Etiket arxivi: Afət Şahid

Afət Şahid – Şeirlər.

Yetimlik qüssəsi

Övladsız atalar…

Atasız övladlar….

Hər gün…

gün işığında bir ümid arar…

Qəlbini göz yaşıyla isladıb

telini küləklə darayar…

Nə qüssə əlini çəkib gedər…

nə də qəm ayrılar…

Nə göz yoldan çəkilər…

nə də səssizlik susar…

Boşluqda qalan əlləri

tək dualar sığallayar…

Ayrılıq qüssəsi dolar

Havadan asılmış  əllərə…

Xatirə şəkli çəkmiş gözlərin işığında

Qovuşmaq ümidi parlar…

Görüşmək ümidi ilə….

Hələlik….

***

Qazanclı gülüş…

İçinə nə tökdülərsə

yediyin odur…

bu qazan çox danqıldayacaq…

Ata nəsihəti…

Ana danlağı…

Qohum paxıllığı…

Qonşu qınağı…

Sevgi, nifrət…

Fitnə, fəsad və həsəd…

Hər gələn bir az duz, istiot qatıb

Sonra da dedilər:-bu, zəhər imiş…

Yeməli deyil bu tullayın getsin…

Getsin və gəlməsin bir daha geri…

Dərdin məngənəsi çox qəddar, zalım

Sayqısız hesablar, sonsuz qınaqlar

Bir parça ümidlə heç yola getmir…

Şuürsuz çəkilmiş şəklinin

bir ucun yandır…

küllər gülə dönsün qəhqəhə çəksin…

bu gülüş o gülüşdən deyil…

Bu gülüş qazanclı gülüş…

***

Qar yağsa

Qar yağsa…

Buz kəsilmiş qəlbləri

İsidən bir cəhənnəm odu olsa barı…

Doğranmış cəsədləri yığıb

ət bazarında satanlar…

qazanclı çıxdılar ötən illərdən…

Qar yağsın isti qan üzərinə…

yağdığından utansın…

Qızarıb yerə girsin utandığından…

əriyib yox olsun bu kainat

körpə qışqırığı, körpə naləsi altında…

rəqs edən kahinlər

qovulmuş şeytandan betər

insan qanına

insan ətinə

susamış it kimi

qanlı dişlərini göstərən İblis

qəhqəhə çəkib gülmür daha…

Qar yağsın buz kəsilmiş daş ürəklələrə…

Cəhənnəm oduna odun qatılsın…

Cənnətə yüyürən körpə şəhidlər

Qartopu oynasın, qoy sevinsinlər…

***

Yumruq

Bir körpə yumruğu qalxdı dünyaya

Bombalanmış binaların altından

Qanlı yumruq zalmlara bir hədə

Yatmış ümmətəsə bir çağırışdır…

Gül körpələr gömüldükcə torpağa

Torpaq qan ağlayır, göylər üzülər

 Körpə qatilləri qoy sevinməsin

 Rəbbim birin alar, minin gətirər

Körpə qəbirləri Son gün Şahidi,

Canilər deməyə söz tapmayacaq

Qan tutmuş ğözlərə körpə yumruğu

 Şahidlik edərək son söz deyəcək

Ağırdı bir məsum körpə yumruğu

Son günün son sözü, son kəlməsindən

Yanaqlarda donmuş məsum ğöz yaşı

Boğacaq zalımı son kəlməsində…

***

Bilək…

Günahsız qanına batmış əlləri

Nə yuya bilərsə deyin biz bilək…

Cinayətə susub lal-dinməz olan

Vicdanlar neçəyə satılır, bilək…

Gecələr qatillər rahat yatırmı..

Tökdüyü qan boğazına axırmı

Yediyi, içdiyi cana yatırmı?

Nəfəsi neçəyə alır biz bilək…

Hər aldığı nəfəs bir məzlum ahı…

Hər yediyi yemək bir körpə qanı

Yuxuları xarabalıq meydanı

Ruhunu neçəyə satdı, biz bilək…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI


GÜNNUR AĞAYEVANIN YAZILARI


>>>SATIŞDA OLAN KİTABLAR


Aşıq Qurban: – Pərdəli gəzməyən

Mustafa Müseyiboğlu adına kitabxana

> > > > MÜTLƏQ OXUYUN !!!

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“XƏZAN” JURNALI PDF

WWW.BEYDEMİR.RU

YAZARLAR.AZ
===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. ARZU.

AFƏT ŞAHDİN YAZILARI

ARZU
Sənə çatmaq arzusu
İçimdə böyütdüyüm həsrət…
Aldığım nəfəsmi qiymətli
Yoxsa verdiyim nəfəs…
Ağrı daşıyan ağır buludlar kimi
ağlamasam yüküm boşalmaz…
Çaxılan şimşək –
qəlbimdən çıxan atəş…
Kimini yandıracaq,
kimisə aydlnladacaq…
Susuz çöllərə məlhəm olan
gözümdəki yaş
axib-axıb dodağımda quruyacaq…
Sənə çatmaq üçün
Həsrət havası lazım…
Həsrət yağışı lazım…
Təmizlənmiş ruhum
sənin olsun…
səninlə olsun.
***
Ucsuz bucaqsız dairə
sonsuzluq kimi
O na işarət edər.
O hər yerdə var
O təkdir
O bir başlanğıcdır
O bir sonsuzluq…
O bir mərkəzdir…
O yaradandır..
O dağıdandır….
O hər şeyi özünə çevirəndir.
O istərsə saysız hesabsız edir,
O istərsə heç edir.
Mərhəmətinə və sonsuz nemətlərinə sonsuz şükürlər olsun…
***
Dilimlənmiş zamanın
Sonsuzluğa məhkum olmuş marafonunda
Kimisi uçur,
Kimisi qaçır…
Kimisi də ağır yerişi ilə,
sanballi çəkisi ilə
məsləhət verir, öyüd-nəsihət edir…
Geridə qalan sayları
əqrəb kimi sancır bəzən,
İrəlidəkilər təsəlli verir…
Hərdən qum kimi
gözümüzə sovrulub kor edir,
hərdən dənə-dənə,
incə-incə gözəl xatirələr oyadır…
Bəzən su kimi axıb,
bəzən də heç keçməyəcəkmiş kimi
üzüntülərdə boğan havası ilə ağırlıq verir…
Sonrakı peşmanlıqların fayda vermədiyi,
Ümidləri bəzən verib,
bəzən kəsən,
heç kimə güzəşt etməyib
dəqiqliyi ilə heyrətə gətirən
Zaman ölçən SAAT,
Sənin qiymətin nə qədərdi?!…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. HƏQİQƏTƏ BAXMAQ ÜÇÜN

Gül kimi yatmışdım Mən,

oyatdın Sən yuxudan.

Səs salıb qulağımda

vicdanımı oyatdın…

Ağrımırdı heç yerim,

sızlamırdı heç yanım.

Niyə oyatdın məni?

Niyə ayıltdın məni?

-Ayılmasan batardın

kirli əməl dərftərində…

Bu səs vicdanın səsi…

Aradabir onu dinlə!

_ _ _

Yetişməmiş arzular –

çin olmamış yuxular.

Çəkiləndə buludlar

açılmış gözün aydın…

Xəyallara dalma çox;

Ruhla, canla oynama…

Boş əllərlə oyanma…

_ _ _

Xəyal şirin, real həyat zəhərdi,

Kim islandı, kimsə getdi irəli…

İslanmışın yağışdan qorxusu yox…

Gün çıxarsa, ardınca qaç irəli…

Xəyal şirin, real həyat necədi?…

_ _ _

Satılmış çörəyin

qarşılığı para imiş…

Satılmış vicdanın

qarşılığı yara imiş…

Satılmış eşqin

qarşılığı yuva imiş…

Satılmış insanlığın

qarşılıği qarğış imiş…

Para dolu, yara dolu,

qarğış dolu yuvanda

necəsən əzizim?!

_ _ _

İki üzlü həyat dadın nətərdi?

Bir tərəfin sevinc, biri qəhərdi…

Bir tərəfin şirin, biri zəhərdi…

Bir tərəfin bolluq, biri qəhətdi…

İkiüzlü həyat dadın nətərdi?

_ _ _

Qəpikləri yığıb dilənən adam,

çox istərdim səxavətinə çatam…

Səni küncə sıxıb dərdlə sınayan

köksünə bir isti, bir işıq qoymuş.

Verdiyin pay səni əlbət ucaltmış…

Uca oldun sultanlardan, şahlardan…

Son tikəni bölüb verdin ürəklə…

Rəbbim sınamasın bizi çörəklə.

Mükafatın ucasına layiqsən!

Çox adama ibrət verdin bunla sən!…

_ _ _

Həqiqətə baxmaq üçün göz gərək,

Dözmək üçün ayaq altda köz gərək.

Bu dünyanın sən nazını çək görək.

İmtahan çox, ağır sınaq, döz görək…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. ARZULARIN QOY YATMASIN

AFƏT ŞAHDİN YAZILARI

Allah bizə yetər!

Arzuların qoy yatmasın, oyat sən.

Xəyallarlın qanadında uçarkən…

həyat nədir, yaşam nədir bilərsən.

Arzu varsa, xəyal varsa, ümid var…

***

Duanı əsirgəmə,

Heç vaxt şikayət etmə,

Veməsə qəzəblənmə…

Hər şərdə bir xeyir var.

Hər  dərdə bir dəva var!

***

Həsrətinlə göz yaşımı silirəm,

Yaradana üsyan etməm bilirəm…

Gec verəndə güc verən Allahım var!

Səxavətli, ruzisi bol Rəbbim var!

Səbrim aşıb, hüdudundan daşsa da,

Yaralarım sızıldayıb sussa da,

daha xeyirlisin verən Allah var!

Hər addımda hifz eləyən Allah var!

Gələcəyə baxan gözün sönməsin,

Ağlın çaşıb, qəlbin həmən çökməsin.

Özbaşına qoymaz heç vaxt bəndəsin.

 Səbr edənə ruzi verən Allah var!

***

İt hürərəsə, yol yürüyən Karvan var.

İlan varsa göydə yanan Ulduz var.

Çaqqal varsa,  yaxınlıqda Aslan var.

Şeytan varsa, sənə baxan Allah var.

Dərdin varsa, sənə yaxın Dərman var.

Yaran varsa, Yaradan var, Quran var.

Ayağa qalx, yaranı sil, dua et!

Səbrli ol, üsyan etmə dua et!

***

Adam olmaq asan,

İnsan olmaq çətindir…

Ağlatmaq asan,

Sakitləşdirmək çətin…

Dağıtmaq asan,

Yığmaq çətindir…

Çətinləri sən mənə ver İlahi!

Asanlıqla işim yoxdu bilirsən!

Dostlunla dost, düşməninlə düşmənəm.

Kafirlərə fürsət vermə İlahi!

***

Dayandığın dayanacaq

bir gün səni aparacaq…

Xoş xəyallarının

ardınca

qaçdığın avtobus kimi…

***

Əzilməkdən, büzülməkdən

təngə gəlmiş səhifələr…

Vərəqlənib bir-bir dinər…

Baxmaq üçün lazım hünər.

Səadətə qovuşmaqçun

lazım sənə  yeni dəftər.

Köhnələri sən oxuma,

yenisin aç, heç duruxma.

Kitab yazmaq istəyirsən…

Allah Hafiz, sən heç qorxma…

Hər gün yeni ideyalar,

yeni fikirlər, xəyallar

qanad verib sənlə uçar.

Uç, uça bildiyin qədər…

Getməsin əməyin hədər…

***

Üzüldükcə üzülürəm,

Gözdən yaş tək süzülürəm.

Göydən enən Rəhmətini

bir-bir sətirə düzürəm…

Enmiş rəhmət şükür istər.

Yanıb beynimdə fikirlər..

gün üzünə çıxmaq istər…

Rəhmətinə şükür Allah!

Nə zaman yol açılacaq?

O başında mükafat var.

Qulun səndən almaq istər!

Şahidiyəm möcüzənin.

Danan ömür sürər zəlil.

Mən danmadım Özün saxla

doğru yolda, ürək istər.

Sən istəsən O da istər.

O istəsə Sənə yetər.

Vaxtını öldürmə hədər.

Qapını döyməsin kədər.

Qaliblərə müjdələr ver.

Quluq, Allah bizə yetər!

Quluq, Allah bizə yetər!

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD YAZIR

Zaur Ustacın “Psixoloqun qəbulunda” hekayəsində…
Hekayədə müasir Azərbaycanım acı reallığından bəhs edilir. Maddi rifahın, xüsusilə də ali təhsilli vətəndaşın çox aşağı səviyyədə yaşaması və acınacaqlı vəziyyətə düşməsi hekayənin əsas süjet xəttində öz əksini tapır.
Əsərin qəhrəmanı üç diplomu olmasına baxmayaraq Vətən uğrunda döyüşdə iştirak edib, sağlamlığını itirən İlqardır. İlqarın gündəlik həyat qayğıları, maddi vəziyyəti psixoloqun qəbuluna getməyə imkan vermir. Bir gün onun əlinə belə bir fürsət düşür:
“MORE” Psixologiya Mərkəzi şanlı Zəfər günləri ilə bağlı elan edir ki, noyabrın sonuna kimi hamıya 50%, qazilərə isə 75% endirim edəcək.
Buna sevinən qazi ertəsi gün saat 10:00 üçün növbə götürür. Qazi olduğu üçün yerində nağd olaraq 75% endirimlə ödəniş edəcəkdi.
Öz vaxtında klinikaya gəlib çatan qazinin bütün sənədləri diqqətlə yoxladıqdan sonra gənc “piştaxtaçı” xanım işvə-nazla İlqardan endirimlə 150 manat ödəniş etməyi tələb etdi. O da “kirimişcə, cınqırını da çıxartmadan sanki, üç dənə 5 qəpikliyi market kassasında xəzinədar xanıma “qəpiklər lazım deyil, qalsın”,-deyə qaytarırmış kimi sonuncu iş günü “bankomat”dan çıxardığı şax “əllilik”lərdən üçünü “piştaxta”nın üstü ilə xüsusi əda ilə xanıma tərəf sürüşdürdü”.
44-cü otaqda psixoloq Bənövşə xanım onu gözləyirdi. Otağın ab-havası İlqarı etkiləyir, özünü başqa bir aləmdə hiss edir. Bənövşə xanım onun sənədlərini bir daha gözdən keçirir, otaqda seans etmək üçün şamları, ətirli çubuqları yandırır. Qeyri iradi və qeyri adi vəziyyət pasiyeni təsir altına salır. İlqar “MORE” sözünün anlamını həkimdən soruşur. Onu cavabı belə olur: “Mən” “Onu” “Ram” “Edirəm”.
Həkim:
– Mən bu sənədlərə əsasən sizin hal-hazırki vəziyyətinizlə tanış oldum. Ancaq məsələni həll etmək, durumu düzəltmək üçün bunlar kifayət etməz…Ancaq biz bu günə, heç olmasa bu problemin başladığı ilə baş verdiyi ilk hala gəlib çatmalıyıq. Bunun üçün siz lap uşaqlıqdan özünüz haqqında bir az, yaddaqalan əlamətdar hadisələrdən, sizi narahat edən problemlərdən danışsanız işimiz daha asan olar. Siz elədünyanı xatırladığınız ilk gündən ilk hadisədən başlayın, ardı öz-özünə yumaq kimi gələcək”,- deyir.
Seansın sonunda xəstə özünü narahat hiss edir və qusur. Həkim onu saktləşdirib yola salır, sabahkı günə qəbula yazır.
Aparılan seanslarda İlqar ixtisasının hərbçi- peşəkar zabit, ikinci ixtisasının- tarix müəllimi olmasını, hazırda bağban işlədiyini deyir. Danşıq əsnasında qazi başına gələn acı reallıqlardan, haqsızlıqlardan, düşdüyü acınacaqlı durumdan bəhs edir ki, bu da nə yazıq ki müasir dövrdə bizim qanayan yaramızdır.
Yeganə təsəlli əlində olan Müdaiə Nazirliyinin fəxri fərmanıdır.
Problemi həll olunmayan VətənDaşın ağlından muğayat olun.
Sizcə bu problemləri psixoloq çözə bilərmi?
Bir insanın ACI, FACIƏ DOLU TALEYI…
Bu arada “İnsanın taleyi” filmi yada düşdü…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

Sevda Mərdəkanlının Sevgi və  Sevda Rəsmi

AFƏT ŞAHDİN YAZILARI

Sevda  Mərdəkanlının Sevgi və  Sevda Rəsmi

          Sevin bir-birinizi!

          Qoy DÜŞMƏN çatlasın!

O heç əvvəllər də sevməmişdi …

ADƏM babamızı,

Həvva anamızı,

Hamımızı….

Sevgi Allahın ən böyük nemətidir. Sevmək üçün insan böyük və geniş QƏLBə  sahib olmalıdır.YARADAN öz əsərlərini SEVGİ ilə yaradır və Ona çatmaq üçün SEVGİ adlı NURu yerləşdirir.  İnsan öz YARADANını bu işıqla axtarışa çıxır və tapanda Dünyanın ən xoşbəxtinə  çevrilir.

Gözüm yollarında, sorağındadır,

İsti öpüşlərin dodağımdadır.

Ən şirin sözlərin qulağımdadır,

Sən mənim dünyamsan xəbərin varmı?

-deyən şairə haqlıdır. İnsan sevgi sözlərinin şirinliyini dadarkən bu dad, səs, duyğu onu canlandırır, həyat  verir, qəlbə girən, orda özünə həmişəlik yer edir, kök salır, bir dünya yaradır.

Doya bilməm söhbətindən, sözündən,

Sevgi dolu, vurğun baxan gözündən.

Varlığını heyran edən sözündən,

Sən mənim dünyamsan xəbərin varmı?

Sevgililər saatlarla söhbət edirlər, bu zaman saat, zaman anlayışı itər, öz-özünü yenidən tapmış kimi hər biri varlığını yeniləyər, sanki yenidən doğularlar, yeni bir dünya yaradıb Dünyanı yenidən kəşf edərlər:

Sən olmasan, mən neylərəm, bilmirəm

Bir günümü sənsiz ana bilmirəm.

 Görmürsən ki, mən dayana bilmirəm?

Sən mənim dünyamsan xəbərin varmı?

Əlbəttə xəbərləri yoxdur. Sevgi hər iki aşiqi kor edir. Onlar fərqində olmadan hər gün, hər saat, hər dəqiqə birlikdə olmağa can atırlar. Can atdıqları isə ikisinin yaratdığı Dünyadır.  BU DÜNYA  hər İKİ AŞİQİNDİR. Orada tək olmaq mümkün deyil:

İndi səni düşünürəm, yazıram,

Yolunda hər bir sınağa hazıram.

Bilirəm, sənə həmişə lazımam,

Sən mənim dünyamsan xəbərin varmı?

Sevgi – həm də sınaqdır. Bu sınaq kəpənək qanadları kimi çox incə, çox kövrək və həssasdır. Gülün tikanları kimi acıdıb yaralayandır, bal kimi şirin, şəkər kimi zəhərlidir.

 BU DÜNYANI İKİ AŞİQ QURUR, bir-birinə hər zaman lazım, hər zaman gərəkdirlər.

 Həm kövrəlib, həm gülürəm səninlə,

 Körpə uşağa dönürəm səninlə.

 Özümü “göydə” görürəm səninlə,

Sən mənim dünyamsan xəbərin varmı?

 Sevgi qəlbin ən incə tellərinə təmas edib, toxunduğundan sevən insan körpə uşaq kimi həm sevinir, həm də kövrək olur. Özünü göyün yeddinci qatında hiss edir ki, bu da SEVGİ DÜNYASInın olmazsa olmazı, dadı, duzudur.

Məni anla, məni düşün, məni sev,

Qəlbimdəki gülüstanı – çəni sev.

Saçlarımda dən olmusan – dəni sev,

Sən mənim dünyamsan xəbərin varmı?

İki aşiq bir-birini sevərkən qüsurlarını da qəbul edirlər. Bu dünyanın içində gülüstan da var, çən də var, gül də var, tikan da var, yaz da var, qış da. Bu  YOLa çıxdınsa onun gülü də çəni də  sevinci də, kədəri də sənindir. Allah hər kəsə xoşbəxt, sevgi dolu anlar nəsib etsin.

İcazə ver könlünə həmdəm olum,

Səni sevim, oxşayım mən dəm olum.

 Dodağında gülüş olum, qəm olum,

Sən mənim dünyamsan xəbərin varmı?

Sevgi – Qəlblərin eyni ritmlə, eyni ahəngdə  çarpması, nəbzin eyni vurmasıdır. Bu zaman emosiyalar ən pik həddinə çatır, insan dəm olur. Sevgi Allah vergisidir. Sevib sevilin, sevən insan bir-birinin qüsurunu örtür, bir-birini cilalayır və BİR olurlar. BİR olmağın yeganə yolu SEVGİdən keçir.

Bir olana çatmağın YOLu da SEVGİdən keçir.

BİR olan sevən hər kəsi BİR etsin, BİRLİKdə ETSİN .

AMİN.

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. ALLAHIN TÖHFƏSİ : A dan Z yə Zaur USTACın uşaqları ilə birlikdə…

AFƏT ŞAHDİN YAZILARI

ALLAHIN TÖHFƏSİ : A dan Z yə
Zaur USTACın uşaqları ilə birlikdə….

Allahın iznilə Uşaqlar hər ZAMAN GƏLƏCƏKdir.
Onlar GƏLƏCƏK QURmaq üçün GƏLirlər.
GƏLƏCƏyimiz ƏMİN ƏLlərdə OLSUN deyə onların TƏLİM və TƏRBİYƏsi hər ZamaN ÖN PLANda OLMALIdır.YAŞ ağac tez əyilir. VAXTında ağaca QULluq edib onun QAYĞIsına QALarsaq, bu AĞAC GƏLƏCƏKdə DOĞRU- DÜZGÜN BOY atar, BƏHRƏ VERər.
UŞAQla uşaq kimi olmaq , onun dilində danışa bilmək BÖYÜKlük istər. ALLAH ƏKBƏR (Sözün hər mənasında).Uşaqların BEYNİ tam FORMAlaşmasa da onlar yaxşını pisdən çox rahatliqla AYIRD EDə BİLirlər.
UŞAQlar qəlbləri KİÇİK olan BÖYÜKlərdir. (Əksi də doğrudur: böyüklər kiçik uşaq kimidirlər).Onlarla qəlbən yaxınlıq edəndə bu kiçik görünən, ƏSLində isə BİR DÜNYA DAŞIyan CANla ÜZ-ÜZƏ DAYANırsan.
UCA ALLAH YARATdığını hər ZamaN HİFZ edər.
UŞAQ BEYNİ yazılmamış QAYA kimidir. NƏ(?) YAZARsan orda ƏBƏDİ İZ QOYar.
ANA DİLİndən ÖNCƏ ATA QƏLBi ANA ÜRƏYi kiçik CANın BÖYÜK DÜNYASIna BİR NUR, İSTİLİK GƏTİRir.
UŞAQları SEVin, onları SEVGi ilə YARADın, DÜNYAya GƏTİRin ki, SONra GƏLİŞİ GÖZƏL olanla QARŞILAşasınız.
GÜL QÖNÇƏsi OLanları ALLAH SOLDURMAsın.
A hərfi İLK SƏS və İLK HƏRF:
A ilə ANA deyə,
Aləmə səs salırıq
Azərbaycan sözünə
A ilə başlayırıq.
Ata, ana tək sözlər
A-nın nəfis ilməsi
A -dan Z-yə hərflər
ALLAHın bir töhfəsi.

ALLAH A-dan Z-yə hərfləri yaradaraq Ana,Ata sözlərinə BAŞ TACI olmaq İMKANI VERmişdir.
T hərfi yanıltmac kimi dil oyunu oynayır:
Tuncay topu tulladı,
Tutu, topu tut görək!
Top-top mənə yaraşmaz
Mən tankçı olum gərək!
Tapançamı götürdüm,
Tüfəngi də ver mənə.
Tankı, topu sazlayım,
Hücum edim düşmənə!

Tuncay, topu, tulladı, Tutu, topu, tut, top-top, tankçı, tapança, tüfəng tank, top sıralanması T hərfini BEYİNdə tətikləyir. Sonda isə tank, tüfəng Düşmənə yönəlir.
Ə hərfi Dilimizin şirinliyi, olmazsa olmazıdır:
Əlifbam əlimdədir
Ə hərfi tanışdır.
Gözümün önündəki
Əlim Ə-lə başlayır.
Nənədə iki Ə var
İKİ Ə-li nəvə də
Babam Ə-dən küsəndə
Ona deyirəm dədə

Əlifba, Əl, nənə, nəvə, dədə -körpə CANlarımızın olmazsa olmazıdır.
Uşaq Beyni XƏYAL, FANTAZİYA ALƏMİnə R hərfini OXUyanda DAXİL Olur.
Raul əlində fırça,
Yanaşdı molbertinə,
Rənglər rəngə qarışdı,
Oxşatdı raketinə.
Rəna görəndə rəsmi,
Dedi gəşəng rəndədi
Hətta qanadı da var,
Zanki uçacaq indi…

Raul, firça, molbert, rəng, qarışdı, raket, Rəna, görəndə, rəsm, rəndə, var sözləri R hərfini təkrarlamağa yardımçı olur. Bəzi uşaqların, hətta böyüklərin R hərfi ilə problemi olur. Bu ardıcıllığı tez-tez təkrarlayın. R hərfi ilə heç bir münaqişəniz olmaz, inşəAllah.
B hərfinin yaradıılışı isə maraqlı oldu:
1 ilə 3 birləşib
Birlikdə “B” oldular
“Bakı” sözün başlayıb
“Kitab”ı qurtardılar.

Bahar, Bayram sözündə
B hamıdan birinci.
Əlifbamda ikinci,
“Bilik”də də birinci.

Birlik, Bakı, başlayıb, kitab, Bahar, bayram, birinci, əlifba, bilik, birinci sözləri B səsinin və hərfinin yerini bərkidir.
R hərfini Y ilə qarışdıranlar üçün dil oyunu:
Yabını yəhərləyib
Yusif mindi dalına
Yellətdi yorğa getsin
Bərk yapışdı yalına
Yabı heç tərpənmədi
Bir az əydi boynunu,
Çəkəndə yüyəsini
Oynatdı quyruğunu.

U hərfində şair Uğura çatmağın YOLunu öyrədir:
Uğur baxıb göylərə,
Dedi, usta olacam!
Uca bir qüllə tikib,
Ulduzlara çatacam!

Uğur, usta, uca, ulduz sözləri U hərfinim sayəsində uğurlu olur.
Canlı Zəngli SAAT (Müəzzin) heç yaddan çıxarmı?
Çarpaz iki xətt çəkib,
Adını “X” qoydular.
Xəbər çatdı xoruza
Dedi, gecikib onlar.

Dərdlərimizi yuyan dəniz:
Xəzər
Həm dənizdi, həm də göl
Xəzər təkdi dünyada.
Qoynunda bir şəhər var,
O da ilkdi dünyada.

Köklərinə bağlanmaq istəyən Türk övladı O(na) –ya baxsın:
Orxon çox qədim
Sözdür bilirəm.
Böyüyən kimi
öyrənməliyəm,-

deyir ZAUR USTAC “Güllünün şeirləri” kitabında, Hərflərə aid şeir bölməsində.
Mütləq ÖYRƏNin, KÖKü olmayanın BUDAQları da olmaz!
Bu da MƏNdən SİZə…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ…

AFƏT ŞAHDİN YAZILARI

MƏHRƏM ARAZ, MƏLHƏM ARAZ…
(Zaur Ustacın “Araz” şeiri haqqında)
ZAUR USTAC kimliyi bir DƏRYAdır desək yanılmarıq. Bu dəryanın üzü – görünən tərəfi onun yaradıcılığıdır. Dəryaya dalmaq istəsək suyun dərinliyinin şahidi olarıq.
Hərtərəfli YARADICILIQ imkanı hər şəxsə verilən MÜKAFAT deyil. Allah Qələmini bərəkətləndirdiyi Bəndəsindən əzm, sədaqət, hərəkət gördükcə onun bərəkətini də birə min artırır.
ƏHDə sədaqət, verilən VƏZIFƏni, YÜKü layiqincə DAŞImaq da bir ÜRƏK istər. Qəlbi geniş ALLAH QULunu tapmaq o QƏDƏR də asan İŞ deyil.
Qəlbində Vətənə məhəbbət, sədaqət hisslərini layiqincə daşıyan ŞAİR üçün parçalanmış, yadların əlində əsir qalmış torpaqlar bir namus ləkəsi kimi yandırıb yaxıcıdır.
Bu yanğıdan doğulan ARAZ şeiri Arazı belə yandırır. Araz ARAya girmiş kimi utanır, yanıb tökülür, bir-birini ARAYAN İKİ QARDAŞın odunu söndürə bilmir, həyasına boğulub GÖZ YAŞı kimi dinməz AXIR:
Halına acıdım lap əzəl gündən,
Bu qədər qınanır bilmirəm nədən,
Arazı heç zaman qınamadım mən,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!,-

deyən şair Arazın bu halına acıyır, günahkar günahsızı müdafiə edir.
Sarıyıb Yurdumun şırım yarasın,
Açmayıb, bağlayıb qardaş arasın,
İndi mən qınayım bunun harasın?
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Yurd acısı, yurd yarası o qədər böYÜKdür ki, ARAZ nə etsin?
Xudafərin qucaqlayan qoludur,
Keçidləri salam deyən əlidir,
Bayatılar pöhrələyən dilidir,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

YOL ayırsa da QƏLBlər bir döyünür. SÖZlər eyni, DİL eyni, BAYATI eynı… XUDAFƏRİN – Ümid yeri, Görüş yeri, Qovuşmaq yeri…
O tayda çifayda deyir Şəhriyar,
Bu tayda dardadır indi Bəxtiyar,
Yarını gözləyir hər gün Lütfiyar,
Hər iki tərəfə məhrəmdir Araz!
Yaralı torpağa məlhəmdir Araz!

Daşında, torpağında qiymətli xəzinələr yetirən VƏTƏNin Dünya SÖZ XƏZİNƏSİnə incilər bəxş edən QƏLƏMin layiq görüldüyü bəndələri AYRILIQ HƏSRƏTini sətirlərə tökərək O TAYdan BU TAYa ÖTÜRmüşlər.
Bu üzdən ARAZ Məhrəm olmuş, ARAZ məlhəm olmuş….
Zaur Ustac HAQLI olaraq “Mən zəfərə təşnəyəm” deyərək xəbərdar edir:
Uşaqdan böyüyə hamı əmindir,
Tarix səhnəsində yetişib zaman!
Bu dəfə biryolluq bitəcək söhbət,
Nə güzəşt olacaq, nə də ki aman!

Türkün düşməni özü QƏDƏR böyük ki, sırtlan kimi onun zəifləməyini, parçalanıb qeybə qarışmağını gözləyib gözətlər. Nə qədər parçalansa da bölünsə də MİLLİ KİMliyini unutmayan TÜRK OĞLU üzünü YARADANa tutub Onun kölgəsində İQTİDARını bərpa etməyə QADİRdir. Bu qüdrəti ona QADİR ALLAH verib.
QADİR olan QALİB olar.
ALLAH ƏKBƏR!

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

ZAUR USTACIN YAZILARI

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

“Məzarım  alınmaz bir ürək” deyərkən….

AFƏT ŞAHİDDƏYANƏT OSMANLI

“Məzarım  alınmaz bir ürək” deyərkən….

 İnsanın dəyəri onun fikirləri ilə ölçülür. Dəyərli fikir sahibi olan tanınmış şair Dəyanət Osmanlının  “Məzarım alınmaz bir ürək” şeiri  vətəni, torpağı öz anası bilib müqəddəs sayan, uğrunda canını fəda edən qeyrətli oğullarımızın daim qəlbimizdə yaşayacağını ifadə edən qiymətli nümunələrdən biridir.

Vətəni ana bilən əsgər öz balasını da Vətənə etibar edir, inanır ki, o, olmasa da balası əmin əllərdədir. Bu inam o qədər qüvvətlidir ki, heç kim qəhrəmanı YOLundan döndərə bilməz:

Bir əsgər vətənini

anasıyla al-dəyişik salmışsa

bu vətən uğrunda savaşdığında

balasının ana ovucunda

               özgür yaşayıb

onurlu öləcəyinə inanmışsa

Tanrı da döndərəmməz onu ölümdən

 “Tanrı da döndərəmməz onu ölümdən” deməklə əsgərin qərarının qəti olduğunu vurgulayır və Tanrı özü onu qəbuluna çağırır. Biz insanlar  seçim  hüququna  malık yaradılmışıq. Cüzi iradə hüququmuz var. Bu hüququndan istifadə edib insan öz yolunu seçib bu yolda qərarlıdırsa,  Allah bu yolu onun üçün açır. Yolundan öz iradəsi ilə dönmək istəməyən adamı Allah da döndərmək istəməz.

Qərar qətidir. Hakim(ALLAH) Hökm vermiş, qələm qırılmışdır.

SON UCda Allah Ona tərəf gələnin yolunu açar:

Şəhidlər Cənnət ətirli olar. Onları qoynuna alan Torpa(k)q da bu ətir sayəsində müqəddəsləşər, qiymətli olar. Və başqaları da bu yolda  hər şeydən keçər.

Lakin bu ölümlər öz nəticəsini  almayıb. Çünki torpaqlar hələ də əsirlikdədir:

Üstündən saysız  illər keçib

kiminçün yaşayıb

kiminçün öldüyüm yadımda deyil

dağilmiş bir qurd yuvasında

kimliyim unudulub ,-

deməklə uzun müddət erməni terroristlərinin tapdağı altında viran qalmış torpaqlarımıza və orada amansızcasına, xüsusi  vəhşiliklə öldürülmüş türk övladlarına işarə edir.

30 ilə yaxın erməni işğalına məruz qalmış torpaqlarımızda narahat ruhlar gəzir. Bu ruhlar həm də küskündürlər:  torpaq əsl sahibini gözləyir.

Bu üzdən:

Məzarım alınmaz bir qala

daşım susmaz bir tribuna

torpağım inləyir ürək kimi

küskün ruhların ayaqları altında.

 Haqq sonunda öz yerini tutdu.  

Nəhayət, tam olmasa da, torpaq uğrunda tökülən QIZIL QANlar hesabına əsirlikdən  azad olundu.

 QƏLƏBƏ – işgəncədən sonra yaranan  YARAların  ACIsını, AĞRIsını MƏLHƏM kimi sarır.

Qələbənin dadı uzun sürsün.

Türkün ÜZÜ hər zaman ALLAHa doğru yönələr. Allaha əmanət olun.

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHDİN YAZILARI

DƏYANƏT OSMANLININ YAZILIARI

MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru

AFƏT ŞAHİD. YOL.

AFƏT ŞAHİDİN YAZILARI
  • DOĞMA YURDum,

          Suyunu içərəm

          Yudum, yudum

          Sərt dağların

Dayanıqlı…

SƏMAn AYDIN

Üzü NURlu..

ÖVLİYAlar YETİŞdirdin

Bir-birindən

ZİYAlı

Ş A M A X I…

  • Sən kimsənsə, məndə ondan biriyəm,

          Səhər ÖLÜ, axşamlarsa DİRİyəm…

         Gəlirsən gəl, yadlar uzaqda dursun,

Ürək gülsün, kədər məzarda dursun…

  • Sil gözünün yaşını

Qədər vurmuş naxşımı…

Çevir GÖYə baxşını

Ordan istə GƏL mənə…

  • Mən gələ bilmərəm yar,

Sən gəl,istə, gələrsən,

Bu payız mən getmişəm,

Sən də YAZda GƏLərsən…

  • Ardımca baxma mənim,

Yollar məni çox yordu.

Taleyimi danlama,

Heç üzülmə, ağlama …

Heç üzülmə, ağlama …

  • Məndə olan yara səndə nə gəzir,

Acıqlı sözlərin adamı əzir.

  • Yaz gələndə güllər açar, sevinər,

bu SEVİNCin ömrü yaman az olur.

Ətirli güllərin zövqü-səfası

Dərilənə QƏDƏR(di), ömrü az olur.

  • Doğru BİRsə, yalan elə SIFIRdı,

Çuvalda gizlətsən də elə sızırdı..

Doğru da, yalan da çuvala sığmaz….

İnsan DÜNYAya,

Dünya da İNSANa sığmaz..

  • YARAları BAGLAyın,

Qoy SAĞALsın yaralar.

Qoy SAĞ QALsın insanlar.

SALAM, HƏKİM, ŞƏFA VER…

  • Əgər BİLmirəm DEYİRsənsə

BİL Deyənə BAX…

O, sən getdiyin YOLu ÇOXdan UZAQdan GÖRüb.

  • Qəlbimin sultanısan,

Həyatımın mənası…

Nəfəsim gedir gəlir

İki dodaq arası…

Ol deyəndə oluram.

Öl deyəndə ölürəm.

Uyku kiçik ölümdür

İki Cahan arası…

Doğulandan gedirəm,

Yıxılıram, dururam,

Hərdən də duruxuram  

İki qapı arası…

Qəlbimin sahibisən,

İstədiyin edirsən.

Ağladıb güldürürsən

İki sözün arası…

Qəlbimə yara vurma,

Yarı əlimdən alma.

Qısqanırsan, bilirəm

İki baxış arası…

Əhv et fani qulunu,

Utandırma soyunu.

Şahid varsa yanında

İki oyun arası…

Müəllif: AFƏT ŞAHİD

AFƏT ŞAHİDİN YAZILARI


MÜSABİQƏ ELAN OLUNDU 

PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ

PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”

PDF>>> ZAUR USTAC “BB” KİTABI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI


“YAZARLAR”  JURNALI PDF

YAZARLAR.AZ
===============================================

<<<<<< WWW.USTAC.AZ və  WWW.BİTİK.AZ >>>>>> 

Əlaqə:  Tel: (+994) 70-390-39-93     E-mail: zauryazar@mail.ru