Əziz dostlar, 18 dekabr fizika-riyaziyyat elmləri doktoru, professor Məmməd Bayramoğlunun doğum günüdür. Məmməd müəllimi doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, sağlam uzun ömür və gələcək fəaliyyətində daha böyük uğurlar arzu edirəm.
Məmməd Bayramoğlu, diferensial operatorların spektral nəzəriyyəsi sahəsində tanınmış mütəxəssis. 1939-cu il dekabrın 18-də Gürcüstan Respublikası Marneuli rayonunun Əzizkənd kəndində anadan olmuş, 1957-ci ildə həmin rayonun Gorarx kənd 11-illik məktəbini bitirmiş, həmin il V.İ.Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni riyaziyyat ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1962-1964-cü illərdə hərbi xidmətdə olmuş, 1964-cü ildə AEA Riyaziyyat və Mexanika İnstitutunun əyani aspiranturasına qəbul olunmuş, 1967-ci ildə aspiranturanı bitirmiş və 1967-1969-cu illərdə riyaziyyat və mexanika institutunda kiçik elmi işçi, baş mühəndis vəzifələrində çalışmışdır. 1969-cu ildə həmin institutda akademiklər Fəraməz Maqsudov və Mirabbas Qasımovun rəhbərliyi ilə “Öz-özünə qoşma və qoşma olmayan bəzi diferensial operatorların spektral xassələri” mövzusunda namizədlik, 1987-ci ildə Tiflisdə Razmadze adına Riyaziyyat İnstitutunun elmi şurasında “Diferensial operator tənliklərin bəzi məsələləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Professor Məmməd Bayramoğlu 1964-cü ildən bu günə qədər AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda baş elmi işçi, “Operator diferensial tənliklər”, “Operatorların spektral nəzəriyyəsi”, “Adi diferensial tənliklər” şöbələrinin müdiri vəzifəsində işləmişdir. O, 100-dən çox məqalənin müəllifidir, rəhbərliyi ilə 21 nəfər namizədlik, 2 nəfər doktorluq dissertasiyası müdafiə etmişdir. 1993-cü ildən 2009-cu ilə qədər İstanbul şəhərinin Yıldız Texniki Universitetində professor vəzifəsində işləmişdir. Həmin müddətdə 9 nəfər fəlsəfə doktoruna rəhbərlik etmişdir.
Bir vaxtlar evin divarında asılan, bir küncdə öz yerini tapmış, zəngi ilə bütün ailəni ayağa qaldıran o möhkəm dəstəkli telefonlar… Hər zəngdə evin içində dolaşan o həyəcan, “Görəsən, kimdir?” sualının yaratdığı maraq… Dəstəyi qaldıran kimi xətdən gələn cüzi cırıltı elə bil, bütün evin nəfəsini duyuran bir səs idi. Elə həmin telefonlar idi evin ruhundan, ailənin birlik anlarından qalan xatirələri yaşadan. Artıq çoxlarının evində səssiz-səmirsiz qalan bu köhnə aparat indi bir dövrün nəfəsini yaddaşlarda yaşadır. Bir zamanlar bir zəng səsi evdə kiçik qarışıqlığa səbəb olardı. Evin balacaları ayağa qalxar, bir-birinə baxıb “Kim açacaq?”, – deyə susqun razılaşma yaşanardı. Dəstəyi götürən adamın “Alo, eşidirəm!” sözləri sanki səhnənin pərdəsini açardı. O hər gün gələn zənglər heç zaman belə böyük bir dövrün səssizcə başa çatacağını düşündürməzdi. Bu gün həmin telefonların çoxu olduğu yerdə qalıb. Tozlanmış, illərin izi düşmüş, artıq çalmayan, amma keçmişin səsini içində daşıyan bu aparatı təkcə rabitə vasitəsi kimi görmək olmaz. Onların susması ilə ailə içi münasibətlərdən tutmuş, sosial ünsiyyət vərdişlərinə qədər bir çox şey dəyişdi. Ev telefonlarının dəbdən düşməsi görünüşdə sadə olsa da, sosial, texnoloji proseslərin nəticəsidir. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Naxçıvan Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan resursları və sənədlərlə iş şöbəsinin Sənədlərlə iş sektorunun mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Rauf Əliyev bu prosesin səbəblərini illər üzrə izah edir. Onun sözlərinə görə, Azərbaycanda ev telefonlarına tələbat 2010-cu illərə qədər sabit qalsa da, mobil cihazların geniş əlçatanlığı bu münasibəti tədricən dəyişib. Səbəblərdən biri mobil operatorların sərfəli paketlər təklif etməsi və ölkə üzrə mobil əhatə dairəsinin maksimum genişləndirilməsi idi. Rauf Əliyev əlavə edir ki, internet artıq əsas ünsiyyət vasitəsidir: “Whatsapp”, “Messenger”, “Telegram” kimi tətbiqlər həm yazılı, həm səsli, həm də görüntülü ünsiyyət təklif edir. İnsanlar bu imkanların qarşısında ev telefonuna ehtiyac görmür. Vaxtilə mobil rabitənin zəif olduğu rayon və kəndlərdə sabit telefon həyati vacib idi. İndi isə həm internet, həm də mobil şəbəkə o qədər güclənib ki, həmin bölgələrdə də ev telefonuna maraq, demək olar ki, qalmayıb. Hər kəs internet üzərindən danışır, yazır, görüntülü əlaqə yaradır”. Bununla belə, o bildirir ki, sabit telefonların tamamilə sıradan çıxması hələ mümkün deyil: “Abunəçilər şəhər və kənd daxilində çox aşağı məbləğ qarşılığında limitsiz danışa bilir. Digər tərəfdən, elektrik kəsiləndə internet də dayanır, mobil telefonun şarjı bitdikdə əlaqə imkanı itir. Belə hallarda ev telefonu işlək qalır və ən güvənli rabitə vasitəsinə çevrilir”. Mütəxəssis qeyd edir ki, əvvəllər ev telefonu bir evin ünvanı idi, dostlar, qohumlar, iş yoldaşları həmin nömrə vasitəsilə evlə əlaqə saxlayardı. Mobil rabitənin inkişafı bu “ortaq nömrə” anlayışını tamamən aradan qaldırdı. Artıq hər kəsin öz şəxsi nömrəsi var və insanlar bir-biri ilə oradan əlaqə saxlayırlar. Bu həm də zamanın psixoloji tələbi idi: sürət, fərdilik və 7/24 əlçatanlıq. Eyni zamanda bəzi regionlarda ev telefonlarının texniki təmiri və xətlərin yenilənməsi də çətinləşib. Telekom şirkətləri daha çox mobil rabitəyə sərmayə yatırdığına görə ev telefonlarına diqqət azalıb. Bu isə insanlarda belə bir təəssürat yaradıb ki, ev telefonu artıq “lazımsız əlavə”dir. Ev telefonları haqqında danışanda ilk olaraq yaşlı nəslin reaksiyası diqqət çəkir. 76 yaşlı Elbəyi dayı üçün ev telefonu həyatının yarısından çoxunu müşayiət edən bir səsdir: “Bizim vaxtımızda ev telefonu olanda adam özünü varlı hesab edirdi. Zəng gələndə bütün ev ayağa qalxırdı. Gələn hər zəngdə bir xəbər idi. Ya toy, ya yas, ya da uzaqdan qohumun hal-əhvalı… İndi heç kim heç kimi evdən axtarmır. Hər şey telefonların içindədir, amma o telefonların səsi evin içini doldurmur”, – deyə Elbəyi dayı təəssüflə xatırlayır.
O həmçinin ev telefonunun ailə münasibətlərinə təsirindən də danışır. Onun fikrincə, ev telefonu ailə üzvlərini bir-birinə daha yaxın saxlayırdı. “Telefon çalanda hamımız eyni anda ayağa qalxardıq, bu belə bizi bir-birimizə bağlayırdı. İndi hər kəs öz telefonuna qapanıb, istədiyini edir”, – deyə o əlavə edir. Elbəyi Tağıyevin sözləri, əslində, nəsillərarası fərq haqqında da bir işarədir. Yaşlı nəsil üçün ev telefonu kollektiv ünsiyyət və evin bir parçası idi. Bu gün isə gənc nəsil üçün o, sadəcə köhnəlmiş bir əşyadır. Gənc nəsil üçün ev telefonu artıq aktiv funksiyaya malik deyil. 17 yaşlı gənc Nərmin Novruzlu evlərində hələ də ev telefonu olduğunu, amma heç kimin ondan istifadə etmədiyini deyir. Onun üçün ev telefonu daha çox köhnə dövrün izidir: “Ev telefonunu açıb axırıncı dəfə kiminləsə danışmağım yadıma gəlmir. Biz artıq hər şeyi mobil telefondan edirik, zəng, videozəng, mesaj. Ev telefonunun bizə nə əlavə üstünlüyü var ki?” – deyə Nərmin bildirir.
Telefon dəftəri, nömrələrin bir-bir yazıldığı kağız parçası. Bir ənənə idi bunların hamısı. Amma təəssüf ki, bu ənənə də yox oldu. Ev telefonu ailə münasibətlərinə müəyyən bir şəffaflıq gətirirdi. Məsələn, uşaq kimlə danışır, nəyə görə axtarılıb, hamı bilirdi. Bu gün isə hər şey fərdiləşib, hər kəs öz özəl dünyasında danışır, yazır, ünsiyyət qurur. Texnologiya dəyişib, dünya sürətlənib, insanlar fərdiləşib və ev telefonları bu tempə uyğunlaşa bilmədi. Elə bu da onların sonunu gətirdi. Ev telefonlarının dəbdən düşməsi bir dövrün, bir rabitə mədəniyyətinin, bir ailə ənənəsinin səssiz şəkildə bitməsidir. Divarın küncündə toz basmış o telefonlar, əslində, bir çox ailənin xatirələrini daşıyır. Elə bir xatirə ki hələ uzun illər insanların yaddaşından silinməyəcək.
Рождение ребёнка, особенно первенца, даже в самой бедной крымскотатарской семье воспринималось как огромная радость. Счастливые родители непременно устраивали праздничный пир для односельчан, и, если это был мальчик, то он становился отныне центром внимания всей семьи: ведь к нему постепенно должны будут постепенно перейти и опыт, и мудрость отца, и родовое имущество, но также и постоянная, на протяжении всей жизни, самоотверженная забота о младших братьях и сёстрах. Впрочем, радовались и девочке. И это была удача, запечатленная в крымскотатарской пословице: «Мужчина в семье — мощь и сила, а женщина — стадо и отара»!
Türkiyəli tanınmış alim Azərbaycan Milli Kitabxanasının qonağı olub
18 dekabr 2025-ci il tarixində Türkiyəli alim – Yıldız Texniki Universitetinin fəlsəfə kafedrasının professoru Caner Taslaman və ilahiyyatçı Elşad Miri Milli Kitabxananın qonağı olub.
Qonaqları kitabxananın direktoru professor Kərim Tahirov qəbul edib. O, münasibətlərin mühüm forması olan mədəni əlaqələrin Azərbaycan ilə Türkiyə arasında orta əsrlər dövründən mövcud olduğunu, lakin sovet dönəmində bu əlaqələrin məlum səbəblər üzündən zəiflədiyini bildirərək bu gün türk dövlətləri ailəsinə daxil olan və türkdilli xalqların mənəvi birliyinə və yaxınlaşmasına böyük ehtiyac olduğunu diqqətə çatdırmışdır. Direktor mədəniyyətlərimiz arasındakı tarixi və mədəni-mənəvi körpülərin respublikamızın müstəqillik illərində sürətlə bərpa edilməsi haqda danışıb, mədəni əlaqələrimizin hər iki xalq arasında qarşılıqlı mənəvi zənginləşmə zərurətindən irəli gəldiyini söyləyib və bu mənada türkiyəli alimlərin bu elm məbədini ziyarət etməsinin və öz kitablarını kitabxanaya təqdim etməsinin xüsusilə əhəmiyyətli olduğunu bildirmişdir.
Prof. Dr. Caner Taslaman İstanbulda Elm, Fəlsəfə, Din Vəqfinin fəaliyyət göstərdiyini, əsas məqsədin cəmiyyətdə insanların elm, fəlsəfə və din sahəsində təhsil alaraq özlərini inkişaf etdirə, azad düşünə və cəmiyyətə töhfə verə biləcəyi bir mühiti təmin etmək olduğunu, bu sahədə akademik araşdırmalar vasitəsilə cəmiyyətə dəyər qatmağa, ictimai inkişafa töhfə verməyə və gələcəyi işıqlandırmağa çalışdıqlarını diqqətə çatdırıb.
O, Vəqfin elm, fəlsəfə və din sahələrində tədqiqatçılara dəstək olduğunu, mövcud və gələcək yerli və xarici tədqiqatları qiymətləndirərək müəllif hüquqları ilə qorunan və tərcümə edilmiş əsərləri dərc etdiyini, fəaliyyətlərini həyata keçirmək və daha geniş auditoriyaya çatdırmaq üçün görüşlər keçirdiklərini, seminarlar, kurslar vasitəsilə bədii fəaliyyətlərə və şəxsi inkişafa dəstək verdiklərini, sənədli filmlər, televiziya və radio proqramları hazırlayaraq həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yaydıqlarını, simpoziumlar, konfranslar və seminarlar təşkil etdiklərini diqqətə çatdırıb.
Qeyd edək ki, Prof. Dr. Caner Taslaman əsasən müasir elm-fəlsəfə-din münasibətlərinə dair xeyli kitabların müəllifidir və görüş zamanı alim müəllifi olduğu kitabları Milli Kitabxananın fonduna hədiyyə edib və qəbula görə kitabxananın rəhbərliyinə təşəkkürünü bildirib.
Professor Kərim Tahirov dəyərli hədiyyələrə görə qonağa təşəkkür edərək, kitabların kitabxananın fondunda öz layiqli yerini tutacağını söyləyib və “Azərbaycan Milli Kitabxanası” fotoalbomunu qonağa təqdim edib.
Şah İsmail Safavi döneminde sarayda ve orduda Kızılbaş aşiretlerini temsil eden emirler: Ustaclu kabilesi (13 kişi):
Muhammed Han, Garakhan Han, Abdullah Han, Hızır Ağa, Süleyman Bey, Şahrukh Sultan (Kör Şahrukh), Sarı Pira, Kopek Sultan, Mahmud Bey, Mantesh Sultan, Murad Bey, Çayan Sultan, Mahmud Sultan Sufioğlu;
Şamlu kabilesi (9 kişi):
Hüseyin Bey Lale, Ahmed Sultan, Axi Sultan, Abdi Bey, Durmuş Han, Zeynal Han, Musa Bey, Hasan Bey, Süleyman Bey;
Türkmen kabilesi (8 kişi):
Alişeker Bey Baharlı, Mahmudi Han Baharlı, Mansur Bey Pornak, Emir Han Musullu, Gülabi Han Musullu, Abdal Sultan Türkman, Şahgulu Bey Türkman, Kızıl Muhammed Türkman;
Rumlu kabilesi (6 kişi):
Div sultan, Nurali halifesi, Halil ağa, Sufiyan halifesi, Badijan sultanı, Karaguneh sultanı;
Tekelu kabilesi (6 kişi):
İlyas bey Halvacıoğlu, Hasan bey Halvacıoğlu, Yaqub bey Halvacıoğlu, Ulema sultanı, Sarı Ali bey Möhürdar, Burun sultanı;
Kaçar kabilesi (5 kişi):
Kara Piri bey, Rüstem bey, Ahmed sultan, Mahmud bey, Halil han;
Afşar kabilesi (4 kişi):
Sultanali bey, Muhammed hanı, Dana Muhammed sultanı, Valijan sultanı;
Zülkadar kabilesi (4 kişi):
Halil Han, Alikhan Sultan, Zohrab Sultan, Veladhan Bey;
Talış kabilesi (4 kişi):
Abdal bey Dede Talış, Kadim bey Hulefa Talış, Mirza Muhammed Talış, Pirgeyb Han Talış:
Garamanlu kabilesi
(3 kişi): Bayram hanı, Hüsam bey, Alican sultan;
Varsaq kabilesi (3 kişi):
Yusuf halifesi, Kasım halifesi, Hasan halifesi;
Kıpçak boyu (1 kişi):
Mansur bey.
Namık Musalı “Şah İsmail’in Gücü I” (“Tarih-i alemara-yi Şah İsmail” adlı eserden hareketle, s. 386-387)
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam! 13.11.2020. Bakı.
Hər kəs ağıllıdır, hər kəs dahidir, Hər kəs günahsızdır, hər kəs adildir. Hər kəs də özünü Allah zənn edir, Allahın dünyadan xəbəri yoxdur.
Vicdanlar susubdur, dillər danışır, Həqiqət boğulur, yalan yaşayır. Günahın yükünü savab daşıyır, Hər kəs də pak çıxır çirkli oyunda.
Məhkəmə qurulub güzgü önündə, Hakimi də bizik, cəzası da biz. Hamımız Allahı unudub sanki, Öz əllərimizlə hökm kəsirik.
Və dünya batdıqca qaranlıq suda, Bir dua da yoxdur dilə gələsi. Bəlkə də Allah yox, Bəlkə də susur… Ya da bu dünyadan Ümidini üzür. Vicdanı olanlar yanıb kül olur, Vicdansız adama söz də kar etmir…
****
Bir sabah açılar Görərsən yoxam, Görərsən qapın da açıq qalıbdı… Görərsən evində yanan lampalar, Sönübdü, ocağın şamsız qalıbdı… Bir sabah açılar Görərsən yoxam… Görərsən ürəyin qan qusar sənin… Görüb bu şeylərə dil susar yəqin… Nə qədər müəmma, nə qədər gizli Üstünü açmarsan bu həqiqətin. Bir sabah açılar Görərsən yoxam Qiblənin yerini dəyişdirərsən… Bir sabah açılar Görərsən yoxam. Sən mənim qədrimi onda bilərsən.
ZƏRİF DUYĞULAR… 16 DEKABR – ŞAİRƏ TƏRANƏ DƏMİRİN DOĞUM GÜNÜ MÜNASİBƏTİLƏ Hayana boylanırsan payız baxır gözünə, Hardan keçsən xəzəllər ayağına dolaşır. Ürəyindən bir dəli sevib sevilmək keçir, Onda da payız qışa, qış payıza qarışır.
Bilmirsən nə umasan bu sapsarı payızdan, Çılınçılpaq ağaclar durub üstünə gəlir. Bir ümid çiçəkləyir payız arzularında, Ona çatanacan da səninki sənə gəlir.
Bu gün zərif duyğuları ilə könülləri fəth edən, şeirlərini oxuduqca gözlərin misraların nizamladığı məna yükündən qopmaq istəməyən, dostlar üçün ən səmimi münasibəti ilə seçilən, tanıdığım gündən yaddaşımda olanlardan fərqli gördüyün şairə Təranə xanımın doğum günüdür. Doğum günü həm sevincdir, həm də kədər. Sevinirsən bir yaş da yaşadın, həyatın yeni axarında bu bir ildə də nə isə öyrəndin, nə isə yaratdın. Kədərlidir ki, yaşadığın hər an öz əlaməti ilə köçdü yaddaşının tarixinə. Sən də içində şeirləşdin, gah kövrəldin, darıxdın… Gah sevincdən oynadın, qarşılaşdığın səmimiyyətdən düygularına zərif bir şölə sızdı, gülümsədin, yenidən baxdın ətrafına… Bu gedilən yolda kimin qazancı nədirsə, şairənin də qazancı İlahi duyğuların nəzmə düzülməsi, şeirləşən ürəyinin ritmlərini arxaya boylandığı ömür yolunun axarına yazmasıdır. Təranə xanım bu ömür anlarında təkcə özü üçün deyil, eyni zamanda çoxları üçün könlünün təkliyini unutduran, əlinə kitabı almaqla şerin qanadlarında həyatı qarış-qarış gəzdirərək ürəyinə yol göstərən, işıqlandıran bir şairədir. Bilirsinizmi, necə deyim, Təranə xanım bir başqa fərqli dünyadan baxan gördüm. Təranə xanımı ilk dəfə 2025-ci ildə Neftçala rayonunda şair-publisist Zabil Pərvizin rəhbərliyi ilə fəaliyyət göstərən “Xəzər nəğmələri” adlı Ədəbi Birliyimizin görüşündə görmüşdüm. Ailəsi ilə birlikdə uzaq yolu yaxın edən, çox səmimi bir ovqatla bizə qoşulan bu xanım nə qədər yaxın oldu bizə. Hədiyyə etdiyi kitablar onun dünyaya baxışı, qələminin yaşatdığı anlardır. “Səssizliyin melodiyası” şeirlər kitabını əlimə alıb oxuyanda hansı şeirinə baxdımsa, bunu məqaləmdə yazaram delə düşünərək səhifəni yadda saxlamağa çalışdım. Təranə xanım isə bu kitabda fərqli bir yolla gedərək şeirlərini adsız çap etdirmişdir. Bu adsız şeirlər o qədər cəzbedici oldu ki, “hansın qeyd edim?” deyə çətinlik çəkdim…Bir-birindən gözəl, dərin bir ümman… Bir dünya duyğular var qəlbində. Dəniz kimi kükrəyən, şahə qalxan, qartal kimi şığıyan, könülləri fəth edən, gözəl bir Azərbaycan xanımı-Təranə Dəmirin.
Ruhum bu dünyaya sığışmır yenə, Çırpılır, sıxılır dar qəfəsində. Neynirəm bir qarış yer tapammıram, Özümə bu boyda Yer kürəsində.
Hələ ki, səhərə bir ömür qalıb, Hələ ki, güzümdən asılıb gecə. Qara paltarını çəkib əyninə Gəlib pəncərəmə qısılıb gecə.
Şairə Təranə Dəmir -Təranə Ağaqardaş qızı Dəmirova -16 dekabr 1970-ci ildə Sabirabad rayonunda anadan olmuşdur.1987-ci ildə kənd məktəbini fərqlənmə ilə bitirdikdən sonra BDU-nə daxil olmuş, 1988-1993-cü illərdə BDU-nun Jurnalistika fakültəsində təhsil almışdır. Bu günə qədər doqquz kitabı, bəlkə də daha çoxu çap olunan bu şairə xanımın zəngin poetik dünyası var. Hikmət dolu, zəriflik, həlimlik, səmimiyyət qaynağı. Bunu izlədikcə kitablarının sayının doqquz yox, sanki doxsan olduğunu düşünürsən. Çünki bir dərya xəyal yolu vardır…
Nə sən bir də yoluma çıx, Nə mən yolumu dəyişim. Nə sən qaranlığa çəkil, Nə mən zülmətlə döyüşüm…
Onun yaradıcılığını izlədikdə bir daha Yaradana təşəkkür edir insan. Düşünürsən ki, sonsuz kainatı nizamlayan Allah insanın qəlbindən keçənləri sözlə ifadə üçün nə gözəl bir bacarıq, anlam, ifadə etmək qabiliyyəti vermişdir. Tarixən Azərbaycan xanımlarının ədəbiyyat sevgisi düşür yadıma. Onların ruhu qonur otağıma. Yurdumuzun tarixi keçir gözlərimdən qərinələrlə… Nə gözəl bir xalqın övladıyıq, dəyərli mənəviyyatı ilə yüksələn, insanlığı ucaldan qələm sahibləri Allahın ucaltdıqlarıdır. Mən Təranə xanımın yaradıcılığını, insan olaraq özünü, şairə olaraq qələmini çox xoş gördüm. Bu tarazlıq qəlbimdə bir başqa mənzərə yaratdı. Bu gözəllikdir, sözün sehrinin ritmləridir könüllri ovsunlayan… Bəli, əziz oxucular deyərdim ki, şairə Təranə Dəmirin şeirlər kitabını stolunuzun üstündə özünüzə dost olaraq seçəsiniz, uzaq yola çıxdıqda çox səmimi olaraq yoldaş edəsiniz özünüzə. İnanın ki, heç darıxmayacaqsınız. Çünki bu şeirlər sizi sanki milyonların içindən seçilmiş dostlar kimi heç tənha qoymayacaqdır.
Elə gözəl sevdirdin ki, özünü, Zərrə-zərrə, tikə-tikə sən oldum. Dərdi, qəmi yük elədim özümə, Bircə elə sən sarıdan kəm oldum.
Yaman düşdü aralığa ayrılıq, Bir quruca “sağ ol”a da dəymədim. Ayaqlarım həsrət qaldı yoluna, Nə gələndən, nə gedəndən doymadım.
Lap işlədi iliyimə bu həsrət, Hardan tutdum yaralarım qanadı. Günahları töküb getdin üstümə, Hər kəs elə mən yazığı qınadı.
Məhəbbətdən küskün saldın könlümü, Barışmağa ayaq yeri qoymadın. Yaşamağın yolunu da unutdum, Bircə səni unutmağa qoymadım.
Əziz oxucular, adətən şair və yazıçıların yaradıcılığından söz açarkən onların əsərlərindən, bəyəndiyin şeirlərindən məqalədə bir bənd yazıb fikirlərini ümumiləşdirirsən. Amma qeyd etdiyim kimi, şairə Təranə Dəmirin şeirlərini inanın ki, kiçik verməyə əlim gəlmir. Oxucunun diqqətinə şeirdəki həssas məqamları çatdıra bilmək üçün yalnız və yalnız şairənin öz ifadəsi ilə tam təqdim etmək ən gözəl təqdimatdır. Sanki şairə ürəyindən qələminə keçən yollara bir yasəmən, nərgiz, qızılgüllər kimi çiçəklər bəzəmişdir. İnsan ürəyinin sərrafımı bu şairə? Bəli, könül gözü oyaq olan, duyğuları ipəkdən yoğrulan, qanadlı olan nizam yarada bilmək elə əsl şairlikdir. Bu yerdə bir də Təranə xanımın Vətən sevgisinə baxaq:
Səni çiçək tək sevirəm, Qaya-qaya, daş-daş Vətən! Sevirəm başdan ayağa Səni o baş, bu baş, Vətən!
Küçə-küçə, bina-bina, Oba-oba, şəhər-şəhər- Səni qarış-qarış, Vətən! Səni məndən soruş , Vətən!
Ayağına hər dəyən daş Gəlib ürəyimdən keçib. Ağrıların, acıların Mənim kürəyimdən keçib.
Bir arzu tutasan gözündə, Örtəsən kipriyini üstünə, Toz qonmasın, Külək aparmasın, Dağda-daşda itməsin deyə. Göz qapaqlarını yorğun edəsən, Sarılasan bu arzuya təpə dırnaq…
Gözəldir… Şeirləri qısa verməyə əlim gəlməsə də, əziz oxucularımızı yormadan fikirlərimi burada tamamlayıram.
Sən gedəndən ürəyim də Yiyəsizdi, yetimdi. Heç olmasa payızda gəl, Dünya ölüm itimdi…
Və yaxud: Min ildir ki, yol ölçürəm, Çatam özüm-özümə. Nə yaman uzanır yollar Durub gözümə-gözümə…
Göy gurlayır başım üstə, Daş bitirir daşım üstə. Yaş gətirir yaşım üstə, Çəkir yüzümə-yüzümə…
İncə, zərif duyğularınız tükənməsin, əziz şairə xanım-TƏRANƏ DƏMİR. Sizi Neftçala rayon “Neftçala-Gündoğar” qəzeti və “Xəzər nəğmələri” Ədəbi Birliyi adından doğum gününüz münasibətilə təbrik edir, qucaq dolusu səmimi təbriklərimizi ünvanınıza, SİZƏ göndəririk. Yazın, yaradın, dəyərli qələminiz var olsun. Allah arzularınıza yol açsın. Amin. Bu arzular gedən yolu isə ən gözəl özü söyləyir:
“…Görən hardasa bir ağac varmı mənə bənzəyən, Kökü torpağı ağrıdan, qolları səmanı, Nə yerindən qopan, nə göyündən, Varmı? Hanı?…”
Bu gözəl doğum günündə şairə Təranə xanım Dəmirə ailəsi, sevdikləri ilə birlikdə can sağlığı diləyir, arzularınız günəşdən boy alan olsun, üzərində işıqlar sevincdən, dəyərdən daim bərq vursun deyirəm. Bu zəngin, səmimi duyğulardan insan qəlbini görünməz tellərlə, sözün, fikrin möhtəşəm maqnitində özünə çəkən yaradıcılıq yollarınıza uğurlar diləyir, bol oxucu, sevənləriniz azalmasın deyirəm. Yeni yaşınız həyatınızı yaddaqalan işığı ilə yenidən zinətləndirsin. Amin.
Bədirə Rza Həsənqızı Niftaliyeva, Neftçala. 16 dekabr 2025-ci il.
Dekabr, Şəhər küçə-küçə, Ağaclar külək-külək üşüyür. Mən də üşüyürəm, Saçlarım dən-dən, Əllərim çiçək-çiçək üşüyür. Bir “Salam” kəlməsinə qaçır baxışlarım, Gülümsəyirəm insanlara, ağaclara, quşlara, küləyə, yağışa, Bir ilıq təbəssümdə gizlədirəm kədərimi doğrusu, Otuz il əvvəlki kimidi, Heç dəyişməyib, Məni uzaqdan vurur dənizin qoxusu. İstəyirəm tələsəm, Ayaqqabılarımın səsi başıma düşür, O da ayaqlarım kimi yorulub deyəsən. Birdən kimsə adımı çağırır, Düşürəm adımın sehrinə, Ürəyim uçunur adıma sarı, Dönüb bir fəsil geri qayıdıram üstündə yeridiyim zamanı, Hardayam? hardadı? hanı? Sonra baxıram ki,bir oğlan bir qızın yanaqlarını baxışlarıyla sığallayır, Qız nazlanır, O nazlandıqca mənim bir sığallıq təbəssümə tamarzı yanaqlarım islanır, Çatlaq dodaqlarım göz yaşını başına çəkir, Nəfəsi üstünə gəlir dodaqlarımın.. Sonra təzədən qayıdıram bu saata,bu ana,bu günə, Sakitcə keçib gedirəm yanlarından yağış-yağış. Gözüm qıza sataşır, “Bu qız mənə oxşamır axı” Sahil boyu göyərçinlər didib dağıdır torpağı, Onlar dən, mənsə xatirə axtarıram… Dekabr! Səni bu gün də addım-addım arxada qoyuram- Dizimdə yel, gözümdə eynək, çiynimdə dopdolu bir aldanış.. İstəyirəm dənizə daş atım, Ürəyim sözümə baxmır, Mən səndə doğuldum, mən səndə böyüdüm, mən səndə sevdim, mən səndə aldandım.. Bağışla məni, dekabr!