Salam olsun, dəyərli oxucum! Özündə tükənməz güc-qüvvət ehtiva edən sözün tək və yeganə sahibi uca Yaradana şükürlər olsun ki, yeni gözəl bir səbəbiyyət üzərindən Sizinlə körpü qurmaq bizə müyəssər oldu. Min şükür!
Əlbəttə bu fikir subyektiv qəbul olunmalıdır. Belə düşünürəm ki, bütün digər Şərq xalqlarında olduğu kimi bizdə də (bax bu yazını yazdığım dildə oxuyub anlayanlar) şeir yazmağa meyillilik, aludəçilik var. İstiqanlıyıq, həssasıq… Tez coşuruq… Ağına-bozuna baxmadan şeir qoşuruq… Cild-cild kitablar yazırıq. Tacir də yazır, müəllim də qoşur, alım də nəzmə çəkir və d. Əlqərəz yazmaq, qoşmaq bizim üçün adi bir işdir. Vəzifə və sənətimizdən asılı olmayaraq bu işi çoxumuz bacarırıq. Bu qabiliyyət anamızın südü, çəkdiyi bayatılarla hopur canımıza, qanımıza… Bir balaca qəmlənən və ya sevinən kimi sövqi-təbii qoşmalar qoşulur, boylar boylanır, dastanlar bağlanır… Gündəlik qayğılarımızdan dolayı məcubur olduğumuz işlə yanaşı şairliyi də yaşadırıq… Hərəmiz öz bildiyimiz kimi; həkim şair, müəllim şair, taksi sürücüsü şair və hətta qəssab şairlərimiz də var… Bir sözlə hər öz həyatını yaşayır, şairlik şələsini də çiynindən yerə qoymur… Hərənin də öz həqiqəti və ehtiyacları var. Ələxsus son otuz ilin söz dünyasına quşbaxışı bir nəzər salsaq, mavi suların qoynunda bir şair görürük. Mən mavi sulara, sonsuz səmanın ənginliklərinə qərq olmuş bu şairə nə dənizçi, nə təyyarəçi, nə balıqçı şair deyə bilmərəm. Bu əsl şair həyatı yaşayan (bütün parametrlərilə) şairdir.
Şairin qələmə aldığı ən yeni nümunələrdən birinə nəzər salaq (onun ötən əsrin sonlarında müxtəlif məkanlarda, fərqli vəziyyətlərdə, zaman şərtlərində yazdığı şerlər də var):
Mənim qoca şəhərim, mənim uca şəhərim,
neçə ilin həsrətini çəkən, yorğun Şəhərim!
Özümüzdən çox uzaq,
könlümüzə çox yaxın,
gözümüzlə görünməyən tənha, oğrun Şəhərim!
Burada şairin mühətabı Şuşa (Qala) şəhəridir. Qələmə aldığı hisslər ən son hadisələrin eyforiya qarışıq coşqunluğu ilə yoğrulsa da, cilalayıcı şair ruhu heç bir misrada çiy sözə yer verməmişdir. Bu nümunədə mühətabı Nəsimi ilə, M.Ə.Sabirlə, bütün Azərbaycanın özü ilə asanlıqla əvəz etmək olar. Əslində isə şair özü ilə söhbətləşir…
Çətin və bəzən hətta məşəqqətli olsa da şair həyatı yaşamaq hər şairə nəsib olmur… Dənizçi Faiq Balabəyli, tacir-sabunçu Sabir kimi, tacir-müəllim Hadi kimi əsl şair həyatı yaşayan barmaqla sayıla biləcək qədər az şairlərimizdən biridir.
Bu yazını yuxarıdakı qaydada əziz dostum, qardaşım Faiq Balabəylinin lap körpəlikdən qələmə aldığı istənilən nümunə ətrafında həcmcə nə qədər istəsəniz böyütmək olar. Bütün səmimiyyətimlə qeyd etmək istəyirəm ki, buna ehtiyac yoxdur.
Filologiya elmləri doktoru, professor Mahirə Nağıqızının Faiq Balabəyli yaradıcılığına həsr etdiyi “Dəniz adamı” məqaləsindən kiçik bir hissəni xatırlatmaqla yazımı yekunlaşdırmaq istəyirəm: “Bütöv Azərbaycan uğrunda mübarizədə yorulmadan çalışan öz mənalı, məntiqli şeirləri, publisist yazıları ilə Faiq Balabəyli bir ordunun görəcəyi işi öz çiyinlərində şərəflə daşıyır, yorulmadan daşıyır.”
Bəli, Faiq Balabəylini şair edən, onu bir ömürlük şair həyatı yaşamağa məhkum edən bu qayğıdır. Onun həssas qəlbində pərvəriş tapıb bir türlü ovunmayan intizar, həsrət Azərbaycan sevdası… Bu sonluğa ustad sənətkar Bəxtiyar Vahabzadənin “Payız düşüncələri” kitabının və “Vətəndaş” şeirinin adını yazmaqla xüsusi bir rəng qatmaq istəyi keçdi könlümdən… – əziz və dəyərli oxucum düşün ki, qeyd etdiyim bu iki nümunə də Faiq Balabəyli üçün, onun adına yazılıb, onun həyatını əks etdirir…
Mənim şair qardaşım Faiq Balabəyli, 60 nədir ki, …?! Allah sənə uzun ömür versin, 70-də, 80-də, 90-da görüşək… Bütün Azərbaycan dağlarına, çəmənlərinə bal toplamağa getmiş arıların öz pətəklərinə dönsün… Bal kimi şeirlərin süzülsün… Necə ki, belələri var:
Doyunca əyilib içdim suyundan;
Tamı tamahlandırdı, yumdum gözümü,
dadı damağıma köçdü, içimə çəkdiyim
havanı udmaq
geri qaytarmamaq… yordum özümü…
və yaxud:
İndi hay-həşir salacaq
uçacaq ac qağayılar
Qayığın saldığı izə
qonacaq ac qağayılar.
Ömrünü belə yaşayar –
nəfəsi kəsilənə qədər.
İçində qayğı daşıyar
Boğular nələr və nələr…
… , Can Qardaş, can. Sənin nələr çəkdiyini mən bilirəm. Mən.
“Yunus Oğuz müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olmaqla bərabər, öz imzası, dəsti-xəttilə seçilən söz sənətkarlarındandır. Onun ümumi dünya qələmdarları sırasında yeri Təbəri, Qaşqarlı Mahmud, Lev Tolstoy, Yevgeni Tarle, Vasiliy Yan, Məmməd Səid Ordubadi kimi ustad sənətkarların arasındadır. Onu bir yazar kimi sələflərindən və xələflərindən fərqləndirən başlıca xüsusiyyət istər tarixi, istərsə də şahidi olduğumuz hadisələrə yalnız quru bədii salnaməçi mövqeyindən yanaşmamasıdır. Beləki, onun bütün qələmə aldığı mətn nümunələrində mövzuya analitik yanaşma mövqeyi qabarıq şəkildə ortaya çıxaraq keçmişi təsdiq, gələcəyi isə tərtib edir.” Bu sözləri Olaylar.az-a müharibə veteranı, yazar, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustac Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib:
“Tarix, hərb mövzulu yazılar həmişə diqqət mərkəzimdə olub. Bu qəbildən olan yazılarda heç vaxt imzaya deyil, məhz mətnlərə, onların faydalılığına, gələcək nəsillər üçün daşıdığı informasiya yükünə, tutumuna fikir vermişəm. Bu mövzuya dəfələrlə müraciət edərək layiqliləri təqdir, yarıtmazları isə açıq şəkildə tənqid etmişəm. Əgər söhbət konkret olaraq Yunus Oğuzdan gedirsə, “Çağdaş örnək yazarlar” adlı yazımda bu imzanı gəncliyə nümunə olaraq göstərmişəm. “Cığır”a gəlincə, Yunus Oğuz bu əsəri yazmasa belə bir yazar kimi Azərbaycan ədəbiyyatında öz sözünü çoxdan demiş, imzasını təsdiqləmişdi. Bəli. Bu qəti olaraq belədir. Ancaq Yunus Oğuz bu mövzuda yazmaya bilərdimi? Əlbəttə, xeyr! Yunus Oğuz qələbədən, şanlı Zəfərimizdən, Şuşadan mütləq yazmalı idi. Bu Zəfərə qədər qələmə aldığı digər silsilə tarixi romanlarında işarə ilə toxunduğu mətləbləri enində-sonunda açıq bir mətnlə ortaya qoymalı idi. Zaman yetişdi. Bu nümunə “Cığır” oldu. Özü də necə? – Şəxsən mən romanın anonsunu Şuşada şanlı Zəfərimizin memarı Müzəffər Ali Baş Komandanın hüzurunda müəllifin öz dilindən eşitdim. Bu mənzərəni seyr edəndə qeyri-ixtiyari olaraq gözlərimin önündə fatehlərin yanında olan salnaməçi mirzələrdən biri qismində canlandı Yunus Oğuz… Yunus Oğuz qalib sərkərdənin önündə, hadisə yerində onu televiziyadan seyr edən milyonların gözü qarşısında elan etdi ki, o artıq “Cığır”dan yazmağa başlayıb. Bu çox məsuliyyətli və ciddi öhdəlik idi. Bizim tanıdığımız, tarixi biliyinə, siyasi-analitik bacarığına və ümumilikdə geniş erudisiyasına güvənən Yunus Oğuz bu vəzifənin öhdəsindən layiqincə gəldi. O bir peşəkar söz adamı kimi verdiyi sözün üstündə durdu. Gələcək nəsillərə örnək ola biləcək yeni faydalı bir nümunə yaratdı…
Yunus Oğuzun tarixinə söykənərək romanda verdiyi tərtiblərin çoxu qısa bir müddət ərzində həyata keçdi. Bu gün artıq Xankəndində bayrağımız dalğalanır.
Bu yaxınlarda öyrəndim ki, Yunus Oğuzun “Cığır” tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün namizədliyi irəli sürülüb və aidiyyəti qurum tərəfindən namizədlik qəbul edilib. Ümidvaram ki, növbəti xəbər “Cığır”ın Yunus Oğuz, ədəbiyyat, ədalət, ümumilikdə yurdsevər vətən övladları, o cığırı canları, qanları, sıldırım qayalara hördükləri həyatları bahasına yol edərək bu gün artıq yerdən, göydən Göyçə gölünə boylanan əsgərlərimiz, qazilərimiz, şəhidlərimiz adına bu mükafatı qazanması olacaq!”
Salam olsun sənə ey dünyada ən dəyərli nemət olan vaxtını bu sətirləri oxumağa xərcləyən çox dəyərli oxucum! Dünyanın, təbiətin belə gözəl çağında bizə növbəti bir görüş ərmağan etdiyinə görə şükür olsun Böyük Allaha! Bu dəfə haqqında söhbət açacağım şəxs – imza çoxunuza tanış olmaya bilər. Doğrusu (tam səmimi), mən özüm də elə bu şəxsi son bir-iki ildə yaxından tanımışam. Və nə yaxşı ki, tanımışam… Girişə çox vaxt itirmədən birbaşa “Qısa arayış”a keçmək istəyirəm:
QISA ARAYIŞ
Tağızadə Rəfail Alı oğlu – şair, publisist, esseist, tərcüməçi.
11 fevral 1958-ci ildə Ağdamda doğulub. Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) təhsil alıb. Müxtəlif vəzifələrdə çalışıb.
Azərbaycan Milli Ordusunda zabit kimi ön cəbhədə qulluq etməklə bərabər, həm də Milli Ordunun yaradılmasında iştirak edib. Ordu Birləşməsi Komandanlığı tərəfindən “Şah İsmayıl Xətai” və başqa Fəxri fərmanlarla, gecə döyüşünün təşkilinə görə qol saatı, müxtəlif hədiyyələrlə təltif olunub.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Eyni zamanda tanınmış həkim-şair-bəstəkar Şahin Musa oğlunun sədr olduğu AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının yeni seçilmiş üzvlərindən biridir.
“Qapı” (2004) və “Qarabağ rüzgarları” (2009), “Gecə xəyalları” (2013), “Su üzərində bahar” (2019), “Şəhid qardaşlar” kitablarının müəllifidir.
Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabını tərtib edib.
Çağdaş dünya ədəbiyyatını, xüsusi ilə polyak şairlərinin şeirlərini dilimizə tərcümə edib.
“Qəfil görüş” çağdaş polyak şeir antologiyası kitabının həmmüəllifidir.
Polyak şairlərinin şeirlərini tərcümə edərək “Şairlər eyni dildə danışırlar” kitabını hazırlayıb.
Çoxlu sayda kitabların redaktorudur.
Azərbaycan və İctimai Radiolarda Qarabağla bağlı esse və publisistik yazılarından ibarət kompozisiyalar hazırlanıb.
Beynəlxalq Rəsul Rza mükafatı laureatıdır (2006). (“Qarabağ Qazisi haqqında ballada” poemasına görə).
Prezident mükafatçısıdır (2011).
“Ziyadar” mükafatı laureatıdır (2024).
“Şopenin ürəyi” poemasına və dahi bəstəkar Frederik Şopenin 200 illik yubileyi ilə əlaqədar Şopenin Azərbaycanda təbliğinə görə Polşanın Mədəniyyət və Mədəni İrs naziri tərəfindən xüsusi Diploma layiq görülüb.
Ədəbiyyat üzrə Nobel Mükafatçısı Çeslov Miloşun Polşada keçirilən 100 illik tədbirində Azərbaycanı təmsil edib.
“Mədəniyyətlərin Dialoqu və İnteqrasiyası Mərkəzi” İB-nin sədridir.
“Ədəbi ovqat” dərgisinin təsisçisidir.
Şeirləri ingilis, polyak, italyan, alman, fransız, rus, ukrain, özbək dillərinə və Anadolu türkcəsinə çevrilib.
“Qarabağ – Həsrətdən Zəfərə” (2023) müəllifin işıq üzü görmüş ən yeni kitabıdır. “Füyuzat” (Bakı) nəşriyyatında nəfis şəkildə tərtib olunaraq nəşr olunmuş kitabı şanlı Zəfərimizə dəyərli töhfə, ictimayətin qələm adamlarından gözlənti dolu – “…hanı sizin yazdıqlarınız?!” çağırışına sanballı cavab kimi dəyərləndirmək olar.
Rəfail Tağızadə imzası ilə səngər həyatına dair materiallar axtararkən tanış oldum. Ömrünün on ilə yaxın bir hissəsini çiynində silah, əlində qələm (ordunun ən çətin dönəmlərində qumqumasında suyu, “ruqzaq”ında çörəyi olmasa belə döş cibində həmişə gündəliyi olan) səngərlərdə keçirmiş bir ordu mənsubu olaraq böyük əminliklə qeyd edə bilərəm ki, Rəfail Tağızadə bu qəbildən mətn nümunələri yaratmış ən müvəffəq müəlliflərdən biridir. Məsələyə belə bir örnəklə aydınlıq gətirmək istəyirəm. Səngər həyatından bəhs edən istənilən söhbətdə mən öz yazdıqlarımdan çox Rəfail Tağızadənin yazdıqlarına önəm verirəm. Konkret olaraq Yadigar Təvəkgülün “Xatirə Yağışı” kitabını tərtib edərkən Rəfail Tağızadənin “Uçuq evdə payız”, “Yadından çıxarma” şeirlərindən istifadə olunmuşdur. Bu qeyd olunmuş iki nümunəni digər alternativ variantlardan fərqləndirən üstün cəhət bədiiliklə reallığın çuğlaşması nəticəsində yaranmış vəhdətdən doğan təbii, səmimi, çılpaq doğru mənzərədir. (Maraqlananlar istənilən internet axtarış sistemində Yadigar Təvəkgül “ Xatirə Yağışı” yazıb axtarmaqla kitabın elektron variantı ilə tanış ola bilərlər.)
“Qarabağ – Həsrətdən Zəfərə”
“Qarabağ – Həsrətdən Zəfərə” kitabına gəlincə, kitabın üzqabığının rəngi müəllifin demək istədiyinin tən yarısını deyir, oxucuya çatdırır desək yanılmarıq. Belə bir uğurlu başlanğıcla kitabla tanış olmağa başladıqda ikinci sevindirici məqam texniki (orfoqrafik) qüsurların yox dərəcəsində olmasıdır. Kitabı dövrümüzdəki kitab çapı bumunda çağdaşlarından fərqləndirən əsas özəllik onun tərtibi zamanı müəllifin nəsr-nəzm ayrıseçkiliyinə yol vermədən, klassik Şərq kitab tərtibi üslubuna xarakterik qaydada həm poeziya, həm də proza nümunələrinin növbəliyi əsasında (dastanvari) gözə görünməyən süjet xətti üzrə “həsrətdən – Zəfərə” doğru irəliləyərək “44 günlük” savaşda Şuşa zirvəsində kuliminasiya nöqtəsinə çatıb, Cıdır düzündə dincəldikdən sonra nəticəni elan etməsidir.
Söhbətin bu məqamında Aygün Bağırlının kitaba yazdığı tam əhatəli ön sözü mütləq qeyd etmək lazımdır. Özünlə Yurdun arasında sərhəd çəkmək, hələ bu azmış kimi bu sərhəddə postda dayanıb özünü Yurdundan, Yurdunu özündən qorumaq… Bundan dəhşətlisi yoxdur. Yəqin ki, bu sətirləri oxuyanlardan kimsə mütləq uzun illər əvvəl Aqil Abbasın özü haqqında olan bir sənədli filmdə “Dördyol”da Ağdama gedən asfalt yolun üzərinə qurulmuş simvolik maneəni xatırlayacaq. Bu nöqtədən o yana keçə bilmərsən… Həsrət bax həmin o nöqtədən başlayır… Bu halın nə demək olduğunu çəkmədən nə dərk etmək, nə də təsvir etmək mümkün deyil. Bax həmin bu nöqtə Rəfail Tağızadə ustalığının mayası, uğurunun söykəndiyi başlıca amildir.
Biz Tağızadə Rəfail Alı oğlunu şair, publisist, esseist, tərcüməçi kimi təqdim edərkən onun texniki təmayüllü dəqiq elmlər üzrə sistemli təhsil almış istedadlı şəxs (mühəndis) olduğunu unutmamalıyıq . Bu məsələyə əvvəlki yazılarımda da dəfələrlə toxunduğuma görə sadəcə kiçicik bir xatırlatma ilə kifayətlənərək, Rəfail Tağızadəni özü kimi ədəbiyyatçı (filoloq) olmayan qələm adamlarından fərqləndirən əsas məziyyətləri, müasir danışıq dilinə yaxın tərzdə ifadə etməyə çalışsaq həyatın ona verdiyi, real səngər həyatı yaşamaq və Yurdundan ayrı düşərək uzun illər həsrət çəkmək kimi “bonus”ları xüsusi qeyd etmək istəyirəm. Müəllif kitaba məhz bu sualla başlayır. Yola bu silahla çıxır. Çox dəyərli Aygün xanımın verdiyi əhatəli (mübaliğəsiz) girişin həmən ardınca kitabın “8” – ci səhifəsində (mənim üçün təsadüf anlayışı yoxdur) “Həsrət yolçusu” adlı şeirində həm özünə, həm oxucusuna ünvanladığı
Ay bu yolu gedən yolçu,
Yolu, səmti bilirsənmi?
sualla başlayır “həsrət”dən “Zəfər”ədək uzanan keşməkeşli, təxminən bir qərinəlik yoluna… Rəfail Tağızadə bir müəllif, yurdsevər yurddaş kimi özünün bu yola dərindən bələd olduğunu yol boyu “Vaqonun altından asılan beşik”, “Qızılgül”, “Yolçu, ordan quş göndər, dimdiyində torpağım”, “Qaçqın qəbiristanlığı”, “Getmək istədiyim yer göz önündə”, “Orda bir ev var”, “Qalx ayağa gedək, qardaş”, “…1993…”, “Sabahı gözəl Şuşam” və “Mən sənin sərhədin, vətən” adlı dayanacaqlarda, kölgəliklərdə, bulaq başında, arx üstündə, darvazası olmayan doqqazlarda dəfələrlə sübut edir, təsdiqləyir. Oxucusuna öyrədir. Sanki hər epizoddan sonra “Bir qalanın sirri” filmində kitabların Elşənə ünvanladığı sual adamın beynində rezonans verir… Məncə əsl mətləbi bax bu yola az-çox bələdçiliyi olan oxucu anlayacaq.
Belə ümumi baxışdan sonra üş(ç) konkret məqam üzərində qısa dayanaraq söhbətimi yekunlaşdırmaq istəyirəm. Birinci kitabdan bir nəsr nümunəsindən kiçicik parça:
“Hər kəsə verilməyən çiçək
Qarabağın hər yeri gözəl idi. Dağı da, dərəsi də. Torpağı, suyu, havası da. Əldən yerə nə düşürdüsə, bitirdi. O yerlərdə qoz ağacını qarğalar əkirdi.
Baharı laləzara dönərdi.
Meyvələrin tamı, güllərin, çiçəklərin ətri bambaşqa idi.
Bənövşənin də…” ardı kitabda. Səh. 33.
İkinci bir nəzm nümunəsinin mətləbi haqqında və özündən parça:
“Dоqquz qоz аğаcı hаqqındа bаllаda
Şəhərə məcburi köçməli оlаn аnаm iki dəfə yаmаn kövrəldi:
bir dəfə mən bаzаrdаn bаyrаmlıq qоz аlıb gətirəndə, …
Qаrımış qоz аğаcındа
qаrğаlаr qоz-qоz оynаdır,
süpürülməyən хəzəllərin аltındа
neçə ilin bаyrаmlıq qоzu yаtır.
Dоqquz qоz аğаcı vаrdı kənddəki həyətimizdə
dоqquzu dа bir-birindən böyük,
bir-birindən ucа,
budаqlаrı hаçа-hаçа.
Hələ kənd bаğındаkılаrı demirəm. …” ardı kitabda. (Səh. 18.)
Üçüncü isə kitabda səh.150 – də yer almış “Heykəlin təbəssümü” haqqında.
Bir dəstə bənövşəni “CD”, “DVD” və ya ən müasir yaddaş kartı ilə müqayisə edərdim… Hər dəfə bir dəstə bənövşə gördükdə (hələ onun ətri) insanın bütün uşaqlığı, gəncliyi kino lenti kimi gözü önündə canlanır. Bir dəstə bənövşə sözün əsl mənasında bir qəlbin açarı, bir ruhun yelkənidir. Eşq olsun, Rəfail Tağızadə!
“Qoz ağacı” məsələsi – bu giriləsi kol deyil… Yaralı yerimizdir… Yəni ən azından bu kiçik həcmli bir kitaba məlumatlandırma xarakterli ümumi baxışdan ibarət olan yazıda bu məsələdən söz salmağın yeri yoxdur. Deməlini Rəfail Tağızadə deyib…
“Heykəlin təbəssümü”nə gəlincə bu mənə çox maraqlı gəldi. Bura qədər elə bilirdim ki, “heykəlin güldüyünü təkcə mən görmüşəm…” bu yerdə ”BU GECƏ NATƏVAN GÜLÜMSƏYİRDİ” şeirindən bir parçanı təqdim edib söhbətimi yekunlaşdırıram:
Bu gecə Şuşada göydən nur yağır,
Hər kəsin üzündə qürur, təbəssüm!
Yurdun oğlun, qızın görüb bəxtiyar,
Xan qızı Natəvan edir təbəssüm!
14-15.07.2022. – Bakı.
Şeiri tam olaraq Zaur Ustac “Bu gecə Natəvan gülümsəyirdi” yazıb axtarış etməklə internetdən tapıb oxumaq olar.
Dəyərli oxucum, əlbəttə, həcmindən asılı olmayaraq istənilən yazıda bütün məsələlərə toxunmaq, maraqlı sualların hamısı haqqında fikir bildirmək mümkün deyil. Ancaq mən çalışdım ki, oxucuda kitab haqqında ilkin bir fikir formalaşdıracaq yığcam yazı hazırlayım və bu yazımda heç olmasa bir-iki nümunəni olduğu kimi təqdim edim. Qısa fikirlərimi bildirim. Ümidvaram ki, müəyyən mənada məqsədimə nail olmuşam. Dünyada ən dəyərli nemət olan vaxtınızı bu sətirləri oxumağa həsr etdiyinizə görə sizə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olun. Allah amanında. Allah sizi qorusun!
Anton Çexovun “Altı Nömrəli Palata” hekayəsi: Ədalətsizliyin divarları arasında
Anton Çexovun “Altı nömrəli palata” əsəri, dərin fəlsəfi və psixoloji məzmunu ilə cəmiyyətin ədalətsizliklərinə güzgü tutur. Burada təkcə bir xəstəxana divarları arasında ilişib qalan insanlar yox, bütöv bir cəmiyyətin, sistemin acı həqiqəti var. Oxuduqca özümüzü suallar içində tapırıq: Biz kimik? Azadıqmı? Düşüncələrimiz bizi xilas edir, yoxsa məhv edir?
Əsərdəki hadisələr zahirən sadə görünür: psixiatrik xəstəxana, orada məhbus kimi saxlanılan “dəli”lər və sistemə tamamilə boyun əyən həkim Andrey Yefimiç. Amma əslində, bu palata, bizə bütöv bir cəmiyyətin metaforasını göstərir. Buradakı insanlar, ətrafımızdakı insanlardır. Buradakı divarlar, bizi sərhədləyən sistemin görünməz divarlarıdır.Andrey Yefimiç və pasiyent İvan Dmitriçin söhbətləri vasitəsilə cəmiyyətin düşüncə azadlığına, fərqli baxışlara və insan haqlarına qarşı necə qəddar olduğunu görürük. Hüquqi dövlət anlayışı və hüququn manipulyasiyası əsərdə xəstəxananın idarə olunma tərzi, hüquqi dövlət prinsiplərinin pozulmasına nümunədir. Andrey Yefimiç baş həkim olduğu halda, heç bir dəyişiklik edə bilmir və sistemin qurbanına çevrilir. Hüquq harada bitir, zülm harada başlayır? Əsər insanı hüquqi aspektdən də düşündürür. İvan Dmitriç – o, doğrudan da “dəli”dir? Yoxsa sadəcə cəmiyyətin qəbul etmədiyi biri olduğu üçün qapatılıb? Bu sual həmişə aktualdır. Tarix boyu fərqli düşünənlər, sistemlə razılaşmayanlar dəli elan edilib, sürgünə göndərilib, hətta öldürülüblər. Hüquq və ədalət nə qədər üst-üstə düşür?
Qanun insanı qorumaq üçün olmalıdır, amma bəzən onun əksinə işləyir. İvan Dmitriç məhkəməsiz, günahsız, heç bir hüquqi əsas olmadan azadlığını itirir. Bu, bizə günümüzdə də rast gəlinən hüquq pozuntularını xatırladır. İnsan hüquqları – hər zaman müdafiə olunan bir şey deyil, bəzən kağız üzərində qalır. Andrey Yefimiç – sistemin içində olduğu halda, onu dəyişdirmək üçün heç nə etməyən bir obrazdır. O, əvvəlcə bu palatanın nə qədər dəhşətli bir yer olduğunu anlayır, amma sonda özü də ora düşür. Bu, elə bil bir ədalət simvoludur: sistemi dəyişməyə çalışmayanlar, sonda onun qurbanı olurlar. Hüquqi sistem də belədir – əgər ona nəzarət olunmazsa, bir gün hamını məhv edəcək. Bəs Kim doğrudan da dəlidir?
Əsərdə əsas fəlsəfi suallardan biri budur: “Həqiqətən kim dəlidir? Cəmiyyətmi, yoxsa sistemə tabe olmayan insan?” Çexov göstərir ki, bəzən ağıllı insanlar cəmiyyət tərəfindən “dəli” elan olunur, çünki onların baxışları sistemin qəbul etdiyi normalara uyğun gəlmir.
Filosof Mişel Fuko da “Dəlilik tarixi” adlı əsərində bu problemi araşdırıb. O, dəliliyin sosial konstruksiya olduğunu və tarixi dövrlərdə dəyişdiyini vurğulayır. Hüquqi aspektdən baxsaq, bir insanın psixi sağlamlığı haqqında qərarın sırf dövlət qurumları və hakimiyyət sahibləri tərəfindən verilməsi, azadlıq hüququnun pozulmasıdır. Əsər təkcə hüquq məsələləri ilə bitmir, həm də bizə fəlsəfi suallar verir. Kim daha ağıllıdır: həyatdan bezib hər şeyə göz yumanlar, yoxsa haqsızlığa qarşı üsyan edənlər? Çexovun bizə göstərmək istədiyi odur ki, cəmiyyətin qəbul etdiyi normalar bəzən o qədər mənasızdır ki, ona uyğun gəlməyən insanlar əslində daha ağıllı olurlar. İvan Dmitriç oxumuş, bilikli bir insandır, amma yenə də burada “dəli” kimi damğalanıb. Andrey Yefimiç intellektual, düşüncəli bir həkimdir, amma sistemə tabe olduğu üçün sonda özü də qurban olur. Bəlkə də, əsərdə verilən ən dərin mesaj budur: insan yalnız düşüncədə azaddır. Amma bu azadlıq onun sonunu da gətirə bilər. Bu hekayə bizə bir şeyi göstərir: cəmiyyətdə ədalətsizlik həmişə olub və olacaq, amma əgər heç kim ona qarşı çıxmazsa, bu sistem daha da güclənəcək. Bəzən azadlıq insanın beynindədir, amma əgər cəmiyyət buna icazə vermirsə, o azadlıq heç bir işə yaramır.
Sonda isə sual açıq qalır: Biz bu palatanın içindəyik, yoxsa çöldə? Əgər çöldəyiksə, niyə bu qədər divar var?
7 fevral 2025-ci il tarixində Sım Kənd Mədəniyyət Evi və Sım Kənd Kitabxanasının birgə təşkilatçılığı ilə Sım Kənd Mədəniyyət Evində Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğum günü ilə əlaqədar dəyirmi masa keçirilmişdir. Tədbirdə mövzu ilə bağlı kitab sərgisi və fotostend nümayiş olunmuşdur.
Namiq Dəlidağlı, müasir Azerbaycan poeziyasının incisi olaraq, böyük ədəbi dəyəri olan əsərləri ilə tanınır. Onun yaradıcılığı, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ədəbiyyatında vacib bir yer tutur. Dəlidağlı, həm şair, həm də mütəfəkkir kimi dərin düşüncələrini, fəlsəfi təfəkkürünü və emosional zənginliyini poeziyasına inteqrasiya edərək, Azərbaycan ədəbiyyatına mühüm bir töhfə vermişdir. Onun əsərləri, xalqın duyğularını, həyatını, mədəniyyətini və tarixini dərinliklə əks etdirərək hər dövrdə oxucuların marağını cəlb etmişdir. Poeziyasında ən çox işlənən temalar arasında insanın daxili mübarizəsi, sevgi, azadlıq, mübarizə və vətənə olan sevgi yer alır. Şözün gücünü istifadə edərək, oxucusunun düşüncələrinə dərin təsir edir və bədii ifadələrdəki incəliklə emosional bir atmosfer yaradır. Şiirlərində işıq və qaranlıq arasında keçən mübarizə, əbədi insanlıq məsələlərinə toxunma onun sənətindəki fəlsəfi zənginliyi göstərir. Hər bir şeirində oxucusunu yalnız gözəlliklərlə deyil, həm də dərin sosioloji və fəlsəfi düşüncələrlə qarşılayır. Namiqbəyin şeirlərində insanın daxili dünyası, həyatın acıları və mövcudluğun mənasızlığına dair dərin düşüncələr özünü göstərir. Onun şeirlərində həm emosional yük, həm də fəlsəfi dərinlik var. Şairin bədii dilində müasir insanın varlıq böhranı, mənəvi sarsıntıları və həyatdan aldığı acılar çox gözəl əks olunub. Şair “Tanrım” şeirində həyatın və insanın qəlbini sıxan yükə qarşı təslimiyyətini və bu yükü daşımağa olan səbrini təsvir edir. Şeir, Tanrıya olan müraciətlə başlayır və şairin onun qarşısında gücsüzlüyünü, həyatın ona verdiyi çətinlikləri qəbul etməsini göstərir. Şeirdə həmçinin insanın daxili mübarizəsi, özünə qarşı olan etirazı və dərdin insanın qəlbini necə böyütməsi təfsilatıyla təqdim edilir. Tanrının qarşısında şairin acizliyi, mövcud həyatın ağırlığını hiss etdirməklə, oxucunu düşündürməyə və öz həyatını qiymətləndirməyə vadar edir.
“Tanrım, mənim yolum dağlarla örtülü, Bir nəfəsdə mənim hər işim batır.”
“Bu Dərd” şeirində şair insanın çətinliklər qarşısında düşdüyü psixoloji sarsıntını və bu sarsıntının qarşısında necə aciz olduğunu vurğulayır. Dərd, şairin həyatında getdikcə böyüyən və onun daxili dünyasını tərpədən bir qüvvə kimi göstərilir. Həyatın gətirdiyi çətinlikləri qəbul etməkdən başqa bir şey qalmayan şair, bu dərdlərin içində bir ümid işığı axtarır, amma yenə də bədbinlik və kədərdən qaça bilmir. Bu şeir, insanın öz taleyinə qarşı mübarizəsi və bəzən taleyə təslimiyyətin gətirdiyi qorxu və acını incə bir şəkildə ifadə edir.
“Bu dərd mənimlə birlikdə nəfəs alar, Həyat bir köhnə döyüşdür, məğlub olandan.”
“İntihar Düşüncələri” bu şeir şairin ölüm və intihar mövzusuna olan mürəkkəb yanaşmasını ortaya qoyur. Şairin intihara dair düşüncələri, onun həyatın yükləri və dərdləri ilə necə barışdığını göstərir. “İntihar” bir cür “qələbə” olaraq təqdim edilir, ancaq bu qələbə həyatla mübarizənin bitişi deyil, əksinə, bir “ayrılıq”dır. Şeir, insanın içindəki intihar istəklərinin, bir növ həyatla barışın və ayrılığın ən son mərhələsi olduğunu göstərir. Bu, ölümə qarşı mübarizənin yalnız bir bəndidir və şairin özünü yaşamaq üçün tapmağa çalışdığı çarəsizlikdən doğur.
“Sözlərim də bir uçuş kimi, tükənər, Ölümdən qorxan deyil, onu istəyərəm.”
“Payız Adam” şeirində payız fəslinin insanın həyatındakı əksinə düşən dövrü simvolizə etdiyi göstərilir. Payız, həmçinin insanın içindəki köhnəlmiş arzuların və keçmişin dövrüdür. Şair, “payız adam” simvolunu istifadə edərək, həyatın və zamanın tükənməyən hərəkətini və insanın özünü necə keçmişin yükü altında hiss etməsini təsvir edir. Şairin sükut içində keçirdiyi zamanla əlaqələndirilən payız, həmçinin insanın keçmişə olan bağlılığını və bu bağlılığın onu necə geridə buraxmasını simvolizə edir.
“Payızın rənglərində özümü tapdım, Zaman sükut içində ağladı, mənimlə.”
“Şəkilli Şeir” şeirində şair, bir şəkil vasitəsilə insanın emosional vəziyyətini, ağrısını və keçmişini necə canlandırdığını izah edir. Şəkil, şair üçün yalnız bir xatirə və ya vizual təsvir deyil, eyni zamanda ürəyinin ağrılarını və keçmişin izlərini üzə çıxaran bir vasitədir. Şeirdə, şəkilin vasitəsilə insanın içindəki hər şeyin təmsil olunduğu bildirilir; ağrılar, keçmişin sızısı və həsrət – bütün bunlar bir şəkil vasitəsilə ifadə edilir. Bu şeir, bədii imajların gücünü və onların insanın daxili aləmi ilə necə əlaqələndirildiyini göstərir.
“Bir şəkil, bir xatirə, hər şeyin təmsili, Ağrılar, keçmiş, hər biri canlanır orda.” Bu şeir, şairin keçmişə olan nostaljik münasibətini və şəhərdən uzaqlaşma arzusunu göstərir. Payız, burada, həmçinin ayrılıq və tənha bir həyatın təmsilçisidir. Şeirdə “xaraba” şəhəri və bu şəhərin insanın daxilindəki tənha hissləri simvolizə etdiyi qeyd edilir. Şair, keçmişə olan bağlılığı, zamanın necə əldən getdiyini və bu getmişliyin gətirdiyi kədəri vurgulayır. Ayrılığın acısı və zamanın keçməsi ilə bağlı təəssüf hissi şeirdə ön plana çıxır.
“Şəhərin xarabalığında sükut var, Keçmişin izləri yerində donmuş zaman.”
“Sizə Elçi Gəldi, Bizə Ayrılıq” Şeiri Bu şeir, sevgi və ayrılığın gərgin emosional vəziyyətini təqdim edir. Şair, “elçi” simvolu vasitəsilə ayrılığı bir növ hökm kimi qəbul edir və bu ayrılığın qarşısında dayanan mübarizəni təsvir edir. Ayrılıq, burada həm fiziki, həm də emosional bir təcavüz kimi təmsil olunur. Şeir, ayrılıq mövzusunu hüzünlə, lakin bir qədər də təbii bir yanaşma ilə təqdim edir.
“Elçi gəldi, amma xəbəri gətirdi, Ayrılıq, həyatın cəzadır dediyi.”
Namiqbəyin şeirlərindəki əsas mövzu insanın daxili aləmi, həyatda qarşılaşdığı çətinliklər və bu çətinliklərə qarşı olan təslimiyyətidir. Şairin bədii üslubu, qəlbin dərinliklərini və ruhun zədələnmiş vəziyyətini çox təsirli şəkildə təqdim edir. Onun şeirlərindəki metaforalar, duyğuların dərinliyini və insanın mövcudluğuna dair fəlsəfi düşüncələri əks etdirir. Hər bir şeir, oxucunu öz daxili dünyası ilə qarşı-qarşıya qoyur və onlara həyatın təbii və bəzən acı olan tərəflərini göstərir. Dəlidağlı, həm də Azərbaycan xalqının tarixini, mədəniyyətini və mübarizə ruhunu öz əsərlərində təcəssüm etdirmişdir. Poeziyasındakı vətən sevgisi təkcə bir coğrafi məkanı əks etdirmir, eyni zamanda bir xalqın ruhunu, mədəniyyətini, əxlaqını və özünə inamını da vəsf edir. Onun şeirlərində vətənə olan sevgi yalnız fiziki sərhədlərlə bağlı deyil, həm də millətinin tarixi və gələcəyinə olan bağlılıqla əlaqələndirilir. Dəlidağlı, Azərbaycan xalqının milli kimliyini təbliğ edərək, onu gələcək nəsillərə əbədiyyətlə çatdırır. Onun ədəbi karyerası bir çox mükafatlarla təltif edilmiş və həm yerli, həm də beynəlxalq səviyyədə böyük uğurlar əldə etmişdir. Onun əsərləri müxtəlif ölkələrdə və dillərdə tərcümə olunmuş, dünya miqyasında tanınmışdır. Dəlidağlı, ədəbiyyat sahəsindəki uğurları ilə Azərbaycan ədəbiyyatının nüfuzunu artırmış və onu beynəlxalq səhnədə daha da tanıtmışdır. Şairin ilk zamanlardan etibarən təqdim etdiyi poetik innovasiyalar, onun ədəbi üslubunun zənginliyini və dərinliyini göstərir. Dəlidağlı, həm klassik Azərbaycan poeziyasının təməl prinsiplərini qoruyub saxlayaraq, həm də müasir dünya ədəbiyyatını özünəməxsus şəkildə qavrayıb ona yeniliklər gətirmişdir. Onun şeirlərindəki dil incəliyi, poetik zənginlik və simvolizm, hər zaman təhlilçilər və ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Namiq Dəlidağlının ədəbiyyat sahəsindəki ən böyük uğuru, onun əsərlərinin yalnız poeziya sevərləri tərəfindən deyil, həm də akademik dairələrdə yüksək dəyərləndirilməsidir. O, Azərbaycan poeziyasının inkişafında vacib bir yol göstərmiş, gələcək ədəbiyyat nəsilləri üçün əvəzsiz bir irs buraxmışdır. Zaman sükut içində ağladı, mənimlə.” “Şəkilli Şeir” şeirində şair, bir şəkil vasitəsilə insanın emosional vəziyyətini, ağrısını və keçmişini necə canlandırdığını izah edir. Şəkil, şair üçün yalnız bir xatirə və ya vizual təsvir deyil, eyni zamanda ürəyinin ağrılarını və keçmişin izlərini üzə çıxaran bir vasitədir. Şeirdə, şəkilin vasitəsilə insanın içindəki hər şeyin təmsil olunduğu bildirilir; ağrılar, keçmişin sızısı və həsrət – bütün bunlar bir şəkil vasitəsilə ifadə edilir. Bu şeir, bədii imajların gücünü və onların insanın daxili aləmi ilə necə əlaqələndirildiyini göstərir.
“Bir şəkil, bir xatirə, hər şeyin təmsili, Ağrılar, keçmiş, hər biri canlanır orda.” Bu şeir, şairin keçmişə olan nostaljik münasibətini və şəhərdən uzaqlaşma arzusunu göstərir. Payız, burada, həmçinin ayrılıq və tənha bir həyatın təmsilçisidir. Şeirdə “xaraba” şəhəri və bu şəhərin insanın daxilindəki tənha hissləri simvolizə etdiyi qeyd edilir. Şair, keçmişə olan bağlılığı, zamanın necə əldən getdiyini və bu getmişliyin gətirdiyi kədəri vurgulayır. Ayrılığın acısı və zamanın keçməsi ilə bağlı təəssüf hissi şeirdə ön plana çıxır.
“Şəhərin xarabalığında sükut var, Keçmişin izləri yerində donmuş zaman.”
“Sizə Elçi Gəldi, Bizə Ayrılıq” Şeiri Bu şeir, sevgi və ayrılığın gərgin emosional vəziyyətini təqdim edir. Şair, “elçi” simvolu vasitəsilə ayrılığı bir növ hökm kimi qəbul edir və bu ayrılığın qarşısında dayanan mübarizəni təsvir edir. Ayrılıq, burada həm fiziki, həm də emosional bir təcavüz kimi təmsil olunur. Şeir, ayrılıq mövzusunu hüzünlə, lakin bir qədər də təbii bir yanaşma ilə təqdim edir.
“Elçi gəldi, amma xəbəri gətirdi, Ayrılıq, həyatın cəzadır dediyi.”
Namiqbəyin şeirlərindəki əsas mövzu insanın daxili aləmi, həyatda qarşılaşdığı çətinliklər və bu çətinliklərə qarşı olan təslimiyyətidir. Şairin bədii üslubu, qəlbin dərinliklərini və ruhun zədələnmiş vəziyyətini çox təsirli şəkildə təqdim edir. Onun şeirlərindəki metaforalar, duyğuların dərinliyini və insanın mövcudluğuna dair fəlsəfi düşüncələri əks etdirir. Hər bir şeir, oxucunu öz daxili dünyası ilə qarşı-qarşıya qoyur və onlara həyatın təbii və bəzən acı olan tərəflərini göstərir. Dəlidağlı, həm də Azərbaycan xalqının tarixini, mədəniyyətini və mübarizə ruhunu öz əsərlərində təcəssüm etdirmişdir. Poeziyasındakı vətən sevgisi təkcə bir coğrafi məkanı əks etdirmir, eyni zamanda bir xalqın ruhunu, mədəniyyətini, əxlaqını və özünə inamını da vəsf edir. Onun şeirlərində vətənə olan sevgi yalnız fiziki sərhədlərlə bağlı deyil, həm də millətinin tarixi və gələcəyinə olan bağlılıqla əlaqələndirilir. Dəlidağlı, Azərbaycan xalqının milli kimliyini təbliğ edərək, onu gələcək nəsillərə əbədiyyətlə çatdırır. Onun ədəbi karyerası bir çox mükafatlarla təltif edilmiş və həm yerli, həm də beynəlxalq səviyyədə böyük uğurlar əldə etmişdir. Onun əsərləri müxtəlif ölkələrdə və dillərdə tərcümə olunmuş, dünya miqyasında tanınmışdır. Dəlidağlı, ədəbiyyat sahəsindəki uğurları ilə Azərbaycan ədəbiyyatının nüfuzunu artırmış və onu beynəlxalq səhnədə daha da tanıtmışdır. Şairin ilk zamanlardan etibarən təqdim etdiyi poetik innovasiyalar, onun ədəbi üslubunun zənginliyini və dərinliyini göstərir. Dəlidağlı, həm klassik Azərbaycan poeziyasının təməl prinsiplərini qoruyub saxlayaraq, həm də müasir dünya ədəbiyyatını özünəməxsus şəkildə qavrayıb ona yeniliklər gətirmişdir. Onun şeirlərindəki dil incəliyi, poetik zənginlik və simvolizm, hər zaman təhlilçilər və ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Namiq Dəlidağlının ədəbiyyat sahəsindəki ən böyük uğuru, onun əsərlərinin yalnız poeziya sevərləri tərəfindən deyil, həm də akademik dairələrdə yüksək dəyərləndirilməsidir. O, Azərbaycan poeziyasının inkişafında vacib bir yol göstərmiş, gələcək ədəbiyyat nəsilləri üçün əvəzsiz bir irs buraxmışdır. Onun uğurları hələ də davam etməkdədir. Şairin əsərləri gələcək nəsillərə ilham verəcək və onun ədəbi irsi, Azərbaycan ədəbiyyatının mühüm bir hissəsi olaraq uzun illər boyu oxuculara xidmət edəcəkdir. Dəlidağlı, təkcə şair olaraq deyil, həm də bir düşünür və fəlsəfi bir mütəfəkkir kimi ədəbiyyata böyük bir töhfə vermişdir. Onun uğurları, yalnız şəxsi karyerası ilə məhdudlaşmır, həm də milli ədəbiyyatın və mədəniyyətin inkişafına olan əvəzsiz qatqı ilə bağlıdır. Şairin əsərləri, hər zaman yeni dövrün tələblərinə cavab verərək və xalqın ruhunu əks etdirərək, Azərbaycan ədəbiyyatının parlaq gələcəyinə ümid yaradır. Namiq Dəlidağlı, həm şəxsi həyatı, həm də əsərləri ilə Azərbaycan ədəbiyyatına mühüm bir yer tutmuşdur. Onun poeziyasının dərin fəlsəfi və emosional qatları, eyni zamanda vətənə olan sevgisi və insanın daxili dünyası ilə bağlı təhlilləri, onu müasir ədəbiyyatın görkəmli simalarından biri etmişdir. Dəlidağlının yaradıcılığı, yalnız Azərbaycan poeziyasına deyil, bütün Türk dünyasının ədəbiyyatına böyük bir töhfə vermişdir. Onun yaradıcılığını və ədəbi mirasını qiymətləndirmək, gələcək nəsillərə ötürmək, Azərbaycan ədəbiyyatını daha da zənginləşdirərək müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək müasir ədəbiyyatın ən mühüm məqsədlərindən biri olmalıdır. Namiq Dəlidağlının uğurları ilə bağlı ümidlərimiz davam edəcək və onun əsərləri gələcəkdə də ədəbiyyatsevərlərə yol göstərəcəkdir.
Cahangir NAMAZOV, “Bütöv Azərbaycan”ın Özbəkistan təmsilçisi. Dünya İstedadları Beynəlxalq Birliyinin üzvü, Abay medalı və “Unutmas meni boğim” beynəlxalq Osman Nəsir xatirə nişanı sahibi.
Namiq Dəlidağlı, müasir poeziyamızda öz dəsti-xətti olan, əsərləri ilə ədəbi dəyər yaradan şair kimi tanınır. Bu gün mən deyərdim ki, onun yaradıcılığı, yalnız Azərbaycanda deyil, bütün Türk dünyasında təbliğ olunmaqdadır. N.Dəlidağlı bir qələm sahibi kimi dərin düşüncələrini, fəlsəfi təfəkkürünü və emosional zənginliyini poeziyasına yansıdaraq, ədəbiyyata mühüm bir töhfə verməkdədir. Onun yaradıcılığı xalqın duyğularını, həyatını, mədəniyyətini və tarixini dərinliklə əks etdirərək hər dövrdə oxucuların marağını cəlb etməyə qadirdir. Poeziyasında ən çox işlənən mövzular arasında insanın daxili mübarizəsi, əbədi mövzu olan məhəbbət, azadlıq və vətənə olan sevgi yer alır. O, sözün gücündən istifadə edərək, oxucusunun düşüncələrinə dərin təsir edə və bədii ifadələrdəki incəliklə emosional bir mühit yarada bilir. Onun şeirlərində işıq və qaranlıq arasında keçən mübarizə, əbədi insanlıq məsələlərinə toxunma şairin sənətindəki fəlsəfi zənginliyi göstərir. Bir çox şeirlərində oxucusunu yalnız gözəlliklərlə deyil, həm də dərin sosioloji və fəlsəfi düşüncələrlə qarşılayır. Namiq bəyin şeirlərində insanın daxili dünyası, həyatın acıları və mövcudluğun mənasızlığına dair dərin düşüncələr özünü göstərir. Onun şeirlərində həm emosional yük, həm də fəlsəfi dərinlik duyulur. Şairin aşağıdakı şeirində müasir insanın mənəvi sarsıntıları və həyatdan aldığı acılar bədii dillə çox gözəl əks olunub. Ağrılıdı:
Bir yer göstər, çıxım gedim, Yaşaya bilmirəm Tanrım. Ən əziz dərdimi belə, oxşaya bilmirəm, Tanrım.
Şair “Tanrım” şeirində insanın qəlbini sıxan həyat yükü ilə tablaşmasını və bu yükü daşımağı təsvir edir. Şeir, Tanrıya olan müraciətlə başlayır və şairin onun qarşısında gücsüzlüyünü deyil, həyatın ona verdiyi çətinlikləri qəbul etməsini göstərir. Şeirdə həmçinin insanın daxili mübarizəsi, özünə etirazı təfsilatıyla təqdim edilir. Tanrının qarşısında insanın çarəsizliyini, mövcud həyatın ağırlığını hiss etdirməklə, şair oxucunu düşünməyə və öz həyatını qiymətləndirməyə sövq edir.
Bu dərd çəkdikcə azalmır, çəkdikcə gördüm böyüyür. Çölümdə mən kiçilirəm, içimdə dərdim böyüyür.
“Bu dərd” şeirində şair insanın ağrılarını, düşdüyü psixoloji sarsıntını və bu sarsıntının qarşısında necə əlacsız olduğunu vurğulayır. Dərd, şairin həyatında getdikcə böyüyən və onun daxili dünyasını tərpədən bir qüvvə kimi göstərilir.
Dön geriyə bax, demədim, bu qismətə baxt, demədim. Nə istədi yox, demədim, nəyim var, verdim, böyüyür.
Həyatının gətirdiyi çətinlikləri qəbul etməkdən başqa bir əlacı qalmayan şair, bu dərdlərin içində bir ümid işığı axtarır, amma mənim fikrimcə yenə də bədbinlik və kədərdən qaça bilmir. Bu şeirdə, insanın öz taleyi ilə mübarizəsi və bəzən taleyə boyun əymək məcburiyyəti incə bir şəkildə ifadə edilir.
…Ölümə təslim olmaq istəməyənlərin qələbəsidi intihar; öz qanına susayanların son nidasıdı intihar; bütün etirazların haqq səsidi intihar; dipdiri duyğuların qəfil nəfəsinin kəsilməsidi intihar. “İntihar düşüncələri” şeirində şairin ölüm və intihar mövzusuna mürəkkəb, eyni zamanda fərqli yanaşmasını görürük. Şairin intihara dair düşüncələri, onun həyatın ağırlıqları və dərdləri ilə necə barışdığını göstərir. Şeirdə “intihar” bir növ “qələbə” kimi təqdim edilir. Bu qələbə həyatla mübarizənin sonu, yəni ölüm deyil, əksinə, bir “ayrılıq” təsvirində canlanan obrazlaşdırılır. …Əcəlin intihar edənlərə ölüm borcu qalır. İnthar ölüm deyil, intihar ölmək deyil, sadəcə ayrılıqdı: ancaq geri dönülməz. Həm də deyərdim ki, bu şeir insanın içindəki intihar istəklərinin bir növ həyatla barışın və ayrılığın ən son mərhələsi olduğuna çağırışdı. Bu, ölümə qarşı mübarizənin yalnız bir fəndidir və obrazın yaşamaq üçün özünü tapmağa çalışdığı çabadan doğur.
Payız adam, bu fəsil sənin çiyinlərindən nimdaş plaş kimi asılı qalıb. Qış kürkünü görmədim. Dörd ildi gözlərimdə bir fəsildə qalmısan: bomboz rəngdə. Payız adam! Bu fəsil əynində köhnəldi sənin. Ürəyinə qabqardığın heydən düşmüş arzularınla can üstə olan xatirələrinə yol gedirsən. Hələlik… “Payız adam” şeirində payız fəslinin insan həyatına yansıması bir obraz kimi göstərilir. Payız, həmçinin insanın içindəki köhnəlmiş arzuların və keçmişin zaman şəklidir. Şair, “payız adam” obrazından istifadə edərək, həyatın və zamanın hərəkətliliyini, insanın özünü necə keçmişin yükü altında hiss etməsini təsvir edir. Şairin sükut içində keçirdiyi zamanla əlaqələndirilən payız, həmçinin insanın keçmişə olan bağlılığını və bu bağlılığın onu necə xatirələrə köklədiyini ehtiva edir. Mənə şəkil göndərdin… o şəklin içində hər şeyin öz şəkli var: Baxışın öz şəkli var, ürəyin öz şəkli var. … Mənə şəkil göndərdin, nə rəngli şəkildi… Bomboz ağrılarıma duz basar, “məlhəm” olar… Göyərər ağrılarım, qaysaqlamaz, nəm olar. Bundan belə hər dəfə o şəklə baxanda xumarlanar gözlərim, baxışlarım dəm olar… Mənə şəkil göndərdin…. “Şəkilli şeir” şeirində şair, bir şəkil vasitəsilə insanın hiss və duyğularını, həsrətin-hicranın ağrısını və ötənləri necə canlandırdığının şahidi oluruq. Şəkil, şair üçün yalnız bir xatirə və ya vizual təsvir deyil, eyni zamanda ürəyinin ağrılarını və keçmişin izlərini üzə çıxaran bir vasitədir. Şeirdə, şəkilin vasitəsilə insanın içindəki hər şeyin təmsil olunduğu bildirilir; ağrılar, keçmişin göynərtisi və həsrət – bütün bunlar bir şəkil vasitəsilə ifadə edilir. Bu şeir, bədii detalların gücünü və onların insanın daxili aləmi ilə necə əlaqələndirildiyini göstərir. Bir sözlə, bu şeir, şairin keçmişə olan nostalji münasibətini təsvir edir:
Hərdən yolun düşürdü, bu “xaraba qalmış”a- Nə vaxtandı bir güman, ümidinə qalmışam.
Mən xaraba deyəndə, bu şəhəri deyirəm. Sənsiz havası, suyu, bu zəhəri deyirəm
şeirdə sevdiyinin gedişi ilə aşiqinə “xaraba” təsiri bağışlayan şəhər və bu şəhərdə tənhalığına sığınmış insanın daxilindəki kövrək hisslər sözlə ustaca şəkilləndirilib. Şair, keçmişə olan bağlılığı, zamanın necə əldən getdiyini və bu gedişin gətirdiyi kədəri vurgulayır. Ayrılığın acısı və zamanın keçməsi ilə bağlı təəssüf hissi şeirdə ön plana çıxır.
“Sizə elçi gəldi, bizə ayrılıq” Bu şeir, sevgi və ayrılığın gərgin emosional vəziyyətini təqdim edir. Şair, “elçi” obrazı vasitəsilə ayrılığı bir növ hökm kimi qəbul edir və bu ayrılıqla mübarizəni təsvir edir. Ayrılıq, burada həm fiziki, həm də emosional bir ağrı kimi təmsilolunur. Şeir, ayrılıq mövzusunu hüzünlə, lakin bir qədər də təbii bir yanaşma ilə təqdim edir. Qapınız döyüldü bir axşamçağı, sizə elçi gəldi, bizə ayrılıq. Yenə niyyətini dəyişməmişdi, köhnə libasında təzə ayrılıq. Namiq bəyin şeirlərindəki əsas mövzu insanın daxili aləmi, həyatda qarşılaşdığı çətinliklər və bu çətinliklərə yenilməmək xüsusiyyətini aşılamaqdır. Şairin bədii üslubu, qəlbin dərinliklərini və ruhun ağrıyan vəziyyətini çox təsirli şəkildə təqdim edir. Onun şeirlərindəki metaforalar, duyğuların dərinliyini və insanın mövcudluğuna dair fəlsəfi düşüncələri əks etdirir. Hər bir şeir, oxucunu öz daxili dünyası ilə qarşı-qarşıya qoyur və onlara həyatın təbii və bəzən acı olan tərəflərini göstərir. Dəlidağlı, həm də Azərbaycan xalqının tarixini, mədəniyyətini və mübarizə ruhunu öz əsərlərində təcəssüm etdirir. Onun poeziyasındakı vətən sevgisi təkcə bir coğrafi məkanı əks etdirməklə bitmir. Eyni zamanda qədim bir xalqın ruhunu, mədəniyyətini, əxlaqını vəözünə inamını bədii dillə yksək səviyyədə vəsf edir. Onun şeirlərində vətənə olan sevgi yalnız fiziki sərhədlərlə bağlı deyil, həm də millətinin tarixi və gələcəyinə olan bağlılıqla əlaqələndirilir. N. Dəlidağlı, xalqının milli kimliyini təbliğ edərək, onu gələcək nəsillərə sözlə, ədəbiyyatla çatdırmağa çalışır. İndiyə qədər şairin yaradıcılığı diqqətdən kənarda qalmayıb, müəyyən şəkildə dəyərləndirilib və bu dəyərləndirmə mövcud zamanda da davam edir. O bir çox mükafatlarla təltif edilib, həm yerli, həm də ölkə xaricində uğurlar qazanmaqdadır. Onun şeirləri müxtəlif xarici ölkələrdə tərcümə olunub və yayılıb. Bu gün N.Dəlidağlı öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına, əsl sözə xidmət etməklə onun nüfuzunu daha da artırmağa və onu digər ölkələrdə tanıtmağa çalışır. Şairin ilk zamanlardan etibarən təqdim etdiyi poetik yeniliklər, onun ədəbi üslubunun zənginliyini və dərinliyini göstərir. N.Dəlidağlı həm klassik Azərbaycan poeziyasının təməl prinsiplərini qoruyub saxlamaqla, ona yeniliklər gətirir, həm müasir dünya ədəbiyyatını özünəməxsus şəkildə qavrayıb. Onun şeirlərindəki dil incəliyi, poetik zənginlik və simvolizm, hər zaman təhlilçilər və ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilməkdədir. Namiq Dəlidağlının ədəbiyyat sahəsindəki uğurlarından biri də, onun əsərlərinin yalnız poeziya sevərlər tərəfindən deyil, həm də akademik dairələrdə yüksək dəyərləndirilməsidir. Şair Azərbaycan poeziyasının inkişafında öhdəsinə düşən missiyanı layiqincə yerinə yetirir. Onun gələcək ədəbi nəsillər üçün gərəkli irs formalaşdırmaq cəhdi və əməyi nəzərdən qaçmır. Şairin uğurları hələ də davam etməkdədir. İnanırıq ki, onun yaradıcılığı gələcək nəsillərə ilham verəcək və ədəbi irsi Azərbaycan ədəbiyyatının mühüm bir hissəsi olaraq uzun illər boyu oxuculara xidmət edəcəkdir. Dəlidağlı, təkcə şair olaraq deyil, həm də bir fikir, fəlsəfi düşüncə sahibi, jurnalist kimi ədəbiyyata, sözə xidmət etməkdədir. N.Dəlidağlının uğurları, yalnız şəxsi yaradıcılığı ilə məhdudlaşmır. O həm də milli ədəbiyyatın və mədəniyyətin inkişafına olan əvəzsiz qatqısı ilə yüksək dəyərə layiqdir. Şairin əsərləri, hər zaman yeni dövrün tələblərinə cavab verərək və xalqın ruhunu əks etdirərək, Azərbaycan ədəbiyyatının parlaq gələcəyinə ümid yaradır. Namiq Dəlidağlı, həm şəxsiyyəti, həm də əsərləri ilə Azərbaycan ədəbiyyatında öz mühüm yeri olan müəllifdir. Poeziyasının dərin fəlsəfi və emosional qatları, eyni zamanda vətənə olan sevgisi və insanın daxili dünyası ilə bağlı təhlilləri şairi müasir ədəbiyyatın görkəmli simalarından biri etmişdir. Onun yaradıcılığını və ədəbi mirasını qiymətləndirmək, gələcək nəsillərə ötürmək, Azərbaycan ədəbiyyatını daha da zənginləşdirərək dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirmək müasir ədəbiyyatın ən mühüm məqsədlərindən biri olmalıdır. Namiq Dəlidağlının davamlı uğurları ilə bağlı ümidlərimiz sonsuzdur və əsərlərinin gələcəkdə ədəbiyyatsevərlərə bələdçi olacağından əminik.
Cahangir NAMAZOV, “Butov Azərbaycan” qəzetinin, “YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi. Azərbaycan Jurnalistlar birliyinin üzvü.