
****
Ömrüm səbrlə keçdi,
Kaşımdan baş açmadım.
Hərə bir daş tulladı,
Daşımdan baş açmadım.
Çaşıb girdim meydana,
Düşdüm şərə , böhtana ,
Boyun əydim şeytana
Başından ,baş açmadım .
Yeridim dərdə sarı ,
Ömür -gün oldu yarı,
Yola verdim baharı ,
Qışımdan baş açmadım.
Nə çox imiş günahım ,
Özümü tutdu ahım,
Neynədimsə Allahın
İşindən baş açmadım.
Pəncərə
Büründü pəncərə göz yaşlarına,
Bir qadın çiynindən atdı yükünü.
Açdı ürəyini boş küçələrə ,
Pəncərə -pəncərə tutdu yükünü.
Min həsrət cücərdi yağışın altda,
Cücərdi ,böyüdü gecə boyunca.
Bir pişik bir siçan ovuna çıxdı,
Yüyürdü , yıxıldı küçə boyunca.
Bir ac köpək kimi uladı külək,
Uladı o başa, bu başa qaçdı.
Tutdu ağacların qol -budağından,
Ayağı dolaça-dolaşa qaçdı.
Yiyəsiz itlərin səsi kəsildi,
Quşlar yuvasına çəkildi , yatdı .
Pəncərə -pəncərə yıxıldı şəhər,
Pəncərə -pəncərə büküldü , yatdı.
Pəncərə-pəncərə yuyundu gecə ,
Pəncərə-pəncərə duruldu qadın.
Pəncərə -pəncərə açıldı səhər,
Pəncərə -pəncərə yoruldu qadın.
****
Sən nə yaman bənzəyirsən
Gözümdəki yaşa, payız.
Yenə də bütün dünyanı
Vermişik yağışa, payız.
İkimiz də eyni dərddə,
İkimiz də eyni yaşda.
İkimiz də çırpınırıq
Ümid adlı aldanışda,
İkimiz də qoşa payız.
Nə tapırıq “sus” içində,
Hardan keçirik günahdı.
Hər yetənə ürəyini
Açmaq olmur payız vaxtı,
Bürünmüşük kaşa, payız.
Arzularla oynayırıq,
Aldadır xəyallar bizi.
Şeir-şeir, varaq-varaq
Ovuduruq qəlbimizi,
Qalmışıq baxışa,payız.
Hər həsrətin öz ağrısı ,
Hər həsrətin öz rəngi var.
İkimizin də könlündə
Xəzan adlı bir sevgi var,
Vermişik baş-başa , payız.
****
Sizinlə çox savaşdım,
Dərə keçdim , dağ aşdım,
Hamınızla barışdım,
Ağrılar, ay ağrılar.
Məni hara çəkdiniz?
Məni dara çəkdiniz,
Boğazıma çökdünüz ,
Doğrular , ay doğrular.
Ürəyimi aldınız,
Dilə , dişə saldınız,
Qismətimi çaldınız,
Oğrular, ay oğrular.
AYB -nin və AJB-nin üzvü, şair -publisist.
Yunus Oğuzun bloqu
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru