
Əliağa Şıxlinskinin vəsiyyəti:
- Əgər mən yataqda qalası xəstə olsam, məni xəstəxanaya göndərin.
- Əgər xəstəxanada ölsəm, nəşimi evə yox, xəstəxanadan qəbiristanlığa aparın.
- Qəzetdə elan verməyin.
- Dəfnetmə xərclərinin az olmasına çalışın. Yorğan ağına bükülmuş cəsədi rənglənməmiş, üstünə ağ kilim salınmış tabuta qoyun.
- Heç bir ehsan verməyin, bunu etmək həmişə gərəksizdir, muasir çətinlikləri nəzərə alsaq isə qəbahətdir.
- Mənə əziz olan Nigar xanımın qəbri ilə yanaşı qəbri yastı tava daşı ilə örtub, üstündə yazarsınız: Əliağa Şıxlinski – heç bir tarix lazım deyil.
- Nə tabutun içinə, nə də tabutun üstünə bir dənə də olsun gül qoyulmasın.

Əliağa Şıxlinski (1863-1943) Çar Rusiya ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini olub.
Məlumatı hazırladı: Günnur Ağayeva