Etiket arxivi: ƏDƏBİYYAT

Ənvər Məmmədxanlı – Buz heykəl

Buz heykəl

(hekayə)
Qırx birinci ilin qışı. Şaxtalı bir gecə. Elə bil canlı-cansız ətrafda nə varsa donub buz bağlamışdır. Hava zəhərli ilan kimi çalır, daş çatlayır,
ağac çıqqıldayır, torpaq çatırdayır, nəfəs tıxanır, tikan kimi boğazda qalır.
Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf ucsuz-bucaqsız qarlı çöllərlə tənha bir kölgə hərəkət edir.
O gənc bir anadır, körpəsini bağrına basmışdır, yurdunu tapdayan yırtıcı düşmən əlindən baş götürüb qaçmışdır, namusunu qara əllərdən xilas eləmişdir, özünü və ciyərparəsini bu rəhmsiz gecənin ağuşuna atmışdır.
Və indi ağappaq bir zülmət içində, günçıxana tərəf üz tutub Böyük Torpağa doğru gedir.
Qarşıda sahilləri meşəli böyük bir çay var, cəbhə xətləri o çay yaxasından keçir və zaman-zaman ordan gələn top gurultuları gecələr dağlardakı qar uçqunlarının çoxmərtəbəli nəriltiləri kimi şaxtalı gecəni titrədib lərzəyə salır.
Və ana tələsir, hava işıqlanmamış o özünü cəbhə xəttinə yetirməlidir, körpəsini çayın o tayına – azad torpağa keçirməlidir, sinəsi üstündəki uşaq həyatını yenidən ocaq istisi, gündüz işığı, günəş ziyası ilə isindirməlidir.
Ana nəfəsini dərmədən gedir, yıxılır, qar içində batıb qalır, çırpınır, qar içindən ayağa qalxır, amma nə qədər yol gedirsə elə bil zaman da bu gecə donub hərəkət eləmir, saniyələr yerində sayır, irəli getmir və qarlı çöllərin sonsuzluğunda bir qarış tükəniş əlaməti görünmür.
Ana taqətdən düşür, şaxta zəhərlə suvarılmış qılınc kimi kəsir və anaya elə gəlir ki, bu qılınc indi onun qucağındakı körpənin həyatına qəsd edir və ananın alacalanmış gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.
Bir az irəlidə qoşa bitmiş bir cüt ağcaqayın ağacı iki ağ sütun kimi göyə ucalmışdır, ana o ağaclara doğru gedir, qucağındakı körpəsiylə o ağaclara söykənib dayanır, indi ayaq üstə dayanmaq üçün, nəyə isə istinad etmək üçün bu sonsuz qarlı çöllərdə bu bir cüt çılpaq ağcaqayın ağacından savayı ana üçün digər bir istinadgah yoxdur…
Şaxta isə buzlu bir alov kimi ananın üz-gözünü qarsır və ana, ürəyində qıvrılan bir qorxunun ağladığını, şivən qopardığını eşidir – körpə donur, körpə donacaq, qolları arasındakı kövrək bir nəfəs sönəcək, sinəsi üstünə buz bağlamış bir dünyanın ağırlığı çökəcək…
Lakin ana ürəyində ağlayan qorxuya üsyan eləyir – qoy dünya donub buzlağa dönsün, həyat yer üstündən qaçıb yer altına köçsün, yenə də ana ürəyinin hərarəti sönməyəcək və rəhmsizliyi ilə bədheybət olan heç bir kor qüvvə kiçik bir həyat fidanını ananın sinəsindən qoparda bilməz!
Və ana kəskin bir hərəkətlə əynindən yun jaketini çıxardır və bərk-bərk körpəsini büküb bürgələyir, amma şaxta qızmar bir dəmir kimi ananın üz-gözünü dağladıqca, iliklərinə işləyən soyuqdan vücudu tir-tir əsib titrədikcə, anaya yenə elə gəlir ki, bu donan, bu titrəyən körpəsidir və ana bu dəfə başından qalın şalını da qopardır və yenə körpəsini
büküb-bürmələyir, özü isə yalın əyni ilə şaxta qarşısında müdafiəsiz qalır.
İndi o hiss edir ki, donur, şaxtanın buzlu kəməndindən qurtuluşa gümanı yoxdur və istinadı yalnız budur ki, söykəndiyi bu bir cüt ağcaqayın ağacı onu tutub ayaq üstündə saxlamışdır və ana yenə bir əlilə əynindən nə isə qopardır və bir əlilə əynindən nə qopardırsa hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtür – qorxma tifilim, qorxma ufacığım, son nəfəsimin istisi də sənindir…
Sonra ana susur, beynində batqın bir uğultu qopur, qulaqları dibində sınıq cingiltili mis simlər bir-birinin ardınca qırılır, ananın göz qapaqları kilidlənir, nəfəsi çilik-çilik olub ayaqları altına tökülür və ana şaxtanın buz zəncirilə qoşa ağcaqayın ağaclarına bitişib hərəkətsiz qalır. Və indi göydə ulduzları cingildədən amansız bir qış gecəsi anaya başqa bir don biçir, başqa bir örtü geyindirir və şaxtanın buz barmaqları dayanmadan ana üçün büllur naxışları ağ ulduzlu yeni bir libas toxuyur…

Ovxarlanmış bir qılınc tiyəsi kimi kəskin işığıyla göz qamaşdıran şaxtalı bir səhər açılmışdır.
Və iki ağ sütun kimi göyə ucalan qoşa ağcaqayın ağacları qarşısında çiyinləri ağxalatlı üç nəfər dayanmışdır.
Onlar gecə kəşfiyyatından qayıdan üç nəfər gənc döyüşçüdür, indi hər üçü başlarını açıb, yerlərindən qımıldanmadan, gördükləri bir mənzərə qarşısında donub qalıblar və onlar bütün ömürləri boyu qarşısında dayandıgları bu mənzərəni unutmayacaqlar…
Bu donmuş gənc bir qadının buzdan tökülmüş buz heykəlidir.
Və onlar, üç nəfər gənc döyüşçü müqəddəs bir mehrab qarşısında dayanmış kimi nəfəslərini udublar. Nə vaxtdan bəri gəlib burda dayanıb durduqlarını unudublar və daş kimi ürəklərindən asılan hissin ifadəsi söz xaricində qaldığı üçün susublar!
Nəhayət onlardan biri yerindən tərpənir, nə isə bilinməz bir qüvvə çəkib onu irəli aparır, yaxınlaşır, donmuş qadının buz heykəli qarşısında dayanır və bir an tərəddüddən sonra hansı bir sövqi-təbii hissin və daha artıq dəlicəsinə bir ümidin təlqini ilə ananın qolları arasındakı üstü buz bağlamış düyünçəni yoxlayır, həyəcandan titrəyən barmaqları ilə qarı çırpır, dırnaqları ilə buz təbəqəsini qəlpə-qəlpə qopardır və ürək döyüntüsilə buz altındakı örtükləri çözür, açır, dağıdır və birdən… Ordan, düyünçənin dərinindən kiçik bir varlığın baxışları gözlərinə zillənirkən, bütün gözlədiklərinə və gözləmədiklərinə rəğmən bu ansızın körpə baxışından səksənir, döşündən itələnmiş kimi bir addım geri sıçrayır və sonra dönür təlaş içində ona baxan yoldaşlarına, susub durmuş bu sonsuz qarlı çöllərin səssizliyinə və donmuş, buz bağlamış bütün bu dünyaya üz tutub qıy vurur:

-Körpə sağdır, uşaqlar eşidin, körpə sağdır və qoy bütün dünya eşitsin, körpə sağdır!..
Və o vaxt ki, hər üçü baş-başa verib ana qucağındakı körpənin üstünə əyilir, baxırlar, gözlərinə inanmırlar, baxırlar, boğazlarında düyünlənən qəhərdən heç biri heç bir söz deyə bilmir, səhər işığından gözləri qamaşan körpə isə donmuş ana qucağından heyrətlə onlara baxır və
gülümsəyir dəfələrlə od-alov içindən keçmiş üç gənc döyüşçünün gözlərində yaş durmur və hər üçü əllərinin tərsilə gözlərini silirlər.
Sonra başlarını qaldırırlar, yenidən ananın buz heykəlinə baxırlar və yerə kimi səcdə edərək, son dəfə ananın buz heykəli qarşısında baş əyirlər.
Vaxtdır – geri dönməlidirlər və hər üçü bir-biri arxasınca sıraya düzülüb geri dönürlər – və körpəni növbə ilə bir-birindən alıb sinələri üstə aparırlar və hər dəfə körpə kimin qucağında gedirsə, digər ikisindən biri öndə, biri arxada körpənin keşiyində mövqe tutub addımlayır.
Və indi gənc ananın buz heykəli artıq onlar üçün tuncdan tökülmüş əbədi bir heykəldir ki, ana ürəyinin ölməz şücaətini təcəssüm etdirən ən
möhtəşəm bir abidə kimi həmişə onların xəyalında həkk olub qalacaqdır…

Bakı, 1944

Müəllif: Ənvər Məmmədxanlı

Ənvər Məmmədxanlının yazıları

DAHA ÇOX ŞEİR BURADA

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Səma Muğanna üçün ədəbiyyat

ƏDƏBİYYAT SƏMA MUĞANNA

Səma Muğanna üçün ədəbiyyat – sadəcə hadisələrin təsviri deyil, insanın daxili aləminin açılışı, mənəvi mübarizənin poetik (proyeksiya olunmuş publisistik) ifadəsidir. O, öz qəhrəmanlarını həyatın sınaqları qarşısında dayanmağa, öz mənliklərini qorumağa səsləyir. Onun nəsrində real qadın obrazları xüsusi yer tutur (özünü müxtəlif tonlarda yaradır, anasını, müəllimlərini, rəfiqələrini, hətta nənəsini müxtəlif rakurslardan işləyir): zərif, lakin güclü, susqun, lakin müdrik qadınlar yazıçının ideya-estetik baxışlarını təcəssüm etdirir.

Muğanna dilinin poetikliyi, simvollarla zənginliyi, metafizik məna çalarları oxucunu düşünməyə vadar edir. O, bəzən adi bir hadisəni təqdim etməklə insanın varlıq anlamına, Tanrı ilə münasibətinə, ruhun azadlığına işıq tutur.

Səma Muğanna yalnız yazıçı deyil, mənəviyyat mücəssəməsidir. O, sözün və qadın qəlbinin qüdrətini birləşdirərək Azərbaycan ədəbiyyatına bənzərsiz bir ruh gətirmişdir. Onun əsərləri oxuculara ruhi saflaşma, mənəvi diriliş və özünüdərk yolunu göstərir.

Müəllif: Günnur Ağayeva

ədəbiyyatşünas, tənqidçi

GÜNNUR AĞAYEVANIN DİGƏR YAZILARI

HƏCƏR ATAKİŞİYEVANIN YAZILARI

Səkinə Axundzadə kim olub?

Patriarxal cəmiyyətdə qadın üçün öncül olmaq, ilklərə imza atmaq çətin məsələdir. Qarşılaşdığı çətinliklərə rəğmən xalqına xidmət edərək ilklərdən olmağı bacaran xanımlardan biri də Səkinə Axundzadə olub. Əsərləri sayca çox olmasa da, (5 pyes, bir roman və bir neçə publisistik məqalə) Səkinə Axundzadə Azərbaycan ədəbiyyatında ilk qadın dramaturq, ilk qadın romançı ünvanına sahibdir…
XIX əsrin II yarısında Avropada, Belinskinin təbirincə desək, ədəbiyyat romana çevrilir. Azərbaycan ədəbiyyatında isə ədəbiyyatın “romanlaşma” prosesi, demək olar, heç vaxt gəlmədi. Rus və Avropa ədəbiyyatında qadın romanı XVIII əsrin sonlarında artıq çiçəkləndiyi və geniş yayıldığı halda, Azərbaycan ədəbiyyatında onun ilk nümunələrinə XX əsrin əvvəllərində rast gəlirik. Avropa ədəbiyyatından fərqli olaraq, türk dünyasında qadın nəsrinin tarixi XIX əsrin sonlarından o yana getmir. İlk türk qadın romançısı Fatma Aliyə Topuz hesab olunur və mənbələrin qeydinə inansaq, o yalnız Osmanlı imperiyasında deyil, bütün İslam dünyasında ilk qadın romançıdır.
Ədəbiyyatımızda qadın müəllifliyi ilə yazılan ilk roman isə Səkinə Axundzadənin “Şahzadə Əbülfəzl və Rəna xanım” əsəridir. Əsərin müqəddiməsində onun çap olunma tarixi qeyd edilmişdir: “Abuzər Orucovun nəşriyyatı. Hicri – 1326, miladi – 1918.” Lakin romanın yazılma tarixi daha əvvələ aid olunur; bu xüsusda tədqiqatçı N.Qəhrəmanlı yazır: “Şahzadə Əbülfəzl və Rəna xanım” 1918-ci ildə deyil, xeyli əvvəl opera ssenarisi kimi yazılmışdır. Hələ 9 yanvar 1914-cü il tarixli “Sədaye-həqq” qəzeti belə bir məlumat vermişdi ki, Hacıbala Şərifov Səkinə xanım Axundova ilə birlikdə “Şahzadə Əbülfəz” adlı opera yazmışdır. Lakin sonralar əsər haqqında məlumat verilməmişdir və belə güman etmək olar ki, opera hansı səbəbdənsə tamaşaya qoyulmamışdır. Belə olan surətdə çox ehtimal ki, 1912-1913-cü illərdə qələmə alınmış ssenari-libretto Səkinə xanım tərəfindən 1918-ci ildə “roman” adı ilə çap edilmişdir.”
Qeyd edək ki, Səkinə Axundzadənin bu romanını mərhum tədqiqatçı Nazif Qəhrəmanlı transfonliterasiya etmiş və 2005-ci ildə 140 illik yubileyinə töhfə kimi özünün ön sözü və həmin vaxta kimi yazılmış məqalələri bir yerə toplamaqla “Səkinə xanım Axundzadə – müəllim, teatr xadimi, dramaturq” adlı kitab çap etdirmişdir.
Bu günün ədəbi qiymətləndirməsi baxımından “Şahzadə Əbülfəzl və Rəna xanım” əsərinə yüksək dəyər vermək mümkün deyil – istər ideya-məzmun, istərsə də forma etibarilə onu “roman” adlandıra bilmərik. Lakin deyildiyi kimi, o dövrdə Azərbaycan qadını hər sahədə olduğu kimi, yaradıcılıq sahəsində də dünya qadınından çox geri qalırdı. Romanın bircə abzaslıq ön söz hissəsində müəllif elə bu məsələni nəzərdə tutaraq yazır: “Hər millətdə ərkəklərdən şair və ədib olduğu kimi məşhur şair və ədib xanımlar dəxi çoxdur ki, onların vücudu ilə fəxr olunur. Qafqaziyada oxumuş və iqtidarlı xanım qızlarımız son vaxtlarda get-gedə artmaqdadır. Lakin bu vaxtadək adam olmadığı üçün onlar yazmaqdan bəzi səbəblərə görə çəkinirlər. Onlara bir yol açmaq məqsədilə bu romanı layiq olmasa da, yazıb meydana qoydum. Qarelərdən rica edirəm ki, bu qiymətsiz əsərimdə səhv və xəta olursa, əfv etsinlər”. Sonda isə fars dilində bir beyt yazır, mənası belədir ki, dərvişin hədiyyəsi ancaq yaşıl yarpaqdır, nə yazıq ki, olanı budur. Göründüyü kimi, Səkinə xanım əsərinin qüsurlu olduğunu bilirdi və təvazökarlıqla onu oxucuların ixtiyarına buraxaraq əsas məqsədin roman yazmaq üçün qadın yazarlara “yol açmaq” olduğunu açıq bildirirdi…


Mənbə və Ətraflı: >>>
https://edebiyyatqazeti.az/news/edebi-tenqid/7302-xx-esrin-evvellerinde-qadin-nesri-sekine-axundzadenin-romani-esasinda

Müəllif: Mətanət VAHİD,
filologiya üzrə fəlsəfə doktoru,
AMEA-nın aparıcı elmi işçisi.

MƏTANƏT VAHİDİN YAZILARI

ƏLİSƏMİD KÜRÜN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Əlibala Hacizadə – Ədəbiyyatımıza yaxşı hədiyyə.

Ədəbiyyatımıza yaxşı hədiyyə
(“Biçilmiş çiçəklər” haqqında)
Mən gənc və istedadlı şairəmiz Şəfəq xanım Sahiblini çoxdan-poeziya aləmində ilk kövrək addımlarını atmağa başlayan çağlardan tanıyıram. Müxtəlif ədəbi məclislərdə, dərnəklədə çəkinə-çəkinə, sıxıla-sıxıla, utancaq, kövrək-kövrək oxuduğu şeirləri tək mənim yox, dinləyicilərin də diqqətini cəlb edib, onun gələcək uğurlarına inam doğururdu. İllər keçdi, Şəfəq xanım çətin, lakin şərəfli sənət yollarında cəsarətlə, mətinliklə addımladı və bizim ümidlərimizi doğrultdu. Budur ,indi mənim qarşımda onun iki kitabı var: “Könlüm susuz səhradır” (2002-ci ildə) və “Anasız günlərim”(2003-cü il). Bu kitabların birincisində Şəfəq xanım qələmindən çıxan lirik, sevgi, torpaq, vətən haqqında maraqlı düşüncələrdən doğmuş səmimi mənalı düşünməyə vadar edən şerləriylə uşaqlarımızın həyatından, müşahidə və maraq dünyasından xəbər verir.
Xüsusilə qeyd etmək istəyirəm ki, şairənin məhəbbət mövzusunda yazdığı şerlər daha həyatı, daha mənalı, daha obrazlıdır. Oxucularımızda müəyyən təsəvvür yaratmaq üçün mən burada çoxsaylı nümunələrdən yalnız bir beyti xatırlatmaqla kifayətlənirəm.
Mən özüm sussam da, danışmasam da
Ovcunun içində danışdı əlim.
Şəfəq xanım bu misralarla ədəbiyyatda izini qoyur. Və ana haqqında şerləri də beləcə təsirli və düşündürücüdür. Bu poetik parçalarda ümumiləşdirmə çox güclüdür və dünyada insan üçün ən əziz varlıq olan ananı itirən hər kəs bu şerləri özününkü bilib doğması üçün ağı deyib ağlaya bilər. Bu şerlərin gözəlliyi bundadır.
Şəfəq xanımın birinci kitabında verilmiş uşaq şerlərini görəndə düzü, sevindim.
Əvvəla, ona görə ki, uşaq şeri yazmaq uşaq aləminin min bir çalarını qələmə almaq, onlara nəyisə təlqin edib öyrətmək çox çətin və məsuliyyətli bir iş olduğundan hər şairə bu sahəyə girişmir və yazmağı bacarmır.
Şəfəq xanım bu işə girişirsə, demək özündə bir güc və istedad hiss edir. İkincisi ona görə ki, ədəbiyyatımızın mühüm bir qolunu təşkil edən gələcəyimiz olan gənc nəsilin tərbiyəsində diqqət yetirmək hər bir qələm sahibinin qarşısında duran vəzifələrdən biri sayılmalıdır. Və Şəfəq xanımın bu sahədəki fəaliyyətini alqışlayıram.


İndi oxucularımıza təqdim olunan “Biçilmiş çiçəklər” kitabının əlyazmasını oxuyanda başa düşdüm və sevindim ki, Şəfəq xanımda uşaq ədəbiyyatına olan maraq ötəri gələn bir hiss deyildi. Şairənin uşaq yaradıcılığı mühüm bir qolunu təşkil edir. “Biçilmiş çiçəklər” toplusunda 100-dən artıq şeri və poeması toplanmışdı. Bu şerlərdə gənc oxucularımıza Vətənə, anaya, təbiətə məhəbbət və bağlılıq hissləri tərənnüm olunur.
Şairə uşaq pisxologiyasını,təbiət hadisələrin dərindən bilir və müxtəlif həyat və təbiət hadisələrini poetik bir dillə izah edir və oxucunu onların barəsində düşünməyə vadar edir. Mən burada “Biçilmiş çiçəklər” kitabında tpolanmış şerləri ayrı-ayrılıqda təhlil etmək fikrindən uzağam, sadəcə bunu qeyd etməklə kifayətlənirəm ki, Şəfəq xanımın bu kitabı zəngin və tarixi ənənələrə malik Azərbaycan uşaq ədəbiyyatı xəzinəsinə, balalarımıza yaxşı bir töhfədir və inanıram ki, şairəmiz öz adını gənc oxucularımızın yaddaşına həkk edə biləcək. Bu isə ən azı bir qismin hafizəsində, yaddaşında, yaşamaq deməkdir və şair üçün böyük xoşbəxtlikdir. Sənə bu çətin ancaq şərəfli yolda dözüm və uğurlar arzulayıram .

2004-cü il.

Müəllif: Əlibala HACIZADƏ

Əlibala HACIZADƏNİN YAZILARI

ŞƏFƏQ SAHİBLİNİN YAZILARI

Məlumatı hazırladı : Günnur Ağayeva

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Anar: – Ən yaxın plan 90 illiyimizi qeyd eləməkdi.

ANAR: – Ən yaxın plan 90 illiyimizi qeyd eləməkdi. Bayramdı da 90 illik… Amma bu bayram bizim üçün müsibətdir. Çünki bu bayramla əlaqədar hamı gəlir ki, mənə bir şey ver. Hamıya da fəxri ad vermək mümkün deyil, axı. İki min Yazıçılar Birliyi üzvünün hamısı Xalq yazıçısı ola bilməz, hamısı Xalq şairi ola bilməz. Hamısı Əməkdar İncəsənət xadimi olmaq, orden, medal almaq istəyir. Bu, mümkün deyil. Beşinə verirsən, on beşi inciyir. On beşi alır, əllisi inciyir. Ona görə də bu bayram bizim üçün məşəqqətdi. Həm bayramdı, həm də əziyyətdir. Bilmirsən ki, bu işin içindən necə çıxasan? Amma hər halda, qeyd eləməliyik. 90 il balaca rəqəm deyil. Yəqin mənim bayram edəcəyim sonuncu bayramdı. Yazıçılar Birliyinin 100 illiyinə mən çətin qalım. Amma 90 illiyini qeyd edəcəyik…

Müsahibənin tam versiyası: >>>> “Yazıçıların ünsiyyət ehtiyacı daha çoxdur” – Xalq yazıçısı Anarın müsahibəsi

ANARIN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə Dəmir – Azərbaycanda ədəbi tənqid varmı?

Azərbaycanda ədəbi tənqid varmı?

Hal -hazırda bütün sahələrdə olduğu kimi, ədəbiyyat da yeni tarixini yaşayır..Bu tarixin hansı özəllikləri var və oxucu ən çox hansı sözün acıdı? Ümumiyyətlə bu günkü ədəbiyyatımız oxucunu qane edirmi? Azadlıq və demokratiya pərdəsi arxasında hansı proseslər gedir və ədəbiyyat müasir standartlara cavab verirmi? Klassiklərdən nümunə götürülürmü və ya kökümüzdən tamamilı uzaqlaşmışıq?
Köksüz, qolsuz, budaqsız ədəbiyyat niyə müasirliyin simfoluna çevrilib?
Sual çoxdu. Elə verilən cavablar da..
Nəşriyyatlar bir ucdan kitab istehsal edir. Güclü və ya gücsüz. Mənalı və mənasız. Keyfiyyətli və keyfiyyətsiz. Axır ki, durmadan kitab dərc olunur. Bu boyda bolluğun içində bəs kitaba tələbat niyə bu qədər aşağı səviyyədədi ? Oxucu ədəbiyyatdan uzaqlaşıb , ya ədəbiyyat oxucunu qane etmir?
Elektron ədəbiyyat bəlkə kitaba olan tələbatı azaldıb?
Oxucu ona lazım olan materialları bir toxunuşla əldə edə bilirsə, bütün kitabxanalar hər kəsin evinə köçübsə, hər şey bu qədər asanlaşıbsa , demək kitab almaq və oxumaq səviyyəsi çox aşağı düşüb.. Bununla belə oxucu sayının azalması kitab istehsalına təsir etmir.
Bəlkə elə ədəbiyyatı gözdən salan faktorlardan biri də kəmiyyətdi..Mahiyyət və keyfiyyət arxa plana keçib..Ən ağrılı hal odur ki, məzmunsuz , bayağı, mənasız “əsər”lər gündəmi zəbt edib. Ən pisi də budur ki, bu yazıların təbliğatı da güclü gedir..Əsl sözü işıq üzü görə bilmir, pərdə arxasında qalır. Bu qədər bolluğun içində oxucu da çaş-başdı. Nəyin pis, nəyin yaxşı olduğunu anlamaqda çətinlik çəkir. Qərarsızdı oxucu. Ədəbiyyat fərdilikdən çıxıb, kütləviləşib. Üzü işıqlı , içi qaranlıq kitablar gündəmi zəbt edib..Yalançı təriflər, bir -birini təkrarlayan təqdimatlar kütləvi hal alıb. Qarşılıqlı “layk ” ( bəyəndim) azarkeşliyi formalaşıb..Söz keçib arxa plana. Nəticədə ədəbiyyatın bütün sahələrində durğunluq yaranıb.
Keçmişdə senzura vardı .Yerindən duran yazarlıq eşqinə düşmürdü..İstedad sözünü deyirdi. Yazarlar sözünü və özünü təsdiq edənəcən neçə qat qabıqdan çıxırdı .. Oxucu isə ruhuna yaxın, doğma əsərləri alıb oxuyurdu. Bununçun xüsusi kitabxanalar və satış mərkəzləri vardı. Məcburiyyət və məhkumiyyət yox idi. İndi yazıçı , şair kitabını satmaqçun küçə alverindən belə çəkinmir. . Özünə, şəxsiyyətinə hörmət edən , sözünə söykənən yazarlarsa zamanla ayaqlaşa bilmir . Çəkilib bir kənara. Narazılığını bildirməkdə də çətinlik çəkir. Çünki səsçoxluğu ilə qaraguruh ədəbiyyat öndədi . Qəribə abı -hava yaranıb ədəbiyyat sahəsində. Xoşa gəlməyən hallardan biri də odur ki, mənasız çevrə ədəbiyyatı formalaşıb . Əsəri oxumadan fikir bildirmək adət halına çevrilib. Ədəbi tənqid ədəbi tərifə keçib. Bunun bir tərəfi də maddiyyatla bağlıdı..Bir çox tənqidçilər fikrini satır bir növ..Demək burda dövran, zaman , yaşamaq faktoru da var .
Bəs ümumiyyətlə ədəbiyyatın qapısı tənqidə açıqdımı?
Axı bilirik ki, ədəbi inkişafın bir mərhələsi də tənqiddən keçir. İdeal heç nə yoxdu..Əlbəttə ki, qərəzlə tənqidi də eyniləşdirmək olmaz. Ədəbi tənqid vicdanla, obyektiv və qərəzsiz olmalıdı.. Bəs biz nə qədər tənqidə davam gətiririk? Ədəbi tənqid hansı mərhələdədi? Mən səni təriflədim, sən də buna qarşılıq verməlisən prinsipi ilə yanaşılmamalıdı sözə..
İndi başqa sahələrdə olduğu kimi bu sahədə də qohumbazlıq, dostbazlıq , yerlibazlıq hökm sürür.. Həmçinin tapşırıq və sifarişlə yazılan yazılar ( ədəbi təriflər) da az deyil.. Tənqidin yolu çörək pulundan keçir..
Senzura və qadağa da yoxdu. Heç nəyə söykənməyən , havadan asılı yazıları təbliğ və tərif etmə adi hal alıb.. Bunun gələcək travmalarından xəbərsiz tənqidçilər işin maddi tərəfini fikirləşirlər əsasən. Hər kəs məsuliyyəti öz üstündən atır. Hərə öz prizmasından yanaşır sözə. Yazarlar da, tənqidçilər də. Qəribə şöhrətpərəstlik azarı yaranıb ədəbiyyatçılarda. Hamı tərifə qaçır.
Axı əsəri təhlil edəndə onun müsbət tərəfləri ilə yanaşı , qüsurlarını və nöqsanlarını da açıb göstərmək lazımdı.. Təpə -dırnaq heç nə ideal ola bilməz axı. Onu görmək , qeyd etmək və bu nöqsanların arada qalxması üçün yaradıcıya yol göstərmək lazımdı. Bu inkişaf deməkdi , yaradıcının sözə bir az da məsuliyyətlə yanaşmasına kömək etməkdi. Təkrar edirəm –qərəzsiz və məqsədsiz. Əsərin keyfiyyətinə və məzmununa toxunmadan , uçurub tökmədən. Əlbəttə söhbət əsl ədəbi nümunələrdən gedir. Bazar ədəbiyyatını təbliğ və təqdir etməksə ədəbi tənqidçilərin öz peşələrinə barmaqarası yanaşmalarının nəticəsidi.
Qaraguruhçu ədəbiyyat göbələk kimi artdıqca ədəbi tənqid də sıradan çıxır. Zənnimcə ədəbiyyata dövlət nəzarəti olmalıdı. Əks təqdirdə bizə miras qalan sözü çətin ki, qoruyub gələcək nəsillərə ötürə bilək. Həyəcan təbili çalmanın əsl vaxtı deyilmi?

Müəllif: Təranə DƏMİR

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ədəbiyyat qəzeti”nin Xüsusi buraxılışı Vaqif Səmədoğlunun 85 illiyinə həsr olunub.

“Ədəbiyyat qəzeti”nin Xüsusi buraxılışı Vaqif Səmədoğlunun 85 illiyinə həsr olunub – Anons – 05.06.2024

Keçid: I>>> “Ədəbiyyat qəzeti”nin Xüsusi buraxılışı Vaqif Səmədoğlunun 85 illiyinə həsr olunub – Anons – 05.06.2024

Əsas keçid linki:
https://edebiyyatqazeti.az/news/diger/11791-edebiyyat-qezetinin-xususi-buraxilisi-vaqif-semedoglunun-85-illiyine-hesr-olunub

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

YENİ KİTAB İŞIQ ÜZÜ GÖRÜB

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Etibar Əbilovun “Çingiz Aytmatov dünyası” adlı yeni kitabı işıq üzü görüb.

Etibar Əbilovun “Çingiz Aytmatov dünyası” kitabı – işıq üzü görüb

Tanınmış yazıçı-publisist Etibar Əbilovun görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığından bəhs edən “Çingiz Aytmatov dünyası” kitabı işıq üzü görüb.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri Elnarə Akimova, ön sözün müəllifi Çingiz Aytmatovun oğlu Eldar Aytmatovdur.

Kitabda Etibar Əbilovun yazıçı ilə bağlı təəssüratları incələnir, yaradıcılığının poetik xüsusiyyətləri, türk yaddaşının qorunmasında oynadığı müstəsna rol elmi-bədii düşüncənin predmetinə çevrilir.

Mənbə: Edebiyyatqazeti.az

ETİBAR ƏBİLOVUN YAZILARI

Məlumatı hazırladı: Tuncay ŞƏHRİLİ

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Təranə DƏMİR – Bir əl də tapılmadı…

Payız qadın

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın…

Daşdan, kəsəkdən keçən

Qismət düşdü payına.

Tənhalığa tay oldu,

Tay olmadı tayına.

Yerdən, göydən qovuldu,

Suda batdı qisməti.

Min yerindən ovuldu,

Öz bəxtindən küsmədi.

Vurdular dağa, daşa,

İsmətini qorudu.

Şükür deyib Tanrıya

Qismətini qorudu.

Qəlbini qıfılladı,

Bağlandı ev-eşiyə.

Nökər oldu, qul oldu

Ər bildiyi kişiyə.

Ürəyi yaz həvəsli,

Saçları payız qadın.

Bəxti ana möhürlü,

Arzuları qız qadın…

Yolun ağı

Düşəsən yolun ağına,

Gedəsən özünə sarı.

Əyri-üyrü yol tutasan,

Gedəsən düzünə sarı.

Yorulub, dincin alasan,

Sonra təzədən gedəsən.

Bezəsən daşdan, kəsəkdən,

Yenə dözəsən, gedəsən.

Dırmaşasan, sürüşəsən,

Əlindən ətəyin tuta.

Çırpasan tozun-torpağın,

Burda da ölməyin tuta…

Yuxu

Yuxu yol gedir gözümdə,

Gedir yuxulu-yuxulu.

Küçələri, döngələri

Ötür yuxulu-yuxulu.

Hələ gecə təzə düşüb,

Hələ ki səhərə çox var.

Hələ bizim küçədəyəm,

O qamış çəpərə çox var.

Yuxu tökülür gözümdən,

Əl atıb tuta bilmirəm.

Tutub gecənin əlindən,

Səhərə çata bilmirəm.

Bu yuxu hələ dəyməyib,

Neynirəm bu kal yuxunu.

Göylərdən nağıl gözləyir,

Almanı ver, al yuxunu.

Ömrümdən yarımadım

Sürə-sürə bu ömrü

Gəlib çıxdım yarıya.

Nə verdim ki, ömrümə

Ömrüm məndən yarıya?

Daşdan-kəsəkdən keçdim,

Bərdən-bəzəkdən keçdim;

Min yol ələkdən keçdim

Bəxt araya-araya.

Doğradılar, kəsdilər,

Çeynədilər, əzdilər;

Barışdılar, küsdülər,

Kimlər girdi araya.

Bu savaş dən üstədi,

Bir verdim, min istədi;

Allahdan gün istədim

Döz zarıya-zarıya…

Sən bilməzsən…

Sən bilməzsən qış boranı necədi,

Sazaqlarda üşüməyin dadını –

Qar üstündə topal-topal iz qoyub,

Addım-addım tövşüməyin dadını.

Sən bilməzsən yorğan altda titrəyib

Xəyalların qollarını sarmağı –

Gecələrdən səhərlərə ip atıb,

Arzuları qovub, qovub yormağı.

Necə alım payızını bu qışa,

Heç olmasa, qış ümidin var hələ –

Küləklərim ümidini uçurar,

Bir fəsillik boş ümidin var hələ…

***

Bir əl də tapılmadı

Saçını sığallaya.

Sevincinə sevinə,

Qəmini qucaqlaya.

Bir yuva da olmadı,

Sığınıb ağlayasan.

Girəsən qucağına,

Qapını bağlayasan.

Bütün arzularının

Üstünə daş qoydular.

Dopdolu ürək verdin,

Aldılar boş qoydular.

Səsin gedib çatmadı,

Tanrı da uzaq oldu.

Düşdün ümidlərindən,

Ömrün baş-ayaq oldu.

MƏNBƏ:

Ədəbiyyat qəzeti.- 2023.- 21 oktyabr, №40.- S.12.

Müəllif: Təranə DƏMİR

AYB – nin və AJB -nin üzvü.

TƏRANƏ DƏMİRİN YAZILARI

ZƏHRA HƏŞİMOVANIN YAZILARI

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

“Ədəbi ovqat” jurnalının bütün sayları (PDF)

“Ədəbi ovqat” jurnalının bütün sayları (PDF):

EHTİYAT VARİANT:>>>>ƏDƏBİ OVQAT

Təsisçi: Rəfail TAĞIZADƏ.

Baş redaktor: VAQİF OSMANOV

RƏFAİL TAĞIZADƏNİN YAZILARI

VAQİF OSMANOVUN YAZILARI

TƏRANƏ MƏMMƏDİN YAZILARI


Mustafa Müseyiboğlu adına kitabxana

ZAUR  USTACIN  YAZILARI

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI (PDF)

“XƏZAN” JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru