Prezident İlham Əliyev və Azərbaycan xalqı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini daim uca tutmuşdurlar. Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olan 2 min 783 nəfər hərbi qulluqçusunun içərisində Naxçıvandan olan şəhidlər xüsusi ilə fərqlənirlər. Belə ki, onlar Vətənin bütövlüyü, birliyi uğrunda canlarından keçərək əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağı mənfur düşməndən azad etmişdirlər. Şanlı Vətən tariximizin haqq savaşçıları olan Naxçıvandan olan şəhidlərimiz ümummilli lider Heydər Əliyevin uzaqgörənlik və müdriklik siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə ölkənin ərazi bütövlüyünün bərpası yolunda canlarından keçdilər. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Ordusu arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirilmiş, hərbçiləri bilik və bacarıqları artırılmış şəkildə 44 günlük Vətən müharibəsində qələbə qazandı. 44 günlük Vətən müharibəsi başlamazdan əvvəl Azərbaycanın müdafiə sənayesi inkişaf etdirilmiş, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olunmuş, Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal etməyə başlanmışdı. 44 günlük Vətən müharibəsindən əvvəlki müddətdə Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyəti Azadlıq meydanında dəfələrlə keçirilmiş hərbi paradlarda bütün dünyaya nümayiş etdirilmişdi və bu paradlarda Naxçıvandan olan hərbi qulluqçular xüsusi fərqlənmişdirlər. Azərbaycan xalqının 30 illik dövr ərzində işğalla barışmayaraq, ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi sarsılmaz əzmdə Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etmişdirlər və bu gənclərin içərisində Naxçıvandan olan şəhidlərimizin rolu əvəz olunmazdır. Azərbaycanın çoxşaxəli, prinsipial, dürüst xarici siyasətinin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işlərinin aparılması, sıx əlaqələrinin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələrdə Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin güclü olması sayəsində ölkəmizin nüfuzu artmış, dünyada Azərbaycanın iradəsi həlledici amilə çevrilmişdir. Naxçıvandan olan şəhidlərimizin 44 günlük Vətən müharibəsindəki əvəz olunmaz rolu Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və onun əldə edilməsində vacib amilə çevrildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 3-də “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında çıxışı zamanı N.Paşinyanın bu bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsini Naxçıvandan olan şəhidlərimiz 44 günlük Vətən müharibəsində gerçəkləşdirdilər. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğaldan azad olunmasında, Ermənistanın təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyasına son qoyulmasında Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır. Azərbaycanın Naxçıvan eli nəinki 44 günlük Vətən müharibəsində həm də 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərində çok fəal iştirak etmişdirlər. Naxçıvandan olan hərbiçilər 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlaması nəticəsində Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatlarına qoşularaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dəmir Yumruq” adlı devizi altında birləşmişdirlər. Naxçıvandan olan hərbiçilər 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşib, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdilər. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində mühüm xidmətlər göstərən Naxçıvandan olan hərbiçilərin müəyyən bir qismi Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! deyərək qəhrəmanlıqla şəhid oldular. Naxçıvandan olan hərbiçilərin əzmkarlığı Azərbaycan xalqını dünyaya birdaha qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təqdim etdi.2020-ci il noyabrın 8-nin Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazılmasında Naxçıvandan olan şəhidlərimizin rolu danılmazdır. Onlar Şuşa şəhərinin işğaldan azad olunmasında xüsusi fəalllıq göstərmişdilər. 44 günlük Vətən müharibəsində Naxçıvan eli Quliyev Şahmar, Həsənov Sadiq, Cəmiyev Aşur, Əlizadə Fuad, Hüseynov Raqib, Məmmədov Sahil, Vəliyev İsmayıl, Zeynalov Elnur, Ələkbərov Bağır, Eyvazov İslam, İbrahimov İbrahim, İbrahimov Seymur, Qurbanov Xansu, Məmmədov Araz, Məmmədzadə Pərviz, Babayev Rahib, Quliyev Vəli, Seyidov Nihat, Orucəliyev Qabil, Əsgərov Ələsgər, Balabəyli Elcan, Rəcəbov Vaqif, Qasımov İbrahim və s. kimi igid oğullarını şəhid vermişdir. 44 günlük Vətən müharibəsində Naxçıvandan olan şəhid Hüseynov Raqib Adil oğlu xüsusi şücaət göstərmişdir. O, 28.06.1993-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Mərəlik kəndində sadə, azərbaycanlı ailəsində anadan olmuşdur. Hüseynov Raqib Adil oğlu Mərəlik kənd tam orta məktəbinin birinci sinifə qəbul olur və 4 il burada təhsil aldıqdan sonra ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçür. 2003-2005-ci illərdə idmanın karate növü ilə məşğul olur, 2 kəmər qazanır. O, 2005-ci ildə H.Əliyev adına tam orta məktəbə daxil olur və burada təhsilini davam etdirir. Hərbiyə olan həvəsi nəticəsində o, 2009-cı ildə H.Əliyev adına hərbi liseyə qəbul olur və 2011-ci ildə buranı əla qiymətlərlə başa vuraraq H.Əliyev adına Ali Hərbi Məktəbə daxil olaraq, hərbiyə və hərbçiyə aid olan bütün sirrlərə bələd olur. Hüseynov Raqib Adil oğlu 2015-cı ildə leytenant kimi Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə bölük komandiri vəzifəsində xidmətə başlayır. 2017-ci ildə Tərtər rayonunda yerləşən hərbi hissələrin birinə ezam olunur. Qısa muddət ərzində yaxsı xidmətlərinə görə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən bölük komandiri kursuna göndərilmiş və həmin kursu müvəffəqiyyətlə bitirdikdən sonra bölük komandiri vəzifəsinə təyin edilmiş və bir müddət sonra qərargah rəisinin müavini vəzifəsində xidmətini davam etdirərək, 2019-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində taborun qərərgah rəisi, tabor komandirinin 1-ci müavini vəzifəsi kursunu keçmişdir.
Hüseynov Raqib Adil oğlu 2020- ci il Sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsində bir hərbiçi kimi qatılaraq ağır döyüşlərdə qəhrəmanlıqla vuruşmuşdur. O, 29 Sentyabr 2020-ci il tarixində Tərtər rayonu Talış kəndi istiqamətində gedən ağır döyüşlərdə qolundan, başından güllə yarası alaraq ən ali məqama şəhidlik zirvəsinə ucalmışdır. Raqib Hüseynovun Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənin müdafiə xəttinin yarılmasında çox böyük xidmətləri olmuşdur. Şəhid 1 oktyabr Naxçıvan şəhər el qəbirstanlığında şəhər icra hakimiyyətinin nümayəndələrinin, döyüşçü yoldaşlarının, minlərlə şəhər sakininin, ailə üzvülərinin iştirakı ilə torpağa tapşırılmışdır. Baş leytenant Raqib Hüseynov xidməti dövründə bir sıra fəxri diplomlarla, fərmanlarla, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi” medalı medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Baş leytenant Hüseynov Raqib Adil oğlunu ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif etmişdir. Raqibin böyüyüb boya-başa çatdığı evin bir otağı onun şəxsi əşyalarından, hərbi geyimlərdən ibarət olan ev muzeyidir. Hüseynov Raqib Adil oğlunun bu cür tərbiyədə, vətəninə, xalqına sevgisinin yüksək olmasında onun anası Rəna ananın çox böyük, əvəzolunmaz rolu vardır. Onun oğlu Raqib haqqında dedikləri hər bir azərbaycanlının qəlbindədir. “Oğlumla hələ uşaqlığından fəxr edirdim. 5 yaşında olarkən mənə bir hərbi forma aldırmışdı, ən sevimli geyimi idi. İşini çox sevirdi, hərbidə zabit olaraq xidmətindən qürurlu idi. Arzuları çox idi, hər zaman söhbət edərkən şahidi olurdum ki, general olmaq arzusundadır. Bir sözlə özünü tapmışdı bu peşədə. Əsgərindən öndə gedirdi. Əsgərləri evimizin qonağı olarkən Raqib haqqında çox gözəl sözlər, xatirələr danışdılar. “Komandirimiz gözəl qəlbli insan idi, həmdə həsas idi. Hər birimizə böyük qardaş, ata qayğısı göstərirdi. Onun haqqı ödənilməz!” dedilər. Ən unudulmayan xatirə o oldu ki, Raqib bir-bir əsgərlərinin üstünü örtüb çıxarmış.”
Vətən sevgisinin təntənəsinə çevrilən 44 günlük savaş
27 sentyabr 2020-ci il tarixində Azərbaycanın qəhrəmanlıq salnaməsində yeni səhifə açıldı. Bu tarixi zəfərin başlanğıcı olan səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı sayəsində açıldı. 27 sentyabr 2020-ci il tarixində Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına başladı. Onlar Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək və düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq, şanlı zəfər qazanmaq üçün döyüşə başladılar. Bu tarixi ədalət zəfərinin əldə olunmasının bütün mərhələlərində Ali Baş Komandan İlham Əliyev onların yanında idi. 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycanın qəhrəman oğullarının qazandıqları qələbələr Azərbaycan xalqının sevincinə, coşqusuna səbəb olurdu və düşmən üzərində qazanılan hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırırdı. Bu birlik tələb edən günlərdə bütün Azərbaycan xalqı öz rəhbəri ətrafında sıx birləşdi və minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı, dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına ağır zərbə vurmağa nail oldu. İgid, mərd, qorxmaz Azərbaycan əsgəri düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvələrini darmadağın edərək, işğal altında olan kəndləri, strateji yüksəklikləri düşməndən xilas etdilər. 27 sentyabr 2020-ci il tarixində başlayan savaş nəticəsində Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 günlük müharibə ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu və üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda dalğalanmağa başladı. 27 sentyabr 2020-ci il tarixində başlayan savaşın nəticəsində Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə son qoyan şəxs kimi adını dünya tarixinə yazdı və 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyuldu. Ordumuzun düşmənə endirdiyi “dəmir yumruq” sayəsində 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular, xalqımız möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi yaşadı. Bütün bunlar Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına baş verdi. 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti və qəhrəmanlığı ilə şanlı tarix yazmağa nail oldular. Canlarını Vətənə sipər edən, qanlarını qurban verən igidlərin sayəsində Azərbaycan bayrağı Qarabağ zirvələrində dalğalanmağa başladı. Azərbaycan xalqı igidlərimizə böyük fəxr, qürur, minnətdarlıq duyğusu bəsləyirdi. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbə Azərbaycanın gücünü bütün dünyaya göstərdi. Azərbaycan Ordusunun hərbi qüdrətinin göstəricisi olan 44 günlük müharibə Azərbaycan Ordusunun qüdrətini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. Bu 44 günlük savaş Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini bütün dünya ölkələrinə sübut etdi. 44 günlük savaş Azərbaycanın necə güclü dövlət, Azərbaycan xalqının necə əzmli xalq olmasını bütün dünyaya göstərdi. 44 günlük Vətən müharibəsi zamanı xalqımız Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdirdilər və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri birləşib, bir yumruğa çevrildilər. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında birləşən Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə mənsub olan vətəndaşları İkinci Qarabağ müharibəsində Azərbaycanın qürur tarixinin yazılmasında çox böyük xidmətlər göstərdilər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş yüzlərlə Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə mənsub olan əsgər və zabitlərimiz hər bir zaman fəxrimizdir. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçularının hər biri ilə fərx edir. Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı şücaət göstərmiş igidlər yeni təsis olunmuş – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi müxtəlif orden və medallarla təltif olunmuşlar. 44 günlük Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə son qoyaraq, erməni təcavüzünü qəhrəmancasına dəf etdi və bütün dünyaya xalqımızın qələbə əzmini nümayiş etdirdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun hər bir fərdi vətən uğrunda fəda olmaq və düşmənə sarsıdıcı zərbə vurmaq gücündə və qüdrətində idi. Vətən müharibəsinin qəhrəmanları öz ordusu, öz xalqı, öz milli mənliyi uğrunda qəhrəmancasına vuruşaraq, xalqımıza məxsus olan milli qürur, əyilməzlik kimi keyfiyyətləri qoruyaraq gələcək nəsillərə ötürməyə nail oldular. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları nəticəsində otuz il bundan əvvəl ayaqyalın evindən, doğma yurd-yuvasından didərgin salınan insanlar öz ata-baba torpaqlarına qovuşdular. Qorxmaz, cəsur Azərbaycan əsgərləri düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın edərək, işğal altında olan kəndlərimizi, strateji yüksəkliklərimizi düşməndən azad etdilər. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edilərək, uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı və Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Tarixə qızıl həriflərlə yazılmış bu qələbə Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazanılmışdır. Azərbaycanın 44 günlük qəhrəmanlıq savaşı xalqımızın tarix boyu şanlı qürur mənbəyi olaraq qalacaqdır.
Bu gün – 26 sentyabr 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” zalında İsa Muğanna ocağının varisi gənc yazıçı Səma Mugannanın “Qeyb olan uşaqlıq” və “Həyatımdan parçalar” adlı kitablarının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Zaur Ustac qonaqları Muğannalar ailəsi adından salamlayıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin moderatoru Zaur Ustac Səma Muğannanın yaradıcılığı və təqdim olunan kitablar haqqında geniş məlumat verdikdən sonra sözü “Həyatımdan parçalar” adlı kitaba ön söz yazmış akademik Nizami Cəfərova verib. Nizami Cəfərov ümumilikdə Səma Muğannanın yaradıcılığı barədə ətraflı söhbət açaraq, Səmanın bu günə qədər yazdıqlarını geniş təhlil edib və prespektiv imkanlarının istiqamətlərini göstərib. Sonra “Qeyb olan uşaqlıq” kitabının ərsəyə gəlməsində xüsusi xidmətləri olan “Qazax” Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədova söz verilib. Professor İlham Pirməmmədov, şair Nazim Muğanlı, tənqidçi Əsəd Cahangir, Azərbaycanın əmək qəhrəmanlarından (Sosialist Əməyi Qəhrəmanı) Tərlan Musayeva, Arzu Nəbioğlu (şair Nəbi Xəzrinin oğlu) Səmanın yaradıcılığı barədə fikirlərini və babası İsa Muğanna ilə bağlı olan xatirələrini bölüşüblər. Sonra şair və yazıçılardan Nazim Əhmədli, Güllü Eldar Tomarlı, Kənan Hacı, Fuad Biləsuvarlı, Nəzakət Eminqızı çıxış edərək Səma Mugannanın yaradıcılığından söhbət açıblar. Səmanı təbrik etməyə gələnlərin arasında tanınmış ziyalılardan şairlər Avdı Qoşqar, Dayandur Sevgin, müəllimləri Elnarə xanım, Səlminaz xanım, Nazlı xanım, Lalə xanım, Günel xanım, ailənin yaxınları Nigar Həsənzadə, Namiq İslamzadə, Könül xanım, Səbinə xanım və digər doğmalar da olub. Tədbirin gedişində Ülviyyə Orucova Səma Mugannanın əsərlərindən parçalar təqdim edib. Tədbirin fəxri qonaqlarından olan tanınmış qiraətçi Rəsmiyyə xanım məclisin abu-havasına uyğun olaraq Cəfər Cabbarlının “Ana” şeirini səsləndirib. Sonda söz Səma Mugannanın ailə üzvləri, həm də “Həyatımdan parçalar” romanının qəhrəmanları İsaya (qardaşı – babasının adaşı) və anası Sevinc xanıma verilib. Yekun olaraq Səma Muganna qonaqlara və xüsusi qayğıya görə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə Muğannalar ailəsi adından təşəkkür edib, xatirə şəkilləri çəkdirib, arzu edənlər üçün kitablar imzalayıb. Tədbirin gedişində Səma Muganna bədii yaradıcılıq sahəsində qazandığı ardıcıl uğurlarına görə yazarlar cameəsi adından “Alqışnamə” mükafatı ilə təltif olunub. Tədbirdən fotolar:
Gedib bu gün saçlarımı kəsdirdim, Bu arada telefonum susmadı. Təbriklərin kəsilmədi arası, Yazan yazdı, yazmayan da yazmadı. (Qoy bu dəfə kim yazıbsa sağ olsun!)
Yol boş, mən tək, tutub yolun əlindən, Uşaq kimi öz-özümü gəzdirdim. (45 yaşın ağırlığı altında) Nə ağladım, nə sısqadım, sadəcə, Gedib bu gün saçlarımı kəsdirdim.
Sentyabr, ümid gedir min yerə, Nə yaydandı, nə də sarı payızdan. Sarı, dedim, görün yada nə düşdü, Saçlarımı saraldacam bir azdan.
Gedib bu gün saçlarımı kəsdirdim, Ad günümdü, mən də belə dəliyəm. Kəsdirmərəm, söyləmişdim bir zaman, Öz andına xilaf çıxan biriyəm.
Neyləmişəm, nə etmişəm, suçmu bu? Bilmirəm ki, nə doğrudur, nədir səhv. Gedib bu gün saçlarımı kəsdirdim, Heç nə, heç nə hiss etmədim, maləsəf.
“Mixi yazılarından əvvəl türk maral buynuzu çəkib, ona “darax” deyib. Balıq çəkib, ona “balıx” deyib. Üz çəkib ona “üzğü” deyib. Bu, 8 min il bundan qabaq olubdur. Şəkilli yazı sisteminə avropalılar piktoqram deyirlər. Sonrakı 2 min ildə isə babalarımız özünün şəkilli yazılarını stilizə edərək onlardan mixi yazı sistemini yaradıblar, gil lövhələr də onların kağızları olub. Orada belə bir şeir də yazıblar:
“Əridə üdsiz kür deyə ki, arazu deyə, Gələ edə savab, hunca deyə, barı, hunca deyə. La bare kadramu, hecü edim u həküdə, Kaş ki, bida nukuş üri, Həmmədan kuku”.
Bunu 3200 il bundan əvvəl Həmədanda yaşayıb yaratmış ulu şairəmiz Bida (türkcə yeganə deməkdir) Həmmədani qazdırıb gil lövhəyə. Ona görə də tam haqlı olaraq olaraq deyə bilərik ki, mixi yazılar yarandığı gündən (6 min il öncədən) ulu türkün olub.
Tariyel Azərtürk, Amerikada yaşayan azərbaycanlı alim, türkoloq, tədqiqatçı.
Qeyd:
Dünyanın ən məşhur arxeologiya və tarix araşdırma mərkəzlərindən biri olan ANCİENT ORİGİNS’in paylaşdığı yeni bilgilərə görə Qobi çölündəki (Türküstanda-Mərkəzi Asiya) 15.000 illik petroqliflərin qədim türklər tərəfəndən çəkildiyi ortaya çıxmışdır. Bu araşdırmaya görə türklərin yayılma coğrafiyası və tarixdə var olduqları zaman daha qədim dövrlərə gedib çıxır. Araşdırmaçı elm adamlarına görə türklər var olan ən qədim millətlərdən biri, bəlkə də ən qədimidir. Bu məlumat mərkəzin rəsmi saytında yerləşdirilib.
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ƏBƏDİ XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TİBB VƏ TƏHSİLDƏ BİRGƏ İNTEQRASİYA I QƏBƏLƏ KONFRANSI
Ülkər Psixologiya Mərkəzi
2023-cü ildən fəliyyət göstərən Ülkər Psixologiya Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçi və rəhbəriJalə xanım Mirsaab (Ülkər onun yeganə övladıdır)ADPU -nin Sosial-psixoloji xidmətlər fakültəsinin məzunudur. Jalə xanım həm də tələbələrin asudə vaxtının səmərəli təşkili üçün yaratdığı Tələbə Cəmiyyətinin rəhbəri olaraq fəaliyyət göstərir. Ülkər Psixologiya Mərkəzi müasir psixologiya elminin nailiyyətlərinə əsaslanaraq, fərdlərin psixoloji sağlamlığının qorunması və inkişafı istiqamətində fəaliyyət göstərən ixtisaslaşmış mərkəzdir. Əsas fəaliyyət istiqamətləri:Psixoloji xidmətlər:-Fərdi psixoloji məsləhət, Ailə və nikah məsləhətləri,Uşaq və yeniyetmələrlə psixoloji iş, Stressin idarə olunması, fobiya və depressiyanın müalicəsi.Tədris və maarifləndirmə:- Psixoloji təlimlər, seminarlar və treninqlər, Müəllim və valideynlər üçün maarifləndirici proqramlar, Peşəkar psixoloqlar üçün ixtisasartırma kursları.Elmi-tədqiqat fəaliyyəti- Psixoloji problemlərin öyrənilməsi, Yeni metod və yanaşmaların tətbiqi, Müasir psixoloji test və diaqnostika üsullarının hazırlanması.Sosial layihələr:- Məktəblərdə və ali təhsil müəssisələrində psixoloji maarifləndirmə tədbirləri Sosial şəbəkələrdə psixoloji maarifləndirmə kampaniyaları, Aztəminatlı ailələrə və həssas qruplara pulsuz psixoloji yardım.Fərdlərin psixoloji sağlamlığını möhkəmləndirmək,cəmiyyətdə psixoloji mədəniyyəti artırmağa xidmət edir.Ülkər Psixologiya Mərkəzinin fəaliyyəti müddətində keçirdiyi tədbirlər-Maarifləndirici tədbirlər:- Məktəb və universitetlərdə psixoloji sağlamlıq mövzusunda seminarlar; -Stressin idarə olunması, İmtahan həyəcanı ilə mübarizə mövzularında mühazirələr; -Valideynlər üçün uşaq psixologiyası ilə bağlı maarifləndirici görüşlər. Mərkəzin xətti ilə keçrilən -Treninqlər və praktiki məşğələlər:-Emosional intellektin inkişafı üzrə treninqlər;
Qrup terapiyası məşğələləri;Ailə və nikah münasibətlərində ünsiyyət bacarıqlarını inkişaf etdirmə seminarları.Psixoloji dəstək layihələri-Yeniyetmələr və gənclər üçün pulsuz psixoloji məsləhət proqramları;Əlilliyi olan şəxslərə və aztəminatlı ailələrə yönəlmiş sosial psixoloji dəstək;- Müharibə iştirakçıları və onların ailələri ilə reabilitasiya görüşləri. Elmi-praktik konfranslar-Psixologiya elminin aktual problemlərinə həsr olunmuş elmi-praktik konfranslar; Beynəlxalq psixologiya mərkəzləri ilə müştərək tədbirlər;Müasir psixoterapiya metodlarının tətbiqi ilə bağlı diskussiya panelləri. Sosial kampaniyalar- Sosial şəbəkələrdə psixoloji maarifləndirmə layihələri;“Psixoloji sağlamlıq həftəsi” çərçivəsində kütləvi tədbirlər; İctimaiyyət üçün açıq psixoloji test və konsultasiya günlərihəyata kecrilir. Son illər Mərkəzin həyata keçirdiyi Layihər:-.”Uğura geden yol”, “Bizimlə birgə addımla” , “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara pedaqoji yanaşma”, “Xərçəng mənim gülüşümü ala bilməz”, “Tələbələrin asudə vaxtının səmərəli təşkili”, Ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinə həsr edilmiş “Tibb və Təhsildə Birgə İnteqrasiya” layihəsi uğurla həyata keçrilir.
Ülkər Psixologiya Mərkəzinin “Tibb və Təhsildə Birgə İnteqrasiya” layihəsin təqdimatı 20 Sentyabr 2025 ildə Qəbələ Mədəniyyət Mərkəzində keçilmişdir. Öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Azərbaycan dövlətinin suverenliyi , ərazi bütövlüyü və torpaqlarının düşmən tapdağından azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi və Ümummilli Lider Heydər Əliyevin əbədi xatirəsi sayğı ilə yad edilmişdir. Ulu öndər Heydər Əliyevin ömür yolundan bəhs edən video çarx nümayiş olundu.Tədbirdə 44 günlük Vətən müharibəsinin şəhidi Baş leytenant hərbi həkim Aqşin Ənvərlinin anası Dilrubə xanım, Anterror şəhid Mayor Səmədov Xəyyamın atası Mirkazım müəllim Layihənin uğurlar icra olunmasını arzu etdilər. “Tibb və Təhsildə Birgə İnteqrasiya”layihəsinin rəhbəri Jalə Mirsaab çıxışında Tibb və Təhsil prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması məqsədi ilə elmi təşkilatları, mərkəzləri və təhsil,tibb müəssisələri arasında əlaqələr gücləndirməyə müvəffəq olması üçün həyata keçirilir.
Konfransın işində təhsil işçiləri, pedaqoq və psixoloqlar, şəhid valideynləri, təşkilat rəhbərləri iştirak etmişlər. Zamanın movcud olan problemlərinin həlli istiqamətində öz tövhəsini verə biləcək İnsana özü-özünün xilaskarı olduğunu anlatmaq, onun mənəvi cəhətdən zəngin, dəyərli bir şəxsiyyət kimi formalaşmasına kömək etmək, sağlam gənc nəslin formalaşdırılması, onların biliklərinin inkişaf etdirilməsinə nail olmaq üçün Ülkər Psixologiya Mərkəzinə fəaliyyətində uğurlar diləyirik.