www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib

Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirilib

31 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası Səbail Rayon Təşkilatı və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə YAP Səbail Rayon Təşkilatı gənclərinin Azərbaycan Respublikasının Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılovla görüşü keçirildi.
“Heydər Əliyev və mədəniyyət” mövzusunda keçirilən tədbiri giriş sözü ilə YAP Səbail Rayon Təşkilatının sədri Muxtar Nağıyev açdı. O, tədbir iştirakçılarını salamlayıb, Ulu Öndərin siyasi fəaliyyətindən, müasir və müstəqil Azərbaycan dövlətinin keçmişindən və bu günündən söhbət açdı, Heydər Əliyevin daxili və xarici siyasətinin əhəmiyyətindən danışdı. Sonra sözü
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Hacı İsmayılova verdi.
Hacı İsmayılov Azərbaycan gəncliyinin bu günki uğurlarını qeyd edərək Heydər Əliyevin gənclərə hər zaman diqqət və qayğı ilə yanaşdığını, müstəqil Azərbaycanın gələcəyinin məhz gənclərin siyasi, ictimai fəaliyyətindən asılı olduğunu vurğuladı.
Tədbirdə Heydər Əliyevin mədəniyyət xadimləri ilə görüşlərini əks etdirən videoçarx nümayiş olundu.
Səmimi şəraitdə davam edən görüşdə Hacı İsmayılov gəncləri maraqlandıran sualları cavablandırdı.
Tədbirdə çıxış edən İttifaqın sədr müavinləri – Xalq artisti, professor İlham Namiq Kamal və Əməkdar artist, professor Azad Şükürov Azərbaycan gəncliyinin inkişafından danışdılar, gənclərə dəyərli tövsiyələr verdilər. Sonda xatirə şəkli çəkildi.

Hazırladı: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Fergana Zulfugarova

Fergana Zulfugarova
Associate-Professor

Distinguished ladies and gentlemen
Peace and blessing be upon you,

I would like to greet everybody.We gather today to discuss one of the greatest human values that nobility, humanity needs now more than ever, which is world peace.This nuance, dream, which has long been a noble zeal, goal we all strive for, is not only about stopping the bleeding of wars and conflicts, but about building a world where security, love and justice prevail.

Honorable guests,
Peace is not merely the absence of war; it is a state of harmony between nations, built on the foundations of dialogue and mutual understanding. Peace is the force that unites us despite our differences in color, religion, race. It is the basis upon which development is built, and the bridge that leads us to brighter and more prosperous future.
As well as, we know last and lost time is never found again. We should effort to be humanity. Time is always on the wings…We should not spare our time in vain.
Life is test, we are guests. We need peace and friendship. No flying from fate…
However, let us be frank: the challenges facing world peace are immence. Armed conflicts, extreme poverty, increasing hatred and intellectual extremism all represent obstacles to it. Yet hope remains, for change begins with a single step and with the collective effort of individuals, communities and governments.
Dear attendees,
Peace starts within each of us. It begins when we choose to spread love instead of hate, tolerance, instead of vengeanceand understanding instead of division.We are all responsible for achieving this goal, for as it has been said, “ There can be no world peace without peace in the souls, hearts.”
In conclusion we never forget “A friend in need is a friend indeed.” Now we must all unite, regardless of our differences, to achieve world peace. Let us always remember that peace is not weakness, but the true strength that builds justice and sows hope.
We cannot overlook the role of International Institutions, such as the United Nations, which work tirelessly to spread peace, resolve conflicts and support nations suffering from the ravages of war. Let us all be messengers of peace, carrying this message to every corner of the earth…


I would like to thank the Leaders of this Institute of International Peace for this conference.
Thanks for your attention. Nasser group. II PL Award ceremony. Ecovision Global compact conference.
30 January, 2025

FARUK HABİBOĞLU – YAKARI

YAKARI

Fakr-ı ahvalimle sükut eylerim
Eğilmiş başımı kaldır Yarabbi
Gadrimi sadece sana söylerim
Çarnaçara çare buldur Yarabbi

Firakım bitmiyor sevinç neşeden
İzlerim halimi sessiz köşeden
Beklerim teselli ucuz şişeden
Camıma sen ümit doldur Yarabbi

Bana da nihayet sürur lütfeyle
Ahiri ömrüme huzur lütfeyle
Senden özge yaran olur mu öyle
Nazar kıl yüzümü güldür Yarabbi.

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Gülşən Əhmədin şeirləri


TƏLƏSİR

Gözləyir gələcək, min arzu- dilək,
Şairlər əzəli, sonu görəcək,
Tale mənimdirsə,gecikim gərək,
Bulud aglasa da, duman tələsir.

Açılıb səhərim, tutulub gözüm,
Ömür varaqlanıb, yetməyib sözüm,
Bilmirəm, tələsim, yoxsa ki dözüm,
Ürək səbr etsə də, güman tələsir.

Sevmədim yalanla söz anılmaqdan,
Can qoyub, sonra da tez yanılmaqdan,
Yoruldum, gözləyib aldanılmaqdan,
Olmaz bu qədər də iman tələsir.

KÜSMƏMİŞƏM Kİ…

Yaşadım: yaradıb güzaran görüm,
Qocalıq tez gəlib, olmasın sorum.
Dərd məni yormasın, mən onu yorum,
Mən belə dünyadan küsməmişəm ki….

İstərdim, xəstə yox, sağ ömür sürüm,
Gəncliyi solmayan çağ ömür sürüm.
Ağ bəxti dolmayan ağ ömür sürüm,
Mən belə dünyadan küsməmişəm ki…..

Pünhan arzularım yenə ac qalıb,
Haray qaldırmadan ömür köç alıb,
Fikirlər beynimdə demə qocalıb,
Mən brlə dünyadan küsməmişəm ki…..

KAMOLA KOZIBOYEVA

KAMOLA KOZIBOYEVA

3 Mart 2010’da Sirderya vilayetinin Boyovut ilçesinde doğdu. Halima Hudayberdiyeva Adındaki Yaratıcılık Okulu’nun 8. sınıf öğrencisidir. Makaleleri “İrfan ve Gençler” gazetesinde yayımlanmış.

İNSANLAR DÜŞÜNDÜĞÜMÜZ GİBİ DEĞİL…

Neden birbirimizden kırılıyoruz? Gerçekten kırılmak gerekir mi? Birçok insan sebepsiz yere kırılıyor. Onlar kendilerini ve bir- birlerini anlamıyorlar. Belki sinirleri bozulmuştur. Bilmiyorum. Neden kırılmalıyız? Her insanın bir kalbi var. Birkaç yıl önce, bana da tam böyle bir şey olmuştu. Asla kimseyi üzmeyin. Kendi canınız sıkılsa da. Ah, insanlar, gözlerinizi açın. İnsanlara iyi davranın. Birinin kalbini kırmak, Kâbe’yi yıkmakla eşdeğerdir. Asla sadece kendinizi düşünmeyin, başkalarının fikirlerini de dinleyin. Başkalarının düşüncelerine karşı çıkmamalısınız. Çünkü her insanın bir fikri vardır. Kırdığınız kişiden özür dileyin. İlk önce affedici, iyi niyetli bir insan olun. O zaman birbirinize kırılmazsınız!

YAPRAK DÖKÜMÜNDE BİLE GÜZELLİK VARDIR…

Yanılmıyorsam, dördüncü sınıf öğrencisiydim. Bir sonbahar günü, dedemle verandada sohbet ediyorduk. Dedemin dizine mavi, güzel bir yaprak, tıpkı güzellik kelebeği gibi, sessizce kondu. Dedem yaprağı eline alıp: – Görüyor musun, kızım, bunun güzelliğini? Her şeyin kendi mucizesi ve güzelliği vardır, hatta bu sonba- harın bile insanı büyüleyen bir zarafeti vardır, – dedi. Başlangıçta sararmış ve dökülmüş bir yaprakta nasıl bir güzellik olabilir diye düşündüm; sonuçta o sadece bir sonbahar yaprağıydı. Diğer bir deyişle, kısa süre sonra çürüyüp kaybolacak bir artık, – diye şaşırdım. Yani dedemin söylediklerini tam olarak anlamadım. Bu yüzden ona: – Dedeciğim, sonbahar yapraklarında da güzellik olur mu? – diye sordum. – Evet, elbette kızım. Sadece güzellik oradaki zarafeti kalpten anlamakta, gönülden görmede gizlidir. Yani çevreye sadece gözle değil, kalpteki duygu ile bakarsan, birçok şeyde güzellik bulursun… Bu yılki sonbaharı on üç yaşımda karşıladım. Bugün sadece altın sarısı yapraklarda değil, tüm sonbahar mevsiminin her manzarasında eşsiz bir zarafet olduğunu fark ettim. Çünkü artık dedemin dediği gibi doğanın ve varlığın güzelliğini kalbimle hissetmeyi öğrendim.

Tercume: Cahangir NAMAZOV,
“Butov Azerbaycan” qəzetinin,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rüfət Alanqu – Qırmızı Şərf

Qırmızı Şərf

Leyla uşaqlığından bəri qırmızı şərfi çox sevirdi. Bu, nənəsinin ona sonuncu dəfə toxuduğu əl işi idi. Şərfin hər ilməsində nənəsinin sevgisini, qayğısını hiss edirdi. Amma bir gün, küləkli bir havada, o şərfi itirdi. Bu itki onu çox üzmüşdü. Şərfi axtarsa da, tapa bilmədi. Nənəsinin ölümündən sonra isə bu şərf onun üçün daha da dəyərli xatirəyə çevrilmişdi. İllər keçdi, amma Leyla şərfi unutmadı.
Leyla indi bir rəssam idi və işləri ilə bağlı tez-tez müxtəlif ölkələrə səyahət edirdi. Bu dəfə sərgisini Parisdə keçirməli idi. Günlərin birində o, kiçik bir antik mağazaya girdi. Mağazanın dərinliklərində rəflərin birində diqqətini parlaq bir şey çəkdi. Bu, qırmızı bir şərf idi – onun nənəsinin toxuduğu şərf!

Leylanın nəfəsi kəsildi. Şərfin üzərində nənəsinin toxuduğu kiçik işarə hələ də dururdu. Bu, təsadüf ola bilməzdi. O, şərfi əlinə götürdü və satıcıya yaxınlaşdı. “Bu şərfi haradan əldə etmisiniz?”

Satıcı bir qədər düşündü və dedi: “Bu, bizə yerli bir qadından gəlib. Amma o qadın bu şərfin hekayəsini danışmışdı. Mənə elə gəlir, siz bunu bilmək istəyərsiniz.”
Leyla həyəcanla başını tərpətdi.
Satıcının dediyinə görə, illər əvvəl yaşlı bir qadın bu şərfi küçədən tapıbmış. O, bu şərfi öz nəvəsinə bağışlayıb. Amma həmin qadının nəvəsi, adını Mari olaraq təqdim etdiyi gənc qız, çətin bir həyat keçirmişdi. Onun ailəsi müharibədə hər şeyini itirmiş, özü isə uzun müddət yalnızlıqla mübarizə aparmışdı. Şərf isə onun üçün təsəlli olmuşdu. Mari deyirdi ki, bu şərf sanki ona güc verir, keçmişdəki xoşbəxtliyi xatırladır.

Leylanın ürəyi yumşaldı. Şərfin onun üçün nə qədər vacib olduğunu bilsə də, onun başqa birinin həyatını necə dəyişdirdiyini eşitmək onu təsirləndirdi. “Mari indi haradadır?” – Leyla soruşdu.

Satıcı Mari ilə əlaqə qurmağa kömək etdi. Onlar ertəsi gün görüşmək üçün razılaşdılar. Görüş vaxtı Leyla parkın oturacaqlarından birində oturmuşdu. Mari gəldikdə, onun cavan, amma gözlərində dərin kədər və təcrübə izi olan bir qadın olduğunu gördü.

Leyla bir qədər tərəddüd etdi, amma sonda şərfin ona aid olduğunu söylədi. Mari isə təəccüblə gülümsədi: “Bu şərf mənim həyatıma təsəlli gətirdi, amma mən həmişə bilirdim ki, onun keçmişdə bir başqa hekayəsi var. Bu şərf sizə aiddir.”

Leyla təklif etdi: “Bəlkə, bu şərfi paylaşaq? Çünki onun hekayəsi indi bizim ikimizə aiddir.”

Leyla və Mari arasında qəribə bir dostluq başladı. Şərf onların hər ikisi üçün həyatın gözlənilməz sürprizlərini təmsil edirdi. Leyla, Mari ilə daha çox vaxt keçirdikcə, onun həyatı ilə bağlı bir çox şey öyrəndi və ona dəstək oldu. Mari də Leylanın keçmişi haqqında öyrəndikcə, onun nənəsinin hekayəsini daha yaxşı başa düşdü.

Şərf artıq bir insandan digərinə keçən sadə bir parça deyildi. O, iki qadının həyatını dəyişdirən, onları bir araya gətirən bir xatirə idi. Leyla bu hekayəni rəssamlıqda əks etdirdi, Mari isə öz həyatını yenidən qurmağa başladı.

Hərdən Leyla və Mari birlikdə oturub şərfi paylaşaraq nənənin toxuduğu ilmələrə baxar, onun nə qədər insanın həyatına toxunduğunu düşünərdilər.

Son

27.12.2024

Müəllif: Rüfət Alanqu

RÜFƏT ALANQUNUN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – SƏSİNDƏ YOL GEDƏN ADAM

SƏSİNDƏ YOL GEDƏN ADAM

Bəzən sükuta bürünərsən bir səsin harayında. Təkliyinə, tənhalığına dönərsən. Yolunu aydınladar bu səs. İşıq tutar sabahına. Külünə bələnərsən. Təzədən doğularsan bu harayın səssizliyində. Heca -heca doğularsan, misra-misra var olarsan. Səsin sehrindən çıxmaq istəməzsən uzun müddət. Çəkib çıxarar səni qaranlığın , zülmətin içindən bu səs. Xəyalların əlindən tutub üz tutarsan məchulluğa. Paklanarsan , durularsan. Unudarsan dünyadakı bütün pislikləri. İçin dolar gözəlliklə və düşünərsən ki, hələ yaşamağa dəyər. Eynən Murad Zeynalın səsindəki işıq kimi . Pıçıltısında haray var , üsyan var bu səsin. Eşidən bilər. İstər nəğmələrində, istər qiraətlərində səsiylə danışır Murad Zeynal. Səsiylə anladır özünü, duyğularını, hiss etdiklərini, yaşadıqlarını və yaşamadıqlarını. Ovuda-ovuda , sarıya-sarıya danışır bu səs adamla. Qanatmadan, qırıb tökmədən. İnsanı yaşamağa, sevgiyə , Tanrya inandırır. Səsin mələk qanadlarında uçursan göyün yeddinci qatına. Kimin gücü çatar səni göydən endirməyə. Səsinin sehrində unudarsan bütün ağrılarını , kədərini, inçikliyini, narahatlığını.
Səsiylə tanımışam bu gənci. Elə səsiylə də anladıb özünü və elə bilmişəm ki, onu min ildi tanıyıram. Yol yoldaşı edib məni səsinə. Zərrə -zərrə hopub ruhumuza bu səs.
Qəribə arxayınçılığa da var Murad Zeynalın. Özünə , səsinə güvəndən irəli gəlir bu arxayınçılıq yəqin ki. Sözü yaşaya- yaşaya yaşadanlardandı axı.
Sözümüz onun səsində çiçəkləyir, qol -budaq atır, böyüyür. Murad Zeynalın səsinin qanadları var sanki. Bizim yaşadıqlarımızı nöqtəsinəcən, vergülünəcən özününkü edə bilir bu gənc adam. Dinləyicini ilk andan özünə ram etməyi bacarır. Sakit, pafossuz danışmağı sevir. Azadlığına düşkündü. Riyadan və boyadan uzaqdı . Heç nə ummaz adamdan. Yetər ki, şeir ürəyinə yatsın. Tez bir zamanda ya musiqiyə çevriləcək, ya səsə. Ürəyində kin və paxıllığa yer yoxdu. Ədalətlidi. Həqiqətin əllərindən tutub addımlayar sabaha. Dünəni də unutmaz. Tez kövrələndi. Söz verdisə edər. Bir də qəribə bir nigarançılığı var. Adama sirrini açmaz. Səsindən duyarıq narahatlığını. Amma içində həmişə bir ümid saxlayar. Yıxılanda tutmağa. Sözü urvatdan salanlardan deyil, dağ başına qoyanlardandı. İşığından hər kəsə pay düşər. Mən bu gəncin , səsi ilə sözümüzü sehrləyən Murad Zeynalın üzünü görməsəm də ruhunu gözəl tanıyıram . Bilirəm ki, bu səsin sahibindən heç kimə ziyan gəlməz. Mənə görə bu da bir uğurdu. Hələ ki, səsində yol gedirik. Onsuz da bütün yollar Tanrıdan keçir.

Nəbi XƏZRİ-100


“GECƏ DÖYÜLƏN QAPILAR”

Hələ SSRİ dağılmamışdı, hələ sovetlərin cəza maşınının xəncəri iti idi, 37-ci illər başkəsənliyinin məqsədi və niyyəti eyni olaraq qalırdı; – digər ölkələri öldürücü, dağıdıcı silahların qorxusu altında saxlamaqla, həm də “xalqlar birliyi” adlanan müttəfiq respublikaları, zorla “sovetləşdirilmiş” millətləri əsarətdən qurtulmağa imkan verməmək. Kremlin gücünü dünyaya nümayiş etdirmək üçün imperialist qüvvələr hazır dayanmışdı; -bunu sonrakı illərdə Vilnus, Tiflis, Bakı (bütövlükdə Azərbaycan) qırğınları da sübut edəcəkdi. Təkcə işğalın, irticanın, təcavüzün, əsarətin forma və məzmunu dəyişmişdi. İndi 37-ci illərdə olduğu kimi qara şinellilər gecələr qapı döymürdülər, zindanlarda əzabverici, alçaldıcı üsullarla insanları insanlıqdan çıxarmırdılar. Günahsız insanların güllələnməsi, sürgünə göndərilməsi, zindanlarda çürüdülməsi üzrə planlar doldurulmurdu. Sadəcə yox edirdilər, gizli, naməlum üsullarla aradan götürürdülər. Bəli, ötən əsrin son onilliyinədək SSRİ ərazisində dəyişən təkcə sərhədlər, hüdudlar-hədlər deyildi, həm də ideyaların, şüurların, təbliğatın, şüarların dəyişməsi prossesi durmadan davam edirdi. Liderlər dəyişdikcə simalar, təsir mexanizmləri bir cilddən o biri cildə aşırılırdı.  
…Hələ SSRİ dağılmamışdı, hələ sovetlərin cəza maşınının tırtılları insanları, millətləri, xalqları tapdalayıb, əzib keçirdi, 37-ci illər… yox, dəyişməmişdi, hələ də qara şinellilər gecə qapıları döyürdülər, insanları anaların, uşaqların gözü qabağında döyür, süngünün qabağına qatıb sürgünə göndərirdilər. Hələ də repressiyanın xofu insanların canına bütün dəhşət və vəhşətiylə hopurdu…, – ancaq bu dəfə Xırdalan şəhəri mədəniyyət sarayının səhnəsindən! Görkəmli ictimai-siyasi xadim, şair və dramaturq Nəbi Xəzrinin “Gecə döyülən qapılar”ı oynanılırdı. Oynanılırdı sözü, bəlkə (bəlkəsiz) də yerinə düşmür; – insan ürəyinə dağ çəkəcək, canı candan söküb çıxara biləcək ən ağrılı nə var, o ifadəni tapmaq mümkünsə, yerinə qoymaq lazımdır. Zaldakıların nələr çəkdiyi yadımda deyil, çünki diqqətim tam olaraq səhnədə idi. Bu günkü düşüncə tərzimlə dəyərləndirsəm, yenidənqurma oyunlarındakı “aşkarlıqlar”  ötən əsrin 20-ci illərindəki ilk türkoloji qurultaylar silsiləsindən başqa bir şey deyildi, yəni aşkarlıqdan çox kimin kim olduğunu, nə düşündüyünü  aşkarlamağa xidmət edirdi və zaman göstərdi ki, etdi də. O gün bəlkə kiminsə ürəyindən zalı tərk etmək də keçib, bəlkə, xüsusən 60 yaşdan yuxarılar arasında  “indi qara şinellilər gələrlər” qorxusu da yaşanıb, deyə bilmərəm, tək onu bilirəm ki, mən gənc jurnalist kimi millət dərdinin canlı səhnəsini ilk dəfə belə açıq-aşkar görürdüm.
Yeri gəlmişkən: 1994-cü ildə “Sərhəd” qəzetinin müxbiri kimi DTX-nın arxiv materialında rast gəldiyim Razdaqov kimliyi ilə bağlı araşdırma aparmaq məqsədilə Neftçalanın Xıllı kəndinə getməli oldum. Ünvana Neftçala Təlim Mərkəzinin hərbi maşını ilə yollandıq. Əynimdə o vaxt dəbdə olan qara rəngli gödəkcə vardı. Ünvana çatdıq, ərklə (hərbi hissənin zabiti ev yiyəsinin qohumu idi) qapıdan həyətə daxil olduq. Bu vaxt arxamızca bir yaşlı kişi içəri şığıdı, bizi görəndə halı pisləşdi, yaxınlıqdakı ot tayasına çökdü. Bir azdan su içib zabit qohumunun dilindən toxtaqlıq dolu sözləri eşidəndə pıçıldayırmış kimi; – “bax, 37-də də belə gəlmişdilər!”- dedi.
Əlbəttə, o dövr tariximizə, repressiya mövzusuna aid bir-iki kitab oxumuşdum, lakin həmin gün səhnə başqa səhnə, aktyorlar başqa aktyorlar idilər. Çox yəqin ki, “Abşeron” qəzetinin baş redaktoru Bəhlul Abbasovun (mərhum yazıçımız Seyfəddin Dağlının oğlu) premyeraya məni də dəvət etməsi, yazı hazırlamağı tapşırması da az əhəmiyyət kəsb etmirdi.
Evə geç şatdım. Bir-iki loxma alıb (adətim üzrə çayı iş prosesində içirdim) makinamın arxasına keçdim. Bir neçə sətir yazmışdım ki, işıqlar söndü, çıxış variantı hazır idi. Mən yazımı yekunlaşdıranda makinanın hər iki tərəfdən şamdanından gələn işartı sozalırdı.
Səhər 9-a qalmış işdə idim. Bilirdim ki, onsuz bir azdan gələn qocaman həmkarlarım həm elə oradaca çay xoruldada-xoruldada makinanı məşqul edəcək, həm də yazılarını nömrəyə salmaq üçün düzəlişlərə növbələr yaranacaq. Gecə yazdıqlarımı katibəyə verib baş redaktora çatdırmasını xahiş etdim. Bir az keçmiş təcili çağırıldım. “Ay maşallah!”dan sonra cüzi redaktə elə yanımdaca aparıldı. Sonra elə oradaca fotoqrafa tapşırıqlar verildi və mən bir azdan əlimdəki digər yazılarla nəşriyyata yolladım. Redaksiyadakılar nə baş verdiyini anlamamışdılar. Baş redaktor “sən bunları yığdırana qədər o biri yazıları da göndərərəm, çalış saat dördə-beşə qəzetlərlə birlikdə burda ol”, deyəndə təəccüblü gözlər diqqətimi cəlb elədi.
Çox rəğbət bəslədiyim Bəhlul Abbasov yenidənqurma dövründə mətbəələrdə hansı proseslər getdiyini bilmirdi. Bütün bunlara baxmayaraq, saat 4.00-da qəzetin xüsusi kağızda yeni nüsxələri ilə taksidə özümü redaksiyaya çatdırdım. Bəhlul müəllim:
Heç hara getmə, bu axşam tamaşa yenə oynanılacaq, – dedi.
Baş üstə!- deyib çıxdım.
Qəzet redaksiyada da maraqla qarşılandı, Məsul katib Aydın Kərimov ilk səhifəyə çıxarmaqla yazıma üç şəkillə son səhifədə yer vermişdi. Qəzet nüsxələri icra hakimiyyətinə, mədəniyyət evinə və digər vacib qurumlara çatdırıldı.
Axşam yenidən salonda arxa cərgələrdən birində əyləşib tamaşanın başlanmasını gözləyirdim ki, çağırdılar. Baş redaktorumla üst-başımıza bir daha nəzər yetirib  içəri keçdik. Nəbi Xəzrinin şax duruşu, gülmsər çöhrəsi diqqətimi necə cəlb etdisə, nə dediyinin mahiyyətinə vara bilmədim. Bəhlul müəllim irəliləyib salamlaşdı. Mən hələ də yerimdə qalmışdım. Şair “Abşeron” qəzetinin sonuncu səhifəsini göstərərək gülümsəyəndə əziyyətimin hədər getmədiyinə sevindim. Birdən Nəbi Xəzri dönüb mən tərəfə baxdı:
Niyə dayanmısan, cavan oğlan, gəl, sıxılma! -deyib əlini uzatdı.
Mən iti addımlarla ona yaxınlaşdım. Əlimi sıxıb, sol əli ilə çiyninə aşırdığı paltosunu düzəltdi.
Axşam premyeraya baxıb, səhər qəzetdə çıxıb, buna deyərlər operativlik. Özü də pis alınmayıb, çox sağ ol!
Təşəkkür etdim. İmkan yarananda tamaşaya yenidən baxmaq üçün yerimi tutmağa tələsdim. Dünən əyləşdiyim arxa sıra künc oturacaqdan məni ön sıraya orta oturacağa dəvət edəndə sıxılsam da, məmnun qaldığımı dana bilmərəm.

MÜƏLLİF: MAHİR CAVADLI, şair-jurnalist 

MAHİR CAVADLININ YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov

Nadir fotoşəkillər silsiləsindən. Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadov. Ötən əsrin 40 – cı illəri…
Ziya Bünyadov 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi. Bundan sonra o, xidməti vəzifəsinə başladı. Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada – Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdi. Belə ki, o, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok və Tuapse, Belorusiya və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi…
Ziya Bünyadov İkinci Dünya Müharibəsi yekunlaşdığı ildə, yəni 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür…

Mənbə və müəllif: Məcid Rəşadətoğlu


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

DİLNAZE CABBAROVA

DİLNAZE CABBAROVA
3 Nisan 2007’de Sirderya vilayetinin Boyovut ilçesinde doğdu. Halima Hudayberdiyeva Adındaki Yaratıcılık Okulu’nun 11. sınıf öğrencisidir. “Neşe Durağı” (2021), “Duyguların Senfonisi” (2024) gibi şiir kitapları yayımlanmış. Şiirleri “Yaratıcılık Bahçesinden Buket”, “Ruhun Şarkıları”, “Kalp Cevheri”, “Hayal Dalgaları”, “Doğu Yazarlari” gibi koleksiyonlarda ve “Tefekkür ve dünya”, “Yeni Sirderya”, “İrfan ve Gençler”, “Sabah Yıldızı” gazetelerinde yayımlanmış. Kırgız Şairler ve Yazarlar Kamu Vakfı üyesi.

DEĞERLERİMİZ DEĞERLENDİRİLİYOR MU?

İnsanlık, yaşam biçimlerini de beraberinde geliştirerek ilerliyor. Bu biçimler, yüzyıllar boyunca bir bütün hâline gelerek nesilden nesle aktarılıyor. Biz bunlara “değerler” diyoruz. Bu büyük mirasın yükü, omuzlarımızda her zaman bir sorumluluğun var olduğunu ve bu sorumluluğun, gelişim ve yükselişte devamlılığımızı sağlayan önemli bir unsur olduğunu hatırlatıyor. Çevremize iyice bir bakalım. Yılların hızlı akışı, hayatımıza yeni sayfalar eklemekte. Teknoloji ve dijital dünyanın yükselişi, yaşam tarzımız üzerinde belirgin bir etki yaratıyor. Bilgi çağında tüm varlığı kuşatan modernlik kavramı, sadece sanayi ve bilimde değil, yeni neslin zihninde de kendini gösteriyor. Çağın çağrısını hissedip, zaman akışıyla uyumlu olmak ve yarının sorumluluğunu derinlemesine anlamak, döneme uygun düşüncenin bir yansımasıdır. Modernizmin küreselleşmesinin önemi şudur ki; şekillenen yeni katman, düşünce çerçevesini genişleterek tek bir kalıba değil, tüm dünya ile tek bir yörüngeye bağlanır. Ancak toplumun bazı kesimlerinde modernizme yanlış vurgu yapılması, kendi kültürsüzlüklerini bu maskenin arkasında teşvik etme gibi sorunlar da görülmektedir. Bunun sebebi, ahlak, terbiye ve gelenek gibi kavramların yeterince oluşmamış olmasıdır. Peki biz gelenekleri kimden öğreniyoruz? 58 Gelenek, yıllar boyu şekillenmiş ve her birimizin hayatında kök salmış derin bir bilinçtir. Ancak bu kökü herkes farklı şekilde besler. Atalarımızdan kalan kültürel miras, milletimizin başlangıcının ilk görünümü, geçmiş sahnenin aynası olarak kabul edilir. Ne yazık ki, bugün aramızda bu emanete kayıtsız kalma, eski bir kalıntı gibi görme, Batı kültürüne körü körüne öykünme ve bu özelliklerini yenilik kriteri gibi kabul etme anlayışına sıkça rastlanmaktadır. Evet, bazı gelenekler çevre ve toplum değişimi sonucu eskimiş ve kaybolmuştur; fakat tüm değerlere böyle bir tanımlama getirmek büyük bir hatadır. Hayranlıkla taklit ettiğimiz oyunlar ve ritüeller, dilimizden düşmeyen yabancı kelimeler, başka millet mensuplarının tarzına duyduğumuz heves tüm bunlar, diğer halkların değer ve mentalitesinin bizde de bir ölçüde gelişmekte olduğunun açık bir kanıtı olur. Şimdi kendimize soralım, dünya ülkeleri kendi başarı ve yenilikleriyle kültürlerini de dünyaya tanıtırken, bizim akıntıya kapılarak hareketsiz bir şekilde sürüklenmemiz, kendimizi ve kendi özgünlüğümüzü terk etmemiz ne kadar doğru? Resmî törenler ve yabancı misafirlerle buluşmalar dışında, milli kıyafetlerimize, müziklerimize ve değerlerimize arkeolojik bir buluntu gibi bakmamız, düşündüğümüz iki cümlelik fik- rimizi bile düzgün ve saf Özbekçe konuşamamamız, uluslararası başarılarımız, “IELTS” ve sayılarla başımızı dik tutmamız modernlik değil, halkımıza olan saygısızlıktır, bence Değerlerimizi kimden öğreniyoruz? Elbette bu konuda ilk öğretmenlerimiz, bilge büyüklerimizdir. Halkımıza özgü geleneklerimizin hayatımızda yer bulup bilinç ve şuurumuza işlenmesinde onların katkısı büyük. Milli mirasın ilk özü, dünyaya geldiğimiz andan itibaren annelerimizin, ninelerimizin ninnisi ile tüm bedenimize yayılır. Damarlarımızda yeni filizler açmaya başlar. Yaşlıların her na- sihatinde, yılların tozunun kadere işlemiş garip hikayelerinde genç zihinlerde derinlik uyanır, hayatına örnek olur. Ailede büyüklerin sofra başında veya toplantılarda yol gösterici olmaları, kadınlardaki nezaket, erkeklerdeki ciddiyet ve sorumluluk, evlatlardaki saygı ve dayanışma duygusu da gelenek ve değerlerin temelidir. “Yumurta dışarıdan kırılırsa yaşamı sona erer. İçeriden kırılırsa yeni bir hayat başlar.” denmesi de boşuna değildir. Zaman nasıl değişirse değişsin, milli ruhla yetişen, kendini bilen ve içinde yeni bir hayat başlatabilen nesil, kendini dışarıdan kırılmaya karşı korur. Atalarının, ebeveynlerinin sevgi ve bağlılıkla yüreğine yerleştirdiği vatanseverlik, geçmiş ile gelecek arasında denge kurma ve değerleri koruma hissi, tüm ömrünü ve zihnini aydınlatmaya devam eder.

Tercume: Cahangir NAMAZOV,
“Butov Azerbaycan” qəzetinin,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

ZAUR USTACIN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru