Güllənin dayandıra bilmədiyi qəhrəman

Fotoqraf Nurəhməd Vəliyev
Güllənin dayandıra bilmədiyi qəhrəman
( Qazi Adil Quliyev haqqında )

Salam, mənim üçün çox əziz olan, Azərbaycanı sevən azərbaycanlılar, hər vaxtınız xeyir,günləriniz biri-birindən uğurlu olsun, sizlərə 27 il əvvəl 21 avqust 1993 cü il məhz günün bu saatlarında rayonumuzda (Füzuli rayonunun Dədəli kəndi) deyilən bir məkanda baş vermiş qürurverici bir əhvalatı nəql etmək istəyirəm. Mənim yaralı olduğumu nəzərə alıb rota komandirimiz Adil Quliyev məni yaramın sarınması üçün 19 avqust 1993- cü il günün 2-ci yarısı Füzuli şəhərindən evə yola saldı və mən 21 avqust 1993 cü il səhər tezdən Füzuli şəhərinə qayıtdım. Bizim Gövşad rotamızın uşaqları rayonumuzun girişində, Dövlətyarlı kəndi dairəsində deyilən yerdən Füzuli şəhərinin mərkəzində yerləşən “Şəlalə” restoranı adlanan məsafədə nəzarət edirdik. Hərbi hissənin qərərgahı onda Merdinli kəndində idi.Biz bir neçə nəfər şəhəri gəzərkən rayonun girişi “Yağ-pendir” zavodu deyilən yerdə rota komandirimiz Adil Quliyev,Xankişi Kərimov,Malik Hacıyev və Akif Eyvazova görüşdük.Burada o vaxt “Araz” qəzetinin nəşriyyat rəhbəri olan Oktay Əliyev də gəlmişdi. O, nəşriyyatda mühüm sənədlərin qaldığını və onların oradan çıxarılması ilə bağlı gəlmişdi.Vəziyyət çox qorxulu olduğundan Xankişi Kərimov onunla nəşriyyata getdi. Adil,Malik və Akif isə Malikin Qaz- 24 taksi maşını ilə 20 avqust 1993-cü il Dədəli dairəsində yerləşdirilmiş bir tank 20 nəfərdən ibarət Sumqayıt hərbi polisin uşaqlarına baş çəkməyə getdilər. Biz isə şəhəri gəzirdik.Təxminən 1 saatdan bir az artıq vaxt keçmişdi xəbər gəldi ki, Adil Quliyev ağır yaralanıb, biz nəqliyyat olmadığından Dədəli kəndi istiqamətinə qaçmağa başladıq.O vaxt “Aqroprom” deyilən idarənin qarşısında onlarla rastlaşdıq.Maliklə Akif onu çiyinlərində çox çətinliklə (hətta Çərəkən çayının içində ağrıdan tab gətirə bilmədiyindən və qürurundan Akif məni qoyun yerə onsuz da ölürəm və Akif isə ağlayaraq) onu qışqıra, qışqıra gətirirdilər. Adil ölüm ayağında idi, qarın nahiyəsindən aldığı güllə yarasından çoxlu qan itirmişdi,onu aparmaq mümkün olmadığından yaxındakı adı gedən idarə binasından uşaqlar bir oturacaq gətirdilər və çətində olsa onu oturacaqda oturtduq amma sanki son dəqiqələrini yaşayırdı. Nəqliyyat olmadığından çaşbaş qalmışdıq.Bu anda “Yağ- pendir” zavodu tərəfdən çox sürətlə ZİL-131 markalı bir maşın gəlirdi,uşaqlar onun saxlamayacağını hiss edib avtomatı onun üzərinə tutdular o tez maşını saxladı və Adili maşına qoyub hərbi hospitala yolladıq. Orada qalan Ağalar Xudiyev adında döyüş yoldaşım və yadımdan çıxanlar da var bağışlasınlar….
Adil qardaşım neçəncidi deyə bilmirəm, amma çoxsaylı ad günlərindən bugünkü ad gününü təbrik edirəm,səni bağrıma basıb öpürəm VƏTƏNİMIZ AZƏRBAYCANIN TORPAĞI kimi və sənə sağlam,xoşbəxt Qarabağlı ömür yaşamağı ULU TANRIDAN arzu edirəm.”

Hörmətlə həyat qardaşın Nurəhməd Vəliyev.

Zemire RAZZAKOVA (Özbəkistan)

BENİM ANNEMSİN

Mukaddessin, yücesin, çok değerlisin,
Yüzünden kehribar rayihası sinsin.
Bin güzelden daha güzel sevgilisin,
Anne bu — sensin, canım annemsin!

Hangi yoldan gitsem bu dünyada,
Dualarındır yoldaşı her adımda.
Cennetim sensin iki dünyada,
Anne bu — sensin, canım annemsin!

Evlat derdi çöktürdü yaşına,
Gözyaşımı sildin bir tebessümle.
Merhametinle ısıttın kalbimi,
Anne bu — sensin, canım annemsin!

Sevginin uçsuz bucaksız denizi,
Sadakatin coşkun bir nehir gibi.
Şefkatinle dolu kalbin özü,
Anne bu — sensin, canım annemsin!

BAKIŞLAR ÇARPIŞTIĞINDA

Bir anlık bakışlar çarpıştığında,
Gözlerde yıldırımlar yanar ansızın.
O şimşek kalbime saplandığında,
Sarsılır yüreğim, kaybolur hızla.

Geldim dargınlığını aşkla silerek,
Sözlerin canımı acıtsa da gerek.
“Git” desen, çölde Mecnun gibi yanar,
Aşkla sararıp yollarda kalan.

Saçların gizlemesin ay yüzünü,
Gizlice baksın bana gözlerinin süzü.
Bazen kaderi biz yazarız kendi elimizle,
Saklanma artık, yüzleş bu hisle.

“Aşığım” deme yüksek sesle belki,
Ama inkâr etme, sevmiyorum diye sakın.
Sevgi, kalbin en derininde yaşar,
Bir volkan gibi taşar, engel tanımaz.

NEREDESİN, SIRDAŞIM?

Güneş saklandı bulut ardına,
Kirpiklerimde biriken yaşla.
Sabır kasesi doldu taştı —
Nereden bulayım seni, sırdaşım?

Özgürlüğe hasret bir kuş gibi,
Rüya mı, gerçek mi bu çelişki?
Aklım gece gündüz arar seni —
Nereden bulayım seni, sırdaşım?

Gölgeye aldanma ey insanoğlu,
Yıldız uzakta, gök yüce bir yolcu.
Mutluluğa erişmek kolay değil —
Nereden bulayım seni, sırdaşım?

Yola koşarken düşme yollara,
Şahin olayım derken kalma çöllerde.
Allah yardım ederse kader elinde —
Nereden bulayım seni, sırdaşım?

Hasretle atan bir kalbim var,
Umuda tutunmuş bir yaram var.
İki yürek içinde hedef savaşır —
Nereden bulayım seni, sırdaşım?

Bahar yollarıma çiçek döker,
Ama içimde hasret gölge çöker.
Kapımı çalan bir sonbahar gibi —
Nereden bulayım seni, sırdaşım?

Neşe dolu dünya sana güler, dostum,
Keder ve dertler benseyim, dostum.
Sevincim seninle güzellik taşır,
Nereden bulayım seni, sırdaşım?

SAHİLDE

Bugün yine sahildeyim yalnız başıma,
Sakin akan sulara dalmış bakışla.
Kuşlar sessizce geçer yanımdan,
Ördekler gülümser, bakar uzağımda.

Bulutlar ardında saklanır ay,
Işığı mahzun, sessiz bir hayal gibi.
Kaderimden şikâyet etmedim hiç —
Aşkım deniz, dertlerim ırmak gibi.

Meltem esti, yaprakları savurdu,
Bir anda sular hüzünle doldu.
Zamanın geçişini fark etmedim,
Şafak çöktü, çiğ damladı yüzüme.

Bülbülün sesi sarar hayalimi,
Güllerin kokusu sarhoş eder kalbimi.
Hasret ezer bu mahzun gönlümü,
Âşık bir yüreğe dönüştü içim, şiir gibi…

Zemire RAZZAKOVA,
Özbekistan Yazarlar Birliği üyesi
Çevirmen: Cahangir NAMAZOV

SƏNİN ADIN YAZILIB

SƏNİN ADIN YAZILIB

Eşqimin ünvanında
Sənin adın yazılıb.
Öz adımın yanında
Sənin adın yazılıb.

Divarların daşında,
Gözlərimin yaşında,
Ürəyimin başında
Sənin adın yazılıb.

Daranan telimdə də,
Bəmimdə, zilimdə də,
Danışan dilimdə də
Sənin adın yazılıb.

Evimdə, eşiyimdə,
Yatdığım döşəyimdə,
Lap uşaq beşiyimdə
Sənin adın yazılıb.

Gəl baxma gileyimə,
Küyümə, kələyimə,
Tanrıdan taleyimə
Sənin adın yazılıb.

Güllətək çax alnıma,
Qanımı yax alnıma,
Aynuram, bax, alnıma
Sənin adın yazılıb.

Müəllif: Aynur Qafarlı

Aynur Qafarlının yazıları

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Nurlanə Cərullaqızı – Vicdan əzabı

Vicdan əzabı
(hekayə)
Zeynəb ailəsi ilə birgə İsmayıllının Talısdan kəndində yaşayırdı. Beş uşaqlı ailənin ən kiçiyi olan Zeynəb anadangəlmə tam görmə məhdudiyyətli idi.
Vəziyyətinə görə ondan utanan valideynləri tərəfindən nəinki təhsil almasına hətta, evdən kənara çıxmasına belə icazə verilməyən bu qız nəhayət, iki il əvvəl onların ard-arda ölməsi ilə yaşadığı iyirmi beş illik əsarətdən qurtulmuş, üç ay ididəki, bir daha geri dönməmək üzərə Bakıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Zabrat qəsəbəsində yerləşən “görmə imkanları məhdud şəxslərin sosial reablitasyası” mərkəzinə gəlmişdi. O, burada , kompyuterdən səsli proqram vasitəsilə istifadə etməyi, əl işi və görmə imkanları məhdud insanların yazıb oxuya biləcəyi brayl əlifbasını öyrənirdi.Bundan əlavə Zeynəb həmdə, beyninin təhlil gücünü inkşaf etdirmək, və söz ehdiyatını artırmaq üçün mərkəzdəki kitabxanada səsli şəkildə kitab da dinləyirdi.
Yaz günü idi. Yeni-yeni yaşıllaşmaqda olan təbiət və çiçək açan ağacların ətrafa yaydığı xoş ətri yazın gəlişindən xəbər verirdi. Gözəl bir şənbə sabahı idi. Hava günəşli olsa da, həmişə olduğu kimi Bakıda yenə hirsli-hikkəli külək əsirdi. Zeynəb otağında yatmışdı. birdən Onun yeni aldığı səsli asistantla işləyən sensorlu mobil telefonunda 08:30-a qurduğu saatın zəngi çalındı .qız yuxudan oyanıb hazırlaşmışdı, ki, qapı döyüldü.
-Zeynəb, oyaqsan?
Bu Aytən idi.O,bir il idi ki,mərkəzdə asistent kimi çalışırdı.
-Hə, gəl Aytən gəl – deyə Zeynəb otağın qapısını açdı.
-Sabahın xeyir, olsun gözəl qız.Aytən Zeynəbdən dünən ayrılmagına baxmayaraq onu illərdir görmürmüş kimi qucaqlayıb üzündən öpdü. : .:
-Hər vaxtın xeyir, canım bacım.
-Necəsən? Zenəb mehriban səslə soruşdu:və cavab gözləmədən məni soruşsan,
-Əlayam, çünki sən gəldin – dedi:
-Yaxşı görək.
Aytən qızın yanaqlarını sıxdı. Sonrada, -Tez ol gəl yeməyə, – deyib otaqdan çıxdı.
2017 ci ildən fəaliyyət göstərən reablitasya mərkəzi iyirmi stasionar və 25 yarım stasionar olmaqla 45 nəfərə xidmət göstərirdi.Dörd mərtəbədən ibarət olan mərkəzdə yeməkxana,idman zalı,hovuz,tibb və massaj otağı, eləcədə görmə məhdudiyyətli şəxslərin ətrafla tanışlığı məqsədi ilə xüsusi olaraq hazırlanmış arientasya otağı və s, birinci mərtəbədə
Hər biri dörd nəfərlik olmaqla qızlar üçün nəzərdə tutulmuş iki otaq,musiqi,kompyuter,kitabxana,brayl tədris otağı və s, ikinci mərtəbədə
Hər biri üç nəfərlik olmaqla oğlanlar üçün dörd otaq,camaşırxana,stolüstü oyunlar otağı və s, üçüncü mərtəbədə müəllimlər üçün mətbəx və akt zalı isə dördüncü mərtəbədə yerləşir..
Səsli liftində fəaliyyət göstərdiyi mərkəzdə bütün mərtəbələr fasiləsiz istilik sistemi ilə təchiz olunmuş , dördüncü mərtəbə istisna olmaqla digər mərtəbələrin dəhlizinə, sakinlərin rahat hərəkət edə bilməsi üçün sarı rəngli xüsusi arientellər çəkilmiş, bütün otaqların qapısı üzərinə brayl əlifbası ilə yazılmış məlumatlandırıcı lövhələr yapışdırılmışdı. Mərkəzdə qalma müddəti isə üç aydan altı aya qədərdir.
Bir qədər sonra Zeynəb artıq yeməkxanada idi. Həftə sonu olduğu üçün sakinlərin çoxu evlərinə getmiş, mərkəzdə cəmi dörd nəfər qalmışdı. nuş olsun -Aytən yemək xanaya daxil oldu. Sakinlərdən biri təşəkgür mənasında başını tərpətdi.
-Bu gün işdən bir saatlığa icazə alacağam.Aytən bunu deyib Zeynəbin yanındakı boş stollardan birində oturdu.

-Niyə? Harasa gedəcəksən?- Zeynəb dərhal maraqlandı.
-Hə, mərkəzimizlə qonşu olan 18 yaşdan yuxarı şəxslərin qaldığı sosial sığınacağa gedəcəm. Aytən dedi:və əlavə etdi. Orada Xoşbəxt adlı kimsəsiz bir qadın var,ona baş çəkməyə.

Mən də gedə bilərəm? – Zeynəb Aytənin sözünü kəsdi.
-Sən? Aytən duruxdu:
-Hə, xahiş edirəm, Aytən. Zeynəb təkid etdi.
-Yaxşı, gedim müdirlə danışım, əgər icazə versə, səni apararam – deyib Aytən yeməkxanadan çıxdı.
Beş dəqiqə keçdi. Digər sakinlər kimi Zeynəb də yenəkxanadan çıxıb yavaş-yavaş dəhlizdə gəzinirdi. Bu zaman Aytən onu səslədi:
-Zeynəəəb, get hazırlaş, müdir icazə verdi.
-A! Nə Yaxşı-deyə Zeynəb sevincək otağına çıxdı.
15 dəqiqə keçdi. Zeynəblə Aytən iti addımlarla sığınacağn həyətinə daxil oldular. Girişdə onları, 30 yaşlarında, arıq, qısa boylu bir qadın .qarşıladı
-Salam, xoş gəlmisiniz.
-Salam, Natəvan, necəsən?
Aytən dilləndi:
-Çox pis – deyə Natəvan kövrək səslə cavab verdi.
Natəvan sığınacağın həm işçisi, həm də sakini idi.

-Niyə? – Aytən təəccübləndi:
-Niyəsini içəridə deyərəm. Bəs sən kimsən, gözəlim? -Natəvan yavaşca Zeynəbin çiyninə toxundu. -Salam, -Adım Zeynəbdir. reablitasya mərkəzinin sakiniyəm. Zeynəb sakit tərzdə cavab verdi:
-Lap yaxşı.Natəvan ilk dəfə gördüyü bu qızı mehribancasına qucaqlayıb danışmağa başladı:
-Bilirsən, mən valideynlərimi heç görməmişəm. Onlar məni hələ körpə uşaq ikən tərk ediblər.On səkkiz yaşıma qədər uşaq evində böyümüşəm. Orada mənim çoxlu görməyən dostlarım var idi. Sənin görən kimi onlar yadıma düşdü:
-Başa düşdüm-Zeynəb başını buladı. .Hər üçü həyətdə divar dibi qoyulmuş ağ rəngli skamyada oturub söhbət edən sığınacağın digər sakinlərinin yanından keçib binaya girdilər.
-Yəgin, Xoşbəxt xalanı görməyə gəlmisiniz.
Nətavan qəmli halda dedi:

-Onun vəziyyəti çox pisdir. Neçə gündür, demək olar ki, heç nə yemir.
-Doğrudan? Yazıq Xoşbəxt xala.
Aytən kövrəldi.
Natəvan Aytən ilə Zeynəbi Xoşbəxtin olduğu otağa ötürüb oradan uzaqlaşdı. Xoşbəxt dörd nəfərlik otaqdakı çarpayılardan birində əlləri yanında arxasıüstə uzanmışdı. Aytən onu görüncə gözlərinə inana bilmədi.
Sonuncu dəfə bir ay əvvəl gördüyü qadından indi əsər-əlamət qalmamışdı. Onun dolu bədəni şam kimi ərimiş, iri mavi gözləri çuxura düşmüş, üzü qırışmışdı.
-Xoşbəxt xala – Aytən kövrək halda onu səslədi.
-Aytən, sənsən qızım? – Xoşbəxt çətinliklə də olsa, gözlərini açıb xırıltılı səslə dilləndi.
-Hə, mənəm xala – Aytən cavab verdi.
-Nə yaxşı gəldin, səninlə də halallaşaram- qadın dedi:və əlavə etdi:- çünki, mən ölürəm qızım, son günlərimi, bəlkə də son saatlarımı yaşayıram.
-Canım xalam – bu sözlərdən sonra Aytən göz yaşlarını saxlaya bilmədi.
-Bəs bu qız kimdir? – Xoşbəxt yarı açılmış gözlərini indidə Aytənin sağında oturan Zeynəbə çevirdi.
-Bu, Zeynəbdir. Mənim işlədiyim reablitasya mərkəzinin sakini – deyə Aytən cavab verdi.
-Salam, Xoşbəxt xala. Mən də sizi ziyarətə gəlmişəm – Zeynəb mülayim səslə dedi.
-Yaxşı eləmisən qızım,- Xoşbəxt yenə eyni səs tonuyla dilləndi,- bilirsən, bir vaxtlar mənim də sənin kimigözləri görməyən bir qızım var idi. Əgər mən o günahsız körpəmin canına qıymasaydım, indi bu hala düşməzdim. -Ömürümdə adım kimi xoşbəxt keçərdi.
-Necə yəni? Başa düşmədim – Xoşbəxtin son sözləri Zeynəb kimi Aytəni də təəccübləndirdi. -Hə,qızım ikinizdə mənə diqqətlə qulaq asın çünkü, illərdr ürəyimdə gəzdirdiyim ,-,-, bu böyk sirrimi .indi yanlnız sizəaçacağam. Deyib Xoşbəxt ağır-ağır danışmağa başladı.. Hər şey otuz bir il əvvəl baş verdi. Biz Kəlbəcərin Otaqlı kəndində yaşayırdıq. Mən üç uşaqlı ailənin ən kiçiyi iki qardaşın bir bacısı idim. Qardaşlarım hərbi xidmətdən qaydan kimi evləndilər. Məni də on doqquz yaşımda öz sinif yoldaşıma ərə verdilər. Hər şey çox gözəl gedirdi. İki ay sonra hamilə olduğumu öyrəndim. Uşağı qucağıma alacağımm günü səbirsizliklə gözləyirdim. Nəhayət, gözlədiyim vaxt gəlib çatdı, bir oğlan, bir qız olmaqla iki əkiz uşağım dünyaya gəldi. Sevincimin həddi-hüdudu yox idi. Oğlum tam sağlam idi. Amma qızımın gözləri görmürdü. Bunu biləndə dünya başıma fırlandı. Məndən başqa hamı Allahın təqdirdir ” deyib bunula razılaşdı. Amma mən ömrümün ən gözəl illərini görməyən bir uşağa baxmaqla keçirmək istəmir, gecə-gündüz ondan xilas olmağın yollarını axtarırdım. -Beləcə üç ay keçdi. Bir gün evdə Heç kimin olmadığı bir vaxt yataq otağında uşaqları yatızdırırdım. Ağlıma qəfil bir fikir gəldi. Qızımı yatmış halda çarpayıdan götürüb üzü üstə xalçanın üzərinə qoydum. Sonra dəmir sandığın üzərinə yığılmış yorğan-döşəyi üstünə aşırıb otağdan çıxdım. Beş dəqiqə sonra geri qayıdanda o artıq ölmüşdü.
Xoşbəxt bu yerdə ağlamağa başladı. Bayaqdan onun hər kəlməsini diqqətlə dinləyən Aytənlə Zeynəb eşitdikləri qarşısında heyrətdən, yerlərindəcə donub qalmışdılar.. Zeynəbin ürəyində ona qarşı nifrət hissi yarandı. Qızın fikrindən bircə anlıq qadına nələrsə demək keçsə də onun indiki vəziyyətini nəzərə alıb tez də fikrini dəyişdi.

Heç kim yazıq balamın niyə öldüyünü bilmədi.

Xoşbəxt sözünə bir qədər ara verib yenidən davam etdi. Mən isə hər kəsin yanında saxda göz yaşları tökür, təklikdə isə gözləri görmədiyi üçün zərrə qədər də sevmədiyim övladımdan birdəfəlik canımı qurtardığım üçün sevinirdim. -Yerə-göyə sığmayan bu sevincimin üç ay sonra böyüyük bir facə ilə nəticələnəcəyini bilmədən, oğlum və ərimlə birgə heç bir şey olmamış kimi həyatıma davam edirdim. Ta ki 31 marta qədər. Həmin gün ermənilər Kəlbəcərə hücum etdilər. Onda bir il idi ki, Xocalı qətliamı baş vermişdi., neçə-neçə günahsız insan xüsusi amansızlıqla öldürülmüş, doğulub böyüdüyü dədə-baba torpağından, minbir əziyyətlə qurub yaratdığı yurd-yuvasından bircə gecənin içində pərən-pərən salınmışdı.biz, də tarixdə hələ misli görünməmiş bu faciənin bizimdə başımıza gətiriləcəyini bildiyimiz üçün məcburi kəndi tərk etməyi qərara aldıq. Mən artıq altı aylıq olan oğlumu sarı ipək yorğana büküb qucağıma aldıkdan sonra ərim və qayınanamla birgə, evdən çıxaraq kənd məkdəbinin qarşısında gözləyən avtobusun yanına gəldik. Ora çatanda isə dörd tərəfdən mühasirəyə düşdük. -Qana susamış cəlladlar qoca, cavan, qadın, uşaq demədən hamımıza atəş açmağa başladılar. -Kimi güllə bədəninə dəyən təki olduğu yerdəcə yıxılıb qalır, kimisə artıq dəlmə-deşik olmuş hündür ağacların və avtobusun arxasında gizlənərək özünü qorumağa çalışırdı. -Amma təəsüf ki, bu heç cür mümkün Olmurdu. -Düşmən bizə göz açmağa aman vermir, dayanmadan üstümüzə güllə yağdırırdı. -Həmin an başqa bir tük ürpədici hadisənində şahidi oldum. -Yerdə topa -topa qan gölməçələri yaranmışdı. Erməni əsgərləri həmin qanı suyla qarışdırıb yaralılara içirrirdilər. O gün bütün ailə üzvlərimi gözlərimin qarşısında vəhşicəsinə öldürdülər. Mən isə sağ qalan digər insanlara qoşularaq arxama belə baxmadan qaçmağa başladım. Yolda mənə və qucağımdakı yorğana baxıb gülən bir neçə erməni əsgəri ilə qarşılaşdım. Bir an əvvəl qaçıb canımı qurtarmaq istədiyim üçün buna o qədər də əhəmiyyət vermədim. Axır ki, çətinliklə də olsa, Murov dağını aşıb əsgərlərimiz olan tərəfə keçdik. Hamı kimi mən də sağ qaldığıma sevinirdim. Vaxt itirmədən oğlumu büküb qucağımda bərk-bərk tutduğum sarı ipək yorğanı yerə qoyub arasını açdım və o an indiyə qədər də unuda bilmədiyim dəhşətli bir vəziyyətlə qarşılaşdım. Uşaq yorğanın arasında yox idi. Sonra olanları isə xatırlamıram. Gözlərimi Bakıda xəstəxanaların birində açdım. Saçlarım bircə günün içində tamam ağarmışdı. O gündən bütün ömrüm “ruhi əsəb” dispanserində müalicə almaqla keçdi. Uşağı harada, nə vaxt itirdim bilmirəm, amma bildiyim iki şey var: birincisi, bunun günahımıncəzası olduğu bəli, mən allahın yaratdığı bir insanın yaşamaq haqqını əlindən aldım allahda məni bu çür cəzalandırdı. ; ikincisi, isə bu günahıma görə nə qədər ; vicdan əzabı çəkdiyimi. -Bunu bilin ki, bir insan üçün viçdan əzabı qanunun verəcəyi ən ağır cəzadan daha ağırdır.
-Xoşbəxt xala,- Xoşbəxtin danışıb qurtardığını görən Aytən sakit səslə müraciət etdi,- mən hər dəfə sənə baxanda gözlərinin dərinliyində anlaşılmaz 1 kədər görürdüm. Səbəbini soruşmaq istəsəm də ürək eləmir, bunu sənin kimsəsizliyinilə əlagələndirirdim. Sən demə, səbəb təkcə bu deyilmiş.
-Hə, qızım, hə – Xoşbəxt başını asda-asda tərpətdi.
Bir neçə saat keçdi. Axşam saatları idi. Reabilitasiya mərkəzində sakitlik hökm sürürdü. Zeynəb fikirli halda otağındauzanmışdı. O, hələ də gündüz eşitdiklərinin təsirindən çıxmağa çalışır, bir ananın sırf məhdudyyətli olaraq dünyaya gəldiyi üçün günahsız övladına qıyacaq qədər caniləşdiyinə heç cür inana bilmirdi, lakin qızcığaz bircə anlıq onu cismən öldürməsədə , 25 il ərzində məənən və ruhən öldürməyə çalışan valdeyinlərinin özünə qarşı etdiyi haqqsızlıqları düşünəndə nə qədər acı olsada bunun ola biləcəyini anladı. telefonunun bildiriş səsi onu müfəqqətidə olsa daldığı bu neqativ düşüncələrdən ayırdı.. Zeynəb telefonu əlinə götürdü. Ona Aytəndən yazılı vahatsapp mesajı gəlmişdi.qız səsli asistantım köməyi ilə mesajı oxumağa başladı: “salam, Zeynəb, bilirsən, nə olub? Bayaq Natəvan zəng vurmuşdu. Xoşbəxt xala bizdən 2 saat sonra, ölüb.Allah rəhmət eləsin!” Zeynəb mesaja cavab yazıb telefonu yerinə qoydu.

Müəllif: Nurlanə Cərullaqızı

Nurlanə Cərullaqızının yazıları

HƏQİQƏT ŞAMİLLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

RUH VƏ AĞIL

RUH VƏ AĞIL
Qiyamət bir deyil mindir. Hər kəsin qiyaməti başqadır. Hər kəs öz qiyamətini bu dünyada ölümü ilə yaşadı. Yaşayacaq da daha neçələri. Ölüm bir son deyil, bir başlanğıcdır. İnsanın həm həsrət, həm vüsal başlanğıcıdır. Ölüm bir dəhşət kimi gəlir insana, çünki zindandadır insan. Zindandan çıxan məhkum edama gedəcəyini zənn edir, nə bilsin ki, artıq azad edilir. Bu hürriyyət ona dəhşətli gəlir, amma mənliyi bu hürriyyətə çox sevinir. Qiyamət ruhun şadyanalığıdır. Qiyamət ruhun bayramıdır. Çünki dərmanını bilməyən, xəstə, mənliyin bilir çarəni. Cavab səndənir əslində. Çarə yetişir, ruhun bunu bütün varlığı ilə hiss edir. O səni səslədi, sən onu duymadın. O hayqırdı, hətta yalvardı. Azad olmaq üçün bu qanlı qalada üsyan da qaldırdı, sən qulaqlarını bu çağrışa tıxadın, bu çırpınışları görməzdən gəldin. İndi sən qorxursan ölümdən – öz qiyamətindən, amma onun arzusu yetir kama. Ölüm insana cavabdır əslində. Kimisi sualın cavabını imtahandan çıxanda, kimisi imtahanda tapır. Otaqdan çıxanda gecdi artıq gerçəkləri bilmək üçün. Çöldə olanları görmək üçün qapıdan çıxmaqmı gərək?! Pəncərədən baxsan görəcəksən aydınlığı. Günəş oradadır, buludlar önünü kəssə də. Buludlar oradadır, küləklər dağıtsa da onları. Rüzgar yenə əsəcək, sənə baharın o gözəl qoxusunu gətirəcək. Görünməsə də, həqiqətlər oradadır. Onlar heç yerə getmədilər, axı onlar saxta yalan deyillər.
Diyari-vücuda ruh şahlıq müjdəsi ilə göndərilidi şahların şahı, iki dünyanın Şahənşahı tərəfindən. Sultanın qəyyumu idi ruh, hakim idi bu qədim diyara. Lakin qəbul etmədi insanın ağlı bunu. İnsan əqli əzəldən bu sarayda vəzirdi. Ruh başqa diyardan gəlirdi, amma o, insan yaranandan bu sarayda doğulub burada yaşar. Süqut yetişəndə insana ondan qalan xərabəliklə torpağın altında çürüyər. “Haqqı deyilmi hakim olsun bu şahlığa?!” Axı onunla var olur bu qanlı saray. Cismimiz onunla birgə yaşar. Əqlimiz cismimizin ayrılmaz bir parçasıdır, fəqət ruh yad yabancıdır. İnsan ağlı dərk etmirdi, o canlı deyildi. O, bir gün yox olub gedəcəkdi. Çünki o, insanın özülü deyildi. İnsanın özülüdür onun mənliyi, onun duyğuları, hissləri. İnsan ruhu onun özülüdür, kimliyidir, var olan tək gerçəyidir. Ağılsa, onun həyata baxdığı sadəcə bir pəncərədir.
Əql çağırdı qısqancılıq və hiddəti. Birləşib bu üç xain əsir etdi Şahənşahın qəyyumunu ürəyin zindanına. Qürur keşikçi təyin edildi əsirin başına. Məhkumdu artıq o, hakim təyin edildiyi qanlı saraya. Əql enməzdi qaranlıq zindanlara. Qüruru izin verməzdi buna. Bəlkə də, ensə, son verərdi bu zülmkarlığa. Özü də bilirdi bunu, ona görə də, əyilmirdi o. Əyilməyə qoymazdı onu qüruru. Ağlın bu savaşı mənasızdı, çünki hər hökmranlığın bir sonu vardı. Şahənşahdan başqasına, əbədiyyət nəsib olmayacaqdır. Ondan gəlir axı hər şey, ona da qayıdacaqdır. Bu mülk, bu xaniman onundur. Hesab günü gələndə xainlər, xəyanətkarlar bu taxtdan salınacaqdır.
İnsan ruhu məhbusdur ürəkdə. Hər gün ah-nalə, hər gün yalvarış. Ürəyin divarlarına hopdu əlacsızlıq, çarəsizlik. Ürəyin hər küncü, hər bucağı bu qədər şeyə dözə bilmədi daşlaşdı daha. Ürək dözə bilmədi bu acılara intihar etdi sonunda. Bəlkə də, həyatın hər üzünü görməkdən gönü qalınlaşdı, Vallaha. Ruhu pərvaz etdi insanın, qanad açmaq istədi azadlığa. Dəyib zindanın divarlarına sındı, min parça oldu qanadları da. Onun ümidi qalmadı artıq sabaha. Vicdan da mühacir oldu, o da tərk etdi məmləkəti. Kimsəsiz qaldı insanın könlü. Soyuq rüzgarlar əsir hər künc- bucağında. Xəzandı artıq insanın bağrında. Lakin anla, ey insan, ən gözəl çağlar zülmün artdığı, bıçağan şah damara dayandığı zaman başlar. Gecənin ən qaranlıq saatından sonra günəş doğar. Göy gurultusundan sonra göyün incə belinə göyqurşağı sarılar. Ruhun hər şeydən əlini üzdüyü zaman Şahənşahdan, o mürvətli padşahdan bir fərman gəldi. Qiyamət yetişəcəkdi. Şah öz cəlladını xainlərin üstünə göndərəcəkdi. Ağıl bundan tutanda xəbər, üzləşə bilmədi bu gerçəklə. Vəlvələ düşdü təpədən dırnağacan vücuda. Öncə üsyan başladı qəsrdə. Ölümə etiraz, ruha işgəncə başladı, amma nə çarə insan ruhunun ən gözəl çağıydı daha. Sonra bir sükunət, ağıl öz taxtında süstləşmiş halda. O anlayırdı yox olub gedəcəyini, lakin dərk edə bilmirdi. Çünki insan ağlı acizdi möcüzələri hifs etməkdən. Çünki onun gördüyü sadəcə bu aləmdi. Diyari-vücuddan çıxmamışdı ki o kənara. Amma ağlın bilmədiyi bir şey vardı: Görüb-görə bildiyi nə varsa, hamısı o uca Varlıqdan gəlirdi, hətta onun özüdə. Yaradılış varsa, uca Yaradan da var demək. Yaradana qayıdış vaxtı idi. Ağıl hiss edirdi, hesab günü yetişir. Şahənşah ona ruh qarşısında durma gücü vermişdi, ancaq ona: “Əmri-itaət et”,-demişdi . Seçimi onun əllərinə vermiş, hər iki yolu göstərmişdi. O özü uçurumdan atlamağı seçmişdi. İndi nə etməliydi? Qurtuluş nəydi? Axı çıxış yolu nə idi, onu da bilmirdi. Çünki çıxış yolu ürəyin qaranlıq otaqlarına tərk edilmiş ruhdan keçirdi. Çünki o hər kəsin gedəcəyi son mənzildən gəlmişdi. Gediş yolunu sadəcə o bilirdi. Ağılda o yoldan gəlmişdi, ancaq nə çarə, artıq yolu-izi itirmişdi. Ağıl bir maşa kimidir əslində. Maşa kimin əlindədirsə, ağıl da ona tabedir. Maşanı versən nəfsin əlinə, ruhuna zincir vurar, əsir edər ruhunu qəlbin qaranlıq tininə. Ağlın canı yoxdur. O bir qələmdir, kimin əlindədirsə, onun ürək sözlərini yazar ömrün ağ səhifələrinə. Ağıl çiynəyib qürurunu endi ürəyin zindanına. O an bir nur gəldi insanın simasına. İnsan ağlı ruhu görən zaman aşiq oldu bir anda ona. Ruhun gözəlliyi valeh etdi onu başdan-başa. Ruh İlahi sirri canında gizlədir. Çünki ruh Allahın bağrından qopub gəlir. Ruhun sınmış qanadları, qaranlıq çökmüş siması, incə əlləri, ayaqları, mənalı baxışları, simasında olan inam, fərəh və sevinc insana özünü unutduracaq qədər valeh ediciydi. Bu qədər əsarətdən, zülümdən sonra yenə də dimdik dayanması, inadından dönmədən Allah deyib durması insanı heyran etməzmi bu sədaqətə?! Bəlkə də, buna görədir insan ruhunun bu ət parçasının içinə sinməsi. Axı ən möhtəşəm gövhərlər torpağın altında, mədəndə gizlənirlər. Onlar özlərini naməhrəm əllərdən mühafizə edirlər. Çirkin baxışlardan, o iyrənc arzu və niyyətlərdən, insanın qaranlıq nəfsindən gizlənirik bu ətdən divarlar arxasına. Gözlər önünüdə olsaydı həqiqət bütün çılpaqlığı ilə, nə mənası vardı o zaman bu həyatın?! Cavablar əlində girsəydin imtahana, imtahanın nə mənası var onda?! Nə qazanardın o zaman sən bu dünyadan?! Məsələ, pərdə arxasındakı əsrarı çözə bilməkdir. İnsanın ən böyük zəfəri yalanlar arasında gizlənmiş, yalandan özünə bir don geyinmiş həqiqətləri görə bilməkdir. Həqiqətlər bəzən yalan, yalansa gerçəklik qiyafəsində görünər gözünə insanın, amma insan olmaq bu demək deyilmi zatən – qurd qiyafəsindəki qoyunu görə bilmək. Ruhlarımız görünməzdir, görüənən yox olub gedəcək cisimlərimizdir. Onlar bizə görünənlik qazandıran geyimlərimizdir, amma onlar biz deyil, biz dediyimiz görünməyən ruhumuz, özülümüz mənliyimizdir.
Ağıl ruhun o sınmış halını gördükdə gerçəklərə yumulmuş, kor olmuş gözləri açıldı sanki. Bir anda bir şimşək çaxdı, o qaranlıq çağ sona yetdi, dövri-aləm aydınlandı. Hər kəs öz qiyafəsini bir kənara atdı, həqiqətlər sanki günəş kimi parladı. Bax, o an gözlərinə tor enmiş insanın gözləri açıldı. Hələ vaxtı olanlar baş verənlərin səbəbini anlamadılar. Amma gec, amma tez onları da bu aqibət gözləyirdi, lakin onlar hələ də heç nəyi dərk etmirdi. Çoxları buna möcüzə dedi, kimisi elmin açılmamış bir sirri. Düz deyirdilər, bu bir sirrdi onlar üçün. Çünki gerçəklərlə üzləşməyə hazır deyildi heç kim. Axı kim istəyər ölümü qəbul etməyi? Kimin nəfsi boyun əyər dünyanın bu qədər naz-neməti ahuları şövqləndirərkən? Hamı deyir ki, hələ vaxtım var. Anlamırsan, ey insan, zaman deyə bir şey yoxdu. İnsan deyə bir şey var. Zaman da sənsən, hər şey də sən. Anla ki, hər şeyin dəyərini müəyyənləşdirən tərəzisən sən. Zamanın dəyərini də sən müəyyənləşdirirsən. Axı nə fərqi var bu dövri-aləmdə dünənlə bu günün?! Günəş dünən şərqdən, bu gün qəbdənmi doğacaq? Qoca dediyiniz bu dünya cövr-cəfa ilə sadəcə pərvanə misalı dolanır sevgilisinin başına. Qoca deyirsiniz ona, qoca deyil ancaq. Hər il yenidən və yenidən özünü doğur bu dünya, hər il yenidən doğulur bu dünya. Hər yaz, yenidən yeni bir həyata başlayır bu dünya.
Ağıl dözə bilməyib ruhun bu cəfasına, azad etdi onu daha. Fərağ edib taxt-tacdan o da başladı pərvanə tək eşq odunda yanmağa. Şam kimi yanmağa başladı o da. Ruh bir atəşdi əql üçün. Dərk edə bilmədiyi, toxuna bilmədiyi, ona yasaq olan, ancaq nə çarə, süzülmüşdü artıq camdan piyaləyə qan qırmızısı şərablar. Gülün ləçəklərindən süzülürdü bülbülün qanı. Bülbülün qanıyla qızardı al gülün yanaqları. Qönçə açılmağa başlayıbsa, artıq dönüş yoxdu bu yoldan. Əqlin talehi bəllidir artıq. Nəfsin əl qolu bağlı, eşqin atəşi cəhənnəmdir ona. Hesab günüdür nəfsə artıq. Atəşlə sınanır o da. Min bir oyun qursa da, min vədlə aldatmağa çalışsa da, zəncirlərini qırmışdı artıq insan. Günəşin işığna aydınlanan insan aldanrmı çırağın oduna?!!! Sevgilinin atəşi işıq saçırdı əqlin qaranlığına, fəqət bu ona yetmirdi. Ona sevgliyə uzaqdan baxmaq, onun oduna qızınmaq kifayət etmirdi. Əql bir dənizdi sanki. Günəşin şəfəqləri yağmur kimi çisələnirdi bu dənizin üstünə. Günəşdən qopub düşən hər pərivəş rəqs edirdi dənizin dalğaları üstündə. Hər biri eşqin elçisydi sanki. Külək günəşin atəşdən saçlarını daradıqca, onun hər bir telindən min bir qoxu qarışırdı dənizin sularına. Diyari-vücudun al çayları ilə yayılırdı məftun edici rayihə cahanın dörd bir yanına. Firqətdə olan vicadana yetəndə bu qoxu əhv çıxdığını anladı, vətəninə yola çıxdı. Vicdan yetəndə öz yurduna ürək şəhərindəki o betondan qəbirstanlıq yıxılmışdı daha. Yenidən döyünməyə başlamışdı ürək. Dörd bir tərəfdə yamyaşıl yarpaqlı, al ləçəkli güllər açmışdı. İmanın çiçəkləri eşq suyu ilə suvarılmışdı. Riya toxumlarından cücərən o bərəkətsiz ağacların dörd tərəfinə eşq sarmaşığı sarılmış, kökünü qurutmuş, məhv etmişdi.
Vicdan ürək şəhərinin hakimidir. Ruhun ürək şəhərindəki valisidir. Vicdan mahıdır bu şəhərin göylərinin, işığını imanın nurundan alan. Vicadan öz yerini alanda bu diyarda əqlin dərdi boyunu aşdı, əməlləri dağ oldu sinəsinə çəkildi. Əql dönüb bir bənəfşəyə, vav oldu bükülüb yumağa döndü indicə. Nə etsin o, tövbə etsin, əhv diləsin? Bəlkə, mazhar olar Şahənşahın mərhəmətinə. Vicadanı ona xatırlatıdı hər şeyi. Həyatı ölüm qabağı gözləri önündən lent təki keçən xəstə kimi bütün səhvləri sıralanıb qarşısına başladı hesab soruşmağa. O vaxt anladı əql, dərk etdi, hansı günahın altına öz qolunu çədiyini.
Əql gecə gündüz bağışlanmağın yolunu axtarırdı. Sanki ərafda qalmışdı. Ölüm onun üçün artıq dəhşətdi. Yox olub getmək deyildi qorxusu. Yox olmaq demək bu acıların, əzabın sonu, bitməsi deməkdi. Onun ən böyük dərdi ruhdan ayırılmaq, ona qovuşmaq şansını əldən verməkdi. Ruhun həsrətini çəkmək belə ona xoşdu. Onun üçün darıxmaq, onun üçün yanmaq, ona qovuşmaq üçün Allaha yalvarmaq onlar arasında bir bağdı. Bu hicran onları bir-birinə bağlayan bir yol, bir vəsilə, bir vasitə idi. Bəlkə də, onlar arasındakı bağ sadəcə pambıq iplikdən ibarətdi. Xəfif bir mehin qopması yetrdi onları ayırmağa, ancaq bu da ona yetərdi. Eşq sevdiyin üçün sevdiyindən keçə bilməkdi. O xoşbəxt olsun deyə, bədbəxt ola bilməkdi. Eşq sevdiyinə sadəcə pambıq ipliklə bağlı olmağı belə dünyanın ən böyük neməti, xoşbəxtliyi bilməkdi. Aşiqin ən böyük imtahını da bu deyilmi, eşq üçün eşqdən keçmək aşiq olmaq deməkdir.
Əql bir günahkardır. Ruhun qəsbkarı, onun cinayətkarı idi. Ruhun saflığı əqlin çirkabında yox ola biməzdi. Əql keçdi sevgilisindən, amma dözə bilmirdi bu ayrılığa. Gecə-gündüz hicran əlindən saralıb solurdu gündən-günə hər an. Üzüldü taqətdən əql. Ölmək ona qurtuluş olmuşdu. Əql əriyib yox olduqca, insan özünü unutmağa başladı. Ölüm qorxusu da tərk etmişdi onu. Ağıralarnı, acılarnı, aclığını yuxusuzlunu bimirdi, hiss etmirdi. Hər kəs bilirdi Şahənşahın elçisi yetişmidi, elçilik daşında oturub qəbul zamanını gözləyirdi. Əql ruhu görmək üçün hər şeyindən keçərdi. Əqlin ah-naləsi diyari-vücudun ərşinə yetdi. Əqlin bu halından xəbər tutan ruh əqli yad etdi. O gözəl sanki bir mələkdi. Gözlərinə baxan bilirdi, o bu dünyadan deyildi.
Ruh əqlin gözləri önündə dayandı, son məqamda ona yetişdi. Əqlin əllərindən tutub ona sevgisini etiraf etdi. Ruhla göz-gözə gələn əql ruhun gözlərində Haqqı gördü, hər şeyi dərk etdi. Bax, o an Şahənşahın elçisi ilə insan göz-gözə gəldi. Əql ruhun eşqini rədd etdi. Çünki onun sevdiyi ruh deyildi, Ruhun yaradılışı idi. Ruhun yarandığı o möhtəşəm ideya idi. Əql o zaman gəldiyi yolu xatırladı. Onun istədiyi Şahənşahın hüzuruna çıxmaq idi. Bax, o an ölüm insana yetdi.

Müəllif: Ayna Asim

AYNA ASİMİN YAZILARI