
VƏTƏN SİZƏ OĞUL DEDİ
Bu gün gərək
Hər anımız Vətən!-desin!
Qılıncımız,qalxanımız
Vətən!-desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən!-desin.
Vətən!-desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən!-desin
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən!-desin!
Məmməd Araz
Azərbaycan Milli Elmlər Akademiyasının böyük Akt zalında “ÖLÜMÜN BİR ADDIMLIĞINDA” adlı kitabının təqdimat mərasimi keçirilib. Nəfis tərtibatda işıq üzü görən bu dəyərli kitab qəhrəmanlığı ilə dastan yazan Vasif Tağıyevə həsr edilib. Kitabın müəllifi Bakı neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi, Tarix üzrə fəlsəfə doktoru, “Milli Dəyərlərin Qorunması” İB-nin sədri, “Tərəqqi” medallı Dilarə Nağıyevanın qələmə aldığı sayca 13-cü kitabıdır.
Tədbirdə elm, siyasi və incəsənət xadimlər, icra nümayəndələri, Şəhid ailələri, qazilər və media nümayəndələri də iştirak ediblər.
Nəfis tərtibatda çap olunmuş “ÖLÜMÜN BİR ADDIMLIĞINDA” kitab 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə qarşı törədilmiş terror hücumu zamanı şücaət göstərərək terrorçunu tərk-silah etməklə 52 nəfərin həyatını xilas edən mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevə həsr olunub.
Həmin terrorçunun hücumu zamanı diplomatik mühafizə xidmətinin rəisi,baş leytenant Orxan Əsgərov həlak olub.
27 yanvar 2023-cü il Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində terror hücumu zamanı qətlə yetirilmiş Şəhid Orxan Əsgərovun cənazəsi yanvarın 30-da Bakıya gətirilərək II Fəxri Fərmanla dəfn olunub.
Çiyin və üz nahiyəsindən ağır yaralanan qəhrəmanımız Vasif Tağıyev müalicə üçün Bakı şəhərində xəstəxanaya yerləşdirilir.
Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2023-cü il tarixli sərəncamı ilə Şəhid Əsgərov Orxan Rizvan oğlu (öləndən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Şuşa şəhərində dünyaya göz açan, 3 yaşına qədər Qarabağın suyunu içib, havasını udan qəhrəmanımız Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif edilib.
Vasif Tağıyevin atası Natiq Tağıyev l Qarabağ müharibəsi veteranıdır. Tədbirdən fotolar:



Gunaz.az saytının redaktoru,
AJB-nin üzvü
Rəsmiyyə Heybətağaqızının yazıları
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında