www.bitik.az tərəfindən yazılmış bütün yazılar

Rafiq Yusifoğlu – Şeirlər.

SAFLIQ

Heç özüm də bilmirəm
Nə imiş qəbahətim?
Heç zaman taleyimdən
Olmayıb şıkayətim.

Kimi dindirirəmsə,
Mənə deyir:
– Çox safsan…
Xəbislərin əlinə
Düşən hazırca ovsan…

Hə olsun coşqun çaysan,
Nə olsun qaynar odsan. –
Saflardan qaçaq düşür
Fəxri ad,
orden,
ad-san…

Lap təpəmdən çıxardır
Kinayələr tüstümü.
Vallah, çaşıb qalmışam,
Məgər saflıq pisdimi?

– Ay qardaş, hər şeyim var,
Sən niyə nainsafsan?
Gülür:
– Ta sözüm yoxdu,
Safsan e, qardaş,
safsan!

Necə canım qurtarsın
Adamların dilindən?
Bilmirəm hara qaçım
Bu saflığın əlindən?!

23.04.2020

Zəncan şəhərində və ya Çılğın bir eşq etirafı.

Zəncan şəhərində və ya Çılğın bir eşq etirafı

Zəncan şəhərində məni vətənpərvər, doğma türkcəmizdə yazıb-yaradan şairə xanım qarşıladı. Zəncan çox qədim şəhərdir. Bu qədimlik hər addımda hiss olunur. Təəssüf ki, bu qədim şəhərdə cəmi bir gün qaldım. Çünki dostların dəvəti ilə Tehrana getməli idim.
Köhnə Zəncanda ən yaddaqalan iki yer var desəm, yəqin ki, yanılmaram. Bunlardan biri on beş hektarlıq yeri zəbt etmiş nəhəng bazar, digəri isə muzey kimi fəaliyyət göstərən “Rahtşuyan” adlı yerdir ki, bunun da mənası “paltar yuyulan ərazi” deməkdir. Vaxtilə qadınlar burada – su ilə təchiz edilmiş yerdə paltar yuyurmuşlar. Muzeyin içərisində bir neçə səhəng, cürdək və qadın fiqurları – heykəlləri də var.

Amma mənim söhbətim bu sadaladıqlarımın heç biri haqda deyil.

Təbrizdən fərqli olaraq Zəncanda ucuz hotel tapmaq çətin idi. Burada bir gecə qalmaq haradasa ən yaxşı halda iyirmi beş-otuz manata başa gəlirdi. Təbrizdə isə bu qiymətlər beş manatdan başlayır.

Şairə xanım yoluna rəvan oldu. Mən axtarıb-arayıb nisbətən ucuz hotel tapdım. Bu, nisbətən yüksəklikdə yerləşən, altı-yeddi mərtəbəli, müasir, zövqlə tikilmiş bir bina idi. Yeri gəlmişkən, aradan illər keçəndən sonra indi birdən xatırladım ki, hotellə üzbəüz köhnə binanın az qala quzulayıb tökülən divarına bir barelyef vurulmuşdu. Səhv etmirəmsə (yox, indi onu da xatırladım ki, səhv etmirəm) bu barelyef Şihabəddin Yəhya Suhrəvərdiyə məxsus idi və həmin küçə də böyük filosofun, işraqilik təliminin banisinin adını daşıyırdı. Bu, o zəka sahibidir ki, müasirləri onu “Şihab əl-millə və-l-haqq və-d-din”, yəni millətin, haqqın və dinin axan ulduzu adlandırıblar.

Hotelə daxil oldum. Foyedə görümlü yerdən asılmış zərli çərçivədəki bir kişi portret diqqəti çəkirdi. Az sonra məlum olacaqdı ki, həmin şəkildən boylanan yaraşıqlı, qəhvəyi bığlı, zövqlə avropasayağı kostyum geymiş və qalstuk bağlamış həmin kişi vaxtilə bu hoteli tikdirib, bir neçə il öncə rəhmətə gedib və indi buranın sahibi onun ailə üzvləridir.

Məni haradasa otuz yaşlarında cavan bir oğlan qarşıladı. Azərbaycan dilində ala-yarımçıq cümlələrlə danışa bilirdi. Bir az gözləməyimi tövsiyə etdi, bildirdi ki, indi bu işlərə baxan adam gələcək. Mənim haradan gəldiyimi biləndən sonra nəsə qaş-qabağını tökdü, hətta, təəssüf ifadə edəcək bir tərzdə başını yellətdi. Söhbət əsnasında onun incikliyinin səbəbi ilə maraqlandım. O, əvvəlcə bir söz deməsə də, sonra aramızda belə bir dialoq oldu:

  • Ağa, Bakı mənim baba vətənimdir…
  • Bakı, yoxsa Azərbaycan?
  • Burada da Azərbaycan var, ona görə biz oraya Bakı deyirik. Hə, onu deyirəm, bir dəfə bir dostumla Bakıya getmək qərarına gəldik. Televizorda baxırıq, çox gözəl şəhərdir. Amma sizin gömrükdə bizi o qədər “yoxlamaya” tutdular ki, axırda bezib elə sərhəddən geri qayıtdıq… İndi hər il Yerevana gedirik. Orada bizə dəyib-dolaşan yoxdur.

Təbii ki, mən bunun bir təsadüf olduğunu bildirdim. Qonaqpərvərliyimizi vurğuladım.

Bu əsnada gözlədiyimiz adam, yəni oğlanın anası gəldi. Bu işvə-nazlı, yar-yaraşıqlı, şıq geyimli, başına açıq-yüngül çarşab atmış bir xanımdı. Onun iri-qara gözlərindən həyat eşqi çağlayırdı. Şirəli üzüm giləsini xatırladan qalın dodaqlarına yüngül boya çəkilmişdi. Təxminən əlli yaşı ola biləcək bu xanım sən demə, elə şəkli divardan asılmış mərhumun dul arvadı, mənimlə söhbət edən gəncin anası imiş.

Oğlan bizimlə xudahafizləşib getdi. Qadın kiməsə göstəriş verdi ki, mənimçün boş və münasib qiymətə bir oda tapsınlar.

Bu naz-qəmzəli xanım əslən elə Bakıdan imiş. Onun ulu babası inqilabdan əvvəl İrana təşrif gətirmiş və daimi məskunlaşmışdır. Qadın çay sifariş verdi. O, arada üzünü, bəyaz boyun-boğazını əlindəki zətif yelpiklə havalandıraraq mənə oradan-buradan suallar verirdi.

  • Sən də Bakıda yaşayırsan? Hə? Bakı gözəl şəhərdir.
  • Bəli, gözəldir. Yəqin ki, televizorda görmüsüz?

O, şaqqanaq çəkib güldü:

  • Nə televizor, canım? Biz üç-dörd il əvvəl Bakıda olmuşuq.
  • Həyat yoldaşınızla?

O, bir qədər tutulub dedi:

  • Yox, ərim çoxdan ölüb… – Səsini bir az da yavaşıdıb əlavə etdi: – Mən oraya öz sevgilimlə getmişdim. Siz də sevgilimi deyirsiz?
  • Yəni məşuqunuzla?

Xanımın rəngi açıldı:

  • Ay sağ ol.

Foyedə təkcə ikimiz idik. Eşikdə avqust istisi tüğyan etsə də, içəridə xoş bir sərinlik hökm sürürdü. Arada tutqun çadralı bir qadın bizə çay gətirirdi. Belə anlarda Bakıya səfəri barədə danışan hotel sahibəsi söhbəti ya başqa istiqamətə yönəldir, ya da susurdu.

  • Hə, mən Bakıya öz məşuğumla getmişdim. O, məndən çox cavandır. Əsl pəhləvandır. Boy-buxunlu, enli çiyinli, uzun qollu… Söz vermişdi ki, daim bir yerdə olacağıq. Bütün Avropanı gəzmişdik onunla… Bütün xərcləri də mən çəkirdim. Burnundan gəlsin… Onun bircə vəzifəsi vardı – məni sevmək. Ondan ayrı bir şey ummurdum… Qızım Almaniyada universitetdə oxuyur, indi tətilə gəlib, indi gəlib məni evə aparacaq. Ürəyimdən keçir ki, o da bir türklə ailə qursun… Hə, onu deyirəm, ağa, o alçaqla getmişdim Bakıya. Bilirsən harada qalırdıq? Ortasında böyük hovuz olan bağa yaxın yerdə. Şəhərin ən yaxşı? ən bahalı bir ərazisində. Yaxınlıqda bir kilsə də vardı…
  • Yəqin ki, Fəvvarələr bağının yaxınlığı olub…
  • Doğrudur. Dəniz də yaxınlıqda idi. Bir az aralıda bir Nizaminin və bir şairə xanımın heykəli, kitab dükanı…
  • Doğrudur. O şairə də Natəvan xanımdır…
  • Orada cəmi bir xanımın adı yadımda qalıb… İndi də tez-tez onun mahnılarına qulaq asıram. Özü də oxuyur ey: “Yandım, elə yandım”… Zeynəb…
  • Zeynəb Xanlarova.
  • Ay sağ ol. Bax o, sanki mənim dilimdən deyir: “Yandım, elə yandım”… Bəli, mənim sinəmə dağ çəkdi o pədər süxtə…
  • İt oğlu…

Gülüşdük.

  • Ağa, deyəsən bir az farsi bilirsən.
  • Yox… Deməzdim.
  • Hə, bax o it oğlu ilə belə günlər yaşadıq. Sonrası nə olsa yaxşıdır? Deyim sonrasını?
  • Özünüz bilən məsləhətdir.
  • O gedib özündən çox-çox cavan, həm də zəngin bir qızla evləndi. Mənə dağ çəkdi. İndi mən də fürsət gəzirəm onun bağrına dağ çəkməyə… Bayaqdan deyib-gülən bu şad, nikbin xanımın səsi birdən-birə titrədi. İri-qara gözlərində sanki qəzəbli pələnglər oynadı. O, doluxsunmuş halda soruşdu:
  • Ağa, sən nə işin sahibisən?
  • Yazı-pozu adamıyam…
  • Kitab yazansan?
  • Bəli, təxminən elə bir iş…

Xanım gözlərinin yaşını silərək dedi:

  • Artıq sənin otağın hazırdır. Get dincəl. Sabah sənə bu mübtəla olduğum bu acı eşqin mənim başıma açdığı oyunlardan yenə danışaram, istəyin olsa onları bir kitaba yazarsan…

Mən sübh tezdən Tehrana yola düşdüm…

Pəhləvilər türkdür

Bildiyimiz kimi, İranda Qacarilar sülaləsinın sonunci varisi Sultan Əhməd Şah Qacar (1897-1930) devriləndən sonra əvvəlcə Avropaya, sonra Amerikaya pənah apardı. O, çox gənc ikən Nyu-Yorkda vəfat etdi. Tezliklə hakimiyyətə pəhləvilər sülaləsiin banisi Rza şah Pəhləvi (1878-1941) gətirildi. Onun hakimiyyəti dövründə (1925-1941) İranda zülm və istibdad meydan sulamışdır. Rza Şahın daxildə mövqeyi müəyyən qədər möhkəmlənsə də, ona qarşı xarici təzyiqlər güclənirdi. Şah əslində fars şovinizminin əsas dayaqlarından biri idi. 2-ci Cahan savaşının başlanması Rza Şahın xanədanını xeyli dərəcədə zəiflətməyə başladı. İngiltərə və Rusiyanın təzyiqilə hakimiyyətdən devrilən Şahı əvvəlcə Mauritius adasına apardılar. Amma yad yerin tropik hava şəraitində o, tezliklə xəstələndi.

Az sonra şahı “quru hava” olan yerə – Cənubi Afrakaya “etap etdilər”. Rza Şah 26 iyul 1944-cü ildə Yohannesburqda öldü. Onun nəşi Misirdə mumyalanmış və uzun illər Qahirədəki Əl-Rifanın məscidində gizli saxlanılmışdır. Aradan illər keçəndən sonra Rza Şahın yerinə gətirilən oğlu Məhəmməd Rza Pəhləvinin (1919-1980) səyi ilə “gizlədilmiş” mumiya İrana gətirilərək Ray şəhərində dəfn olunmuşdur. 1979-cu il İran inqilabından sonra onun mavzoleyi Ayətullah Xomeyninin razılığı ilə dağıdılıb məhv edildi.

Dediyimiz kimi, Rza şah qatı şovinist, özü də İranda yaşayan türklərin qənimi idi.

Bəs əslində Rza kimidi? O, Mazandaranda Türk ailəsində doğulmuşdur. Azərbaycan (türk) dilini də çox təmiz bilirdi. Onun atası Abbas Əli xan da təbii ki, türk dilinində danışır, öz ətrafı ilə bu dildə ünsiyyət qururdu. Abbas Əli hərbçi idi, yeddi oğul atası idi. İlk oğlunun adı Çıraq Əli, sonuncu oğlunun adı Rza idi – indi haqqında söhbət gedən gələcək şah. Şahın anası və arvadı da təmiz türk idi. Güman edilir ki, anası Gəncəbasarda (bəzi müddəalara görə İrəvanda) məşhur türk tayfalarından birində doğulmuşdur. Həmin xanım, yəni Nuşafirin Ayrımlı (Ayrumlu) rus istilasından sonra imkanlı ailə üzvləri ilə birgə indiki Şimali Azərbaycandan indiki Cənubi Azərbaycana köçmüşdü. Şahın arvadı da həmin nəsildən idi. Belə ki, Nimtac Ayrımlı Tacilmülk xanım da (1896-1982) əslən türk idi, Bakıda İçərişəhərdə anadan olmuşdu. Onun atası hərbçi, rus çar ordusunun mayoru Teymur bəy Ayrımlı idi.

Deməli, Rza Şahın oğlu və varisi Məhəmməd Rza Şah, necə deyərlər, “tərtəmiz” türk olub. Yaxşı bilirsiniz ki, sonuncu Şahın arvadı Fərəh (1938) Pəhləvi də milliyyətcə türkdür. Xanım hal-hazırda sağdır, Vaşinqtonda yaşayır.

Gördüyümüz kimi, İranda uzun illər hakimiyyətin yüksək eşalonunda türklər təmsil olunub. Amma necə deyərlər, “çe fayda?” Elə indiki rəhbər də əslən Xaminədəndir. Xaminə isə bildiyiniz kimi, türklərin yaşadığı məkandır, böyük ədibimiz Mirzə Fətəlinin ata yurdudur.

Belə nəticə hasil olunur ki, insan cismən deyil, ruhən bu və ya digər ideyaların, idealların, dilin, dinin, milliyyətin daşıyıcısı hesab olunur və olunmalıdır.
Hələ orasını demirik ki, yəhudilərin yağı düşməni Adolf özü milliyyətcə yəhudi olub. Bunu təsdiq edən kifayət qədər sübutlar mövcuddur. Amma və lakin… Bu, başqa söhbətin mövzusudur.

(“525-ci qəzet” və 525.az saytda “Çaparaq qeydlər” adı altında gedən silsilə yazılarla tanış ola bilərsiz.)

Mənbə: Firuz Mustafa

Müəllif: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Durnalar Qarabağa qayıdır.

Durnalar Qarabağa qayıdır.
                                (hekayə)
   II Qarabağ savaşında şəhid olmuş müəllimlərin xatirəsinə
            2 ay xəstəxanada yatdıqdan sonra üzücü qış aylarını evdə keçirmişdim.Baharın gəlişini səbirsizliklə, həm də bir az əsəbiliklə gözləyirdim.Kəndə getməyə səbirsizlənirdim.Çox istəyirdim, bu baharı ürəyimcə qarşılayım,yazın hər anının şahidi olum . Düzdü, bənövşə ilə alçanın çiçəkləmə vaxtını ötürmüşdüm.Çünki bizim yerlər nisbətən isti bölgədir, bənövşələr tez açıb, tez  sovuşur, alçalar da başqa ağaclardan tez çiçəkləyir.Amma, sağ olsun qardaşımın qızı, bənövşənin şəkillərini çəkib yollayırdı mənə.Bir dəfə də qardaşım bizə gələndə bir böyük dəstə tutub yollamışdı.
        Qardaşım günortadan sonra gəlmişdi, dedi ki, anam yollayıb, get Qayanı gətir, kənd havasını çəksin ciyərlərinə.Kənd səfərinə ailəliklə hazırlaşdıq.Uşaqlar da sevinirdilər.Yoldaşımın sevincinə isə, mənimki kimi, həyəcan və təlaş qarışmışdı.Anam mənim necə və hardan yara aldığımı indi öyrənəcəkdi.
            Müharibə başlayanda kənddən gəldiyim
bir həftə idi.Builki məzuniyyətimin hamısını kənddə keçirmişdim.Anamla, uşaqlarla gözəl anlar yaşamışdıq.Bəlkə, elə buna görə anam məni telefonla uğurlayanda çox sakit danışmışdı.
Nə yaxşı ki, mən 2 ay xəstəxanada yatanda, sonra evdə keçdiyim o ağır günlərdə sözümə qulaq asıb anamı yanıma gətirmədilər.İndi özümə söz verdim ki, bütün yazı anamla bərabər olacağam.
           Axşamdan qərara gəlmişdik ki, səhər tezdən yola çıxaq , evə tez çataq deyə .Zarafat deyil, dörd saatlıq yol idi.Yəqin ki, əvvəlki vaxtlarım olsaydı, qardaşım üç saata çatdırardı bizi.Heç mən özüm də buna etiraz etməzdim. Amma indi vəziyyət başqa idi.
       Kənd həvəsinə oğlumla qızım hamıdan tez oyanmışdılar.Yoldaşımla uşaqlar arxada oturdular.Qardaşım mənim arabamı maşının arxasına qoydu. Yol aldıq kəndə sarı. Yol boyu uşaqlar keçən ilki kənd macəralarından mübahisə edə-edə danışırdılar. Qardaşım  mənim kimi deyildi,az danışan idi. Ona görə də
musiqiyə qulaq asırdıq, arada mən bəzi suallar verirdim. Artıq Bakıdan çıxmışdıq, yolumuz bölgələrdən keçirdi.Radioda müharbədən bəhs edən veriliş başladı. Qardaşım söndürmək istədi, mən qoymadım. Arada müsiqi də verirdilər. Bir qiraətçi şeir oxumağa başladı.
           Payızı göz yaşlarıyla yola salmışdım.
                     Budaqları qırılmış
             vətən ağacından
            yarpaq-yarpaq düşən
                      şəhid balalarçün
            payız dolusu ağlamışdım.
          Tək təsəllim oldu ki.
          Şuşada, Suqovuşanda
            itkin balalar kəfənsiz qalmasın deyə
               anam təbiət bürüdü
                hər yanı ağ örpəyə.
            Ümidlə qarşıladım baharı,
               inandım ki, günlərin birində
               ağ atın üstündə
              evlərinə dönəcəklər,
          doğmalarını görməyə gələcəklər
                       Şəhidlər.
           Döndülər, səmalarda.
               atəş olunb yandılar,
               laləli çəmənlərə
         bayraq kimi qondular
                  Şəhidlər.
                 Yaşıl çəmən,
                al lalə, mavi səma.
                Hər şəhid bayraq olub
                   əl eyləyir adama.
Şeir bitəndən bir neçə saniyə sonra səssizliyin fərqində oldum.Bayaqdan dil boğaza qoymayan uşaqlar da susub durmuşdular. Pəncərədən çölə baxanda gördüm ki, yol taxıl tarlalarının arasından keçir. Gözümü tarlaya zillədim, uzaqdan qızartı gördüm, sonra qızartı artmağa başladı. Tez qardaşıma dedim:
    – Nail, saxla maşını.
  Maşını yolun qırağına verib saxladı qardaşım. Xahış etdim, məni düşürsün. Qardaşım məni arabama əyləşdirdi, arabanı tarlanın içi ilə sürməyə başladı.  Yoldaşımla uşaqlar da arxamızca gəlirdilər. Qarşıdakı üç-dörd topa laləyə çatdıq. Yüngül səhər mehi əsirdi, sanki lalələrin ləçəklərin qarışıq salmaq istəyirdi. Lalələr isə ləçəklərinin düzənini saxlamağa çalışanda gülümsəmiş kimi görünürdülər. Bayaqkı şeirin son misralarını xatırladım.
              Yaşıl çəmən,
          al lalə, mavi səma..
Birdən qıy səsləri  səmanı bürüdü. Qardaşımla eyni anda başımızı qaldıb göyə baxdıq. Bir dəstə durna gedirdi. Baxışlarımla durna qatarını müşayiət etməyə başladım. Qeyri-ixtiyari gözümdən yaş süzüldü. Qardaşım əlini çiynimə qoydu:
         – Nə oldu sənə, Qaya?
     Cavab vermədim. Yalnız durnalar gözdən tam itəndə dedim:
       -Gedək, Nail.
Maşına oturub yolumuza davam etdik. İçəridə yenə səssizlik hökm sürürdü. Beş dəqiqədən sonra sükutu mən pozdum:
       – Müharibə başlayandan bir həftə sonra hissəmizə yeni döyüşçülər gətirdilər. Demək olar ki, hamısı könüllülər idi.21 -30 yaş arasında. Tanış olanda biri diqqətimi  daha çox çəkdi. Çox gözəl siması vardı, sanki qız gözəllliyi çökmüşdü üzünə. Dəniz kimi mavi gözləri ağ çöhrəsini  işıqlandırırdı.
        – Adın nədi, əsgər?
         – Fateh.
Sifətimdə yaranan təbəssümə etiraz edirmiş kimi
qəddini daha da dik tutub davam etdi:
        – 22 yaşım var, ordudan iyun ayında tərxis olunmuşam, alı təhsilliyəm, ixtisasca tarix müəllimiyəm.
           – Deməli, könüllü olaraq tarıx yazmağa gəlmisən?
              – Niyə də yox, tariximizi saxtalaşdırmağa çalışanların cavabını kim verməlidir bəs?
          Cavab çox xoşuma gəldi, öz-özümə “Belə gənclərlə qalib olmamaq olar?”-deyib digərləri ilə tanış olmağa davam etdim. Axşama yaxın döyüş hazırlıqlarını bitib ona yaxınlaşdım. Söhbət zamanı işləyib işləmədiyini soruşdum. Məlum oldu ki, imtahan verərək ucqar bir kənddə müəllim kimi bu il fəaliyyitə başlayacaqmış. Dedim ki, müəllimlik də elə hərbçi kimidir, biz torpağın keşiyində dururuq, siz nəslin bilik və tərbiyəsinin. O, könüllü gəlməyinin səbəbini izah etdi.
        – Qarabağ mənim ata-baba yurdumdu. Mən dünyaya bu torpaqlar işğal olunandan sonra məcburi köçkün kimi gəlmişəm. Bu ad da mənimlə bərabər doğulmuşdu sanki. Ağlım söz kəsəndən hər yerdə özümüz haqda bu sözü eşidirdim, küçədə, məktəbdə. Düzdü, səbəbini bilirdim, amma böyüdükcə toxunurdu bu ifadə mənə. Biz çoxları kimi  Bakıya pənah aparmamışdıq, atamın əsgər yoldaşı bizi öz rayonlarına çağırmış, yaşadığı kənddə onların evində məşkunlaşmışıq əvvəlcə. Sonra kənd camaatı yığışıb bizə ev tikib, təsərrüfat yaratmağa kömək edib. Mən o evdə doğulmuşam. Amma bütün böyüklərimiz ” evimiz” deyəndə anlayırdım ki, söhbət bu evdən getmir. Ailəmizin böyüyü atamın nənəsidir Bacım da, balaca qardaşım da, mən də “böyük nənə” deyirik ona. Böyüdükcə fikir verirdim, hər payız böyük nənəm göyə baxıb ah çəkirdi, dodağı altda deyirdi”görəsən qayıdacaqlar?” Bahar gələndə də göyə baxıb kövrəlirdi”eh, bu baharı da qayıda bilmədilər”. Bir payız yenə böyük nənəm durnaların arxasınca baxıb ah çəkəndə soruşdum:
           – Böyük nənə, sən niyə belə deyirsən?
          Nənəm sulanmış gözlərini silib dədə-baba yurdlarını necə tərk etmələrini, ermənilərin vəhşiliklərini, oğlunun, ərinin şəhid olmasını danışdı.Dedi ki, bizim torpaqlarımız, qəbirlərimiz, arzularımız ermənilərin əsirliyində qalıb. Daha durnalar da o yerlərə uçmur. Gərək topaqlarımız əsirlikdən azad olsun ki, durnalar da bizimlə bərabər doğma ocaqlarına qayıtsın. Onda mən nənəmə söz verdim:
            – Böyük nənə, mən böyüyüb əsgər olacağam, erməniləri torpaqlarımızdan qovacağam, səni də götürüb evimizə gedəcəyəm, biz durnaları evimizdə qarşılayacağıq!
             Nənəmi qanadlandırdı mənim sözlərim, mən bunu onun qığılcımlar qaynaşan gözlərindən hiss etdim. Boynumu qucaqladı, əvvəl alnımdan, sonra gözlərimdən öpdü:
            -İnşallah, mənim balam, atan nahaq yerə
adını Fateh qoymayıb ki?
       Elə ona görə də evdə məni davaya yox, toya gedirmiş kimi yola salıblar. Siz bir nənəmin sevincini görəydiniz. İndi nənəmə verdiyim sözü yerinə yetirmək imkanı yaranıb. Həm də öz şagirdlərimə kitablardan öyrəndiklərimlə bərabər, iştirakçısı olduğum tarixi danışacağam.
           Biz daha çox gecələr döyüşürdük.Həm özümüz hücuma keçir, həm də düşmənin artilleriya hücumunun qarşısını alıradıq.Fateh heç vaxt öz topunun arxasından çəkilmirdi, qoymurdu kimsə onu əvəz etsin.Gündüzlər də yatmaq imkanından çox az yararlanırdı. Bir dəfə bunu ona irad tutanda dedi:
              – Komandir, mən bu şərəfli tarixin bütün anlarını yaşamaq istəyirəm, qayıdanda nənəm məndən hər şeyi təfərrüatı ilə soruşacaq.
             Yadıma keçən il bir yaşlı kişinin söhbəti düşdü. İşlə əlaqədar təcili bir rayona getməli idim. Bir günə gedib qayıdacaqdım. Maşını səhər tezdən avtovağzaldan sürdüm ki, bəlkə o rayona gedən oldu,  yolu  tək getməyim, həmsöhbətim olsun. Bir yaşlı kişi gedirdi o rayona, amma tərəddüd edirdi, səbəbini duyub dedim:
          – Narahat olma, əmican, pul almayacağam,özümə yol yoldaşı axtarıram.
            Yol boyu məlum oldu ki, məcburi köçkündü, rayonda yaşayır, Bakıya həkim müayinəsinə gəlibmiş. Çox şeydən danışdıq. Danışdıqlarından anladım ki, ümidsizliyə qapılıb.
Dədə-baba torpağına qovuşmaq ona yuxu kimi gəlir. Kişiyə ürək-dirək vermək istədim:
            – Darıxma, əmican, tezliklə alacağıq o torpaqları
            – Eh, ay oğul, gecikirik e yaman, o vaxtdan bir nəsil  doğulub yetişib, o torpaqların havasını udub nemətləri ilə böyüməyən çətin onu almaq barədə düşünsün.
              -Düz fikirləşmirsən, əmi, o nəsil alacaq o torpağı, həm də tezliklə. Bəlkə, sən deyən kimi bir-iki nəfər tapıldı, amma burda günah onların deyil. O nəslə  torpaq sevgisini biz böyüklər aşılamalıyıq.
         Və mən yanılmamışdım, Fateh tək deyildi, bölməmdə onun kimi könüllülər çox idi.
         Biz irəliləyirdik. Yaralılarımız, şəhidlərimiz olurdu. Hamı sabah onları da bu tale gözlədiyini bilə-bilə vuruşurdu. O gecə həlledici döyüş olacaqdı, biz nəyin bahasına olursa-olsun irəliləməli idik. Hücumun qızğın çağında düşmən mərmisi yaxınlıqda partladı. Əsgərlərdən biri mənə tərəf sürünrək qışdırdı:
        – Komandir, Fateh yaralandı
       Sürünə-sürünə ora yaxınlaşdım. Fateh çabalayırdı, böyründə qan gölməçəsi yaranmışdı. Əlimi yarasının üstünə basıb” Qorxma, Fatehim, qorxma”-dedim
          O isə zorla bunu xırıldadı
         – Komandir, durnaları… mən… qaytara bilmədim…siz qaytarın.
         İkinci mərmi partlayanda uçduğumu hiss etdim, onu da hiss etdim ki, yüngülləşmişəm, uçan bədənimin hamısı deyil.
          Gözümü xəstəxanada açanda qışqırdım:
        – Mən burda nə edirəm, hanı mənim əsgərlərim?
         Bütün xəstəxana heyəti başımın üstünü kəsdirdi:
        – Müharibə qurtarıb, biz qalib gəlmişik.
        Yavaş-yavaş anladım ki, yaralanmağımdan xeyli vaxt keçib, həm də anladım ki, Fateh şəhid olanda mənim də ayaqlarım şəhid olub.
         Yenə sükut çökdü aralığa, heç kim danışmırdı. Qardaşım yenə radionu açdı. Yenə həmin qiraətçi şeir oxuyurdu:
           Salamat qal oralarda,
           “Vətən” deyib ölən şəhid.
            Durna olub hər  baharda
            Vətəninə dönən şəhid.
         Kəndə çatmağa az qalmış özümçün  qərar verdim, anamı, qohumlarımı görəndən sonra səhərdən başlayaraq el-el gəzəcəyəm,daha doğrusu, qardaşım gəzdirəcək məni. Şəhid olmuş əsgərlərimin qəbirlərini ziyarət edəcəyəm. Birinci Fatehdən başlayacağam. Deyəcəyəm ki, rahat uyu, Fatehim, durnalar bu bahar  Qarabağa qayıtdı. Həm də öz qanadları ilə yox, sənin ruhunun qanadı ilə.


     

Müəllif: Səmsiyyə QARAMANLI

SƏMSİYYƏ QARAMANLNIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə yeni kitabını təqdim edib – Fotolar.

Rəfail Tağızadə yeni kitabını təqdim edib – Fotolar.

Bugün – 29 mart 2024-cü il tarixində Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında tanınmış şair, publisist, esseist RƏFAİL TAĞIZADƏ “Qarabağ – Həsrətdən Zəfərə” adlı yeni kitabını təqdim etdi. “Qarabağ Azərbaycandır!” abu-havasında keçən tədbirdə başda dünya şöhrətli alimimiz Rafiq Əliyev, ustad yazar Mustafa Çəmənli olmaqla görkəmli ziyalılar iştirak ediblər. Tədbirdən fotolar:

Məlumatı hazırladı: TUNCAY ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

CAROLİNE LAURENT TURUNC

VAQİF OSMANOVUN YAZILARI


TƏRANƏ MƏMMƏDİN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

“SÖZÜN AĞ RƏNGİ” LAYİHƏSİ

ŞAHMAR ƏKBƏRZADƏNİN YAZILARI

Sizin yerinizə utanıram mən`

– Şahmar Əkbərzadənin şeirləri

ZAUR  USTACIN  YAZILARI


ALİYƏ CAVANŞİRİN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Həsən Əliyev: – “Tarix” haqqında tarix.

Çox maraqlıdır ki ensiklopedik materiallarda, eyni zamanda bütün mənbələrdə “tarix” sözünü ərəb mənşəli söz kimi təqdim edirlər.
Ərəb dilində tarix sözünün tək bir cəm forması “təvarix” kimi törəmə sözü vardır.Bu isə sözün ərəb mənşəli olmamasına dəlalət edir.Tarix sözünün etimologiyası sanki bir tərif xarakteri daşıyır.Sözün ərəb dilində nüvəsi sezilmir.
Həqiqətən də tarix elmi dilçilik elmi ilə paralel öyrənilməsə yetərincə efekt verə bilməz.Istər tarixi yer adları, istərsə tarixi şəxsiygətlərin adlarının içərisində sirli dilçilik faktorları vardır.Bu haqda məqalələrimdə yetərincə tarixi yer, tarixi hadisələr, tarixi şəxsiyyətlərin və s, adlarına dilçilik baxımından müqayisəli təhlilə əsasalanan dəlillərlə çoxlu sayda söz və terminlərə izahat vermişəm.Oxucular da (tarixçilər də) maraqla qarşılamışlar.
Daha bir tarixi yer adını izah etmək yerinə düşər.Qonşumuz olan Gürcüstan Respublikasının adına diqqət verək.Maraqlıdıdır ki, gürcülər özləri respublikalarını Kartaveli adlandırırlar.Yalnız kənardan Gürcüstan, Qruziya, Georgia və s. Kimi adlanmalar mövcuddur.
Məhz sual buradan yaranır.
Əgər biz bu adın tarixi kökünü araşdırsaq tarixin özü bu sözün kökünün içərisindədir.
Səlcuqlu dövrünü öyrənərkən məlum olur ki, (Xl, Xll əs.)Selcuq xanı Sarı xan qızını Kartaveli hökmdarı Davidə ərə vermişdi və onlarla qohum olmuşdur.Bu səbəbdən də onun xalqını incitməmişdi.Əksinə, onlara ölkələrinin abadlaşmasına köməklik etmişdir.Məhz tarixdə bu quruculuq dövrü Davidin adı ilə bağlıdır.Səlcuqlar Davidə “qurucu” ləqəbi vermişlər.Bu səbəbdən də onun adı tarixdə Qurucu David kimi qalmışdır.Səlcuqların “qurucu” sözü fonetik hadisələr nəticəsində “gürcü” şəklinə düşmüş və günümüzə Gürcüstan, gürcü kimi gəlib çatmışdır.
Daha maraqlısı budur ki, Davidin arvadının adı tarixi mənbələrdə Qurandxutun kimi getmişdir.
Doğrudanmı bu belədir?
Yenə də dilçilik faktoru burada da açar rolunu oynayır.”Qurandxutun* adının 1-ci hecası Qurucu Davidin ləqəbinin deformasiyasından, 2-ci hissəsi isə səlcuqların “xatun” sözündəndir.Yəni Qurucunun xanımı.
Tarix sözünün etimologiyasına keçək.
islam tarixindən məlumdur ki, Ərəb Xilafəti cüclənən dövrdə ərəblərin içərisində savadsız, yazı-pozu bilməyən bədəvi ərəblər çox idi.Bu da yerli idarəçiliyə çətinlik gətirirdi.Bu səbəbdən də bir az savadı olanları xəlifəlik Bizansa elm öyrənməyə göndərirdi.Yunan elmlərini öyrənib geri qayıdan ərəblər bu elmin ad və terminlərində təriblər(ərəbləşmə) aparmışlar.Məs: geographiya-coğrafiya;philosophiya-fəlsəfə və s.Hətta yunan alimlərinin adlarını da təribləşdirib Əflatun,Ərəstun və s. Kimi adlandırmışlar.
“Tarix” sözü də həmin həyatı yaşamışdır.(bunu heç ərəblərin özləri də bilmirlər)
Latın mənşəli dillərdə story, history sözləri “hekayə, hekayət, rəvayət və s.) kimi tərcümə olunur.Semantika həm latın, həm də ərəbcə eyni paralellikdə durur.Məntiqi, psixolinqvistik baxımından həm fonetik həm semantik cəhətdən tarix sözü “history” sözünün təribləşmiş formasını almışdır.
Ərəb dilində tarix sözünə qədər bu leksika hədis(badisə), rəvayət və s, kimi işlənmışdir.
P.S.Bütün tarixçilərı bayram münasibətilə təbrik edirəm.Tarixi yaddaşımızın möhkəmləndirilməsi yolunda onlara uğurlar arzulayıram.

Müəllif: Həsən ƏLİYEV

SÖZ YARADICILIĞI

ALTERNATİV DÜŞÜNCƏ

>>>> DAHA ÇOX MƏLUMAT

HƏSƏN ƏLİYEVİN YAZILARI

TUNCAY ŞƏHRİLİNİN YAZILARI

ZAUR USTACIN YAZILARI


SATIŞDA OLAN YENİ KİTABLAR

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Martin Lüter: “Cəhənnəm mənimdir”

Martin Lüter: “Cəhənnəm mənimdir”
Martin Lüter Cənnət qəbzləri satan kilsə nümayəndələrinə “Cənnəti pul müqabilində satırsız, mən cəhənnəmi istəyirəm, satın mənə!” deyə müraciət edir. Mühakimə edənlərdən birinin:”Cəhənnəmi kim alar ki?” sualına məhəl qoymayan Lüter təkidlə “Mən alıram, neçəyə satırsızsa pulunu deyin” deyir. Mühakimə edənlər Lüterin axmaq olduğunu zənn edib cəhənnəmi ona “sataraq” cəhənnəmin Lüterə məxsus olduğunu göstərən möhürlü sənədi verirlər. Daha sonra isə gözlənilməz bir hadisə baş verir. Martin Lüter qapının qarşısında onu gözləyən xalqa müraciətlə deyir:”Cəhənnəmi aldım. Ora artıq mənimdir və heç kəsi ora buraxmayacam”. Bundan sonra xalq özünü sığortalanmış hiss edərək cənnət qəbzlərindən imtina edir və kilsənin bu hiyləgər siyasəti iflasa uğrayır
Nəticə olaraq 500 il bundan əvvəl Almaniyanın inkişafı başlandı. Lakin Lüter bu hadisədən öncə nə qədər “kilsə sizi aldadır, cənnət qəbzləri həqiqət ola bilməz” desə də heç kəs ona inanmırdı.

Məlumatı hazırladı: Zəhra HƏŞİMOVA

ZƏHRA HƏŞİMOVANIN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Camal Cəfər: – Nədir şeir?

Nədir şeir?

Şeir şairlərin qəlbindən gələn,
Təfəkkür, təxəyyül nümunəsidir.
Anlayar, hiss edər, düşünən bilən,
Şeir şairlərin susqun səsidir.

Şeir Nizaminin müdrik kəlamı,
Nəsimi, Füzuli-aqil sözüdür.
Şeir şairlərin könül məramı,
Zəngin ürəyinin əksi, üzüdür.

Şeir niyyətlərin şərhi, bəyanı,
Ülvi dəyərlərin deyən dilidir.
Şairin hissidir gəzər dünyanı,
Şeir ürəklərin tutan əlidir.

Camal, gözəlliyi harayla, səslə,
Hər cümlə, sözündən sevgi duyulsun!
Zehnini öyrənmək yolunda bəslə,
Hər sətir, misrandan bilgi duyulsun.
27.03.24.

Müəllif: CAMAL CƏFƏR

CAMAL CƏFƏRİN YAZILARI

CAROLİNE LAURENT TURUNÇ

CAROLİNE LAURENT TURUNC

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR USTACIN YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ailə münasibətlərindən bəhs edən əsər

Ailə münasibətlərindən bəhs edən əsər

Hazırda bütün dünyada ictimai zəminlər sosial mürıasibətlərlə tənzimlənir. Sosial əlaqələri də məhz ailələr təzahür etdirir. Bu, Azərbaycanda da belədir. Ailə kiçik dövlət kimi bütün məsəslələrdə öz aktivliyini zəruri edir. Bəzən isə cəmiyyətdə bu baxımdan bir nizamsızlıq olur. Sosial əlaqələr ya tamam qırılır, ya da hədsiz zəifləyir, nəticədə ortaya çox sayda xoşagəlməz hal çıxır.

Ailə, mövqeyi bəlli kiçik hakimiyyətdir. Lakin ara-sıra yaşanan bəzi neqativ hallar onun təməlini laxladır. Məsələn, ata-ana, qardaş-bacı, qaynana-gəlin, qaynata-kürəkən və s. kimi məqamlar çox zaman ailələrdə aşkar bir nizamsızlıq kimi diqqət çəkir. Bu haltarı qaydaya salmaq üçün isə insanlar son dərəcə səbrli, təmkinli və tədbirli olmalıdırlar.
(Müəllif çox gözəl qeyd edir ki, sovetlər dönəmində gəlin axşam həyat yoldaşı işdən gələnə qədər yatmazdı. O, həyat yoldaşı işdən gələnə qədər odun sobasında suyu isidib hazır qoyardı ki, həyat yoldaşı gələndə ayaqlarını, başını yuyub dincəlsin.Qaynata, qaynana gəlinin nə vaxt yatıb durmasını görməzdilər. Bunların hamısı valideyn təlim-tərbiyəsindən asılıdır.)
Səmimi etiraf edək ki, Tarverdi Abbasovun ailə-cəmiyyət, həyat-tale və xususən də qaynana-gəlin münasibətlərindən bəhs edən irihəcmli, kiçik silsilələrdən ibarət əsəri də elə yuxarıda bəhs etdiyimiz ictimai səciyyələri özündə geniş qabardır. Əsər bir neçə başlıq altında verilib. Hər başlıq altında gedən yazılar isə ailə xarakterlərini, ailə təzahürlərini dinamik açır. Oxuduqca, bizə bəlli olur ki, müəllif sovet dövründəki ailə strukturunu hazırkı dövr ailə strukturu ilə sanki müqayisə edir, yaşananlara kəskin reaksiya verir. Müəllif, əsasən də demək istəyir ki, insarı-istər kişi, istər qadın, fərq etməz, ailə münasibətləri zaman yaş və həyat təcrübəsindərı məharətlə istifadə etməlidir. Bəzən belə də olur, lakin evə ayaq açan gəlin ondan əsirgənməyən məhəbbətə, şəfqət və mərhəmətə rəğmən, hətta əzizləndiyi halda öz şəxsi movqeyi və arzu- istəyi naminə ailədə nifaq yaradır, ata-ana, bacı-qardaş və s. arasında söz-söhbətə səbəb olur. Nəticədə də ya gənc ailələr dağılır, ya da bu hal dıgər arzu olunmayan vəziyyətlərə yol açır.
Müəllif sovet ailə sisteminə nəzər salmağımızı məsləhət görür, deyir ki, o dövrdə bir ailədə bəzən dörd-beş, ya da daha çox gəlin olurdu, hamısı da bir-biri ilə yola gedirdi. Buna bir az böyüklər zəmin verirdisə, bir az da gəlinlər özləri ailələrində aldıqları tərbiyə ilə nail olurdular. Bəs indi nə baş verir? Nə üçün indi boşanmaların sayı kəskin artıb? Məgər indi ailələrdə uşaqlara tərbiyə verilmir? Yox, əsla belə deyil, indi sadəcə, vəziyyət tamam başqalaşıb, kompüter əsri, telefon-internet dövrü xüsusən gəncləri məhvə sürükləyir.
Müəllif “Özləri bilər “bölümündə də çox gözəl qeyd edir:-Talıb kişi iki ay idi oğluna toy edib gəlin gətirmişdi. Ancaq evləndirdiyi uç oğlunun ikisi boşanmışdı, yalnız böyük oğlu ailəli idi. O da Talıb kişinin həyat yoldaşının bacısı qızı olduğuna görə səslərini cıxara bilmirlər, ona hər cür şərait yaratmışdılar. Talıb kişi zəhmətkeş, ailə canlı dünyagörmüş, təcürbəli adam idi. Evə gələndə yoldaşından soruşur “Ay arvad, evdə deyəsən nizam tərəzisi düz deyil. Bu cavanların əvvəlki mehribançılığı yoxdur. Mənim gözümə soyuq dəyirlər. Sən maraqlan gör, günah oğlumuzdadır, ya gəlinimizdə?” Həyat yoldaşı Süsən bütün əhvalatı Talıb kişiyə nəql edir. Oda sənin kimi ağır işdə işləyir, yorğun gəlir gətirib qabağına bir stəkan çay da qoymur, elə deyir boşanacam. Gəlin əri Ruslandan və qaynanasından narazılıq edir.
Tarverdi müəllim gənc ailələrin tez dağılmasının səbəbini televiziyalarda göstərilən mənasız, ailə dəyərlərinə zidd seriallar, radiolarda səsləndirilən şit, bayağı verilişlər gənc ailələri asan həyata alışdırır, onları düşünmədən addım atmağa sövq edir. Təəssüf ki, indi bəzi valideynlər özləri də övladlarının bədbəxt olmaları üçün canfəşanlıq edirlər. Bu da böyük peşimançılığa səbəb olur.
Tarverdi müəllimin də yazdığı kimi, bu gün qaynana-gəlin münasibətləri cəmiyyətin ən vacib, aktual məsələsi kimi xarakterizə edilir. Nə baş verir axı, iki şəxs arasındakı qarşılıqlı əlaqə bəsit təlatümlərə yol açır? Əlbəttə, hər kəsin cəmiyyətdə, elə ailədə də müəyyən rolu və öhdəlikləri var. Ancaq bu, heç də rəvac verməməlidir ki, gənc ailələr dağılsın, boşanmaların sayı artsın. Hər hansı mənfı davranış cəmiyyətə əks təsir göstərir.
Tarverdi Abbasovun əsərindən bir-iki məqama diqqət çəkək; … “Elə ağzıgöyçəklər var ki, indi başqa zamandır, gənclər sərbəst olmalıdır, ayrı yaşamalıdır,-deyirlər. “Yaxud onda elə zamanə idi ki, oğlan qızı, qız da oğlanı yalnız toy gecəsi görürdü… Sevmək də sevilmək də elə toy günü başlayırdı. O sevgi nə qədər şirin olurdu…”
Əlbəttə, bu nümunələrdə sirf gerçək reallıq öz əksini tapmır, müəllif sadə ehtimallar gətirir, iki şəxsin bir yerdə – bir ailədə necə xoşbəxt yaşaya bilməsi üçün müəyyən silsilələr verir. Bu arqumentin real olmasında təkcə kişi-qadın yox, cəmiyyət, hər kəs rol oynamalıdır. Çünki tərbiyə ailədən gəlir, onun daha da möhkəmlənməsi cəmiyyətdə mümkün olur. Bu baxımdan, hazırda qadın-kişi, bütövlükdə ailə münasibətlərinin normal tənzimlənməsi istiqamətində fundamental işlər görülməli, güclü maarifləndirmə aparılmalı, gənc ailələr psixoloji instansiyalardan keçirilməli, valideyinlərlə mütəmadi görüşlər təşkil edilməlidir və s.
Yalnız bundan sonra nəyəsə nail olmaq mümkündür.
Bu baxımdan, istəkli oxuculara Tarverdi Abbasovun ailə munasibətlərindən bəhs edən əsərini oxumağı tövsiyə edirik.

MÜƏLLİF : HÜSEYN İSAOĞLU (MƏMMƏDOV),

yazıçı-publisist, AYB-nin və AJB-nin üzvü.

HÜSEYN İSAOĞLUNUN YAZILARI

GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR

Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

TARİX MÜƏLLİMİNİN AÇIQ DƏRSİ, YOXSA EMİN PİRİNİN “27 OKTYABR”A ŞEİRİ.

TARİX MÜƏLLİMİNİN AÇIQ DƏRSİ,
YOXSA EMİN PİRİNİN “27 OKTYABR”A ŞEİRİ
.

Tarix müəllimi, jurnalist, Vətən müharibəsi iştirakçısı (baş leytenant), şair Emin Pirinin” 27 oktyabra ” şeiri bir şeirdən çox tarix müəlliminin növbəti açıq dərsi təəssüratını yaradır adamda.
27 oktyabr nə deməkdir?

“Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında” 2021-ci il 8 fevral tarixli Sərəncama əsasən oktyabrın 27-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında beynəlxalq Qars müqaviləsinin 100-cü ildönümünə həsr olunmuş yubiley tədbiri keçirilmişdir. Qars müqaviləsinin (13 oktyabr 1921) imzalanmasından 100 il ötür.
Qars müqaviləsinə görə Naxçıvan ərazisinin Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 kilometr uzunluğunda müəyyən edilmiş, İranla 176 kilometrlik sərhədi isə 1828-ci il Türkmənçay müqaviləsində müəyyən olunduğu kimi saxlanmışdı.
Beləliklə, 1918-ci ildən başlayaraq naxçıvanlıların qəhrəmanlıqla, inadla, ardıcıl, cəsurluqla və ciddiyyətlə apardıqları mübarizənin, Azərbaycan və Türkiyə diplomatlarının məqsədyönlü, səbrli fəaliyyətləri, xüsusilə Behbud Ağa Şahtaxtinskinin dəmir iradə ilə apardığı diplomatik manevrlər, yazdığı məktublar, müraciətləri və təklifləri sayəsində əvvəlcə Moskva, sonra isə Qars müqavilələrində Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi kimi Rusiya, Türkiyə, Gürcüstan və Ermənistan tərəfindən tanındı və Naxçıvana beynəlxalq hüquqi təminat verildi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsində Qars müqaviləsinin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün xüsusən Moskva müqaviləsinin və xüsusən Türkiyə Cümhuriyyətinin imzaladığı Qars müqaviləsinin burada böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”.

“Səni indi sevdim.
Gülən gözlərinin ardındakı dərdlərini-
sevdim keçmişini.
Ürəyi sözlərində döyünən körpə səslərini-
sevdim gələcəyini.”

Zənnimcə tarix müəlliminin Naxçıvan sevgisi Atamın (M. K. Atatürk) Hatay eşqi, Heydər babanın (H. Əliyev) Naxçıvan sevgisi kimi ülvidir, atanın öz körpə övladına sahib çıxdığı kimi sahib çıxmışdılar öndərlərimiz Naxçıvana, Hataya. Eləcə də şair o ülvi sevgiyə sadiq qalan Vətən sevdalısıdır.

“Sevdim
el var, oba var –
daha demirəm nəyini sevdim.”

Bu misralar nədənsə mənə Əsabu – Kəf əfsanəsini xatırlatdı. Rəvayətə görə hökmdarın zülmlərindən və özünü Allah adlandırmasından bezən bir neçə nəfər hökmdardan və el-oba qınağından baş götürüb qaçırlar və mağaraya sığınırlar.

” Səni üzənin evi yıxılsın,
yıxılsın lap belə nəyi yıxılsın…
Fitili çəkilmiş qumbarayam
at məni
dərdlərinin səngərinə.
Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında”

Türkü nədir? Bütün müstəvilərdə mahnı ilə sinonimləşir. Xalq ədəbiyyatında çox geniş şəkildə yayılmış şeir nümunələridir. Qəhrəmanlıq, məhəbbət, təbiət gözəlliklərinin təsviri və s. mövzularda olur. Bu misralarda zabit Piriyev doğma Səngəri xatırlayır, lazım gəlsə qumbaraya, oda, alova dönərəm, yəni Bakıdan Naxçıvana qədər Türkü olaram- qəhrəmanlıq nəğməsi olaram, şücaət göstərib Sənin hər qarışını qoruyaram deyə Vətənə müraciət edir.

“… ötüb Zəngəzur səmasından:
əllərim əlinə dəydikdən sonra
sonu istər ölüm olsun,
istər ayrılıq”.

Zəngəzur dəhlizi nədir? – Azərbaycanın əsas hissəsini onun bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirməli olan nəqliyyat dəhlizidir. Tarix müəllimi gələcək nəsillərə dəhlizin önəmini bir mesaj olaraq ötürür.

“Səni səhər sevdim-
Azan gözləyən müəzzin kimi.
Səni günorta sevdim-
damla olmaqdan bezib
günəşə buxar kimi qaçmaq istəyən
Su damlası kimi.
Səni axşam sevdim-
demirəm necə sevdim…”

Bu misralar yenə Əsabu-Kəf rəvayətinə götürür məni. Xüsusən də “su damlası” ifadəsi…
Əshabi-Kəhfin yaxınlığında Dəmçixana adlı bir dağ vardır. Bu mağaradakı su damcısını rəvayət belə izah edir. Təmliha və onun dostları Əshabi-Kəhfdə yatdıqları zaman mağaranın girəcəyində olan bulaq möcüzəli şəkildə Dəmçixana dağına keçmiş və müəyyən vaxtlarda bu mağaradakı su damcılarına çevrilmişdir. Yerli camaatda belə bir inam vardır ki, öz taleyini bilmək istəyən hər bir kəs Dəmçixanaya getməli və oradakı mağaraya girib su damcısının başına damcıladığı vaxtadək orada dayanmalıdır. Damcının başına düşməsi həmin şəxsin arzusunun gerçəkləşəcəyi deməkdir. Əgər bu baş verməsə, nəzərdə tutulmuş işin uğurlu nəticəsini gözləməyə dəyməz.

“Səni axşam
Səni günorta
Səni səhər sevdim,
Demirəm necə sevdim
Ay zalım sevdim səni.

Yenə rəvayətə istinad edək : “Onların altısı da dincəlmək üçün mağaraya girdilər. Bu vaxt Allahın göndərdiyi yuxu mələyi gəldi və özünün enli qanadlarını açdı, qanadları ilə onların üstünü örtdü və onları yatırtdı. Onlar mağarada dərin ölüm yuxusu ilə yatdılar. Bu arada Daqyanus padşah öyrəndi ki, Təmlihanın başçılığı altında onun altı təbəəsi ona Allah olaraq ehtiram etmək istəməyərək şəhərdən qaçıblar və indi mağarada gizlənirlər. “
Yuxuda olan qəhrəman səhər, günorta, axşam demədən Daqyanusun əslində Allah olmadığını bilir və gerçək Tanrıya – bir olan Allaha sevgisini izhar edir. Sondakı “zalım” ifadəsi isə bəndənin “uman yerdən küsərlər” deyimindəki kimidir, qəhrəman mağaradan qurtulmağını- arzusunun gerçəkləşməsini gözləməkdən usanan bəndə övlad şıltaqlığı ilə Tanrısından gileylənir, sevgisinin qarşılığını görmək istəyir.

MÜƏLLİF: TURAN NOVRUZLU

EMİN PİRİNİN YAZILARI

GÜLNARƏ İSRAFİLİN YAZILARI

TURAN NOVRUZLUNUN YAZILARI


VAQİF OSMANOV. KİŞİLƏRƏ “DƏRS”.

TƏRANƏ MƏMMƏDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AKİF ABBASOV: QÜDRƏTİN BACISI.


QÜDRƏTİN BACISI
(hekayə)
Tofiqin Şıxmərdan kəndində çox yaxın dostu vardı. Adı Qüdrət idi. Onların dostluğu o qədər möhkəm idi ki, tez-tez Tofiq Qüdrətgilə, Qüdrət də onlara gedib- gələrdi.
Tofiq yaxşı futbolçu idi. Özü də mərkəz hücumçusu. Şıxmərdan və Cəmilli kəndlərinin cavanları da il uzunu öz qüvvələrini sınayır, futbol yarışına qatılırdılar. Gah bu kəndin, gah da o kəndin futbolçuları qalib gəlirdi. Cığallıq olmurdu, komandalar bir-biri ilə mehriban dolanır, bir-birinin xətrinə dəymir, oyun zamanı kobudluq, qanıqaraldıcı salmırdılar. Oyundan sonra hansı kənddə idilərsə, yöğılın yeməkxanaya gedir, orada nahar, yaxud şam edirdilər.
Bir gün Tofiq bərk yorulduğunu və susadığını görüb özünü oyun meydançasının yaxınlığındakı su krantına çatdırdı. Yarış zamanı, özü də möhkəm tərləyəndə su içmək ziyandır. Məşqçi bu barədə hər dəfə xəbərdarlıq edir, su içməyə icazə vermirdi: “Ağzınıza yaxalaya bilərsiniz, amma nəbadə suyu içəsiniz. Təsəvvür edin: qızmar bədəninizə birdən-birə soyuq su tökürsünüz. Bilirsiniz bu nədir, nəyə bərabərdir? Qaynar tavaya su tökməyə bərabər bir şey! Görürsünüzmü tava necə səs qoparır, fışıltısı hər tərəfə yayılır!”
Tofiq məşqçinin gözünü oğurlatmışdı. Su içib tez oyun meydançasına girəcəkdı. Amma krantın altına vedrə qoyulmuşdu. Kimsə su yığırdı.
Tofiq ətrafına baxdı. Vedrənin sahibi balaca bir qız idi. Tofiq vedrəni kənara itələyib ağzını kranta dayadı. Bir də onda gördü ki, kimsə onun başına, boyun- boğazına su əndərir. Dönüb baxanda həmin balaca qızı gördü. Qız tərs-tərs ona baxırdı. Tofiq istədi ona acıqlansın, amma qeyri-ixtiyari gülümsədi:
-Bağışla balaca, – deyib vedrəni krantın altına çəkdi. Qız Qüdrətin bacısı idi.
İllər keçdi. Tofiq universitetə qəbul edildi, əlaçı olduğuna görə, üçüncü kursdan sonra onu təhsilini davam etdirmək üçün Sankt-Peterburqa göndərdilər. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurub kəndə qayıtdı.
Qüdrətin kənddə olduğunu öyrənən Tofiq dostunu görmək istədi. Evə dəyib sonra Qüdrətgilə yollandı. Darvazanı gözəl bir qız açdı. Nağıllarda deyildiyi kimi, qız elə gözəl və xoşagələn idi ki, sanki Günəşlə bəhsə girib ona deyirdi: bu gün sən çıxma, mən çıxacağam; Aya da bəyan edirdi: bu gecə sən görünmə, mən görünəcəyəm.
Tofiq bir anlığa donub qaldı. Sanki nitqi kəsilmişdi. Nə Bakıda, nə də Sankt-Peterburqda bu gözəllikdə qız görməmişdi. Öz-özünə: “Yenə öz kəndimizə min şükür! Sən demə, nə Bakıda, nə də Rusiyada gördüyü qızların heç biri onun kəndinin qızına dəyməzmis”.
Qız dayanıb gözləyir, Tofiq gözlərini ona zilləyərək susurdu.
-Sizə kim lazımdır?
Tofiq özünü ələ alıb:
-Mən Tofiqəm, Qüdrətin dostu. Qüdrət evdədir?
Qız darvazanın ağzından çəkilib ona yol verdi:
-Xoş gəlmisiniz, dayı. Tanımadım, bağışlayın. Buyurun. Qardaşım evdədir.
Tofiq həyətə girə-girə: “Bu həmin qız olacaq. Başıma, boyun-boğazıma acıqla su əndərən qız. İlahi, nə gözəl olub! Necə dedi: dayı… Nə dayı. Vur-tut on yaş ondan böyüyəm”.
Anası az qala hər gün Tofiqi danlayır, gəlin gətirmək istədiyini deyirdi. Tofiq də hər dəfə zarafata salaraq: “Ana, hələ evlənməyə yaşım çatmır”, – deyib aradan çıxırdı.
Ana da hirslənib onun dalınca:
-Axırda məcbur eləyəcəksən, gedib xoşuma gələn qızlardan birinin qolundan tutub gətirəcəyəm evimə. Ondan sonra görüm sözün nə olacaq!” – deyirdi.
Tofiq də:
-Yaxşı, ana. Amma hələlik tələsmə, – deyib qaçırdı.
Bu gün isə evə gələn kimi özü dilləndi:
-Ana, çox fikirləşdim, gördüm ki, düz deyirsən. Evlənməyin vaxtıdır. Sən demə, evlənmək yaşına çatmışam.
Ana çox sevindi:
-Bəs mən nə deyirdim?!
Ana tez ayağa qalxıb kəlağayısını örtdü:
-Ay bala, hansı qapıya gedəcəyəm?
-Qonşu kəndə. Qüdrətgilə. Qüdrətin bacısı Ülkər olacaq gəlinin.
Bakı şəhəri, 26 mart 2021-ci il

Müəllif:   Akif ABBASOV 

pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.

AKİF ABBASOVUN YAZILARI

MAHİRƏ NAĞIQIZNIN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru