33 il öncə Kəlbəcərdə muhasirədə qalan 3 zastava

33 il öncə Kəlbəcərdə muhasirədə qalan 3 zastava

33 il öncə Kəlbəcərdə muhasirədə qalan 3 zastavamız (Taxta, Zəylik, Ağduzdağ). O zaman 3-cü tabor (əvvəl 712) 701-ci briqadanın tərkibində olmasına baxmayaraq, sərhədçi funksiyasın yerinə yetirirdi. Briqada döyüş tapşırığın Laçın rayonu ərazisində yerinə yetirirdi. Mühasirədən çıxan zaman Meydançay deyilən ərazidə düşmənlə döyüş aparaqraq, mühasirədən çıxa bilsələr də, aşağıda adları göstərilən şəxsi heyət Şəhid olmuş və itgin düşmüşdülər. Bir nəfər Kərimov Şahin Heydər oğlunun nəşi 33 ildən sonra tapılaraq dəfn olunmuşdur. Ruhları şad olsun.
1.Baş leytenant Əhmədov Ramiz Əkrəm oğlu. (İsmayıllı rayonu,Talıstan kəndi)
2.Məhərrəmov İlqar Nurəddin oğlu. (Goranboy rayonu,Safıkürd kəndi)
3.Məmmədov Əli Kamran oğlu. (Kəlbəcər rayonu Zallar kəndi)
4.Nəcəfof Fazil Səfiyar oğlu. (Kəlbəcər rayonu Dünyamalılar kəndi )
5.Quliyev Əkbər Ocaqverdi oğlu. (Kəlbəcər rayonu Bəzirxana kəndi )
6.Şamilov Rafiq Tahar oğlu. (Kəlbəcər rayonu İstisu qəsəbəsi )
7.Kərimov Şahin Heydər oğlu (Mingəçevir şəhəri) – tapılaraq bu gün (19.02.2026) dəfn olunur.
8.Hacıyev Mürvət İzzət oğlu. (Kəlbəcər rayonu Nadirxanlı kəndi )
9.Dünyamalıyev Əfqan Hacıbaba oğlu. (Kəlbəcər rayonu Dunyamalılar kəndi)
10.Bəxtiyarov Qahir İsgəndər oğlu (Kəlbəcər rayonu Nadirxanlı kəndi)
11.Bayramov Qaryağdı Haqverdi oğlu. (Kəlbəcər rayonu Bəzir kəndi)

Müəllif və mənbə: Balay Nəsibov

döyüş yolu keçmiş polkovnik

BALAY NƏSİBOVUN DİGƏR YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir