Vicdansız adama söz də kar etmir…

****

Hər kəs ağıllıdır, hər kəs dahidir,
Hər kəs günahsızdır, hər kəs adildir.
Hər kəs də özünü Allah zənn edir,
Allahın dünyadan xəbəri yoxdur.

Vicdanlar susubdur, dillər danışır,
Həqiqət boğulur, yalan yaşayır.
Günahın yükünü savab daşıyır,
Hər kəs də pak çıxır çirkli oyunda.

Məhkəmə qurulub güzgü önündə,
Hakimi də bizik, cəzası da biz.
Hamımız Allahı unudub sanki,
Öz əllərimizlə hökm kəsirik.

Və dünya batdıqca qaranlıq suda,
Bir dua da yoxdur dilə gələsi.
Bəlkə də Allah yox,
Bəlkə də susur…
Ya da bu dünyadan
Ümidini üzür.
Vicdanı olanlar yanıb kül olur,
Vicdansız adama söz də kar etmir…

****

Bir sabah açılar
Görərsən yoxam,
Görərsən qapın da açıq qalıbdı…
Görərsən evində yanan lampalar,
Sönübdü, ocağın şamsız qalıbdı…
Bir sabah açılar
Görərsən yoxam…
Görərsən ürəyin qan qusar sənin…
Görüb bu şeylərə dil susar yəqin…
Nə qədər müəmma, nə qədər gizli
Üstünü açmarsan bu həqiqətin.
Bir sabah açılar
Görərsən yoxam
Qiblənin yerini dəyişdirərsən…
Bir sabah açılar
Görərsən yoxam.
Sən mənim qədrimi onda bilərsən.

Müəllif: Şəlalə CAMAL

KƏLBƏCƏR HAQQINDA

ŞƏLALƏ CAMALIN YAZILARI

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir