www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Rəşad Məcid təltif olunub.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad MƏCİD Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 2 fevral tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

525.az xəbər verir ki, Rəşad Məcidə yubiley medalı bugün, martın 28-də Medianın İnkişafı Agentliyində təqdim olunub.

Mükafatlandırma mərasimindən sonra sosial media hesabında paylaşım edən Mətbuat Şurasının sədri cənab Prezidentə təltifə görə təşəkkür edib:
 
“Cənab Prezidentə bu sanballı təltifə görə təşəkkürümü bildirirəm. Ümummilli Liderlə görüşmək, təmasda olmaq, onun qarşısında çıxış etmək və sual ünvanlamaq tarixi şanslar idi. Xoşbəxtəm ki, belə şanslar mənim də bəxtimə düşüb”.

İlkin mənbə: Reshad Mecid

Şuşa haqqında: >>>> 525.az

RƏŞAD MƏSCİDİN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadənin şanlı zəfərimizə böyük töhfəsi

Qazi zabit, şair, publisist, tərcüməçi Rəfail Tağızadənin Vətən müharibəsi, Zəfər sevincimiz, Azərbaycanın ərazi bütövlüyünün bərpası, şəhid və qazilərin şərəfli döyüş yolu haqqdında şeir, poema və publisistik düşüncələrini ədəbi tədqiqatçılar çağdaş dövrün “Qarabağnamə”ləri kimi təqdim edirlər.

Növbəti belə “Qarabağnamə” – “QARABAĞ – HƏSRƏTDƏN ZƏFƏRƏ” kitabı Azərbaycanın Zəfər marşının misraları, Qələbə mahnımızın nəqaratıdır. Kitabda Qarabağın bir qərinə həsrətindən zəfərinə yolunun ağrılı-şirinli məqamları döyüş, qan-qada, nəmli səngər və blindaj həyatı yaşamış Rəfail müəllimin ürəyi, qələmi ilə çözülür.

Mart ayının 29-da saat 14:00-da Yazıçılar Birliyinin Natəvan klubunda – Xaqani küçəsi 53-də “Qarabağ – həsrətdən zəfərə” kitabının təqdimatı keçiriləcək.

Vətənsevərləri və Rəfail Tağızadə yaradıcılığı ilə maraqlananları səmimi görüş gözləyir.

Hörmətlə: VAQİF OSMANOV

VAQİF OSMANOVUN YAZILARI
TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən`

– Şahmar Əkbərzadənin şeirləri

ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Граф Лев Толстой по пути из Москвы в Ясную поляну, 1896 год.

Граф Лев Толстой по пути из Москвы в Ясную поляну, 1896 год.

Толстой трижды пешком добирался от Москвы до Ясной Поляны, этот путь составляет около 200 км.

Ему нравилось быть паломником; он шел с мешком за спиной по большой дороге, общаясь с бродячим людом, для которого он был безвестным спутником. Путешествие обычно занимало пять дней. В пути он останавливался переночевать или перекусить в какой-нибудь избе или на постоялом дворе. Если попадалась железнодорожная станция, он отдыхал в зале ожидания третьего класса.

А в начале ноября 1910 года Лев Николаевич ушел из дома. Он покинул Ясную Поляну в тайне от жены, оставив ей письмо, в котором были такие строки:

«Положение мое в доме становится, стало невыносимым. Кроме всего другого, я не могу более жить в тех условиях роскоши, в которых жил, и делаю то, что обыкновенно делают старики моего возраста: уходят из мирской жизни, чтобы жить в уединении и тиши последние дни своей жизни».

Странствовать Толстой отправился в сопровождении своего врача Душана Маковицкого, при этом четкого плана у них не было. Они посетили Оптину пустынь, Шамординский монастырь. Предполагают, что Толстой хотел добраться до Болгарии либо до Кавказа, однако в дороге он простудился — у писателя началось воспаление легких.

Через 10 дней после своего «побега» из Ясной Поляны, 7 (20) ноября 1910 года, Лев Толстой скончался возле жд-станции Астапово (ныне ст. Лев Толстой, Липецкая область). Как Л. Толстой завещал, его похоронили в яснополянском лесу.

По материалам издания История России


Tanınmış şair Qulu Ağsəsin “Görsən üşüyürsən…” adlı şeirlər kitabı işıq üzü görüb.

Tanınmış şair Qulu Ağsəsin “Görsən üşüyürsən…” adlı şeirlər kitabı işıq üzü görüb. “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-də nəfis şəkildə dərc edilən kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.

…”Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım…”, – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.

Tanınmış şairin “Görsən üşüyürsən…” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng (və fərqli) mövzularda qələmə aldığı şeirlər toplanmışdır. Buna qədər – oxucu rəğbətini qazanan, poeziyamızın incilərinə dönən, publisistikamızda örnəyə çevrilən “Sənsən hər yer” (2002), “Т.о.ч.к. и.” (2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb. Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirmişdir.

Qulu Ağsəs şeirlərinin mərkəzində İnsan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, “insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.

Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.

Görsən üşüyürsən… yandır özünü… – Qulu Ağsəs

Müəlifi öz səsində buradan dinləyə bilərsiniz.

QULU AĞSƏSİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“… İT TÜRK” NƏ DEMƏKDİR?

“… İT TÜRK” NƏ DEMƏKDİR?

Mərhum akademik Tofiq Hacıyev “Kitabi-Dədə Qorqud” (“Kitabi-Dədəm Qorqud əla lisani-taifeyi-oğuzan”) (“Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı”) əsərinin adını bəzi tədqiqatçılardan fərqli olaraq qısaca “Dədə Qorqud kitabı” şəklində yazırdı. Məncə, görkəmli alim belə yazmaqda haqlı idi.
Sözümün canı var. Diqqətinizi XI əsrdə yaşamış böyük türk alimi Mahmud Kaşğarinin Bağdadda yazdığı türkcə-ərəbcə lüğətə, daha doğrusu, bu ensiklopedik əsərin adına (ديوان لغات الترك‎) yönəltmək istəyirəm.

Elmi ədəbiyyatda və internet resurslarında əsərin adı əsasən mənbə dildə tələffüz edildiyi kimi, bəzən də öz dilimizdə yazılır. Təəssüf ki, əsərin adının yazılışında prinsip gözlənilmir:

  1. “Divani lüğət-it türk”
  2. “Divanü lüğət-it türk”
  3. “Divani luğatit-t türk”
  4. “Divan lüğəti ət-türk”
  5. “Divani lüğət-ət-türk”
  6. “Divani-lüğət-it türk”
  7. “Divanü lüğat-it türk”

Oxşar mənzərə Türkiyə dilçiliyində də müşahidə olunur:

“Dîvânü Lûgâti’t-Türk'”, “Dìvānu Luġāti ’t-turk (DLT)” və s.

Rus dilində isə adətən “Диван лугат ат -турк” şəklində yazırlar.

Əsərin Azərbaycan və Türk dillərindəki adında da variantlılıq özünü göstərir:

“Türk dillərinin lüğəti”,
“Türk dillərinin izahlı lüğəti”,
“Türk lehçelerinin Divanı”,
Türk dil və ləhcələrinin lüğət və qrammatikası” və s.

Bu yaxınlarda bir millət vəkili əsərin adının yazılışı ilə bağlı mənə sual vermişdi. Qərara gəldim ki, Elm Günündə fikirlərimi sizinlə də bölüşüm. Çünki millət vəkilimiz, dəyərli alimimiz çoxlarının diqqət yetirmədiyi bir məqama haqlı olaraq eyham vurmuşdu.

Nə üçün əsərin adını (əsasən) “Divanü lüğət-it türk” şəklində yazırlar?

“…-İT TÜRK” nə deməkdir?

Gəlin birlikdə aydınlaşdıraq. Hörmətli ərəbşünaslar bu məsələni daha yaxşı şərh edə bilərlər. Mənim bir dilçi alim kimi yanaşmam belədir.

Birincisi, ərəb dilində sözlərin oxunuşunda belə bir qayda var. Əgər əlif-ləm (əl) artiklindan sonra 14 şəmsiyyə hərf gələrsə, bu zaman əl artiklında olan ləm hərfi oxunmaz. Bu o deməkdir ki, əlif hərfi ləm hərfindən sonrakı (idğam) şəmsiyyə (t) samiti “ət” şəklində, yəni “-it türk” yox, “-ət türk” şəklində oxunar.

Lakin əl artiklından (əl türk) əvvəl gələn “luğat” sözü şəmsiyyə hərflə bitdiyinə görə çox vaxt (لغات الترك‎) “it” müəyyənlik artiklı ilə işlədirlər.
Hesab edirəm ki, bu cür yanaşma ən azı estetik cəhətdən doğru deyildir.
Fikrimcə, bu məşhur əsərin adını bir qayda olaraq ya öz dilimzdə, ya da mənbə dildə tələffüz edildiyi kimi yox, yazıldığı kimi (ديوان لغات الترك‎) (yəni “Divan luğat əltürk”) yazmalıyıq.
Bu fikri qəbul etməyən alimlərimizə başqa variant da təklif edirəm: “Divanü lüğatit türk” və ya “Divanü lüğətət türk”

Müəllif: ŞAHLAR GÖYTÜRK

ŞAHLAR GÖYTÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir yazır:

VƏTƏN QADIN

Xalam Məleykə Rəsulova pambıqçılıq briqadiri idi. Respublikanın qabaqcıl əmək adamlarındandı həm də. .Yaxası orden , medallı, adlı-sanlı, şöhrətli, şərəfinə və vicdanına söykənən qadından danışıram.
Özü də mərhum H.Əliyevin kadrı idi.
70 -80 -ci illərin əfsanələrindəndi. Respublika rəhbərinin şəxsi imzası ilə kolxoza briqadir təyin olunmuşdu. Rayona, kolxoza gələndə xalamla yaxından maraqlanırdı, görüşürdü, töfsiyyələr verirdi. Bu ötkəm, sözünün ağası, dilinə görə dilçəyi olan qadına bir ayrı hörmət edirdi ölkə başçısı. Kiminsə ətəyindən tutub yeriməyi sevməzdi xalam. Kimdənsə gözükölgəli qalmağı da özünə, mənliyinə sığışdırmazdı. Söz verdisə nəyin bahasına olursa olsun, onu yerinə yetirərdi. Dəfələrlə respublika səviyyəli yarışlarda birinci yerə çıxmışdı. O vaxtın adamları sözümü təsdiqləyə bilər. Əzmkarlığı çoxlarını xofa salmışdı. Hamı bu dəmir iradəli qadınla hesablaşmağa çalışırdı. Nöqsanlara göz yummazdı. Plenium və qurultaylarda odlu, alovlu çıxışları ilə yadda qalırdı. Haqsızlığa, ədalətsizliyə qarşı üsyankar idi. Yüz kişinin yükünü daşıyırdı zərif çiyinlərində. Yorulmadan, usanmadan, hətta böyük həvəs və şövqlə. Əlləri də onunla birgə danışardı. Baxışlarıyla deyərdi ürəyindən keçənləri çox vaxt. Bir sözlə əsl Azərbaycan qadını idi. Yerişi, duruşu, baxışı ilə özünü anladırdı Məleykə Rəsulova. İşləyə -işləyə oxuyurdu həm də. Kirovabad Kənd Təsərrüfatı İnistitutunda təhsil alırdı.( İndiki Gəncə Aqrar Universiteti) .Uğur qazanmaqçun özünü oda, közə vururdu. Xalamdı deyə demirəm. Həqiqətlərin üzərinə kölgəyə salanlardan zəhləm gedib həmişə. Yalançı tərifdən də çox uzağam. Tanıyanlar bilir. Xalama bənzəyirəm bu sarıdan.


Kimləsə rəqabətə girməyə çalışmırdı. Özüydü təpə-dırnaq. Mükəmməliyə can atırdı daim. Ana kimi, övlad kimi, xala kimi, bibi kimi, yoldaş kimi, nənə kimi, vətəndaş kimi – bütövlükdə mükəmməl idi. Bütün bunları bir ayada necə qoruyub saxlayırdı? Necə bacarırdı? Hamısının öhdəsindən necə gəlirdi? Necə çatdırırdı? Həmişə məni düşündürüb bu sual. Gözünün içinəcən çiçək kimi idi . Tərtəmiz. Ən əsas ruhundakı gözəllik idi onu mənə daha çox sevdirən. Sevgisi də mükəmməl idi. Həyat dolu, sevgi doluydu. Dünyanı gözəl tərəfdən görürdü, duyurdu. Həddən artıq elmli idi. Bütün elmlərdən haliydi. Hər şeylə maraqlanırdı. Bütün mövzularda insanla dialoqa girməyi bacarırdı. Gözəl diksiyası vardı. Əsl natiq idi. Səlis və qüsursuz danışığı ilə həmişə diqqət mərkəzindəydi. Elə özü də mərkəzdə olmağı sevirdi. Dik yerişli qadındı. Bir az da ötkəm, qürurlu. Kəlağayısının yeli vururdu adamı. Zəhminin özündə bir amiranəlik , eyni zamanda eşq vardı. Tanrı sevgisi isə bir ayrıydı. Şükranlıq vardı bu sevgidə. Məğrurluğunda gizlədirdi həyəcanını, sevincini. Uğurlarıyla öyünməzdi. Uğur da onu axtarıb tapardı həmişə.


Sevilirdi bu qadın. Sözüylə, yerişiylə, baxışıyla, işiylə, qadınlığı, ucalığıyla sevilirdi. Gözləri danışırdı adamla. İşiylə fəxr edirdi. Elə Vətəniylə, torpağıyla da . Öyünürdü Azərbaycanlı olmağı ilə. Eyni zamanda nizam-intizamlıydı. Gecikməyi sevməzdi. Gözləməyi və gözlətməyi də. Əzmkar idi. Çətinlikdən qorxmazdı. Elə ölümdən də . Ona görə də son anınacan mübarizə etdi. Həyata, sevdiklərinə tutuna-tutuna mübarizə etdi həm də. 65 illik həyatında 100 ilin işini gördü.


Sabirabad rayonunun Qələbə kolxozunun pambıqçılıq briqadiri Məleykə Rəsulovadan yazdım. Bir az öyünə-öyünə, bir az darıxa-darıxa , bir az oxşaya-oxşaya qələmə aldım ürəyimdən keçənləri. İstədim dünyalarca sevdiyim bu qadını siz də tanıyasız. Sözlə tablosunu çəkməyə çalışdım. Bəzəksuz, boyasız, pafossuz. Sadə dildə. Mürəkkəb cümlələr seçmədən. Elə qəhrəmanımın özü kimi. Nə qədər bacardım , bilmirəm. Bircə onu bilirəm ki, bu yazdıqlarım onun haqqında düşündüklərimin bapbalaca hissəsidi. Ürəyimsə onunla dopdoludu. Bu hələ son deyil. Təki sağlıq olsun.

Kənan Hacı yazır:

Maksim Qorkinin “gərəksiz adam”ı

Maksim Qorki ədəbi sənətkatlıq baxımından nə Qoqoldan, nə Dostoyevskidən, nə də Tolstoydan geridə qalmır. Sovet təbliğatı onu “Ana” romanı ilə tanıtdı və yazıçının digər əsərləri kölgədə qaldı. M. Qorki rus ədəbiyyatının yetişdirdiyi ən nəhəng yazıçılardandır. Onun elə hekayələri var ki, dünya nəsrinin inciləri sırasında dayanmağa layiqdir. “Gərəksiz adamın həyatı”, “Etiraf”, “Yay” romanlarını oxuyun. Yazıçı sosial-psixoloji mövzudan ideya-mənəvi mövzuya keçərək insan xarakterinin dolanbaclarını kəşf edir. Burada insan mürəkkəb, ziddiyyətli, öz müqəddaratını həll etməyə çalışan ruhi varlıq kimi təqdim edilir. Qorki insan ruhunun dərinliklərinə baş vurmağı bacaran Ustadır.
“Gərəksiz adamın həyatı” romanı (roman Hüseyn Şərif tərəfindən dilimizə çevrilib və yazıçının 15 cildliyinin 6-cı cildinə daxil edilib) Yevsey Klimkovun faciəli həyatından bəhs edir. İnfantil varlıq olan Yevseyin valideynləri ölüb, əmisi onu başından rədd etmək üçün şəhərə gətirib işə düzəldir. O, Xəfiyyə idarəsində çalışmalı olur. Müti xisləti onu lazımsız, faydasız bir məxluqa çevirsə də ruhundakı insani hissin qırıntısı onu daxilən üsyana səsləyir. O, heç kəsə üsyan etmək iqtidarında deyil. Bütün bu mənəvi iztirablar sonda intiharla nəticələnir.


Qorki bu əsəri 1907-ci ildə qələmə alıb. Əsər senzura tərəfindən qadağan edilir. 1910-cu ildə roman fransız dilinə tərcümə olunur və xaricdə çap olunur. 1914-cü ildə “Jizn i Znanie” nəşriyyatı “Gərəksiz adamın həyatı” əsərini Qorkinin əsərlərinin 9-cu cildi kimi bütövlükdə buraxmağı qət edir. Kitab çap olunsa da senzura tərəfindən yayımına qadağa qoyulur. Yazıçıya qarşı cinayət işi açılır. Uzun-çək-çevirdən sonra 1917-ci ildə yazıçı əsəri tam variantda çap etdirməyə nail olur. “Gərəksiz adamın həyatı” Qorkinin ən başıbəlalı əsəridir.
Bir məqam da maraq doğurur: Qorki 1908-ci ilin ortalarında tarixçi, xüsusən mətbuat tarixinin araşdırıcısı V. Lvov-Roqaçevskiyə yazdığı məktubda belə deyir: “Povest xəfiyyə şöbələrindən birində qulluq edən qəhrəmanın danışıqları və onun yoldaşının avtobioqrafik qeydi əsasında yazılmışdır”.
Əsərdə də belə bir yer var – Klimkov bütün həyatını evinə getdiyi yazıçıya danışır. Maklakov ona belə bir məsləhət verir: “Sən tezliklə bu işdən uzaqlaş. Bu iş sənin üçün deyil”. Yazıçı Mironov elə Qorkinin özüdür ki, var.
Klimkov şüursuz halda xəfiyyələrə qoşulub. O, casusluq üçün yaranmayıb. Yevseyin qəlbi insanlıqdan xali deyil. Amma yaranışdan infantil olan bu adamın düşdüyü mühit də qeyri-sağlamdır. O, gərəksiz adamdan faydalı insana çevrilə bilmədi…
Qorki də onu xilas edə bilmədi…

25.03.24.

Ehtiram İlham – Eşq…

EŞQ

Biz dəli bir Eşqin tamarzısıyıq,
Bizi Eşq ovudur, adam oluruq.
Sevib seviləndə çıxırıq üzə,
Bizi sevda udur, adam oluruq.

Biz bir Eşq adına varmışıq yola,
Düşmüşük qabağa, qalmışıq dala.
Ya tez-tez, ya yavaş, ya bala-bala
Hər şey sevgi dadır, adam oluruq.

Ay göydə doğanda aldatmalıydıq,
Yuxudan qalxanda aldatmalıydıq,
Biz Eşqi çoxdandan aldatmalıydıq,
Eşq bizi aldadır, adam oluruq.

Sevgisiz nə payız, nə qış, nə bahar,
Harda qönçə solur… çiçəkləyir nar?
Odu qiymətinə alır hər nə var –
Ömrü ucuz satır, adam oluruq.

Yazımız sevgidə, sevgi zamanda,
Yaxşı da, əyri də, düz də, yaman da…
Əlimiz hər şeydən üzülən anda
Sevgi haya çatır, adam oluruq.

Haqdan yaranmışıq, haqq deyib, durduq,
Gəlib səcdəsinə, haqqa qul olduq.
Ehtiram, sonuna çəkib apardıq –
Bu ömür sevdadır, adam oluruq?!

27.03.22.

Müəllif:Ehtiram İLHAM

EHTİRAM İLHAMIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Sona Amal: – Dədimi-sərimi ovuda bilməz…

HAQDAN GƏLƏNDİ

Qaysaq tutmur, həsrət adlı göynəyim,
Sevinc dolu dünyam qəmə bələndi.
Göz yaşımla axıb getdi, hər nəyim,
Yağış kimi sinəm üstə ələndi.

Saf eşqimiz bir həmləlik yuxuydu,
Qırıq neytək dilə gəlib, oxudu,
Qəm-kədərdən könlüm çələng toxudu,
Sevinclərim göz yaşımda çiməndi.

Sən gedəli, qəm gölünə dönmüşəm,
Dərd-sərimi xəyalınla bölmüşəm,
İçin-için hey alışıb, sönmüşəm,
Burum-burum tüstüm ərşə dirəndi.

Nağıl imiş, sevilməyim, sevməyim,
Sevinməyim, şadlanmağım, gülməyim,
Göz yaşımla yoğrulub, ta dürməyim,
Sevincim, kədərim Haqdan gələndi.

Alın yazım qap qaradır, ağ deyil,
İllər ötüb, artıq sənli çağ deyil,
Ruh kimidir Amal, artıq sağ deyil,
Tək qonağı royalarda gələndi.
Yaxşını-yamanı Tanrı biləndi.

26.03.2024.

BİLMƏZ

Bəxt yazım Tanrıdan qaralanıbdır,
Fələyin özü də ağarda bilməz.
Həsrətinlə qəlbim yaralanıbdır,
Yüz təbib yığışsa, sağalda bilməz.

Bəlkə, xəyalını tutub saxlayım?
Ümid, inamımı ona bağlayım?
Həsrət güllərindən çələng bağlayım?
Kimsə kədərimi ovuda bilməz.

Səngimir, ömrümün dumanı, çəni,
Günbəgün çoxalır, telimin dəni,
Tərk etdi, ömrümü, qəlbimin təni,
Ha səslə, ha çağır, qayıda bilməz.

Donubdur, gözümdə, arzu-diləyim,
Sənsizlik dünyamdan mən nə istəyim?
Məndən üz çevirib, sevgi mələyim,
Bir ümman yanğımı soyuda bilməz.

Tüstüsüz yanıram, görünməz atəş,
Yoxluğun dondurur, qızdırmaz Günəş,
Tez-tez qulağımı oxşayır bir səs,
Kimsə, ta Amalı toxdada bilməz,
Dədimi-sərimi ovuda bilməz.

23.03.2024.

Müəllif: Sona AMAL

SONA AMALIN YAZILARI

ZAUR USTACIN YAZILARI

SEVİL GÜL NURUN YAZILARI

GÜLŞƏN BEHBUDUN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Şəlalə Camal – Günəşin şeiri

Qızım Günəşə

Gözümün işığısan,
Ömrümə yaraşıqsan.
Sən nə gözəl naxışsan,
Bəxtimə sarı payım.

Firavan yaşa, qızım,
Mənim dənizgöz quzum.
Yolların aydın olsun
Həmişə sarı payım.

Tanrıdan hədiyyəsən,
Balsan, şəkərsən, nəsən?
“Həyatın özü sənsən”
-Demişəm, sarı payım.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru