
Layihənin adı:
ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155
Məqsədi:
ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV İRSİNİ ARAŞDIRMAQ VƏ TƏBLİĞ ETMƏK.
Layihə Zaur USTAC tərəfindən aparılır.
Müddəti:
17.05. 2024 – 17.05.2024.
Qeyd:
“ƏBDÜRRƏHİM BƏY HAQVЕRDİYЕV – 155” adlı xüsusi buraxılış nərşr olunacaq.
Layihənin adı:
Məqsədi:
Aktual mövzulara diqqət çəkmək, yazarlara mümkün olduğu qədər dəstək olmaq, yaradıcı qələm adamlarına (qələmdarlara) stimul vermək.
Mövzular:
- “Heydər Əliyev – 100” (01.01.-01.12.2023)
- “Rəşad Məcid – 60” (01.05.2023 – 01.05.2024)
- “Zaur Ustac – 50” (01.01.-31.12.2024)
Layihə Zaur USTAC tərəfindən aparılır.
Müddəti:
01.01. 2023 – Müddətsiz.
Qeyd:
Vaxtaşırı yeni mövzular əlavə edilir: >>> MÖVZULAR
=============================

Layihənin adı:
Məqsədi:
Yazarlar jurnalı azərbaycan, rus və ingilis dillərində “Mirzə Kazım bəy – 222” esse (inşa) müsabiqəsinə start verir. Müsabiqə 22 iyul 2024-cü ildə yekunlaşacaq. Mətnlərin qəbulu 28 noyabr 2023-cü il saat 23:45 -ə qədər davam edəcək. Bütün esselərdən ibarət. Kitab çap olunacaq. Müvafiq mükafatlar nəzərdə tutulub. Bu barədə müntəzəm məlumatlar veriləcək. Layihə davam etdiyi müddətdə #MirzəKazımbəy222 haştağından istifadə olunacaq. Yazıları zauryazar@mail.ru ünvanına göndərə bilərsiniz.
Layihə Zaur USTAC tərəfindən aparılır.
Müddəti:
Başlama vaxtı: 28.11.2022 – ci il – 22.07.2024.
=============================

Layihənin adı:
Məqsədi:
Bu layihənin həyata keçrilməsində məqsəd yazar və oxurları mütaliəyə və oxuduqlıarı kitablar barədə fikir bildirməyə təşviq etmək. Yazarları ziyalıları (söz, qələm adamlarını), fəal oxucuları tanıtmaq, dünyasını dəyişənləri xatırlamaq. Layihə Zaur USTAC tərəfindən aparılır.
Müddəti:
Başlama vaxtı: 01.09.2022 – ci il – 29.12.2022.
=============================
Layihənin adı:
Məqsədi:
Bu layihənin həyata keçrilməsində məqsəd Ağdam ziyalılarını (söz, qələm adamlarını) tanıtmaq, dünyasını dəyişənləri xatırlamaq. Layihə Zaur USTAC tərəfindən aparılır.
Müddəti:
Başlama vaxtı: 18.06.2022 – ci il – MÜDDƏTSİZ.
=============================
Layihənin adı:
ÖDƏNİŞSİZ “39 HƏFTƏ” İNGLİS DİLİ DƏRSLƏRİ
Məqsədi:
Bu layihənin həyata keçrilməsində məqsəd III sinif şagirdləri (eləcə də ingilis dilini sıfırdan öyrənməyə başlayan bütün yaş qruplarından olan insanlar üçün – III sinif şagirdlərində az yaşlı uşaqlar üçün ancaq xüsusi hallarda) üçün ödənişsiz onlayın (zoom proqramla) son nəticəni əvvəlcədən konkret müəyyən edən xüsusi proqramla ingilis dili dərsləri təşkil etməkdən ibarətdir. Dərslər öyrəncilərlə razılaşdırılmış vaxta və cədvələ uyğun olaraq Zaur USTAC tərəfindən aparılır.
Müddəti:
Başlama vaxtı: 01.01.2021 – ci il – MÜDDƏTSİZ.
=============================
Layihənin adı:
“TƏRƏFSİZ ƏDƏBİYYAT TARİXDİR!”
Məqsədi:
Mühribədən sonrakı dövrdə (şanlı Zəfərimizdən sonra) dinc quruculuq illərində qələm adamlarına dəstək olmaq, ölkəmizin hərtərəfli inkişafı naminə görülən quruculuq işlərinin ədəbiyyat sahəsində kiçik də olsa, pay sahibi olmaqdan ibarətdir.
Müddəti:
Başlama vaxtı: 01.01.2021 – ci il. Bitmə vaxtı: 01.01.2026 – ci il.
QEYD:
01.01.2026 – ci il tarixindən öncə layihə ilə bağlı qərar vermək hüququnu Zaur Ustac özündə saxlayır. Əgər hər hansı bir ciddi səbəb üzündən icraat üzrə dəyişiklik olarsa bu barədə bir ay əvvəl WWW.YAZARLAR.AZ saytında və eyni zamanda bir say əvvəl ©«Yazarlar» jurnalında məlumat veriləcək.
=============================
Layihənin adı:
“NƏSİMİ -650 ”
Məqsədi:
Fövqəlbəşər düha olan İmadəddin Nəsimi anmaq və mümkün vasitələrlə (ingilis və rus dillərində onun haqqında olan yazılarla) təbliğ etmək. Sosial şəbəkələrdə əlaqəli məlumatları yayımlayarkən #nəsimi_650 #nasimi_650 #насими_650 #نسیمی_650 və #nesimi650 haştağlarından istifadə etmək. Bu vasitə məlumatların cəmlənməsinə və əlçatanlığın asanlaşmasına xidmət edəcək.
Müddəti:
10.09.2019- cu ildən – 700 – iliyi tədbirlərinə qədər .
=============================
Layihənin adı:
“25 YARPAQ”
Məqsədi:
Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynovun xatirəsini əbədiləşdirmək. Gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək.
Birinci Qarabağ Müharibəsi zamanı Bakı Dövlət Universitetində təhsilini yarımçıq qoyaraq torpaqlarımızın müdafiəsinə yollanmış və qəhrəmancasına şəhid olmuş, Azərbaycanın Milli Qəhrəmanı Rövşən Hüseynov timsalında şəhid tələbələrimiz (doxsanıncı illərin sonuna kimi bütün şəhid olmuş tələbələrin portretləri BDU-nun əsas binasını girişində, göz önündə asılmışdı…) xatırlamaq, onların yarımçıq qalan arzularına, Vətən naminə öz istəkləri ilə aldıqları qərarlarla yarım qalmış qısa ömürlərinə diqqət çəkməkdən ibarətdir…. #25yarpaq haştağından istifadə olunacaq.
QISA ARAYIŞ:
Rövşən Hüseynov 22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuşdur. 1984-cü ildə burada orta məktəbi bitirdikdən sonra Mədəniyyət evində işləmişdir. 1985-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə daxil olmuşdur. 1985-1987-ci illərdə hərbi xidmətdə olmuşdur. Rövşənin başçılığı ilə 1992-ci ildə iyirmi tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər
Rövşən Hüseynov tələbə tağımının komandiri kimi tələbələrdən ibarət tağımı ilə birlikdə “N” saylı hərbi-hissə – taborun tərkibində vuruşurdu. 1992-ci il 28 aprel erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah sursatla Ağcakənd istiqmətində hücuma keçmişdi Rövşənin taqımı nəinki ermənilərin iki zirehli texnikasını hətta onlarla canlı qüvvəsini məhv edə bildi. 1992-ci il 11 may Şıxarxuğrunda qanlı döyüşlər gedirdi. Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşmüşdü. Tələbə taqımı onları xilas etmək əmrini alır Rövşənin başçılıq etdiyi taqım döyüşə atıldı onlar mühasirəyə düşən 27 döyüşçünü azad edə bildilər lakin özləri mühasirəyə düşdülər Rövşən atəş nöqtəsini öz üzərinə cəlb edərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir burada tələbələrdən ikisi həlak olur digərləri isə mühasirədən çıxa bildilər, pulemyotu ilə erməni faşistlərinin xeyi hissəsini məhv edən cəsur vətən övladı döyüş meydanında qəhrəmancasına həlak oldu.
Müddəti:
01.09.2019- cu ildən – MÜDDƏTSİZ.
=============================
Layihənin adı:
“MƏN KİMƏM” RUBRİKASI
Məqsədi:
Yaradıcı insanları daha yaxından tanımaq və tanıtmaq.
Müddəti:
14.06.2019- cu ildən – MÜDDƏTSİZ.
=============================
Layihənin adı:
“HƏR MƏKTƏBƏ DÖRD KİTAB”
Məqsədi:
Ramil Səfərovun Budapeşt, Kozma həbsxanasında Macar dilindən doğma Ana dilimizə tərcümə etdiyi (başqa dillərdə də tapıb oxumaq olar) Ferenc Molnarın (Ferens Molnar) “Pal küçəsinin oğlanları” (“A Pal utcai fiuk”)kitabını hər məktəbə dörd kitab olmaqla alıb məktəb və liseylərin kitabxanalarına hədiyyə etmək.
Müddəti:
01.01.2019 – cu ildən başlayaraq, müddətsiz.
=============================
Layihənin adı:
“KƏRƏMLİ – 700”
Məqsədi:
Görkəmli şamaxılı memar Əliş bəy Sübhan oğlu Kərəmli – Şirvanin (21.04.1322 -ci il Şamaxı. – 22.06.1371 – ci il Moskva.) anadan olmasının 700 illiyi münasibəti ilə yubiley (anım – tanıtım) tədbirləri təşkil etmək və həyata keçirmək.
Müddəti:
Başlama vaxtı: 21.07.2018 – ci il. Bitmə vaxtı: 22.06.2022 – ci il.
==============================
Layihənin adı:
“DAĞLAR – 200”
Məqsədi:
Dahi Azərbaycan mütəfəkkir – aşığı, el ağsaqqalı Dədə Ələsgəri anmaq və anadan olmasını 200 illiyi münasibəti ilə yubiley tədbirləri təşkil etmək.
Müddəti:
Başlama vaxtı: 21.03.2018 – ci il. Bitmə vaxtı: 21.03.2021 – ci il.
===============================================
VƏ DİGƏR >>> KEÇİD EDİN >>> LAYİHƏLƏRİMİZ
===============================================
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru