
NİGAR ATAKİŞİYEVA – alim, pedaqoq
Nigar ATAKİŞİYEVA – Atakişiyeva Nigar Aslan qızı 31 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur.
Orta təhsilini Bakı şəhəri Qaradağ rayonunda yerləşən 228 nömrəli tam orta məktəbdə almış və həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində kimya müəllimliyi ixtisası üzrə bakalavr pilləsində almışdır. Daha sonra həmin universitetdə Kimya fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistr təhsili alaraq müvafiq elmi dərəcəyə yiyələnmişdir.
Pedaqoji fəaliyyətə böyük maraq göstərən müəllif kimya fənninin tədrisində müasir metod və yanaşmaların tətbiqi, şagirdlərin elmi dünyagörüşünün formalaşdırılması, eləcə də nəzəri biliklərin praktik fəaliyyətlə əlaqələndirilməsi istiqamətində fəaliyyət göstərir. Hazırda Şabran şəhəri Oktay Bəşirov adına 2 nömrəli ümumi orta məktəbdə kimya müəllimi kimi çalışır.
Müəllifin “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı kitabı kimya tədrisinin həyat və istehsalatla inteqrasiyasına dair apardığı araşdırmaların nəticəsidir. Əsərdə VII sinif şagirdlərinə kimya biliklərinin kənd təsərrüfatında tətbiqi imkanlarının öyrədilməsi, onların fənnə marağının artırılması və praktik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə metodik tövsiyələr və nümunələr təqdim olunmuşdur.
Nigar Atakişiyeva “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” adlı kitabın nəşrinə görə “Yazarlar” jurnalı tərəfindən “Ziyadar” mükafatı ilə təltif olunub. Nigar Atakişiyeva həmçinin səmərəli pedaqoji fəaliyyəti nəzərə alınmaqla “İlin müəllimi” (2026) mükafatına layiq görülmüşdür.
Nigar Atakişiyeva “VII sinifdə kimya tədrisinin kənd təsərrüfatı ilə əlaqələndirilməsi yolları” PDF
“Yazarlar” olaraq bu və digər nailiyyətləri münasibətilə Nigar xanımı təbrik edir, qarşıdakı bütün həyat və fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq! Uğurlarınız bol olsun! Xeyirli olsun!
Məlumatı hazırladı: Leyla Mahirqızı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında