Hitler və Mussolininin yaradıcılıq nümunələri

Hitler və Mussolininin yaradıcılıq nümunələri
Bəzən diktatorlar, tiranlar da duyğusal olub qələmə əl atır, şeir yazır:

Benito Mussolini
(1883-1945)

Sonet

Sahillər gülürdü məsum rənglərdə,
Bir də ki, məxməri otlar içində.
Baharsa onlara su zanbağında
Sərin su verirdi parlaq biçimdə.

Sahillər gülürdü. Lap uzaqlardan
O gəldi, özüylə nəğmə gətirdi.
Çiçəklər şehlərlə yuyulan zaman
Almaztək parlayıb səpdi ətrini.

Sahillər gülürdü, baharsa yenə
Oxudu sehrli nəğmələrini.
Nağıla bənzəyən yaşıl vadidə
Sevinclə oxudu, atıb qəmini.
Dahi Bokkerini, zərif musiqi
Səsləndi, dilləndi- düşündük səni.

Adolf Hitler
(1889-1945)

(1915-ci il. Birinci cahan müharibəsi səngərlərində)

Mən tez-tez
Sərt gecələrdə əsrarlı cığırlarla
Meşənin içində gizlənmiş
Votan ağacına sarı gedirəm
Gedirəm lalların ittifaqını yaratmaq üçün
Misteriya qanında nəfəs alaraq
Taleyin faciəsini daşıyaraq
İnləyən qəlpələrin parçaladığı
Gecənin zülmətində batmaq üçün.
Və bizi
Yuxulardan oyadanların hamısı
Heçnəyə çevrildilər həmin gecə
İşıq onların qəlbini polad atəşdə əritdi,
İşıq onların bədəni parçaladı
Və şəhərlərin külünü örtən solğun parıltı
Stalamitlərin göz yaşları kimi
Birdəfəlik zülmətə gömüldü.
Və Layiqli düzlükdən ayırıb saxta Yalanı
Mən hər sözün tuta bildim məğzini, duydum həyatı:
Belə ki, ədalət alicənabların nəfinədir.
—Votan yalnız onlara verir ən ali mükafatı.

Mənbə: Firuz Mustafa

Tərcümə və təqdimat: Firuz MUSTAFA

FİRUZ MUSTAFANIN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin 14-cü sayı işıq üzü görüb

“ƏDƏBİ OVQAT” ədəbi-bədii dərgisinin (təsisçi Rəfail Tağızadə, baş redaktor Vaqif Osmanlı, rəssam Sehran Allahverdi) növbəti 14-cü sayı ədəbiyyatsevərlərin görüşünə gəlib.

Bu sayda Xalq şairi Nəbi Xəzrinin, Hikmət Məlikzadənin, Nurafizin, İldırım Əlişoğlunun, Vahid Çəmənlinin, Şahnaz Şahinin, Zeynalabdin Novruzoğlunun, Arzu Kazımqızı Nehrəmlinin, Nadir Qədimlinin, Mirzəcan Ağabalayevin, Sehran Allahverdinin, Əli Əlibəylinin, Elnur Uğurun, Nüsrət Musanın, Zülfü Həsənlinin şeirləri, Sevda Səfərlinin “Dağıdılmış abidənin fəryadı” bir pərdəli dramı, Eyvaz Zeynalovun “Tənnha nar ağacı, Zemfira Məhərrəmlinin “Sənə yanan varsa”, Ulduz Qasımın “Peşmanlıq”, Rəna Təbəssümün “Yaşayan sevgi”, Pərviz Yəhyalının “Çətir bulud” hekayələri və “Gecənin şahzadəsi” essesi çap olunmuşdur.

“Təhlil” bölməsində Xəyalə Ağayevanın “Sakura çiçəyinin ətri” ədəbi təhlili, Nicat Həşimzadənin “Musiqi məhəbbətinin əfsanəvi Arifi” və Vaqif Osmanlının “Həyat eşqi və intihar” esseləri, “Publisistika” bölməsində Rəfail Tağızadənin “Milli mənəvi sərvətimiz – Rafiq Əliyev” düşüncələri, “Cənnətim Qarabağ” bölməsində Azad Şükürovun “Kəpənək qanalı” yazısı, “Yeni kitabımız” bölməsində Vaqif Osmanlının “Ulu Öndərin “canlı əsəri” Tərlan” kitabının işıq üzü görməsi münasibəti ilə təbrik, “Dünya ədəbiyyatı” bölməsində Umberto Ekonun “Qnu qnomları” hekayəsi, Belarus ədəbiyyatından Lyudmila Keviçin və Dmitriy Rodionçikin şeirləri oxuculara təqdim olunur.

Yazıları dərc olunan müəllifləri və “ƏDƏBİ OVQAT”sevərləri təbrik edir, uğurlar arzulayırıq. Dərgini əldə edib zövqünüzü uğurlu sözə kökləyin.

“ƏDƏBİ OVQAT” dərgisinin redaksiya heyəti

Tapdıq ƏLİBƏYLİ – MÜBARİZ

MÜBARİZ

Düşmənlə döyüşdə qəhrəmancasına həlak olmuş şəhid gizirimiz, Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvar rayonunun Əliabad kəndinində oldum və valideyinlərini ziyarət etdim. Şəhid atası – əli dəstəmazlı, ağzı dualı, qəlbi imanlı Ağakərim kişi ilə sohbətimizdə oğlunun şəhid olduğu gün sübh namazını “birgə” qıldıqlarını söylədi… Bu ilahi hikmətin, həqiqətin işiğında deyirəm: Alllah ibadətinizi qəbul eləsin.

Məqamın mübarək, Mübariz!

Ağakərim ata, Şamama ana
Oğul bəxş etdilər Azərbaycana.
Şəhid şərəfiylə dönüb dastana,
Xalqın iftixarı oldu Mübariz.

Böyük Qələbəyə olaraq əmin,
Dünyaya göstərdi öz milli Mənin.
Şərəfsiz dediyi yağı düşmənin
Canına vəlvələ saldı Mübariz.

Güc aldı Mübariz torpaqdan, haqdan,
Üzüağ çıxaraq ülvi sınaqdan.
Neçə qəsbkarı tapdaq torpaqdan
Alaq otu kimi yoldu Mübariz.

“Yolum şəhidlikdirdir” – eylədi bəyan,
Təki qalib olsun qoy Azərbaycan,
Üç rəngli bayrağa fəda etdi can,
Qəhrəman adını aldı Mübariz.

Döyüşçü arzusu olacaqmı çin?
Xocalı sızlatdı hey için-için…
Torpaq yanğısını söndürmək üçün
Qara bulud kimi doldu Mübariz!

Vətən köynəyindən keçdi Mübariz,
Andını Vətənə içdi Mübariz,
Öz zəfər yolunu seçdi Mübariz,
Əsir topaqlara yoldu Mübariz!
Düşməni sarsıdan qoldu Mübariz!
02.09.2010

Müəllif: Tapdıq ƏLİBƏYLİ

TAPDIQ ƏLİBƏYLİNİN YAZILARI

şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin,

Azərbaycan Jurnalistlər Birliyinin,

TAİB-in İdarə Heyətnin üzvü,

Prezident təqaüdçüsü.

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Mina RƏŞİD – Gözün aydın, MÜBARİZ…

Gözün aydın, MÜBARİZ…

Bu gün onun günüdü. MÜBARİZİN günüdü. Adı ürəyimizə böyük hərflərlə yazılan, Azərbaycan əsgərinin qəhrəmanlıq simvoluna çevrilən, Milli qəhrəman, gizir Mübariz İbrahimovun doğum günü həm də dünyanın harasında olmağımızdan asılı olmayaraq hər birimizin, hər bir azərbaycanlının qürur günüdü.
Bu gün cəsarəti, qəhrəmanlığı, hünəri-adı sözə, dastana sığmayan Milli Qəhrəman, gizir Mübariz İbrahimovun doğum günüdü. Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Ailəsi ona verməyə iki ad seçib. Müqəddəs və Mübariz. Ancaq son qərarları Mübariz olub. Doğru deyiblər ki, adın da insanın taleyində böyük təsirləri olur. Mübariz uşaqlıqdan çalışqan, mübariz idi. Kiçik yaşlarından idmanla – boksla məşğul olurdu. O, şəhid M. Piriyev adına orta məktəbi bitirdikdən sonra 2005-ci ildə hərbi xidmətə çağırılıb. M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. O, hərbi xidmətini 2007-ci ildə çavuş kimi başa vurub. Gizir olmaq Mübarizin ən böyük arzusu idi. Odur ki, 2009-cu ildə yenidən ordu sıralarına qayıdaraq Vətənə xidmətə başladı. Mübariz bu dəfə hərbi biliklərini daha da genişləndirərək böyük bir məktəb keçdi, gizir oldu. O, bununla ən böyük arzusuna, Qarabağda düşməndən intiqam almağa bir az da yaxınlaşdı. Daha kimsə onu yolundan saxlaya bilməzdi. Amma imanı onu ata-anasının xeyir-duasını almadan yola çıxmağa imkan vermədi. Ona görə də, bir gün ata-anasına ürəyini açdı, dərdini söylədi. Atası Ağakərim kişi arif adamdı. Bilirdi ki, oğlu yolundan dönməz, amalından əl çəkməz. Odur ki, onu daha artıq incitmək istəmədi. Bəs anası nə deyəcəkdi, axı ana ürəyidi. Amma o qəhrəman anasıydı, dözməliydi və dözdü də…
Mübariz isə həmin anlarda başqa havada idi. Qarabağa yollandı, bir komandir kimi əsgərlərinə öz bilik və bacarıqlarını aşılamağa başladı. Mübariz komandir kimi bir nümunə idi, Vətən sevgisini sözsüz də əsgərlərinə çatdıra bilirdi. Onda rahatlıq bilməyən ürəyi bir az dinclik tapırdı. Amma düşmən əsirliyindəki Şuşa gözləri önündə canlanırdı, Laçın qayalarında qartallar qıy vururdu, Xocalının naləsi yaddaşından çəkilmirdi ki, çəkilmirdi… Sərhəddən doğma Vətən torpağını seyr etdikcə ürəyi parçalanırdı. “Axı nə vaxtadək doğma torpaqlarımıza uzaqdan baxacağıq?”, – deyə, sual edirdi özünə…

Qəhrəmanlıq gecəsi

…Nəhayət o gün gəlib çatdı. Mübariz İbrahimov 18 iyun 2010- cu ildə gecə saat 23:30 radələrində qulluq etdiyi cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində düşmənlə arada olan minalanmış sərhədi təkbaşına keçərək bir anda qartaltək düşmənin üstünə şığıdı. Düşmən bu gözlənilməz hücumdan çaşdı. Üzərinə bir nəfər deyil, sanki bir ordu gəlirmiş kimi qorxuya, təşvişə düşdü… Mübariz isə o anlarda elə bir qəhrəmanlıq salnaməsini yazırdı ki, bircə həmləsində neçə düşməni vurub yerə sərirdi. Düşməni məhv etdikcə irəliləyir, düşmənin silahını özünə tuşlayırdı. Bax, bu Şuşanın, bu Laçının, bu da… bu da, Xocalıda işgəncəylə öldürülən körpələrin intiqamı, – deyə, güllə deyil, sanki düşmənin üzərinə qəzəbdən od püskürürdü…
Mübariz o gecə mənim də intiqamımı alırdı. İşğal olunmuş Ağdamın, doğulduğum Qiyaslı kəndinin, şəhid olmuş atamın, iki qazi qardaşımın, bir də, Bərdədə dəmir vaqona sığınaraq dərddən, əziyyətdən ürəyi çat vermiş anamın intiqamını… Və bütün ürəyi dağlanmış analarımızın, bacılarımızın, vəhşicəsinə qətlə yetirilmiş körpələrimizin, dərddən kədər heykəlinə dönmuş atalarımızın, babalarımızın intiqamını…
Mübariz qeyri-adi bacarıq və çevikliklə düz 5 saat təkbaşına bir ordu ilə savaşdı. Nə usandı, nə də geri çəkilməyi düşündü. Mübariz arzusuna çatmışdı həmin anlarda. Qarabağın torpağından, havasından güc almışdı sanki. Bu elə bir qəhrəmanlıqdı ki, Mübariz o gecə Müqəddəs adına qovuşdu. Onsuz da, o, getdiyi yolun sonunu bilirdi. Sonda qəhrəmanlıqla Şəhid olsa da, intiqamını almışdı. Əsl yaşamaq da onun üçün bu idi. Bundan sonra daha rahat “yaşayacaqdı”.
Bunu əvvəlcədən valideynlərinə ünvanladığı sonuncu məktubundan da hiss etmək olar:
“Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-ol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz… Haqqınızı halal edin.”

Azərbaycanın Milli qəhrəmanı

Mərhum atası Ağakərim kişi söyləyirdi ki, o qəhrəmanlıq gecəsindən sonra qürur hissi ilə yanaşı, həm də bir narahatlıq keçirib. Ta o vaxta qədər ki, tezliklə Prezidentimiz Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi barədə sərəncam imzalayıb. Bütün türk dünyasının qəhrəmanı olan M.İbrahimovun adının əbədiləşdirilməsi üçün ölkəmizdə və onun hüdudlarıdan kənarda bir sıra işlər görüldü. Belə ki, Biləsuvar şəhərində lisey-məktəb kompleksinə və küçəyə M.İbrahimovun adı verildi. 2010-cu ildə Eldar Məmmədovun rejissorluğu ilə M.İbrahimova həsr edilən “Müqəddəs zirvə” adlı film çəkildi. 2011-ci ildə “Palmali” şirkətinin Türkiyədə hazırlandığı yük gəmisi onun şərəfinə “Mübariz İbrahimov” adlandırıldı. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırıldı. 2011-ci ildə Milli Qəhrəman Çingiz Mustafayev fondu və ANS Şirkətlər Qrupu tərəfindən M.İbrahimov “İlin adamı” adına layiq görüldü. 2016- cı ildə Sumqayıtdakı küçələrdən birinə onun adı verildi. Həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə M.İbrahimovun heykəli ucaldıldı.
2013-cü ildə TRT 1 kanalında nümayiş etdirilən “Sakarya Fırat” və 2014-cü ildə yayımlanan “Qızıl alma” adlı seriallarda M.İbrahimovun qəhrəmanlığına geniş yer ayrılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Azərbaycan icmasının təşəbbüsü ilə M.İbrahimovun adına xatirə lövhəsi vurulub. M.İbrahimovun adının əbədiləşdirilməsi təkcə bu sadaladıqlarımızla bitmir və bitməyəcək də…

Atası ona Vətən deyirdi

Mübarizin Vətənə böyük sevgisini hiss edən atası ona Vətən, deyə, müraciət edərmiş. Və bu uca, müqəddəs addan Mübariz sevincindən sanki qanad açıb uçarmış. Ata öz övladını bax, belə ruhlandırmış, atalar! Lap ölməz şairimiz Xəlil Rza Ulutürk misalı…
Ancaq Vətən olanlar belə qəhrəmanlıq göstərə bilərlər. Ömrünün gənc çağında, 22 yaşında beləcə bütün türk dünyasının qəhrəmanlıq rəmzinə çevrilmək olar.

Mübariz düşmənə anlatdı ki…

…O gecə qeyi-adi bacarıq, müdhiş bir qəhrəmanlıqla Mübariz düşmənə dərs verdi. Anlatdı ki, bizim bircə əsgərimiz öz misilsiz şücaəti ilə düşmənin bir ordusuna dəyər. Elə bilməyin ki, biz bu işğalla barışıb sakitcə oturmuşuq. Bir gün bax belə qəfil bir həmləylə düşməni darmadağın edər Azərbaycan Ordusu! Həm də bu müharibə düşmən üçün ədalətsiz sayılsa da, bizim üçün ədalətlidir. Çünki bu torpaqlar azərbaycanlıların qədim məskənidir. Bir vaxt düzlərdə qalmış erməni bəlasını torpağımıza calayanların günahıdır ki, sonra da nankorluqla gəmidə oturub gəmiçi ilə dava edirlər. Amma bunu unutmayın – Mübarizlərin Vətəni basılmaz! Nə qədər güclü xarici havadarlarınız olsa da bir gün haqq qalib gələcək!

Gözün aydın, Mübariz!

Bu düşüncəylə Mübarizin qəhrəmanlığından sonra sanki bütün Azərbaycan ayağa qalxdı, hər kəs bir əsgər kimi Vətənin müdafiəsinə hazır dayandı. Düz 10 il sonra Mübarizin arzuları gerçək oldu. 2020-ci ildə başlayan və 44 günlük Vətən Savaşında Azərbaycan Ordusu Zəfər qazandı. Ruhun şaddır, bilirəm. Çünki sən indi ən böyük arzuna çatmısan. Cənnətdəki doğum günün mübarək, qəhrəman oğul, gözün aydın olsun!

Müharibə başladı,
Zəfər çaldı ordumuz.
Gözün aydın, Mübariz,
Azad oldu yurdumuz!

Sən gözləyə bilmədin,
Özün bir ordu oldun.
Qəlbinin fərmanıyla
Düşmənlərə od vurdun.

Sellər kimi çağladın,
Parladın günəş kimi.
Düşmənin ocağına
Düşdün bir atəş kimi.

Qisas almağa getdin,
Getdiyin Haqqın yolu.
Sən azadlıq nəğməmsən,
Mübarizlik simvolu!

Sən bu xalqın vüqarı,
Vətən üçün doğuldun.
Tək bir canla min əsgər,
Bir yumruqla dağ oldun.

İlahidən güc aldın,
Düşmən üstünə getdin,
Sən yüz əlli yağını
Bircə anda məhv etdin.

Qartal kimi şığıyıb,
Aslantəki savaşdın.
Sən yurdumun igidlik
Nişanından danışdın.

Düşmən qorxuya düşdü:
-Üstümüzə dağ gəlir,
Bizi qırıb-çatır o,
Güllə batmır, sağ gəlir.

-Gəlmişəm Xocalının
Qsasını almağa,
Haqq-ədalət uğrunda
Sonda Şəhid olmağa…

Sən bizim qürurumuz,
Səni unutmarıq biz.
Sən hər iki cahanda
Bir gövhərsən, Mübariz!

Müəllif: Mina RƏŞİD

MİNA RƏŞİDİN YAZILARI


>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Xəyalə Dəniz – Haqqa gedən yoldayam

Haqqa gedən yoldayam

Düşünməyin, susmuşam,
Mən kənarda durmuşam,
Sözlərimi yığmışam…
Haqqa çatan yoldayam.

Gözlər görüb kor oldu,
Qulaq duydu, kar oldu,
Ürək yaman qan oldu…
Haqqa çatan yoldayam.

Dünya zalım dünyadır,
İnsan odunda yandı,
Saxtakara yanıldı…
Haqqa çatan yoldayam.

Fanilərə inandı,
Axirətini satdı,
Doğmalarını atdı…
Haqqa gedən yoldayam.

Yalan doğru danışır,
Sözlər dildə dolaşır,
Suallar məni aşır…
Haqqa gedən yoldayam.

Boğularaq baxıram,
Dənizində batıram,
Tanrım, sənə çatıram…
Haqqa gedən yoldayam.

06.02.2025

Nigar İsfəndiyarqızının İradə Musayeva ilə müsahibəsi

Nigar İsfəndiyarqızının İradə Musayeva ilə müsahibəsi

Bir ədəbiyyat fakültəsi düşünün ki, koridorlarında aidlik ab-havası deyil, diktaturanın soyuq yelləri əssin.
…bir auditoriya düşünün ki, mənsublarından yüzdə doxsanı niyə burda olduğundan bixəbər olsun.
Və bir müəllimə düşünün ki, bu vur-çatlasında duruşuyla bu soyuq maneələri dəf edə bilsin.
Ədəbiyyatdan xəbərsiz ədəbiyyat fakültəsində boylu-buxunlu bir xanım vardı. Məni bu fakültəyə bağlayan iki adamdan biriydi. İlk tanışlığımız onun ədəbiyyatşünaslıq dərsindən aldığım “3”- lə başlamışdı. Mən universitetə hirsimi belə çıxmışdım, o da qisasını belə almışdı. O “üç” mənə dərs oldu. Utandırdı.
Başıma sığal çəkənləri deyil, sıxıb-suyumu çıxaranları sevdiyimdən olsa gərək, mən də elə onu o “3”-lə sevib, müəlliməm dedim.
Bəli, o xanım mənim müəlliməmdi. Aradan illər keçib amma ilk gün necə gördümsə bu gün də elə-eləcə çıxdı qarşıma, dimdik, sərt.
Və yenə də duruşuyla olduğu yerdə soyuq yellər əsdirir…
“SÖZün namusunu çəkir!”
Müsahibim müsahibə almağa çətinlik çəkdiyim adamlardandı. İradə xanım Musayeva. Statuslarını saymaq fikrində deyiləm, çünki o, mənə görə hələ də mənim sərt, sərt olduğu qədər mehriban, görə bilənlərə ÇÖLündən İÇİni göstərən adamdı.
O, mənim İradə müəlliməmdi!

-Salam müəlliməm… Öyrətməkmi, tənqid eləməkmi…?
-Nə öyrətmək, nə də tənqid etmək… Ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən təhlil etmək. Əgər təhlil prosesində sənin tədqiq obyektin və hədəfin yalnız və yalnız əsər olursa, təhlilin nəticəsi şəxsi münasibəti kölgədə qoyur. Tənqidçi özü də bilmədən rəyi, qənaəti ya müsbət, ya da mənfi olur. O qədər olub ki, son cümləni tamamlayandan sonra baxmışam ki, müsbət yanaşmaq istədiyim müəllifin mətni mənə tənqid yazdırıb… Onda yavaşca öz-özümə pıçıldamışam: “Bağışla məni, dostum…”
Bizdə ədəbi tənqidi hələ də yazıçıya ağıl vermək kimi mənalandırırlar. Bu, xırda hisslərdən xilas ola bilməməyin ifadəsidir. Tənqidçi kimdir? Ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixini bilən və bədii əsəri bu meyarlarla qiymətləndirən oxucu. Deyirsən ki, bu daş, bu tərəzi…Yəni bu dünya ədəbiyyatı, bu klassik ədəbiyyat, bu folklor, bu modern ədəbiyyat, bu da ənənə və novatorluq meyarları və s. Sənin əsərin bunların heç birindən deyil və bunlardan fərqli yaxşı bir şey də deyil, ən yaxşı halda uğursuz bir təqliddir. Təbii ki, bu təhlildən inciyirlər və tənqidin gərəksizliyi, ya da özlərinin bu dövrdə dərk olunmadıqlarının “faciəsi”ni dahiyanə əda ilə elan edirlər. F.Kafkanı, A.Kamyunu, Q.Markesi, C.Steynbeki, K.Hamsunu oxuyub dərk edən və profesional tərzdə anlada bilən tənqidçiyə ya oxucuya “qərəzli” damğasını vururlar. Sonra da məşhurlaşmağın yolunun ciddi təqdimatlar qapısından keçə bilmədiyini anlayıb şou xarakterli “gediş”lərlə meydana atılırlar. Nəticədə bugünkü vəziyyətlə qarşılaşırıq…
-Xarakteriylə yaradıcılığı üst-üstə düşməyən ədəbiyyat adamlarını necə izah edərdiniz? Necə bilirsiniz, şəxsiyyətsiz ədəbiyyat adamı və ya xaraktercə çox güclü zəif qələm adamı ədəbiyyata nə verə bilər?
-Ədəbiyyatın formalaşmasında və inkişafında şəxsiyyətin rolu və ya şəxsiyyəti yetişdirən ədəbiyyat problemi həmişə və dünyanın hər yerində olub. Sizcə, kütlənin deyil, şəxsiyyətlərin yaratdığı tarixdə böyük sənətkarları kütlə zövqü, əxlaqı və qanunları ilə mühakimə etmək doğrudurmu?
Ədəbi prosesi, ədəbi inkişafı, əsəri müəlliflərin şəxsiyyətlərini, şəxsi həyat və özəl yaşantılarını araşdırmadan, təhlil etmədən izləmək və qəbul etmək daha düzgün yoldur. Yaradıcı insanları adi insanlarla müqayisə yanlışlıqdır. Xüsusi istedadı, ruhi aləmi, ilham pəriləri olan böyük sənətkarlar yazı prosesində özündən, öz şəxsiyyətindən, kaprizlərindən, xasiyyət və şəxsi problemlərindən yuxarıda dayanırlar. Bizə təqdim etdikləri ədəbi məhsul həmin o “yuxarı”nın istehsalıdır. Onda biz niyə yazıçının yaxasından tutub pedoqoli tərbiyə metodları ilə ona əxlaq dərsi keçməliyik? N.V.Qoqol, M.Dostoyevski, A.S.Puşkin, L.Tolstoy, T.Drayzer, C.Bayron, E.Hemenquey, U.Folkner, F.Kafka, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli və başqa bu kimi dahilərin hansını ədəb-ərkan etikası məhkəməsinə çəksək, sovet ideologiyasının hökmünə əsasən “Cəmiyyət və gənclik üçün yararsız ünsür” – damğası vurulacaq: biri qumarbaz olub, biri dinsiz, biri arvadbaz olub, biri “psix”, biri intihar edib, biri siyasi əqidəsini dəyişib və s.
Şəxsiyyət və yaradıcılıq məfhumlarını eyniləşdirməyi, bunların arasında hər hansı bir əlaqə axtarmağı heç cür qəbul etməyən U.Folkner Nobel mükafatı alanda “Bu mənə deyil, mənim yaradıcılığımadır”-demişdir. Onun çox maraqlı bir replikası var: “Mənim kitablarım üstəgəl Bill Folkner adlı kənd sakini –deyəsən onların bir-birinə çox az bağlılığı var axı”… Yazıçı qeyd edirdi ki, iki tip insanların şəxsi həyatı araşdırılar: cinayətkar və dövlət qulluğunda çalışanların: “Nə qədər ki, yazıçı bir cinayət törətməyib, yaxud dövlət qulluğuna girməyib- onun şəxsi həyatı yalnız özünə məxsusdur və öz tənhalığını qorumaq təkcə yazıçının şəxsi haqqı deyil, həm də kütlənin borcudur, çünki bir fərdin azadlığı məhz digərinin azadlığının başlandığı yerdə bitir – zənnimcə azacıq məsuliyyət hissi olan hər bir kəs mənimlə razılaşar”.
15 il əvvəl Vaqif Səmədoğlu haqqında kitab yazanda tanış-biliş soruşurdu ki, kitab kimin haqqındadır? Deyirdim Vaqif Səmədoğlunun. Hərə bir söz deyirdi, biri deyirdi :”o neçə dəfə evlənib”, biri deyirdi:”çox içir”, biri Səməd Vurğunun sovet dövründəki “səhv”lərindən danışırdı və s. Təəccüblənirdim… Özü də bunu deyənlər ali təhsilli insanlar idi. Bəzən zarafatla deyirdim ki, vallah Vaqif Səmədoğluya qız vermirik, ondan qız almırıq, o şairdi mən də tənqidçi…
XX əsrin məşhur rəssamı Pikassonu “qadın əsiri və qadın cəlladı” adlandırırdılar: yeddi arvadından beşi dəli olmuş, ikisi intihar etmişdi. Xəyanət, yalan, hiylə və xəsislik kimi mənfi keyfiyyətlər onun insan kimi xasiyyətnaməsinə aiddir. Amma 80 mindən çox rəsm əsərinin müllifi Pikasso əsil sənət məbədi və dahi idi və qadınları ya uşaqları ilə münasibəti onun heç bir əsərinin dəyərini azaltmır…
Dünya ədəbiyyatının şedevrlərindən olan “Master və Marqarita” əsərinin müəllifinin şəxsiyyəti haqqında hələ də əfsanələr dolaşır. Onun yazıçı, həkim, cadugər, narkoman olması barədə mübahisələr davam edir. Ksera Proskurnaya Mixail Bulqakovun həyatı ilə bağlı araşdırmalarında cəmi 49 il yaşayan bu dahi sənətkarın morfi aludəçisi olduğunu yazır. Bulqakovun “Morfi” adlı hekayəsi də var və onun baş qəhrəmanı elə müəllifin özüdür…
-Tənqid nədir? Kimləri tənqid etmək olar?
-Həqiqi əəbi tənqid vicdan məsələsidir. Sözün tərəzisi tənqidçinin əlindədir. Bu ölçüdə səhv bağışlanandır, günah isə yox… Səhv odur ki, sən bilmədən yaxşı əsəri pis hesab edirsən və “hesab”ina ürəkdən inanırsan, başqa tənqidçilər və tarix bu səhvi düzəldir. Tolstoyun Şekspir, Axundovun Füzuli, Folknerin Kamyu, Mario Varqas Lyosanın Markesə münasibətindəki səhvlər kimi. Bir də var günah. Bilə-bilə, təmənnalı münasibətə əsasən pisə yaxşı demək və on minlərlə insanı bu yalana inandırmaq cəhdi, ya da yaxşıya qəsdən pis deyib onu ğözdən salmaq cəhdi… bu artıq ikrahdoğurucu günahdır. Belə yanaşmalarda həm də əxlaqi keyfiyyətlər üzə çıxır. Hansısa qrofaman yazıçını qaldırmaq niyyətində olan tənqidçi anlamır ki, onu qaldırmaq üçün özü mütləq enməlidir və rəhmətlik Yaşar Qarayev demişkən, təmənnalı və iddiaçı yazıçı belə tənqidçini özünün şəxsi yaltağı, muzdlu məddahı səviyyəinə qədər alçaldır.
Tənqid, əlbəttə çox məsuliyyətli ədəbi yaradıcılıq növüdür, analitik təfəkkür meyarıdır. Bəzən sanki ədəbi prosesdəki ləngimə və axsamalara görə ədəbi tənqidin günahkar olduğunu düşünürük. Ədəbi tənqid bu gedişatı nə iləsə sürətləndirə, onun istiqamətini dəyişə bilərmi? Tənqid özündən başlamalı, inkişafda olan ədəbi prosesin öndə gedən, hər şeydən xəbərdar yaradıcılıq normativinə çevrilməlidir.
“Kimləri tənqid etmək olar?”-yox, sualı “Ədəbiyyatda nələri tənqid etmək olar?”- şəklində qoysaq, əlbəttə, ilk növbədə təqlidçiliyi, nəzəri savadsızlığı, bayağı və şablon təsvirləri. Ədəbiyyat məzmunundan asılı olmayaraq- istər ideoloji, istərsə də estetik olsun-fərqi yoxdur, səmimi və canlı deyilsə tənqidə layiqdir.
-Tənqidin ədəbi olmalıdırmı? olmalıdırsa necə?
-Tənqidin ədəbi əlbəttə olmalıdır. Etik normadan kənara çıxmadan da çox kəskin tənqid etmək olar. Yenə deyirəm, sən yazıçını yox, əsəri hədəf seçmisənsə, sənin davan obrazlar, süjet, təsvirlər, ideya, məzmun və s. bədii komponentlərlə olur. Onları necə təhqir etmək olar?
-Populyar ədəbiyyatda niyə yoxsuz? Çəkili hər kəs çəkilib kənarda dursa bəs onda klassiklərin əmanəti olan ədəbiyyatımızın təəssübünü kim çəkər?

-Ədəbiyyatı kənardan izləmək lazımdır. Mən ümumiyyətlə, tünlüyü xoşlamıram. Yığıncaqlar, tədbirlər, birliklər, kürsülər, indiki dillə desək, “gündəm adamı” olmaq… Əsil ədəbiyyat və sənət bu mühitdən çox uzaqdadır. Çap olunan kitablarımı qətiyyən reklam eləməmişəm, əlyazmalarımı ocaq qalananda təəssüflənmədən verirəm, çap olunası kitablarımı mətbəəyə göndərməyə həvəsim belə yoxdur. Bilirsən, Nigar, əsil ədəbiyyatı və ədəbiyyatşünaslığı az-çox dərk edən insan sən demiş, bir az “kənarda durur”… Qaldı ədəbiyyatı qorumaq məsələsinə, onu qorumaq yox, azad buraxmaq, yaxasından əl çəkmək lazımdır-sərbəst və təbii olması üçün… Amma ədəbiyyat adına boşboğazlıq və ədəbi tərbiyəsizlik edənlərə yerini göstərmək, sözün namusunu çəkmək sözsüz ki, ədəbi tənqidin də məsuliyyətidir.

-İradə xanım, bizə bir az Cavid Əfəndidən bəhs edərsinizmi…?

-Hüseyn Cavid… Ağırlıq, əfəndilik, dözüm, təmkin və ən əsası prinsipial və ədəbiyyata, qələmə, sözə sadiq bir şair… Evini, ailəsini, özünü tari-mar, viran etdilər, ürəyini dağladılar, dörd bir tərəfində görk olsun deyə insanlara və insanlığa işgəncə verdilər, Söz- insanlığın, mənəviyyyatın və ruhun simvolu olan İlahi Söz- Cavidin içində salamat qaldı, ölmədi… Bu barədə boğazdan yuxarı danışmaq mümkün deyil… sənin doğmalarını məhv edələr, adını-sanını, şöhrətini qarğa-quzğunlar tökülüşüb əlindən ala,xəstə halinlə çovğunun,şaxtanın ortasına atalar və sən bəlasına düşdüyün İlahi sözün üzünə ağ olmayasan… Əksinə, onun ayaqlarına düşüb ondan aldığı ilhamla, eşqlə iblisləşmiş, şeytanlaşmış zavallı insanlara mərhəmət, ədalət, zəka diləyəsən…Cavid sözü diri, bakirə və alçaldılmamış vəziyyətdə saxlaya bildi…
Bu gün Sözü ilahi məqamından endirib ayaqlar altına atmış yazarlar, ədəbiyyatşünaslar, tənqidçilər bir qarın yeməyə də mövqeyini dəyişir, sözü hörmətdən salır. Unutmayaq ki, Söz də cəmiyyət kimi simasızlaşa, əxlaqsızlaşa bilir… İkibaşlı danışır, yalan danışır, işvə-naz satır, zinalıq edir, tez-tez oğurluq mal kimi tutulur və s.
Şərq-qərb, keçmiş-gələcək, klassik-modern mədəniyyətləri bir yaradıcılıq qovşağında ifadə edə bilən Nüseyn Caviddə milli-məhəlli, şəxsi, subyektiv dəyərlərin izinə düşüb araşdırma aparmaq onu cılızlaşdırar. Cavid bəşəri sənətkardı. Nizami, Şekspir, Höte kimi Cavidi insanın yaradılışı, günahı və xilası düşündürür, ailə-məişət dramlarında belə bəşəridir. Və həmişə yenidir, aktualdır:
Yurdu sarmış qabalıq, yaltaqlıq
Yüksəliş varsa, səbəb alçaqlıq.
Cəfər Cabbarlı yaradıcılığında da da bu keyfiyyətləri görmık olar ancaq… 1927 –ci ilə, “Od gəlini” əsərini yazıb qurtaranadək. Artıq 1928-ci ildən onun yaradıcılığının ikinci-sovet dövrü başladı (“Sevil”, “Almaz”, “Yaşar”, “Dönüş”və s.)
Azərbaycan ədəbiyyatında Cavid Əfəndi qədər Sözə sədaqətlı və Çöz şəhidi olan ikinci bir sənətkar haqqında, məncə, düşünməyin…
-Postmodernizm və günümüzün ədəbiyyatında səmimiyyət qıtlığı… Sizcə səbəbi?

-Postmodernizm dünyagörüş, cərəyan, estetik konsepsiya və nəzəriyyə kimi zamansızdır. Umberto Eko demiş, Homerə qədər gedib çıxa bilər. Doğrudan da bu elə bir baxış tipidir ki, onun elementlərini lap “Kitabi-Dədə Qorqud”da da tapmaq olar. Hətta mən çoxlu postmodern insanlar da tanıyıram…
Professor Niyazi Mehdi “postmodernizm” kəlməsini bizim dilə “hətərənpətərənlik” kimi çevirib. (Sözsüz ki, loru dillə başa salmaq üçün.)
Ümumiyyətlə, postmodernlik hər yerdə, memarlıqda, musiqidə, fəlsəfədə, dildə və s. sahələrdə mövcuddur və onun ciddi qanunları var. Belə demək mümkünsə, qanunsuzluqların qanunları…
Bəzən düşünürəm ki, yəqin ki sovet dövründə postmodernist düşüncə və yaradıcılıq bu qədər fəallaşmazdı. Çünki bu tərz daha çox gərginliyin, emosionallığın, üsyankarlığın, psixoloji sıxıntıların ifadəsidir.
Son illərdə Azərbaycan ədəbiyyatında bu adla çoxlu əsərlər gündəmə gəlir. Bəzən ənənəvi formada, məsələn, sosializm realizmi prinsipləri ilə yazan adam mətndə qəflətən mənasız, baş-ayaq bir neçə ştrix atır, deyir “alın bu da sizə postmodernizm”. Onu təhlil edənlər də ənənəvi təhlil “gedişatı”nın məcrasını bu aspektə yönəldir…
Əvvəlcə postmodernizmin nəzəriyyəsini normal şəkildə mənimsəmək lazımdır…

İradə Musayeva – fotolarda – ömrün anları:

-Müəlliməm, Sizə sual ünvanladığım üçün üzrümü qəbul edin…
-Xoşdur…
Söhbətləşdi: Nigar İsfəndiyarqızı
“Kaspi” qəzeti.

ÇİLİNGİR SOFRASI

ÇİLİNGİR SOFRASI

O yorgun yılların hüznü kalbimde
Bir de siz üstüne keder sarmayın
Kırılmış bir şişe kalmış elimde
Hesabı boynuma yıkıp durmayın

Vefasız bir yârin kurbanıyım ben
Umutsuz bir aşkın hüsranıyım ben
Tek mevsim hayatın hazanıyım ben
İlkyazı, baharı bana sormayın

Çilingir sofrası kurmalı artık
Kadehi duvara vurmalı artık
Saatte yelkovan durmalı artık
Ne olur boşuna beni yormayın

Kurtlara, kuşlara yoldaş olmuşum
Gece yıldızlarla sırdaş olmuşum
İçkisiz, mezesiz ayyaş olmuşum
Acıyın ne olur yeter, vurmayın.

2020

Müəllif: Faruk HABİBOĞLU

FARUK HABİBOĞLUNUN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

VAQİF SULTANLININ YAZILARI

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Эрнест Хемингуэй и модель Джин Пэтчетт – 1950 год

Эрнест Хемингуэй o русской литературе:

«C тех пор как я обнаружил библиотеку Сильвии Бич, я прочитал всего Тургенева, все вещи Гоголя, переведенные на английский язык, Толстого в переводе Конcтанс Гapнетт и английские издания Чехова. B Торонто, еще до нашей поездки в Париж, мне говорили, что Кэтрин Мэнсфилд пишет хорошие рассказы, даже очень хорошие рассказы, но читать ее после Чехова — все равно что слушать старательно придуманные истории еще молодой старой девы после рассказа умного, знающего врача, к тому же хорошего и простого писателя. Мэнсфилд была как разбавленное пиво. Тогда уж лучше пить воду. Ho y Чехова от воды была только прозрачность. Кое-какие его рассказы отдавали репортерством. Но некоторые были изумительны.

У Достоевского есть вещи, которым веришь и которым не веришь, но есть и такие правдивые, что, читая их, чувствуешь, как меняешься сам , — слабость и безумие, порок и святость, одержимость азарта становились реальностью, как становились реальностью пейзажи и дороги Тургенева и передвижение войск, театр военных действий, офицеры, солдаты и сражения у Толстого. По сравнению c Толстым описание нашей Гражданской войны y Стивена Kpeйна казалось блестящей выдумкой больного мальчика, который никогда не видел войны, а лишь читал рассказы о битвах и подвигах и разглядывал фотографии Бpэйди, как я в свое время в доме деда. Пока я не прочитал «Chartreuse de Parme» Стендаля, я ни y кого, кроме Толстого, не встречал такого изображения войны; к тому же чудесное изображение Ватерлоо y Стендаля выглядит чужеродным в этом довольно скучном романе. Открыть весь этот новый мир книг, имея время для чтения в таком городе, как Париж, где можно прекрасно жить и работать, как бы беден ты ни был, все равно что найти бесценное сокровище. Это сокровище можно брать с собой в путешествия; и в горах Швейцарии и Италии, куда мы ездили, пока не открыли Шрунс в Австрии, в одной из высокогорных долин Фopaльберга, тоже всегда были книги, так что ты жил в найденном тобой новом мире: днем снег, леса и ледники с их зимними загадками и твое пристанище в деревенской гостинице «Tayбе» высоко в горах, a ночью — другой чудесный мир, который дарили тебе русские писатели. Сначала русские, а потом и все остальные. Ho долгое время только русские».

Фото: Эрнест Хемингуэй и модель Джин Пэтчетт, 1950 год. Съемка для журнала Vogue.

Автор: Амина (Amina)


Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Ayətxan Ziyad İsgəndərovun «Qara məxmər gecələrim»-i haqqında

 Mətbuat aləmində usun illər işləyən görkəmli jurnalist dostum Ayətxan Ziyad İsgəndərovun «Qara məxmər gecələrim» («Hər yuxusuz gecənin öz rəngi») kitabı haqqında düşüncələrim. Kitab Türkiyədə işıq üzü görüb. Kitabı Ayətxan müəllimin göndərdiyi PDF- dən oxudum.

      Kitabda-»Yasdığı qolu getdikcə tolazladı», «Kişilər ağlamaz, ağlasa da…», «Bir Novruz axşamı», «Ay səni dünya», «Mənim nağıllı dünyam», «Onlar S,Vurğunu görmüşlər» («Muğana Ceyran» və «Yadigar») adlı hekayələri, «Ata qarğışı», «Alın yazımız Tanrının» povestləri, «Ata qarğışı» kino ssenarisi, və şeirləri toplanıb. Bu hekayələrdə, povestlərdə taleyinin acısını yaşayan insanlar təsvir olunub.O, kənddən gəlib şəhərdə ali təhsil alan adamların başlarına gələn hadisələri, iztirabları ustalıqla qələmə alıb. Bəlkə də bu hadisələrin çoxu onun ətrafında baş verib.

      A.Ziyad qəhrəmanlarının dili ilə milli adət-ənənələrimizi, atalar sözlərini yaşadır. İki gəncin bir-birinə sevgisinə, məhəbbətinə baxmayaraq valideynlərin övladlarına qarşı zorakılığını qabarıq verir. Zaman keçsə də bu keçmiş zorakılıq adətlərimiz hələ də yaşayır. Bu nöqteyi-nəzərdən, ailələrin dağılması, dağılan ailələrdə uşaqların kimsəsiz qalması, kimsəsiz uşaqların acı talehi müəllifin nəsr əsərlərinin əsas süjet xəttidir.

      «İtirilmiş bəyazlıq» hekayəsində dağılmış ailənin ortalıqda qalan uşağın, nənə himayəsində böyüyən Möhübəli Əbilovun başına gələnlərlə tanış oluruq. Hekayəni oxuduqca göz önünə kimsəsiz möhübəlilər gəlir. Onlar nə qədər mərd olsalar da, maddi çətinlik, kimsəsizlik onların arzuların ürəklərində qoyur. Müəllif burda həm də cəmiyyəti günahlandırır. İstedadlı elm aramlarımıza sözü üzə dediyinə görə, haqqı tələb etdiyinə görə göstərilən münasibətləri, işdən azad edilmələrin, elmdən kənarlaşdırılmaların göstərir. Möhübəli kimlərəsə kömək etməyinə baxmayaraq, mövqeyini itirəndən sonra heç kim ona yaxınlaşıb qayğı göstərmək istəmir. Belələrindən çoxu kənar gəzir. Bu zamanın eybəcərlikləridi…

      Ayətxan müəllimin güclü nəsr əsərlərində güclü bədii təsvirləri var. Bu bədii təsvirlər çox incəliklə işlənib. Möhübəli Tüncəlini gözləyəndə yarpaqlarla necə «sinif-sinif» oynamasını, əllərini torbalanmış ciblərinə qoymağını, kibrit çöplərini qırmağını çox gözəl verib.Oxucu bunu oxuduqca özünü orada hiss edir. Siqaretin əzilmiş kötüyün dişləri arasında sıxmağı sanki gözümüz önündə baş verir. Yağışın yağması, buludların hərəkəti və başqa təbiət hadisələrini özünəməxsus çalarlarla təsvir edir.Bu müəllifin təbiətə hədsiz vurğunluğundan irəli gəlir…

                                                                           ***

      «Ata qarğışı» povestində Ayətxan Ziyadın yazıçı təxəyyülü ilə jurnalist peşəkarlığının vəhdətini görürük. Hadisələrin gedişini sadə dildə oxucusuna çatdırır. Ona görə də oxucu çalışır ki, povesti birnəfəsə oxuyub nəticəni öyrənsin. 

      Bu əsərdə tələbə həyatı da çox gözəl təsvir olunub. Sanki müəllif öz tələbəlik illərini yadına salır. Tələbəlik illəri gənclərin həyatının sevən, sevilən romantik dövrüdü. Tələbələr xoşbəxtliyi öz sevgilərində, məhəbbətlərində görürlər.Ancaq unudurlar ki, valideyn xeyir-duası da lazımdır ki, xoşbəxt olasan. Oğlu Rəşid atasının xeyir-duasın almamağı «ata qarğışı» kimi hesab olunur.

      Elin milli adət-ənənələri ilə böyüyən  A.İsgəndərov povestdə milliliyi qorumağa çalışıb.Bununla bərabər müasirliyin də əleyhinə deyil.Bu şərtlə ki, əhdə vəfalı olasan. Rəşidin Aygünə xəyanəti onu uçuruma aparırı.Xəyanət sayəsində ailəsini itirir. Təzadlı həyat keçirən Rəşid, Ayğünü də, özünü də bədbəxt edir.

      Povest uğurlu alınıb.  

      Ayətxan Ziyadın nəsr əsərləri özünəməxsus çalarları ilə seçilir.Jurnalist peşəkarlığı da burada onun köməyinə çatır. Dilimizdəki sözlərin bədii yazılış qaqydasını gözləmək Ayətxan müəllimin yaradıcılığında öndədi.

                                                                             ***

                                                               Duyğuların poeziyası  

      Hər bir duyğulu, həssas insanda özünəməxsus poeziya var.Şeir əsasən qısa zaman kəsiyinin məhsuludu. O da Allah vergisidi. Allah onu kimə necə bəxş edirsə, elə də oxucusuna çatdırır.

      Nəsri ilə tanış olduğumuz Ayətxan Ziyadın da poetik dünyasına nəzər salaq. «Ürəyim» adlı silsilə şeirlərində yazır:

        Ağrini özün seçdin.

        Hardan alım vüsalı,

        Sənə bəxş etməkçün.

        Hıçqırıb için-için,

        Sən Ağrı bulağından,

        Udum-udum su içdin…        

        Ağrı bulağından su içən ürəkdə yaranan ağrılardan lirik bir nəğmə yaradır.

       …Bir ürək ağrı-səndə,

        Bir ürək ağrı-məndə.

        Mən çıxardım köksümdən,
        Sən çıxardın köksündən…

        Yaydıq dünya üzünə,

        Dünya-acı ağrıdan,

        Dünya-şirin ağrıdan,

        Hamiləymiş havaxtdan,

         Xəbərimiz yox bizim.

         Biz ürəyimizdəki ağrıları dünyaya ötürürük. Dünyanın da başı bu ağrılara qarışır, bizdən xəbəri olmur, deyir. O, ürəklə dünya arasında müqayisələr aparır.

         Bu da işdi, a qaerdaş?-

         Bir söz demək istədim,

         Ağzımdan vurdilar,

         Dodağım qanadı…

         Ürəyim bir söz dedi,

         dilim özgə.

          Əlimi apardım dodağıma,

          Əlim qana bələndi.

          Gördüm dünyanın hər qarışı

          bir özgə rəngdədi,

          əlim özgə…

          Yəni demək istəyir ki, haqq söz deyənin ağzından vurub qanadırlar. Dünya qan içində çalxalanır. Ürək bundan ağrı tapır. Bax, budur Ayətxan Ziyadın poeziyası. Onun nəsr dili başqadı, poetik dili başqa.

          Ayətxan Ziyadın poetik dünyasında ithaflara çox rast gəlirik. Bu da ötən əsrin, illərin tarixi şəxsiyyətlərinə həsr olunmuş şeirlərdi. O, keçmişi unutmur, poeziyasında yaşadır.

        İnsan dünyaya gələndən sevgi ilə, məhəbbətlə əhatə olunur. Ana, vətən məhəbbəti, sonra da gənclik eşqi insanın yaşamaq marağını artırır. İnsanda bu eşq, sevgi olmasa nəysə yarada bilməz. Şairi, yazıçını… yaradıcı adamları da bu məhəbbət əsərlər yaratmağa zövq elətdirir.

       De bir yadındamı
       incədən-incə,

       izlərim izində dolaşdı, gəzdi.

       Atamız, anamız xəbər bilincə,

       Görüşdü baxışlar xəfif, gizlicə…

       Şairin qəlbindən süzülüb gələn bulaq suyu kimi saf lirika. Və ya «Qısqanıram» şeirində:

       Öpüb xumar-xumar əsən gilavar,
       şıltaq saçlarını,

       aldı əlimdən.

       Dağınıq telləri yığıb birtəhər,
       oxşadı darağın.

       Qıqanıram mən…

       Oxucularına təqdim etdiyi bayatıları, rübailəri, uşaq şeirləri Ayətxan Ziyad yaradıcılığının bəzəidi. Onun işıq üzü görən  «Qara məxmər gecələrim» kitabı oxucuların sevimli kitabına çevrilməsinə əminəm. 

        Uğurlar olsun, Ayətxan Ziyad İsgəndərov!

Müəllif: Məmməd MƏRZİLİ

Yazıçı, şair, publisist.

MƏMMƏD MƏRZİLİNİN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

"…yazarlar, ancaq yazarlar…"