldurları tərəfindən Qubadlı rayonunda qətlə yetirilmişdir.
Sovet İttifaq Qəhrəmanı adına layiq görülənlərin 124 nəfəri Azərbaycan vətəndaşı, onlardan 43 nəfəri isə etnik mənsubiyyətcə azərbaycanlılar idi. İki dəfə Sovet ittifaqı Qəhrəmanı adını alan Həzi Aslanovun da haqq etdiyi ikinci təltifinin reallaşması SSRİ-nin buraxılmasına az qalmış mümkün oldu.
Hal-hazırda həyatda olan yeganə Azərbaycan əslli Sovet İttifaqı Qəhrəmanı Musa Manarov da iki dəfə bu ən ali ada layiq görülüb. (1988, 1991-ci illərdə)
Şəxsi araşdırmalarıma, Podolsk Hərbi Arxivindən əldə etdiyim məlumatlara əsasən 11 nəfər azərbaycanlının Sovet İttifaqı Qəhrəmanı adına təqdimatı ya müəmmalı şəkildə yox edilib, ya da SSRİ Ali Sovetində “məsləhət” bilinməyib. İkinci dəfə bu ada təqdim olunan, lakin hansısa düşmən əli ilə müəmma burulğanına düşən Səməd Abdullayev, son anda haqq etdiyi adı Lenin ordeni ilə əvəzlənən Hüseyn Əliyev ( Hüseynbala Əliyev) kimi soydaşlarımız da Rahib Məmmədovun oğurlanan haqqı kimi tariximizin unutmağa haqqımız olmayan səhifələrindən sətirlərdir.

Müəllif: Pərviz YƏHYALI

ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

PƏRVİZ YƏHYALININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sinif rəhbəri – məktəbin sütunu

Sinif rəhbəri – məktəbin sütunu

Məktəb bir binadırsa, onun sütunları şübhəsiz ki, müəllimlərdir. Amma o sütunların içində elə biri var ki, bütün yükün ağırlığını çiyinlərində daşıyır – bu, sinif rəhbəridir. Məktəbdarlıq, ümumilikdə, bir komanda işidir. Onun hər bir əməkdaşı o bütöv sistemin ayrılmaz parçasıdır. Bəzən isə biz bu hissələrin hər birinin nə qədər vacib olduğunu, onlarsız bütövlüyün dağılacağını unuduruq. Mənim fikrimcə, məktəbi məktəb edən ən əsas fiqur sinif rəhbəridir.

Təsadüfi deyil ki, deyirlər: “Yaxşı məktəb direktoru ilə tanınır, yaxşı sinif isə sinif rəhbəri ilə.” Əgər bir sinfin rəhbəri işini bilən, təcrübəli pedaqoq, bacarıqlı təşkilatçı və eyni zamanda ürəyində sevgi daşıyan insandırsa, o sinif məktəbin ən seçilən sinfinə çevrilir. Mən, elə siz də dəfələrlə bunun şahidi olmuşuq: müəllimliyi yalnız peşə deyil, həm də həyat missiyası bilən sinif rəhbərlərinin yanında böyüyən şagirdlər məktəbin fəxrinə çevrilib.

Amma çox təəssüflər olsun ki, biz bu müqəddəs missiyanın qədrini çox vaxt bilmirik. Ölkəmizdə sinif rəhbərliyi institutlaşmayıb, bu sahə üçün ayrıca kurslar, xüsusi hazırlıq proqramları yoxdur, hətta pedaqoji kadr yetişdurən ali məktəblərimizin proqramında da buna xüsusi yer verilmir. Sinif rəhbərləri özlərini daha çox daxili motivasiya ilə, içlərindəki uşaqlara olan sevgi ilə inkişaf etdirirlər. Əslində isə onlar təkcə sinfin meneceri deyil, həm də psixoloqu, həkimi, təşkilatçısı, hətta ailə üzvüdürlər. O, məktəb ilə valideyn arasında, şagird ilə müəllim, valideyn arasında, müəllimlə rəhbərlik arasında möhkəm bir körpü rolunu oynayır. Çox vaxt da bütün şikayətlərin, narazılıqların toplandığı qutu elə sinif rəhbərinin ürəyidir.
Şəxsi müşahidələr və nümunələrim
Bir dəfə məktəbdə direktor müavini bir sinfə sinif rəhbəri tapa bilmirdi. Bir neçə müəllimə təklif edildi, amma əksıriyyətin cavabı eyni idi: “Mən o sinfi götürmərəm, onlar dilənçi kimidir, hər gün bir problem çıxardacaq, demaqiqluq edəcıklər.” Başqa bir dəfə isə bir sinif rəhbəri mənə gülümsəyərək dedi: “Sizi bu sinfə gətirmək üçün bilirsinizmi, valideynlər rəhbərliyə nə qədər pul yığıblar?” Bu acı bir etiraf idi.

Hətta dostlarımdan biri danışırdı ki, onların sinif rəhbəri müəllimlər günündə valideynlərdən pul yığıb, zərfə qoyub uşaülarlb yanında ona verib. Təəssüflər olsun ki, hələ də bəzi hallarda sinif rəhbərliyi “maklerlik” funksiyasına çevrilir. Bəlkə də bu, 90-cı illərin məktəb sindromundan qalan bir vərdişdir – süpürgə pulu, qəzet pulu, jurnal pulu yığa-yığa böyüyən bir ənənənin davamı. Düzdür, bu gün artıq həmin “pul yığımı” azalıb, amma onun yerini başqa formalar alıb.

Sinif rəhbərinin seçimi direktor seçimi qədər önəmlidir!

Bütün bunlara görə, sinif rəhbərinin seçimi təsadüfi olmamalıdır. Əslində bu seçim az qala direktorun təyin edilməsi qədər önəmli qərardır. Çünki uşağın həyatında anasından sonra ən böyük rolu çox vaxt sinif rəhbəri tutur. O, uşağın həm dərs motivasiyasını, həm dost münasibətlərini, həm də gələcək həyat dəyərlərini formalaşdırır. Yaxşı sinif rəhbərinin təsiri illərlə davam edir. Sinif rəhbəri sadəcə bilik yox, həyat dərsi verən, hər bir uşağın taleyinə ürəklə yanaşan bir rəhbərdir.
Bu gün təəssüf ki, sinif rəhbərliyinə görə əlavə verilən maaş çox cüzidir. Məsuliyyət isə saysız-hesabsızdır. Çox müəllim məhz bu səbəbdən bu məsuliyyətdən qaçır. Çünki əvəzində daha çox töhmət, danlaq, günahlandırma gəlir. Halbuki sinif rəhbərini düzgün seçsək, yetişdirsək və dəyərini bilsək, məktəbdə vəziyyət tamamilə başqa olar. O zaman məktəbin adı, uğuru, ab-havası dəyişər.
Unutmayaq: uşağın həyatında anasından sonra ən böyük müəllim sinif rəhbəridir.

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru