Respublika Uşaq Kitabxanasına növbəti ekskursiya təşkil edilib
18 aprel 2025-ci il tarixində Respublika Uşaq Kitabxanasına Suraxanı rayonu 89 saylı tam orta məktəbin 4-cü sinif şagirdlərinin ekskursiyası təşkil edilib. Ekskursiya zamanı şagirdlər Azərbaycan maarifçiliyinin görkəmli nümayəndəsi Firidun bəy Köçərlinin “Balalara hədiyyə” kitabı haqqında məlumat əldə ediblər və onlara kitabxananın yaranma tarixi, müxtəlif yaş kateqoriyalarına uyğun kitablar və mütaliənin əhəmiyyəti barədə ətraflı məlumat verilib. Şagirdlərə “Yer kürəsi”, Mürşüd İsmayılzadənin “Hər günə bir sual”, Erik Mativenin “Bəs niyə səma mavidir?” adlı kitablarının icmalı təqdim edilib. Məktəblilər həm klassik, həm də müasir uşaq ədəbiyyatından seçilmiş kitablarla tanış olub, onların məzmunu barədə qısa aanotasiyalar, həmçinin elektron resurslar və onlardan istifadə qaydaları haqqında məlumatlar əldə ediblər. Sonda kitabxana əməkdaşları şagirdlərin suallarını cavablandırıb, onlara kitabxanadan daha çox istifadə etməyi və mütaliəni gündəlik vərdişə çevirməyi tövsiyə ediblər.
Onu yaşlı nəslin nümayəndələri, televiziya və radio işçiləri çox yaxşı tanıyır. Hər zaman xeyirxah əməlləri ilə sevilərək xatırlanan o xoşbəxt adam on minlərlə teleradio işçisinin sevimlisi və əsl arxa-dayağı – Sərhəd Qasımovdur. Sərhəd müəllim AZTV-nin ən ləyaqətli və dəyanətli, özü və sözü bütöv əməkdaşlarından biri olub. Bütün ömrünü,işgüzar fəaliyyətini insanların öz iş yerlərində daha rahat olmasına, güzəranının yaxşılaşmasına həsr edib. Sıravi elektromexanikdən, studiyadankənar işıq sexinin rəisi və nəhayət çoxminli kollektivin həmkarlar ittifaqı komitəsinin sədrliyinədək yüksəlib. Moskva Ali Həmkarlar İttifaqı İnstitutunun İqtisadiyyat fakültəsini bitirən Sərhəd Rəhmət oğlu Qasımov 50 ildən çox Aztv-nin Həmkarlar İttifaqı Komitəsinə rəhbərlik edib. Bəlkə də ölkəmizin idarəçilik tarixində onun qədər uzun müddətli Həmkarlar İttifaqı Komitəsinə sədrlik edən ikinci bir insan yoxdur.Ömrünün 51 ilini Aztv-nin Həmkarlar İttifaqı Komitəsinin sədri işləmək bəlkə də Tanrının Sərhəd Rəhmət oğluna ən böyük ərməğanıdır.Sağlığında özünə minlərlə insanın rəhmətini qazanmaq Sərhəd kişinin halal-hümmət qazancıdır. Müdriklər “İstedad da, şöhrət də inkişaf üçün hərəkətverici qüvvədir, sadəcə istedad insanı öz istədiyi səmtə aparır, şöhrətin isə hara aparacağı bəlli olmur” deyiblər. Sərhəd Qasımov uzun illər Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının üzvü, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin üzvü və Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (Komitəsinin, Şirkətinin) kollegiya üzvü olmuşdur. Sərhəd Qasımov səmərəli fəaliyyətinə görə ölkə Başçısının sərəncamları ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı və “Tərəqqi “medalı ilə təltif olunmuşdur. Şərəfli ömür yolu keçən Sərhəd müəllimin hər zaman bir amalı,bir arzusu olub-insanlar özlərini evlərindəki kimi hiss etməli,heç bir qayğılarla yüklənməməlidir. O, Qurban Yusifzadənin,Elşad Quliyevin,Qeysər Xəlilovun,Məmməd Muradın,Məmməd İsmayılın,Babək Məmmədovun,Nizami Xudiyevin və nəhayət Arif Alışanovun Aztv sədri olduğu dövrlərdə məhz bu istiqamətdə işini qurmağı asanlıqla bacardı. 30 ildən artıq bir yerdə çalışdığım və 17 il müavini olduğum,hər gün dəfələrlə görüşdüyüm,salamlaşdığım Sərhəd müəllim hər zaman cəld yerişi,qısa və olduqca məntiqli söz-söhbəti, düzgün və obyektiv qərarları ilə yadımda qalıb. Ona müraciət edənlərin heç birini naümid qoymazdı.Elə kabinetindəcə həmin şəxsin müraciətinə baxıb qısa bir zamanda həll edərdi.Xeyir iş görənləri,hüzrü düşənləri,müalicəyə ehtiyacı olanları ,əməkdaşların ailələrində baş verən çətinlikləri diqqətindən yayındırmazdı.İmkansız adamların yanında olmağı özünə mənəvi borc sayardı.Maddi ehtiyacı olanlara köməyini əsirgəməzdi. Odur ki, Aztv-nin əməkdaşlarının hər biri Sərhəd müəllimi özlərinin yaxın sirdaşı,dostu və həmdəmi sanardılar. Xoşbəxtəm ki,uzun illər belə bir zəkalı və müdrik insanla çiyin-çiyinə çalışmışam və onun müavini olmuşam. Onunla çalışdığım müddət ərzində Sərhəd müəllimdən idarəçiliyin nə olduğunu, insanların qayğısına qalmağı, əməkdaşlarla təmkinlə rəftar etməklə yanaşı çox şeyi öyrəndim. Sərhəd müəllim hamı ilə dil tapmağı çox mükəmməl bacarırdı. Sərhəd müəllim təqaüdə getdikdən sonra bugünədək jurnalist həmkarım ,Sərhəd müəllimin də mənim də dəyərli dostumuz Akif Cabbarlı ilə birlikdə ona baş çəkir ağsaqqal öyüd-nəsihətlərini dinləyirik. Akif müəllim də ondan çox şey öyrəndiyini, Sərhəd müəllimin mənəvi dünyasından qədərincə bəhrələndiyini bildirir və ağsaqqala can sağlığı,uzun ömür arzulayır. Belə bir qənimət adama cəmiyyətimizin çox ehtiyacı olduğundan danışır, bu gün bəzi televiziya kanallarında, radio efirlərində baş verən neqativ hadisələri, dilimizə xələl gətirən,mənəviyyatımıza zərbə vuran üzdəniraqların qeyri-etik hərəkətlərini müzakirə edirik. Bu gün Sərhəd müəllim yenə yanımızdadır.Və təbii ki biz də onun yanındayıq- bütün qəlbimizlə,duyğularımızla ! Sərhəd müəllim həm də xoşbəxt və nümunəvi ailə başçısıdır. O üç qız bir oğul atasıdır.Sərhəd müəllim kürəkənləri Farizi, Mübarizi və Anarı çox istəyir. Ömür-gün yoldaşı Mədinə xanımla birlikdə nəvələrinin xoş günündən, əsl azərbaycanlı kimi böyümələrindən fərəhlənir və qürur duyurlar.
Bu gün Sizin.84 yaşınız tamam olur. Allah Sizə uzun və sağlam ömür versin ,əzizim, canım-gözüm, ad günün mübarək!
Saat əqrəbini dayandırmışam Görəsən zaman keçir ya durub? Zəngli saatı da səhərə qurdum Çalmadı… Görəsən səhər açılıb? İndi heç bilmirəm saat neçədi? Günəş doğulubmu? Ay batıbdımı? İçimdə yığılan o xatirələr Görən oyaqdımı? Yoxsa yatıbmı?… Daha saniyələr “çık-çık” eləmir Daha ürəyim də vurmur deyəsən Bütün ömrüm boyu onu gözlədim Gəlmirsə deməli sevmir deyəsən…
Qərbi Azərbaycan, Zəngəzur mahalı Qarakilsə (Sisiyan) rayonu Şəki kəndində Seyid Mirağanın dəfn mərasimi. 1968-ci il. Bu qədim kənd qəbristanlığı, 1988-ci ildən sonra bədnam qonşularımız tərəfindən yerlə-yeksan edilib.
Adı Azərbaycan generallarının siyahısına düşməyən Ağdamın Muğanlı kəndinin bəyi Mustafa bəyin nəvəsi Qızıl xaç ordenli Rusiya çarının bacisi qızının əri Qarabağın sultanlığı adı verilmiş On doqquzuncu əsr Azərbaycan ədəbiyyatının şah əsəri Əbdürrəhim bəy Haqverdiyevin ögey qardasi general Abbas bəy Sadiqbəyov. Abbas bəy Sura hökuməti təzə qurulan vaxtı Muğanlı kəndinə bitişik bəylik mülkləri Agbulaq kəndindəki onlarla nökər naibləri olan gəlmə ermənilər tərəfindən tutularaq başına mismar çalınaraq vəhşicəsinə qətlə yetirilmisdir.
1700 yılı İstanbul sokak Türkçesi halen çok anlaşılır bir dil. ──── 1709’da Istanbul’u gezen bir İngiliz tüccar tarafından yazılmış, bir Türkçe – İngilizce diyalog kitapçığından (otel kısmından) birkaç sayfa… ────
─ Silegeç kandedur? (havlu nerdedir)
─ Hiç öyle olur mu, bu kadar çok uyudum mu?
─ Varayım (ş)imdi eve gayrı akçe alayım.
─ Sultanum (beyefendi) temuz yokdur, ben onları çamaşır yıkamağa virdim.
─ Pabuçlarımı sildiñ mi? daha silmedim emme siz geyiniñe (giyinirken) ben silerim.
─ Hizmetiñiz var mı, bir şey lazım mı?
─ Ben tez gelurum hemen yabana gitmeñiz.
─ Yok gitmem, sizi bunde beklerim
─ Oğlan iskemleyi getur.
─ Bre oğlan sabah yakın mı?
─ Gel, gel bugün ayıñ kaçıncı günidir?
─ Baña sorarsañız ne ay bilirum ne gün.
─ Var (ş)imdi baña su getir ellerimi ve yüzümü yüyeyim.
Eduard Limonovun 1979-cu ildə Parisdə fransızca qələmə aldığı və daha sonra rusca yayımlanmış “Это я, Эдичка” (“Bu mənəm, Ediçka”) əsəri sovet və post-sovet ədəbiyyatının ən sərt, ən açıq və ən çox müzakirə doğuran nümunələrindən biri olaraq qalır. Bu roman nəinki müəllifin öz bioqrafik katarsisini, həm də bütöv bir dövrün ideoloji çöküşünü, fərdi böhranı və qərbin “azadlıq” mifinə qarşı yönəlmiş anarxist tənqidini ehtiva edir.
Avtofiksiya və etiraz manifesti
“Это я, Эдичка” romanını adi avtobioqrafik əsər kimi oxumaq yanıltıcı olardı. Bu mətn eyni zamanda avtofiksiya janrına, yəni müəllifin şəxsi həyatının faktlarını bədii uydurma ilə iç-içə təqdim etdiyi bir ədəbi formaya daxildir. Əsərin qəhrəmanı Ediçka, əslində Limonovun alter-egosudur: Sovetlərdən Amerikaya miqrasiya etmiş, orada köməkçi işlərlə dolanan, cəmiyyətin həm mərkəzinə, həm də periferiyasına yad qalan bir yazıçı.
Ediçka – nə Sovetlərə sadiqdir, nə də Qərbin liberal dəyərlərinə inanır. Onun şəxsiyyətində təmsil olunan ruh halı – heç bir ideologiyaya, dəyərə, dünyagörüşünə bağlı olmadan yaşamaqdır. Lakin bu yaşam bir azadlıq yox, əksinə, mənəvi deqradasiya, şəxsiyyətin dağılması, varoluşsal boşluqdur.
Cinsi azadlıqmı, mənəvi iflasmı?
Romanın ən çox tənqid olunan və bir o qədər də çox müzakirə doğuran məqamı Ediçkanın cinsi həyatına dair sərhədsiz və kobud təsvirləridir. Bu seks səhnələri Limonov üçün sadəcə bioloji ehtiyacların ifadəsi deyil; onlar qərb cəmiyyətinin məhrəmliyi pozan sərbəstliyini, şəxsi azadlıq adı altında maskalanan mənəviyyatsızlığı simvollaşdırır.
Ediçka, öz bədənini və cinsəlliyini həm təzyiqə qarşı silah, həm də intihara bərabər bir passiv dirəniş forması kimi istifadə edir. Burada oxucu tez-tez sualla qarşılaşır: qəhrəman azaddırmı, yoxsa sadəcə düşdüyü dünyanı qəbul etməyən bir məğlub?
Yersizlik və qərblə toqquşma
Əsərin fəlsəfi dərinliyi onun siyasi-ideoloji alt qatında gizlidir. Limonovun yaratdığı qəhrəman Amerikada sosial liftlərə çıxmaq əvəzinə, daha da çökür. Bu fakt bir çox sovet dissidentinin düşündüyü “Qərbdə azadlıq” ideyasına qarşı sərt tənqiddir. Limonov burada qərb cəmiyyətinin ikiüzlülüyünü, kapitalist münasibətlərin insanı necə əzdiyini, azadlıq maskası altında mənəvi ölüm yaşandığını ifşa edir.
Ediçka nə Moskvaya, nə Nyu-Yorka aiddir – o, yerli deyil, qəribdir. Bu yersizlik hissi, oxucunu əslində universal bir ekzistensial problemin içinə çəkir: insanın özünə və yerinə yadlaşması.
Dil, üslub və etik sərhədlər
Limonovun üslubu qəddarcasına səmimidir. O, oxucunun rahatlığını pozur, etik sərhədləri qəsdən aşır. Bu da əsəri həm cazibədar, həm də narahatedici edir. Limonovun dili küçə ləhcəsi ilə poetik ifadə arasında qəribə bir balans yaradır. Oxucu bu dildə təhqir də, lirika da, fəlsəfi ağrı da tapır.
Postmodern qəhrəman kimi Ediçka
Ediçka obrazı postmodernizmin “anti-qəhrəman” arxetipinə tam uyğundur. O, nə qəhrəmandır, nə də klassik mənada mübariz. Onun həyatı, reaksiyaları, gündəlik vərdişləri total şəkildə dekonstruksiya olunmuş bir fərdin hekayəsidir. O, daha çox öz iç dünyasında yaşadığı böhranların personifikasiyasıdır.
Dağılmış dünyanın dağılmış qəhrəmanı
“Это я, Эдичка” romanı ədəbiyyatın sərhədlərini genişləndirən, oxucuya diskomfort yaşadaraq onu düşünməyə məcbur edən nadir əsərlərdən biridir. Limonov bu əsərlə nəinki öz şəxsi tarixini yazır, eyni zamanda sovet-sonrası insanın, qərb miflərinə uyan şərqli intellektualın ideoloji portretini yaradır.
Bu əsər – cəsarətin, anarxiyanın, üsyanın və heçliyə qarşı edilən yazıçılıq səssizliyinin hayqırtısıdır. O, oxucuya rahatlıq vermir – çünki bu romanın missiyası təsəlli yox, həqiqət göstərməkdir.
Limonovun Ediçkası Dostoyevskinin Raskolnikovundan, Celine-in Ferdinand Bardamusundan və Bukovskinin Chinaskisindən bəhrələnmiş, lakin onlardan daha sərt və daha sərhədsiz bir obrazdır. Bu baxımdan, ‘Это я, Эдичка’ təkcə bir roman deyil – XX əsrin ikinci yarısında yazılmış bir eksistensial manifestdir.
Ədəbiyyat və istinadlar
Limonov, Eduard. Это я, Эдичка. Paris, 1979.
Шенталинский, Виталий. Дело Лимонова. М., 2001.
Zizek, Slavoj. Violence. Verso, 2008. (qərb və zorakılıq anlayışlarının tənqidi baxımından yanaşma)
Sosial medianın təsiri altında gənclərin şəxsiyyətinin formalaşması
Sosial media gənclərin birbaşa daxili aləminə, həyatlarına həm müsbət, həm də mənfi təsir göstərir. Gənclər sosial medianı yeni biliklər öyrənmək və yaxud yaxınları ilə əlaqələr qurmaq üçün istifadə edirlər. Müsbət tərəfi olaraq daha böyük kütlə ilə tanışlıq, bəzi mühüm məlumatların daha rahat əlçatan olması və s. göstərmək olar. Müsbət tərəfləri olduğu qədər mənfi tərəfləri də var: özünə inamı, özgüvəni azaltması, insanları asosiallaşdırması və gəncləri telefondan asılı hala salması. Araşdırmanın aparılmasında əsas məqsəd sosial medianın gənclər üzərində mənfi, müsbət təsirləri və mənfi tərəflərini maksimum dərəcədə azaltmaq üçün müxtəlif yolların tapılması və platformaların məqsədyönlü şəkildə istifadəsini təmin etməkdir. Sosial medianın təsiri altında şəxsiyyət formalaşması bu dövrün ən aktual problemlərindəndir. Telefonlar, kompüterlər və s. elektron vasitələr həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Orta yaş və ya onlardan yuxarı yaşda olan təbəqə telefonlardan əlaqə üçün, ünsiyyət qurmaq üçün yararlanırlar. Lakin gənclər və azyaşlılar telefonları, sosial platformaları həm müsbət, həm də mənfi şəkildə istifadə edirlər. Texnologiyanın sürətli şəkildə inkişafı indiki dövrdə TikTok, Facebook, Instagram kimi sosial şəbəkələrin yaranmasına gətirib çıxarmışdır. Daha az yaşdan başlayaraq saatlarla sosial mediada vaxt keçirmək indiki dövr uşaqları üçün “əyləncəli” görünsə də, onların gələcəyi üçün bu, fəlakətdir. Həmin platformalardakı bayağı videolar şüuraltı olaraq azyaşlının və ya gəncin xasiyyətinə, xarakterinə və davranışına çox böyük təsir göstərir. Məqalənin yazılmasının əsas səbəbi və adı da bununla bağlıdır: şəxsiyyət formalaşması. Məktəb şagirdi olan bir uşaq günün çox böyük bir hissəsini sosial şəbəkələrdə keçirdərsə, təbii ki, orada gördüyü hərəkətləri təqlid edəcək. Azyaşlıların şüuru və təfəkkürü, ətrafına, izlədiyi müəyyən videolara əsasən formalaşır. Təkcə mənfi deyil, müsbət, maarifləndirici tərəfləri də vardır; saniyələr içində bir məlumatı digər insana ötürmək, faydalı bilgilər əldə etmək, bilmədiyin və yaxud öyrənmək istədiyin məlumatı ən sadə, ən asan üsulla tapmaq. Mən özüm də daxil olmaqla bir neçə yoldaşım coğrafi, fiziki, riyazi və bir çox terminləri, xəritələri sosial şəbəkələrdən öyrənmişik. Bu, əlbəttə, müsbət haldır. Fəqət sosial platformalar əksər hallarda emosionallığı qaldıraraq yaxşı bir şey olduğunu düşündürür. Lakin bir videoda emosionallıq qalxdıqda digər videoda aşağı düşür, bu da insanın daxili aləminə böyük zərərdir. Günün böyük bir hissəsini telefonda keçirdikləri üçün bu hal gənclərin, azyaşlıların asosial bir həyat yaşamasına, əlaqəni, sadəcə, sosial şəbəkə üzərindən qurmasına gətirib çıxarır. Hər nə qədər fərqində olmasaq da, bu, insanlara mənfi təsir göstərir. Ritmi xoş gələn bayağı mahnılar da psixologiyanın, zövqün pozulması deməkdir. Bütün günü həmin mahnını təkrar-təkrar dinləmək, başqa şeyə diqqət verə bilməmək bunun nümunəsidir. Sosial platformalarda vulqar sözlərin, qeyri-etik ifadələrin normallaşdırılması, açıq-saçıq geyimin adi hal kimi görünməsi onu izləyən kütlənin də cəmiyyətə yararsız bir fərd kimi böyüməsi deməkdir. Sosial platformalarda paylaşılan insanların öz həyatları haqqında (geyimləri, bəzək əşyaları və s.) videolar isə FOMO (Fear of Missin Out), yəni ki “Qaçırma qorxusu” adlı psixoloji bir fobiyə çevrilir. Bu fobidə gözündə ideallaşdırdığı birinin həyatını yaşaya bilməmə, başqalarının uğurları ilə və həyat tərzi ilə öz həyatını müqayisə etmə əsas əlamətlərdir.. Bu, insanın öz yaşadığı həyatı gözündə kiçiltməyə, həyatından bezməyə, hətta intihara kimi gətirib çıxara bilər. Sosial şəbəkələrin ən böyük siyasəti isə “aşağı sürüşdürmə” kimi adlanan əksər platformalarda istifadə olunan videoları aşağı sürüşdürərək izləməkdir. Bu, insanlarda asılılıq yaradır, yuxu sistemini pozur, əsəb xəstəlikləri ortaya çıxarır. Təbii ki, belə problemləri olan bir insan nə ailəyə, nə məktəbə, nə də cəmiyyətə xeyirli bir şəxsiyyət olmayacaq. Bütün günü bullinqə baxaraq, söyüş eşidərək keçirən bir fərd onu təqlid edərək insanlara pislik aşılayacaq. Hər şeyin olduğu kimi, bunun da bir həll, çıxış yolu var. Mən məsləhət görərdim ki, 9-cu sinfə çatmamış hər hansı bir şagirdin şəxsi telefonu olmasın. Məlumdur ki, təkcə pis yox, yaxşı işlərə də işlədilə bilər. Amma təfəkkürü tam inkişaf etmədiyi üçün sosial mediada hansı hərəkəti görsə, onu təqlid edəcək və pis bir şəxsiyyət kimi yetişəcək. Yeniyetmə və ya gənclər üçün isə vaxt məhdudiyyətlərini məsləhət görərdim. Müəyyən günləri “Detoks” günləri elan edərək sosial mediadan tamamilə uzaqlaşmaq isə ən yaxşı variantdır. Bu vaxtları xoşladığınız bir hobbi ilə, ailənizlə, dostlarınızla keçirin. Nəticə olaraq bir azərbaycanlı gənci kimi məsləhət görərdim ki, cəmiyyətə yaxşı şəxsiyyətlər, xeyirli fərdlər yetişdirmək üçün bu məsələlər daha da aktuallaşdırılsın.
Naxçıvanda Eluca Atalının kitab təqdimatı keçirilib
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında İsveçdə yaşayan azərbaycanlı yazıçı Eluca Atalı ilə görüş keçirilib. Görüşdə yazıçının yaradıcılığı və yeni nəşr olunan kitabları müzakirə olunub. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tamella Əsgərova Eluca Atalının ədəbiyyata gətirdiyi fəlsəfi-bədii-miniatür janrından, onun fərdi yaradıcılıq üslubundan və Azərbaycançılıq ideologiyasının təbliğindəki fəaliyyətindən bəhs edib. Tədbirdə çıxış edən Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar, kitabxana əməkdaşları və tələbələr yazıçının “Ənqa quşu”, “Uzaq səfərin qəribə sonluğu”, “Odunçunun nağılı”, “İran Hizbullah zindanında” kimi əsərləri haqqında fikirlərini bölüşüb, onun türk dünyası və milli-mənəvi dəyərlərə verdiyi önəmi vurğulayıblar. Görüşdə iştirakçılar Eluca Atalıya suallar ünvanlayıb, müəllif onlara cavab verib və yeni nəşr olunan kitablarını kitabxanaya hədiyyə edib.
Yudu göz yaşlarını bu baharın göz yaşı. Damlalar kirpiyindən yaz gülü tək töküldü. Fırtınalar içində dalgalandı dəniz tək , Ləpələr yırğalanıb sahilinə çəkildi . Ömür çəkilən kimi yol gedir hələ , hər tərəf dayanacaq . Kim bilir kimin harda qatarı dayanacaq? Kimlər mindi qatara, Kimlər keçdi bu yoldan? Kimlər hələ yol gedir , Kimlər duşur qatardan ? Nizamlər, Füzuli, Nəsimilər Kimlər,kimlər və kimlər Yol getdi bu qatarda. Acı görüntüyə bax , “vağzal” dı sağ-solumuz, biz hələ yol gedirik, tükənməyib yolumuz. Yol yoldaşı olmuşuq qatar sakinləriylə . Görüşüb, ayrılmışıq hər gün,hər an biriylə. Bir gün biz də qatardan düşüb ,ayrılacağıq. Doğma ,dost,tanış -biliş əziz qohumlar kimi…