www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

COŞQUN XƏLİLOĞLU – QAR YAĞIB.

QAR YAĞIB

Çölə, düzə qar yağıb,
Dövlət yağıb, var yağıb.
Əkinçilər sevinir,
Zəmilərə bar yağıb.
Bəm bəyazdı, ağdı qar,
El- obaya yağdı, qar,
Bərəkətli zəmidir,
Bol məhsullu bağdı, qar.
Qar sevinc mənbəyidir,
Qüvvət-güc mənbəyidir,
Torpağın can dərmanı,
İnsanın gərəyidir.
Artıq soyuqdu, qışdı,
Qar yağıb, necə xoşdu,
Könlüm qar yağmağına
Sevindi, təbi coşdu.
Göydən töküləndə qar,
Qəlblərə sevinc yağar,
Qar elə gözəllikdir,
Onunla ümid doğar.
Dağa, arana yağdı,
Milə, Muğana yağdı.
Bu qar nur, işıq kimi
Azərbaycana yağdı.

Müəllif: Coşqun XƏLİLOĞLU

COŞQUN XƏLİLOĞLUNUN YAZILARI

QAR DƏNƏCİKLƏRİ

>>>>Qarlı günün isti şeirləri<<<<


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


“Yazarlar” jurnalı tərəfindən təşkil olunmuş müxtəlif tədbirlər zamanı qaliblərə və Azərbaycanı ölkəmizdən kənarda ləyaqətlə təmsil edən ziyalılarımıza təqdim olunur. təqdim olunur. Diplomdan ibarətdir. Azərbaycanın Xalq yazıçısı, dünya şöhrətli yazarımız Çingiz Abdullayevin icazəsi və xeyir-duası ilə ərsəyə gəlmişdir. № 0001 (05.03.2024-cü il, Bakı şəhəri) diplom şəxsən Çingiz Abdullayev tərəfindən Azərbaycan Yazıçılar Birliyində ölkəmizi Norveçdə ləyaqətlə təmsil etdiyinə, Ana dilimizin qorunmasında xüsusi xidmətlərinə görə Osloda Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbi nin koordinatoru, Yazarlar Jurnalı Norveç təmsilçisi xanım Günay Əliyeva (Gunay Aliyeva) ya təqdim olunmuşdur.

2024 – CÜ İL

GÜNAY ƏLİYEVA № 0001 05.03.2024 – BAKI.

GÜNNUR AĞAYEVANIN YAZILARI

ÇİNGİZ ABDULLAYEV MÜKAFATI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ZAUR BAYRAMOĞLU – DAŞ ŞABALID

DAŞ ŞABALID

I

Səhər yeməyini yeyib bitirdi. Süfrəni yığışdıran xanımını gözucu izləyə-izləyə dərmanlarını götürüb içdi. Ayağa qalxıb ağır addımlarla yataq otağına keçdi. Şifonerdən götürdüyü şabalıdları otaqda var-gəl edə-edə ovcunda ovuşdurmağa başladı. Barmaqları onların sürtünməkdən nazilib-incələn qabıqlarını oxşadıqca, bədəninə melatonik bir həzz yayılırdı. Şabalıdların bir-birlərinə toxunub çıxardıqları xaotik səslər qulaqlarından keçib beyninə dolur, barmaq uclarından yayılan istiliklə birləşib bioenerjiyə dönür, ruhunu oxşayırdı.

 “Müalicə seansı”nın bitdiyini düşündüyündə ovcunda oxşayıb-əzizlədiyi şabalıdlara baxıb ah çəkdi… İllərin alışqanlığı ilə otağın baş tərəfinə gedərək şifonerin qapısını açıb şabalıdları yerinə qoydu. Geri-geri çəkilib yatağın üstündə oturdu.

Əllərini dizlərinin arasında sıxışdırıb başını aşağı saldı…

Gözlərini boşluğa zilləyərək düşünür, zaman keçdikcə yaşamının bir parçasına çevrilən tünd qəhvəyi rəngli şabalıdların onun otağına haradan, necə gəldiyini xatırlamağa çalışırdı. Nəm çəkmiş köhnə lent kimi orası-burası pozulan yaddaşını qurcalasa da, onları haradan aldığını yadına sala bilmədi… Şabalıdlarla ilgili beyninə həkk olunmuş tək bir şey var idi: onları hər gün ən azı iyirmi dəqiqə ovuclarında ovuşdurmalı idi… Dəqiqəsi-dəqiqəsinə yerinə yetirdiyi göstəriş. Kim demişdi, niyə demişdi? Unudalı çox olmuşdu… Amma hər gün səhər saat doqquz tamamda yayı burulmuş saat kimi yatağı ilə üzbəüz qoyulmuş şifonerə yaxınlaşır, qapısını açaraq ən üst gözdən şabalıdları götürüb barmaqları arasında sıxışdırır, ovuclarında ovuşdururdu. Niyə etdiyi barədə heç bir fikri yox idi, bildiyi tək şey, bir kərə pozulduqdan sonra bir daha düzəlməyən səhhəti ilə şabalıdların arasında nəsə bir əlaqə olduğu idi.

II

Divar boyu bərkidilmiş “əlillər və ahıllar üçün tutacaq”dan tutub ayaqlarını ardınca sürüyə-sürüyə “əmək terapiyası” otağına yaxınlaşdı. Nəfəsini dərib qapını döydü. İçəridən incə, məlahətli səs cavabladı:

  • Gəlin.

Qapını açıb otağa daxil oldu. Tibb bacısı onun qoluna girərək stulda əyləşməsinə kömək etdi, özü də dolabdan ütülü ağ örtüyü götürüb masanın üstünə sərdi. Terapiya üçün istifadə olunacaq alətləri spirtlə dezinfeksiya edib örtüyün üstünə düzə-düzə:

  • Nə olub sizə? – deyə soruşdu.
  • İnsult, – deyib köks ötürdü.
  • Bilmirəm qidadandır, ya həyat tərzindən, xəstəliklər yaman cavanlaşıb.
  • Hə, elədir, ancaq mən pandemiyada peyvənd vurdurmuşdum, ondan sonra səhhətim pozuldu, sonu da belə, – deyib gözlərini endirdi.
  • Çoxdan keçirmisiz?
  • Yox, üç il öncə.
  • Daha öncə bərpada olmusunuzmu?
  • Hə, üç-dörd dəfə olmuşam.
  • Yəqin çox öncə olmusuz, çünki mən sizi daha öncə görməmişəm.
  • Bura ilk dəfədir gəlirəm.
  • Öncələri bizim rayonumuzda olmuşdunuzmu?
  • Əlbəttə, insultdan qabaq bir-iki dəfə olmuşam. Həm şəhəriniz gözəldir, həm də insanlarınız mehriban, qayğıkeş.

Xanım gülümsəyib yanağına tökülən birçəyini qulağının arxasına keçirtdi.

  • Rayonumuzu bəyənməyinizə sevindim.

Tibb bacısı bir tərəfdən onun əllərinin üstünü slikon alətlə masaj edir, digər tərəfdən söhbət edirdilər:

  • Daha öncə “əmək terapiyası” almısınızmı?
  • Xeyr.

Susdular, xanım əllərinin üstünü masaj etdiyi aləti kənara qoydu. Onun sağ əlini ovcuna alıb barmaqlarını başqa bir alətlə masaj etməyə başladı.

Onun hərəkətlərini izləyə-izləyə:

  • Siz ixtisasca fizioterapevtsinizmi? – deyə soruşdu.
  • Bəli, öncə tibb texnikumunu bitirmişəm, sonra da psixologiya və fizioterapiyaya dair əlavə kurslar keçmişəm.
  • Əvvəldən buradamı işləyirsiniz?
  • Öncə xüsusi qeyri-tədris müəssisəsində işləyirdim.
  • Nə əcəb özəldən çıxıb dövlətə gəldiniz? Mən bilən özəl şirkətlərdə əməkhaqqı daha yaxşı olmalıdır axı…
  • Məsələ əməkhaqqı deyil, – deyib ah çəkdi, – bilirsinizmi ora gələnlər hamısı problemli uşaqlardır, onlarla işləməyə ürəyim dözmədi, – deyə cavablayarkən iri qara gözləri kədərlə kölgələndi, əsmər yanaqlarından təbəssüm çəkildi…
  • Yəqin bura təzə gəlmisiz?..
  • Altı aydır, bilirsinizmi, həm iş şəraitinə, həm də əməkhaqqına görə bura mənə daha uyğundur, – deyib əlindəki aləti kənara qoydu, elektrikli titrəşim cihazını götürərək armudvari başlığı taxıb işə saldı. Onun ovcunu, barmaqlarını masaj edərkən əlini yumruq kimi tutmasını rica etdi.
  • Deyəsən sağ əlinizi az istifadə edirsiniz.
  • Hə, onu pensiyaya çıxartmışam, – deyib gülümsədi.

Tibb bacısı da gülümsədi… Dodaqlarının altından sıralanmış incilər göründü.

  • Sağ əlinizdə tonus var, mən sizə xüsusi hərəkətlər öyrədərəm, evinizə getdikdən sonra da davam edərsiniz.
  • Tənbəlliyim tutmasa, məmnuniyyətlə, – deyə cavab verdi.
  • Yox, belə eləməyin, öz üzərinizdə nə qədər çox işləsəniz, o qədər tez sağalacaqsınız.

“Əmək terapiyası” otağından çıxarkən tibb bacısı ona dörd ədəd yabanı şabalıd verib:

  • Bunları sağ cibinizə qoyun, boş vaxtınız olduqca əlinizə alıb ovuşdurun, həm barmaqlarınız açılacaq, həm də sinirləri oyanacaq.
  • Onları sizdən xatirə saxlayacam, – deyib təşəkkür etdi, dönüb otaqdan çıxdı. Yenə divarboyu bərkidilmiş tutacaqdan tuta-tuta fizioterapiya otağına gəldi. Müalicə kartını tibb bacısına təqdim etdi. Onun göstərdiyi çarpayıya yaxınlaşaraq soyunub uzandı…

III

Ertəsi gün səhər yeməyindən sonra dərmanlarını içdi. Müalicə kartını götürüb baxaraq, psixoloqun qəbuluna yollandı. İlk seans psixoloji durumunu öyrənmək üçün keçirilən sual-cavabla başlandı. Sorğu-sualı bitdikdə, dərdləşib içini boşaltdı. Seans bitdiyində xeyli yüngülləşmiş, dərdi dağılmışdı. Psixoloqun otağından çıxdı, iki addım atıb dayandı. Nəfəsini dərmək üçün divara söykəndi. Gülümsəyirdi, illərdir ki, həsrət qaldığı təbəssüm dodaqlarına qonmuşdu. Nə sağ yanağındakı iflic, nə tutmayan əlini, nə də oduna dönmüş ayağı vecinə deyildi… Yaşadığı, nəfəs aldığı üçün xoşbəxt idi. İlk dəfə görürmüş kimi, yanından keçib gedən tibb bacılarına, müalicə otaqlarının önündəki skamyada əyləşib növbələrini gözləyən xəstələrə baxdı. Gözlərini çevirib döşəməni, divarları, tavanı seyr etdi. Buraya gəldikdən sonra heç diqqət etməmişdi. Əla təmir olunmuş bina, avtomatik açılan qapılar və çöldə görünən mənzərə… Ürəyinin sürətlə atdığını hiss etdi. Tutacağın yardımı ilə dəhlizin sonuna qədər gəlib çatdı. Önündə açılan qapıdan keçib həyətə çıxdı. Divardan tuta-tuta gəlib nərdivanın sürahisinə söykənib dayandı. Təmiz havanı acgözlüklə ciyərlərinə çəkir, üfüqə zillənmiş gözləri ilğım görürdü. Xəstəliyin, dərdin, bəlanın olmadığı bir dünya vardı orada… Ölüm də yox idi, ədalətsizlik də… Kimsə kimsəyə haqsızlıq etmir, insanlar rəngarəng çiçəklərlə bəzənmiş yaşıl təbiətin qoynunda dərdsiz-qayğısız yaşayırdılar. Hər kəsin gözləri sevinclə parlayır, dodaqları sevgi sözcükləri pıçıldayırdı.

O da getmək, üfüqdə görünən insanlara qatılmaq, onların arasında yaşamaq istədi. Sürahidən ayrılıb irəlilədi. Qollarını açıb irəli uzatmış, üfüq xətti dünyası insanlarının onu sevinclə aralarına alacağından əmin irəliləyirdi. Üçüncü addımda ayağı boşa getdi.

Yetişən mühafizəçi qolundan tutub saxladığında sarsılıb özünə gəldi. Artıq üfüq xəttində görünən dünyası yox olmuşdu. Gözləri doldu, ağlamamaq üçün alt dodağını dişlərinin arasında sıxıb dayandı.

Mühafizəçi onun gözlərinə baxdıqda üzündəki sərt ifadə silindi, gülümsəməyə çalışaraq:

  • Əyninizin nazik olduğunu görüb gəldim çağıram ki, üşüməyəsiniz. İçəri keçməyinizə kömək edimmi?

Üşüdüyünü hiss etdi. Dişləri-dişlərinə dəyirdi.

  • Sizə zəhmət olmasın, özüm gedərəm, – deyib avtomatik qapıya doğru yönəldi. İçəri keçdiklərində mühafizəçi hansı müalicə otağına gedəcəyini soruşdu. Önündən keçdikləri qapının üstündəki yazıları oxuyub:
  • Fizioterapiya, – deyə cavabladı.

Müalicə otağında tibb bacısının göstərdiyi çarpayıya yaxınlaşdı, soyunub üzüaşağı uzandı. Tibb bacısı kürəyinə “karpazin” tozu səpdi. “Elektrofarez”in metal ucluqlarını kürəyinə düzdü. Üstünü örtərək “stribizator”u işə salıb, – tok varmı, – deyə soruşdu. Başı ilə təsdiqlədiyində “müalicə on dəqiqə davam edəcək, özünüzü yaxşı hiss etməsəniz səslənin”, – deyib yanından ayrıldı, pərdəni çəkib bağlayaraq getdi.

Özü ilə baş-başa qaldığında bayaqdan boğazını yandıran qəhəri qarşısında davam gətirə bilmədi, gözlərindən daşmağa yer axtaran selləri sərbəst buraxdı.

Öncə psixoloqla dərdləşib içini boşaltmanın verdiyi rahatlıqla çölə çıxıb təmiz hava almaq istəmişdi. Amma insult keçirdikdən sonra xarakterindəki dəyişkənlik özünü göstərmiş, keçmiş, sağlam günlərini xatırlayıb kövrəlmişdi. İndi budur, fizioterapiya otağındakı tibbi çarpayının üstündə uzanarkən yalnız qalmanın verdiyi arxayınlıqla səssiz-səssiz ağlayırdı. İllərdir ürəyində qubar bağlayan dərdləri yastığını isladan göz yaşları ilə bərabər çölə axır, cismindən ayrılıb ruhunu sakitləşdirirdi…

Fizioterapiya otağından çıxıb əmək terapiyası otağına yaxınlaşdı. Qapını döydü. Bir neçə saniyəlik gecikmədən sonra dünənki səsi eşitdi:

  • Gəlin.

Ürəyi atlandı. Bu səs məlhəm kimi onun ürəyini sərinlədirdi. Qapını açıb içəri boylandı. Onun yerinə bir başqa xəstə əyləşmişdi. Təlimatçı xanım onu müalicə etməklə məşğul idi. Üzr istəyib qapıdan çəkildi, yaxınlıqdakı skamyada əyləşərək sırasını gözləməyə başladı. Beş dəqiqə keçdikdən sonra içəridəki adamın çıxdığını görüb ayağa qalxdı, qapını açaraq otağa daxil oldu:

  • Sabahınız xeyir.

Tibb bacısı:

  • Sabahınız xeyir, bu gün dünənkindən gümrah görünürsünüz, – deyib stulu çəkərək əyləşməsi üçün ona kömək etdi.
  • Bəli xanım, bu gün daha yaxşıyam.
  • Daha da yaxşı olacaqsınız, – deyib masanın üstündəki alətləri dəyişdirdi, stulunun önünə hesab şotkasına bənzəyən aləti qoyaraq:
  • Seans müddətincə ayağınızı üzərinə qoyub hərəkət etdirin ki, sinirlərinizi oyatsın, – dedi.

Çəkələklərini soyunub ayağını üzərinə qoydu.

  • İstəyirsinizsə corablarınızı soyundurum.

O gülümsəyərək:

  • Yox, yox, lazım deyil, qoy qalıb, – deyə cavabladı.

Əllərini slikon yastıqla masaj etdikdən sonra keçən dəfəkindən fərqli alətlərlə məşq etməyə başladılar. Sakitliyi onun sualı pozdu:

  • Bağışlıyın xanım, adınızı öyrənmək olarmı?

Gülümsəyib onun gözlərinin içinə baxdı, yanağına düşmüş birçəyini qulağnın ardına keçirərək:

  • Əlbəttə olar, – deyə cavabladı, – adım Humaydır.
  • Nə gözəl… Sosial şəbəkədən istifadə edirsinizmi?
  • Facebook-da varam, amma demək olar ki, istifadə etmirəm.
  • Sizi orada tapmağa çalışacağam.

Humay işindən ayrılmadan:

  • Sorun deyil, istək atsanız, qəbul edərəm, – deyib istifadəçi adını, soyadını söylədi.

Müalicə otağından çıxdığında artıq dostlaşmışdılar…

Bərpa mərkəzindən ayrılarkən bir-bir müalicə otaqlarını gəzib tibb heyəti və xəstələrlə sağollaşırdı. “Əmək terapiyası” otağına getdi. Qapını döyüb gözlədi. İçəridən “gəl”, – deyə eşitdiyində otağa daxil oldu. Humay pəncərənin önündə dayanıb çöldə narın-narın yağan qara baxırdı. Onu gördüyündə gülümsədi, dodaqlarını büzərək:

  • Demək bu gün gedirsən hə? – deyə soruşdu.
  • Bəli Humay xanım, gəldim ki, sağollaşaq.
  • Sağ-salamat get. Bax ha, şabalıdları itirməyəsən, – deyib gülümsədi.
  • Yox, itirmərəm, – deyə cavablayıb nəfəsini dərdi, – salamat qalın Humay xanım, sizi unutmayacağam, – deyərək dönüb qapıdan çıxdı.

IV

Bəzən şabalıdları şifonerdən götürərək barmaqlarının arasında oxşayıb-əzizlədiyində yaddaşının get-gəlində onları bağışlayan gülərüz, incə qəlbli xanımı xatırlayırdı. Belə vaxtlarda bərpa mərkəzindən ayrılarkən verdiyi söz yadına düşür, hədiyyəlik şabalıdları itirməkdən qorxaraq yerinə qoyub gizlədirdi…

QEYD:

Zaur Bayramoğlunun satışda olan əldə etmək istəyirsinizsə Rəsmi Səhifəmizin WP xəttinə və ya ismarıc qutusuna yazın. İstənilən ünvana çatdırılma var.

Müəllif: Zaur BAYRAMOĞLU

ZAUR BAYRAMOĞLUNUN YAZLARI

Zaur Bayramoğlunun rəsmi səhifəsi

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Amon-Aamon-Hamman-Amin-Amen adları arasındakı oxşarlıq.

Amon-Aamon-Hamman-Amin-Amen adları arasındakı oxşarlıq.

  Monoteist dinlərdə və miflərdə bəzi onomastik vahidlər(adlar) vardır ki,onlar arasında tarixi sinktetik əlaqənin olub-olmaması dilçi,eləcə də dinşünas alimlərin arasında hələ də mübahisə mövzusudur. Bəhsi gedən mübahisənin köklü səbəbləri:

    1.Həmin sözlərin etimoloji tədqiqatı zamanı köklü mənbələrin tapılmaması.

    2.Alimlərin dünyagörüşlərinin və inanclarının müxtəlifliyi.

    3.Sözlərin orfoepiya sisteminin(səslənməsinin) eyni olması,lakim fərqli dil ailələrinə mənsubluğu

    4.Dinlərin arasında epistemologiyanın III idrakının(superrasional,yəni məntiqüstü iman idrakı) üstün olması və.s

 Bildiyimiz kimi Amon (Amun,Amana,Amoun) Qədim Misir inancının baş tanrısıdır. Adının tərkib hissəsindəki imn sözü görünməz mənasını ifadə edir və adının müxtəlif verdiyada səslənməsi Qədim Misirin ləhcələri ilə əlaqədardır.Bir qisim alimin fikrincə,monoteist dinlərdəki “Amin” ifadəsinin kökü Amondan gəlir. Lakin bu fikiri təkzib edən kifayət qədər Misirşünas tədqiqatçı mövcuddur. Belə ki,Ghilad Zuckermann kimi tədqiqatçılara görə amin sözünün tələffüzü iudaizm,xristianlıq,eləcə də İslam dininə görə fərqidir və “aymen”,”amen”,”amin” kimi səslənir.Bu söz İbranicə İncildə 30 dəfə rast gəlinir. Təkcə Qanunun təkrarında 27:15-dən başlayaraq 12 dəfə. Sabit “Amin, Amin” ifadəsi beş dəfə görünür – Məzmur 41:13; 72:19; 89:52; Saylar 5:22; Nehemya 8:6. Yeşaya 65:16 ayəsində iki dəfə “həqiqət” kimi tərcümə olunur. Sözün əvvəli sait səslə(ibranicə alef,ərəbcə əlif) başlayır. Lakin tanrı Amonun(misircə adı Ja’ma:ne)   adındakı ilkin hərf “yod” hərfidir. Qeyd edək ki, semit dil ailəsi və Qədim Misir dili flektiv dil quruluşuna malik olduğu üçün səsdəyişimi sait səslərin üzərində aparılır,samit səslər isə olduğu kimi yerində qalır. Qeyd etdiyimiz onomastik vahidlərin tərkibindəki səs quruluşuna nəzər yetirdikdə,gördük ki,”yod” səsi ibrani və ərəb dillərindəki amen və amin kəlmələrində mövcud deyil. Bundan əlavə müqayisəli tarixi dilçilik aspektindən məsələyə baxdıqda,bizə məlum olur ki, tanrı Amon göylərin yaradıcısı,məsuldarlıq allahıdır. Amin isə duaların sonunda işlənən kəlmədir ki, əminlik və amanlıq mənasını kəsb edir. Bu iki sözün arasında semantik məna bağlılığı olmadığı üçün tədadüfi səslənmədən dolayı onların arasında sinkretik bağlılıq olduğu fikirini söyləmək çətindir.

  Bundan əlavə məsələyə teoloji və tarixi baxış bucağından baxsaq,görərik ki, Amon və Amondan törəyənlərlə əlaqədar müxtəlif versiyalar mövcuddur. Rasionalistlərə görə Amon tanrıdan çox Misirin ilkin padşahlarındandır ki,sonradan yerli xalq onu bütləşdirmişdirlər. Amonhoteplər sülaləsinin adının da kral Amondan gəldiyinə dair fərziyyələr mövcuddur. Bəzi araşdırmaçılara görə isə tanrı Amon gözəgörünməz bir spiritual varlıqdır ki,onun cismani forması bütləşdirilərəq kahinlər tərəfindən yerli camaatı istismar etmək üçün xalqa təqdim etmişdir.Bir digər versiya da ondan ibradətdir ki, Amon məhsuldarlıq və bərəkət tanrısıdır. Mifologiyaya görə isə baş tanrı Amon sonradan günəş allahı Ra ilə güclərini birləşdirərək Misirə hökmranlıq etmişdirlər.Daha sonradan isə amonun müxtəlif motivləri (Amon-Re,Amon-Min) meydana gəlmişdir.

 Sadalanan versiyaların müxtəlifliyi bizə onu göstərir ki,monoteist dinlərdəki fundamental anlayışlar dəqiq olmayan və fərziyyələrə məruz qalan bir onomastik vahidlə semantik bağlılıq yarada bilməz. Çünki təktanrılı dinlər daim təzyiq və tənqid altında olduqları üçün dəqiq olmayan bir məlumata arxalanaraq inanclarındakı köklü ibadət məfhumlarını təhlükə altında ata bilməzdilər.

Qeyd:

Bibliyada Aminlə yanaşı Amon adı da istifadə edilirdi.

 İsrailin Allahı, Ordular Rəbbi dedi: “Budur, Mən Tebanlı Amonu, Fironu, Misiri, onun allahlarını, padşahlarını, Fironu və ona güvənənləri cəzalandıracağam”.

—  Yeremya 46:25

Sözügedən adların eyni anda istfadəsi bizə onu göstərir ki,həmin onomastik vahidlərin yazısı və mahiyyəti fərqli olduqları üçün xəttatlar onları fərqləndirməyi bacarmışdırlar.

Müxtəlif tarixçilər tanrı Amonun adından törəyənlərə Karfagen allahı Ball Hammonu, demonologiyadakı cəhənnəmin 7-ci ruhu olan Aamonu və Nubiya tanrısı Amounu misal verirlər. Belə ki,bu adların arasında semantik məna bağlılığının olmasını söyləmək mümkündür. Çünki Karfagen tanrısı Ball Hammoun də Misir allahı Amon kimi baş tanrı və bərəkət ilahəsidir. Hər iki tanrı kişi cinsinə məxsusdur və həyat yoldaşları(Amon-Amunet,Hammon-Tanit) vardır. Sadecə,aralarındakı əm böyük fərq səslənmə sistemidir ki, “yod” səsi sinkretik assosiasiyanın qarşısını alaraq tədqiqatçılar arasında çaşqınlıq yaradır.

 Nubiyadakı baş tanrı Amoun isə demək olar ki,tanrı Amonun Nubiya ekvivalentidir. Ona görə ki,bu iki dövlət tarixdə bir-biriləri ilə qonşu olub,hətta əksər hallarda Nubiya Misirin işğallarına məruz qalmışdır. Tanrıları arasında demək olar ki,paralelliklər eynilik kəsb edir yəni,köklü fərq yoxdur.

  Demonologiya elmi cindarlıq və şər qüvvələr haqqında elmdir ki,yəhudilər Misirdə olarkən bu elmlə ciddi şəkildə məşğul olmuşdurlar. Demotik düşüncəyə görə 72 ruh vardır və cəhənnəmin 7-ci ruhu Markiz Aamondur. Sehirbazlığın mötəbər kitablarından sayılan anonim müəllif tərəfindən qələmə alınan “Süleymanın kiçik açarı” adlı kitaba görə Aamonun xarici surəti bu formadadır. “İlan quyruğu olan canavar kimi görünür, ağzından od alovu qusur,lakin sehrbazın əmri ilə o, başı qarğaya bənzər it dişləri olan insan şəklinə də düşə bilir”. Güman edirik ki,yəhudilər Aamonun surətini sfinksdən və ya digər tanrılardan (Apepdən) ilhamlanaraq təsvir etmiş,adını isə tanrı Amondan götürmüşdürlər. Çünki Qədim Misir inancında ilanabənzər bir tanrı vardır ki,adı “Apep” idi. Bu Tanrı Nildə yaşayır və gəmiçiləri öldürdüyü üçün vəhşətin,qorxunun rəmzi mənasını kəsb edirdi.

  Göründüyü kimi təkallahlı dinlərin inancında olan Amin sonluğunun Amonla eyniləşməsini konkret formada söyləmək çətin məsələdir. Çünki adların yazılışı arasındakı fərq,sözlərin mahiyyətinin fərqli olması ciddi maneə doğurur. Fikirimizcə,bu ad plagiat olsaydı səslənməsi ilə bərabər kiçicik mahiyyəti(görünüş,vəzifə və.s) də özlüyündə götürərdi. Eyni ilə demonologiyada və Nubiyadakı Amonun ekvivalentləri kimi.

Qeyd:

Maraqlı bir məlumatı da qeyd edək ki, qədim türk tanrısı “Kaera” ilə Qahirə şəhəri arasındakı semantik bağlılığın olduğunu söyləyən müqayisəli tarixi dilçilər də mövcuddur. Onların fikrincə,hiksoslar şərqdən Afrikaya köç edib,Misiri işğal edərkən özləri ilə birlikdə türk,monqol kimi xalqların adət-ənənələrini və adlarını da özləri ilə aparmış və Misir mədəniyyətinə təsir etmişdirlər.

Mənbələr:

1.Mathers McGregor-Liddell, Samuel. The Goetia: The Lesser Key of Solomon the King,səh. 9-34

2.David Warburton, Architecture, Power, and Religion: Hatshepsut, Amun and Karnak in Context, 2012, səh. 211

3.Harper, Duqlas.Onlayn etimologiya lüğəti .”Amin”sözü

4.Thurston, Herbert (1907) . Herbermann, Çarlz . Katolik Ensiklopediyası . Cild. 1. “Amin” sözü

İnternet resursları:

1.https://en.m.wikipedia.org/wiki/Amen

2.https://ru.m.wikipedia.org/wiki/%D0%90%D0%BC%D0%BE%D0%BD

3.https://en.m.wikipedia.org/wiki/Baal_Hammon

4.https://en.m.wikipedia.org/wiki/Aamon

Müəllif: TANRIVERDİ ƏLİYEV

TANRIVERDİ ƏLİYEVİN YAZILARI



Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SEVGİ DOLU ŞEİRLƏR

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

SATIŞDA OLAN KİTABLAR

  1. SEVGİ DOLU ŞEİRLƏR

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

TUNCAY ŞƏHRİLİNİN KİTABI

>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: -“Pərdəli gəzməyən nəzərə gələr.”

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BİTİK.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Rəfail Tağızadə haqqında

Rəfail TAĞIZADƏ

Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb.

Ruhuna borclu adam!

“Soyunub əynini təzə gəlintək
töküb paltarını ayaqlarına,
gecə yağışında yuyunub təmiz,
əlində xınası qurumamış qız…
Mən səni sevirəm, sevirəm payız.”

Bu şeir ona məxsus olsa da, cismində gəzdirdiyi ruhdan doğulub. Təkcə bu misralar bəs edir ki, ruhuna salam verəsən. Salam!..
1958-ci ildə, qışın oğlan çağında Ağdamın Sofulu kəndində dünyaya gəlib. Uşaqlıqdan riyaziyyatı çox sevdiyindən dəqiq elmlərə marağı olub. Orta məktəbi Ağdamda bitirib, 16 yaşında Politexnik institutunun Avtomatika və hesablama texnikası fakultəsinə daxil olaraq, 21 yaşında ali təhsilini başa vurub. Uzun müddət “qapalı” hesab edilən müəssisədə müxtəlif vəzifələrdə çalışıb. Sonra Qarabağa yollanıb, müharibədə zabit kimi iştirak edib. Xidməti ordu komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri Fərmanlarla, eləcə də qiymətli hədiyyələrlə təltif olunub…
Deyir ki,- “Qaranlıqdan, tənhalıqdan, yalqızlıqdan, ölümdən qorxmuram. Bəzən axtardığımı gözübağlı daha tez tapıram. Sanki qaranlıqda daha yaxşı görürəm. Cəbhədə olanda, o qədər qaranlıqda dərəli-təpəli yol getmişəm ki. Yazmaq, yaratmaq başqalarının görmədiklərini görüb çatdırmaqdır. Nə yaxşı ki, mənimlə bərabər onları görə bilən oxucular da var.”
İstedadlıdır, gözəl ilhamı var. Bu ilhamdan qaynaqlanan təbi isə yaradıcılığından boylanıb gülümsəyir. “Qapı” və “Qarabağ rüzgarları”, “Gecə xəyalları”, “Su üzərində bahar” şeir kitablarının müəllifidir. Dünya, xüsusən də polyak şairlərinin şeirlərini Azərbaycan dilinə tərcümə edib. “Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir. Müasir polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” adlı şeir antologiyası kitabını hazırlayıb.
2006-cı ildə “Qarabağ qazisi haqqında ballada” poemasına görə Beynəlxalq “Rəsul Rza” mükafatına layiq görülüb. 2010-cu ildə dahi polyak bəstəkarı Şopenin 200 illik yubileyi ilə əlaqədar qələmə aldığı “Şopenin ürəyi” poemasına və Şopenin Azərbaycanda təbliğinə görə Polşa Respublikasının Mədəniyyət və Milli İrs naziri tərəfindən Diploma layıq görülüb. 2011-ci ildə ədəbiyyat üzrə “Nobel” mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik yubileyində Azərbaycanı təmsil edib. Şeirləri ingilis, alman, italyan, rus, polyak, ukrayna və özbək dillərinə tərcümə olunub…
Dənizi çox sevir. Onu saf, təmiz bir canlı kimi təsəvvür edir. Bu sevgini dilə gətirib söyləyir: “Dəniz məni daha yaxşı anlayır. Mən dənizi qısqanıram. Bəlkə o üzdən onunla görüşə payızda, qışda gedirəm. Heç kəs olmayanda. Onunla pıçıltıyla danışıram. Ürəyimi ona açıram. Ruhən təmizlənirəm. Olsun ki, dəniz sevgisi məndə hələ dünyaya gəlməmişdən yaranıb. Bütün dənizləri sevirəm, Xəzərə isə, xüsusi sevgim var. Təbii ki, dağları da, meşələri də sevirəm. Onlarla da rahatlanıram, sakitləşirəm, ancaq dəniz mənimçün bambaşqadı…”
“Şair dostum, vətəndaş dostum, dərd, ələm dostum”- deyən, dünya şöhrətli alim Rafiq Əliyevdən tutmuş, polyak şairlərinə kimi onun haqqında çox adamlar fikir söyləyiblər, şəxsiyyətinə, yaradıcılığına yüksək dəyər veriblər…
Bəli, düz tapdınız, söhbət şair Rəfail Tağızadədən gedir. Ehtiyatda olan polkovnik-leytinant, şair, publisist Təranə Məmməd isə onun barəsində belə yazır: “Rəfail Tağızadənin ədəbi yaradıcılığı uzun müddətdir ki, oxucuların diqqətini cəlb edir. Onun yaradıcılığı çoxşaxəlidir. Hansı janra əl atırsa, orda qeyri-adi, maraqlı bir əsər ortaya qoya bilir.
Rəfail Tağızadə adi şeir yox, sözlərdən, kəlmələrdən toxunmuş incə naxışlı, rəngarəng ilməli həqiqi söz xalıları – söz sənəti nümunələri yaradır. Onu başqalarından fərqləndirən bir çox cəhətlər var. Ən əsası da odur ki, şair insanın müxtəlif emosional anlarını – sevinci də, kədəri də qeyri-adi və eyni zamanda çox təbii təsvir edə bilir. Dilimizdə mövcud olan adi, hər kəsin işlətdiyi sözlərdən yeni mürəkkəb bir aləm yaradıb oxuculara təqdim etməyi bacarir…”
“Yenə bir baharın qonağı oldum.
Yenə nar çiçəyi açdı bir səhər,
(mənim sevgi gülüm, nar çiçəkləri)
yenə bədirləndi Ay da bu gecə,
yenə Xəzərimi dalğalı gördüm,
yenə qağayılar nəğmə oxudu,
yenə dəniz mehi vurdu üzümə,
yenə qızılgüllər açdı səninçün.
Çəmənlər yamyaşıl, ağac yamyaşıl,
yenə uşaqların gözləri gülür,
yenə pəncərədə pərdə tərpənir,
evimin qapısı döyülür yenə…
Demək, mən bir il də yaşadım hələ…”

– deyən Rəfail Tağızadənin fevralın 11-də 66 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Çox yaşa, ruhuna borclu, ölümdən qorxmayan adam!..

Müəllif: ELMAN ELDAROĞLU

ELMAN ELDAROĞLUNUN YAZILARI

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

11 fevral Rəfail Tağızadənin doğum günüdür! – Təbrik!

Doğum gününüz mübarək!

Bu gün gözəl insan, sevimli şair, tanınmış ictimai-siyasi xadim Rəfail Tağızadənin doğum günüdür. Ad gününüz mübarək, Rəfail müəllim! Uca Yaradandan Sizə can sağlığı, uzun ömür və bütün işlərinizdə müvəffəqiyyətlər arzu edirik!!! Uğurlarınız bol olsun!!!

Rəfail TAĞIZADƏ

Rəfail Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Müəllim

İLHAM VƏLİYEV HAQQINDA

Vəliyev İlham Əli oğlu, 7 oktyabr 1959 –cu ildə Tovuzu rayonunun Əlibəyi (yəqin ki, bu kəndi hamı tanıyır) kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Pedoqoji Universitetinin Riyaziyyat fakültəsini bitirib. Müəllimliklə başladığı fəaliyyəti dövründə indiyə qədər bir çox təhsil müəssisələrində müxtəlif vəzifələrdə çalışıb. İqtisad elmləri namizədi, dosentdir. Hal-hazırda özündən söz etdirən Şamaxı Dövlət Regional Kollecinə rəhbərlik edir. QƏHRƏMANIMIZI YAXINDAN TANIYAQ:

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təvəkkül Goruslu – Kiçik Çilə

KİÇİK ÇİLƏ

Bahar olub kiçik çilə,
Sərtliyi yox, şaxtası yox.
Kəhər olub kiçik çilə,
Cilovu yox, noxtası yox.

Tən yarısın verib yelə,
Nə qarı var, nə donu var.
Mərd olsa da kiçik çilə,
Boz ay adlı bir sonu var.

Qış fəslinin ən kiçiyi,
Qışlığına xilaf çıxıb.
Ərköyündü, var tərsliyi,
Alıb Günü göyə taxıb.

Bahar olub kiçik çilə,
Qışda yazla ətirlənib.
Yaxasında dönüb hilə,
Gecə ayla bədirlənib.

Ruh yüksəkdə, əhval nikbin,
Sətirlərdə süzür qələm.
Şüur aydın, fikir bitkin,
Təbəssümlə yazır qələm.

Vətənimin hər yerində,
Qışda bahar cövlan etsin.
Sıxıntıda, dərd-sərində,
Köməyinə Mövlam yetsin!

10. 02. 2024.

Müəllif: Təvəkkül GORUSLU

TƏVƏKKÜL GORUSLUNUN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru