Etiket arxivi: 39 ŞEİR

Murad Eloğlu – Ürəyimi göynədər

Ürəyimi göynədər

Qələbəni yaşadıq.
Amma gör nələr, nələr
Ürəyimi göynədər
Şəhid verdik ağladıq
Boynu bükük körpələr
Ürəyimi göynədər.

Yatanları oyadan
Özün qana boyadan
Qazilərlə qayıdan
Sinələrdə qəlpələr
Ürəyimi göynədər.

Şəhidlər xiyabanı
Vətənin adı, sanı
Fəda eyləyib canı
Daşa dönmüş sipərlər
Ürəyimi göynədər.

Eloğlu, dərdim kalan
Yurdum talandır, talan
Hələ də əsir qalan
Dağlar, daşlar, təpələr
Ürəyimi göynədər.

30.04.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əhləti var bu dünyanın əzizim

Əhləti var bu dünyanın əzizim

Yaşamaq havayı gəlməsin sənə
Zəhməti var bu dünyanın əzizim
Varlıqdan yoxluğa gedən işıqdır
Qəfləti var bu dünyanın əzizim.

Aldatmaq var vərdişində, unutma
Halallıq gəz gərdişində, unutma
Hər əməldə, hər işində unutma
Əhləti var bu dünyanın əzizim.

Bu gün düşün, sabahını cilovla
O gün üçün günahını cilovla
Bacarırsan, tamahını cilovla
Şəhvəti var bu dünyanın əzizim.

Qış qatar hər gələn ‘yaz’ına bil sən
Oğulsan oduna qızına bilsən
Eloğlu, zəhmətlə qazana bilsən
Rəhməti var bu dünyanın əzizim.

25.04.2023.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Əzəmətli bir dağ oldun həkim dost

Həkim dost

Şəfalı əlinlə, aqil zəkanla
El yolunda çırağ oldun həkim dost.
Ehtiyac duyanın hayına çatıb
Könüllərdə fərağ oldun həkim dost.

Əl uzatdın ətəyindən tutana
Həmdəm oldun kədərindən batana
Qazandığın hörmətinlə atana
Naz nemətli bir bağ oldun həkim dost.

Dillərdə gəzirsən səxavətinlə
Ellərdə gəzirsən kəramətinlə
Saleh əməlinlə, məsləhətinlə
Çoxlarına dayağ oldun, həkim dost.

Adın kimi təravət var üzündə
Yalan olmaz bir kəlməndə, sözündə
Bu yaşında el obanın gözündə
Əzəmətli bir dağ oldun həkim dost.

Daim öyünmüsən öz zəhmətinlə
Eloğlu fəxr edir bu adətinlə
Sonsuz diqqətinlə, ləyaqətinlə
Dost yolunda sayağ oldun, həkim dost.

21.04.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I


Öləndə urvatdı ölə biləsən

Öləndə urvatdı ölə biləsən

Oğul, hər varlığın bir yoxluğu var
Dünyanın gərdişin belə biləsən
Baldan da şirindir varı, dövləti
Tapanda qədrini bilə biləsən.

İnsanın yaxşısı, yamanı varmış
Həmdəmin, sirdaşın vəfalı yarmış
Dərdi bölüşəndə dərd azalarmış
Bacarıb qananla bölə biləsən.

Elə yan, elə coş, elə çağla ki
Qəddin əyilməsin o dağlar təki
İşdi, qəhərlənsən elə ağla ki
Özün göz yaşını silə biləsən.

Oğul sözlərimi yaxşı ələ sən
Dinib danışanda olma tələsən
Sağ ikən el qədri bilən ol ki sən
Öləndə urvatdı ölə biləsən.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Sənin öz yolun var, mənim öz yolum!

Sənin öz yolun var, mənim öz yolum!

Bir zamanlar xəyallarda uçurduq
Xəyalları biz özümüz uçurduq
Bu fürsəti ikimizdə qaçırdıq
Əbəs qayıtmısan, qurbanın olum
Sənin öz yolun var, mənim öz yolum.

Yenə xatırlatma ötən illəri
Axıtma gözündən qanlı selləri
Sən qaraltdın, mən ağartdım telləri
Ay mənim sinəmdən silinməz xalım
Sənin öz yolun var, mənim öz yolum.

Yaşımız hardadı? Sevgi haradı?
Ürəyim eşqindən para paradı
Axtarma bir daha, unut Muradı
Bu sevgi məhəbbət gecdir a zalım
Sənin öz yolun var, mənim öz yolum.

18.04.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Ağlaya bilərəm, peşman olarsan

Peşman olarsan

Gəl məni bənzətmə lal axan çaya
Çağlaya bilərəm, peşman olarsan
Özüm də bilmədən sevən qəlbini
Dağlaya bilərəm, peşman olarsan.

Özün bilirsən ki, sevirəm səni
Ay könül həmdəmim, ömrümün təni
Gördün fikirliyəm, dindirmə məni
Ağlaya bilərəm, peşman olarsan.

Muradam, hər sözüm qətidir, qəti
Aman: ehtiyatla qoru ülfəti
Bir ömür boyunca kin-kidurəti
Saxlaya bilərəm, peşman olarsan.

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Murad Eloğlu – Könlüm

KÖNLÜM

Yenə baxışların niyə yol çəkir?
Səni də yordumu kədər a könlüm?
Ötüşən gəncliyi, itən illəri
Bilirəm, vermişəm hədər a könlüm.

Qəmlərə bataraq gündə yüz kərəm
Ağlatma gözümü, onsuzda kürəm
Yüz fikir çəkərəm, min düşünərəm
Bilsəm ki bir borcu ödər a könlüm.

Neyləyim? Olmadı bir çara bəxtim
Çəkdi yollarımı qübara bəxtim
Bu tənbəl əllərim, bu qara bəxtim
Bilirəm, hey səni didər a könlüm.

Düşünüb incitmə Muradı, təkdir
Bax bizi yaşadan arzu diləkdir
Neyləyək? İntizar bir gedəcəkdir
Bizimlə ölənə qədər a könlüm.

14.04.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Qurban olum çırağına kəndimin

Qurban olum çırağına kəndimin

Yenə xəyallarım oldu didərgin
Yenə düşdüm marağına kəndimin
Şəhərdə işıqlar dövrə vursada
Qurban olum çırağına kəndimin.

Yaz gəlibdir, gülür bağça da, bağ da
Tumurcuqlar çiçək açır budağda
Qaranquşlar haray çəkir bu çağda
Yəqin çıxıb sorağına kəndimin.

Lovğalanır tənəhlərin özəyi
Ehtiyyatda qar saxlayıb quzeyi
Bənövşələr bəzəyidir, bəzəyi
Nərgiz dönüb fərağına kəndimin.

Murad, xatırladım ötən çağları
Səpilir zəmiyə sümbül tağları
Kaş kəndə gələydi kənd uşağları
Yığılaydı ocağına kəndimin.

12.04.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Özümü odlara sala bilmərəm!

Özümü odlara sala bilmərəm!

Bağışla əzizim, Bağışla məni
Mən sənin könlünü ala bilmərəm
Yaşım o yaş deyil, çox gecikmisən
Özümü odlara sala bilmərəm.

Dağıtma eşq adlı abad ölkəmi
Vardır ürəyimin əsil hakimi
Bağımdan ayrılıb yetim gül kimi
Sənin əllərində sola bilmərəm.

Yığma ürəyinə amanı, ahı
Aman: qırılmasın qəlbinin şaxı
Ötəri qonağı neynirsən axı?
Ömürlük ömründə qala bilmərəm.

Muradam, qayğına qalaram inan
Süzülüb qəlbinə dolaram inan
Uzağı bu günün olaram, inan
Mən sənin sabahın ola bilmərəm
Özümü odlara sala bilmərəm.

3.06.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Atalar yatağa düşməsin Allah

Atalar yatağa düşməsin Allah

Neçə dağlar keçdim, neçə yol aşdım
Neçə qapıları döydüm, dil açdım
Tək sənə sığındım, sənə əl açdım
Uca varlığına gətirdim pənah
Atalar yatağa düşməsin Allah.

Sovuşsun evlərdən qada bəlalar
Atalar bir ömür sağlam qalalar
Atasın yataqda görən balalar
Ah necə ürəkdən ah çəkərmiş ah!
Atalar yatağa düşməsin Allah.

Mən ki yoğrulmuşam qanından onun
Bir an ayrılmaram yanından onun
Kaş ala biləydim canından onun
Özüm ağrıların çəkərdim vallah
Atalar yatağa düşməsin Allah.

Muradam, atayam, həm də övladam
Atama baxanda balama yadam
Üsyançı naləyəm, acı fəryadam
Sənə yalvarıram hər axşam, sabah
Atalar yatağa düşməsin Allah.

16.03.2023

Müəllif: Murad Eloğlu

Murad Eloğlunun yazıları

ZAUR USTACIN YAZILARI

QƏNDAB XANIMIN YAZILARI

GÜNNUR XANIMIN YAZILARI

Oxuyun >> Gözündə tük var

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I