www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

Boz kurd Türk mitolojsinde ve medeniyetinde

Boz kurd Türk mitolojsinde ve medeniyetinde

12 bin yıldan beri , Boz kurd dünya Türkleri arasında kutsal sayılır ve Türklerin bir kaç kevmleri bu adet ve eneneni günümüze keder taşımışlardırlar.
İran coğrafiyasıde Türkler en azı 45 milyon kişi yaşamakdadirlar.
bu Türklerin mitolojysinde Boz kurd kutsal taninuyur . Günümüzde
Güney Azerbaycanın Karadağ bölgesinde, her ayilede erkek cocuk dünyaya gelerse, o cocuğun göbegini Bozkurdun belinde olan uç pacalı kemigi ile
bağlarlar ki o erkek uşak Boz kurd gibi yürekli olsun.
bu adet ve enene, Türklerin eski inançları sayılan şemenizm den gelmiştir ve günümüze keder korunmuştur

Hamid Ahmedzade
21.1.2024 istanbul

Mənbə: Serhat KABAKLI

Serhat Kabaklı. BİL OĞLUM.

SERHAT KABAKLININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

ƏDƏBİ-NƏZƏRİ FİKİR TARİXİ HAQQINDASANBALLI TƏDQİQİQAT ƏSƏRİ

ƏDƏBİ-NƏZƏRİ FİKİR TARİXİ HAQQINDA
SANBALLI TƏDQİQİQAT ƏSƏRİ

Tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Respublika-sının Əməkdar mədəniyyət işçisi, filologiya elmlər doktoru, professor Rafiq Yusifoğlunu tələbəlik illərindən – 60-cı illərin sonlarından tanıyıram, indi də bir kafedrada işləyirik; belə demək mümkünsə, cavanlığımız və ahıllığımız bir yerdə keçir… Onun insanlığı, təvazökarlığı, həqiqətin, haqqın yanında olması, səmimiyyəti və obyektivliyi bir qələm və ürək dostu kimi həmişə məni qane edibdir. Hələ gənclik illərindən istedadlı bir qələm sahibi kimi tanımışam, uzun illər mətbuatda imzasını maraqla izlə-mişəm, haqqında yazmışam, fikir və münasibətimi bildirmişəm, istər şeirlərini, istərsə də elmi-publisistik məqalələrini, kitablarını məmnunluq hissi ilə oxumuşam…
Aləmdə, yəni yaradıcılıq mühitində tanınan kəslərdən biridir. Şair kimi, xüsusən, uşaq dünyasına hakim olan şair kimi məşhurdur. Bir sözlə, müasir dövrümüzün maraqlı həyat və yara-dıcılıq yolu keçən tanınan ziyalı şəxsiyyətlərindən biridir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakül¬təsində təhsil alıb, bir müd¬dət Sumqayıt şəhərində müəllim işləyən şair AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuş, “Azərbaycan Sovet poemasının inkişaf problemləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). Ümumiyyətlə Azərbaycan poema janrının problemləri onun tədqiqatının başlıca stixiyasını təşkil edir. Təsadüfi deyildir ki, Rafiq Yusifoğlu 2006-ci ildə “XX əsr Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri” mövzu¬sunda dissertasiya müdafiə edərək filologiya elmləri doktoru adını almışdır.
Ümumiyyətlə onun ədəbi-ictimai fəaliyəti olduqca maraqlı və səmərəli olmuşdur və bu sayaq da davam etməkdədir. 1985-ci ildən 1992-ci ilədək “Göyərçin” jurnalında söbə müdiri, 1992-ci ildən 1996-cı ilədək məsul katib, 1996-1997-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” baş redaksiyasında “Elm, mədəniyyət, incəsənət” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1997-ci ildən “Göyərçin” jurnalının baş redaktorudur. Şairin uşaq ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır.
Hazırda Sumqayıt Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur.
O, gənc tənqidçilərin Moskvada keçirilən birinci (1982), ikinci (1985) və üçüncü (1988) Ümumittifaq seminar¬ları-nın, Qazaxıstanda keçirilən Beynəlxalq Uşaq ədəbiyyatı günləri-nin (1989) iştirakçısı olmuşdur.
Ədəbi fəaliyyətə hələ orta məktəbdə oxuyarkən başla-mış, 1966-cı ildən şeirləri, məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi məşğul olur. Əsərləri bir sıra dillərə tərcümə edilib, dərsliklərə düşüb. Çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin müəllifidir. Əsərləri əsasında “Qəm karvanı”, “Bütün Azərbaycan əsgər olmalı” televiziya tamaşaları çəkilib, dəfələrlə nümayiş etdirilmişdir. Bütün ömrünü, həyatını ədəbiyyata, onun tədqiqi və təbliğinə həsr edən Rafiq Yusifoğlu çoxşaxəli yaradıcılıq yolu keçən istedadlı qələm sahiblərindəndir. Onun istər poeziya, istər uşaq ədəbiyyatı, istər bədii tərcümə, istər jurnalistika, istərsə də ədəbiyyatşünaslıq sahəsindəki uğurları göz qabağındadır.
Rafiqin əllidən artıq şeir kitabı, elmi monoqrafiyası, dərslikləri vardır. İyirmi ilə yaxındır ki, respublikanın ali məktəblərində mühazirələr oxuyur və biz bu gün qarşımızda onun son ədəbiyyatşünaslıq-tədqiqat işi – “Ədəbi nəzəri fikrin inkişaf mərhələləri” (Bakı, Elm və təhsil, 2016, – 368 s.) kitabını əlimizdə dəstəvuz edərək Rafiq Yusifoğlunun həm bu tədqiqatından, həm də ümumiyyətlə ədəbi-nəzəri fikir dünyasından danışmaq, oxucularımıza elmi fəaliyyəti barəsində məlumat vermək istərdik…


Bəri başdan deyim ki, son vaxtlar belə samballı, yüksək nəzəri səviyyəli kitab oxumamışdım. Əsəri böyük zövqlə, azal-mayan bir maraqla mütailə etdim… Monoqrafiya mənim içimdə məmnunluq hissi oyatdı. Tədqiqatın monumentallığı və əhatəliliyi onu da göstərir ki, Rafiq bu işi qısa müddətdə deyil, uzun illər boyu ciddi araşdırmalar və axtarışlar sayəsində hasilə gətirmişdir. Tədqiqat boyu elmi-nəzəri materialın əhatəliliyi, konkret nəzəri problemlər üzrə qruplaşdırılıb araşdırılması məqbul və xoşagə-ləndir. Obyektiv və ayıq elmi münasibət, irəli sürülən mülahizələr, tezislər inandırır, dolğunluğu və aktuallığı ilə diqqəti çəkir.
Göründüyü kimi, Rafiq Yusifoğlunun bu monaqrafiyası da, aktual problemə həsr edilibdir. Müəllif araşdırmalarını düzgün metedoloji əsasda qurduğundan, ədəbi-nəzəri fikrin inkişaf mərhələlərini dəqiq müəyyənləşdirdiyindən və hər mərhələni doğru qiymətləndirərək ətraflı izlədiyindən mövzu və problematika haqqında dolğun təsəvvür yarada bilmişdir. Beləliklə, biz o qənaətdəyik ki, prof. Rafiq Yusifoğlunun “Ədəbi nəzəri fikrin inkişaf mərhələləri” tədqiqat əsəri bu istiqamətdə boşluğu doldurmağa, ehtiyacı ödəməyə xidmət edir…
Yeri gəlmişkən, onu da qeyd edim ki, prof. Rafiq Yusifoğlunun bu istiqamətdə 15-ə qədər dəyərli tədiqat işləri də məlumdur.
Bu qədər faydalı əsərləri araya-ərsəyə gətirmək Rafiqin istedadından, tükənməz yaradıcılıq enerjisindən, zəhmətsevər-liyindən xəbər verən danılmaz faktlardır. O, bu zəhməti və istedadı müqabilində “Qızıl qələm”, “İlin ən yaxşı kitabı”, “Araz”, “Vətən” və s. ali ədəbi mükafatlarının laureatı kimi də mükafatlan¬dırılmışdır.
Rafiq Yusifoğlu rəsmən elm aləminə 1979-cu ildə daxil olub və dediyim kimi, bu işə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasından başlayıb, görkəmli ədəbiyyatşünaslarla ünsiyyətdə olub. Ustadlarını, xeyirxahlarını unutmayan, qədirbilənliklə onları yad edən Rafiq yazır: “İndi dünyalarını dəyişmiş çox hörmətli ədəbiyyatşünaslarla – Mirzağa Quluzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Kamal Talıbzadə, Yəhya Seyidov, Qasım Qasımzadə, Əkbər Ağayev, Yaşar Qarayev, Şamil Salmanov, Arif Hacıyev, Kamran Məmmədov və başqaları ilə ünsiyyətdə olmağım ədəbiyyatşünaslıq elmi haqqında təsəvvürlərimi xeyli genişləndirdi. Aspiranturaya girməyimdə də, müdafiə edib elmi dərəcələr almağımda da, bu adamların bu və ya digər dərəcədə rolu olub. İndi onların hamısının ruhu qarşısında baş əyirəm.”
Təsadüfi deyildir ki, bu adlarını çəkə bildiyi və çəkmədiyi müəllimləri, həmkarları, qələm dostları, tələbələri belə, onun şəxsiy¬yəti və yaradıcılığı barəsində qiymətli fikirlər və mülahizələr söyləmişlər…
Fikrimizə sübut kimi, bir sıra tanınmış ədəbiyyatşü-naslarımızın, lap elə, adi oxucularının onun tədqiqatları barəsində yazdıqları, söylədikləri fikirlərindən bəzi nümunələri oxucuları-mızın nəzərinə çatdırmaq istərdik.
Tələbəsi Çobanzadə Aynur: “Hörmətli Rafiq müəllim, əvvala Sizə öz adımdan dərin minnətdarlığımı bildirirəm ki, Rusiyada doğulub-böyümüş bir insana öz doğma ədəbiyyatımızı sevdirdiniz. Siz “Ədəbiyyatşünaslığın əsasları” kimi gözəl bir dərslik işləyib hazırlamısınız. Nəzəriyyənin bütün incəliklərini öz kitabınızda əks etdirmisiniz. İnanın ki, bu, biz tələbələr üçün çox dəyərli bir kitabdır. Yəni ömürlük Sizdən bizə, bizdən də gələcək nəsilə bir xoş xatirə kimi qalacaq.”
Müəllif-müəllim üçün tələbə və oxucu məktubundan da qiymətli qeyri bir şey tanımıram…
Elmi rəhbəri, filologiya elmlər doktoru, şair Qasım Qasımzadə: “..Poemalarda xarakter məsələsinə estetik yanaşmada müəllifin millilik kateqoriyasını ön plana çəkib problemi realizm baxımından qimətləndirməsi, eləcə də obrazların nə dərəcədə koloritli verildiyini aydınlaşdırması baxımından maraqlıdır və yenidir. …Onun olduqca zəhmətsevər və zəkalı olduğu qənatinə gəlmişəm.”
Filologiya elmlər doktoru, prof. Əkbər Ağayev: “Deyim ki, Rafiq bişmiş və ərsəyə gəlmiş, elmi tədqiqatın nə demək olduğunu dərk etmiş hazırlıqlı kadrlardandır.”
AMEA-nın müxbir üzvü, filologiya elmlər doktoru, professor Yaşar Qarayev: “Əzizim Rafiq! Monoqrafiyanı zövqlə, azalmayan bir maraqla oxudum. Xüsusən yaxın keçmişin böyük epik ənənəsinə verilən təhlil və qiymət metedoloji cəhətdən tarixi-elmi əhəmiyyət kəsb edir.”
Tanınmış ədəbiyyatşünas, filologiya elmlər namizədi, dosent Yaqub İsmayılov: “Mən Rafiq Yusifoğlunu 30 ilə yaxındır ki, tanıyıram. Rafiq müəllim yüksək insani keyfiyyətlərə malik bir ziyalıdır, zəhmətkeş alimdir, istedadlı şairdir. Onun “Azərbaycan poeması: axtarışlar və perspektivlər” monoqrafiyası, ali məktəblər üçün yazdığı “Ədəbiyyatşünaslığın əsasları”, “Müasir ədəbi proses və ədəbi tənqid”, “Uşaq ədəbiyyatı” dərslikləri çox faydalı və praktik əhəmiyyəti olan əsərlərdir.”
Filologiya elmlər doktoru, professor Cəlal Abdullayev: “Mən Rafiqin bir cəhətini daha çox sevirəm. O da nədir? Rafiq kimi özündən əvvəlkiləri ehtiramla yad edən, hər kəsin öz qiymə-tini verən ikinci bir adam tanımıram.”
Bu misalların sayını çoxaltmaq olar – Təhsin Mütəllibov, Vaqif Arzumanlı, Nazif Qəhrəmanlı, Kamran Əliyev, Qurban Bayramov, Vəli Osmanlı, Şamil Vəliyev, Alxan Məmmədov, Vaqif Yusifli, Allahverdi Eminov və onlarla başqaları, ən müxtəlif nəsilləri əhatə edən tənqidçi və ədəbiyyatşünaslar Rafiq Yusifoğ-lunun elmi yaradıcılığını yüksək qiymətləndirmişlər…
Mən bəndeyi-fəqir də, vaxtilə onun poema janrının sənətkarlıq xüsusiyyətlərinə həsr etdiyi elmi əsəri belə qiymətlən-dirmişəm: “Bu Rafiq müəllimin yeganə işi deyildir: o bu mövzuda fundamental doktorluq işi yazmış, bir neçə monoqrafiya, dərslik, çoxlu sayda məqalə, məlumat, tədqiqat tipli yazılar çap etdirmişdir. Bu kitab, xüsusən XX əsrdə Azərbaycan poemasının bir çox nəzəri və sənətkarlıq xüsusiyyətləri haqqında ətraflı təsəvvür yaradır”.
Bunları niyə misal gətirdim? Əvvala bu fikirlər Rafiqin bir alim kimi şəxsiyyəti, elmi yaradıcılığı, tarixə baxışı, ədəbi fikir siferasında tutduğu yeri dürüst müəyyənləşdirməklə yanaşı, ona müasir ədəbi-elmi mühitin münasibətini bildirir. Bu fikirləri bir cəhət xüsusən birləşdirir – Rafiq Yusifoğlunun istedadını, daima axtarışa meyilliliyini, mühüm və çətin problemlərin həllinə səriştəli və cəsarətli münasibətini, sadəliyini, təvazökarlığını və s. alim-ziyalıya məxsus yaxşı nə varsa onu ehtiva edir…
Sonra da, Rafiq Yusifoğlunun qarşımızdakı kitabının sonuncu, “Əlavə” adlandırdığı hissədə onun barəsində qələm dostlarının fikirlərini verməsi həm qədirşünaslıqdır, həm də maraqlı bir formadır ki, biz də həmin hissədən istifadə edərək öz münasibətimizi bildirdik…
Ümumiyyətlə, müəllifin “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” monoqrafiyasının mündəracatı zəngindir və müəyyən elmi-nəzəri, tarixi-xronoloji sistemlə tərtib edilmişdir. Rafiqin bu kitabı-tədqiqatı da monumentallığı ilə seçilir. Ən qədim dövrdən bu günümüzə qədər ədəbi-nəzəri fikrin inkişafını mərhələlər üzrə izləmək, ümumiləşdirmək, qiymətləndirmək xüsusi hazırlıq və səriştə tələb eləyir.
Burada böyük və keşməkeşli, müxtəlif sosial-tarixi mərhə-lələrdən keçən, böyük tarixi dövrün məhsulu olan, müxtəlif nəzəri istiqamətləri əhatə edən, fərqli ədəbi-nəzəri üslublarda yazılan əsərlər, elmi-nəzəri baxışlar tədqiqata cəlb edilir, dünya nəzəri fikir kontekstində Azərbaycan ədəbi-nəzəri fikrinin təkamül yolu canlandırılır…
Tam aşkar görsənir ki, müəllif Şərq və Qərb ədəbi-nəzəri fikrinin başlıca, əsas istiqamətlərini dərindən öyrənmiş, izləmiş, mövcud nəzəri ədəbiyyatdan sərf-nəzər etməmişdir. Fikrimizcə, müəllif qədim və orta əsrlərdən üzü bəri Şərq-Qərb ədəbiyyat-şünaslığının, estetikasının, elmi-fəlsəfi təmayüllərin mühüm mənbələrinə istinadən, əslində, dünya ədəbi-nəzəri fikir tarixini yaradıbdır.
Monoqrafiya “Ön söz əvəzi” ilə başlayır və “Nəzəri fikrin təşəkkülü”, “Orta əsrlərdə nəzəri fikir”, “XIX əsrdə ədəbi-nəzəri fikir”, “XX əsrdə ədəbi-nəzəri fikir”, “Sovet dövründə ədəbi-nəzəri fikir”, “Müstəqillik illərində ədəbi-nəzəri fikir”, “Müsir dünyada nəzəri-estetik fikir” ümumi başlıqları altında yarımfə-siilərdə öz əsas məzmununu tapır, “Son söz əvəzi”, “Ədəbiyyat siyahısı” və mündərəcata düşməyən, lakin olduqca vacib olan “Əlavə”dən ibarətdir.
Məlumdur ki, ədəbi prosesin formalaşmasında mühit, sənətkar şəxsiyyəti, yaradıcılıq psixologiyası, varislik prinsipi mühüm əhəmiyyət kəsb edir. Görkəmli sənətkarların bədii söz və onun qanunauyğunluqları haqqında fikir və mülahizələri də böyük maraq doğurur və ümumən ədəbi-nəzəri fikrin formalaşmasında iştirak edir, ona stimul verir. Müəllif tədqiqatı boyu bu məsələləri nəzərdə saxlamış, müasir gənc filoloqlara dərslik səviyyəsində istiqamətverici bir əsər yazmış, ədəbi nəzəri fikir nədir, necə formalaşır, nə cürə inkişaf edir və hansı mərhələlərdən keçmişdir kimi problematik sualları cavablandırır.
O da məlumdur ki, ədəbi-nəzəri fikir ümumilikdə bədii əsərin ideyası, məzmun və forması, onun struktru, sujet və komp-ozisiyası, obrazlar sistemi, rəngarəng sənətkarlıq komponentləri, bədii təsvir və ifadə vasitələri, dil, eləcə də həyatı nə şəkildə əks etdirmənin prinsipləri haqqında düşüncələr sistemidir. Rafiq Yusifoğlu səriştə göstərərək bütün bu sistemin elmi şərhini ortaya qoymuş, onun təkamülünü izləmiş və ümumiləşdirmişdir…
Zəhmətkeş tədqiqatçı eramızdan əvvəl Şərqdə Zərdüştün (e.ə. VII-VI əsrlər), Buddanın (e.ə.VI əsr), Lao Tszının (e.ə. VI əsr), Konfutsinin (e.ə..VI əsr), Yan Çyunun (e.ə.440-360), Çjuan Tszinin (e.ə. 369-286) və başqalarının, Avropa dünyasında – Yunanıstan və Romada Falesin (e.ə.625-547), Anaksaqorun (e.ə.500-423), Heraklitin (e.ə.540-480), Pifaqorun (e.ə.580-500), Zenonun ( e.ə. VI əsr), Empedoklın (e.ə.485-425), Sokratın (e.ə. 469-399), Demokritin (e.ə.460-350), Platonun (e.ə.428-347), Diogen Sinoplunun (e.ə.404-323), Fukudidin (e.ə.460-400), Aristotelin (e.ə.384-322), Epukurun (e.ə.342-271), Siseronun (e.ə.106-43), Lukretsi Karın (e.ə. 99-55), Senekanın (4-65), Epiketin (50-138), Mark Avrelinin (121-180) və başqalarının fikirlərini bir daha, yenidən izləmiş, antik dövrün fikir adamları ilə müasir gənc oxucusunu, tələbələrini tanış etmiş və düzgün olaraq o qənaətə gəlmişdir ki, bu nəhəng insanların fikirləri həm insan-ların dünyanı dərkinə, yaşam tərzlərinə, həm də onların yaradıcı təxəyyüllərinin yeni istiqamətdə inkişafına təkan vermişdir…
Xüsusən, Rafiq Yusifoğlu bu konsepsiyanı izləyərkən, həmişə Avropa ədəbiyyatşünaslarının daha çox üstünlük verdikləri “avrosentrizm”dən uzaqlaşmış, həqiqiəti ortaya qoyaraq ta qədimdən dünya ədəbi-nəzəri fikrinin formalaşmasında obyektiv ilkinliyi, başlanğıcı Şərqdən götürmüş; Avestaşünaslığa, Şumerşünaslığa, Qədim Çin təfəkkürünə, Buddizmə, prototürk dastançılıq ənənələrinə diqqəti cəlb etmiş, inandırıcı arqu-mentlərlə, zəngin misallarla, mənbələrə əsaslanaraq konsep¬siyasını ortaya qoymuşdur…
Belə ki, monoqrafiyada Şərq poetikasının türk, ərəb, farsdilli ədəbiyyatın minillik ədəbi təcrübəsinə istinadən yaradılan mükəmməl bir nəzəri sistem izlənilir, bu sistemin yaradıcılarından olan Sibaveyh, İbn Quteybə, Qudamə ibn Cəfər, Əbdülqahir Curcani, Eynülqüzzat Həmədani, Şeyx İşraq, Əl-Fərabi, Nəsrəddin Tusi, Kami Qəzvini, bəlağət elminin banisi sayılan Cahiz və başqaları haqqında verilən məlumatlar, onların fikir və mülahizələrindən gətirilən sitatlar həm Şərq poetikasının görkəmli nümayəndələri, həm də bu poetikanın nəzəri-estetik prinsipləri, kateqoriyaları haqqında dolğun təsəvvür yaradır.
Burada bir cəhəti də, qiymətləndirmək gərəkdir ki, Rafiq Yusifoğlu fikirlərini sübuta yetirməkdən ötrü Qərb və Şərq mənbəşünaslığı ilə yanaşı və bəlkə də, bir az da, üstünlüklə Azərbaycan mənbəşünaslığından istifadə etmiş və bununla da ədəbi-nəzəri fikrin təkamülündə Azərbaycan ədəbiyyatşü-naslığının nəticələrini önə çəkərək qiymətləndirmişdir…
Rafiq Yusifoğlunun bu əsərinin ən maraqlı konseptual xətlərindən biri də, ədəbi-nəzəri fikrin formalaşmasında təkcə nəzəri fikir adamlarının deyil, klassik, görkəmli sənətkarların rolunu əhəmiyyətli bir dərəcədə izləməsidir. Bu hissədə Xətib Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin poetik və bədii əsərlərinə, divanlarına yazdıqları dibaçələrə əsaslanaraq onların ədəbi-nəzəri görüşlərinin məğzi konseptual şəkildə açıqlanır, İntibah (resenans) dövrünün, Sufizm – təsəvvüf və hurifizmin bu yöndən mahiyyəti açıqlanır, orta əsrlər nəzəri fikrinin mühüm abidələrindən olan Bualonun “Poeziya sənəti” əsəri qiymətləndirilir.
Rafiq Yusifoğlu xronoloji ardıcıllıqla XIX və XX əsrlərdə təkamül edərək formalaşan dünya ədəbi-nəzəri fikrinin nəhəng-lərindən olan V.Q.Belinskinin, Jül Renarın, M.F.Axundzadənin, sonrakı əsrdə A.Səhhətin, M.Ə.Sabirin, Y.V.Çəmənzəminlinin ədəbi-nəzəri görüşlərinin səciyyəvi cəhətlərindən söhbət açır.
Monoqrafiynın ən maraqlı hissələrindən biri də, “Sovet dövründə ədəbi-nəzəri fikir” başlığı altında verilən oçerklərdir. Bura qədər olan fikir və mülahizələrdə ədəbi-nəzəri fikrin inkişafı dünya miqyasında klassik tarixi müstəvidə izlənilirdisə, bu fəsildə lokal bir tarixi-siyasi mərhələ – sovet dövründəki ədəbi-nəzəri fikirin Azərbaycan ədəbi mühitindəki mahiyyəti şərh edilir. Mühüm məsələ odur ki, bu mərhələ ilk dəfədir ki, belə bir proble-matika istiqamətində öyrənilir.
Müəllif bu mərhələni izləmək üçün Azərbaycan ədəbiy-yatşünaslığının elmi istiqamətlər üzrə əldə etdiyi nəticələrə ümumi baxış edir, sovet dövrü ədəbiyyatşünaslıq elmimizin ümumi mənzərəsini canlandırır, əldə edilən nailiyyətləri ədəbi faktlar əsasında xatırladır və bunların ədəbi-nəzəri fikrin mühüm qaynaqları sayır. Və sonrakı yarım fəsillərdə bu nailiyyətlərdən bacarıqla istifadə edə bilir.
Rafiq Yusifoğlu burada Firidun bəy Köçərlinin “Azərbaycan ədəbiyyatı” kitabını təhlilə cəlb eləyir və olduqca əhatəli şəkildə görkəmli maarifpərvər ziyalımız, ədəbiyyat tarixçimiz Firidun bəy Köçərlinin bu sahədəki xidmətlərini faktların dili ilə şərh eləyir, nəzəri fikir tariximizdə ilk dəfə bu nəhəng şəxsiyyətin ədəbiyyatımızın elmi təsnifatını verməsini müəyyənləşdirərək yazır: “Həm ədəbiyyat, həm mənəviyyat, həm də ədəbi-nəzəri fikir tariximizin formalaşmasında F.Köçərlinin müstəsna xidmətləri olmuşdur. İlk dəfə olaraq o, xalqın diqqətini öz mənəviyyat, ədəbiyyat tarixinin üstünə yönəltmiş, millətin özünü özünə tanıtmaq cəhdi göstərmişdir. …Bu əsərlə F.Köçərli ilk sistemli ədəbiyyat tariximizi yaratmış, ədəbiyyatşünaslıq elmi-mizin bünövrəsini qoymuş, onun nəzəri-estetik prinsiplərini forma-laşdırmış, humanitar elmin inkişaf perspektivlərini müəy-yənləşdirmişdir.”
R. Yusifoğlu bu yarımfəsildən sonra “Azərbaycan sovet yazıçılarının ədəbiyyat və sənət haqqında fikir və mülahizələri” yarımfəslini təqdim etmişdir. Burada, tədqiqatçı düzgün olaraq, belə bir mülahizə irəli sürür ki, “ədəbi-nəzəri fikrin forma-laşmasında görkəmli ədəbiyyatşünas alimlərlə yanaşı şair və yazıçıların xidmətləri az olmamışdır” və bu mülahizə prizmasından ümumiləşmiş elmi baxışla yanaşı, H.Cavidin, M.Müşfiqin, xüsusən C.Cabbarlının nəzəri görüşlərinə bir yerdə diqqət yetirir, sonra isə ayrı-ayrılıqda Səməd Vurğunun, Süleyman Rəhimovun, Mehdi Hüseynin, Mirzə İbrahimovun, Rəsul Rzanın, Mir Cəlalın ədəbi-nəzəri görüşlərini təhlil süzgəcindən keçirir, sovet dövründə yaranan nəzəriyyə dərsliklərinin elmi mahiy¬yətindən, dəyərlərindən, perspektivlərindən söhbət açır.
Rafiq Yusifoğlunun bu tədqiqatının ən maraqlı, daha çox orjinal təsir bağışlayan “Müasir dünyada nəzəri-estetik fikir” fəslidir. Burada zəhmətkeş və daima axtarışlarda olan tədqiqatçı “Modernizm və onun nəzəri-estetik prinsipləri”, “Semiotika nəzəriyyəsi”, “Postmodernizm və onun nəzəri-estetik prinsipləri” müasir, konseptiual, olduqca aktual, müasir nəzəri fikrin maraq dairəsində intensiv şəkildə olan problemləri izah və şərh etmiş, özünün münasibətini bildirmişdir.
Monoqrafiyanın elmi aparaturasının zənginliyi və mövcud mənbələrə müstəqil yanaşma üsulu bunu tam şəkildə sübuta yetirir. Mövzunun əhatə miqyası tarixin dərinliklərindən bu günümüzə gəlir və bunları əhatə etmək elə də asan məsələ deyildir. Bu dövrün ədəbi-nəzəri fikir materialı müəllifin elmi labaratoriyasında təhlil-təşrih əməliyyatından keçərək dürüst qiymətini tapmışdır…
Ümumilikdə, kitabın-monoqrafiyanın elmi planı, struktru və elmi-nəzəri materialın əhatəsi qənaətbəxşdir. Elmi araşdırma aydın, məntiqli və məqsədlidir. Monoqrafiyada ədəbi-nəzəri fikrin inkişaf mərhələləri ayrı-ayrı fikir adamlarının nəzəri fikir müstə-visində ən maraqlı detallarına qədər bütün sənətkarlıq kompo-nentləri diqqət mərkəzinə çəkilmişdir. Klassik üslubda yazılmış, müasir və qabaqcıl ədəbiyyatşünaslıq ənənələrimizi davam və inkişaf etdirən bu əsər öz əhatəliliyi, monumentallığı, informasiya zənginliyi, elmi səviyyəsi ilə diqqəti cəlb edir.
Professor Rafiq Yusifoğlu ədəbiyyatımızda öz sözü, öz imici olan nüfuzlu qələm sahiblərimizdəndir. Onun “Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri” kitabı müasir elmi-nəzəri fikrin bütün tələblərinə və parametrlərinə cavab verməklə yanaşı, ümumiyyətlə dünya ədəbi fikrinin təkamülü barəsində dürüst, obyektiv, aydın təsəvvür yaradan monumental tədqiqatdır…
Əsəri oxuduqca aşkar şəkildə görünür ki, müəllif ədəbi-nəzəri fikir tarixini mükəmməl şəkildə mənimsəmiş, həmçinin, hər dövrə məxsus fikir axınını, cərəyanları, bunların tarixi mənzərəsini yaxşı bilir. Elə buna görə də, müəllifin elmi-nəzəri arqumentləri, izah və şərhləri inandırıcıdır və hər bir müddəanın arxasında fakt dayanır, material dayanır, müəlliflərin fikirlərindən gətirilən misal-lar dayanır…
Əsəri oxuyarkən dünya ədəbi-nəzəri fikrinin inkişaf yolu, onun təkamülü, əldə olunan, sivlizasiya xidmət edən nəticələri barəsində tam təsəvvür yaranır və elə buna görə də, Rafiq Yusifoğlunun bu yeni tədqiqatını müasir ədəbiyyatşünaslığımızın nəaliyyətləri səviyyəsində qəbul etmək olar. Çünki Rafiq bu əsərini də, müasir milli metodologiya və mütərəqqi dünya ədəbiyyatşünaslığının zəngin təcrübəsi və nəzəri prinsipləri əsasında araşdırdığından dəyərli və orjinal, bu günümüzə – filoloji nəzəri fikrimizə, tədrisimizə, təhsilimizə lazımlı, boşluğu dolduran bir monoqrafiya yarada bilmışdır…
Filologiya elmlər doktoru, professor, şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, pedaqoq Rafiq Yusifoğlu olduqca məhsuldar ziyalılarımızdandır. Hələ beş il bundan əvvəl nəşr edilmiş biblioqrafik göstəricidə onun yaradıcılığı barəsində 3592 addan ibarət məlumat getmişdi. Bu adi fakt deyildir, mühüm göstəricidir, qürur və fərəhverici göstəricidir və bu faktlar sübut edir ki, Rafiq Yusifoğlu bu günümüzün ən nüfuzlu qələm sahiblərindən biridir. Bir qələm dostu və həmkarı kimi ona, bu yolda yeni-yeni uğurlar arzulayırıq…

Tərlan Novruzov
filologiya üzrə elmlər doktoru, professor.
09. 03. 2016
Ədalət, 31 mart 2016, 1 aprel 2016, s.4.
Sözün sehri, 01 – 30 aprel 2016, s.6 -7.
Gənc müəllim, aprel 2016, s.5 -6.

Mənbə: Rafiq YUSİFOĞLU,
şair, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor.


RAFİQ YUSİFOĞLUNUN YAZILARI

RAFİQ YUSİFOĞLU HAQQINDA

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

DAMM-də “QANLI YANVAR” ANILDI…

DAMM-də “QANLI YANVAR” ANILDI..
Hələ 1987- ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Daglıq Qarabağ problemi respublikamızın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işgalına ,Ermənistanda və Dağlıq Qarabağda.yaşayan yüzminlərlə azərbaycanlıların öz doğma yurd- yuvasından qovulmasına yönəldilmişdi.
Keçmiş SSRİ- nin iki respublikası arasında yaranan bu münaqişə hələ XIX-XX yüzilliklərdə ermənilərin planauyğun, məqsədli şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılmasına ,eyni zamanda xalqımıza qarşı etnik təmizləmə və mərhələli şəkildə soyqırımların keçirilməsinə yönəldilmişdi…..
Söhbətimizin davamı hüzn gününə həsr olunmuş Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin ofisində təşkil olunmuş növbəti yıgıncağında tanınmış,dünya şöhrətli yazıçımız Çingiz Abdullayevin şahidliyi ilə baş vermiş hadisələri kədərli hisslərlə yad etməsi ilə oldu….
Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirə “Əbədi Birlik”Gənclər İB- nin üzvləri də qatılmışdı…
.Çingiz müəllim 90-cı illərdəki hadisələri, həm də 30 illik Qarabağ müharibəsindən faktlarla, o dövrdə çəkdirdikləri foto- şəkillərlə izahlı şəkildə şərh edirdi.Məhz həmin dövrdə hadisələri yaymaq qadağan olmasına baxmayaraq qısa müddətdə yazdıqları “Qanlı Yanvar”kitabını n Moskvaya aparıb necə nümayiş edib payladıqlarından danışdıqca, həmin günlərdəki həyəcanı yaşayırdı….

Çingiz Abdullayev. DAMM- nin prezidenti olaraq, eyni zamanda bu təşkilatın idarə heyəti ilə,tanınmış ziyalılarla, yazıçı və .sairlərlə, gənclərlə onları maraqlandıran hadisələrin təfsilatı ilə bir daha tanış etdi.Və özü bu hadisələrin dərinliklərinə, incə məqamlara toxunaraq o dövrdə baş verən hər detalı danışdıqca özü ilə gətirdiyi ” Qara Yanvar”kitabındakı şəkillərə istinad edirdi.On4u dinlədikcə həmin günlərə- açı yanvara döndüm….
Qanlı küçələr minlərlə qırmızı qərənfillərə qərq olmuşdu.O gün İqtisad İnstitunda təhsil alan oglum semestr imtahanlarını vermək üçün Bakıdaydı.Səhər çox gərgin halda oglumun gəlmədiyini görüb evdən yola qaçdım ki , hər hansı bir maşınla Bakıya çatım! Zavodun yanına çatanda gördüm ki ayaqyalınam!Yolda Bakıdan bizə gələn xalamın oglunu gördüm. O mənə oglumun gəlib gəlmədiyini soruşanda yox dedim.Çaşqın halda məni evə qaytardı və oglumun ona verdiyi paltarları gətirdiyini bildirdi..Huşumu itirdiyimdən gözümü açanda başımın üstündə təcili yardımın tibb bacısını və həkimi gördüm , oglumu soruşdum , hələ də gəlməmişdi…Mənə səbrli olmağı dönə dönə tapşırırdılar.Nəhayət, o gəlib çıxdı.Özümdən ixtiyarsız zaçot kitabçasını istədim , verdi Onu əlimə alıb ikiyə bölmək istədim ki,daha belə hala düşməyim.Həqiqətən , ağlagəlməz dəhşətlər yaşadıq!!!Dəli olma həddinə çatdıq.Amma dözdük!!!
Acılı xatirələr, yanvar qətliamı,Xocalı soyqırımı….Tükürpədici anları təkrar yaşadıq..Ta ki, Aprel döyüşləri,44 günlük müharibə,19-20 sentyabrda Azərbaycan Ordusunun Qarabagda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri. nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə 20 yanvar şəhidlərinin də ruhları rahatlıq tapdı…
Düşündükcə adam dəhşətə gəlir.Millətimiz nə qədər vəhşiliklərə məruz qalsa da sınmamışdı…
Ali Baş Komandanımızın məqsədyönlü, düşünülmüş, uzaqgörən siyasəti nəticəsində iki yüz ildən çox işğallara məruz qalmış torpaqlarımız azad edildi.Çoxminli şəhidlərimizin,qazi və müharibə iştirakçılarımızın—Şanlı Müzəffər Ordumuzun qəhrəman,cəsur , qorxmaz,əsil vətənpərvər ogullarımızın canları bahasına dogma torpaqlarımız vəhşi erməni vandallarından təmizləndi…
Artıq işgaldan azad edilmiş ərazilərimizdə sürətli tikinti abadlıq işləri aparılır.Yurd- yuvalarından köçkün,qaçqın və didərgin düşmüş əhali öz dogma yerlərinə-abad şəhər və kəndlərinə dönür,yeni həyata qədəm qoyurlar..
Bəli,xalqımız qorbaçovların və digər bizə qarşı mənfur siyasətlərini yeridənlərim zül mlərindən azad oldular.Lakin,düşmən dediklərimiz hələ də qələbəmizi ,zəfərimizi uda bilmir!
Maraqlı keçən yıgıncaqda DAMM- nin l vitse prezidenti Ruhiyyə Poladova,bu sətirlərin müəllifi, “Carçı”jurnalının təsisçisi və redaktoru Gülnarə Əmirquliyeva ” Cabir Novruz”Mədəniyyət Mərkəzinin əməkdaşı,bədii qiraət ustası, “Gün az “az saytının redaktoru Rəsmiyyə Heybətağaqızı,”Yazarlar” jurnalının təsisçisi və baş redaktoru,şair,yazıçı publisist,Prezident təqaüdçüsü Zaur Ustac həkim- şair Zakir Agdamlı,xalq artisti Rasim Balayevin bacısı Təranə xanım,”Əbədi Birlik”Gənclər İB – nin sədri Şahin Əliyev,DAMM- nin Qəbələ təmsilçisi Təranə Alməmmədova və başqaları çıxış edərək ürək sözlərini söylədilər.Tədbir iştirakçıları. “Şəhidlər Xiyabanı” nı tər qərənfillərlə ziyarət etdilər..Sonda xatirə şəkilləri çəkildi.


Nəzakət Eminqızı,

DAMM- nin E.Ş nın sədri,”Yazarlar” jurnalının əməkdaşı,AJB- nin üzvü,yazıçı-publisist.

“Yazarlar” jurnalı

“YAZARLAR” – SİFARİŞ ET

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Özbəkistanın tanınmış şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

Özbəkistan şairi Xasiyyət Rüstəmin kitabları təqdim olunacaq

24.01.2024-cü il (saat 12:00) tarixində Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə Özbəkistanın “Kitab dünyası” qəzetinin baş redaktoru, tanınmış şair-publisist Xasiyyət Rüstəmin Azərbaycanda çap olunmuş kitablarının təqdimat törəni təşkil olunacaq. AYB-nin katibi Səlim Babullaoğlunun moderatorluğu ilə baş tutacaq tədbirə yazarlar, ictimaiyyət nümayəndələri, oxucular dəvətlidir.

Ünvan: Azərbaycan Yazıçılar Birliyi, (Bakı, Xaqani 25)

XASİYYƏT RÜSTƏM

( XASİYYƏT RÜSTƏMOVA – XOSİYAT RUSTAMOVA )

“Yazarlar” jurnalı


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zaur Ustac – Daş oğul

DAŞ OĞUL
(esse)
Fəxri xiyabanın səssizliyi bəzən min kitabdan artıq danışır. Ağacların kölgəsi altında dayanan ağ mərmər heykəllər, üzərinə qoyulmuş qərənfillər, dua pıçıltıları və nisgilli baxışlar burada zamanın özünü də susmağa məcbur edir. Elə həmin səssizliyin içində bir mənzərə vardı ki, onu nə foto tam göstərə bilər, nə də söz tam ifadə edə bilərdi.
Bir tərəfdə daşlaşmış oğul dayanmışdı.
Digər tərəfdə isə ömrünün bütün baharlarını, yaylarını, payızlarını yaşamış bir ana…
Bu, adi görüş deyildi. Bu, torpaqla daşın, ömürlə xatirənin, analıqla əbədiyyətin görüşü idi.
Azərbaycanın böyük söz ustadı, xalq şairi Zəlimxan Yaqubun doğum günü münasibətilə insanlar onun məzarını ziyarətə gəlmişdilər. Hər kəs öz ehtiramını ifadə edir, şairin misralarını xatırlayır, ruhuna dualar oxuyurdu. Ancaq həmin gün gələnlərin arasında elə bir qonaq vardı ki, onun varlığı bütün sözləri kölgədə qoyurdu.
Bu, şairin anası – Güllü ana idi.
Ana oğlunun heykəlinə baxırdı. Uzun-uzadı, səssiz-səmirsiz baxırdı. Sanki gözləri qarşısında duran mərmər heykəli deyil, bir zamanlar qucağında böyütdüyü körpəni görürdü. O körpəni ki, ilk addımlarını onun əlindən tutaraq atmışdı. O körpəni ki, sonralar sazın, sözün, elin-obanın sevimlisinə çevrilmişdi.
Daş oğul susurdu.
Ana isə ürəyində danışırdı.
Bəlkə də həmin an xatirələr bir-bir gözlərinin önündən keçirdi. Uşaqlıq çağları, ilk şeirlər, ilk uğurlar, ilk ayrılıqlar… Bəlkə də zaman geri qayıtmışdı və ana yenidən oğlunun saçlarını oxşayırdı xəyalında.
Sonra o, asta addımlarla heykələ yaxınlaşdı.
Dodaqlarında oğlunun misraları vardı:
“Baş yastığa gələndə…”
Bu misra artıq şeirdən çox ananın nəfəsinə çevrilmişdi. O, oğlunun dizinin dibində əyləşdi. Dünyanın ən böyük kitablarını yazanlardan birinin qarşısında oturdu. Və həmin anda elə bir kitab yazdı ki, onu heç bir nəşriyyat çap edə bilməz, heç bir kitabxana qoruyub saxlaya bilməz.
Bu kitab cəmi bir sözdən ibarət idi.
Bircə kəlmədən.
Ana ürəyinin, ömrünün, taleyinin, nisgilinin bütün yükünü bir sözə sığdırdı:
– Balam…
Bu söz nə müraciət idi, nə nida.
Bu söz bir ömrün xülasəsi idi.
O sözün içində laylalar vardı. Gecə yuxusuz qaldığı günlər vardı. Oğlunun sevincinə sevinən, dərdinə yanan illər vardı. O sözün içində həm ayrılıq, həm həsrət, həm də sonsuz məhəbbət yaşayırdı.
Daş oğul yenə susurdu.
Ancaq bəzən daşlar da danışır.
Bəzən heykəllər də cavab verir.
Bəzən bir xalqın yaddaşında yaşayan şairlər ölümün fövqünə yüksəlirlər.
Çünki söz adamları torpağa tapşırılsalar da, unudulmurlar.
Həmin gün Fəxri xiyabanda yalnız bir şair anılmırdı. Həmin gün analıq da ucalırdı. Ana sevgisinin zaman və ölüm qarşısında necə əbədi olduğunu göstərən müqəddəs bir səhnə yaşanırdı.
Ağaclar şahid idi.
Qərənfillər şahid idi.
Daş oğul şahid idi.
Və tarix də şahid oldu ki, dünyanın ən böyük kitabı bəzən yalnız bir sözdən ibarət olur:
– Balam…
21.01.2024. Bakı şəhəri – Fəxri xiyaban.

Müəllif: Zaur USTAC

AVMVİB, AJB və AYB-nin üzvü, “Yazarlar” jurnalının baş redaktoru, şair-publisist, tərcüməçi-nasir, naşir

Yol qeydləri və Zəfər yolu

Vaqif İsaqoğlunun yazıları

ZAUR USTACIN YAZILARI

ƏLİ BƏY AZƏRİNİN YAZILARI

DAHA ÇOX MƏLUMAT BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Zəlmxan Yaqubun anası məzarı başında: – “Balam!”

Ana təbiət, daş oğul və kitab Ana.
(Zəlimxan Yaqubun doğum gününə)
Təqvimin bu günü Azərbaycanın şair oğlu Zəlimxan Yaqubun doğum günüdür… Böyük söz ustadı məzarı başında anıldı… Eşq olsun sazı, sözü sayıb, şairin ziyarətinə gələnlərə! Salam olsun şair Zəlimxan Yaquba!!! Gələnlərin içərisində bir nəfər də var idi… Ulu bir ulusa dədə oğul bəxş etmiş Güllü ana… Əvvəlcə dilində qırıq-qırıq bayatı daş oğula xeyli tamaşa etdi… Sonra dədə oğlundan “…baş yastığa gələndə…” misrasını təkrar-təkrar sitat gətirə-gətirə daş oğula yaxınlaşdı… Oğlunun dizinin dibində oturub, dillərə dastan olacaq (əlbəttə onu anlaya bilənlər üçün) yalnız bircə kəlmədən ibarət olan kitabını yazdı: – “…Balam…”!!!

21.01.2024. Bakı şəhəri – Fəxri xiyaban.

 Müəllif: Zaur USTAC

ZƏLİMXAN YAQUBUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

21 yanvar Zəlmxan Yaqubun anadan olduğu gündür…

21 yanvar  Zəlimxan Yaqubun anadan olduğu gündür. Azərbaycan Xalq şairi məzarı başında anılıb. Fotolar:

Ruhuna Fatihə: Oxu!

MƏLUMATI HAZIRLADI: TUNCAY ŞƏHRİLİ

ZƏLİMXAN YAQUBUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəlimxan Yaqub və Dədə Ələsgər

Zəlimxan Yaqub Aşıq Ələsgər haqda yazır.

Unudulmaz el bəzəyi, el oğlu,
Hər gün onu saz dinlədi, saz andı.
Yaratdığı gəraylıda, qoşmada,
Yüz il, min il şair ömrü uzandı.

Var oynayan, dümbək çalan, var aşıq,
Ustad aşıq hər məclisə yaraşıq.
Saz əhlinə, söz əhlinə yar aşıq,
Müqəddəsdi, ağsaqqaldı, ozandı.

Ömür verib divarına, daşına,
Yaş artırıb sözümüzün yaşına.
Nanəcibin, müxənnətin başına
Sözü var ki, bircə qaynar qazandı.

El zərgərdi, zəri seçdi, bəyəndi,
Eldən gəlsə, şöhrət göyə dəyəndi.
Dedilər ki sinəsindən deyəndi,
Demədilər, hecalayıb yazandı.

Nə Kərəmtək yaş axıdıb ağlayan,
Nə Məcnuntək ürəkləri dağlayan,
Yeri gəlsə çaylar kimi çağlayan,
Yeri gəlsə nərə dönüb qızandı.

Qonaq oldu hər yurda, hər oymağa,
Tərif dedi Güləndama, Qaymağa.
Sənətində balı qatdı qaymağa,
Haqq aşığı əbədiyyət qazandı!!!

Müəllif: Zəlimxan YAQUB

ZƏLİMXAN YAQUBUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Zəlimxan Yaqub

ZƏLİMXAN YAQUB – HAQQA ARXA ÇEVİRSƏN

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUB – GƏLİRƏM

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUBUN ŞEİRLƏRİ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUB – ƏZİZİM

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUB – BİR GÖZƏLƏ

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUBDAN BİR ŞEİR

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

ZƏLİMXAN YAQUB – XOCALIM, AY XOCALIM

 www.yazarlar.az Bir şərh yazın Redaktə et

Müəllif: Zəlimxan YAQUB

ZƏLİMXAN YAQUBUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mahirə Nağıqızı – Şəhidlər

Şəhidlər
Millətim yol gəlir neçə min ildir,
Yolunu-izini çəkər şəhidlər.
Yerdə aslan kimi durar marıqda,
Göydə şahin kimi səkər şəhidlər.

Doğulub düşmənə daş atmaq üçün,
Ürəyi qorxudan boşaltmaq üçün.
Ölərlər vətəni yaşatmaq üçün,
Hər qəlbdə bir qala tikər şəhidlər.

Analar ər doğar,oğul böyüdər,
Hər oğul dünyası- nağıl, böyüdər.
Yurdunu sevərlər analar qədər,
Düşmənin qəddini bükər şəhidlər.

Səngəri ev bilib ağ ban eyləyər,
Bağ qurar,ömrünü bağban eyləyər.
Canını xalqına qurban eyləyər,
Qanını yurd üçün tökər şəhidlər.

Özü qocalmaz ki,əsri qocaldar,
Gələcək,gedəcək nəsli qocaldar.
Qəlblərdə vətənə heykəl ucaldar,
Azadlıq ağacı əkər şəhidlər.

Bayraq tək ucadır adı onların,
Adları titrədir yadı onların
Qanında doğmaqçün qəhrəmanların,
Millətin ruhuna çökər şəhidlər.

Vətən,qurbanınam- üzdə demədi,
Əməldə göstərdi,sözdə demədi.
Mahirə,ağlamaq,sızlamaq nədi,
Sənin göz yaşından küsər şəhidlər.

Müəllif: Mahirə NAĞIQIZI

MAHİRƏ NAĞIQIZININ YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru