www.yazarlar.az tərəfindən yazılmış bütün yazılar

2025-cü il ədəbiyyat üzrə Nobel mükafatına Macarıstandan olan Laszlo Krasznahorkai layiq görülüb

2025-cü il ədəbiyyat üzrə Nobel mükafatına Macarıstandan olan 71 yaşlı yazıçı, yəhudi əsilli Laszlo Krasznahorkai layiq görülüb.

“The times of İsrael” saytı yazır: “Yazıçı 2018-ci ildə bir yunan nəşrinə verdiyi müsahibədə deyib ki, “biz əslən yəhudiyik, bunu 11 yaşım olanda atam bizə ailə sirri kimi açdı. 1931-ci ildə babam “Korin” familiyasını “Krasnahorkai” familiyasına dəyişib. Sosializm dövründə bunu demək qadağan idi. Odur ki, mən əlli faiz yəhudiyəm, əgər Macarıstanda işlər yoluna düşsə, onda mən tam yəhudi olacağam”.
p.s. Azərbaycan dilindəki orfoqrafiyası: Laslo Krasnahorkai (“Krasnahorkai” Macarıstanda qədim qəsrdir).

Mənbə və müəllif: Firidun Ağazadə

Təhsildə Agile yanaşması

Təhsildə Agile yanaşması

Agile (ingiliscə “çevik, elastik”) layihə idarəetmə və məhsul (xüsusilə proqram təminatı) hazırlama yanaşmasıdır. Əsas ideyası odur ki, layihələr kiçik, tez-tez təkrarlanan mərhələlərlə (sprintlərlə) planlaşdırılır və icra olunur. Hər bir mərhələdə (və ya “sprint”də) komanda real nəticələr üzərində işləyir, yekun versiyaları sınaqdan keçirir və istifadəçilərdən/müştərilərdən tez-tez rəy alır. Bu, layihənin inkişaf istiqamətinin səhv yolda olduğunu mümkün qədər erkən müəyyənləşdirməyə, həmçinin məhsulun keyfiyyətini yüksəltməyə kömək edir.
Agile yanaşmasının ən vacib xüsusiyyətləri bunlardır:

  1. Çeviklik və tez adaptasiya: Mühitdə və ya tələblərdə dəyişikliklər yarandıqda, planı sərt şəkildə qorumaq əvəzinə, onu tez bir zamanda yeniləmək.
  2. Tez-tez rəy və sınaqlar: Hazırlanan məhsulun hissələri (funksionallığı) müştəri və ya istifadəçilər tərəfindən tez-tez yoxlanılır, rəy əsasında düzəlişlər edilir.
  3. Komanda işi və ünsiyyət: Komanda üzvləri (məsələn, proqramçı, dizayner, testçi) gündəlik sürətli toplantılarla (Stand-up görüşləri) əməkdaşlıq edir, problemi dərhal həll etməyə çalışırlar.
  4. Müştəri məmnuniyyətinə önəm vermək: Sonda müştərinin ehtiyacı nədirsə, ona uyğun addımlar atılır və dəyişikliklər qısa müddətdə tətbiq olunur.
    Nəticədə, Agile komandaların daha məhsuldar çalışmasına, xərcləri optimallaşdırmasına və layihədə meydana çıxan dəyişikliklərə tez uyğunlaşmasına şərait yaradır. Təhsildə Agile yanaşması istifadə olunarkən, komanda (müəllim, şagird, valideyn və s.) birlikdə qısa, lakin intensiv “öyrənmə sprint”ləri həyata keçirməklə tapşırıq və layihələri təkrarlanan mərhələlərdə inkişaf etdirir, hər mərhələdə rəy alıb sürətli təkmilləşdirmə aparır.

Müəllif: Şəmil Sadiq

Şəmil Sadiqin yazıları

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Prezident İlham Əliyevin Liderliyi və Azərbaycan Ordusunun Tarixi Zəfəri

Prezident İlham Əliyevin Liderliyi və Azərbaycan Ordusunun Tarixi Zəfəri

Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı səhifələrindən biri 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədir. Bu Zəfərin əsasında güclü dövlət başçısının siyasi iradəsi, müasir və qüdrətli ordu, həmçinin şəhidlərimizin fədakarlığı dayanır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev uzun illər ərzində həyata keçirdiyi ardıcıl siyasət ilə ölkənin hərbi, siyasi və iqtisadi gücünü möhkəmləndirmişdir. Onun qətiyyətli addımları sayəsində Azərbaycan ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrilmişdir. Vətən müharibəsi günlərində dövlət başçısının həm döyüş meydanında ordumuza verdiyi dəstək, həm də beynəlxalq diplomatiya müstəvisində sərgilədiyi mövqeyi tarixi Zəfərin qazanılmasında həlledici rol oynamışdır.
Son illərdə hərbi quruculuğa ayrılan diqqət, iqtisadi inkişafın təmin etdiyi maliyyə imkanları və milli həmrəylik ruhu Azərbaycanın müharibəyə hərtərəfli hazır olmasına şərait yaratdı. Ordunun maddi-texniki bazasının güclənməsi, müasir silahların alınması və yüksək peşəkarlıq müharibə gedişində qələbəni təmin edən əsas amillərdən oldu.
Azərbaycanın tarixi Zəfəri, hər şeydən əvvəl, şəhidlərimizin qəhrəmanlığı ilə yazıldı. Onların canı-qanı bahasına işğaldan azad edilən torpaqlarda bu gün üçrəngli bayrağımız dalğalanır. Hər bir şəhid xalqımızın yaddaşında əbədi qəhrəman kimi yaşayır.
Azərbaycanın dövlət başçısı, ordusu və xalqının birliyi ilə əldə edilən bu qələbə tarixi ədaləti bərpa etməklə yanaşı, gələcək nəsillərə də güc və qürur mənbəyi oldu. Qarabağda dalğalanan bayrağımız Azərbaycanın güclü dövləti, qalib xalq və müdrik lider obrazının simvoluna çevrildi.
Azərbaycan tarixində elə günlər var ki, əsrlər keçsə də, yaddaşlardan silinmir. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi də bu cür yaddaşlara həkk olunan bir dastandır.
Bu dastanın ilk qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir. Onun illərlə davam edən siyasəti, dəmir iradəsi və cəsarətli çıxışları xalqı bir yumruq kimi birləşdirdi. Dünyaya meydan oxuyan səsi – “Qarabağ Azərbaycandır!” – təkcə bir şüar deyildi, ordunun gücünün, xalqın iradəsinin və dövlətin qüdrətinin ifadəsi idi.
İkinci qəhrəman isə Azərbaycanın özüdür – iqtisadi gücü ilə, siyasi iradəsi ilə, orduya göstərdiyi diqqət və qayğı ilə Zəfəri hazırlayan qüdrətli dövlətimiz. Hərbi texnika, müasir silahlar, təlimlər – bunlar sadəcə rəqəmlər deyil, qələbənin təməl daşları idi.
Və ən uca qəhrəmanlıq – şəhidlərimizindir. Onların qanı ilə alınan torpaqlarda bu gün azan səsi ucalır, bayrağımız dalğalanır. Şuşada, Cıdır düzündə, Kəlbəcərin dağlarında, Füzulinin çöllərində dalğalanan üçrəngli bayrağımız şəhidlərin ruhuna əbədi salamdır.
Bu Zəfər təkcə bir müharibənin sonu deyil, bir xalqın qürur tarixidir. Liderin iradəsi, dövlətin gücü və şəhidlərin qəhrəmanlığı ilə yazılan bu dastan gələcək nəsillərin yaddaşında “Azərbaycan Zəfəri” adı ilə yaşayacaq.

Sona Abbasəliqızı,

AYB-nin üzvü
Prezident mükafatçısı

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

Türk Dövlətləri Təşkilatı: Yeni qlobal güc mərkəzinə doğru

7 oktyabr 2025-ci il tarixində Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının XII Zirvə Görüşü qardaş ölkələrin birliyini, qarşılıqlı əməkdaşlıq və strateji həmrəyliyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı Türk dünyasının geosiyasi, iqtisadi və mədəni potensialının dərin təhlilinə, eyni zamanda bu birliyin gələcək inkişaf istiqamətlərinə dair konkret baxışlara əsaslanırdı. Prezidentin qeyd etdiyi kimi, bu gün Türk Dövlətləri Təşkilatı artıq sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəz kimi formalaşır.
Təşkilatın beynəlxalq nüfuzunun artması, regional sülh və təhlükəsizliyin təmin olunmasında fəal rolu, ortaq dəyərlər və tarixi köklər əsasında inteqrasiya proseslərinin güclənməsi türk dünyasının müasir beynəlxalq sistemdə strateji mövqeyini möhkəmləndirir. Azərbaycanın bu prosesdə aparıcı rolu, iqtisadi, siyasi və təhlükəsizlik sahələrində təşəbbüskar mövqeyi TDT-nin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Prezident cənab İlham Əliyev çıxışında vurğuladı ki, sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Bu prinsip TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində də öz əksini tapmışdır. Hazırkı mürəkkəb geosiyasi şəraitdə türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi zəruridir. Azərbaycanın son illərdə əldə etdiyi tarixi Zəfər və ərazi bütövlüyünün tam bərpası regionda ədalətli sülhün və sabitliyin bərqərar olunmasında mühüm mərhələdir.
2023-cü ildə antiterror tədbirlərinin uğurla başa çatması və 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda yeni dövrün başlanğıcıdır. Bu hadisələr yalnız Azərbaycanın milli iradəsinin təntənəsi deyil, həm də Türk Dövlətləri Təşkilatının sülh və təhlükəsizlik prinsiplərinə sadiqliyinin təzahürüdür. Müasir beynəlxalq münasibətlər sistemində hərbi güc müstəqilliyin və ərazi bütövlüyünün əsas təminatçısı kimi çıxış edir. Azərbaycan bu sahədə xüsusilə Türkiyə ilə dərin əməkdaşlıq əlaqələri qurmuşdur. Son bir ildə 25-dən çox ikitərəfli və çoxmillətli hərbi təlimin keçirilməsi türk dövlətləri arasında qarşılıqlı etimad və strateji həmrəyliyin nümunəsidir. Prezident cənab İlham Əliyevin 2026-cı ildə Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi barədə təklifi bu əməkdaşlığı institusional səviyyəyə qaldırmağa yönəlmiş strateji addımdır. Bu təşəbbüs, həmçinin, regionda sülh və sabitliyin qorunması baxımından önəmli rol oynayacaq.
Türk dünyasının coğrafi yerləşməsi və təbii resurs potensialı qlobal iqtisadi sistemdə yeni imkanlar açır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək mühüm tranzit mərkəzinə çevrilmişdir. 2022-ci ildən bəri Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz artması bu potensialın real nəticəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Ticarət Limanı, 9 beynəlxalq hava limanı və güclü dəniz donanması Azərbaycanın logistika sahəsində strateji üstünlüyünü artırmışdır. Vaşinqton Zirvəsinin mühüm nəticələrindən biri olan Zəngəzur dəhlizinin açılması isə Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.
Azərbaycan enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş kimi tanınır. Hazırda 14 ölkəyə təbii qaz ixrac edən ölkəmiz bu sahədə regional lider mövqeyinə malikdir. Bununla yanaşı, Prezident cənab İlham Əliyev çıxışında bərpaolunan enerji mənbələrinə böyük sərmayələrin yatırıldığını vurğulamışdır. 2030-cu ilə qədər ölkənin enerji istehsalının 40 faizi məhz bu mənbələr hesabına təmin ediləcək. Orta Asiya–Azərbaycan–Türkiyə–Avropa istiqamətində yaşıl enerji dəhlizinin yaradılması ideyası yalnız iqtisadi deyil, həm də ekoloji dayanıqlıq baxımından strateji əhəmiyyət daşıyır. Bu təşəbbüs Türk dünyasının qlobal enerji bazarında yeni mövqeyini formalaşdıracaq.
Prezidentin çıxışında ortaq dil, tarix və mədəniyyət amillərinin türk birliyinin əsas sütunları olduğu xüsusi vurğulanmışdır. 1926-cı ildə Bakıda keçirilmiş birinci Türkoloji Qurultay bu baxımdan tarixi hadisə kimi xatırlanır. Gələn il bu Qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd edilməsi təklifi türk xalqlarının mədəni birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Azərbaycanın azad edilmiş ərazilərində qardaş ölkələrin dəstəyi ilə inşa olunan məktəblər, yaradıcılıq mərkəzləri və məscidlər türk həmrəyliyinin rəmzi kimi dəyərləndirilir. Füzuli, Ağdam, Cəbrayıl kimi şəhərlərdə görülən bu işlər təkcə humanitar dəstək deyil, həm də ümumtürk birliyinin mənəvi simvolu kimi çıxış edir. Qəbələdə keçirilmiş XII Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının gələcək istiqamətlərini müəyyən edən strateji mərhələ kimi tarixə düşdü. Prezident cənab İlham Əliyevin çıxışı TDT-nin siyasi, iqtisadi, enerji, müdafiə və mədəni inteqrasiya sahələrində birliyin dərinləşməsi üçün yol xəritəsi rolunu oynadı.
Türk dövlətlərinin birliyi artıq regional deyil, qlobal miqyaslı strateji güc mərkəzi kimi formalaşmaqdadır. Bu birliyin əsasında ortaq dəyərlər, qarşılıqlı etimad, dayanıqlı inkişaf və sülhə sadiqlik dayanır. Azərbaycanın təşəbbüskar və məsuliyyətli mövqeyi, həm regional təhlükəsizliyin təminində, həm də iqtisadi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsində əsas hərəkətverici qüvvə olaraq qalır.
Türk dünyasının gələcəyi birliyin möhkəmlənməsindən, ortaq məqsədlərin reallaşdırılmasından və qardaş xalqların həmrəyliyindən keçir. Qəbələ Zirvəsi bu istiqamətdə mühüm dönüş nöqtəsi kimi Türk Dövlətləri Təşkilatının tarixində öz layiqli yerini tutmuşdur.

Hümbət Hüseynov,
M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri

İtalyan nüfusunun milyonlarcası muhtemelen Etrüsk-Türk kökenlidir

İtalyan nüfusunun milyonlarcası muhtemelen Etrüsk-Türk kökenlidir

Latinlerden önce İtalya’ya gelip Roma’yı kuran ve Etrüskler olarak adlandırılan bir halk vardı. Şimdiye kadar kökenleri ve dilleri hakkında hiçbir bilgi yok. Burada, 300 yıldır dünya bilim insanları hiçbir şey öğrenemeyerek şaşkına döndüler. Türkçe kil yazıtları okuduğumda, kökenleri hakkında bilgi ediniyorum.
O zamanlar ETE ELİ olarak adlandırıldıklarını ve 3 bin yıl önce Türkiye’nin Hatay-Osmaniye-Adana illeri ile Suriye’nin Bayırbucaq bölgesinde yaşadıklarını ve Oğuz Türkleri olduklarını öğreniyorum. 2800 yıl önce Balkanlar’dan saldıran Yunan Akalar, Dorlar, İyonyalılar (bunlar kabilelerdi) baskısı altında, talihsizlerin bir kısmı deniz yoluyla Apeninler’e, bir kısmı kara yoluyla Batı, Doğu, Güney Azerbaycan ve hatta Sibirya’ya gitti. İsimleri o yerlerin yer adlarında kaldı.
Kolay bir alfabe oluşturdular. Sağdan sola okunan bir alfabe. Latin alfabesi onların bir türevidir. 130’a kadar metinlerini okudum ve sırlarını açığa çıkardım.

Azerbaycan dilinin kendine özgü bir lehçesiyle konuşuyorlardı. Asimilasyonun bir sonucu olarak, İtalyan nüfusunun milyonlarcası muhtemelen Etrüsk-Türk kökenlidir.

Prof. Dr. Tariyel Azertürk

Mənbə: GÖKTÜRK QRUPU

Gəlin Qayası (Daşkəsən) haqqında məlumat – foto

Azərbaycan ərazisində – ümumilikdə türk torpaqlarında “Gəlin Qayası” və oxşar toponimlərə çox rast gəlirik. Fotoda gördüyünüz Gəlin Qayası Azərbaycan Respublikasının Daşkəsən rayonu, Dəstəfur (Dəstəgir, Dəstəgül) kəndi yaxınlığında dəniz səviyyəsindən 2364 metr hündürlükdə yerləşən ən möhtəşəm təbii abidələrdən biridir.

Məlumatı hazıladı: Amina

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Antivenom hazırlanma qaydası

Dünyanın ən zəhərli ilanı bir fili belə öldürə bilər, lakin bir heyvandan başqa: at!

İlan nə qədər ölümcül olsa da, hətta qorxunc kral kobrasının dişləməsindən at ölə bilməz.

Bir at dişləndikdən sonra, təxminən üç gün ərzində özünü yüngül xəstə hiss edə bilər, lakin sonra heç bir şey olmamış kimi tamamilə sağalır.

Bu, təbiətin ən inanılmaz möcüzələrindən biridir və bu məxluqda insan həyatını xilas edə biləcək bir sirr var: antivenom.

Bəs bu antivenom necə istehsal olunur?

Birincisi, ilanlardan zəhər toplanır.
Sonra atın içinə az miqdarda vurulur. Atın bədəninə vurulan zəhər miqdarı at üçün zərərsizdir, lakin immun reaksiyaya səbəb olur. Atın immun sistemi cavab verir və zəhəri zərərsizləşdirmək üçün antikorlar istehsal edir.

2-3 gündən sonra bu antitellər atın qanında olur.
Daha sonra atdan qan alınır və qırmızı qan hüceyrələri (RBCs) təmizlənir. Plazma (ağ hissə) antivenom istehsal etmək üçün işlənir.

Daha sonra bu anti-zəhər zəhərli ilanların dişlədiyi insanlara onların həyatını xilas etmək üçün yeridilir. Təkcə Hindistanda bu həyat qurtaran serumu istehsal etmək üçün yüzlərlə at saxlanılan çoxsaylı zəhər əleyhinə istehsal müəssisələri var.

Təsəvvür edin, bu zərif məxluq sayəsində biz dünyanın ən ölümcül zəhərlərindən qorunmuşuq.

Ola bilsin ki, atlar olmasaydı, bircə ilan sancması belə bir çox insanın həyatını itirərdi.

Mənbə: Cienciatum Sorpréndete

Bu üsul həm də müxtəlif xəstəliklərə qarşı peyvəndlərin hazırlanmasında istifadə edilən köhnə bir texnologiyadır.

Məlumatı hazıladı:  Aynura Allahverdiyeva

Əliağa Şıxlinskinin vəsiyyəti:

Əliağa Şıxlinskinin vəsiyyəti:

  • Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin.
  • Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın.
  • Qəzetdə elan verməyin.
  • Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmuş cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun.
  • Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, muasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.
  • Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtub, üstündə yazarsınız: Əliağa Şıxlinski – heç bir tarix lazım deyil.
  • Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyulmasın.
Əliağa Şıxlinsknin məzarı təmir olunub

Əliağa Şıxlinski (1863-1943) Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini olub.

Məlumatı hazırladı: Günnur Ağayeva

Antivenom necə istehsal olunur?

Dünyanın ən zəhərli ilanı bir fili belə öldürə bilər, lakin bir heyvandan başqa: at!
İlan nə qədər ölümcül olsa da, hətta qorxunc kral kobrasının dişləməsindən at ölə bilməz.
Bir at dişləndikdən sonra, təxminən üç gün ərzində özünü yüngül xəstə hiss edə bilər, lakin sonra heç bir şey olmamış kimi tamamilə sağalır.
Bu, təbiətin ən inanılmaz möcüzələrindən biridir və bu məxluqda insan həyatını xilas edə biləcək bir sirr var: antivenom.
Bəs bu antivenom necə istehsal olunur?
Birincisi, ilanlardan zəhər toplanır.
Sonra atın içinə az miqdarda vurulur.
Atın immun sistemi cavab verir və zəhəri zərərsizləşdirmək üçün antikorlar istehsal edir.
2-3 gündən sonra bu antitellər atın qanında olur.
Daha sonra atdan qan alınır və qırmızı qan hüceyrələri (RBCs) təmizlənir.
Plazma (ağ hissə) antivenom istehsal etmək üçün işlənir.
Daha sonra bu anti-zəhər zəhərli ilanların dişlədiyi insanlara onların həyatını xilas etmək üçün yeridilir. Təkcə Hindistanda bu həyat qurtaran serumu istehsal etmək üçün yüzlərlə at saxlanılan çoxsaylı zəhər əleyhinə istehsal müəssisələri var.

Təsəvvür edin, bu zərif məxluq sayəsində biz dünyanın ən ölümcül zəhərlərindən qorunmuşuq.

Ola bilsin ki, atlar olmasaydı, bircə ilan sancması belə bir çox insanın həyatını itirərdi.

Mənbə: Cienciatum Sorpréndete

Məlumatı hazıladı: Leyla Hüseynzadə