
Sən mənim nəfəsimsən
Sən mənim nəfəsimsən
Almasam, boğuluram
Sənsiz hər gecə ölüb
Səhərlər doğuluram.
Darıxıram günbəgün
Belə darıxmaq olar?
Axı bu nə sevgidi?
Belə də axmaq olar?
Axı bu qədər sitəm,
Dərd, nəyimə gərəkdir
Sənsiz keçən hər günüm
Bir işgəncə deməkdir.
Alışa da bilmirəm
Öyrəşə də bilmirəm
Mənim deyilsən, amma
Bölüşə də bilmirəm.
Bu sevdanın acısı
Gülüm, məni üzəcək
İnanma bir də səni
Kimsə belə sevəcək!
02.04.2026
Müəllif: Ruslan Bəhmənoğlu
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında