İmadəddin Nəsimi – Eyləməm

EYLƏMƏM
Xar içində bitən qönçə gülə minnət eyləməm,
Ərəbi, farisi bilməm, dilə minnət eyləməm.

Sirat-i müstəqim üzrə izləyərəm Rahimi
İblisin təlim etdiyi yola minnət eyləməm.

Bir əcaib dərdə düşdüm, hər kəs gedər karına,
Bu gün buldum – bu gün yerim, Haq kərimdir yarına,

Zərrəcə tamahım yoxdur bu dünyanın varına
Ruzimi verən Xudadır, qula minnət eyləməm…

Ey Nəsimi, can Nəsimi ol qəni mehman ikən,
Yarın şəfaətlərim əhmədi-muxtar ikən,

Cümlənin ruzisin verən ol qəni səttar ikən
Yeryüzünün xəlifəsi hünkara minnət eyləməm.

MÜƏLLİF: İMADƏDDİN NƏSİMİ

İMADƏDDİN NƏSİMİNİN YAZILARI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir