Aprelin 3-ü saat 14-00-da AYB-də “Ədəbi dostluq – Əbədi dostluq” layihəsi çərçivəsində təqdimat

MƏLUMAT

Sabah – aprelin 3-ü saat 14-00-da “Ədəbi dostluq – Əbədi dostluq” beynəlxalq ədəbiyyat festivalı çərçivəsində Azərbaycan Yazıçılar Birliyidə türk dünyasının ədəbi birliyini əks etdirən növbəti tədbir keçiriləcək. Tədbirdə ölkəmizdə Azərbaycan dilində nəşr olunmuş “Turan ədibləri – 3” antologiyası, daha əvvəl Türkiyədə türk dilində çap edilmiş “Turan ədibləri – 2” kitabı, eləcə də azərbaycanlı müəlliflər Namiq Dəlidağlı və Aysel Əliyevanın Qırğızıstanda qırğız dilində işıq üzü görmüş “Men ubakıttan utuldum” (“Mən zamana uduzdum”) və “Жан дүйнөсү” (“Könül dünyası”) adlı şeir kitabları oxuculara təqdim olunacaq.

Bu tədbir yalnız kitab təqdimatı deyil, eyni zamanda ortaq ədəbi dəyərləri bölüşən xalqlar arasında mənəvi körpü rolunu oynayan mühüm bir mədəni hadisə kimi diqqət çəkir. Təqdimatda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkiyə və Azərbaycandan olan, antologiyada şeirləri yer alan müəlliflərin, eləcə də tanınmış ədəbiyyat nümayəndələrinin iştirakı gözlənilir.

Artıq qeyd olunan ölkələrdən gəlmiş qələm adamları Bakıdadır. Bu görüş türk dünyasının ədəbi inteqrasiyasını gücləndirən, müxtəlif dillərdə yazan müəllifləri bir araya gətirən və ortaq mədəni irsin zənginliyini nümayiş etdirən önəmli platforma kimi qiymətləndirilir.

Maraqlananlar tədbirdə iştirak edə bilər.

Təşkilat kimitəsi

Mənbə: Nurboyev Muqimjon 

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

Əvvəli burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

DEMƏ SƏMƏD VURĞUN GƏLDİ GEDƏRDİ
V yazı

Səməd Vurğun haqqında yetərincə xatirılər yazılıb.Səməd Vurğun haqqında yazılmış ən yaxşı xatirələrdən biri unudulmaz Xalq yazıçımız İsmayıl Şıxlının yazdığı “Nə ağır dərd imiş şair yaranmaq” adlı xatirəsidir.Mən o xatirə yazısını dönə- dönə oxumuşam və həmişə də mənə elə gəlib ki,həmin xatirə bizim ictimai fikrimizə az məlumdir.Çünki bu xatirəni oxuduqca,çox suala cavab tapırsan: Səməd Vurğunu cəsarətsizlikdə, daha nə bilim,burda yazmağa rava bilmədiyim könül bulandıran nələrdəsə günahlandıranlara,tutarlı cavab var İsmayıl müəllimin xatirəsində.Bu qiymətli xatirəni oxuyandan sonra,İsmayıl müəllimin Səməd Vurğunun şeirlərinin təhlilləri əsasında qəti əmin olursan ki,Səməd Vurğun,amansız Stalin hakimiyyıti dönəmində,SSRİ adlanan məmləkətdə (o məmləkətdə ki,azad sözdən,demokratik fikir söyləməkdəm söhbıt belə gedə bilməzdi) ən cəsarətli,ən qorxmaz və ən mərd söz ədamı-ən böyük fikir adamı,ən qüdrətli şair məhz Səməd Vurğun olub.Bu böyük, bu yüksək ali dəyərlərə Səməd Vurğun nəyin bahasına nail olub?
İsmayıl müəllimim xatirə yazısında bu suallara cavab verilib…
Həmin xatirə yazısından kiçik bir hissəni bi yazıma əlavə edirəm:

İSMAYIL ŞIXLININ SƏMƏD VURĞUNA HƏSR EYDİYİ “NƏ AĞIR DƏRD İMİŞ ŞAİR YARANMAQ” XATİRƏ YAZISINDAN BİR HİSSƏ.

“…Başa düşməməkdənmi,qəsdənmi,nədənsə “Xanlar” əsərindəki Söhbət surətinə az fikir veririk.O vaxtlar biz hər dəfə şair Söhbət səhnəyə gələndə gözümüz önündə Səməd Vurğunu canlandırırdıq.Şair Söhbət “ORDA DA QANUNLAR EYNİ CƏLLADDIR,YAŞAYAN ÖLÜMDÜR,ÖLƏN HƏYATDIR” – deyə Fransanı yada salanda biz başa düşməliyik ki,bu dərd Söhbətin dili ilə deyilsə də,Səməd Vurğunun dərdidir. “OYNADIR ATINI HƏR ÖTƏN QANSIZ,VƏTƏN BİR XƏSTƏDİR,YATIR DƏRMANSIZ”. Bu da Səməd Vurğundur.Xəstə Vətənin dərdini çəkir.Özü də bu sözlər 1940- cı ildə səhnədən deyilirdi. “VƏTƏN XƏSTƏDİR,YATIR DƏRMANSIZ!”. Bu o illər idi ki,çoxusu boş-boş nitqlər söyləyirdi,millətini,dilini sevmirdi,ona yuxarıdan aşağı baxırdl. Şair Söhbət isə səhnədən deyirdi: “BOŞ-BOŞ NİTQLƏRLƏ MİLLƏT OYANMAZ!”, “VƏTINİN NAMUSLU MƏRD OĞULLARI,ƏVVƏL SEVMƏLİDİR DOĞMA ELİNİ,ONUN SƏNƏTİNİ,ONUN DİLİNİ”. Şair çırpınır,çıxış yolu axtarır.O görür ki, “ALDADIR BƏŞƏRİ YALAN VƏDLƏR,HAQDAN-ƏDALƏTDƏN YOXDUR BİR ƏSƏR”. Səməd Vurğun Vətənin,millətin düşdüyü bu ağır vəziyyətdən çıxış yolu axtarır və bunu vicdanda görərək yazırdı: ‘YALNIZ İNANIRAM SAF VİCDANLARA,VİCDAN DÜZƏLDICƏK HƏYATI,VİCDAN”. Bu Vaqifin: “VİCDAN DEDİKLƏRU BİR HIQİQƏTDİR, BEŞİYİ,MƏZARI ƏBƏDİYYƏTDİR” fiikri ilə səsləşir.Bu şairin özünün vicdan axtarışlarıdır.Şair Söhbət -Səməd Vurgun “AZAD SƏHƏRİN DOĞMASINI” gözləyir.Amma təəssüflə etiraf etməli olur: “DOGMADI GÖZLƏNƏN O AZAD SƏHƏR,CAHANDA QALMADI VİCDANDAN ƏSƏR”. Bu vicdan axtarışlarl,azad səhər axtarışları Səməd Vurğunun bütün yaradıcılığı boyu davam edir,onu həmişə bir sual düşündürür: “CAHANDA QALİB GƏLƏCƏKMİ KAMAL?”. Bu şairin kamil,ideal cəmiyyət axtarışlarldlr. Səməd Vurğunun axtarışlarının,çırpıntılarının məntiqi nəticısi idi.Nədənsə şairin bu cəhətlərinə ədəbi ictimaiyyət o zaman da,indi də az fikir verir,ya da heç vermir.Hətta şairin sonralar yazdığı bir sıra şeirlərdə mücərrədlik axtatanlar başa düşmürdülər ki, “İSTİQBAL TƏRANISİ”ndəki “ƏFSUSLAR OLSUN BƏŞƏR SƏADƏTƏ QOVUŞMADI BİR ANLIQ” fikri Səməd Vurğun yaradıcılığının,fəlsıfi fikir axarının məntiqi davamıdır.Heç kəs fikirləşmir ki, “ŞAİRİ BU HALA SALAN”, “ÜSTÜNƏ QILINC ÇƏKƏN PİYALƏ GÖZLƏR” nədir? Doğrudanmı şair gözləri təsvir edir? Yoxsa o,başqa bir mətləbi oxucularına başa salmaq istəyir? “DÜNƏN DÖVRAN SÜRƏN BU GÜN CAN VERİR, İLLƏR XƏSTƏSİYƏM YARAM QAN VERİR”. Bu müdrik sözlırin mahiyyıtini düşünmürük.Fikirləşmirik ki, əslində şairi illər xəstəsi edən nədir? 1940 cı ildə “Əbəbiyyat qızeti”ndı bir yoldaşlıq şarjı çap olunmuşdu:
“Vaqif”də Vaqifəm, “Xanlar”da Söhbət,
Hər yerdı,hər evdə məndəndir söhbət.
Mənim kimi şair olmaq istəsən,
Az oxuyub çox yaz,budur məsləhət.
Bu zarafatda həqiqət vardı.Səməd Vurgun “Vaqif”də Vaqif,”Xanlar”da Söhbət idi.Hər yerdə vicdan axtaran,amma Qacarlarla qarşılaşan Vaqiflə Söhbət!.
İyun-dekabr 1989″.

Ardı burada: DEMƏ SƏMƏD VURĞUN GƏlDİ GEDƏRDİ

Müəllif və mənbə:  Etibar Əbilov

Əbilin gündəliyindən

ƏBİL ƏBİLOVUN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Gəl danışaq silahsız bir cahandan – D.Mirzə

SÜLHÜN NƏĞMƏSİ
Gəl danışaq silahsız bir cahandan,
Qopmasın bir kədər, ah da canından.
Qəlblər saray olsun, sevgi də sultan,
Mərhəmət nur saçsın hər bir məkandan.

Gül açsın beşiklər, körpə ölməsin,
Ananın gözündən yaş tökülməsin.
Atasız, anasız uşaq qalmasın,
Zülmün qara əli evi bölməsin.

Yaşıl meşələrin ömrü bitməsin,
Çayların nəğməsi dildən itməsin,
Dağılmasın evlər, yuva sönməsin,
Zülmün qara izi burdan ötməsin.

Cənnətin ətrini duyaq dünyada,
Sülhün sədası var hər bir sözdə də.
İnsanlar yaşasın xoş bir xəyalda,
Mərhəmət hökm etsin yerin üzündə.

Şairin arzusu, diləyi budur,
Haqqın, ədalətin mələyi budur.
Dünyanı qoruyan sevgi adıdır,
İnsanlıq mülkünün dirəyi budur.

SÜKUTUN FIRTINASI

Dəniz kükrəyəndə qəlbim oyandı,
Səssiz fədakarlıq oduna yandı.
Dünən susduqlarım bu gün oyandı,
Ruhumun üsyanı dalğa-dalğadır.

Özgə hüzuruna özümü böldüm,
Hər kəs gülən yerdə mən min yol öldüm.
Haqqımı tapdayıb, yalandan güldüm,
İndi təlatümlə ruhda davadır.

Sahilə çırpılan peşmanlıq deyil,
İçimdə boğulan bir anlıq deyil.
Bu fırtına ötəri bir günlük deyil,
Mənim öz səsimlə olan davadır.

Artıq tufan bitdi, sular duruldu,
Yorulan hisslərim sahildə qaldı.
Qəlbimin kədəri bir az yuyuldu,
Ruhum öz rəngini dənizdən aldı.

Nə bir üsyan qaldı, nə də bir giley,
Sakitlik ən böyük gözəl hədiyyə.
Susub fəda olmaq, bitmiş hekayə,
İndi öz səsimlə ruhuma döndüm.

ŞƏHİD İŞARƏSİ

(15 sentyabr 2022 Laçın döyüşlərinin şəhidi Zöhrab Azad oğlu Kərimova həsr olunub)

Yuxuda gördüm ki, cənnətdəyəm mən,
Atam gül-çiçəyin içində durub.
Öpdüm o mübarək ağ saçlarından,
Sanki bu görüşlə bir dünya qurub.

Sevincim sonradan döndü kədərə,
Laçından gələn bir acı xəbərə.
Ağladım hay düşən kəndə, şəhərə,
Gözümün yaşını sildi kədərlər.

Zəng vurub soruşdum: “Zöhrab necədir?”
Pərvanə gülərək:yaxşıdır-dedi.
Bilmir ki, bu yuxu bir işarədir,
Sən demə, o artıq ərşə yüksəldi.

Pilot olacaqdı, arzusu yarım,
Vətən harayına Laçına getdi.
Söndü bir ocağın gənc intizarı,
Günelin bircəcik qardaşı getdi.

İzdiham içində lal qaldı dilim,
Bilmədim ağlayım, təsəlli verim?
Deyib: “Kişi kimi gəldim, kişi də gedim”,
Zirvəyə ucaldı o qəhrəmanım.

Yuxumun mənası indi bəllidir,
Atamın yurdunda bir şəhid varmış.
O öpüş — ucalıq, bir nişanəymiş,
Zöhrabın qisməti baş ucalığıymış.

Müəllif: D.Mirzə

D.MİRZƏNİN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ruslan Bəhmənoğlu – Sən mənim nəfəsimsən

Sən mənim nəfəsimsən

Sən mənim nəfəsimsən
Almasam, boğuluram
Sənsiz hər gecə ölüb
Səhərlər doğuluram.

Darıxıram günbəgün
Belə darıxmaq olar?
Axı bu nə sevgidi?
Belə də axmaq olar?

Axı bu qədər sitəm,
Dərd, nəyimə gərəkdir
Sənsiz keçən hər günüm
Bir işgəncə deməkdir.

Alışa da bilmirəm
Öyrəşə də bilmirəm
Mənim deyilsən, amma
Bölüşə də bilmirəm.

Bu sevdanın acısı
Gülüm, məni üzəcək
İnanma bir də səni
Kimsə belə sevəcək!

02.04.2026

Müəllif: Ruslan Bəhmənoğlu

Ruslan Bəhmənoğlunun şeirləri

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Milli Kitabxanada Azərbaycan Ordusunun Aprel qələbəsinin 10-cu ildönümünə həsr olunan ənənəvi kitab sərgisi və elektron layihələr istifadəçilərə təqdim edilib

Milli Kitabxanada Azərbaycan Ordusunun Aprel qələbəsinin 10-cu ildönümünə həsr olunan ənənəvi kitab sərgisi və elektron layihələr istifadəçilərə təqdim edilib

Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin 10-cu ildönümüdür.

Milli Kitabxanada Aprel döyüşlərinin tarixi əhəmiyyətini ictimaiyyətə çatdırmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və şəhidlərimizin xatirəsinə böyük ehtiram göstərmək məqsədilə “Aprel döyüşləri” adlı elektron məlumat bazası, “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı” adlı virtual sərgi və “Aprel döyüşləri və ya dördgünlük müharibə” adlı geniş ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.

Elektron məlumat bazasında (https://anl.az/el/emb/aprel_doyusleri/index.html) sistemləşdirilmiş tammətnli resurslar “Rəsmi sənədlər”, “Dördgünlük müharibə”, “Aprel şəhidləri”, “Kitablar”, “Məqalələr”, “Aprel döyüşlərinin xatirəsi”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrində onlayn istifadəçilərə təqdim edilir.

Virtual sərgidə (https://anl.az/el/vsb/Aprel_doyusleri/index.htm) Lələtəpə, Talış yüksəklikləri və digər strateji yüksəkliklərin işğaldan azad olunması, Lələtəpə fatehlərinin qəhrəmanlıqları, Aprel döyüşləri – böyük zəfərin başlanğıcı, Böyük Zəfər haqqında dövri mətbuat məqalələri, Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, fotolar nümayiş olunur.

Ənənəvi kitab sərgisində isə 2016-cı ilin Aprel döyüşləri zamanı əldə olunan qələbələr, Azərbaycan ordusunun tarixi Zəfəri, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən hərbi və siyasi strategiyası, Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqları və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin döyüş yolu haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuat məqalələri və fotolar nümayiş olunur.

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalırıb və ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb.

Tarixə Aprel döyüşləri kimi düşən dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazi – Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub.

Aprel döyüşləri Azərbaycanın qəhrəman ordusunun hazırlığını, əsgərlərin igidliyini və Ali Baş Komandan İlham Əliyevin uzaqgörən strateji baxışını göstərərək gələcək Böyük Zəfərə yol açıb. Nəhayət, 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

https://www.millikitabxana.az/news/aprel_qelebesinin_10_cu_ildonumu

İlkin mənbə: Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası

KİTAB HAQQINDA YAZILAR

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkan Hüseynlinin “Sarı ördək fiquru”

Türkan Hüseynlinin “Sarı ördək fiquru”
(üçüncü yazı)
Müasir dövrdə incəsənətin ən saf, ən təbii və ən təsirli qatlarından biri məhz uşaq yaradıcılığıdır. Bu baxımdan gənc rəssam Türkan Hüseynlinin təqdim olunan əsəri sadəliyi ilə diqqət çəksə də, mahiyyət etibarilə dərin emosional və estetik yük daşıyan bir sənət nümunəsidir. Bu rəsmdə ilk baxışdan sarı rəngli balaca bir ördək təsviri görünsə də, əslində burada uşaq dünyasının təmizliyi, həyatın ilkin duyğuları və rənglərin psixoloji dili öz əksini tapır.
Əsərin mərkəzində yerləşən sarı ördək fiquru kompozisiyanın əsas ideya daşıyıcısıdır. Sarı rəng təsadüfi seçilməmişdir. Rənglərin psixologiyasında sarı günəşin, istiliyin, sevincin və həyat enerjisinin rəmzi hesab olunur. Türkanın bu seçimi onun daxili dünyasında hökm sürən nikbinliyi və saf duyğuları əks etdirir. Ördəyin sadələşdirilmiş forması isə uşaq təfəkkürünün birbaşa, filtrsiz və səmimi baxışını nümayiş etdirir. Burada akademik realizmdən çox, hisslərin və təsəvvürün ön planda olması diqqəti cəlb edir.
Fonun açıq mavi çalarlarla işlənməsi əsərin ümumi ovqatını tamamlayır. Mavi rəng sakitliyin, sonsuzluğun və xəyalın simvoludur. Bu fon üzərində sarı ördəyin daha da qabarıq görünməsi rəssamın instinktiv kompozisiya duyumuna malik olduğunu göstərir. Aşağı hissədəki yaşıl tonlar isə təbiətin, həyatın davamlılığının və yenilənmənin rəmzi kimi çıxış edir. Beləliklə, üç əsas rəng – sarı, mavi və yaşıl – əsərdə harmonik bir üçlük yaradaraq vizual balans qurur.
Rəsmdə diqqət çəkən digər mühüm cəhət formaların sadəliyidir. Ördəyin konturları sərt deyil, yumşaq keçidlərlə verilib. Bu isə əsərə dinamik yox, daha çox sakit və müşahidə xarakterli bir aura bəxş edir. Göz detalının xüsusi vurğulanması isə fiqura müəyyən canlılıq qatır. Bu kiçik detal vasitəsilə rəssam obrazı “canlandırmağa” nail olur.
Publisistik baxımdan bu əsər yalnız bir uşaq rəsmi kimi deyil, həm də gələcək potensialın göstəricisi kimi qiymətləndirilməlidir. İncəsənət tarixində bir çox böyük rəssamların yaradıcılığı məhz bu cür sadə, lakin səmimi eskizlərlə başlamışdır. Türkan Hüseynlinin əsərində də müşahidə olunan rəng duyumu, kompozisiya instinkti və obraz yaratmaq bacarığı onun gələcəkdə bu sahədə daha uğurlu nəticələr əldə edə biləcəyinə işarə edir.
Eyni zamanda bu rəsmdə uşaqlara xas olan azadlıq hissi açıq şəkildə hiss olunur. Burada heç bir çərçivə, heç bir məcburi qayda yoxdur. Rəssam istədiyi kimi görür, hiss edir və bunu rənglər vasitəsilə ifadə edir. Məhz bu sərbəstlik incəsənətin ən qiymətli xüsusiyyətlərindən biridir.
Nəticə etibarilə, Türkan Hüseynlinin bu əsəri sadəliyin içində gizlənən dərinliyi ilə seçilir. Bu rəsmdə həm uşaqlıq saflığı, həm də yaradıcı potensialın ilkin işartıları öz əksini tapır. Bu cür əsərlər bizə xatırladır ki, incəsənətin əsası texnikadan əvvəl hissdir – və Türkan bu hissi artıq kətan üzərinə köçürməyi bacarır.

RƏNGLƏRİN DİLƏ GƏLDİYİ UŞAQLIQ DÜNYASI

Rəsm əsərlərinin analizi üzrə baş məsləhətçi:

Psixoloq Lalə Əhmədova

Zaur Ustac və Türkan Hüseynli

Müəllif: Zaur USTAC

Türkan Hüseynli haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Babəklər yurdunun hürr övladıyam!

USTACAM
Müzəffər ordunun şanlı əsgəri,
Ərənlər yurdunun ər övladıyam!
Zalımın zülmünə təhəmmülüm yox,
Babəklər yurdunun hürr övladıyam!
* * *
Ustadım Nəsimi, sözümüz sözdü,
Ədalət, həqiqət bağrımda közdü,
Ziyadar dühası bir deyil, yüzdü,
Mövlalar yurdunun nur övladıyam!
* * *
Dərvişəm, müqqəddəs sayılır təkkəm,
Hülqumdan yuxarı dayanır öfkəm,
Od, ocaq diyarı tanınır ölkəm,
Alovlar yurdunun nar övladıyam!
* * *
Unutma, şah babam Xətai başdı,
Nadir şah, mətədə tərpənməz daşdı,
İlham, nə keçilməz sədləri aşdı,
İgidlər yurdunun nər övladıyam!
* * *
Tarixdə Nəbisi, Koroğlusu var,
Gen dünya yağıya daim olub dar,
Düşmən qarşımızda yenə oldu xar,
Aslanlar yurdunun şir övladıyam!
* * *
Göydən Yer üzünə ərmağan, payam,
Gündüzlər Günəşəm, gecələr Ayam,
Ən parlaq ulduzdan törəyən boyam,
Ozanlar yurdunun sirr övladıyam!
* * *
Ustacam, vətənim vətən içində,
Axıb duruluruq zaman köçündə,
Min bir anlamı var, adi “heç”in də,
Aqillər yurdunun pir övladıyam!
13.11.2020. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkan Hüseynlinin “Yazın gəlişi” əsəri haqqında

Türkan Hüseynlinin “Yazın gəlişi” əsəri haqqında
(ikinci yazı)
Təsviri sənət insanın daxili aləminin ən saf və birbaşa ifadə vasitələrindən biridir. Xüsusilə uşaq və yeniyetmə rəssamların əsərlərində bu saflıq daha aydın hiss olunur. Gənc rəssam Türkan Hüseynlinin “Yazın gəlişi” adlı əsəri də məhz belə səmimi, təbii və duyğularla zəngin yaradıcılıq nümunəsidir. Bu tablo yalnız bir təbiət təsviri deyil, həm də ümidin, yenilənmənin və saf duyğuların bədii ifadəsidir.
Əsərə ilk baxışda diqqəti cəlb edən əsas məqam onun rəng palitrasıdır. Rəssam yaz fəslinin xarakterik çalarlarını – yaşılın müxtəlif tonlarını, göyün sakit mavilərini və çiçəklərin parlaq rənglərini ustalıqla bir araya gətirmişdir. Yaz fəsli təbiətin oyanışı, həyatın yenidən başlanğıcı kimi qəbul olunur və bu xüsusiyyətlər əsərdə açıq şəkildə hiss olunur. Təbiətdə baş verən bu dəyişikliklər insan psixologiyasına da müsbət təsir göstərir, ona enerji və ruh yüksəkliyi bəxş edir . Türkanın əsəri də məhz bu müsbət enerjini tamaşaçıya ötürməyi bacarır.
Kompozisiyanın mərkəzində geniş çəmənlik təsviri yer alır. Bu çəmənlikdə müxtəlif rəngli güllər – qırmızı, mavi, sarı tonlarda təsvir olunmuş çiçəklər həyatın rəngarəngliyini simvolizə edir. Güllərin müxtəlif ölçülərdə verilməsi isə perspektiv hissini gücləndirir və əsərə dinamika qatır. Bu çiçəklər yalnız təbiətin elementi deyil, həm də sevincin, ümidin və gələcəyə inamın rəmzidir.
Əsərin sol hissəsində yerləşən ağac və onun altında təsvir olunmuş kiçik fiqur xüsusi diqqət çəkir. Bu fiqur sanki təbiətlə dialoq halındadır – ya dua edir, ya da sadəcə yazın gəlişini hiss edərək ona heyran qalır. Bu detal əsərə fəlsəfi məna qatır: insan və təbiət vəhdəti, insanın təbiət qarşısında kiçik, lakin duyğusal varlıq olması ideyası ön plana çıxır.
Rəsmin aşağı hissəsində verilmiş kiçik su hövzəsi isə həyatın davamlılığını, təbiətin dövranını simvolizə edir. Suyun içindəki detallar – balıqları xatırladan formalar, su bitkiləri – kompozisiyanı zənginləşdirir və onu daha canlı edir. Bu elementlər uşağa xas müşahidə qabiliyyətinin və təxəyyülün gücünü göstərir.
Göy üzündə çəkilmiş ay fiquru isə əsərə xüsusi poetik çalar verir. Adətən yaz mövzulu rəsmlərdə günəş dominant olur, lakin burada ayın seçilməsi rəssamın fərqli baxışını nümayiş etdirir. Bu, həm də gecə ilə gündüzün, sakitliklə oyanışın vəhdətini ifadə edə bilər.
Türkan Hüseynlinin bu əsərində diqqət çəkən ən mühüm cəhətlərdən biri onun səmimiyyətidir. Burada akademik qaydalardan daha çox duyğu, təmiz baxış və uşağa xas fantaziya ön plandadır. Bu isə əsəri daha təsirli və yadda qalan edir. Belə işlər göstərir ki, gənc rəssamın yaradıcılıq potensialı kifayət qədər yüksəkdir və düzgün istiqamətləndirildikdə gələcəkdə daha yetkin və dərin əsərlər ortaya qoya bilər.
Publisistik baxımdan yanaşdıqda, “Yazın gəlişi” əsəri təkcə bir rəsm deyil, həm də bir mesajdır. Bu mesaj insanları təbiətə daha həssas yanaşmağa, onun gözəlliklərini görməyə və qiymətləndirməyə çağırır. Eyni zamanda, bu əsər uşaqların yaradıcılıq imkanlarının dəstəklənməsinin nə qədər vacib olduğunu bir daha göstərir.
Nəticə etibarilə, Türkan Hüseynlinin “Yazın gəlişi” əsəri həm estetik, həm də mənəvi baxımdan dəyərli bir yaradıcılıq nümunəsidir. Bu tablo baharın təravətini, uşaqlıq saflığını və insanın təbiətlə harmoniyasını özündə birləşdirərək tamaşaçıya sadə, lakin dərin bir duyğu yaşadır.

RƏNGLƏRİN DİLƏ GƏLDİYİ UŞAQLIQ DÜNYASI

Rəsm əsərlərinin analizi üzrə baş məsləhətçi:

Psixoloq Lalə Əhmədova

Zaur Ustac və Türkan Hüseynli

Müəllif: Zaur USTAC

Türkan Hüseynli haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Türkan Alpturan (Hüseynli) (2018)

Türkan Alpturan (Hüseynli)

Türkan Alpturan (Hüseynli) 13 aprel 2018-ci ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından rəsmə böyük maraq göstərir. Hal-hazırda rəsm təhsilini davam etdirən Türkan bu sahədə ilk təhsilini 2024-cü ildə Türkiyə Cumhuriyətinin Eskişehir şəhərində ESAZDER-in (Eskişehir Azərbaycanlılar Dərnəyi) nəzdində olan uşaq dərnəyində almışdır.
İngilis dili təmayüllü liseyin rus dili bölməsində ikinci sinif şagirdi olan Türkan öz ana dili – Azərbaycan dilini gözəl bilir, bu dildə kiçik hekayələr yazır. Eyni zamanda yapon dilini də öyrənir.
Boş vaxtlarında gimnastika ilə məşğul olur. Musiqiyə böyük marağı olan Türkan pianoda ifa etməyi də öyrənir.
Balaca rəssamın ad gününü təbrik edir, uğurlar diləyir, həyatının rəssam palitrasındakı rənglər kimi rəngarəng olmasını arzulayırıq.

Daha çox məlumat: >>> Xüsusi buraxılış 61

Türkan Alpturan (Hüseynli)nin fotoları

Türkan Alpturan (Hüseynli)nin rəsmləri

Zaur UstacTürkan Alpturan (Hüseynli)

Təqdim etdi: Zaur USTAC

Türkan Alpturan (Hüseynli)nin hekayələri

Türkan Alpturan (Hüseynli) haqqında

ZAUR USTACIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I