Etiket arxivi: Nurboyev Muqimjon

Aprelin 3-ü saat 14-00-da AYB-də “Ədəbi dostluq – Əbədi dostluq” layihəsi çərçivəsində təqdimat

MƏLUMAT

Sabah – aprelin 3-ü saat 14-00-da “Ədəbi dostluq – Əbədi dostluq” beynəlxalq ədəbiyyat festivalı çərçivəsində Azərbaycan Yazıçılar Birliyidə türk dünyasının ədəbi birliyini əks etdirən növbəti tədbir keçiriləcək. Tədbirdə ölkəmizdə Azərbaycan dilində nəşr olunmuş “Turan ədibləri – 3” antologiyası, daha əvvəl Türkiyədə türk dilində çap edilmiş “Turan ədibləri – 2” kitabı, eləcə də azərbaycanlı müəlliflər Namiq Dəlidağlı və Aysel Əliyevanın Qırğızıstanda qırğız dilində işıq üzü görmüş “Men ubakıttan utuldum” (“Mən zamana uduzdum”) və “Жан дүйнөсү” (“Könül dünyası”) adlı şeir kitabları oxuculara təqdim olunacaq.

Bu tədbir yalnız kitab təqdimatı deyil, eyni zamanda ortaq ədəbi dəyərləri bölüşən xalqlar arasında mənəvi körpü rolunu oynayan mühüm bir mədəni hadisə kimi diqqət çəkir. Təqdimatda Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Türkiyə və Azərbaycandan olan, antologiyada şeirləri yer alan müəlliflərin, eləcə də tanınmış ədəbiyyat nümayəndələrinin iştirakı gözlənilir.

Artıq qeyd olunan ölkələrdən gəlmiş qələm adamları Bakıdadır. Bu görüş türk dünyasının ədəbi inteqrasiyasını gücləndirən, müxtəlif dillərdə yazan müəllifləri bir araya gətirən və ortaq mədəni irsin zənginliyini nümayiş etdirən önəmli platforma kimi qiymətləndirilir.

Maraqlananlar tədbirdə iştirak edə bilər.

Təşkilat kimitəsi

Mənbə: Nurboyev Muqimjon 

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqimcan Nurboyev – ədəbiyyat səfiri

YÜZ İKİNCİ YAZI

Müqimcan Nurboyev – ədəbiyyat səfiri

(Nurboyev Muqimjon Rasuljon o‘g‘li)

Salam olsun, çox dəyərli oxucum! Bu dəfə söhbətimizin mövzusu çox maraqlı bir şəxs haqqında olacaq.

Müasir dövrdə dünya sürətlə dəyişir, sərhədlər formal məna kəsb edir, xalqlar arasında əlaqələr isə daha sıx və çoxşaxəli xarakter alır. Belə bir zamanda mədəniyyətlərarası inteqrasiyanın qorunub saxlanılması, ortaq dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir. Bu missiyanın həyata keçirilməsində isə ziyalıların, söz adamlarının və ədəbiyyat xadimlərinin rolu əvəzsizdir. Onlar təkcə yaradıcılıqla məşğul olmur, həm də xalqlar arasında mənəvi körpülər qurur, fərqli coğrafiyaları ortaq duyğular ətrafında birləşdirirlər. Bu baxımdan Müqimcan Nurboyev müasir dövrün nadir ədəbi simalarından biri kimi xüsusi diqqətə layiqdir.

QISA ARAYIŞ

Müqimcan Nurboyev – Muqimjan Nurbayev (Nurbuvaev) Özbəkistan Respublikasının Əndican vilayətinin Mərhəmət mahalının Qocaarik məhəlləsində anadan olub. Daşkənd İslam İnstitutunu bitirib.

Əsərləri Qırğızıstanın “İldönüm”, Amerikanın “Bir ananın nemətləri”, Türkiyənin “Şeir ətri”, Qırğızıstanın “Turan Uçkunları”, Tacikistanın “Dostluq bağçasındakı çiçəklər” Azərbaycanın “Türk dünyasının şairləri” (Buta – 5)”, Özbəkistanın “Məhəmməd Yusifin davamçıları”, “Beynəlxalq dostluq güldəstəsi” toplularında və Özbəkistan müxtəlif mətbuat orqanlarında dərc edilmişdir. Qırğızıstanın “Çingiz Aytmatov”, Qazaxıstanın “Abay”, “Beynəlxalq Xidmət” və Özbəkistanın “Əmir Teymur” medalları ilə təltif edilmişdir. “Ziyadar” mükafatı laureatıdır (Nurboyev Muqimjon № 173 24.11.2022. Bakı – Azərbaycan). Qırğızıstandakı “Şairlər və Yazıçılar” Dərnəyinin, Qazaxıstandakı “Dünya İstedadlar Dərnəyi” və “Dünya Uyğur Yazıçıları” Dərnəyinin üzvüdür. Ümumtürk dünyası ədəbiyyatına verdiyi töhfələrə görə “Yazarlar” (Azərbaycan) jurnalı tərəfindən “Alqışnamə” mükafatı (Nurboyev Muqimjon № 004 21.03.2026. Bakı – Azərbaycan) ilə təltif olunmuşdur.

Onun 50 illik yubileyi təkcə şəxsi həyatında əlamətdar bir tarix deyil, eyni zamanda uzun illər boyu həyata keçirdiyi çoxşaxəli fəaliyyətin ümumiləşmiş nəticəsidir. Bu tarix bir insanın ömür yolunun növbəti mərhələsi olmaqla yanaşı, həm də böyük bir mədəni missiyanın davamlılığını və əhəmiyyətini təsdiqləyən bir məqamdır.

Müqimcan Nurboyev fəaliyyətində yalnız bir müəllim və ya ədəbiyyat adamı kimi çıxış etmir. O, daha geniş anlamda mədəniyyət daşıyıcısı, sözün həqiqi mənasında isə ədəbiyyat səfiridir. Onun gördüyü işlər göstərir ki, ədəbiyyat sadəcə estetik zövq üçün yaradılan mətnlər toplusu deyil. O, həm də xalqları birləşdirən, fərqli dilləri və düşüncə sistemlərini ortaq mənəvi platformada görüşdürən güclü vasitədir.

Mərkəzi Asiya, Qafqaz və Türkiyə kimi geniş bir coğrafiyada tanınan və sevilən Nurboyevin fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Bu coğrafiyalar tarix boyu ortaq mədəni köklərə malik olmuş, lakin müxtəlif siyasi və sosial proseslər nəticəsində müəyyən qədər uzaqlaşmışdır. Belə bir şəraitdə bu xalqlar arasında yenidən mədəni əlaqələrin qurulması, ortaq ədəbi yaddaşın bərpası və inkişaf etdirilməsi böyük zəhmət və fədakarlıq tələb edir. Müqimcan Nurboyev məhz bu istiqamətdə yorulmadan çalışan ziyalılardandır.

Onun təşəbbüsü ilə Mərkəzi Asiya xalqlarının nəzm və nəsr nümunələrini özündə birləşdirən kitabların müxtəlif ölkələrdə – Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda nəşr olunması xüsusi əhəmiyyət daşıyır. Bu nəşrlər sadəcə ədəbi toplular kimi qiymətləndimək düzgün olmazdı. Onlar bir növ mədəniyyət atlasıdır. Hər bir kitabda müxtəlif xalqların ruhu, dünyagörüşü, həyat fəlsəfəsi və tarixi yaddaşı əks olunur. Bu baxımdan həmin layihələr təkcə ədəbiyyatsevərlər üçün deyil, həm də tədqiqatçılar, alimlər və gələcək nəsillər üçün qiymətli mənbə rolunu oynayır.

Bu cür fəaliyyətlər, əslində, görünməyən, lakin çox möhkəm olan mənəvi körpülər yaradır. Bu körpülər vasitəsilə xalqlar bir-birini daha yaxından tanıyır, fərqliliklərə hörmətlə yanaşır və ortaq dəyərləri daha dərindən dərk edir. Müqimcan Nurboyevin gördüyü işlərin ən böyük əhəmiyyəti də məhz bundadır – o, ədəbiyyatı vasitə kimi istifadə edərək insanları bir-birinə yaxınlaşdırır.

Onun yaradıcılığı və təşkilatçılıq fəaliyyəti sübut edir ki, ədəbiyyat yalnız fərdi ifadə vasitəsi deyil, həm də ictimai məsuliyyət daşıyan bir sahədir. Əsl söz adamı cəmiyyət qarşısında məsuliyyət hiss edir, sözün gücündən yalnız estetik deyil, həm də mənəvi məqsədlər üçün istifadə edir. Nurboyevin fəaliyyəti bu baxımdan klassik ədəbi ənənələrin müasir dövrdə uğurlu davamı kimi qiymətləndirilə bilər.

Bu gün qloballaşma prosesləri bir tərəfdən xalqları bir-birinə yaxınlaşdırsa da, digər tərəfdən milli kimliklərin itməsi riskini də artırır. Belə bir zamanda həm milli dəyərlərin qorunması, həm də beynəlxalq mədəni inteqrasiyanın təmin olunması incə bir tarazlıq tələb edir. Müqimcan Nurboyev məhz bu tarazlığı qorumağı bacaran ziyalılardandır. O, bir tərəfdən öz milli-mənəvi dəyərlərinə sadiq qalır, digər tərəfdən isə bu dəyərləri başqa xalqlarla bölüşərək qarşılıqlı zənginləşməyə şərait yaradır.

Onun fəaliyyəti göstərir ki, mədəniyyətlərarası dialoq yalnız rəsmi tədbirlər və diplomatik görüşlərlə məhdudlaşmır. Əsl dialoq ədəbiyyatda, poeziyada, bədii düşüncədə baş verir. Çünki söz insanın ruhuna toxunur, onu düşündürür və dəyişdirir. Bu mənada Müqimcan Nurboyev təkcə bir ədəbiyyat adamı deyil, həm də ruhlar arasında əlaqə yaradan bir vasitəçidir.

50 illik yubileyi münasibətilə onun keçdiyi həyat yoluna nəzər saldıqda aydın görünür ki, bu yol təsadüflərin deyil, məqsədyönlü fəaliyyətin, zəhmətin və fədakarlığın nəticəsidir. Onun gördüyü işlər bu gün artıq konkret nəticələr verməkdədir və gələcəkdə də öz təsirini davam etdirəcəkdir.

Müqimcan Nurboyev kimi ziyalıların fəaliyyəti cəmiyyət üçün bir örnəkdir. Onlar göstərirlər ki, bir insanın gördüyü işlər təkcə öz həyatını deyil, bütöv bir regionun mədəni həyatını dəyişə bilər. Bu isə böyük məsuliyyətlə yanaşı, həm də böyük bir şərəfdir.

Nəticə etibarilə demək olar ki, Müqimcan Nurboyev müasir dövrdə ədəbiyyatın yalnız yaradıcısı deyil, həm də onun təbliğatçısı, qoruyucusu və daşıyıcısıdır. O, sözün həqiqi mənasında ədəbiyyat səfiridir. Xalqları birləşdirən, mədəniyyətləri yaxınlaşdıran və ortaq dəyərləri gələcəyə daşıyan bir şəxsiyyətdir.

Onun yubileyi yalnız bir insanın ömür bayramı deyil, həm də sözün, ədəbiyyatın və mədəniyyətin bayramıdır. Bu bayram isə bizi bir daha xatırladır ki, dünyanı dəyişən ən böyük güclərdən biri məhz sözdür – doğru, səmimi və insanları birləşdirən söz.

Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkür edirəm. Hələlik.

23.03.2026. Bakı.

Müəllif: Zaur USTAC

ZAUR USTACIN YAZILARI

Nurboyev Muqimjon haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Müqimcan Nurboyevin 50 illik yubileyi qeyd olunur

Müqimcan Nurboyev – Türk dünyasını birləşdirən mənəvi körpü və 50 illik şərəfli yol

Müasir dövrdə mədəniyyətlərarası inteqrasiyanın dərinləşməsi və ortaq dəyərlərin qorunub saxlanılması istiqamətində fəaliyyət göstərən ziyalıların rolu xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, Mərkəzi Asiya, Qafqaz, Türkiyə və ümumilikdə Şərq coğrafiyasının yaradıcı mühitində özünəməxsus nüfuz qazanan Müqimcan Nurboyev yalnız bir müəllim və ya ədəbiyyat adamı deyil, həm də mənəvi körpülər quran, xalqları bir araya gətirən nadir şəxsiyyətlərdən biridir.

Bu gün Müqimcan Nurboyevin 50 illik yubileyi qeyd olunur. Bu əlamətdar tarix təkcə bir insanın ömür yolunun növbəti mərhələsi deyil, həm də onun illər boyu həyata keçirdiyi zəngin yaradıcılıq fəaliyyətinin, mədəni xidmətlərinin və ictimai missiyasının ümumiləşmiş ifadəsidir. Onun fəaliyyəti göstərir ki, ədəbiyyat və söz sənəti yalnız estetik dəyər daşımır, eyni zamanda xalqlar arasında dostluğun, qarşılıqlı anlaşmanın və mənəvi yaxınlığın əsas dayaqlarından biridir.

Müqimcan Nurboyevin təşəbbüsü və zəhməti ilə Mərkəzi Asiya xalqlarının nəzm və nəsr nümunələrini özündə birləşdirən bir sıra kitabların müxtəlif ölkələrdə – Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistanda nəşr olunması xüsusi diqqətəlayiqdir. Bu nəşrlər sadəcə ədəbi toplular deyil, həm də ortaq mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyan layihələrdir. Onun bu istiqamətdə gördüyü işlər, sözün həqiqi mənasında, mənəvi sərvətlərin zənginləşdirilməsinə xidmət edir.

Xüsusilə Tacikistanda işıq üzü görən “Dostluq gülzarında bitən çiçəklər” adlı kitab üzərində aparılan birgə əməkdaşlıq prosesi Müqimcan Nurboyevin həm təşkilatçılıq bacarığını, həm də yaradıcı insanlara verdiyi dəyəri bir daha nümayiş etdirdi. Bu layihədə iştirak etmək və məsul redaktor kimi fəaliyyət göstərmək mənim üçün yalnız peşəkar təcrübə deyil, həm də dərin mənəvi qürur mənbəyi oldu.

Müqimcan Nurboyev yalnız qələm sahibi kimi deyil, eyni zamanda səmimi münasibətləri, dostluğa sədaqəti və yüksək insani keyfiyyətləri ilə seçilir.

Onun qonaqpərvərliyi və insanlara olan isti münasibəti müxtəlif ölkələrdən olan yaradıcı şəxslərin yaddaşında silinməz iz buraxır. Ötən il Əndicanın Mərhəmat şəhərində Məhəmməd Yusifin xatirəsinə həsr olunmuş tədbir çərçivəsində onun evində qonaq olmağımız bu səmimiyyətin və mənəvi zənginliyin canlı təzahürü idi.

Bu gün 50 illik yubileyini qeyd edən Müqimcan Nurboyevə ən xoş arzularımızı çatdırırıq. Onun fəaliyyətinin bundan sonra da davamlı, məhsuldar və ilhamverici olacağına əminlik ifadə edirik. Belə ziyalıların varlığı cəmiyyət üçün həm örnək, həm də inkişaf istiqamətidir.

Ulu Tanrıdan Müqimcan Nurboyevə möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq. Qoy onun gördüyü işlər türk dünyasının və ümumilikdə Şərq mədəniyyətinin daha da yaxınlaşmasına xidmət etsin.

Cəmilə ÇİÇƏK,
Tədqiqatçı-jurnalist
Zekainfo.az saytının baş redaktoru

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Nurboyev Muqimjon haqqında

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Muqimcan Nurboyev

MUQİMJAN NURBAYEV

(Nurboyev Muqimjon Rasuljon o‘g‘li)

Muqimjan Nurbayev (Nurbuvaev) Özbəkistan Respublikasının Əndican vilayətinin Mərhəmət mahalının Qocaarik məhəlləsində anadan olub. Daşkənd İslam İnstitutunu bitirib.

Əsərləri Qırğızıstanın “İldönüm”, Amerikanın “Bir ananın nemətləri”, Türkiyənin “Şeir ətri”, Qırğızıstanın “Turan Uçkunları”, Tacikistanın “Dostluq bağçasındakı çiçəklər” Azərbaycanın “Türk dünyasının şairləri” (Buta – 5)”, Özbəkistanın “Məhəmməd Yusifin davamçıları”, “Beynəlxalq dostluq güldəstəsi” toplularında və Özbəkistan müxtəlif mətbuat orqanlarında dərc edilmişdir. Qırğızıstanın “Çingiz Aytmatov”, Qazaxıstanın “Abay”, “Beynəlxalq Xidmət” və Özbəkistanın “Əmir Teymur” medalları ilə təltif edilmişdir. Qırğızıstandakı “Şairlər və Yazıçılar” Dərnəyinin, Qazaxıstandakı “Dünya İstedadlar Dərnəyi” və “Dünya Uyğur Yazıçıları” Dərnəyinin üzvüdür.

ANA DİLİM, ANA CAN DİLİM

Doğulandan duyduğum sözüm,
İlk gördüğümdə gözümü sevindirən
Oxumaq, öyrənməklə aydınladan yüzüm,
Ana dilim sənsən, ana can dilim.

Məktəbdə sevərək öyrəndik elmi,
Səninlə dil açıb almışdıq ilk elmi.
Qürurludur sənlə millətim, elim,
Ana dilim sənsən, ana can dilim.

Fərqlı olsa da, ölkəmin şivəsi,
Bir-birindən dadlı dillər meyvəsi.
Daş qəlbi əridən isti cilvəsi,
Ana dilim sənsən, ana can dilim.

Səndə körpələrin dadlı qoxusu,
Səndə dəyərlidir, ana, Sevgi-su.
Tərk etdik bəzən, sən kimsən, ilahi!
Ana dilim sənsən, ana can dilim.

Sənin gül üzünü bəzəmiş kitab,
Səninlə söyləyir, mahnısını rübab.
Gönlümüzü aydınladan günəşli hesab,
Ana dilim sənsən, ana can dilim.

Dünyaya bilindi səninlə şanım,
Səninlə coşdu damarlarda qanım.
Səninlə sevilir böyük Turanım,
Ana dilim sənsən, ana can dilim.

Şeirin müəllifi: Muqimjan Nurbayev

Dilimizə uyğunlaşdıran: Almaz Ülvi

İlkin mənbə: Muqimjan Nurbayev

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Nurboyev Muqimjon haqqında

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I