
RAMİZ DUYĞUN ANILDI
Mil-Muğan Regional Mədəniyyət İdarəsi Sabirabad Rayon Mədəniyyət Mərkəzinin “Hophopnamə” kitab mərkəzində görkəmli ictimai-siyasi xadim, şair-jurnalist, həkim, müstəqil dövlətimizin sərhəd, təhlükəsizlik və müdafiə strukturlarının mətbuat xidmətlərinin rəhbəri işləmiş polkovnik Ramiz Duyğunun (Məlikov) həyat və yaradıcılığını əks etdirən “Duyğunlu duyğular” kitabinin təqdimatı keçirilib.
Qonaqlar 1976-cı ildə ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə onun şəxsi nəzarəti ilə inşa edilən, rayon ziyalılarının, söz adamlarının, kitabsevərlərin bilik və istirahət ocağına çevrilən mərkəzlə tanışlıq qonaqlarda xoş təəssürat oyadıb.
Canını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirilib.
“Suqovuşan” ədəbi birliyinin rəhbəri şair Fikrət Məmmədli tədbiri açiq elan etdikdən sonra Ramiz Duyğun haqqinda xoş xatirəlir dinlənilmişdir. Kitabın tərtibçisi və ön sözün müəllifi şair-publisist Mahir Cavadli kitabın ərsəyə gəlməsindən söz açmış, bildirmişdir ki, tanınmış müəlliflərin maraqlı məqalələrinin yer alması bu nəşrin mahiyyətini daha da artırır. O, “Sərhəd” (1992-2001) qəzetində şairlə bir kollektivdə işlədiyini, məhz Ramiz Duyğunun rəhbərliyi ilə vətənpərvər hərbi jurnalistlər ordusunun yetişdiyini vurğulayıb.
Mil-Muğan RMİ-nin rəisi Nadir Quliyev, rəis müavini Telman Əzimov, Respublika Seysmoloji Mərkəzinin direktor müavini, əməkdar mühəndis Ramiz İsgəndərli, Azərbaycan Yaziçilar Birliyinin üzvləri “Yeni Zəngilan” qəzetinin baş redaktoru şair Salam Cavadli, “Xəzan” ədəbi jurnalinin baş redaktoru yazıçı Əli Bəy Azəri, rayon ziyalıları Tahir fərəcov, Qismət Əkbərov, Mir Nizami Ağayev, şair Xanoğlan Əsgərov, mədəniyyət işçisi Mahir Əbilov və şairin nəvəsi Aysaç Məlikli şairlə bağlı xatirələrini danışıb, şeirlərini səsləndiriliblər.
Ramiz Duyğunun ömür-gün yoldaşi Dilbər Məlikova tədbir iştirakçılarına minnətdarlığını bildirib. Mərkəzə kitablar hədiyyə edilib və xatirə şəkilləri çəkilib:





Mahir ƏBİLOV
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında