“Roman və hekayə kitablarını oxumağın faydası varmı?”

“Roman və hekayə kitablarını oxumağın faydası varmı?”

Bu sualı Mark Manson verir və onun cavabı o qədər sarsıdıcıdır ki, avropanın bu günkü azadlığını belə həmin cavabla bağlayır.

O deyir: “Gənc olanda düşünürdüm ki, bədii əsər oxumaq vaxt itkisidir; amma orta məktəb müəllimim, o vaxtlar mənim anlamadığım parlaq bir cümləni işlətdi.”

Müəllimi demişdi: “Biz hekayələri oxuyuruq, çünki insanları heç vaxt yetərincə tanıya bilmirik!”

Bu cümlənin içində dərin bir həqiqət gizlənir…

Mansonun fikrincə, biz həyatımızdakı insanları özümüz seçirik; yəni dostluğu o adamlarla qururuq ki, maraqlarımız, baxışlarımız və təcrübələrimiz onlarla ortaqdır.

Niyə? Çünki fərqli düşüncə və zövqlə barışa bilmirik və məhz hekayələr burada köməyimizə çatır…

Hekayətçilik; istər film olsun, istər kitab, istərsə də başqaları ilə söhbət, elə bir sınaq meydanıdır ki, insanı məhdud təcrübə çərçivəsindən çıxararaq düşündürür: görəsən, başqaları (müxtəlif zövq və fikrə malik adamlar) hadisələri necə qavraya bilər?
Manson yaxşı bir misal çəkir…

O deyir: “Mən Amerika qaradərililərinin ağrı-acısını heç vaxt anlamamışdım, ta ki “Görünməz adam” romanını oxuyana qədər. Müharibənin quru faktlarına da heç bir münasibətim yox idi, nə vaxt ki “Qərb cəbhəsində yenilik yoxdur” kitabını oxudum.”

Bu, empatiyanın gücünü göstərir. Amma niyə bu qədər önəmlidir? Cavab maraqlıdır…

Manson deyir: “XVIII əsrə qədər Avropa təəccüblü dərəcədə vəhşi idi. Lakin çap dəzgahı icad olunub kitablar xalqa əlçatan olandan sonra vəziyyət yavaş-yavaş dəyişməyə başladı.”

Niyə? Çünki insanlar oxumağa başladılar, oxumaq isə onların içində həmrəylik və başqasının dərdinə biganə qalmamaq duyğusunu oyatdı.

Avropalılar artıq başa düşdülər ki, niyə fərdi azadlıqlar vacibdir? Niyə bizimlə eyni düşüncədə olmayanın haqqına hörmət etməliyəm? Niyə dövlət adamları qarşısında tələbkar olmalıyıq?

Əslində Avropa oxumaqla azad oldu.

Müəllif: Əli Çağla

ƏLİ ÇAĞLANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

YUNUS OĞUZ YAZIR – VACİB

Hər bir xalqın tarixində, onun tarixinin öyrənilməsində, keçmişinə nəzər salmaqla yanaşı əcdadları ilə fəxr edilməsində maddi mirasla bərabər qeyri – maddi miras da əvəzsiz rol oynayır.

Maddi mirasın növləri müxtəlif olduğu kimi (məsələn ailə mirası, təbiət mirası, daşınar və daşınmaz miras, qorunması vacib olan təbiətin yaratdığı abidə, tarixi abidələr və sairə miraslar), qeyri- maddi miraslar da müxtəlifdir. Qeyri- maddi irsə, yaxud mirasa isə mədəniyyətin müxtəlif sahələri daxildir. Bu qeyri-maddi irsin ən möhtəşəmi və bədii yaradıcısı epik miraslardır, çunki epik əsərlərin mərkəzində, cox zaman yaradıcı insan durur. Epik əsərləri yaradanlar insanlar olsa da bəzən elə olur ki, şifahi xalq ədəbiyyatında bir neçə əsr boyunca xalq yaradır və onu yaşadır. Hələ ta qədimdən fəlsəfəni bütün elmlərin şahı hesab edirdilər, lakin başqa elmlər inkişaf etdikcə onlar müstəqilləşdilər. Fəlsəfədə elmin ən güclü sahəsi olan məntiq qaldı. Bu sözləri təsadüfən diqqətinizə çatdırmadım. Belə ki, epik əsərlərin ən güclü tərəfi Məntiq və Yaradıcı Sözdür. Məntiqsiz olsaq və sözün böyüklüyünə inanmasaq bir insanın, bir ailənin, bir xalqın sevincini, sarsıntısını, dərdini, gizli görüşlərini, psixoloji yaşantılarını və sairə hallarını ədəbiyyata və mirasa çevirə bilməyəcəyik və bu epik miras kimi də həyata vəsiqə qazanmayacaqdı.

Bəs epik miras, yaxud irs deyəndə nə nəzərdə tutulur? Bu sözün kökü eposdan qəlir və müəyyən hadisəni danışmaq, nəql etmək anlamındadır.

Epik əsərlərdə insanların, tiplərin, personajların psixoloji durumları, xarakterləri ətraflı, baş verən hadisələrin, hətta mühitin təsviri üçün tamamlanmış imkan yaradır. Belə ki, əsəri yaradan müəllif geniş imkanları ilə yanaşı, təxəyyülündən geniş istifadə edir, oxucunun qəlbini tam ram etmək və əsərini sevdirmək üçün bütün yaradıcı üsüllara əl atır. Lakin əsərin böyük və kiçikliyindən asılı olaraq bir neçə süjet ətrafında hadisələr qurulur, sistem daxilində, sözün gücündən istifadə edən müəllif düşünülmüş quruluş verir. Epik əsərin həcmindən(kiçik, orta, böyük) asılı olaraq,ordakı tiplərin sayı nəzərə alınaraq geniş və yığcam verilir. Bəzən epik əsərin qəhrəmanı bir anın (kiçik), bəzən bir dövrün (orta), bəzən isə bir neçə nəsil (böyük) götürülə bilər. Məsələn, “Manas” dastanı bir dövrün, yəni dövlətin yaranması dövrünü əhatə edir. “Dədə Qorqud” dastanı isə müxtəlif əsrləri özündə birləşdirir. “Koroğlu” dastanı bizə sifahi xalq yaradıcılığının ən yüksək məqamını təgdim edir. Homer isə “İlliada” əsərındə yunanlarla troyalıların (turobalıların) bir-birilərinə qarşı apardıqları müharibədən bəhs edir. Amma, adlarını çəkdiyim bütün əsərlərin bütün süjet xətləri mükəmməl verilib. Burada mif və reallıqlar da mövcüddur. Bu barədə bir qədər sonra danışacağıq. Epik miras bir əsər kimi bizə şifahi və yazılı halda gəlib çatır və üç formada ola bilər: nəşr, nəzm və nəsr və nəzm bir yerdə. Epik mirasın şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, dastan, əfsanə və lətifədir. Şifahi xalq ədəbiyyatında ən cox yayılan janrlar isə nağıl, dastan və lətifədir. Nağıl epik janrı və dastanlar minillər məxsus olduğu xalqın həyatını, fərdlərin həyatını formalaşdıran mirasdır, hər xalqın qəhrəmanı bu janrlarda müstəsna rol oynayır və nəticədə ədalət və xeyir şərə qalib gəlir. Amma bir məsələ var ki, bu eposu yaradan xalq, yaxud müəllif öz xalqını, onun epos qəhrəmanının xeyir surətini yaradır, əks qəhrəmanı, yaxud qonşu xalqı şər qüvvə kimi görür və o xalq məğlub edilir. Burada mifik qəhrəman daha çox sevilir. Məsələn Ə.Firdovsinin “Şahnamə” eposu bu qəbildəndir. Əvvəl xeyir və şər allahları yer üzündə mübarizə aparırlar, sonra isə bu mübarizə İran və Turan arasında müharibələrə çevrilir. Sonralar bu dövlətlərin siyasi quruluşu, dünyabaxışı, ideologiyası reallığa dönür. Daha sonra bu mifi yenə həyatda bərpa etmək istəyənlər və bu mif ideyanı yeni nəsillərə ötürənlər tapılır. Adını çəkdiyimiz əsərdə sasani ideologiyasını bərpa etmək istəyənlər, həm də onun imperiyasını qurmaq arzusuna düşürlər və bunun uğrunda mübarizə aparırlar. Elə Turan, Qızıl Alma, aparılan mübarizədə yol göstərən “Boz Qurd” bu qəbildəndir. Qeyd etmək lazımdır ki, bu gün bu obrazlar miniilərdən gələn, qanımıza işləyən bu mifik obrazlar gənclər arasında geniş yayılıb və bunu reallığa çevirmək istəyənlər kifayət qədərdir. Dastanlar isə özlüyündə iki janra ayrılır; qəhrəmanlıq və sevgi. Elə dastanlar var ki, hər iki janrı özündə birləşdirir. Qeyd etmək lazımdır ki, bu epik janrda müsbət obrazlar həm sevgisi,həm də ədalətli cəmiyyətdə yaşamaq uğrunda mübarizə aparırlar. Lətifə epik janrı qısa və lakonikdi. Adətən lətifə qəhrəmanı məntiqi və hazırcavablığı ilə seçilir və nəyisə,ya da hansısa sözü tam dəqiqliklə və sərrast deyir. Lətifə qəhrəmanı qarşısındakını gülüş obyektinə çevirir və hətta sərrast cavabı ilə özü cəmiyyətdə sevilir. Məsələn, lətifə qəhramanlarından “Bəhlul Danəndə”, yaxud “Molla Nəsrəddin” minillərdir xalqın qəhrəmanıdır. Lətifələr bəzən ezop dilində də deyilir. Şifahi bədii yaradıcılığın epik irsində hələ də istifadə olunan “atalar sözləri” də janrdır. Təəssuflər olsun ki, hələ də müasir dövrümüzdə atalar sözlərini epik irsə salmaq istəməyənlər də var. Lakin, bu janr epik irsimizin ən qədimidir. Belə ki, insan yaranışdan söz ucalığından istifadə edib. Bu janr isə çox lakonikliyilə seçilir. Belə ki, insan qarşısındakını incitməmək, təhqir etməmək, yaxud da böyüklər kiciklərin yanında nüfüzlarını itirməmək üçün bu növdən istifadə edirlər. Yazılı ədəbiyyatın isə epik mirasın aşağıdakı janr növləri vardır:

Təmsil

Şeir və ya nəsrlə yazılmış, heyvanların, quşların dilindən deyilən satirik xarakterli tərbiyəvi bədii əsər. Təmsil qısa olur və insanları düşündürür. Əsas isə belə əsərlərdə insanların psixoloji cəhətdən düşdükləri durumlar və xüsusiyyətlər heyvan və ya quşların dilindən oxuculara çatdırılır.

Hekayə

Bədii yaradıcılığın kiçik həcmli, eyni zamanda məntiqli süjetli əsərin bir növüdür.

Yuxarıda qeyd etdiyimiz kimi, burada insan həyatının xüsusiyyəti, yaxud hər hansı bir canlıya yönələn konkret səhnəsini təsvir edir. Bu səhnədə qəhrəmanın həyat anı, onun psixoloji durumu təsvir edilir.

Novella, felyeton, satira

Bu hekayə janrına daxil edilsə də satira yumor, tənqidi, gülməli məzmun daşıyır.

Belə janrda əsasən insanların, dövrün çatışmamazlıqları tənqid olunur, gülüş hədəfinə çevrilir.

Oçerk

Kiçik həcmli olur, insandan, yaxud hər hansı obyektdən bəhs edən bir əsərdir, həm də yığcam şəkildədir. Oçerk əmək və döyüş adamlarının qəhrəmanlığından bəhs edə bilər, yaxud cəmiyyətin hər hansı hissəsindən baş verən hadisələr qələmə alınır.

Povest

Həcmcə hekayədən böyükdür, orta janra aid edilir və hadisələrin bir neçə süjet xətti olur, təsviri isə genişdir. Povest hadisələrin müəyyən bir dövrünü özündə əks etdirir. Psixoloji tiplərin sayı çoxdur, müəyyən hadisələr insanların düşüncələrini aça bilməsinə imkan verir.

Roman

Epik mirasımızın ən gənc janrlarından biri olsa da, ən böyüyüdür. Romanın əsas xüsusiyyətlərindən biri geniş və əhatəli olmasıdır. Burada böyük həcmdə süjetlər və yüzlərlə qəhrəman ola bilər. Bəzən bu janr böyük bir dövrü təsvir edir. Şeirlə yazılan əsər isə mənzum roman adlanır.

Dramaturgiya

Bu janr teatrlaşdırılmış və səhnələşdirilmiş xalq oyunlarını, bayramları və ayinləri özündə kəsb edən ən qədim janrlarından biridir. Elə indinin özündə adət-ənənələrimizə uyğun tamaşalar qurulur. Məsələn, “Yada daşı” ayini yağış yağdırmaq üçün; “Kosa-kosa” oyunu Yeni günün (Novruz) gəlməsilə bağlıdır.Hətta yas mərasimlərinin də keçirilməsi səhnələşdirilir.

Orta əsrlərdən başlayaraq teatrlaşdırılmış və səhnələşdirilmiş bu janr dramaturgiyaya çevrildi və satirik və dramatik növlərə bölündü.

Poema

İri həcmli nəzm əsəridir. Bu janrda müəyyən hadisələr kiçik, yaxud böyük dövrü əhatə edə bilər. Burada hər şey lirik verilir. Qəhrəmanın sevgisi, təbiətin vəsfi və lövhələri geniş təsvir edilir, qəhrəmanın daxili aləminə, psixoloji durumuna geniş nüfuz edilir. Hadisələrin epik təsvirinə geniş yer verildikdə isə epik-lirik adlanır.

Xatirə, yaxud memuar

Müəllifin şəxsən özünün şahidi olduğu hadisələri qələmə aldığı əsərlər xatirə janrına daxildir. Burada müəllif özünün bütöv bir dövrünü, ya da böyük bir dövrdə yaşadığına görə, iştirakçısı olduğu hadisələri qələmə ala bilər. Buna bəzən memuar da deyilir və vahid süjet xəttindən kənarda olur.

Yuxarıda qeyd etdiyimiz kimi maddi miras, yaxud qeyri- maddi miras mövcuddur. Qeyri-maddi mirasın da ən yüksək səviyyəsi epik miras, yaxud irsdir. Təəssüflər olsun ki, əksər müəlliflər bu iki mirası ayrı-ayrılıqda təsvir və təsəvvür edirlər, onların birini, əsasən epik mirasların bəzisini mifə, digərini reallığa bağlayırlar. Amma onların vəhdət təşkil etməsini yaxına belə buraxmaq istəmirlər.

Düşünürük ki, mifdə reallıq, reallıqda mif mövcuddur.

Məsələn, Şliman “İlliada” əsəri əsasında Troya (Turoba) şəhərini tapmasaydı, on doqquzuncu əsrin sonuna qədər hamı elə bilirdi ki, onun yazdığı əsər mifdir və heç bir reallığa uyğun gəlmir. Amma, Şliman bu şəhəri tapmaqla mifi reallığa çevirdi.

Yaxud on doqquzuncu əsrdə Gültəkin abidələri tapılanda Orxon-Yenisey yazıları ortaya çıxmasaydı, bu abidələrin min üç yüz il ərzində mif olduğunu düşünürdülər, hər iki nümunədə bizə qalan təbiətin örtdüyü mirası minillərdən sonra mifi reallığa yönəltdi. Maddi miras mifi də reallığa çevirdi. Təbiətin qoynunda gizlədilən və bizim mif hesab etdiyimiz epik miraslar yerlərini reallığa verdikcə insanların dünya baxışları dəyişir, dövlətinin və millətinin tarixinə yenidən baxmağa məcbur olur. Yaxud, səyyah və etnoqraf Övliya Çələbi Azərbaycanın Dərbənd şəhərində olanda qeyd edirdi ki, yerli əhali Dədə Qorqudun qəbri bu şəhərdədir deyirdi. Halbuki, bütün türklər və dünya onu mifik şəxs hesab edirdi. Lakin “Dədə Qorqud” dastanının əlyazmaları Vatikandan və Drezdendən tapılanda epik miras mifdən reallığa çevrildi.

Heç şübhə etmirəm ki, “Manas” eposunda qırğızların Altay dağlarından Pekinə qədər getməsinin və təbiətin gizlətdiyi mirasının bu gün möhtəşəm epos kimi təqdim edilən faktlar bir gün mifin reallıq olduğunu göstərəcək. Daha bir misal. Türk əfsanələrində, dastanlarında türklərin kosmik bağlılığı çox açıq göstərilir. Lakin bu gün dünya inkişaf etdikcə və fəza biliklərimiz artdıqca göylərlə bağlı yaranan miflərimiz bir gün reallığa çevriləcək.

Çünki mifin içində reallıq, reallığın içində mif var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Müəllif:  YUNUS OĞUZ (  olaylar.az )

YUNUS  OĞUZUN  BLOQU – CIĞIR

YUNUS OĞUZUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Düşmənlərə nisbət gülürəm, məzuru varmı?

BİLSƏN Kİ, NECƏ

Bilsən ki, necə xəstədi can, mehrinə, ey yar,
Hər dəm gözünün düşmədədi sehrinə, ey yar.

Düşmənlərə nisbət gülürəm, məzuru varmı?
Biçarə canım yanmadadı qəhrinə, ey yar.

Gəl, gəl ki, gözün qarəsinın həsrəti sənsən,
Kirpikli qalaynan qorunan şəhrinə, ey yar.

Hərçəndi şirindir kədəri, möhnəti eşqin,
Bəsdirmi ki daldım yalanın bəhrinə, ey yar.

Məcnun ilə Leyla bizə hər dəm məsəl olmuş,
Zeynəb də zamanın baxacaq dəhrinə, ey yar.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

Adilə Nəzər – SƏN NECƏSƏN

SƏN NECƏSƏN

Neçə ulduz dəstəsi keçibdi ayrılıqdan,
Neçə səhərlərimiz açılıbdı “salam”sız.
Dostlar dostluqdan “itib”, doğmalar doğmalıqdan,
Həyatın rəngi qaçıb, günlər keçir anlamsız.

Sovrulub xəyalımda canlandırdığım nə var,
Yaşıl-yaşıl ümidlər birdən xəzələ batıb.
Üzərimə uçubdu qapı, pəncərə, divar,
Güzgülərdən qaçandan sənə həsrətim artıb…

Unudacağam, -deyib, yaddaşıma daş atdım,
Ləkəli görün deyə, şüşələri silmədim.
Necə oldusa elə hər gün “biz”i yaşatdım,
Unutmaq istəmədim, ya unuda bilmədim?!

Gözlərim yelkən açdı qeyri-müəyyənliyə,
Düşündüm, qəlbim yükü kaş ki, götürməsəydi.
Mən də gəlib çıxmazdım bu cavabsız tənliyə,
O vaxt, orda sevginin bəxti gətirməsəydi…

Səni də qınamıram, qılınc adlı qısqanclıq
Yeri gəldi-gəlmədi ürək paralayırmış.
İtirmək qorxusu da deyirlər buna, ancaq
Qorxular məhəbbəti ağır yaralayırmış.

..Sən də qapıldınmı heç həsrət adlı sellərə,
Səs-səmirin duyulmur, ey çağlayan dənizim.
Baxıb ağladınmı heç danışan şəkillərə,
Mən heç yaxşı deyiləm, sən necəsən, əzizim?

Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru

ADİLƏ NƏZƏRİN YAZILARI


Zaur Ustac – xatirə markası

Zaur Ustacın ədəbi yaradıcılığının 30 illiyi münasibətilə buraxılmış xatirə markası. Azərbaycan, Bakı, 2018.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və Türk Dünyası

Zaur Ustac və Türk Dünyası

Zaur Ustac yaradıcılığı bütövlükdə milli kimlik, tarixi yaddaş və mədəni irsin qorunması üzərində formalaşmışdır. Onun poeziyasında və publisistikasında Azərbaycan mədəniyyəti ilə yanaşı, Türk dünyası ideyası da geniş şəkildə öz əksini tapır. Şair üçün Türk dünyası sadəcə coğrafi sərhədlərlə məhdudlaşmır, həm də ortaq dil, ortaq din, ortaq yaddaş və ortaq mədəniyyət anlamı daşıyır.

Zaur Ustac öz əsərlərində türk xalqlarının tarixini, qəhrəmanlıq salnaməsini və ortaq taleyini poetik dillə ifadə edir. Onun yaradıcılığında Nizami, Füzuli, Nəsimi kimi klassiklərdən gələn böyük ədəbi ənənə ilə yanaşı, müasir dövrün milli-mənəvi dəyərlərə çağırış ruhu da güclüdür. Bu baxımdan, Ustac Türk dünyasını birləşdirən mənəvi sütunlardan biri kimi dil və ədəbiyyatı ön plana çəkir.

Şairin yaradıcılığında Türk birliyi, Türk birliyi uğrunda mübarizə və “Bütöv Azərbaycan” ideyası bir-birini tamamlayan mövzulardır. O, Azərbaycanın türk dünyasının ayrılmaz parçası olduğunu vurğulamaqla yanaşı, bütün türk xalqlarının bir-birinə mənəvi dayaq olması fikrini də qabardır.

Zaur Ustacın əsərlərində Türk dünyası həm romantik bir ideal, həm də reallığa çevrilməli tarixi vəzifə kimi təqdim olunur. Bu mənada onun poeziyası türk gəncliyinə milli köklərə bağlı qalmağı, ortaq tarixdən və dəyərlərdən güc almağı öyrədir.

Beləliklə, Zaur Ustacın yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmır; o, Türk dünyasının ədəbi, mənəvi və milli birliyinə xidmət edən bir missiya daşıyır. Onun əsərləri bir növ türk xalqlarının ortaq dilində – poeziya dilində – səslənən birləşdirici çağırışdır.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur USTAC – MI MADRE

MI MADRE
La llamaron alfombra,
y puso el mundo bajo nuestros pies…
La llamaron tapiz,
y colgó el mundo ante nuestros ojos…
Nuestro mundo quedó bordado,
hasta que comprendimos sus dibujos…
Las palabras de mi padre
nos las entregó en su propia lengua mi Madre…
A algunos llegaron ya,
a otros les llegarán dentro de cien años…
En ambos casos hay provecho
en la palabra de mi Madre,
donde descansa mi historia secreta;
en cada puntada de mi Madre,
en cada ornamento,
en cada alfombra,
en cada tapiz…

Mi Madre tejió las palabras de mi padre en los nudos,
y las guardó en las alforjas…
para que fueran sustento de los hijos…
Puntada a puntada, nudo a nudo,
tejido a tejido, tapiz a tapiz,
nos mostró que el mundo
estaba hecho de hilo y lana…
Unos lo entendieron, otros lo entenderán dentro de cien años…
En ambos casos hay provecho
en la palabra de mi Madre,
donde descansa mi historia secreta;
en cada puntada de mi Madre,
en cada ornamento,
en cada alfombra,
en cada tapiz…

Trasladó el cielo a los telares,
envolvió la tierra en madejas…
Ató el extremo del hilo a nuestra muñeca,
para que no perdiéramos la hebra…
Repetía mil veces una señal,
para que quedara como pendiente en nuestros oídos…
Mi Madre nos dio a conocer el mundo en mil sabores y matices…
Símbolo tras símbolo, marca tras marca,
el mundo pasó por la trama de mi Madre…
Del cinturón de mi Padre
al diseño de mi Madre se trasladó el mundo…
¡El mundo siempre será un tapiz para un nuevo mundo!

05.07.2023. Bakú.

AutorZaur USTAC

Müəllif: Zaur USTAC

Author: Zaur USTAJ

OTHER ARTICLES BY ZAUR

Translated by: Leyla Mahirqızı,

Other articles by Leyla

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və Ana mövzusu

Zaur Ustac və Ana mövzusu

Ana – insanın ilk duası, ilk nəfəsi, ilk sevgisidir. Dünya insana gözlərini açanda onun qarşısında duran ilk müqəddəs varlıq da məhz Anadır. Zaur Ustac poeziyasında Ana obrazı həm sadə bir övlad sevgisi, həm də bütün bəşəriyyətin dayağı kimi təqdim olunur.

Şair üçün Ana sadəcə övladını bəsləyən, böyüdən deyil, həm də dünyanı övladının ayağına sərən qüdrətli bir varlıqdır. Onun misralarında Ana dünyanı palaz kimi ayaqlarımız altına salır, gəbə kimi gözlərimizin qarşısına asır. Dünyanın bütün gözəlliyi, bütün çiçəklənən naxışları ananın əllərinin zəhməti, qəlbinin işığı ilə bəzənir.

Zaur Ustacın Anası yalnız fərdi bir obraz deyil. O, həm də Vətəndir, torpaqdır, millətin ruhudur. Necə ki, ana insanı həyata gətirir, Vətən də milləti yaşadır. Şairin poetik dünyasında ana sevgisi ilə vətən sevgisi bir damarda axır – eyni ürəyin iki döyüntüsü kimi.

Ustac üçün Ana hikmətin səsidir. O, ata sözünü ana dili ilə övladına çatdıran müqəddəs məktəbdir. Onun kəlmələri bəzən sadə, bəzən də naxışlar kimi mürəkkəbdir. Ancaq hər halda, o sözlər həyat yolunu işıqlandıran çıraqdır.

Zaur Ustacın şeirlərində Ana həm göz yaşında, həm də təbəssümdə yaşayır. O, həm zəhmətin yorğun əlində, həm də mərhəmətin şəfqətli baxışında görünür. Şairin poetik dili ilə Ana, insan varlığının kökü, dünya ağacının kölgəsi, övladın yolunda işıq saçan ulduzdur.

Ana – Zaur Ustac üçün yalnız bir qadının adı deyil. Ana – həyatın özü, dünyanın nəfəsi, insanlığın ümididir.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur USTAC – MA MÈRE

MA MÈRE
On l’a appelée tapis,
Elle a jeté le monde sous nos pieds…
On l’a appelée tapis brodé,
Elle a suspendu le monde devant nos yeux…
Notre monde est resté brodé,
Jusqu’à ce que nous comprenions les motifs…
La parole du Père, c’est ma Mère qui nous l’a transmise dans sa langue…
À qui elle est parvenue, à qui elle parviendra encore dans cent ans…
Dans les deux cas, il y a profit dans la parole de ma Mère,
Mon histoire secrète repose;
Dans chaque nœud de ma Mère,
Dans chaque motif,
Dans chaque tapis,
Dans chaque broderie…

Elle a tissé la parole du Père dans des secrets,
Elle l’a rangée dans les besaces,
Pour qu’elle devienne offrande aux enfants…
Nœud par nœud, fil par fil, trame par trame,
Ma Mère nous a montré que
Le monde qu’elle déployait sous nos yeux
N’était que fil et laine…
Certains l’ont compris, d’autres le comprendront dans cent ans…
Dans les deux cas, il y a profit dans la parole de ma Mère,
Mon histoire secrète repose;
Dans chaque nœud de ma Mère,
Dans chaque motif,
Dans chaque tapis,
Dans chaque broderie…

Elle a transporté l’arche vers les trames,
Elle a roulé la terre en petites pelotes…
Elle a attaché le bout du fil à notre poignet,
Pour que nous ne perdions pas le fil de la pelote…
Elle a martelé mille fois un signe,
Pour qu’il reste comme une boucle d’oreille à nos oreilles…
Ma Mère nous a fait connaître le monde en mille saveurs…
Symbole après symbole, empreinte après empreinte
Le monde est passé par la trame de ma Mère…
Du fermoir de mon Père à l’assortiment de ma Mère est passé le monde…
Le monde est toujours un tapis pour un nouveau monde!!!

05.07.2023, Bakou

Auteur : Zaur USTAC

Müəllif: Zaur USTAC

Author: Zaur USTAJ

OTHER ARTICLES BY ZAUR

Translated by: Leyla Mahirqızı,

Other articles by Leyla

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac və İmadəddin Nəsimi

Zaur Ustac və İmadəddin Nəsimi

Azərbaycan ədəbiyyatının zəngin ənənələri içində hər dövrün öz səsi, öz nəfəsi vardır. Orta əsrlərdə Nəsimi hürufi ideyaları ilə insanın ali dəyərini, azad düşüncəni ucaltdığı kimi, müasir dövrdə Zaur Ustac da milli dəyərləri, bütöv Azərbaycan amalını, azad ruhu poeziyasının mərkəzinə gətirmişdir.

İmadəddin Nəsimi sözün qüdrəti ilə insanı kainatın mərkəzinə qoyur, insanı Tanrıya yaxınlaşdırır, hətta “insan ilahi varlığın aynasıdır” düşüncəsini ifadə edirdi. Onun qəzəllərində və rübailərində hürufi fəlsəfəsi ilə yanaşı, milli ruhun da dərin izləri görünür.

Zaur Ustac isə müasir dövrün sınaqları fonunda eyni missiyanı davam etdirir. O, poeziyada “Bütöv Azərbaycan” ideyasını ön plana çəkərək millətin bütövlüyünü, mədəni dəyərlərin qorunmasını və gələcək nəsillərə ötürülməsini əsas amal kimi göstərir. Zaur Ustacın yaradıcılığında kitab sevgisi, milli kimlik və vətənpərvərlik ön plandadır.

Hər iki şair sözün gücünə inanır. Nəsimi əsrlər öncə “söz”lə insanı Tanrıya qovuşdururdusa, Zaur Ustac bu gün “söz” vasitəsilə milləti tarixi yaddaşına, kökünə və gələcək hədəflərinə qovuşdurur. Onları birləşdirən ən böyük məqam isə insan və söz qarşısında daşıdıqları məsuliyyətdir.

Beləliklə, Nəsimi – klassik Azərbaycan poeziyasının “mən” fəlsəfəsini yaratmış dahi, Zaur Ustac isə müasir poeziyamızda milli idealların sadiq carçısıdır.

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf

Məlumatı hazırladı: Günnur Ağayeva


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru