Etiket arxivi: Firidun Ağazadə

Ömrümün üçdə biri Azərtacda keçdi

Ömrümün üçdə biri Azərtacda keçdi

Əmək fəaliyyətimdə xüsusən son 24 ili xüsusilə gərgin və vacib hesab edirəm. Azərbaycan Dövlət İnformasiya Agentliyi – Azertac News Agency-da 24 il işləmişəm. Özü də necə illər! Fəxr edirəm ki, bu illərdə ölkəmizə qarşı informasiya blokadasının yarılmasında mənim də xidmətim var. Müstəqillik əldə etmiş ölkəmizin, dövlətimizin xarici siyasətinin təbliğində mühüm rolu olan beynəlxalq sənədlərin, Ulu Öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin mühüm çıxışlarını, bəyanatlarını, müraciətlərini, digər rəsmi sənədləri, siyasi və beynəlxalq aləmdə respublikamızın haqlı mövqeyini müdafiə edən minlərlə informasiyanı, vacib sənədləri xarici dillərə OPERATİV tərcümə edib dünyaya yaymışıq.

Bu illər ərzində Cənab Prezidentimizin əhəmiyyətini dönə-dönə vurğuladığı informasiya müharibəsinin bir əsgəri olmuşam. Ölkəmizə qarşı ədalətsiz fikir və mövqelərin sındırılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayan Azertac News Agency-ın olduqca gərgin və OPERATİV işində mən də öz töhfəmi vermişəm. Bəzən elə olurdu ki, tərcümə etdiyim mühüm sənəd birbaşa Prezidentin stoluna gedirdi. Məsuliyyət böyük idi. Milli-mənəvi dəyərlərimizə aid neçə-neçə kitabın tərcüməçilərindən biri olmuşam.

Ömrümün üçdə biri Azertac News Agency-da keçdi. Buradakı zəhmətimin mükafatı olaraq “Azərbaycan Milli Mətbuatının 150 illiyi” yubiley medalı ilə təltif olundum. Fəxr etməyə dəyər!

p.s. Azerbaijan Press Council/Azərbaycan Mətbuat Şurasının sədri hörmətli Reshad Mecidi uzun illərdi ki, qiyabi tanıyırdım və hər cəhətdən dost hesab edirdim, bu il Reshad Mecid məni iki dəfə təltif və təbrik edib – fevral ayında 75 illik yubileyimdə və indi… Çox təşəkkür edirəm!

Uilyam Somerset Moem

16 dekabr məşhur ingilis yazıçı Somerset Moemin anım günüdür

Demişdim, Somerset Moemlə 30 illik bir yoldaşlığım var. Yazıçının iki gözəl əsərini dilimizə tərcümə etmişəm – “Ay və qara qəpik” (”The moon and sixpence”), bir də “İnsan ehtiraslarının yükü” (“Of Human Bondage”) romanlarını.
Ikinci roman 20-ci əsr ingilis dilli ədəbiyyatın 100 ən yaxşı əsəri arasında 66-cı yerdə durur və Moemin şah əsəri hesab edilir.

Yazıçının tam adı belədir – Uilyam Somerset Moem.
Qəribədir ki, o, Parisdə anadan olub, Parisdə vəfat edib.
O uzun bir ömür yaşayıb – 92 il.
Daha bir fakt – yazıçının şah əsəri dilimizə 100 ildən sonra tərcümə olunub… (?)

Bildiyim qədər, Somerset Moemi Azərbaycan dilinə mərhum dostumuz Zeydulla Ağayev (xatirəsinə sayğılar), dostumuz Kamran Nəzirli, son vaxtlarda isə Aygün Əziz tərcümə edib, daha kimsə varmı, bilməm… .

Mənbə və müəllif: Firidun Ağazadə

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

Dünya Türk Dili Ailəsi Günü

Tərcümə etüdləri
(aktual)

15 dekabr Dünya Türk Dili Ailəsi Günü

“World Turkic Language Family Day” (Dünya Türk Dili Ailəsi Günü)

Məlum olduğu kimi, UNESCO 15 dekabrı “Dünya Türk Dili Ailəsi Günü” elan etmişdir.
“Gün”ün adı Azərbaycan dilində rəsmi olaraq “Dünya Türk Dili Ailəsi Günü” adlanır.
İngilis dilində – “ World Turkic Language Family Day”.


Rus dilində “Всемирный день тюркских языковых семей”. Amma “Всемирный день тюркских языков” kimi də yazılır (Dünya Türk Dilləri Günü).

Doğrusunu bilək, düzgün yazaq!

Qeyd: Buradakı “Turkic” sözü heç “Turkish” də deyil.

Mənbə və müəllif: Firidun Ağazadə

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<|

My mother, dearest native land

Tərcümə etüdləri

Bir neçə Avropa ölkəsində səfərdə olmuşam. Səməd Vurğunun “Azərbaycan” şeiri dilimizin, poeziyamızın pasportu kimi görüşlərdə tez-tez karıma gəlir. Bu şeirin bir neçə bəndini gözəl şairimiz, müəllimim Ənvər Rzanın tərcüməsində də oxumuşuq. Amma Səməd Vurğun ilhamının bu şedevrini ingilis tərcüməçilər ingilis sillabizmində və ingilis poetexnikasında daha dəqiq, daha ekspressiv ifadə ediblər. Şeirin birinci bəndinin rus dilindən edilmiş iki tərcüməsini təqdim edirəm. Hansı yaxşıdır, bir baxın.

Steal the soul from its breast? Never let it be said!
You’re my very own breath, my water and bread!
See before me your cities and countryside spread.
And forever your son-take this poet and man,
Azerbaijan! Azerbaijan!
(Herbert Marshall)

Full well our people understand:
You are my nest, my haven and
My mother, dearest native land.
As dear as soul to any man!
Azerbaijan, Azerbaijan!
(Peter Tempest)

Mənbə və müəllif: Firidun Ağazadə

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

Əsl tərcümə fikrin tərcüməsidir

Tərcümə etüdləri

Rus tərcümə məktəbinin tanınmış nümayəndəsi, bir neçə dildən – fransız, ingilis, alman, italyan, gürcü və sair dillərdən onlarla məşhur əsər tərcümə etmiş (sonralar bu əsərlərin bəzisi rus dilindən Azərbaycan dilinə də çevrilib) şair Nikolay Zabolotskinin tərcümə ilə bağlı belə bir fikri var: “Əsl tərcümə fikrin tərcüməsidir. Əgər cümlə “bitmiş bir fikir ifadə edir”sə, mətni tərcümə edərkən həmin fikri tərcümə etmək lazımdır, ayrı-ayrı sözləri yox”.
Mən tərcümə zamanı həmişə bu fikrə üstünlük vermişəm və fikrimcə, ən yaxşı tərcümələr də bu zaman yaranır.

Mənbə və müəllif: Firidun Ağazadə

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<

2025-cü il ədəbiyyat üzrə Nobel mükafatına Macarıstandan olan Laszlo Krasznahorkai layiq görülüb

2025-cü il ədəbiyyat üzrə Nobel mükafatına Macarıstandan olan 71 yaşlı yazıçı, yəhudi əsilli Laszlo Krasznahorkai layiq görülüb.

“The times of İsrael” saytı yazır: “Yazıçı 2018-ci ildə bir yunan nəşrinə verdiyi müsahibədə deyib ki, “biz əslən yəhudiyik, bunu 11 yaşım olanda atam bizə ailə sirri kimi açdı. 1931-ci ildə babam “Korin” familiyasını “Krasnahorkai” familiyasına dəyişib. Sosializm dövründə bunu demək qadağan idi. Odur ki, mən əlli faiz yəhudiyəm, əgər Macarıstanda işlər yoluna düşsə, onda mən tam yəhudi olacağam”.
p.s. Azərbaycan dilindəki orfoqrafiyası: Laslo Krasnahorkai (“Krasnahorkai” Macarıstanda qədim qəsrdir).

Mənbə və müəllif: Firidun Ağazadə