Ana, sənə məktubu ön cəbhədən yazıram

ANAMA MƏKTUB
(avtoportret)
Ana, sənə məktubu ön cəbhədən yazıram,
Başım çox qarışıqdı, hər gün səngər qazıram…
Bilirəm, göynədikcə əllərimin qabarı,
Səni də çox incidir ürəyinin qübarı…
Gecələr yuxunda da oğlunu gözləyirsən,
Günəşdən erkən çıxıb yolumu gözləyirsən.
Fikrində bir mən varam, bir də geri dönüşüm,
Ana, bitmir savaşım, bitmir mənim döyüşüm!..
Dörd yandan qəvi düşmən elə durub qəsdimə,
Mərmilər dolu kimi yağır hər gün üstümə!..
Ürəyimə tuşlanıb qəlbsizlərin qəlpəsi,
Ana, mənim ömrümün yoxdu arxa cəbhəsi!..
Məni belə doğmusan, bu adda, bu biçimdə,
Ömrüm keçir atəşin, od-alovun içində
əsgər arzularımla səngərdə yaşamaqdan,
yaralı ümidləri çiynimdə daşımaqdan!..
Hər ümid bir təsəlli, hər savaş bir sınaqdı,
Hələ döyüş bitməyib, hələ oğlun da sağdı!
Sağdı! Daşlı-kəsəkli yolum – açdığım cığır,
Elə darısqaldı ki, öz çəkməm ancaq sığır…
Burda ölmək asandı! Burda ölməyə nə var!
Ölüb sənin qapına burdan gəlməyə nə var,
ya çaxan ildırımla, ya da yağan yağışla!..
Ana, məni getdiyim yola-izə bağışla…
Mən özümdən keçirəm, düşmən gülləsi məndən!..
Elə utanıram ki, saçlarındakı dəndən,
Gözlərindəki nəmdən, qurban olum, ağlama!
Geriyə bir qarış da yoxdu yolum, ağlama!..

Müəllif: İbrahim RÜSTƏMLİ – Əməkdar jurnalist

İBRAHİM RÜSTƏMLİNİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir