Nizaməddin Mədrəhimov 1989-cu ildə Özbəkistan Respublikasının Fərqanə vilayətinin Dangara rayonunda anadan olmuşdur. O beş kitabın müəllifidir. Respublika miqyasında çoxsaylı ədəbi toplularda və mətbuat orqanlarında yaradıcılıq nümunələri ilə fəal iştirak edir. Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetini üçüncü kurs tələbəsidir.
ADINLA YAN-YANA
Gülnar, gül üzün mənim, Aldı xoş məramımı. Səni necə səsləyim? Dilarəmmi, Leylamı?
Yanmaq, inləmək ilə, Sərgərdan gəzmək ilə, Həsrətə dözmək ilə, Keçir günüm, axşamım.
Nə edim, bağrı dağam, Gülsüz bağçayam, bağam. Nə dəli, nə sağlamam, Gedib huşum, anlamım.
Eşq məktubu – kəlmələr, Gah sevinc, gah da dərdlər. Şeirlər dolur dəftər, Mən – şair, sən – ilhamım.
Bədəni tərk edib can, Tapsaq əbədi dövran. Adın ilə yanbayan, Tarixdə adım, sanım.
Gülnar, ay üzün mənim, Aldı xoş məramımı. Səni necə səsləyim- Dilarəmmi, Zəhramı?
Sənubər Mehman Buxara vilayətinin Candan rayonunun Çarzanə kəndində anadan olub. 2004-cü ildə Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib. Özbəkistan Yazıçılar Birliyinin üzvüdür. Şeirləri respublika mətbuatında və Qırğızıstan, Azərbaycan, Türkiyə, Hindistan, Belçika, Keniya, Almaniya və Amerika kimi ölkələrdə dərc olunmuşdur. “Yaşıl ibadətlər”, “Xəyyamsayağı şadlıqlar”, “Eşq Gəlir”,“Sözün Vətəni” kitablarının müəllifi.
Köhnə dəftərləri açmamaq olmur, Köhnə dəftərlərdə qalan dünya bu. Təkcə badə kimi hicranla dolmur, Sevgidən badəsi dolan dünya bu.
Mahnılar oxudum eşqin tarında, Özünü övliya bilən bu dünya. Məşrəbə çevrilib Bəlxin darında – İmandan asılıb, ölən bu dünya.
Ey yar, əllərini əllərimə ver, Ayrılıq – köksümü dələn dünya bu. Gündüzü həsrətdə, gecə yaz şeir, Dünyanı unudan, bölən dünya bu.
Həsrət, get, sinəmə sığmazsan ancaq, Fəqət eşq neyini çalan dünya bu. Əzizim, sevgilim, gözlərimə bax, Sənə tələsməkdə dolan dünya bu!
Sənubər, halını aşiqlər bilər, Eşq üçün dünyadan köçən dünya bu, Hələ sübh kimi xoş mahnılar ilə Vüsal şərbətini içən dünya bu!
GÖZLƏRINƏ ÇÖKÜB ÖLSƏM, OLARMI?
Hər kəs öz işinə batır dünyada, Evi, gərdişinə batır dünyada. Könlünü dünyaya satır dünyada, Allahıma varıb, gəlsəm, olarmı? Qəlbimi suvarıb, gəlsəm, olarmı?
Bir məqam istərəm, məqamdan artıq, Bir aram istərəm, aramdan artıq. Bircə an könlünü et pay, qonaqlıq, Mən onu haylayıb gəlsəm, olarmı? Allaha dayayıb gəlsəm, olarmı?
Səhərlər açılar göyün qapısı, Qafillər yatmaqda qəflət yuxusu. Dəyməyin, qoy yerdə qalsın hamısı, Göylərə baş çəkib gəlsəm, olarmı? Sonra yer şərhini bölsəm, olarmı?
Sənubər, ağaclar gecə ay əmər, Gecə aləm evə məyus çəkilər. Gecə qüssə qəlbi bəxtinə gömər, Mən gülə çevrilib qalsam, olarmı? Könülə çevrilib qalsam, olarmı?
Deyib, demədiyim etirazım var, Çalıb, çalmadığım ürək sazım var. Sənə etmədiyim sonsuz nazım var, Sinəni aç, ora dolsam, olarmı? Gözlərinə çöküb ölsəm, olarmı?
Cahangir Furqət oğlu Namazov 1997-ci ildə Nəmənqan vilayətinin Pap rayonunda anadan olub. Cihangir NOMOZOV, “Butov Azərbaycan” qəzetinin və “Yazarlar” jurnalının Özbəkistan üzrə müxbiri. “Juntos por lasLetras” Argentina beynəlxalq yazıçılarının Özbəkistan üzrə fəal üzvü və işçi qrupunun koordinatorudur. Turkiyə dövləti “SİİR SARNİCİ” elektron jurnalının Özbəkistan üzrə nemayəndəsidir. Qırğızıstan Respublikasında təşkil edilən “Dünya talantları” beynəlxalq birliyinin üzvü, “Abay” medalının, “Beynəlxalq Əmir Teymur Xeyriyyə Cəmiyyəti Fondunun “Unutmaz məni, bağım”, Usman Nasir, “Berdak Karagbay oğlu” xatirə nişanları”nın sahibidir. Türkiyənin “Güzel Alanya” mükafatı laureatı.Qırğızıstan Respublikası “Qırğız şair və yazıçıları” ictimai fondunun üzvüdür. Gənc yazarların ənənəvi seminarlarının iştirakçısıdır. Şeirləri “Müjdə”, “Flaşmob” toplularına daxil edilib. Yaradıcılıq nümunələri Kazaxıstan, Qırğızıstan, Türkmənistan, Keniya Azərbaycan, Türkiyə, Danqladeş, Nepal, Əlcəzair, Vyetnam, Serbiya, Hindistan, Rusiya, Makedoniya, Belçika, İtaliya, Çin, İspaniya, Albaniya, Koreya, Almaniya, Avstraliya, Amerika dövlətlərinin qəzet –jurnallarnda, həm də Ədəbi internet saytlarında dərc olunub. 2021-ci ildə “İçimdə üsyanlar adlı şeir kitabı nəşr edilib. Həmmüəllifliktə “Müqəddəs yer” tarixi kitabı , “Günəşin nəfəsi” poetik kitabı Türkiyənin Beygenç nəşriyyatında, “Pain” adlı şeir və məqalələr kitabı Amerikanın “Amazon” saytında nəşr edilib. Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin tələbəsi.
RAHATLIQ
Xəyallarımın ağuşunda, Bilmirəm hansı mənzilə axdım. Ömür boyu buşlamış qəlbdə. Od qaladım, ocaq çatdım.
Bu dünyaya gələndən bəri, Nə üçün yaşamağımın özü? Ya ötəri, boş həvəsdir deyib: Söndümü bəxtimin ulduzu?!
Həyat bu qədər amansız olsa, Yalan səhnələrin yerində. Çıxıb rahatlıqlara gedəcəyəm, Arzularımın çiyinlərində
Bağımdan ümidlər zınqırov asar, Əzablar yarpaqtək tökülər bir-bir. O kimdir, getdiyim yolları qazar, Hələ tale özü mənə can verir…
Gözlərimdə sonməz inam uçuşu, Önümdə pərvanə şadlığın eylər. Uğur ayğırlarım elə qaçırlar, Yəqin yaxın gəlməz mənə sitəmlər.
Əsla alışmadım mən belə şeyə, Mənimçün ötən an, özü əsrə tən. And-aman eləyib baxıram göyə, -“Bəndəm, möcüzəni özün yarat sən!..”
Anladım dünyanı anladığımca, Necə yaşamağı az-çox öyrəndim. Kimlərsə diliylə hərəkət etdi, Mən isə hər yerə qəlbimlə getdim.
Köhnə təşvişlərə sarmaşıb qaldım, Yenə iztirabdan çıxmadı başım. Boşa ağlamaram deyirdim, sonda, Yağış olub axır gözümdən yaşım.
Bu gün gözlərimdə qayğılar şəkli, Köhnə kitab kimi, toz basıb könlüm. Yersiz xəzan oldu ümid güllərim, Dəli küləklərtək dağılmış ömrüm.
Mən oyaq qalıram yuxularımda, Dualar edirəm xoş yatışımda. Harada itirib qoydum özümü, Xuşumda deyiləm, hətta huşumda.
Göydəki ulduzlar – qayğı-həsrətim, Zil qara gecədir, ən sadiq dostum. Özümün özümə gəlir nifrətim, Məgər sevilmədin, sevmədin, köksüm?
Məni xatirata çəkir xəyallar, Əlimdə qırışmış bir topa şəkil. Təkrar yenə mənə dönüb gələydin, Cansız şəkillərdə sən bəxt idin, bil.
Sinəmdə ilahi dərdlər gül açdı, O böyük məhəbbət, eşq dönür nəzmə. Qəlblərdə əbədi, daim səslənir, Mənim ürəyimdən doğulan nəğmə.
Ruhum, məğlub olma rütubətlərə, Həmişə hazır ol, güləşə, cəngə. Qəlbdə dünya-dünya arzular ilə, Nurlu sübh önünə çıxdım yenicə.
Ürəyim, təmiz ol, ağ kağı kimi, Arzular başşqadır, məqsədlər türfə. Bunda rahatlığa yer yoxdur, əsla, Sənin adın bəxtdir, yeni səhifə.
ŞEİRİM…
Hər gündə mən sənə şeir yazaram, Lakin verəmmirəm sənə birini. Hər gün sənə bağdan güllər üzürəm, Lakin verəmmiəm sənə birini. Qəlbin təndirindən üzüb verərəm, Bizim sevgimizin isti fətrini.
Sizə gül verərəm, yoxdur sovqatım, Verə bilməyirəm ləl, tac- taxt, fəqət. Səninçün yaşatdım, al bu eşqimi, Al, sənə ürəkdə hədsiz məhəbbət.
Al mənim canımı, can gərək olsa, Verim sənə qəlbən ürək sirrimi. Canımı, ömrümü vrtsəm də sənə, Əfsus verəmmirəm bir şeirimi.
Keçən günlərimin hamısı röya, Zaman geri dönməz, yersiz əlaclar. Gəncliyin darıxan çölləri kimi, Gülaçma dövrünü bilir ağaclar.
Lakin xatirədə yaşayar keçmiş, Ürəkdən silinməz illərin izi. Sönsə də göylərin ayı, ulduzu Əsla unudulmaz var olmaq sözü!
BAHARIM
Ey baharım, sən hardasan, ey baharım, Qışda qəlbim mürgülədi, donub keçdim. Kim dinləyər, nədir qəlbdə ahu-zarım, Dərdlərimi kağızlara deyib keçdim.
Ey baharım, sən hardasan, ey baharım, Sənsiz ömrüm gül açmadı, xəzan oldu. Unudulub aydan aydın arzularım, İstəyini tapa bilmək güman oldu.
Ey baharım, sən hardasan, ey baharım, Ürəkdəki ümidlərim sönüb bitdi. Sən olmasan mənə ilham biganədir, Qələmimi qara rəngi dönüb getdi.
Ey baharım, sən hardasan, ey baharım, Darıxıram, qəlbə hisslər salaraq gəl, Bu canımdan keçdi mənim əzablarım, Bir də mənə şadlıqları alaraq gəl.
Ey baharım, sən hardasan, ey baharım, Gəl, indi gəl, könülə yol başla indi. Məni əsla tərk eləmə ömür boyu, Gəlib mənim ürəyimdə yaşa indi.