Könlüm cuşa gəlir, seyr edirəm səmanı… Göy üzündə dalğalanan buludlara baxdıqca sanki hər bir damla, hər bir işıq zərrəsi mənə bir sirr pıçıldayır. Səmanın sonsuzluğunda Haqqın nəfəsini duyuram, hər tərəfdə Onun izini, Onun möcüzəsini görürəm. Sanki ulduzlar bir kitabdır, buludlar ayə, küləklər zikrdir… Varlığın hər zərrəsi Haqqı anır, Haqqı çağırır, Haqqı təsdiqləyir.
Biz çox zaman torpağın tozuna ilişib qalırıq, gündəlik qayğılara bürünüb göyə baxmağı unuduruq. Halbuki səma – insan ruhunun aynasıdır. O səmanın dərinliyinə baxdıqca öz içimizin dərinliyini görürük. Ulduzların sükutunda bəzən min cavab gizlidir, küləklərin səsində min sirr danışılır. Hər şey susur, amma eyni anda hər şey danışır… Anlayan qəlbə isə hər nəfəsdə bir ayə oxunur.
Hər yana baxıram – dağlara, dənizlərə, quşların qanad çırpıntısına, çiçəklərin boy atmasına… və görürəm ki, hər şey Haqqı zikr edir. Haqq hər yerdədir, amma ən çox da insanın öz içindədir. Lakin çox zaman biz Onu kənarda axtarırıq. Halbuki Onun səsi vicdanımızın dərinliyindədir, Onun nuru ruhumuzun mərkəzindədir. İnsan öz ruhunun pərdələrini qaldıranda, Onu özündə tapar, özündə görə bilər.
Hər şey bir sirlə yaradılıb… Səmanın sonsuzluğu ilə ruhun sonsuzluğu bir-birinə nə qədər bənzəyir. Göy üzünə baxanda insan anlayır ki, həyat bura sığmaz, varlıq yalnız görünəndən ibarət deyil. Bizim içimizdə başqa aləmlərin qapıları gizlidir. Hər dua bir pəncərədir, hər zikr bir yol, hər sükut isə bir ünvandır.
Varlığın mahiyyətinə enmək üçün insan gözlə deyil, qəlblə görməyi öyrənməlidir. Çünki qəlb – Haqqa açılan qapıdır. Haqqı görmək üçün sadəcə gözünü deyil, içini oyatmaq lazımdır. Haqqı eşitmək üçün qulaq yetərli deyil, ruhun səssizliyinə qulaq asmaq lazımdır.
Hər şeydə Haqqın təcəllisini görmək – budur əsl azadlıq. Bu azadlıq insana güc verir, qorxularını alır, qəlbinin dərinliklərinə nur saçır. Çünki bilirsən ki, tək deyilsən, yolun sahibsiz deyil. Səma kimi sonsuz, külək kimi sərbəst, nur kimi saf olursan…
Bilirəm ki, bu dünya fanidir, amma səmanın sonsuzluğuna baxanda anlayıram: Ruh ölməzdir. Haqqın nəfəsi ruhun nəfəsindədir, insanın içindədir. Əgər insan özünü tanısa, Haqqı tanıyar; Haqqı tanısa, kainatı oxuyar; kainatı oxusa, ruhun həqiqətinə yetişər.
Bu səbəbdən, hər səfərimdə bir Haqq salamı var… Hər baxışımda bir dua, hər nəfəsimdə bir zikr var. Könlüm cuşa gəlir, seyr edirəm səmanı… Haqqa salam verirəm… Çünki bilirəm ki, Haqqdan gəldim, Haqqa gedirəm.
Pərvanə Salmanqızı İctimai xadim, jurnalist, şairə-publisist
1966-dan ilk kitabından tanıyıb, 1967-dən görüşüb, daimi ünsiyyət bağladığım və kiçik qardaşa çevrildiyim ustad Məmməd İsmayıl bu gün doğulduğu Əsrik Cırdaxan (Tovuz) kəndində dəfn edildi. Dünyaya gələn gündən bu son gününə qədər ustadın həyatında xeyli məhrumiyyətlər, ağrılı-acılı günlər olub. Az qala hamısının da şahidi olmuşam. Yadımdadı, deyərdi, hər iki ildən bir vuruluram, sonra yenə həyatımda yüksəlişlər başlayır. Yatağa düşəndən sonra onu da deyərdi ki, 3 nisgilim qaldı sinəmdə. Biri şair İlyas Tapdığın, o biri ilk gənclik illərindən etibarlı dost olub, bir otaqda kirayənişin olmuş şair Müzəffər Şükür Məchulun qəbrini ziyarət edə bilməməsiydi. Hətta Türkiyədən qayıdanda, onu aeroportda qarşıladım, İlyas Tapdığın rəhmətə getməsini xatırlayıb, dedi, Qəşəm, çalış vaxt tapasan məni aparasan onun qəbri üstünə. Özüm də Tovuza gedəndə, gedib Akstafada Müzəffərin qəbrini ziyarət edəcəm. Bu, mənim boynumun borcudu. Necə oldusa, İlyas Tapdığın da ziyarətinə gedə bilmədi, Müzəffər Şükürün də. Bir nisgili isə Xalq şairi Nəbi Xəzriylə bağlıydı: -Nəbi müəllim mənə kömək edib, özümə bağışlaya bilmirəm ki, nədənsə xəstə yatanda gedib onu yoluxa bilmədim. Ruhun şad olsun, ustad! Gündəkindən dinc yatasan! Yüzlərlə insan sənin son günündə gəlib səni yola sala bilməyib. Elə biri mən özüm, vaxtında mənə deyilmədiyindən sənə “yoldaşlıq” eləyə bilmədim. İnşallah, gedib Əsrikdə “həmsöhbətin” olacam!
Заур Устадж — современный азербайджанский поэт, писатель и публицист, известный своими литературными произведениями, в которых он соединяет традиции классической поэзии и современные взгляды на жизнь. Его творчество охватывает разные жанры: стихи, рассказы, эссе и публицистические статьи.
Основная тематика произведений З. Устаджа — любовь к Родине, национальные ценности, духовное наследие, философские размышления о судьбе человека. В его стихах чувствуется искренность, эмоциональность и глубокий патриотизм.
Он также известен как «книжный человек» («kitab adam»), поскольку большую часть своей жизни посвятил литературе и популяризации книги. Творчество Заура Устаджа ценится не только в Азербайджане, но и за его пределами, так как в нем отражается универсальное стремление человека к добру, справедливости и истине.
Zaur Ustac is a well-known contemporary Azerbaijani poet, writer, and publicist whose works have gained recognition both in his homeland and abroad. He is often called a “man of books” because of his deep devotion to literature, culture, and the art of the written word. His creative activity reflects a strong sense of patriotism, love, and philosophical reflection on human life.
From an early age, Zaur Ustac showed interest in literature, history, and national traditions. Over time, this passion grew into a lifelong mission to preserve and promote Azerbaijani cultural values. He has written poems, essays, stories, and research articles that highlight not only the beauty of the Azerbaijani language but also the importance of moral and spiritual heritage.
One of the remarkable qualities of Zaur Ustac’s work is its accessibility. His poems and writings are close to the hearts of ordinary readers, yet they also carry profound philosophical meaning. Through his artistic style, he manages to balance simplicity with depth, turning everyday experiences into reflections on love, patriotism, friendship, and human destiny.
In addition to being a poet, Zaur Ustac is also an active cultural figure. He has organized literary projects, supported young writers, and contributed to the development of literary journalism. His role in enriching the modern Azerbaijani literary scene makes him a respected figure among intellectuals and readers alike.
Zaur Ustac’s legacy continues to grow, not only in Azerbaijan but internationally as well. His works have been translated into different languages, allowing the voice of Azerbaijani literature to be heard around the world. By combining tradition with modern thought, he has secured his place as one of the leading literary figures of his time.
In conclusion, Zaur Ustac is more than just a poet or writer; he is a cultural ambassador who represents the spirit of Azerbaijani literature and identity. His creativity, dedication, and love for his homeland make him an inspiring figure for future generations.
Azərbaycan ədəbiyyatının müasir simalarından biri olan Zaur Ustac, özünəməxsus üslubu, dərin məzmunlu yaradıcılığı və zəngin bədii dünyası ilə tanınır. O, həm poeziya, həm də nəsr sahəsindəki fəaliyyəti ilə oxucuların yaddaşında silinməz iz qoymaqdadır. Zaur Ustacın yaradıcılığı, ənənəvi ədəbi dəyərlərlə müasir düşüncənin sintezindən doğan, oxucunu düşündürən, həm də duyğulandıran nümunələrlə zəngindir.
Zaur Ustac təkcə bir şair və yazıçı deyil, həm də milli dəyərlərin daşıyıcısı, sözün qüdrətinə inanan, onun vasitəsilə insan qəlbinə yol tapmağı bacaran sənətkardır. Onun şeirlərində və esselərində vətən sevgisi, milli kimlik, insana məxsus duyğular, təmənnasız məhəbbət və səmimiyyət öz əksini tapır. Bu baxımdan, o, Azərbaycan ədəbiyyatının canlı nəfəsini, müasir oxucunun düşüncə və ruh dünyasını ifadə edən yaradıcı şəxsiyyət kimi qiymətləndirilir.
Onun əsərlərində kitab və mütaliə mədəniyyətinə xüsusi diqqət ayrılır. “Kitab adam” anlayışı ilə oxucunu elmə, maarifə, mənəvi zənginliyə səsləyən müəllif, əslində cəmiyyətin intellektual yüksəlişi üçün mühüm bir yol göstərir. Bu, həm müəllifin şəxsi həyat fəlsəfəsi, həm də oxucular üçün dəyərli bir örnəkdir.
Zaur Ustac yaradıcılığı, həm də sözün aydınlığı və səmimiyyəti ilə fərqlənir. Onun şeirlərində bədii priyomlardan çox, daxili saflıq və düşüncə gücü ön plana çıxır. Bu da oxucu ilə müəllif arasında birbaşa ünsiyyət körpüsü yaradır.
Ədəbi mühitdə Zaur Ustacın rolu, milli söz xəzinəsini zənginləşdirmək, yeni nəsil oxuculara milli-mənəvi dəyərləri aşılamaq və eyni zamanda müasir dünyanın ruhunu ədəbiyyata gətirməkdir.
Əgər heç yerdə işləmirəmsə, təcrübəni necə qazanım?
Müasir dövrdə ali və orta ixtisas təhsili alan minlərlə gənc məzun olduqdan sonra əmək bazarına üz tutur. Lakin bir çox hallarda onları qarşılayan ilk və bəlkə də ən sərt sədd “təcrübə tələb olunur” şərtidir. Hər bir gənc bu sualla qarşılaşır: “Əgər heç yerdə işləməmişəmsə, təcrübəni necə qazana bilərdim?” Mövzu ilə bağlı karyera məsləhətçisi Şahin Sərdarlı fikirlərini bizimlə belə bölüşdü: “Əmək bazarında gənclərin üzləşdiyi ən ciddi problemlərdən biri təcrübə tələbi paradoksudur, yəni işə qəbul üçün təcrübə tələb olunur, amma bu təcrübəni əldə etmək üçün əvvəlcə bir iş tapmaq lazımdır. Bu, əslində qapalı bir dövrədir və minlərlə gəncin illərlə potensialını reallaşdıra bilməməsinə səbəb olur. Gənclər təhsilini başa vurduqdan sonra ilk sualla üzləşirlər: “Təcrübən varmı?” Cavab isə çox vaxt “yox” olur. Təəssüf ki, bir çox işəgötürən də bu “yox” cavabını qəbul etmir. Problem təkcə təcrübənin olmaması ilə də bitmir. Gənclər bəzən öz bacarıqlarını təqdim etməyi bacarmır, CV-ləri peşəkar olmur, müsahibəyə psixoloji baxımdan hazır deyillər və ya əmək bazarının tələblərini ümumiyyətlə bilmirlər. Bütün bunlar iş tapmaq prosesini daha da çətinləşdirir. Bir çoxu sadəcə diplomla iş tapacağını düşünür, lakin müasir əmək bazarı konkret bacarıqlar və real nəticələr tələb edir. Digər tərəfdən, təəssüf ki, bir çox müəssisə təcrübəçi qəbul etməyə maraqlı olmur, ya sistemləri yoxdur, ya da buna zaman ayırmaq istəmirlər. Halbuki təcrübə proqramları həm gənclər, həm də müəssisələr üçün faydalı modeldir. Mən illərdir bu istiqamətdə gənclərin işə hazırlığı, təcrübə proqramları və bacarıqlarının inkişafı üzərində çalışıram. Karyera və İşə Hazırlıq Mərkəzi var ki, bu mərkəz təşkil etdiyi proqramlarda real iş mühiti simulyasiya olunur, iştirakçılar layihə əsaslı fəaliyyətlərə cəlb edilir və sonunda portfoliolar formalaşır. Bu yanaşma sadəcə öyrətmək deyil, gəncin özünə inamını bərpa etmək və onu əmək bazarına hazır vəziyyətə gətirməkdir. Bu proqramlar vasitəsilə 2200 nəfərə yaxın məzunumuz əmək bazarında iş tapıb, karyeralarını inkişaf etdirirlər. Gənclərə tövsiyəm budur ki, nə qədər çətin olsa da, öyrənməkdən və aktiv olmaqdan çəkinməsinlər. Sosial mediada bacarıqlarını paylaşsınlar, real nümunələr göstərsinlər, könüllü layihələrdə iştirak etsinlər və özlərini digərlərindən fərqləndirəcək bir yol yaratsınlar”. Əmək bazarında gənclərin üzləşdiyi təcrübə tələbi problemi, əslində, sistemli və çoxistiqamətli bir yanaşma tələb edən məsələdir. Bir tərəfdə işəgötürənlər var, onlar haqlı olaraq, yalnız nəzəri biliklə kifayətlənməyən, praktiki bacarığı olan, öyrədilməyə ehtiyacı az olan kadr axtarırlar. Digər tərəfdə isə universiteti yeni bitirmiş, həvəsli, lakin praktiki imkanlardan məhrum edilmiş minlərlə gənc durur. Bu iki tərəf arasında uçurum hər il daha da böyüyür və nəticədə yüzlərlə savadlı gənc ya ixtisası üzrə iş tapa bilmir, ya da ümumiyyətlə əmək bazarından uzaqlaşır. Problemin həlli yalnız fərdi deyil, həm də institusional səviyyədə olmalıdır. Universitetlər tələbələri yalnız nəzəri cəhətdən deyil, həm də praktik cəhətdən hazırlamalıdır. Tələbələrin təhsil dövründə real iş mühitində iştirak etmələri üçün istehsalat təcrübələri formal yox, funksional şəkildə təşkil olunmalıdır. Dövlət və özəl sektor bu prosesdə daha aktiv rol almalı, könüllülük, təcrübə proqramları genişləndirilməli, işə qəbul zamanı gənclərə dəstək yönümlü siyasətlər həyata keçirilməlidir. Gənclərin üzərinə düşən məsuliyyət isə daha böyükdür. Onlar təhsilləri müddətində imkan daxilində könüllü fəaliyyətlərə qoşulmalı, bacarıqlarını artırmalı, real iş mühitini öyrənməyə çalışmalıdırlar. Hərçənd bu bəzən asan olmur, lakin əmək bazarında uğur qazanmaq üçün bu gün artıq yalnız diplom kifayət etmir. Nəticə etibarilə, əmək bazarında gənclərin qarşılaşdığı təcrübə problemi yalnız onların deyil, cəmiyyətin, təhsil sisteminin və iqtisadiyyatın ümumi problemidir. Bu problemin həlli gələcək nəsillərin daha hazırlıqlı və dayanıqlı formalaşmasına, əmək bazarının daha sağlam strukturda inkişaf etməsinə səbəb olacaq. Əgər bu gün gənclərə iş imkanı verilməzsə, sabah iş dünyasında kifayət qədər təcrübəli kadrların olmamasına gətirib çıxaracaq. Cəmiyyət bu məsələdə həmrəylik göstərməli, gənclərə sadəcə sual vermək yox, həm də şans verməyi öyrənməlidir.
Qarğa Dimdiyinə aldı Apardı Nişan üzüyümü Uzaqlara… Qarğa Qara qarğa Dimdiyi ala qarğa Bilmədim ana qarğa Ya bala qarğa Apardı nişan üzüyümü. Tək qaş üzüyümü… Hara getdi, Hara saldı. Hara düşdü, Nişan üzüyüm, Bəxt üzüyüm?!. İndi mənə nişan göstər Neyləyim mən bəxti qara Söylə, söylə, qara qarğa?
Yazıçı-publisist, professor Almaz Ülvi yeni əsərlərini Azərbaycan Milli Kitabxanasına təqdim edib
Yazıçı-publisist, professor, Nəvaişünas, Özbək ədəbiyyatı tədqiqatçısı və təbliğatçısı Almaz Ülvi Azərbaycan Milli Kitabxanasında olub.
O, anadan olmasının 65 illik yubileyi münasibətilə Milli Kitabxanda açılan “Yazıçı-publisist Almaz Ülvi” adlı kitab sərgisi ilə tanış olub. Sərginin təşkilinə görə Milli Kitabxananın rəhbərliyinə öz təşəkkürünü bildirib.
Sonra müəllifi olduğu “Heç demirsən, Ələsgərim hardadır?!”, “Ədəbi portretlər”, “Mən qorxmuram uzaq yola çıxmaqdan”, “Almaz Ülvinin “Əlişir Nəvainin əsri və nəsri (Elmi-filoloji və dini-təsəvvüfi əsərləri)” monoqrafiyasına həsr olunmuş təqdimatın materialları”, Özbək dilində “Adabıy portretlar” və s. 18 adda 58 nüsxə kitabını Milli Kitabxananın fonduna hədiyyə edib.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov Almaz Ülvinin bu addımını yüksək qiymətləndirib. Azərbaycan Milli Kitabxanasının Milli arxiv fondu olunduğunu vurğulayaraq, Azərbaycan ərazisində çap olunan bütün kitabların burada olmasının zəruri olduğunu söyləyib.
Mənbə və ətraflı: https://www.millikitabxana.az/news/yazichi-publisist_–professor-almaz-ulvi