Şəlalə Camal – Gəl, əzizim

Çıxıb getmisən məndən,
Sən gedəndən gülmürəm.
Gözüm yollarda qalıb…
Elə hey deyirəm ki,
Kaş gələsən.
Yollarının qadasını alaram,
Gəl başına dönərəm…
Unudaram hər şeyi
Gəl sıfırdan başlayaq.
Mən həminki mənəm elə,
Səni sevən,
Sənə sadiq,
Gözləyən…
Arada istəyirəm saatı da tullayım …
Nə vaxt keçir, nə günlər…
Arada boylanıram da
keçmişimizə sarı
Belə sevgi harda vardı?
Sonadək sevəydin barı.
Axı nə oldu birdən,
Səni məndən soyudan?
Məni soruşsan… mənəm də…
Öz özümü ovudan.
Təsəlliyə sığınıram.
Ağlına heç nə gətirmə,
Sənə günah yıxmıram.
Günah varsa mənimdir,
Sən yetər ki, gələsən.
Nə kinim var, nə nifrətim,
İçimdəki sevgini də boğmadım,
Gəl, əzizim.
Gözləyirəm.
Gəl saçıma sığal çək,
Gəl denən ki, darıxmışam.
Sən gedəni gülüşüm şəkillərdə qalıbdı,
Gəl ki, üzümü güldür.
Məni belə ayrılıq
Günü – gündən öldürür.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacın kitabları – pdf

ZAUR USTAC

YAZARLAR

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Günüm mənim, Günəş payım, ay qızım

Səhərləri Günəş göydən boylanır,
Şəfəq saçır, nur çiləyir, qaynayır.
Yer də Günəş ətrafında fırlanır,
Günüm mənim, Günəş payım, ay qızım.

Səhər-səhər yuxudan oyananda,
Qızım Günəş məndən əvvəl oyanır.
Bir baxıram yatağının üstündə,
Şirin-şirin, nazlı nazlı oynayır.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur USTAC – MEINE MUTTER

MEINE MUTTER

Man nannte es Teppich,
legte uns die Welt zu Füßen…
Man nannte es Decke,
hing uns die Welt vor die Augen…
Unsere Welt blieb in Mustern gefangen,
bis wir die Zeichen verstanden…
Das Wort des Vaters
gab uns meine Mutter mit ihrer Stimme.
Wer es verstand – gewann,
wer es in hundert Jahren erst versteht – auch…
Denn in den Worten meiner Mutter
liegt immer ein Schatz verborgen:
meine geheime Geschichte ruht darin –
in jeder Masche,
in jedem Muster,
in jedem Teppich,
in jeder Decke…

Das Wort des Vaters webte sie in die Fäden,
füllte die Satteltaschen,
damit es eine Gabe sei für die Kinder.
Masche für Masche, Knoten für Knoten, Teppich für Teppich
legte sie uns die Welt vor die Augen
und lehrte uns: sie ist Garn und Wolle.
Wer es verstand – gewann,
wer es später versteht – auch…
Denn in den Worten meiner Mutter
liegt meine geheime Geschichte,
in jeder Masche,
in jedem Muster,
in jedem Teppich,
in jeder Decke…

Den Himmel hob sie in ihre Gewebe,
die Erde legte sie in Bündel.
Sie band das Ende des Fadens an unser Handgelenk,
damit wir den Anfang des Knäuels nicht verlieren.
Ein Zeichen wiederholte sie tausendfach mit dem Schiffchen,
damit es uns zum Ohrschmuck, zur Mahnung werde.
Sie ließ uns die Welt erkennen, bunt und reich:
Zeichen für Zeichen, Symbol für Symbol
ging die Welt durch den Schuss meiner Mutter…
Von der Schnalle des Vaters
ging die Welt in die Muster der Mutter über…
Die Welt ist immer ein Teppich für eine neue Welt!!!

05.07.2023. Baku.

Autor: Zaur USTAJ

OTHER ARTICLES BY ZAUR

Translated by: Leyla Mahirqızı,

Other articles by Leyla

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Göndərdiyim yazılar adətən dərc olunurdu” – Zaur Ustac

Göndərdiyim yazılar adətən dərc olunurdu

Həmsöhbətimiz – Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, şair, yazıçı, tərcüməçi,  jurnalist, “Yazarlar” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı Zaur USTAC dır.

Sual: Yazı yolunda ilk addımlarınızı atarkən hansı çətinliklərlə üzləşdiniz və onları necə aşdınız?
Cavab: Tam səmimi, ilk yazılardan heç bir çətinliklə üzləşmədim. İlk addımlar dediyiniz vaxt ötən əsrin 80-ci illərinə təsadüf edir. Həmin dövrdə gündəlik həyatımızda baş verən hadisələr barəsində yazdığım yazıları əsasən Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinə göndərirdim. Göndərdiyim yazılar adətən dərc olunurdu. Göndərdiyim yazılar ayrıca məqalə şəklində dərc olunmayanda belə “Sətirlər” başlığı altında yazıdan mühüm məqamlar mütləq verilirdi.
Sual: Həyatınızda dönüş nöqtəsi saydığınız bir hadisəni bizimlə bölüşə bilərsinizmi?
Cavab: Hərbi xidmət. 5 aprel 1993-cü il, axşam saatlarında (təxminən 17:00-18:00) Yaşmada Azərbaycanda yeni yaradılan Xüsusi Təyinatlı bölmələrin toplanış məntəqəsinə düşdüyüm an (hətta düşməmiş belə, bizi gətirən hərbi maşının yük yerindən gənc əsgərlərin ora-bura qaçışdığı səhnəni gördüyüm andan) həyat haqqında olan bütün fikirlərim köklü şəkildə dəyişdi. Hələ də həmin əhval-ruhiyyədəyəm.
Sual: Peşəkar həyatınızda sizə dəstək olan bir insan olubmu? Onun hansı xüsusiyyətləri sizə xüsusilə təsir edib?
Cavab: Bəli. Həyatımın istənilən pilləsində dəstəkçilərim olub. Onların həssaslığını, ədalətli mövqeyini qiymətləndirirəm. Və mümkün qədər ənənəni davam etdirməyə çalışıram. Xüsusilə  hərbi təhsil aldığım vaxtlarda mayor Orucəliyevin etdiyi yaxşılıqları heç vaxt unuda bilmərəm. Allah rəhmət eləsin.
Sual: İllər ərzində qazandığınız ən dəyərli həyat dərsi nə olub və onu necə öyrəndiniz?
Cavab: İstənilən bir hadisədən ibrət götürməyi bacarıram. Bu xüsusiyyəti uzun zaman çətin şəraitlərdə, müxtəlif kollektivlərdə insanlarla işləyərkən qazandım.
Sual: Gənc qələm sahiblərinə və yaradıcı insanlara verəcəyiniz ən vacib məsləhət nə olar?
Cavab: İstənilən sahədə çalışan gənclər üçün deyirəm ki, məqsədyönlü çalışan şəxs bütün arzularını reallaşdıra bilər. Məqsədiniz dəqiq olsun, hədəflərinizi aydın görün və inamla irəli! Vəssalam!
Sual: Yaradıcılıq böhranına düşəndə özünüzü necə toparlayırsınız? İlhamı harada və necə tapırsınız?
Cavab: Mümkün qədər çox gəzirəm, daim müşahidə aparıram. Hazırda irili-xırdalı çoxlu əsərlərin (məqalə, poema, hekayə, povest, roman, pyeslərin) möhtəviyyatı hazır olsa da, oturub işləməyə vaxt yoxdur. Hələlik böhranla üzləşməmişəm. Məncə daim xalqın içində olan yaradıcı şəxs böhranla üzləşməməlidir. Əgər belə bir hal olarsa, gəzmək, görmək lazımdır.
Sual: Oxucularınıza təkcə hekayələr yox, həm də dəyərlər ötürmək istədiyinizi hiss edirik. Bu dəyərlər sizdə necə formalaşıb?
Cavab: Məncə əsas xüsusiyyətlər genlə ötürülür. İndi müxtəlif vasitələrlə ötürməyə çalışdığımız dəyərləri zamanla ata – babalarımızdan əxz etmişik.
Sual: Zaman keçdikcə yazı üslubunuzda və yanaşmanızda hansı dəyişikliklər baş verdi? Sizin üçün inkişaf nə deməkdir?
Cavab: Gənclik illərində (konkret olaraq 1990-1993-cü illərdə) nəsr və nəzmlə dram əsərləri də yazırdım, satirik şeir daha çox yazırdım indi bunları azaltmışam. Fikirləri çatdırmağın daha kəsə və asan yollarını axtarıram.
Sual: Uğur bəzən insanı zirvəyə, bəzən isə təkliyə aparır. Uğur qazandıqdan sonra həyatınızda nələr dəyişdi və bu dəyişikliklər sizi hansı düşüncələrə gətirdi?
Cavab: Sizə bir söz deyim. Hər ilin sonunda özüm özümə hesabat verirəm (son illər bu hesabatlar dərc olunur). Bundan əlavə hər yeni il başlayanda özüm üçün görəcəyim işlər barədə aylara, rüblərə bölünmüş şəkildə illik plan tuturam. Və il boyu bu işlər reallaşdıqca nisanlayıram (“+” işarəsi qoyulur) hər “+” özlüyündə mənim üçün böyük uğurdur. Uğurların sayı artdıqca məsuliyyət hissi daha çox artır. Sanki, özümü daha çox iş görməyə borclu hesab edirəm. Bu qədər.

Söhbətləşdi: Südabə MƏMMƏDOVA

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

SÜDABƏ MƏMMƏDOVANIN YAZILARI

Südabə Məmmədova digər mənbələrdə


ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustacın “ANAM” şeirinin elmi-ədəbi təhlili

Zaur Ustacın “ANAM” şeirinin elmi-ədəbi təhlili

1. Mövzu və əsas ideya

Şeirin mərkəzi mövzusu ana obrazıdır. Ancaq bu obraz sırf bioloji və ailəvi anlamda ana deyil, xalqın yaddaşını, tarixini, sözünü, dəyərlərini qoruyan və gələcək nəsillərə ötürən “Böyük Ana” arxetipidir. Müəllif ana simasında həm də mədəniyyətin, folklorun, xalçaçılığın, ənənəvi dünyagörüşün təcəssümünü görür.

Əsas ideya:

  • Ana həyatın özüdür, o, dünyanı övladlarının ayağı altına palaz, gözləri önünə gəbə kimi sərir.
  • Ana həm də xalq tarixinin sirrini daşıyan bir toxucudur: ata sözünü ilmə-ilmə xalçalara, palazlara, xurcunlara köçürür, yaddaşın unudulmaması üçün işarələr, nişanələr qoyur.
  • Dünya keçicidir, amma ana sözündə və ana ilməsində əbədilik gizlidir.

2. Bədii təsvir vasitələri və simvollar

Şeirin bədii dəyəri əsasən metaforik obrazlar sistemi üzərində qurulub.

  • Palaz, gəbə, xalı, ilmə, naxış, arğac, kirkid – xalçaçılıqla bağlı terminlər burada məcazi məna qazanır. Həyatın özü, tarix və yaddaş ilmə-ilmə toxunan xalça kimi təqdim olunur.
  • Ata sözü – milli irs və mənəvi dəyərlərin simvoludur. Ananın vəzifəsi bu sözü qorumaq, saxlayıb gələcəyə çatdırmaqdır.
  • İpin ucunun biləyə bağlanması, kələfin itirilməməsi – xalq yaddaşının qırılmaması, nəsillərin bir-birinə bağlı qalması ideyasını ifadə edir.
  • Qulağa sırğa olunmuş nişanə – yaddaşda qalacaq, unudulmaz öyüd-nəsihətlərin rəmzidir.
  • Dünya gəbədir – həyatın toxunmuş, naxışlanmış, ancaq dəyişməyə və yenidən qurulmağa açıq bir məkandır.

Bu obrazlar vasitəsilə müəllif həm xalq poeziyası ilə bağlılığı, həm də modern poetik düşüncəni birləşdirir.


3. Poetik üslub xüsusiyyətləri

  • Təkrirlər və paralelizm: “Hər ilməsində, hər naxışında, hər palazında, hər gəbəsində” kimi təkrarlanan ifadələr həm ritmi gücləndirir, həm də fikrin vurğusunu artırır.
  • Alliterasiya və assosiasiyalar: “İlmə-ilmə, fərş-fərş, xalı-xalı” söz birləşmələri poetik musiqililik yaradır.
  • Xalq ədəbiyyatı ilə bağlılıq: Şeir xalq deyimlərinə, nəsihət ruhuna, arxaik obrazlara (xurcun, kirkid, ilmə) əsaslanır. Bu, Zaur Ustacın poeziyasının folklor köklərini göstərir.
  • Simvolik dil: Məişət predmetləri (palaz, xurcun, ilmə) yüksək fəlsəfi mənalar daşıyır.

4. Fəlsəfi və estetik qat

Şeirdəki fəlsəfi məqam budur ki, insan və dünya xalça kimidir – ilmə-ilmə toxunur, naxış-naqış formalaşır. Ananın əlində bu proses həm yaradılış aktı, həm də tarixin yaddaşı kimi təqdim olunur.

Eyni zamanda müəllif zaman və məkan anlayışlarını nisbiləşdirir: kim bu sirri indi anlayacaq, kim yüz ildən sonra – fərq etməz, çünki hər halda fayda var. Bu, həm tarixi davamlılığı, həm də sözün əbədiliyini göstərir.


5. Nəticə

“ANAM” şeiri Zaur Ustac yaradıcılığında ana mövzusunun fəlsəfi-estetik zirvəsi hesab oluna bilər. Burada ana obrazı sadəcə ailə simvolu deyil, xalqın tarixini, sözünü, yaddaşını qoruyan müqəddəs varlıq kimi təqdim olunur. Xalçaçılıqla bağlı folklor elementlərinin poeziyaya gətirilməsi isə həm milli köklərə bağlılığı, həm də şairin bədii təxəyyülünün zənginliyini sübut edir.

Müəllif: Günnur AĞAYEVA,

müstəqil ədəbiyyatşünas-tənqidçi

GÜNNUR AĞAYEVANIN YAZILARI

ZAUR USTACIN DİGƏR YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Günümüzün reallığı

Bir ərəbdən soruşursan ki, sən kimsən?
Deyir:

— Ərəb!

Sən nə dindəsən?
— İslam.
— Nə dildə danışırsan?
— Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir.
Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdülillah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, erməni və sairə.
Amma bizim bir nəfərimizdən sor ki,
— Sən kimsən? Deyər müsəlmanam.
— Hansı millətdənsən?
— Müsəlman millətindən.
— Nə dinindəsən?
— Müsəlman dinindən.
— Nə dili danışırsan?
— Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsəlman – yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur. Əgər bu gün yaponlar islam dinini qəbul etsələr, onlar ancaq din cəhətincə müsəlman olarlar, amma dil və milliyyətcə yapon qalırlar.
Müəllif: Üzeyir bəy Hacıbəyov