Hər səngər məbəddi, pirdi hər əsgər!

DAĞLAR
(Dağlara xitabən üçüncü şeiri)
Tarix səhnəsində yetişdi zaman,
Başlanmış bu çağın mübarək, dağlar!
Hələ nə zəfərlər gözləyir bizi,
Qutlanmış novrağın mübarək, dağlar!

* * *
Dövranın gərdişi döndü, dəyişdi,
Davadan doğulan ərlər yetişdi,
Didilmiş yaralar tutdu, bitişdi,
Üç rəngli duvağın mübarək, dağlar!

* * *
Nə vaxtdır yol-iriz bağlı qalmışdı,
Qoynunda yağılar məskən salmışdı,
Canımı sağalmaz bir dərd almışdı,
Sayalı qonağın mübarək, dağlar!

* * *
Xətai qırmadı könül bağını,
Nadir unutmadı hicran dağını,
İlhamın silahı əzdi yağını,
Dəmirdən yumruğun mübarək, dağlar!

* * *
Qurtuldu yağıdan zənburun, balın,
Bir başqa görünür yamacın, yalın,
Zirvəndən boylanır şanlı hilalın,
Müqəddəs sancağın mübarək, dağlar!

* * *
Haqqa nisbət tutub ulu Ələsgər,
Andırıb, tanıdıb, bilib pərisgar,
Hər səngər məbəddi, pirdi hər əsgər,
Şuşatək ocağın mübarək, dağlar!

* * *
Ay Ustac, min şükür arzuna yetdin,
“Dədə”n gedən yolu, sən də qət etdin,
Dolandın dünyanı yurdunda bitdin,
Doqquzu zər tuğun mübarək, dağlar!

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Qəzənfər Məsimoğlu – Qoşma

QOŞMA

Vaqifdən, Vurğundan yadigar qalıb,
Hər zaman təzəmdi, tərimdi qoşma.
Qəlbimi oxşayıb, könlümü alıb,
Gözəlim, göyçəyim, pərimdi qoşma.

Elə möhtəşəmdi, elə ucadı,
Dillərdən düşürmü görün heç adı.
Ruhu qafiyədi, canı hecadı,
Noğuldan, şəkərdən şirindi qoşma.

Sevən ürəklərə sevinc payladı,
Barışa səslədi, sülhə hayladı.
Əsli bayatıdı, kökü layladı,
Dəryadan, ümmandan dərindi qoşma.

Uludu, yüyrəkdi, ozan dilidi,
Bir sözü yüz yerə yozan dilidi,
Din-iman dilidi, azan dilidi,
Müqəddəs ocağım, pirimdi qoşma.

Hökmüylə adillik gətirər şaha,
Saraya çevrilər ən uçuq kaha.
Qəzənfər, dünyada qiymətli, baha,
Yaqutum, gövhərim, zərimdi qoşma.

Müəllif: Qəzənfər MƏSİMOĞLU

QƏZƏNFƏR MƏSİMOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Müzəffər ordunun şanlı əsgəriyəm!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

MURAD MƏMMƏDOVUN KİTABI

VAQİF SULTANLININ YAZILARI

MURAD MƏMMƏDOVUN YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

YAZARLAR JURNALI 2025 (1-8) SAYLARI

“YAZARLAR” JURNALININ 2025-Cİ İLDƏ BÜTÜN SAYLARI – PDF:

  1. ƏSAS: EHTİYAT: yazarlar-49
  2. ƏSAS: EHTİYAT: yazarlar-50
  3. ƏSAS: EHTİYAT: yazarlar-51
  4. ƏSAS: EHTİYAT: yazarlar-52
  5. ƏSAS: EHTİYAT: yazarlar-53
  6. ƏSAS: EHTİYAT: Yazarlar-54
  7. ƏSAS: EHTİYAT: yazarlar-55
  8. ƏSAS: EHTİYAT: Yazarlar-56

Məlumatı hazırladı: Günnur Ağayeva


ZAUR USTACIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Kim Sun-Young – həyat və yaradıcılıq yolu

Kim Sun-Young – həyat və yaradıcılıq yolu

Kim Sun-Young 1938-ci il, 17 mayda Koreyanın Gyeonggi əyalətinin Kaesong şəhərində anadan olub. Sudo Qadınlar Müəllimlər Kollecini bitirdikdən sonra Sudo Qızlar Orta Məktəbində müəllim, daha sonra Sejong Universitetində professor kimi çalışıb.

1962-ci ildə “Hyundae Munhak” (“Müasir Ədəbiyyat”) jurnalında “Göyərçin”, “Əks-səda” və “Fəsillərin divar yazıları” adlı şeirlərinin dərcə tövsiyə olunması ilə ədəbi debüt edib. “Cheongmi” (靑眉) ədəbi birliyinin fəal üzvü olub.

1969-cu ildə ilk şeir toplusu “Saga” (Düşüncə nəğməsi) işıq üzü gördükdən sonra o, 15-dən artıq şeir kitabı nəşr etdirib. Onların arasında “Boşluğun ayaqqabı dükanı” (1972), “Dağ çiçəyi ayini” (1976), “Xəyal mühiti” (1976), “Gecə yazılmış sözlər” (1982), “Bənövşə ağacında yaşayan Tanrı” (1983), “Həsrət nəğməsi” (1987) və “Parçalamaq üçün” (2008) kimi əsərlər var.

O, Müasir Poeziya Mükafatı və Koreya Ədəbiyyatı Mükafatı da daxil olmaqla bir çox ədəbi mükafatlara layiq görülüb. Koreya Şairlər Assosiasiyasının və Koreya Qadın Yazıçılar Birliyinin məsləhət şurasında, həmçinin Beynəlxalq PEN Koreya Mərkəzində üzv kimi fəaliyyət göstərib.

Həsrətin Bitki Təbiəti

Silinsə də,
Yenə, yenə silinsə də,
Hilal kimi doğar yenidən,
Böyüyər, yarımaya dönər,
Sonra dolunay olar.

Dolunay kimi
üzən bir çöhrə tək,
İnsanlar qəlbinin dərinliyinə
həsrət boşluğunu asarlar.

Sevgi —
unutmaq istəsən belə,
Qorxulu bir bitki təbiətinə sahibdir —
yenidən cücərər, yenidən boy atar.
Ona görə bu gecə də
səma dolunayla doludur.

Sarmaşıq

Sən yuxarı qalxdıqca,
Mən enirəm.

Hər addımının sabit döyüntüsü ilə
dik pilləkənlərdən enirəm.

Bəzən qalxmaq —
enməkdir.

Yox, bəlkə də enmək —
dayanmadan qalxmaqdır.

Hətta ölüm də
ölümün dərinliyindən qalxar,
qalxar, yenə qalxar,
ta ki yenidən doğulana qədər.

Tərcümə:Cahangir NAMAZOV

Azadlıq bəşəri anlayışdı

Azadlıq bəşəri anlayışdı

Azadlıq bəşəri anlayışdı , dərin və yüklü mövzudu. Haqqında çox yazılıb və müxtəlif təriflər verilib. Biri digərini tamamlamayan , dəyişik və eyni zamanda həqiqətin gözündən keçmiş. Bu gün mən də öz düşüncələrimi bölüşmək istədim oxucuyla. İstinadsız , heç kimin fikrinə söykənmədən , tam şəxsi . Bu mövzu zaman -zaman hər kəsi düşündürdüyü üçün həmişə müzakirə obyektinə çevrilib. Ətrafında mübahisələr edilib , hətta bu mövzuda münaqişə edənlər belə olub. Çünki hərə bir müstəvidən yanaşır öz azadlığına , hərənin öz baxış bucağı var və hər kəs ağlı kəsdiyi , dərk etdiyi qədər azaddı. Ümimiyyətlə azadlıq özündərkin bir formasıdı.
O birinci növbədə şüurda başlayır və əməldə bitir.
Azadlıq qapılarını taybatay açıb gözləmir heç kəsi. Onu qazanırlar. Bu işdə mühit və zaman da mühüm rol oynayır. Əgər zehnin, düşüncən buxovdadırsa , qorxursansa , fikirlərini cəmiyyətə görə dəyişirsənsə , demək sənin azadlıq anlayışın da yalnız sözdədi.
Əlbəttə aşırı azadlığın da öz problemləri və eybəcərlikləri var. Azadlığı bütün çılpaqlığı ilə yaşamaq olmaz. Bu da insanı uçuruma apara bilər. Mən sivil azadlıqdan danışıram. Əgər sən öz azadlığına hörmət edirsənsə , qarşı tərəfi də nəzərə almalısan . Sənin azadlığın başqasının məhkumiyyəti olmamalıdı.
Bəs görək bu yolda hamı hamıya dəstəkdimi? Konkret reallıq var və bilirik ki , hamı özünü daha mükəmməl hesab edir. İnsanlar arasında fikir ayrılığı çox vaxt düşmənçiliyə qədər gedib çıxır. Azadlığı meşşanlığa və tərbiyəsizliyə çevirmək olmaz. Bu cəmiyyətdə çox böyük fəsadlar törədər. Şəxsiyyət belə formalaşmır.
Bizdə vəziyyət necədi bəs? Azadlığa münasibət hər kəsdə eynidimi? Cəmiyyət azadlığı tam anlamı ilə qəbul və dərk edə bilirmi? Zənnimcə yox. Bizim cəmiyyətdə azad şəkildə fikir söyləmək mədəniyyəti hələ inkişaf etməyib. Bəzən yuxarılar aşağıları , bəzən aşağılar yuxarıları idarə etməyə çalışır. Bu idarəçiliyin özü azadlığı buxovlamaq istəyindən irəli gəlir. Statusundan , tutduğu vəzifəsindən asılı olmayaraq çox adam bu düşüncədədi. Demək şüurda yetərincə yenilik ( inqilab) yoxdu hələ. Heç kim heç kimin fikrinə hörmətlə yanaşmağı öyrənməyib. Amma hər kəs özlüyündə özünü haqlı bilir. Halbuki bu meydan hər kəsindi. Hamının azad şəkildə söz demək haqqı və hüququ var . Səbəb odu ki, sosial mühit hələ azadlığı tam anlamı ilə qəbul edə bilmir. Əsl azadlıq tamam fərqli anlayışdı . Nədi bu azadlıq , harda başlayır və haracandı?. Azadlığa ətrafın gözüylə baxmaq lazımdımı? Zənnimcə azadlıq anlayışına öz şəxsi prinsiplərindən yanaşılmalıdı. Birinci növbədə düşüncəni buxovdan və məhkumiyyətdən qurtarmalısan. Özü , ruhu azad olmayan insan cəmiyyəti azadlığa çıxara bilməz . Əlbəttə burda da ətraf faktoru var , cəmiyyəti də nəzərə almaq lazımdı. Bu danılmazdı. Amma eyni məsələdə ətrafı öz düşüncələrinə tabe etmək və hər vəchlə buna çalışmaq da olmaz.Bu əslində şəxsiyyətin zəifliyidi.
Çünki heç kəs heç kəsin fikirləriylə razılaşmaq məcburiyyətində deyil. Çünki hər kəsin öz şəxsi fikri və qənaəti var. Ona görə də müzakirələr sivil və demokratik şəkildə həyata keçməlidi. Cəmiyyət bu müzakirələrdən yararlanmalıdı və müəyyən nəticəyə gəlməlidi. Zənnimcə zorla ətrafı özünə tabe etmək və cəmiyyəti buna məcbur etmək əslində fərdin öz fikirlərinə şübhəylə yanaşmasından irəli gəlir. Başqalarının azadlığını buxovlayan insan əslində öz məhkumiyyətinə tabedi. Həm də belə insanlar həddən artıq aqressiv və əsəbi olur. Belələri psixoloji cəhətdən də cəmiyyətə adaptasiya olunmaqda çətinlik çəkirlər və eyni zamanda buna tam hazır deyillər. Təəsssüf ki , çoxluqdan danışıram. Çox sadə misal. Hazırda sosial şəbəkələr cəmiyyətin aynasıdı. Orda hər kəs özünü lazımı qədər ifadə edir. Baxırsan ki, hansısa paylaşımın altında onlarla , hətta yüzlərlə təhqir , təzyiq , hədə dolu rəylər yazılır. Burda qətiyyən azadlıqdan , müasirlikdən və demokratiyadan söhbət gedə bilməz. Bayağı , bəsit , dayaz müzakirələrdə hər kəs özünü nümayiş etdirir əslində. Özü də ən iyrənc şəkildə. Heç kim heç kimin fikriylə razılaşmır və bütövlükdə bunlar ictimaiyyətin gözü qarşısında baş verir. Halbuki bütün müzakirələr və təhlillər daha yumşaq qaydada aparıla bilər. Demək hələ sivilizasiyasını tam anlamı ilə qəbul edə bilmirik. Axı insan qarşı tərəfi özünə tabe etməklə ümumilikdə azadlığın bütün qanunlarını pozmuş olur. Nəticədə azadlığın özü çərçivəyə salınır və ya salmağa çalışırlar. Zənnimcə insan bu müzakirələri aparmaqçun özünü hazır hiss etməlidi. Bəs toplum buna hazırdımı? Zənnimcə xeyr. Bu olar və ya olmaz artıq ondan sonrakı mərhələdi. Bütün qaydaların pozulması əslində insanın özünə , iradəsinə qalib gələ bilməməsindən irəli gəlir. Mən belə düşünürəm və hamı da belə düşünməlidi deyə bir qanun yoxdu. Azadlığın özü də qanun çərçivəsində həyata keçməlidi. Qanundan kənar və aşırı azadlıq barbarlığa gətirib çıxarır . Ona görə də azadlıq anlayışına da ehtiyyatla yanaşmaq mütləqdi. Axı azadlığı da başlı başına buraxmaq olmaz. Onu da idarə etmək lazımdı. Ağıllı və şüurlu şəkildə. Mən azadlığın qətiyyən əleyhinə deyiləm , əksinə həmişə azadlığın yanındayam. Mən qaraguruhçuluğun , yalançı hay -küyün , meşşanlığın əleyhinəyəm. Bu azadlıq deyil .

Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist.

Yunus Oğuzun bloqu

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru