ELƏ AD VERİN Kİ, BƏXTİ YAR OLSUN!!! Atalar, qızlara siz ad verəndə, Elə ad vein ki, bəxti yar olsun! Ya Humay çağırın, ya Sona deyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Sükeydə, Fəğanə, adı verməyin, Bəxtinin yoluna “cadu” hörməyin, Uğurlu bir adı əsirgəməyin, Elə ad verin ki, bəxti yar olsun! * * * Adı elə seçin, Aydan bac alsın, Ayağı zəmində, göyə ucalsın, Adıyla qarıyıb, xoşbəxt qocalsın, Elə ad verin ki, bəxti yar olsun! * * * Əridib gözünün, nurun qarəsin, Zaur “Ustac” ilə tapıb çarəsin, Hamı xoşbəxt istər ciyərparəsin, Elə ad verin ki, bəxti yar olsun! 04.05.2020 – Bakı ş. Müəllif: Zaur Ustac
Bu gün onların da bayramı… Ruhunuz şad olsun, Qardaşlar… VARMIŞ Nə deyim, Allahım sən bilən haqqdır, Görəcək günləri görmək də varmış… Elçini, İlqarı alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Gözün biri gülür, biri ağlayır, Ağlaya-ağlaya gülmək də varmış… Poladı, Şükürü alıb yanına, Zaura sən gözlə, demək də varmış… * * * Şükür yazdığına, şükür qismətə, Dərdin acısını sevmək də varmış… Həmdəmi, Rəşadı alıb yanına, Zaura sən gözlə, demək də varmış…
HƏR GÜN NƏFDİR Altmış üçdən nəf hesablar kişilər, On səkkizdən başlamışam saymağa… Kaldan, şitdən daim uzaq durmuşam, Meylim olub özün tutmuş qaymağa… * * * Zənbur kimi çiçək-çiçək gəzmişəm, Gül üzəndə, tər qönçəsin üzmüşəm, Qürbət elin cəfasına dözmüşəm, Bir arzum var, kaş dönəydim oymağa… * * * Ustac xoşlar, kəsə etsin söhbəti, Çalış boşa yeməyəsən möhnəti, Dadımlıqdı bu dünyanın neməti, Macal verməz heç kimsəyə doymağa… 15.05.2020. Bakı.
GƏL, BU DƏRDƏ DÖZ DƏ YAŞA… (Poladla, İlqarın məzarı başında) Hanı qoşun, hanı ləşkər? Tək qalbdı iki Paşa… Baiskarı kimdi, bilməm, Kaş dönəydi özü daşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Əlim üzümdə qalıbdı, Sözüm ağzımda qalıbdı, Arzum gözümdə qalıbdı, Qanım gözdə dönüb yaşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… * * * Ustacam, artıb ələmim, Ta yazmır, sınıb qələmim, Hər gün də artır sələmim, Eşqim düzdə dönüb quşa… Gəl, bu dərdə döz də yaşa… Gəl, bu dərdə döz də yaşa… 17.07.2020. II FX. Bakı.
TORPAQ BİZİ GÖZLƏYİR… (Milli Qəhrəman İlqar Mirzəyevin xatirəsinə) Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Yadıma xırdaca günahım düşdü… Yanında boş yerə tamahım düşdü… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… “Hazırdır məzarlar”, – eyindən keçir… Yanına gələn yol çiyindən keçir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Bu süslü “otaqlar” xiffət eyləyir… “Daş yastıq yataqlar” minnət eyləyir… * * * Gəlmişəm görüşə yenə də, qardaş! Ayaqlar olmadı sonadək yoldaş… Qollarım qoynumda qurudu bardaş… Səngər, məzar ortaq bizi gözləyir… Qardaş, Ana torpaq bizi gözləyir… 23.08.2020. – Bakı. (II F.X.)
YER CƏZA YERİDİR! Ey insan, unutma; Almanı xatırla, Adəmi xatırla, Həvvanı xatırla! * * * Ey insan, unutma; Əzanı xatırla, Qəzanı xatırla, Cəzanı xatırla! * * * Ey insan, unutma; Yer cəza yeridir! Yer cəza yeridir! Yer cəza yeridir! 14.09.2020. Bakı.