DOĞUM GÜNÜ TƏBRİKİ Günlərin bir günü, heç gözləmədiyim anda, ümid çırağımı yandıran bir MƏLƏK endi göylərdən…. O, gündən ÇOX VAXT keçib… Bugün o Mələyin doğum günüdür…
Doğum günün mübarək,
ey mənim məxsusi göndərilmiş mələyim… Yerin sonsuz səmanın ənginlikləri, nəsibin sevgi dolu həyat olsun… Tanrının nəzərindən düşməyəsən… Sən olmasaydın bu şeirlər də olmazdı… Bu kəlmələr sənin riqqətə gətirdiyin qəlb tellərinin səsi olduğundan yalnız və yalnız sənə aiddir,
ey zəriflik, paklıq, bakirəlik mücəssiməsi,
– bütün ülvi hisslərin məcmusu- AĞ ÇİÇƏYİM…. Hörmətlə: Zaur USTAC
Özü demiş “Ağzı kasıb evində bağlanmış turşu bankasıdı, ildə bir dəfə açılar”, Sözü urvatdan salanlardan deyil , Amma sözünə dil uzadanları elə sözüylə qamçılar. Tanrıdan qorxmaz, üsyanında da, küfründə də Ona sığınar. Sevgisi bir adamlıqdı, ( yenə özü demiş) Ona görə Eşqdə ikinci adam artıqdı . Sözün keşiyində dördgözlə dayanar, ( Eynəyinin arxasında gizlədər narahatlığını, Şəhid atalarından utanar ). Namaz qılmaz, Oruc tutmaz, (Allahı aldatmağı günah sayar) Amma namaz qılmaq olar ətəyində. Adamı neçə qat işıqdan keçirib salar ürəyinə, Hər kəs sağ çıxa bilməz söz kötəyindən. Hərdən tanımadığı ölkələrə, tanımadığı adamlara açar sirrini, Tanıdıqlarına etibar etməz. Gülüşündə gizlədər dərdini. Sual alar , sual verməz. Susa-susa sevər, Sevə-sevə susar. Sükutunun xofu basar adamı, Yüz pozar, bir yazar, Birdəfəyə qərar verməz. Bircə balasındadı canı, Canı sağ olsun. Milyonlara qoşulmaz heç vaxt, Təklərin içindən çıxıb axı. Qınamıram, İstəyir hər yerdə başı dik gəzsin, Üzü ağ olsun. Ayda, ildə bir dəfə gələr ilham pərisi, Sözü misqal-misqal xərcləyər, “Xəsis”likdi ən böyük günahı. “Tənbəldi ” bir az da, Nə şöhrətə qaçar, nə ada, Zamanla ayaqlaşa bilmir həyat tərzi. Qaraladıqlarını ağa köçürməz– Ağsəs Qulu, Qulu Ağsəs. Fərq etməz , Onsuz da hayana çevirsən eyni adamdı– Bir də .. Bir də Vətən boyda sevdası var könlündə, Onunçun hər yan Ağdamdı…
“Bugunlərdə yazıçı Səadət Kamal AYB sıralarına qəbul olunub.Yazıçılar Birliyının üźvlük vəsiqəsi gənc yazara təqdim olunub.” – bu məlumatı şair-publisist Yəhya Paşazadə öz sosial şəbəkə hesabında paylaşıb. Təbrik edirik!
Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub. Cihangir NOMOZOV, “Butov Azərbaycan” qəzetinin və “Yazarlar” jurnalının Özbəkistan üzrə müxbiri. “Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir. Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun “Unutmaz məni, bağım”, Usman Nasir, “Berdak Karagbay oğlu” xatirə nişanları”nın sahibidir. Türkiyənin “Güzel Alanya” mükafatı laureatı.Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib. Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Koreya, Almaniya, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib. Həmmüəllifliktə “Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib. Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.
RAHATLIQ
Xəyallarımın ağuşunda, Bilmirəm hansı mənzilə axdım. Ömür boyu buşlamış qəlbdə. Od qaladım, ocaq çatdım.
Bu dünyaya gələndən bəri, Nə üçün yaşamağımın özü? Ya ötəri, boş həvəsdir deyib: Söndümü bəxtimin ulduzu?!
Həyat bu qədər amansız olsa, Yalan səhnələrin yerində. Çıxıb rahatlıqlara gedəcəyəm, Arzularımın çiyinlərində
Bağımdan ümidlər zınqırov asar, Əzablar yarpaqtək tökülər bir-bir. O kimdir, getdiyim yolları qazar, Hələ tale özü mənə can verir…
Gözlərimdə sonməz inam uçuşu, Önümdə pərvanə şadlığın eylər. Uğur ayğırlarım elə qaçırlar, Yəqin yaxın gəlməz mənə sitəmlər.
Əsla alışmadım mən belə şeyə, Mənimçün ötən an, özü əsrə tən. And-aman eləyib baxıram göyə, -“Bəndəm, möcüzəni özün yarat sən!..”
Anladım dünyanı anladığımca, Necə yaşamağı az-çox öyrəndim. Kimlərsə diliylə hərəkət etdi, Mən isə hər yerə qəlbimlə getdim.
Köhnə təşvişlərə sarmaşıb qaldım, Yenə iztirabdan çıxmadı başım. Boşa ağlamaram deyirdim, sonda, Yağış olub axır gözümdən yaşım.
Bu gün gözlərimdə qayğılar şəkli, Köhnə kitab kimi, toz basıb könlüm. Yersiz xəzan oldu ümid güllərim, Dəli küləklərtək dağılmış ömrüm.
Mən oyaq qalıram yuxularımda, Dualar edirəm xoş yatışımda. Harada itirib qoydum özümü, Xuşumda deyiləm, hətta huşumda.
Göydəki ulduzlar – qayğı-həsrətim, Zil qara gecədir, ən sadiq dostum. Özümün özümə gəlir nifrətim, Məgər sevilmədin, sevmədin, köksüm?
Məni xatirata çəkir xəyallar, Əlimdə qırışmış bir topa şəkil. Təkrar yenə mənə dönüb gələydin, Cansız şəkillərdə sən bəxt idin, bil.
Sinəmdə ilahi dərdlər gül açdı, O böyük məhəbbət, eşq dönür nəzmə. Qəlblərdə əbədi, daim səslənir, Mənim ürəyimdən doğulan nəğmə.
Ruhum, məğlub olma rütubətlərə, Həmişə hazır ol, güləşə, cəngə. Qəlbdə dünya-dünya arzular ilə, Nurlu sübh önünə çıxdım yenicə.
Ürəyim, təmiz ol, ağ kağı kimi, Arzular başşqadır, məqsədlər türfə. Bunda rahatlığa yer yoxdur, əsla, Sənin adın bəxtdir, yeni səhifə.
ŞEİRİM…
Hər gündə mən sənə şeir yazaram, Lakin verəmmirəm sənə birini. Hər gün sənə bağdan güllər üzürəm, Lakin verəmmiəm sənə birini. Qəlbin təndirindən üzüb verərəm, Bizim sevgimizin isti fətrini.
Sizə gül verərəm, yoxdur sovqatım, Verə bilməyirəm ləl, tac- taxt, fəqət. Səninçün yaşatdım, al bu eşqimi, Al, sənə ürəkdə hədsiz məhəbbət.
Al mənim canımı, can gərək olsa, Verim sənə qəlbən ürək sirrimi. Canımı, ömrümü vrtsəm də sənə, Əfsus verəmmirəm bir şeirimi.
Keçən günlərimin hamısı röya, Zaman geri dönməz, yersiz əlaclar. Gəncliyin darıxan çölləri kimi, Gülaçma dövrünü bilir ağaclar.
Lakin xatirədə yaşayar keçmiş, Ürəkdən silinməz illərin izi. Sönsə də göylərin ayı, ulduzu Əsla unudulmaz var olmaq sözü!
BAHARIM
Ey baharım, sən hardasan, ey baharım, Qışda qəlbim mürgülədi, donub keçdim. Kim dinləyər, nədir qəlbdə ahu-zarım, Dərdlərimi kağızlara deyib keçdim.
Ey baharım, sən hardasan, ey baharım, Sənsiz ömrüm gül açmadı, xəzan oldu. Unudulub aydan aydın arzularım, İstəyini tapa bilmək güman oldu.
Ey baharım, sən hardasan, ey baharım, Ürəkdəki ümidlərim sönüb bitdi. Sən olmasan mənə ilham biganədir, Qələmimi qara rəngi dönüb getdi.
Ey baharım, sən hardasan, ey baharım, Darıxıram, qəlbə hisslər salaraq gəl, Bu canımdan keçdi mənim əzablarım, Bir də mənə şadlıqları alaraq gəl.
Ey baharım, sən hardasan, ey baharım, Gəl, indi gəl, könülə yol başla indi. Məni əsla tərk eləmə ömür boyu, Gəlib mənim ürəyimdə yaşa indi.
RƏNA TƏBƏSSÜM (İMANOVA) Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunub. Bu barədə xanım yazıçı öz sosial şəbəkə hesabında paylaşım edib:
“Bu payızın ilk ayı mənim həyatımda silinməz iz qoyub. Məni yaradıcılığıma dəyər verib öz sıralarına – Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edən birliyin sədri Anar müəllim, sədr müavini Rəşad Məcid, katib, Qəbul Komissiyasının sədri Səlim Babullaoğlu, komissiyanın katibi Məlahət xanım Qənbərovaya dərin minnətdarlığımı bildirirəm. Məni ilk təbrik edən sədrin baş müşaviri Rauf Aslanov, tanınmış yazıçı Seyran Səxavət, birliyin şöbə müdiri, şair Dayandur Sevgin, birliyin multikultural məsələlər üzrə məsul şəxsi Xatirə Fərəcli, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəsə və başqalarına təşəkkür edirəm. Sevincimə şərik olan hər kəsə, var olun, deyirəm!”
Rəna Təbəssüm (İmanova)nı bu münasibətlə təbrik edir qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun, Rəna xanım!
Sevgi də (lirik) hissdir. O hissi dərin qatlara endirə bilmək (isə) eşqanə vəcddir. Bu halı yaxşı qavrayanlar üçün həyat hər gün təzədir. Deməli, insanı yanğıda qovuran hissin adı eşqdirsə, həyatı insana yük edən də məhz bu yanğıdır… Eşq həyat səltənətidir; onda zaman-zaman ibrətamiz hislər təlatüm edib. Bu duyğunu təmiz məqsəd hesab edənlər heç vaxt yanlış təfərrüatlara düşməyiblər. İstər ruhi dəyərlərdə, istərsə də maddi proseslərdə eşq zəruri oblastdır, insan onun əhatəsində sadəcə, bir müşahidəçidir… Belə deyək, istedadlı şair Rəfail Tağızadənin “Gecə xəyalları” kitabında da eşq (sevgi) bir həyat səciyyəsi kimi qabarıq diqqət çəkir. Maraqlıdır ki, şair bu hissi (başqalarına nisbətən) çığırtı kimi deyil, həzin pıçıltı kimi verir, onu ürəyə, gözə və qəlbə məhkum edən zərurətləri mədəni tərzdə cilalayır, duyğuları çırpıntıya məruz qoyur və s. “Gecə xəyalları”ndakı lirik təcəssümü oxuculara təqdim edək:
Bir badə şərabtək içildi getdi, Mən belə sevgini neynim, İlahi?
Demək ki, yanlış məzmunda ibadətkarlıq məhz yanlış da tərz formalaşdırır. “Bir badə şərabtək içilən sevgi” doğru səmt deyil; şairi təəssüf hissində boğan insanların eşqə sadəcə bir yanğı kimi məna vermələridir. Yanğı bir anlıqdır, sevgi isə əbədi. Əbədi olanı bir ana qurban verənləri şair iki sətirlə ciddi məzəmmət (və hətta) tənbeh edir…
Neynirdim iki əli, ayağı, İki gözü, qulağı, Bu qədər barmağı neynirdim? Mənə iki ürək verəydin, Allah…
Şair “Mənə iki ürək verəydin, Allah…” deməklə sevə bilməyənlərin də yerinə sevmək məsuliyyətini üzərinə götürür, əslində isə eşqin İlahi bir təşnə olduğuna diqqət çəkir.
Süzüb ayaqdan başacan, Baxıb dodaqdan qaşacan, Səni gözlərimə yedizdirəcəyəm. Sonra da oturub ayna qabağında Könlümə köçürəcəyəm.
Bəzən elə yeni ifadələrə rast gəlirik ki, heyranlığımızı gizlədə bilmirik. Rəfail Tağızadənin “Səni gözlərimə yedizdirəcəyəm” fikri də bu tərz yeni ifadələrdəndir. Diqqət edək; şair demir ki, səni özümə öyrədəcəyəm, yaxud səni semək iqtidarındayam, tamamilə başqa rakursda fikir ifadə edir, dərin-sətiraltı məna qurur, gözlərin “yemək” cəhdini əldə etmək, mənimsəmək kimi xarakterizə edir.
Bu gecə sevdiyin hər şey sənin, Səmanı verim sənə, Bir də aylı gecəni… Söykənib arzulara Doyunca baxım sənə.
Əllərində bir dəniz, Gözlərində bir röya, Yanağın bir ay kimi… Necə də gözəl həyat, Sığın bu sinəmə, yat.
Tənhalıq girdabında çabalayanlar üçün ən rahat yer sinədir; orada tüğyan edən sabit təcəssümlərdir. Şair bu baxımdan “Sığın bu sinəmə, yat” deyir. Başqaları bu sətirdə zina pərdələri axtarırsa, biz daxili hissi həyata doğru sövq edən məna axtarırıq.
Daha bu sevginin əlindən tutub Hara gedəcəyəm bu gündən belə? Olan gümanlar da bura qədərmiş, İtirdik illəri biz bilə-bilə.
Təzə öyrəşirdik bir-birimizə, Duyğular yenicə baş qaldırırdı…
Nəmli dodaqlarında xəfif təbəssüm Bir qız boylanır aylı gecənin pəncərəsindən…
Bu sətirlərdə (də) darıxan qəlblərin sevda təlatümləri var; biz hər sətirdə müəllifin sevgini hansı elmlə xarakterizə etdiyinin fərqinə varmağa çalışır, onun cəhdlərini alqışlayırıq… “Təzə öyrəşirdik bir-birimizə, Duyğular yenicə baş qaldırırdı…” fikrində sevginin hansısa bir təsirdən deformasiyaya uğradığını sezir, ayrılıq nəğməsinin çalındığını eşidirik. Demək ki, yanlış sevmək tərzi ayrılıqla üz-üzə durmaq məqamıdır, ani bir inciklik bu prosesi sürətləndirir… Məhz Rəfail müəllim də bunu təlqin edir ki, eşq yanğı sxemi deyil, o, qəlbin sınmaz təməlidir, sadəcə onu bu şəkildə qavramaq lazımdır.
Nə sən varsan, Nə dərdimi deməyə bir kimsə… Gəl, çıxart məni sənsizliyindən.
Yad et məni; Bir cüt gül, İki damla göz yaşıyla.
Sevgi tənhalıqla “qohumdur”, doğru olmayan düşüncə onu adi bir hiss kimi mənalandırır. Sevən insan həm də dərin bir qəriblik hissi yaşayır. Qərib adamın sevgisi tənha adada kölgə uman bir quri ağac kimidir və s. Bu mənada, Rəfail müəllim mümkün olanı mümkünsüzə çevirənlərə hayqırır, onlara qəlbi dolaşıq hislərdən uzaq tutmağı məsləhət görür… Və nəticə etibarilə, sevgidəki məqamın bitmə dövrü “Bir cüt gül, İki damla göz yaşıyla” tamamlanır. Bununla, insan həyat necə başlamışdısa, eləcə də (bir) vida marşı çalır, özünü geridəki məsamələrə atır, yolunu-rizini itirir… Əsl sevginin nə olduğunu anlamaq istəyənlərə Rəfail Tağızadənin “Gecə xəyalları” kitabını oxumağı məsləhət görürük…