Çağdaş Azərbaycan uşaq ədəbiyyatı yaradıcıları

Çağdaş Azərbaycan uşaq ədəbiyyatı yaradıcıları

Müasir Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Zaur Ustacın uşaq poeziyası, balacaların daxili dünyasını dərindən duyan, didaktik və bədii sənətkarlıq prinsiplərini özündə birləşdirən zəngin bir sistemdir. Tədqiqatçı Ayətxan Ziyadın Ayətxan Ziyadın fundamental monoqrafiyası bu mövzunu geniş elmi-nəzəri aspektdən işıqlandıraraq şairin bədii sənətkarlıq sistemini və onun yaradıcılığında uşaq dünyasının fəlsəfəsini açır. [1, 2, 3]

Bədii Sənətkarlıq Sistemi və Poetik Xüsusiyyətlər

Zaur Ustacın uşaqlar üçün qələmə aldığı poetik mətnlər sadəliyi ilə seçilsə də, dərin sənətkarlıq prinsiplərinə söykənir: [1, 2]

  • Yaş və Psixoloji Uyğunluq: Şair birbaşa uşaq təfəkkürünün daxilinə enərək, azyaşlı oxucuların yaş dövrlərini və daxili duyumlarını dərindən nəzərə alır. [1]
  • Dil və Üslub Səlisliyi: Şeirlərdə uşaqların asanlıqla qavraya biləcəyi, emosional yaddaşı zənginləşdirən və dil bacarıqlarını inkişaf etdirən axıcı, bədii təsvir vasitələrindən istifadə olunur. [1, 2]
  • Ritm, Qafiyə və Kompozisiya: Şeirlərin ritmik quruluşu və qafiyə sistemi uşaqların musiqi duyumunu oxşayır, şeirləri yaddaqalan və dinamik edir. [1, 2]
  • Obrazlar Sistemi: Onun yaradıcılığında “Güllünün şeirləri” kimi kitablarda yer alan konkret obrazlar (məsələn, “Ağıllı gülər”, “Tuncay”) uşaq təxəyyülünün, suallarının və saflığının poetik təcəssümünə çevrilir. [1, 2, 3]

Uşaq Dünyası Zaur Ustacın Gözü İlə

Şair üçün uşaq dünyası sadəcə bir mövzu deyil, ətraf aləmi, təbiəti və insanı dərk etməyin ən saf nöqtəsidir: [1, 2]

  • Ətraf Aləmin Tanınması (Didaktika): Müəllifin məktəbəqədər və məktəbəhazırlıq səviyyəli şeirləri uşaqlara otağı, əşyaları, hərfləri və rəqəmləri əyləncəli şəkildə öyrədir.
  • Ailə və Doğmalıq Sevgisi: Şair uşaq poeziyasında ailə dəyərlərinə geniş yer verir. Valideynə hörmət, mərhəmət və doğmalıq hissləri uşaqların mənəvi dünyasını formalaşdıran mühüm mühit kimi təqdim olunur.
  • Milli Kimlik və Tarixi Yaddaş: Zaur Ustacın uşaq dünyasında milli ruh xüsusi yer tutur. Uşaqlar şeirlər vasitəsilə (“Mən Babəkəm”, “Şah İsmayıl”) öz əcdadlarını, tarixlərini və milli kimliklərini erkən yaşlardan mənimsəyirlər. [1, 2, 3, 4]

Zaur Ustacın uşaq poeziyası estetik zövq aşılamaqla yanaşı, yeni nəslin təlim-tərbiyəsində mühüm pedaqoji və ədəbi vasitə rolunu oynayır. [1, 2]

Kitab haqqında ətraflı məlumatı və satış detallarını Kitabevim.az platformasından və ya AzərTAc xəbərindən oxuya bilərsiniz. [1, 2]

Uşaq dünyası Zaur Ustacın gözü ilə:

  • Təbiətə və əşyalara canlı münasibət: Uşaq dünyasında cansız əşyalar, bitkilər və heyvanlar canlanır; Zaur Ustac da uşağın təxəyyülündəki bu animistik (canlılaşdırıcı) baxışı əsas alaraq aləmi uşağın gözü ilə təsvir edir.
  • Səmimiyyət və saflıq: Şairin şeirlərində böyüklərin soyuq məntiqi deyil, uşaq təfəkkürünün təmizliyi, təəccübü, kəşfetmə sevinci və sualları ön plandadır.
  • Vətənpərvərlik və mənəviyyat duyğusu: Kiçik yaşlı oxucularda Vətənə sevgi, böyüklərə hörmət, təbiətə qayğı kimi təməl insani keyfiyyətlər didaktik sıxıcılıq yaratmadan poetik obrazlarla aşılanır.
  • İstəyirsinizsə, bu monoqrafiyada təhlil olunan konkret şeir nümunələrinə və ya Zaur Ustacın uşaqlar üçün yazdığı əsas mövzulara daha ətraflı nəzər salaq: [>>> Təlim-təhsil

Bu fundamental araşdırma təkcə müəllifin fərdi yaradıcılığını deyil, bütövlükdə çağdaş Azərbaycan uşaq ədəbiyyatının müasir inkişaf meyillərini öyrənmək istəyən mütəxəssislər, müəllimlər və tələbələr üçün qiymətli mənbədir. [1]

Əgər Sizə maraqlıdırsa kitabı oxuya bilərsiniz:

Ayətxan Ziyad – “Uşaq dünyası Zaur Ustacın gözü ilə” PDF

Bakı, “İmza” nəşrlər evi, 2026, 280 səh. İSBN: 978-9952-37-843-6

Salam olsun əziz yazarlar və oxucular! Buyurun oxuyun: Yazarlar 70

SƏDULLA ŞİRİNOVUN KİTABLARI:

  1. Sədulla Şirinov “Sönməyən qisas” pdf
  2. Sədulla Şirinov “Gecikmiş etiraf” pdf
  3. Sədulla Şirinov “Zamanın pəncərəsindən baxanda” pdf
  4. Sədulla Şirinov “Heç nə olmazdan çox şey olurmuş” pdf
  5. Sədulla Şirinov “Qudalar” pdf
  6. Sədulla Şirinov – “Kimdir xoşbəxt?” pdf
  7. Sədulla Şirinov – “Şəhid atası” kitabı – pdf

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>HAMI BU HEKAYƏDƏN DANIŞIR<<<<<I

I>>>Mustafa Müseyiboğlu adına kitabxana<<<I

Rəsmiyyə Heybətağaqızı yazır

VƏTƏN SİZƏ OĞUL DEDİ

Bu gün gərək
Hər anımız Vətən!-desin!
Qılıncımız,qalxanımız
Vətən!-desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən!-desin.

Vətən!-desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən!-desin
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən!-desin!
Məmməd Araz

Azərbaycan Milli Elmlər Akademiyasının böyük Akt zalında “ÖLÜMÜN BİR ADDIMLIĞINDA” adlı kitabının təqdimat mərasimi keçirilib. Nəfis tərtibatda işıq üzü görən bu dəyərli kitab qəhrəmanlığı ilə dastan yazan Vasif Tağıyevə həsr edilib. Kitabın müəllifi Bakı neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi, Tarix üzrə fəlsəfə doktoru, “Milli Dəyərlərin Qorunması” İB-nin sədri, “Tərəqqi” medallı Dilarə Nağıyevanın qələmə aldığı sayca 13-cü kitabıdır.
Tədbirdə elm, siyasi və incəsənət xadimlər, icra nümayəndələri, Şəhid ailələri, qazilər və media nümayəndələri də iştirak ediblər.

Nəfis tərtibatda çap olunmuş “ÖLÜMÜN BİR ADDIMLIĞINDA” kitab 27 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə qarşı törədilmiş terror hücumu zamanı şücaət göstərərək terrorçunu tərk-silah etməklə 52 nəfərin həyatını xilas edən mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyevə həsr olunub.
Həmin terrorçunun hücumu zamanı diplomatik mühafizə xidmətinin rəisi,baş leytenant Orxan Əsgərov həlak olub.
27 yanvar 2023-cü il Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyində terror hücumu zamanı qətlə yetirilmiş Şəhid Orxan Əsgərovun cənazəsi yanvarın 30-da Bakıya gətirilərək II Fəxri Fərmanla dəfn olunub.
Çiyin və üz nahiyəsindən ağır yaralanan qəhrəmanımız Vasif Tağıyev müalicə üçün Bakı şəhərində xəstəxanaya yerləşdirilir.

Azərbaycan Respublikasının Prezidentinin 3 fevral 2023-cü il tarixli sərəncamı ilə Şəhid Əsgərov Orxan Rizvan oğlu (öləndən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

Şuşa şəhərində dünyaya göz açan, 3 yaşına qədər Qarabağın suyunu içib, havasını udan qəhrəmanımız Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə ilə təltif edilib.
Vasif Tağıyevin atası Natiq Tağıyev l Qarabağ müharibəsi veteranıdır. Tədbirdən fotolar:

Rəsmiyyə Heybətağaqızı,

Gunaz.az saytının redaktoru,
AJB-nin üzvü

Rəsmiyyə Heybətağaqızının yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ayətxan Ziyad – 75

Ömrün işığında yaşayan insan

Oktyabrın 15-də yazıçı-publisist, tədqiqatçı Ayətxan İsgəndərov Ziyadxan oğlunun 75 yaşı tamam olur. Bu rəqəmi yazmaq asandır, amma bu rəqəmin arxasında dayanan ömrü bir neçə cümləyə sığdırmaq çətindir. Çünki bu, təkcə yaşanmış illərin deyil, zəhmətin, mübarizənin, mənəvi bütövlüyün, dostluğun, sevginin və sədaqətin ömrüdür.
Ayətxan Ziyad imzası Azərbaycanda tanınan, sözünə və qələminə hörmət edilən imzalardandır. Ancaq mənim üçün bu imza yalnız qəzet səhifələrində, kitab üz qabıqlarında, yazıların sonunda görünən ad deyil. Mənim üçün Ayətxan ilk növbədə gözəl insandır. Sözünə güvənilən, dar gündə yanında olacağına inandığın, səmimiyyətinə şübhə etmədiyin, dostluğunda tərəddüd tanımayan bir insan…
1951-ci il oktyabrın 15-də Hacıqabulda zəhmətkeş bir ailədə dünyaya göz açan Ayətxanın həyat yolu elə ilk illərdən zəhmətlə, axtarışla, özünə yol açmaq əzmi ilə başlayıb. Hələ Xilə yaşayış massivindəki 9 saylı dəmiryolu məktəbində oxuduğu illərdə jurnalistikaya maraq göstərib. İlk yazıları o vaxtkı Əli Bayramlı şəhərində nəşr olunan, Şəhər Partiya Komitəsinin orqanı olan “İşıq” qəzetində dərc edilib.
Nə gözəl təsadüfdür ki, onun jurnalistikaya gedən yolunu işıqlandıran ilk qəzetin adı “İşıq” olub. Bəlkə də bu, sadəcə bir ad təsadüfü idi. Amma mənə elə gəlir ki, həmin işıq sonralar Ayətxanın bütün yaradıcılıq yoluna yayıldı. O, sözün işığında özünü tapdı, qələmi ilə insanların həyatına, taleyinə, yaddaşına yol açdı.
1969-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olması bu marağın peşəyə çevrilməsinin başlanğıcı idi. Tələbəlik illəri onun üçün yalnız mühazirələr, imtahanlar, auditoriyalar demək deyildi. Ailə vəziyyətini düşünür, valideynlərinə əlavə yük olmaq istəmirdi. Bir tərəfdən təhsil alır, digər tərəfdən müxtəlif redaksiyalarla əməkdaşlıq edir, yazır, qonorar qazanırdı. Gənc yaşlarından məsuliyyətin nə olduğunu bilirdi. Həyat ona hər şeyi hazır verməmişdi; o, öz zəhməti ilə qazanmağa, öz ayaqları üstündə dayanmağa alışmışdı.
Universiteti bitirdikdən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin “Gənclik” baş redaksiyasında müxbir kimi fəaliyyətə başladı. Respublikanın müxtəlif bölgələrinə gedir, gənclərin həyatı, qayğıları, uğurları barədə verilişlər hazırlayırdı. O illərdə radio təkcə bir iş yeri deyildi, həm də yaradıcılıq məktəbi, insanları tanımaq, həyatı öyrənmək, sözün məsuliyyətini dərk etmək məktəbi idi.
Mənim Ayətxanla bağlı xatirələrim də məhz həmin redaksiyadan başlayır.
Onunla beş il bir redaksiyada – radionun “Gənclik” baş redaksiyasında çalışmışıq. Mən redaksiyaya təzə gəlmiş, təcrübəsi az olan gənc müxbir idim. Ayətxan isə artıq illərdir bu sahədə çalışır, müəyyən təcrübə toplamışdı. Bəzən yazdığım süjetləri özünün hazırladığı proqramlara daxil edər, bəzən də verilişlərimi redaktə edərdi. Onda aramızda yaradıcılıq mübahisələri başlayardı.
Mən bəzən onun düzəlişləri ilə razılaşmazdım, fikrimi müdafiə edərdim. O isə sakitcə üzümə baxardı. Nə səsini qaldırardı, nə də öz fikrini zorla qəbul etdirməyə çalışardı. Sonda, adətən, şöbə müdirimiz, rəhmətlik Zəhra xanımın da müdaxiləsi ilə ortaq məxrəcə gələrdik…
İndi o günləri xatırlayanda gülümsəyirəm. O mübahisələrin özündə də bir doğmalıq vardı. Çünki Ayətxan təkcə redaktə etmirdi, həm də öyrədirdi. Bəzən insanın peşəkar kimi yetişməsində böyük dərslərdən çox, belə gündəlik söhbətlərin, xırda görünən mübahisələrin, səni ciddiyə alan bir həmkarın münasibətinin böyük rolu olur.
Ayətxan mənə elə doğmalaşmışdı ki, müraciətində belə bir istilik duyulurdu. “Şəmi, bu belə olsa, yaxşıdır”, “Şəmi, elə etsən, daha yaxşı olar…” deyərdi.
Mənə “Şəmi” deyə ancaq evdəkilər, doğmalarım müraciət edirdilər. Ayətxanın bu müraciəti də məni ona doğmalaşdırmışdı. İnsan bəzən bir kəlmə ilə səni özünə yaxınlaşdırır. O kəlmədə hökm olmur, məsafə olmur, yadlıq olmur. Orada səmimiyyət, qayğı, doğmalıq olur. Ayətxanın mənə münasibətində də həmişə bu doğmalığı hiss etmişəm.
Yadımdadır, bir dəfə rayonların birindən ezamiyyətdən qayıtmışdı. Redaksiyaya girən kimi qollarını geniş açıb mənə tərəf gəldi. Elə bil məni qucaqlamaq istəyirdi, sevincindən yerə-göyə sığmırdı. “Səni öpəcəm!” – dedi.
Mən çaşıb qaldım. Otaqdakılar da təəccüblə bir-birinə baxdılar. Rəhmətlik Zəhra xanım təbəssümlə soruşdu:
– Nolub, Ayətxan, qızı niyə qucaqlayırsan?
Ayətxan sevincini gizlədə bilməyərək dedi:
– Zəhra xanım, ürəyim dağa dönüb fərəhimdən! Rayonda Şəminin haqqında o qədər xoş sözlər dedilər ki, fərəhləndim. Bizim gənc müxbirimiz haqqında bu qədər xoş söz eşitmək necə gözəl hissdir!
Sonra məlum oldu ki, həmin rayonun komsomol komitəsinin katibi Ayətxanın mənim işlədiyim redaksiyadan gəldiyini biləndə məni tərifləyib. Səbəbi isə çox sadə, amma mənim üçün mənalı bir hadisə imiş.
Rayonda ezamiyyətdə olduğum vaxt böyük bir tədbir keçirilirdi. Tədbirin sonunda qonaqları yeməyə aparmışdılar. Süfrədə hər cür təamlar, içkilər vardı. Tədbirin uğurla başa çatmasını qeyd edən katib əlində badə sağlıq dedi. Hamı badə qaldırdı, məndən başqa. Mən içmədim. Mənim bu hərəkətimdən sonra rayondan olan gənc qızlar da badələrini qaldırmadılar. Görünür, onlar da qonağın davranışına hörmətlə yanaşmış, mənim seçimimə diqqət etmişdilər.
Düzü, həmin vaxt bunun kənardan necə göründüyü barədə düşünməmişdim. Mən sadəcə öz bildiyim kimi davranmışdım. Sonradan isə öz aralarında “Bax, halal olsun!” deyərək bu hərəkətimi bəyəndiklərini söyləyiblər. Həmin sözlər Ayətxana da çatmışdı.
Ayətxanın sevinci məni niyə bu qədər təsirləndirmişdi? Çünki o, mənim uğuruma öz uğuru kimi sevinirdi. Mənim haqqımda deyilən xoş sözlər onun ürəyini fərəhləndirirdi. O, gənc həmkarının yaxşı tərəfinin görünməsindən, hörmət qazanmasından qürur duyurdu.
Bax, Ayətxan belə adamdır. Başqasının sevincinə ürəkdən sevinən, kiminsə uğurunu özünə rəqib bilməyən, gənclərin irəli getməsini özünə mənəvi qazanc sayan insan. Mənim üçün bu hadisə illər keçsə də, unudulmayan bir xatirədir. Çünki o xatirədə Ayətxanın xarakteri, onun insanlara münasibəti, təəssübkeşliyi bütöv şəkildə görünür.
İnsan haqqında çox söz demək olar. Amma onun necə insan olduğunu bəzən bircə hadisə, bircə davranış açıb göstərir.
Ayətxan təəssübkeş insandır. Dostunun, həmkarının, doğmasının yaxşılığını özününkü kimi qoruyur. Sədaqət onun üçün sadəcə dilə gətirilən bir söz deyil, həyat tərzidir. Onun dostluğu etibarlıdır, münasibəti səmimidir, sevgisi isə sözlə ölçülməyəcək qədər dərindir.
Bəlkə də həyatda özü çox çətinliklərlə üzləşdiyindən başqasının dərdini daha yaxşı anlayır. Çətinlik görən insanın ürəyi bəzən daha həssas olur. Həyatın ağrısını yaşayan adam başqasının sevincinə də, kədərinə də başqa cür yanaşır. Ayətxanın həyat yolu hamar olmayıb. Çox əziyyətlər çəkib, çox sınaqlardan keçib. Ancaq bütün bunlar onu sərtləşdirməyib, əksinə, insanlara bağlılığını, sədaqətini, mənəvi gücünü daha da möhkəmləndirib.
Onun haqqında danışarkən mənim üçün ən kövrək məqamlardan biri də ailə həyatıdır. Çünki insanın böyüklüyü yalnız yazdıqlarında, qazandığı uğurlarda, cəmiyyətdə tutduğu mövqedə görünmür. Onun böyüklüyü bəzən heç kimin görmədiyi, alqışlamadığı, haqqında heç yerdə yazılmayan seçimlərində üzə çıxır.
Ayətxan gəncliyində sevdiyi qızla bağlı ağır bir sınaq qarşısında qalıb. Sevdiyi qız bədbəxt hadisə nəticəsində yanıb, sağ qalsa da, əllərində dərin izlər qalıb. Bu hadisədən sonra yaxınları, qohumları Ayətxanın gələcək həyatını düşünərək həmin qızla evlənməməsini məsləhət görüblər. Onların fikrincə, bu ailə həyatı çətin ola bilərdi.
Amma Ayətxan sevgisindən dönməyib.
O, sevdiyi insanın əlindəki izlərə deyil, qəlbindəki sevgiyə baxıb. Həyatın ona təqdim etdiyi çətinlikdən qorxmayıb, başqalarının tərəddüdləri qarşısında geri çəkilməyib. Sevdiyi qadının yanında olmağı seçib. Onunla ailə qurub, ömrünü onunla bölüşüb.
Bu, mənim gözümdə adi bir seçim deyil. Bu, insanın sevgiyə necə baxdığını göstərən mənəvi bir imtahandır. Çünki sevmək yalnız xoş günlərdə əl-ələ tutmaq deyil. Sevmək çətinlik ehtimalını da qəbul etmək, insanı dəyişən hadisələrin qarşısında ondan üz döndərməmək, həyatın ağır yükünü birlikdə daşımağa razı olmaqdır.
Ayətxan bunu bacarıb.
Akifə xanım da onu çox sevirdi. Onlar bir ailə qurdular, bir ömür yaşadılar, çətinlikləri birlikdə qarşıladılar. Bir oğul, bir qız böyütdülər, nəvələrə qovuşdular. Ayətxan ailəsinin qayğısını çəkən, ev işlərində həyat yoldaşına kömək edən, məsuliyyəti yalnız sözlə deyil, əməli ilə bölüşən bir ailə başçısı olub.
Mən bu məqamı xüsusi vurğulamaq istəyirəm. Çünki insanın əsl xarakteri evinin içində, həyat yoldaşına münasibətində, ailəsinin yükünü necə daşımasında da görünür. Cəmiyyətdə tanınmaq, yazıçı və publisist kimi ad qazanmaq başqa şeydir, öz evində etibarlı, qayğıkeş, sədaqətli insan olmaq tamam başqa.
Ayətxanın böyüklüyü bu iki dünyanı bir-birindən ayırmamasındadır. O, həm söz adamı olub, həm də ailəsinin məsuliyyətini daşıyan insan. Həm qələminin arxasınca gedib, həm də sevdiklərinin yanında dayanıb.
Bu gün geriyə baxanda düşünürəm ki, onun həyatındakı ən böyük əsərlərdən biri, bəlkə də, məhz yaşadığı bu sevgidir. Çünki bəzi əsərlər kitab şəklində nəşr olunur, bəziləri isə insanın ömründə yazılır. Onları oxumaq üçün kitab vərəqlərini çevirməyə ehtiyac yoxdur. Belə əsərləri insanın seçimlərindən, sədaqətindən, illərlə qoruduğu münasibətlərdən oxuyursan.
Ayətxanın jurnalistikadakı yolu da davam edib. Radiodan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Gənc müəllim” qəzetində çalışıb. O, ömrünü sözə, araşdırmaya, yazıya həsr edib. Müxtəlif mövzularda qələmə aldığı əsərlərlə oxucuların qarşısına çıxıb, tədqiqatları və kitabları ilə öz yaradıcılıq irsini formalaşdırıb.
“Sənsiz, yaxud Arifsizlikdə ötən ömür”, “Qazyanlı Mirhəbi ağa”, “Hər hökmü zaman verir”, “Məndən sonra”, “ADPU-da qalan izim”, “Ömrüm bir yaşıl yarpaq, rəngləri mənimkidir”, “Heydər Əliyev: xalqının, dövlətinin qürur ünvanı” və başqa kitabları onun çoxşaxəli yaradıcılığından xəbər verir.
Bu kitabların adlarına diqqət yetirəndə belə, insanın qarşısına bir ömür mənzərəsi çıxır. Ötən zaman, xatirə, iz qoymaq, insandan sonra qalanlar, həyatın hökmləri… Bütün bunlar əslində Ayətxanın öz ömrünün də mövzularıdır. O, yazılarında həyatı araşdırıb, insan talelərinə üz tutub, yaddaşın itirilməməsi üçün çalışıb. Çünki yazmaq həm də unutmağa qarşı dayanmaqdır. İllərin içində itib-batmağa məhkum olanları sözlə qorumaqdır.
İndi onun öz yubileyi gəlib çatıb. Ömrünün 75-ci payızına qədəm qoyur.
Etiraf edim ki, Ayətxanın 75 yaşının tamam olduğunu eşidəndə inanmadım. Elə bil gözümün önündə yenə radionun “Gənclik” redaksiyasındakı Ayətxan canlandı. Gənc müxbirin süjetini müzakirə edən, öz fikrini sakitcə deyən, bir sözün, bir cümlənin üzərində düşünən, dostunun uğuruna ürəkdən sevinən Ayətxan…
İnsan illərin necə keçdiyini bəzən hiss etmir. Bir də baxırsan ki, dünən birlikdə çalışdığın, mübahisə etdiyin, gülüb-danışdığın, xatirələr bölüşdüyün insanın ömründə böyük bir yubiley dayanıb. Zamanın qarşısında acizliyimizi onda daha dərindən anlayırıq. Amma bir həqiqət də var: illər insanın saçına dən sala, addımlarını yavaşıda bilər, ancaq onun ürəyindəki yaxşılığı, insanlara olan sevgisini, yaddaşlarda yaratdığı doğmalığı silə bilmir.
Ayətxan Ziyadın 75 yaşı tamam olur. Mən isə bu yubileyə baxanda yalnız yaşın böyüklüyünü görmürəm. Bir ömrün sınaqlardan keçərək qoruduğu mənəvi dəyərləri görürəm. Dostluğa sədaqəti, sevgidə dönməzliyi, zəhmətə bağlılığı, insanlara münasibətdə səmimiyyəti görürəm.
Onun həyatında ağrılar da olub, çətinliklər də. Hər kəs kimi o da zamanın ağır sınaqları ilə üzləşib. Ancaq insanı müəyyən edən təkcə başına gələnlər deyil, bütün bunların qarşısında necə dayanmasıdır. Ayətxan çətinliklərdən keçərək öz insanlığını qoruyub. Bəlkə də elə buna görə onun haqqında yazmaq mənim üçün sadəcə yubiley yazısı hazırlamaq deyil. Bu, illərin o üzündə qalan doğma bir insanı ehtiramla xatırlamaq, onun həyatına, xarakterinə, dostluğuna öz minnətdarlığımı ifadə etməkdir.
Əziz Ayətxan, səninlə eyni redaksiyada çalışdığımız illər mənim həyatımın unudulmaz səhifələrindəndir. O illərdən yadımda yalnız radionun dəhlizləri, redaksiya otaqları, hazırladığımız verilişlər, yaradıcı mübahisələr qalmayıb. Sənin mənə doğma münasibətin, uğuruma ürəkdən sevinməyin, haqqımda deyilən xoş sözləri öz sevincin kimi yaşamağın da qalıb.
İnsan yaşa dolduqca anlayır ki, həyatın ən qiymətli sərvəti nə vəzifədir, nə şöhrət, nə də maddi qazanc. Ən böyük sərvət arxanca xoş söz deyən insanların olması, adının hörmətlə çəkilməsi, xatirələrdə sevgi ilə yaşamağındır. Sənin haqqında yazarkən mən də bu sərvətdən söz açıram.
Bu gün sənə yalnız yubiley təbriki ünvanlamaq istəmirəm. Sənə ömrünün bütün çətinliklərinə rəğmən qoruyub saxladığın gözəl ürəyinə görə təşəkkür etmək istəyirəm. Sənə sədaqətinə görə, dostluğun üçün, səmimiyyətin üçün, bir vaxtlar gənc həmkarının uğuruna uşaq sevinci ilə sevinə bildiyin üçün təşəkkür edirəm.
Kaş ki, həyatın bütün çətinlikləri insanın ömründə yalnız xatirəyə çevrilsin, qəlbində isə sevincə, rahatlığa, doğmalarının əhatəsində keçən gözəl günlərə daha çox yer qalsın. Kaş ki, insanın çəkdiyi əziyyətlərin əvəzində taleyin ona bol-bol könül rahatlığı, ailə səadəti, sağlamlıq və sevgi payı olsun.
75 yaş müdriklik yaşdır. Bu yaşa çatanda insan geridə qoyduğu yollara baxır, itirdiklərini xatırlayır, qazandıqlarının qədrini daha dərindən bilir. Arzu edirəm ki, sən bu yaşın astanasında keçdiyin yollara baxanda qəlbində peşmanlıqdan çox rahatlıq, kədərdən çox qürur, nisgildən çox sevinc duyasan. Ömrünün bundan sonrakı illəri ailənin, övladlarının, nəvələrinin sevgisi ilə işıqlansın. Qələmin əlindən düşməsin, ürəyindəki söz tükənməsin, yazmaq həvəsin səni heç vaxt tərk etməsin.
Sən ömrünü sözə həsr etmisən. İndi qoy söz də sənin ömrünü gözəlləşdirsin. Qoy yazdıqların oxunsun, adın hörmətlə çəkilsin, xatirələrin sevgi ilə yaşasın.
Və ən əsası, əziz Ayətxan, qoy səni sevən insanların əhatəsində hələ uzun illər yaşayasan. Çünki bəzi insanlar var ki, onların varlığına öyrəşirsən, səmimiyyətini həyatının təbii bir parçası hesab edirsən. Yalnız illər keçəndən sonra anlayırsan ki, belə insanların özü bir nemət, dostluğu bir sərvət, sevgisi isə insanın taleyinə düşən işıqdır.
75 yaşın mübarək, Ayətxan Ziyad!
Qoy ömrünün bu payızı yarpaqların saraldığı deyil, xatirələrin qızılı rəngə boyandığı bir payız olsun. Qoy bundan sonrakı illərin ömrün boyu axtardığın könül rahatlığını sənə gətirsin. Qoy səni sevənlərin duası, ailənin məhəbbəti, dostlarının ehtiramı hər zaman başının üstündə olsun.
Sənə uzun ömür, möhkəm can sağlığı, ailə səadəti, nəvələrinin sevincini doyunca yaşamağı arzulayıram.

12.10.2026 Bakı

Mənbə və müəllif: Şəmsiyyə Musaqızı,

Əməkdar jurnalist

Şəmsiyyə Kərimovanın yazıları

AYƏTXAN ZİYADIN YAZILARI

Sevda Ziyadın digər yazıları

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I