www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Зуҳра Бегим – КУЗ ЁМҒИРИ

КУЗ ЁМҒИРИ

Кўз ёшимдан ранг олди ёмғир,
Томчилади майдалаб аста.
Булутларнинг ранги қорамтир,
Самоватнинг юраги хаста.

Вужудимни титратди бир ҳис
Ловуллаган юрагим алвон.
Истагимнинг рўёби танқис
Хаёлларим сочилди ҳар ён.

Хотирамнинг сирдарёсида,
Тўлқинланди ҳижрон тошқини.
Орзуйимнинг кенг дунёсида
Учқунланди ҳаёт ёлқини.

Куз ёмғири – кўнгил ёмғири,
Ёғгил, йиллар гардини ювиб.
Қулоғимда қолсин шивиринг
Дилдан ҳайда, ҳасратни қувиб.

Булут тўла намхуш осмонга,
Кўнгил куйган бағрини тутсин.
Қадрин билмай эврилган жонга,
Сел бўлиб қўй, дардин унутсин.

Соғинч қалбга солса изтироб,
Узоқ ўйга толар кўз қири.
Шоир дили бўлмасин хароб,
Умид бергин, кузнинг ёмғири.

Müəllif: Зуҳра Бегим

Zuhra Begim <<<< >>>> Зуҳра Бегим

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

 

Əlisəmid Kür – 70

ƏLİSƏMİD KÜR

Bu il yaşı 70 oldu şairin. Ömrü sözü qədər olsun!

Yağışlı bir gecədə
adımı söylədim Kürə.
Sağ-soluma baxdım
gördüm heç kəs eşitmədi.
Yağış dəli,
Kür dəli.
Qoşulub dəli sulara
şeir dedim
mən dəli…
Əlisəmid Kürün ömür kitabının möhürünü vuran şeiri, məncə, bu misralarıdır. Müəllifin öz səsiylə deyil, bəzən yad, bəzən tamamən oğurluq səslə kağıza köçürdükləri ilə, içinə gömsə də, hayqırışa dönüb pıçıltıyla yazıya çevrilən kəlmələri arasındakı fərqdir şeir. Bu şeirdə (əksər digər şeirlərindəki kimi) sanki müəllifin səsini duyursan – təmkinli, amma həm də üsyankar…
Bəzən deyirlər, şeir obyektiv, T.Eliotun təbirincə desək, şəxssiz, “depersonalaşmış” olmalıdır. Əlisəmid Kürün subyekti qabarıq büruzə verən şeirlərində müəllifin əzablarını, həm də yalnız şəxsi deyil, hər kəsin iztirabını öz yaşantısıymış kimi yansıdan acılarını, xatirələrini, təəssüfünü görməkdəyik. Onun şeirlərindən qıfılı içində gəzdirməyən, sözünə kilid vurmayan adamın gerçəkləri süzülür. Bu misralarda cəmiyyət həyatının ağrıları Kentavr-adamın çiynindəki yük qədər ağır, ad gününə ipək kəndir gətirilmiş məhkumun əzabları qədər dərindir; fəqət hamısı şeirdir – əvvəldən sona sözdən başqa bir hədəf aramayan, sözlə başlayıb sözdə bitən fikirdir. Cəmiyyət ağrılarını sözlərə yansıdan şeirlərin belə, ən önəmli tərəfi ictimai motiv, daşıdığı məzmun yükü deyil, şeirə köklənmiş oxucunu həmin məna qarışıq çəkib misraların, sözlərin içinə aparmasıdır. Bu şeirləri oxuyanda bir an sənə elə gəlir ki, hər şey əksinədir, şeir səni oxuyur – səni səndən yaxşı tanıyır və səni deyir.
Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.

Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın…

Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
Çağdaş şeirdə aforizmləşməyə meyil hiss olunmaqdadır – mütləq şeirlərində dillərə düşəcək, xatirə dəftərlərini bəzəyəcək, sosial şəbəkələrdə “(c)” qeydi ilə status əvəzi işlənəcək qoşa misraların, bəndlərin olmasına xüsusi diqqət yetirirlər. Bu zaman müəllifin fəlsəfə açmaq iddiası bir az da şeiri öldürür, ən yaxşı halda, ikinci plana salır. Əlisəmid Kürün isə əksər şeirləri elə qurulur ki, nə “döşəməsi”ni, nə “tavanı”nı laxlatmaq olur – misraları bənddən, ya bütünlüklə şeirdən çıxaranda kontekstdən ayırmış olursan.
Yaddaş – bizi yaşadığımız zamandan qoparıb bir an üçün olsa belə, keçmişdə qalanla qovuşduran və eyni zamanda, keçmişi indiyə daşıyan – zamanı əbədiləşdirəndir. Nə qədər ki xatırlayan var, xatirəyə dönən nəsnələr diridir, yaşayır. Bu zamansızlıq içindəki zaman yaddaş sayəsində var olur. Ən çox xatırlayan, ən çox nostalji duyan keçmişə əbədiyyət qazandırmaq arzusunda olan söz adamlarıdır yəqin – zamana süni nəfəs verməklə. Xatirə – dirilik suyudur, gənclik iksiridir. Əlisəmid Kürün bir çox şeirlərində zaman və yaddaş məhfumu bütün fəlsəfi, poetik ağırlığı ilə ehtiva edir.
Hamını yadıma saldım
bir gün ata ocağında.
Bir anda yüz il yaşadım,
Bir anda yüz il qocaldım
həsrətin künc-bucağında.
Titrədi atamın baş daşı,
ürpəndi anamın əlləri.
İndicə qırılıb dağılacaq
baxdığın güzgü –
Titrəyir yanağında
göz yaşları –
titrəyir qızımın telləri.

Ata ocağında xatirələrin bircə anda oyanması yatmış gözəlin yanağına toxunan öpüşdür. Ölçüyə gəlməyən zamandan fərqli olaraq an bir parçadır, kəsimdir və bu anı xatırlayan insanla o anın içinə sığışan insan ömrünü eyni anda izləyirik. Fəqət o an yaşananların, xatırlananların sayəsində an keçmişdə qalmış zamanla indiki, davam etməkdə olan zamanın arasında yaşamaqdadır və beləcə, ani, ötəri olaraq qalmır, davamlılıq, əbədilik qazanır. Xatirələrin özü kimi, xatırlanan an da həmişəyaşar olur. O an zaman dayanmır, əksinə, ananın titrək əllərindən saat kəfgirində – zamanın yelləncəyində yellənən qızına qədər sürətlə ötüb keçir.
Heç gözlənilmədən insanı yaxalayan xatırlama anı nə əvvəli, nə də sonu olan zamanı ikiyə bölür. Bu ikisinin ortasında dayanıb xatırlayan isə o anı əbədiyyət kimi yaşayır. Keçmişi xatırlamaq – insanın öz içinə dalması, dünəndən bu günə yaşananları göz önünə gətirərək, ağlında tutaraq özüylə qarşı-qarşıya durmasıdır.
“Güzgüdə özünə baxıb göz vuran \ o şux, o kür adam” gün gələr uzaqdan çəkilib baxar özünə. Üzləşməkdən qorxar özü ilə, üz-üzə qalmaqdan ürpənər, “cürəti” yalnız kənardan izləməyə çatar özünü. Şeir bu anındır, fəqət həm də keçmişin insandan aldıqlarını geri qaytara bilən bir parçasıdır. Şeir (ədəbiyyat) bu sonsuz zaman axışının içindəki həmin ana möhürünü vurur, rəsmini çəkir. Bununla belə, Əlisəmid Kürün zamanla bağlantısı olan şeirlərində keçmişin həsrəti, sentimentallıqla süslənmiş o günlərə dönmək yanğısı, arzusu duyulmur; sadəcə zaman yüklü bir indidən keçmişə boylanıldığını görürük.
Əlisəmid Kür şeirində əksi özündə saxlaya bilən, “yaddaş kartı” misallı metaforalardan daha çox işlənəni güzgü və gözlərdir. Xatırlamaq üçün bəzən bir musiqi, bir əşya, bir məkan da vasitə ola bilər. Söz, səs yaddaşın şəklidir.
…2400 kilometrlik həsrətin içində
Qatar keçdi deyəsən.
Bir zahı bulud
Silkələdi telefon xətlərini.
Yüz saniyəlik sükutun arxasına
Sığdı bir insan ömrü.
-Alo! Alo!!
-A-ta! A-ta!
…Üzün yadımdan çıxır,
İlğım axır dalğa-dalğa
Yaddaşımın dörd olmuş gözündən.
Yuxu da yalanmış, fotoşəkil də yalan…
-Alo! Alo!
-Ata, məni eşidirsən?
-Al-lo, mən səni görürəm, qızım…


Gözlərimdə düzüm-düzüm
hər anın tənhalıq şəkli…


Nə baxırsan əlləri üzündə
gözləri barmaqlarının ucunda
Adaşım balabançı kor Əlisəmid.

“Bir adaşım yaşayır Kürdəmirdə” misrası ilə başlayıb “Adaşım balabançı kor Əlisəmid” sözləri ilə bitən şeir əslində, elə ilk misrasından bəhs olunan obrazla müəllif arasına paralellik qoyur. Görmədən “baxan”ın barmaqları ucundakı gözlərlə bu dünyaya heyrətidir kor Əlisəmidin musiqisi – barmaqlarının yaddaşıyla dilləndirir balabanı – sözlərlə dünyanın rəsmini çəkən şair kimi…

Qəfil nəfəs verdi balabana,
Sığalladı asta-asta,
bala-bala.
Asta çaldı balabanı.
Tələsdi yavaş-yavaş,
bala-bala.
Dağı arana daşıdı, aranı dağa.
Anasının balasını ağlatdı,
balasının anasını ağlatdı.
Qəribi çağırdı qürbətdən,
həsrətdən
yolu-yolağa.
Əlisəmid Kürün şeirlərində qum saatından qum əvəzinə, qan damır, divar saatında kəfkir əvəzinə yelləncəklər yellənir. Zaman yaşantılara uyğun axıb gedir, bəzən qan-qadalı, bəzən əyləncəli-yelləncəkli… Ucsuz-bucaqsız zamanın ardınca sürüklənmək gücü olmayan insan da vaxtı keçən hər şey kimi “bircə istifadəlik”dir – yalnız ona ayrılmış zaman kəsimində “işə yararlı”dır. Zamanın yetişdirdiyi, mükəmməlləşdirdiyi hər şey zamanı gəlincə, əslində isə vaxtı bitincə lazımsız olur, ya bir tərəfə atılır qırx illik çaxır çəlləyi kimi, unudulur; ya da satılır – büllur külqabı kimi.

Bu da
qırxillik çaxır çəlləyi –
tapılmayan qızıl küpü…
indicə
qoparacaqlar ağzını,
daraşacaqlar canına;
qanını içəcəklər
köpük-köpük,
paylayacaqlar
qədəh-qədəh,
boşaldacaqlar
qəpik-qəpik.
Bir atəşfəşanlıq
fışqıracaq
beyinlərə, –
köpü yatacaq meyxoşların…
Sonra da – onu
fırlada-fırlada,
diyirlədə-diyirlədə
aparıb atacaqlar
bir küncə…

Əlisəmid Kürün şeirlərində şəkillənən zaman ötüb keçdikcə izini qoyan, əbədiləşdirən, xatırladan; amma gah da unutduran, satdıran, yoxluğa yuvarladan və bütün bu xüsusiyyətləri ilə insana bağlı, onu, həyatını yönləndirən nəsnədir. İnsan zamanın ondan asılı olmayan bu axışına heç bir şəkildə təsir göstərmək gücündə deyil. Bu şeirlərdə zamanın irəliyə deyil, “geriyə axdığını” daha çox izləmək mümkündür – çünki xatirələrin üz tutdurduğu zaman keçmişdir. Zaman üçün onun hansı kəsimində olduğunun fərqi yoxdur – onun hansı dövrə aid olması insana aiddir – xatirələrdə keçmişdir, yaşandıqca indidir, xəyal qurduqca gələcək… A.Berqsonun təbirincə desək, sadəcə, müddətdir (durée) – parçalanmayan zaman – dünəndən bu günə, bu gündən gələcəyə keçən.

Müəllif: Mətanət VAHİD,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA-nın aparıcı elmi işçisi.

MƏTANƏT VAHİDİN YAZILARI

ƏLİSƏMİD KÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rafiq Yusifoğlu – Anamın əziz xatirəsinə

ƏSRİN İLK ŞEİRİNİ
MƏN KİMƏ YAZIM!?

(Anamın əziz xatirəsinə)

Sevirəm, keçsə də ömür yarıdan
Qorxuram bu sevda yolunda azım.
Qəlbimə təpər ver, Ulu Yaradan,
Əsrin ilk şeirini mən kimə yazım?!

Ucadır insanın eşqi, əməli,
Bütün zamanların odur bəzəyi.
Eşq ilə qoyulsun əsrin təməli,
Ayları, illəri sevda bəzəyir.

Hərəmiz bir eşqin şirin barıyıq,
İllər üstümüzə çökür toz kimi.
Məhəbbət daşıyan eşq qatarıyıq,
Zaman çəkir bizi parovoz kimi.

Saçımda bərq vurur illərin qarı,
Sükut qəbristanda xəyala dalıb.
Sərnişini düşən eşq vaqonları
Zaman qatarından açılıb qalıb.

Qəlbini atdılar oda anamın
Arzuları düşdü hey pərən-pərən.
Qəbri ayrı düşən ata-anamın
Ruhları qovuşa bilibmi görən?!

İllərlə biz həsrət odunda bişdik,
Düşdü tariximə bir qara kölgə.
O əsrin başında didərgin düşdük,
Bu əsrin önündə sevindik bəlkə?!

Qəlbimə təpər ver, Ulu Yaradan!
Əsrin ilk şeirini mən kimə yazım?
Sevirəm, keçsə də ömür yarıdan,
Qorxuram bu sevda yolunda azım.

Həsrət bərq vurursa gözüm yaşında,
İnləməyə dəyməz “vətənim!” – deyə.
Olsam da dünyanın hansı başında,
Qəlbimdə eşq varsa, vətənimdəyəm…

               02.01.2001

Müəllif: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Narıngül Nadirin “Yuva” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olub

Şuşa Dövlət Musiqili Dram Teatrında yazıçı Narıngül Nadirin “Yuva” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Tamaşanın quruluşçu rejissoru Kəmalə Səlim Müslümqızıdır. Rolları: Elnur Soltanov (Telman) ,.Cavid Quliyev (Elçin), Ceyran Baxışova (Zərrin), Gülnaz Hacıyeva ( Səmra) və Mədinə Hüseynova (Gənc qız) ifa ediblər.
Xronometrajı 120 dəqiqə olan səhnə əsərinin mövzusu gündəlik rastlaşdığımız aktual məişət məsələləri, sevgi və xəyanətdir. Tamaşanın əsas ideyası cəmiyyətə ailələrin dağılması və intihara son qoyulması mesajını ötürməkdir.
Tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Məlumatı hazırladı: Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Albert Kamyunun “Kaliqula” əsərinin fəlsəfəsi

Albert Kamyunun “Kaliqula” əsərinin fəlsəfəsi

Ekzistensializm və absurdizmin qüdrətli siması olan Albert Kamyu öz əsərlərində azadlıq, absurdluq və insan vəziyyəti kimi mürəkkəb mövzuları araşdırıb. Onun diqqətəlayiq pyeslərindən biri olan “Kaliqula” qüdrət, məna və varlığın təbiəti ilə bağlı dərin fəlsəfi araşdırmanı təqdim edərək, məhşur Roma İmperatorunun psixikasını dərindən araşdırır. 1938-ci ildə yazılmış “Kaliqula” sadəcə tarixi dram deyil; o, Camusun ekzistensial mövzuları araşdırdığı bir obyektiv rolunu oynayır. Əsər Roma İmperiyası fonunda qoyulsa da, onun aktuallığı zamandan ötrü, fərdin cəmiyyətin zülmkar qüvvələrinə və absurdlara qarşı mübarizəsini əks etdirir. Kaliqula kimi tanınan Gaius Julius Caesar Augustus Germanicus, eramızın 37-41-ci illəri arasında Roma İmperiyasını idarə etdi və qəddarlığı, pozğunluğu və qeyri-sabit davranışı ilə yadda qaldı. Kamyunun pyesində Kaliqula absurd qəhrəmanın – kainatın laqeydliyinə və həyatın mənasızlığına qarşı üsyan edən insanın simvoluna çevrilir.
Kaliqula, sevimli bacısı Drusillanın ölümündən sonra nihilizmi simvoluna çevrilir. Kədəri onu mütləq azadlıq axtarışına sövq edir və onu həddindən artıq qəddarlıq hərəkətlərinə sürükləyir. Bu səyahət Kamyu üçün güc və məna arasındakı əlaqəni araşdırmaq üçün bir vasitə rolunu oynayır. Kamyunun “Kaliqula” əsərindəki fəlsəfəsinin kökündə azadlıq anlayışı dayanır. Kaliqulanın “tanrıya çevriləcəyini” bəyan etməsi onun ölümün məhdudiyyətlərindən xilas olmaq və xaotik dünyada məna tapmaq arzusunu ortaya qoyur. Lakin bu azadlıq axtarışı son nəticədə absurdluğa gətirib çıxarır. Kamyu göstərir ki, insan əxlaqi məhdudiyyətlər olmadan mütləq gücə can atdıqda, o, təcrid və məhvlə nəticələnir. Kaliqulanın hərəkətləri, azadlıq axtarışından irəli gəlsə də, insan vəziyyətinə xas ziddiyyətləri ortaya qoyur. Onun tiran hakimiyyəti, gücün məna verə bilməyəcəyini dərk etməsi ilə əlamətdardır. Nə qədər çox nəzarət etsə, bir o qədər özünü ekzistensial ümidsizlik torunun içində tapır. Kamyu özünün fəlsəfi çərçivəsinin obyektivindən bədnam Roma İmperatoru Kaliqula obrazı vasitəsilə insan vəziyyətinin mürəkkəbliklərinə soyuqqanlı, lakin maarifləndirici baxış təqdim edir. Kamyu fəlsəfəsinin əsasını absurd anlayışı, bəşəriyyətin rasionallıq istəyi ilə cavab verməyən laqeyd kainat arasında xas olan toqquşma təşkil edir. Kaliqula bu absurdluğu hakimiyyət axtarışında, ənənəvi etikaya məhəl qoymamaqla və mənasız gördüyü dünyada həzz almaq üçün amansız axtarışında təcəssüm etdirir.
Kamyu hesab edir ki, məna axtarışı insan təcrübəsinin daxili tərəfidir. “Kaliqula”da imperator varlığın mənasızlığı ilə mübarizə aparır. Onun “Mən tanrı olmaq istəyirəm” kimi bədnam bəyanatı sadəcə güc səfəri deyil; həyatın absurdluğunu aşmaq üçün onun dərin ehtiyacını əks etdirir. Bununla belə, o, tiranlığa daha da qərq olduqca, mənasız bir dünyaya məna yükləmə cəhdinin yalnız daha çox məyusluğa səbəb olduğu aydın olur. Kaliqula nihilizmi mütləq ideologiyaların və onların yaratdığı təhlükələrin tənqidi rolunu oynayır. Onun hakimiyyəti nəzarətsiz ambisiyaların və mövcudluğun xaosunu fəth etməyə cəhd etdikdə yaranan boşluğun nəticələri haqqında xəbərdarlıqedici bir hekayəyə çevrilir. Kaliqula obrazı sadəcə tarixi şəxsiyyət deyil, heç bir xas məqsəd təqdim etməyən dünyanın məhdudiyyətlərinə qarşı ekzistensial ehtirasın və üsyanın təmsilidir. Çox vaxt ağıl və əxlaqa meydan oxuyan hərəkətləri, kökündən irrasional olaraq qəbul etdiyi bir kainatda öz azadlığını müdafiə etmək istəyindən irəli gəlir.
Absurd bir qəhrəman rolunu mənimsəməklə, Kaliqula ictimai normaları və gözləntiləri pozur, tamaşaçıları insan təbiəti və gücün təbiəti haqqında narahat həqiqətlərlə üzləşməyə çağırır. Kaliqulanın tiranlığı və qəddarlığı onun azadlıq axtarışının paradoksal təzahürü kimi xidmət edir. Mütləq gücə can ataraq, fani varlığın məhdudiyyətlərini aşmağa və laqeyd və mənasız hesab etdiyi bir kainat üzərində öz iradəsini təsdiq etməyə çalışır. Bununla belə, amansız nəzarət axtarışında Kaliqula öz istəkləri və etibarsızlıqlarının əsarətinə çevrilir və nəticədə onun özünə aparır. “Kaliqula” əsərində Albert Kamyu azadlıq və absurdluq arasındakı gərginliyi təsvir edərək, ekzistensial mövzuların güclü tədqiqini təqdim edir. Kaliqula obrazı vasitəsilə Kamyu tamaşaçını gücün təbiəti, məna axtarışı və etik məhdudiyyətlərdən məhrum həyatın nəticələri haqqında düşünməyə dəvət edir. Oyun insan vəziyyətinin mürəkkəbliklərini və laqeyd bir kainatda əhəmiyyət tapmaq üçün çoxillik mübarizəni xatırladan bir xatırlatma olaraq qalır. Kamyunun fikirləri bu gün rezonans doğurur və bizi tez-tez xaotik və məqsədsiz hiss olunan bir dünyada məna axtarışlarımızda naviqasiya edərkən həyatın absurdluğu ilə üzləşməyə çağırır.

Müəllif: Zəhra HƏŞİMOVA

“ARİSTOTEL POETİKASI” RUBRİKASI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Faiq Balabəyli – SƏNİ GÖRƏNDƏ

SƏNİ GÖRƏNDƏ

Qaya ovulardı, daş əriyərdi
Bulud üzülərdi göyün üzündən.
Dənizin tozunu külək silərdi
Xəfifcə əsərək suyun üzündən,
səni görəndə.

Üzünü üzümə söykərdin onda,
Boynuma sarılan qol görünərdi.
Məni xoş günlərə apara bilən,
Gözümə işıqlı yol görünərdi,
səni görəndə.

Bütün bu şəhəri – sən varsan deyə
Sıxardım, yığardım bağrıma qədər.
Elə sevinərdim, elə sevərdim
Bütün əzabları – ağrıma qədər
səni görəndə.

Müəllif: Faiq Balabəyli

Faiq Balabəylinin yaziıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zeynəb Cəmaləddin – Payız

ÇİLLİ QIZIN PAYIZI

Ayağım altında xəzəlin səsi,
Çəkirəm sinəmə torpaq ətrini.
Oxşayır ruhumu meşə nəfəsi,
Başımın üstündə açıb çətrini.

Agacda yarpaqlar alov-qəhvəyi,
Yerdəki nəm xalı buta- butadır.
Düşüb dığırlanmaq, vallah, havayı,
Yoxuş sürüşkəndir, azca xatadır.

Enişdə çay axır, axır şırhaşır,
Ya quşların səsi…harda Süleyman…
Qanım elə coşur, çayla yarışır,
Quş dili anlamaq istərəm yaman…

Qırmızı yarpaqda qızıl kəpənək,
Gecikib qatara, payıza qalıb.
Hələ dələyə bax, qoz yığır kənək,
Tüklücə quyruğu beldə ucalıb.

Gözümə-gözümə baxır ki, görəm,
Düymə gözlərinin qor işığını.
Mən necə sevirəm, necə sevirəm,
Meşənin bu payız yaraşığını.

Başında papağı, nəm göbələklər…
Bu meşə kimlərin nə dünyasıdı?
Koğuşda qulağın bir bala şəklər,
Yoxsa ki, bu gələn öz anasıdı?

Mən hansı havaya girirəm görən,
Dəli çılğınlığım qanda oynayır.
Böyürtkən qopardan, çiyələk dərən
Kiçik qız afacan donda oynayır.

Bir anda meşənin sehrinə uydum,
Zaman tunelinin qapısı burda!
O qızın üzünü, səsini duydum,
Ruhumun uşaqlıq yapısı burda!

O kiçik bədəndə ruhum yer alır,
Sevincim, heyrətim onun hissidir.
Sarışın üzündə çillər qaralır,
Bu meşə gözündə yer kürəsidir.

Ağaclar, yarpaqlar, rəngbərəng xəzəl,
Bu qız o ahəngin mərkəzindədir.
Bu dünya bir başqa, bu dünya özəl,
Bu dünya tək onun öz gözündədir…

Soyunub ömrünü bir gödəkçə tək,
Əlli il geriyə dönmək olurmuş…
Sarışın, bir çilli qızla təkbətək,
Zaman maşınına minmək olurmuş…

28.09.2024.

Müəllif: Zeynəb Cəmaləddin

ZEYNƏB CƏMALƏDDİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər – Sentyabr şeirləri

Dünya gözlüm

Baxıb gözlərinə heyran olaraq,
Gözlərin özündə səmanı gördüm.
Gəzdim baxışlarla seyran olaraq,
Gözlərdə göy üzün, fəzanı gördüm.

Nurunu gözündən, üzündən yayan,
Günəşdir istisin saçır sevgiylə.
Qəlblərə ətrini daim paylayan,
Çiçəkdir qönçəsin açır sevgiylə.

Yaradan yaradıb səni nə gözəl!
Gözüm gözəlliyə baxır doymayır.
Sevgisi bürüyüb məni nə gözəl!
Qəlbim sevgisinə axır doymayır.

Camal, neçə evin, neçə ocağın,
Nəsibi, qisməti Əsma tək olsun!
Sevgiyə qol açan neçə qucağın,
İçini gül üzlü Əsmalar alsın!

17.09.2024.

Daxili gözəllik

İnsan var ki, üz-gözündən nur yağır,
Qəlbin cilvəsidir üzdə yer edir.
Kimi təbəssümdən qrimin yaxır,
Üzündən zamanla yuyulub gedir.

Qəlbidir insanın parlayan gözə,
Gözəllik paylayan gözlər gözəldir!
Zərif duyğulardır yansıyan üzə,
Könlü təmiz tutan üzlər gözəldir!

Könüldə paxıllıq olan kəslərin,
Üzünə təbəssüm özgədir, yaddır.
Ürəyi sevinclə dolan kəslərin,
Təbəssüm qəlbindən sevincək, şaddır.

Camal, ürəyini, qəlbini bəzə,
Daxili gözəllik üzünə saçsın!
Qalsın təravətin hər fəsil təzə,
Ürəyin gül kimi qönçəsin açsın!

22.09.2024.

Şəhidim

Yumub gözlərini fani cahana,
Cənnətə şəhid tək getdi şəhidim!
İstəyi bir yana, dünya bir yana,
Yüskək hədəfinə yetdi şəhidim!

Əladır söyləyib şəhid olmağa,
Ali niyyətinə çatdı şəhidim!
Tarixdə qəhrəman olub qalmağa,
Yetəcək addımın atdı şəhidim!

Sinəsin, canını, sipər edərək,
Düşməndən intiqam aldı şəhidim!
Vətən sevgisiylə öndə gedərək,
Adını tarixə saldı şəhidim!

Camal, şücaətin göstərib Asim,
Vətənçün canından keçdi şəhidim!
Döyüş cəsarətin göstərib Asim,
Son damla qanından keçdi şəhidim!

19.09.2024.

Şəhidlər

Müqəddəs amalın ürəkdə tutub,
Cənnətə sevgiyle getdi şəhidlər!
Şəhidlik yolunu diləkdə tutub,
İstək, hədəfinə yetdi şəhidlər!

Geniş sinəsini sipər edərək,
Düşmənlə üzbəüz gəldi şəhidlər!
Ölümün üzünə dimdik gedərək,
Cənnətə göz yumub güldü şəhidlər!

Yarıb düşmən duran dərəni, dağı,
Vətən yollarını açdı şəhidlər!
Çiçəklə bürüdü çəməni, bağı,
Qanıyla ətrini saçdı şəhidlər!

Yumub gözlərimi xəyal edirəm,
Necə əllərini bükdü şəhidlər!
Fikrimdə şəhidə tərəf gedirəm,
Qanını torpağa tökdü şəhidlər!

Əliylə möhkəmcə tutmuş silahı,
Açıb barmaqların atdı şəhidlər!
Çağırıb can üstə Uca Allahı,
Uca mərtəbəyə çatdı şəhidlər!

Camal, həyatının hər bir anında,
Zehnində, dilində olsun şəhidlər!
Şəhid məhəbbəti dönsün canında,
Ömründə daima qalsın şəhidlər!

15.09.2024.

İldırım sonrası

Səhər ildırımdan sonrakı yağış,
Yağmaqla payıza xoş gəldin dedi!
Gecə bitən zaman sondakı yağış,
Şırhaşır səsiylə sözün söylədi!

Çaxıb ildırımlar parladı səma,
Su da söndürmədi göyün işığın.
İldırım cahana verəndə səda,
Sanki fikrə dedi ağla yığışın.

Yuyunub təbiət yağış suyunda,
İslandı bolluğun nişanəsiylə.
Torpağın üstündə, qatı, layında,
Yağış payın qoydu nümunəsiylə.

Camal, qəlbin dilə gəlsin yağan yağışda,
Səsləsin niyyətin, diləsin, dursun.
Göylərdən süzülüb axan yağışda,
Ümidin xəyalın istəyin qursun.

23.09.2024.

Qürurlu Sentyabr

Yetişib təqvimdə doqquzuncu ay,
Qəlbimiz qürurla döyünür yenə.
Səs salır könlümüz çəkərək haray,
Qəlbimiz fərəhlə öyünür yenə.

Vətən torpağına, daşına görə,
Cismindən, canından keçdi şəhidlər!
İllərin ayrılıq yaşına görə,
Son damla qanından keçdi şəhidlər!

İndi üzü gülür dağın, çəmənin,
Torpaq nəfəs alır çiçəyin açır.
Sevinci yerinə gəlir Vətənin,
Sevincin ətrini dünyaya saçır.

Zəfəri qazandıq həm də sizinlə,
Şəhidlər böyüdən ata, anamız!
Öyrəndi sevgini, sevgi sözünlə,
Şahidlər böyüdən ata, anamız!

Əziz şəhidləri sevgiyle anmaq,
Mənəvi borcudur hər vətəndaşın!
Ürəkdən üzülüb kədərlə yanmaq,
Qəlbi Vətən ilə vuran soydaşın!

Camal, şəhidlərə olan məhəbbət,
Ruhunda dövrünü etsin hər zaman!
Bu sevgin isminə gətirər izzət,
Yurd salsa qəlbində dəyişər siman!

27.09.2024.

Şəhid Kapitan

(Salyanın Çuxanlı kəndindən olan şəhid kapitan Şirinov Kamilin əziz xatirəsinə ithaf olunur.)

Vətənə xidmətdə qüsursuz olan,
Düşməni lərzəyə, qorxuya salan,
İgidlik göstərib tarixdə qalan,
Şirinov Kamildir-şəhid kapitan!

Vətənə məhəbbət qanda dolaşan,
Ruhunda, qəlbində, canda dolaşan,
Axır nəfəsində, anda dolaşan,
Şirinov Kamildir-şəhid kapitan!

Şəhidlik musiqi, şeir, bəstəsi,
Sözləri dilində bəzəyən səsi,
Solmayan şəhidlik istək, həvəsi,
Şirinov Kamildir-şəhid kapitan!

Füzuli uğrunda döyüş zamanı,
Yetişdi cismani ayrılıq anı.
Qazanan bu yolda şərəfi, şanı,
Şirinov Kamildir-şəhid kapitan!

Yetən şəhidliyə igid dizində,
Gözləri gələcək şəhid üzündə,
Camal İsmayılov sözü sözündə,
Şirinov Kamildir-şəhid kapitan!

Camalın, sözünə, şöhrət gətirən,
Şeirinə dəyərin, qiymət gətirən,
Fikir nümunəsine izzət gətirən,
Şirinov Kamildir-şəhid kapitan!
29.09.2024.


Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı barədə – I YAZI

HİKMƏT MƏLİKZADƏRƏFAİL TAĞIZADƏ

“O salxım buludlar bu gecə qara…”

İstedadlı şair Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı barədə (qısa) qeydlər

(Birinci yazı)

Poetik səpkili şeir (müasir düşüncəyə) uyğun fikir sabitliyi qurursa, orada qlobal nəsə axtarmağa lüzum yoxdur; o tərz şeirlərdə modernçi ənənə elə də kəskin (bir) məqsəd aşılamır… Ancaq bu tip nümunələrdə ədəbi-ictimai zəmin – motivasiya özünü aydın təsbit etməlidir… Çünki lirik hiss oxucunu azdıra, onu (bəzən) yanlış səmtlərə ötürə bilər. Nəticədə, şeirdəki məna anlaşılmaz, şair oxucusuna bitkin təəssürat verə bilməz…
Biz, istedadlı şair Rəfail Tağızadənin poeziyası ilə tanış olduqdan sonra bu qənaət(lər)ə gəldik. Bir daha əmin olduq ki, şeir təkcə (zəngin) qafiyə təzadı üzərində əks etmir, həm də mənadakı yenilikçi proseslə təzahür edir…
Fikrimizə (bir daha) əmin olmaq üçün Rəfail Tağızadənin “Gecə xəyalları” kitabı ilə təmas qurduq. (Səmimi deyək), kitabda toplanan şeirlər bizi nostalji təfərrüata sövq etdi, müəllifin ədəbi fəhmi, şeirlərindəki sanbal, köhnə-təzə ruh (onunla bağlı) qənaətimizdə redaktə aparmaq zərurəti yaratdı…
Rəfail Tağızadənin “Gecə xəyalları” kitabını vərəqləyirik; bəlli olur ki, şair oxucunu qarşısında oturdur – əvvəlcə (onun) rəsmini çəkir, sonra da ona sahilli, dalğalı-ləpəli dəniz, aylı-ulduzlu, bəzən də Ayı buludda ilişib qalmış gecə nəğmələri oxuyur… Oxucu da bu poetik təranələrin fövqündə özü ilə təmas qurur – özünə qayıda bilir…
Bu, (təbii ki,) qələm sahibi üçün (bir) uğurdur.
“Gecə xəyalları”ndakı (bəzi) poetik çırpıntılara diqqət edək:

Aysız gecələrdə qaranlıq qatı,
Küçənin halını fanarlar bilər…


Sənin könül qapını
Gözlərimlə döyürəm…


İki nəfərlik boş süfrə,
əlləri ilə oynayan
körpənin qığıltıları,
qapıya dikilən baxış,
içinə ağlayan qadın,
əlində dolu badə…
Ayrılıqdan da ağır olurmuş
Göz yaşları ilə dolu badə.


Ay da çəkilibdi bu göy üzündən,
O salxım buludlar bu gecə qara.
Məni çil-çıraqla sahildə gəzmə,
Məni zülmətlərin içində ara…

Məzmunsuz performans göstərən şeirlərdə (çox vaxt) fikir-qayə sistemsiz anlam təsiri verir. Bu, oxucuda narazı hislər doğurur. Ancaq Rəfail müəllimin qələm nümunələrində, xüsusən də yuxarıda nümunə gətirdiyimiz şeirlərində performans müasirdir, yenilikçi-tərənnümçüdür, fikir sözü, söz fikri təmin edir. Diqqət edək: “Aysız gecələrdə qaranlıq qatı, Küçənin halını fanarlar bilər…”. Əlbəttə, bu iki misrada məna bəllidir; qatı qaranlıqda küçə tənhalaşır, onun hansı məcrada acı çəkdiyini fanarlar dəqiq müşahidə edir. Əslində, burada məqsəd başqa anlamdadır: ruhu saran, canı zəlil edən nəfsi asılılıq günah şəklində insanı qaranlıq hücrədə sıxır, onun hansı mənada ah çəkdiyini ürcah olduğu səmtlər yaxşı görür. Bu, o mənaya gəlir ki, Rəfail müəllim aydın fövqü olan bir fikirlə dərin qatları olan başqa bir fikir ifadə edir…
Yaxud, aşağıdakı şeirdə müəllifin qənaəti fərqli təzahürdədir:

İki nəfərlik boş süfrə,
əlləri ilə oynayan
körpənin qığıltıları,
qapıya dikilən baxış,
içinə ağlayan qadın,
əlində dolu badə…
Ayrılıqdan da ağır olurmuş
Göz yaşları ilə dolu badə.

Şeirdə acı bir həyat hekayəsi var; bəxti olmayan ana və körpənin təsirli həyat hekayəsi. Şeirdə körpə öz qığıltılarına “əsirdir”, ana göz yaşlarına. Qapıya dikilən baxış(lar)da (isə) hələ də ümid işartısı var; ana əmin olmaq istəyir ki, onu tək qoyan adam bəlkə qayıtdı… Lakin qapıdan heç kölgə də keçmir. Burada ayrılıqla acizlik eyni şəkildə, həm də fərqli mənadadır. Biri uzaqlıq hissidir, digəri təklik. Biri ruhu titrədir, digəri nəfsi…
Bu şeir yığcam şəkildədir, fəqət son dərəcə dərin anlam kəsb edir; burada bir ailənin, (bir) ailəni təmsil edən iki, əslində isə üç şəxsin obrazı diqqət çəkir: körpənin, badəni göz yaşları ilə dolduran ananın, onları başsız qoyan insanın.
Şeirin başqa bir mahiyyəti budur: yanlış seçim səhv addımdır, adamı doğruya yox, yanlışa aparır…
Rəfail müəllimin aşağıdakı şeirlərində də ictimai zəmin fəlsəfi-ədəbi balansdadır:

Taleyin boz fəsli dəyişmir hələ…


Səs-küysüz,
Sahibsiz bağ evi,
Hasarından sarı əncir sallanır,
Qapısından qara qıfıl…


…Neçə ildi qaçıram,
Yol məndən uzaqdadı.


Bu gecə yuxuma kimlər girəcək?
Bu dar otaqların yuxusu qəliz.
Eh, məni haradan tapacaqlar ki,
Şəhər küçələri saxlamayır iz…


Üz-gözümdə bir baxışın kölgəsi,
Qulağımda iyirmiüç il öncənin qadın səsi…

Bu şeir parçalarında da ədəbi ovqat düşündürücü zəmindədir; müəllif oxucuya aydın sezdirdiyi mənaları həm də başqa anlamda – məzmunda xarakterizə edir.
Məsələn:

Səs-küysüz,
Sahibsiz bağ evi,
Hasarından sarı əncir sallanır,
Qapısından qara qıfıl…

Bu şeirin mahiyyəti bizə aydın fövqlər verir: bağ evi sahibsizdir, budanmamış əncir ağacı hasarı, qara qıfıl isə qapını sarıb. Bu ev addım səslərinə tamarzıdır və s.
Digər bir təfərrüatda şeir bizə bunu deyir: İnsan günaha əsir olub Allahdan uzaq düşür, şeytan onu təkliyin sacında qovurur. Belə halda insanı nə torpaq əfv edir, nə ruh. Yaşadığı ömür içində heç kim olmayan (qərib) ev kimi görünür, həyatını qanqallar sarır, tikanlar bürüyür və s…
Rəfail müəllimin şeirlərində müşahidəçi qabiliyyət də xüsusi anlam kəsb edir.
Məsələn:

Yarpaqlar
Lampayla gizlənpaç oynayır həyətdə,
Tənha evdə xatirələr.
Xəyallar təpənin o tayında, –
Qəribəm…


Bir badə şərabtək içildi getdi,
Mən belə sevgini neynim, İlahi?


Ağacın yaylığı ayaqlar altda,
Yeriyə bilmirəm çığırtısından…


Fikirləri qanad kimi qol açıb,
Bu qız uçur xəyalların içində.

Xəyalları, arzuları sona ver,
İstəyini ona yetir, ona ver,
Ey Yaradan, Sən bu qızı yola ver,
Bu qız uçur xəyalların içində.

Həm yuxarıda verdiyimiz, həm də bu şeir parçalarında şair müşahidəsi güclü aspektdədir; hadisələr dəqiq izlənilib, ədəbi proseslər nöqtəsinə qədər incələnib. “Yarpaqlar lampayla gizlənpaç oynayır həyətdə, Tənha evdə xatirələr. Xəyallar təpənin o tayında, – Qəribəm…”. Yaxud: “Ağacın yaylığı ayaqlar altda, Yeriyə bilmirəm çığırtısından…”. Bu nümunələrdə dəqiq (bir) izləmə var, çoxunun görə bilmədiklərini şair aydın görür, (onları) poetik müstəvidə əxz edir.
Bir sözlə, Rəfail Tağızadə şeirində söz özündən, fikir (ürcah olduğu) çərçivədən böyükdür; mənanı ifadə edən poetik şəkil əslində, bir zərgər işidir. Bu da hansı səmtdən boylansaq, (dəqiq) bir məna verir: “Gecə xəyalları”nızın ədəbi missiyası işıqlıdır, Rəfail müəllim!

Müəllif: Hikmət MƏLİKZADƏ

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

HİKMƏT MƏLİKZADƏNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Caroline Laurent Turunc – Ey sevgili…

Ey sevgili, sen de kınayıcılar gibi yüreğimi kınıyorsun

Yüreğim kınama ateşiyle yanıyor

Sevgili, Uzaklıklar evrenin sınırsız yaprakları gibidir, her esen rüzgarla biraz daha uzaklaşırlar ve uzaklaştıkça daha da parlaklaşırlar

(Beni çokluk dünyasının diğer boyutunda asılı bıraktın, iki zıt tezahürün ifadesi gibi)

Ne oldu bilmiyorum?

Sessizliğinle beni uzaklaştırıyorsun.

Ve sanki onurumu unutmuşum gibi hissettiriyorsun, sanki sitemlerden muzdarip ruhumu işkence etmekten zevk alıyormuşum gibi.

Ah, keşke evren bir kadeh şarap olsaydı, şafak karanlığı üzerime çökene kadar şarap içebilirdim!

Belki dar bir ağacın kökleri gibi dar bir yere zincirlenmiş olmanın sıkıntısını biraz unuturdum

Şimdi şiirde birliği ve bütünlüğü ifade eden, aşkı en güzel haliyle kelimelerle ifade eden büyülü dizeleri soruyorum

Nerede o gümüş akan ırmak, nerede bazen tatlı bir esintiyle esen rüzgarlar?

Rüzgârın yeryüzüne hizmet etmesini sağlayan mavi gökyüzü, bahçeye su taşıyan bulutlar

Nergislerin gözlerini kırmızı yapan yeşil tohum, lalenin yüzünü kırmızı yapan renk cümbüşü

Nerede nezaket, nerede verilen vaatlerin ismi ?

Hasret rüzgarlarının taşıdığı o deli aşıklar nerede?

Ah,ah kamıştan bağımlılık yapan şekeri çıkaranlar, dikeninden taze hurma yetiştirenler

Yeryüzünü farklı renklerle süsleyenler, ağaçlara yeşil, cennet çiçekli elbiseler giydirenler

Evrenin dış görünümü çok engindir, Perdenin ardında gizli hazineler saklıdır.

Kâinat, tek olan Tanrı’nın ihtişamının ve güzelliğinin bir tezahürüdür.

Şu anki varoluşum sana zayıf bir yansıma gibi görünebilir

Ama ben perdenin arkasından yükselen bir ışığım

Sadece sevginin tezahürünü, kalbin içindeki ilahiliği keşfedenlerin kalplerindeyim.

Kırmızı yakutlar her zaman Sahra’dan daha değerlidir

Beni kuru bir yaprak gibi kuruttun, sonra da çorak topraklarda susuzluktan ölüme terk ettin diye sevinme.

Gerçek aşk o kadar güçlüdür ki bazen bir dua, bazen bir lanettir;

Varoluşun yedi aleminde keşfedilmeden bırakıldığında,

Gayb âlemlerinde diken gibi yalnız kaldığında,

Gizemli dünyanın dağlarında çekirdeksiz bir ağaç gibi kök salacaksın,

Ve çiçeksiz ısırgan otu kadar değersiz olacaksın.

O zaman aşkın büyüklüğünü, günahın azabını anlarsın.

28/09/2024-Paris

MÜƏLLİF: CAROLİNE LAURENT TURUNC

P.S. Gel sevgili, …

#carolinelaurentturunc

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru