Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaq

Ədəbiyyat İnstitutu Çingiz Aytmatovun 100 illiyinə həsr edilən nəşr hazırlayacaq

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubileyinə həsr olunmuş yeni layihənin həyata keçirilməsi planlaşdırılır.

Bu barədə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli açıqlamasında bildirib.

Onun sözlərinə görə, yubiley çərçivəsində “Çingiz Aytmatov və Azərbaycan məktublarda” adlı birgə nəşrin tərtibatı nəzərdə tutulur. Layihənin əsas məqsədi görkəmli yazıçının Azərbaycanla ədəbi, elmi və mənəvi əlaqələrini arxiv sənədləri, məktublaşmalar və digər yazılı mənbələr əsasında üzə çıxarmaq, bu zəngin irsi elmi və ictimai dövriyyəyə daxil etməkdir. Nəşrdə Çingiz Aytmatovun Azərbaycan ədəbiyyat və elm xadimləri ilə münasibətlərini, qarşılıqlı yaradıcılıq və fikir mübadiləsini əks etdirən məktubların, arxiv materiallarının və sənədlərin toplanaraq sistemləşdirilməsi nəzərdə tutulur. Mehman Həsənli qeyd edib ki, belə bir nəşrin hazırlanması dünyaşöhrətli yazıçının Azərbaycanla çoxşaxəli əlaqələrinin daha geniş şəkildə tədqiqinə, iki qardaş xalqın ədəbi-mədəni münasibətlərinin yeni arxiv materialları əsasında öyrənilməsinə mühüm töhfə verə bilər.

Layihənin həyata keçirilməsi nəticəsində Çingiz Aytmatovun Azərbaycan ədəbi-mədəni mühiti ilə əlaqələrinin yeni fakt və sənədlər əsasında təqdim olunması, həmçinin yazıçının yaradıcılıq irsinin müasir elmi araşdırmalarda daha geniş təbliği gözlənilir.

Mənbə və müəllif: Mehman Həsənli

https://www.instagram.com/p/Dct9FFjs_oy/?igsi=cGhsNXY3eGtpa2Nr

“Yazarlar” olaraq böyük Türk yazarı Çingiz Aytmatovu rəhmətlə anır, Mehman Həsənlini Ədəbiyyat institutunun digər əməkdaşlarını bu münasibətlə təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!

Məlumatı hazırladı: Leyla Mahirqızı

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

[>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<]

[>>Mustafa Müseyiboğlu adına kitabxana<<]

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir