“Bütün türk dünyasını 28 may münasibətilə təbrik edirəm. “Azərbaycan bayrağı” şeirim bu təbriklərə sözardı olsun.” İSLAM SADIQ
AZƏRBAYCAN BAYRAĞI
Ocaqlar hələ də od umur səndən, Qucaqlar hələ də ad umur səndən. Dodaqlar hələ də dad umur səndən, Ömrümün ən şirin sorağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Qırmızın günəşin alovu, odu, Onunmu nuruydu, içimi yudu?! Könlümdə sevgilər göyərdən odu, Dünyamın işığı, çırağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Yaşılın torpaqdı, çöldü, çəməndi, O yaşıl, bu yaşıl, həmən həməndi. Könlüm duyğu-duyğu onu əməndi, Ömrümün-günümün hər ağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Düşərmi dilimdən mavinin adı, Udduğum havadı, içdiyim sudu. Həyatın mayası, sayası odu, Döyüşdə əlimin yarağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Səhər başın üstdə ucalır günəş, Axşam ayağına alçalır günəş. Sən cavanlaşırsan, qocalır günəş, Ömrümün ən ölməz varağı mənim Sənsən, Azərbaycan bayrağı, mənim!
Van “Yüzüncü İl Universitetinin” təşkil etdiyi beynəlxalq konfransdaydıq.
Bir nəfər yaxınlaşıb elə ərklə, doğma, şirin ləhcə ilə kef əhval tutdu ki, elə bildim qonşu kəndimizdəndir… Sonra bildim ki, cənubi Azərbaycanın Xoy şəhərindəndir.
Xoylu Hüseyin kimi Ərzurumlu Ümid, Urmiyalı Solmaz və Yunus müəllimlər də məni elə doğmalıq, şirin ləhcə və həmyerli münasibətilə heyrətləndirdilər.
Solmaz xanım o universitetdə çalışırdı, yoldaşı Yunusla əl çəkmədilər ki, onun iş otağına çıxmalıyıq, kofe içməliyik. Hüseyin və Ümiddi də eyni cür dəvət etdilər.
Düzdür orada hamımız eyni millət idik, hər kəsə xüsusi hörmət, nəvaziş vardı.
Amma Xoylu, Ərzurumlu və Urmiyalılar elə bil lap qonşu kəndçilərim idilər.
Təkçə mənə qarşı yox, bir- birlərinə də elə doğma idilər.
O GÜN Hər şey belə başladı, Gülə-gülə getmişdin… Döndün üzdə təbəssüm, Çöhrənə həkk etmişdin… * * * Tək getmişdin gedəndə, Yüz min olub qayıtdın… Özün getdin yuxuya, Milyonları oyatdın… * * * Hər şey belə başladı, Bütün xalq həmdəm oldu… Cümlə aləm toplandı, Azərbaycan cəm oldu… * * * Yuxudaykən əbədi, Yatmışlara qalx dedin… Vətənin qara dərdin Al boyayıb, ağ etdin… * * * Girib torpaq altına, Çıxartdın üzə nə var… Bir gedişə mat idi, Taxtada tüm fiqurlar… * * * Tarixində satrançın Bəlkə də bu oldu ilk… Qarşısında bir topun, Vəzir olmuşdu fillik… * * * Hər şey belə başladı, Qonaqların sığmadı O gün həyət-bacana, Məmləkəti çuğladı… * * * Başlanan yol qapından, Şuşayadək uzandı… Vətən oğlun itirdi, Torpağını qazandı… * * * Belə şanlı hekayət, Tarixdə bir, ya iki… Lap başqası varsa da, Möcüzədir bizimki … * * * Bu dastanı qanıyla Yazdı ərlər, ərənlər… Bu kitabın qədrini, Bilir yazmaq bilənlər… 14.07.2021. Bakı.
QARDAŞ Sən gəzən yerlərə gəlmişəm, Qardaş! Qanın axan yerdə lalə bağrı qan. İlk sübh şəfəqində çatmışam bura, Rəngindən rənginə qatıb oğru dan. * * * Lənət o günə ki, açıldı səhər, Namərdin dişinin dibində zəhər, Dilində boğazdan yuxarı qəhər, O müdhiş yalanı dedi doğrudan… * * * İndi bu kol-kosun nə günahı var? Çəlləyə çiv olan palıd günahkar! Ətrafda dağ-daş da ağlayır zar-zar… Bülbüllər dilini udub qorxudan… * * * Nə yaxşı bu “tale”, “qismət” sözü var, Sığınıb onlara olduq gözü dar, Lap bilmək istəsən düzü ay İlqar, Hamının yaradır qəlbi ağrıdan… * * * Ustaca təsəlli oğlunla qızın, Biləsən, itməyib çörəyin, duzun, Haçansa yenə də doğsa ulduzun, Hilalı boylanır hər gün Ağrıdan… 07.07.2022. Azərbaycan.
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BU GÜZ Zəfər libasında sevinc göz yaşı, Hər iki sahildə dayanıb ərlər! Ayrılıq atəşi elə qarsıyıb, İçərək qurudar Arazı nərlər! * * * Göylərdən boylanır Tomris anamız, Əlində qan dolu o məşhur tuluq! Xain yağıların bağrı yenə qan, Canı əsməcədə, işləri şuluq… * * * Uşaqdan böyüyə hamı əmindir, Tarix səhnəsində yetişib zaman! Bu dəfə biryolluq bitəcək söhbət, Nə güzəşt olacaq, nə də ki, aman! * * * İllərdir həsrətdən gözləri nəmli, Mamırlı daşların gülür hər üzü! Neçə qərinədir qalmışdı çılpaq, Yamyaşıl çayırla gəlib bu güzü! * * * Al donun geyinir Günəş hər səhər, Səmamız masmavi, göy üzü təmiz! Duman da yox olub, itib buludlar, Gözün aydın olsun, sevin, a Təbriz!
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
DAĞLAR (Dağlara xitabən üçüncü şeiri) Tarix səhnəsində yetişdi zaman, Başlanmış bu çağın mübarək, dağlar! Hələ nə zəfərlər gözləyir bizi, Qutlanmış novrağın mübarək, dağlar!
* * * Dövranın gərdişi döndü, dəyişdi, Davadan doğulan ərlər yetişdi, Didilmiş yaralar tutdu, bitişdi, Üç rəngli duvağın mübarək, dağlar!
* * * Nə vaxtdır yol-iriz bağlı qalmışdı, Qoynunda yağılar məskən salmışdı, Canımı sağalmaz bir dərd almışdı, Sayalı qonağın mübarək, dağlar!
* * * Qurtuldu yağıdan zənburun, balın, Bir başqa görünür yamacın, yalın, Zirvəndən boylanır şanlı hilalın, Müqəddəs sancağın mübarək, dağlar!
* * * Haqqa nisbət tutub ulu Ələsgər, Andırıb, tanıdıb, bilib pərisgar, Hər səngər məbəddi, pirdi hər əsgər, Şuşa tək ocağın mübarək, dağlar!
* * * Ay Ustac, min şükür arzuna yetdin, “Dədə”n gedən yolu, sən də qət etdin, Dolandın dünyanı yurdunda bitdin, Doqquzu zər tuğun mübarək, dağlar!
ANA DİLİM Bu şipşirin Ana dilim, Həm də qutlu sancağımdır! Min illərdir Ata Yurdun Sərhədini bəlirləyir… Ta Şumerdən üzü bəri, Dədəm Qorqud öyüd verib, Şah İsmayıl fərman yazıb, Qoç Koroğlu nərə çəkib… Ulu Babəkin fəryadı, Füzulinin ah-naləsi, Nəsimin şah nidası, Bu dildədir!!! Bu dil, Tomrisin dilidir; Layla deyib, Hökm verib… Min illərdir Ata Yurdun Sərhədinin keşiyində Əsgər kimi durub, bu dil!!! Ana dilim həm əsgərdir, Həm də sərhəd!!! Toxunulmaz bir tabudur!!! 19.02.2023. Bakı.
Güney Azərbaycandan olan vətənsevər soydaşımız Həbib Yakamozla yeni bir layihəyə başlamışıq. Məqsəd Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adlarımız, söz xəzinəmiz, gələnəklərimiz və s. haqda yazılar paylaşmaq, soydaşlarımızı məlumatlandırmaq, diqqəti Azərbaycanın bütövlüyü məsələsinə yönəltməkdir.
İnanıram ki, Biləsuvar, Parsabad və Germi adlarının kökəni haqda paylaşdığımız bilgilər, faktlar oxucularımız üçün faydalı olacaqdır.
Redaktə işi çox vaxt aparsa da, təmənnasız və sevə-sevə bu işləri görməyi özümə mənəvi borc bilirəm.
Güney Azərbaycanda dəyişdirilmiş yer-yurd adlarımız (H.Yakamoz)
Ümumiyyətlə Qacar sülaləsinin devrilməsindən dərhal sonra min il boyunca hakimiyyətə susamış dari taciklər ərkələti (hakimiyyəti) ələ keçdikdə necə deyərlər:”əli atına çatan” İran adlanan ərazidən türklük simgələrini silməkdə sanki bir yarışa giriblər.
Pəhləvi çağının ilk günlərindən Qacarlar ölkəsindəki bütün makro və bir çox mikrotoponimləri türkcədən farscaya dəyişdirməkdə o çağlar yeni qurulmuş Fars Dili və Ədəbiyyatı Akademiyasından tutmuş Şəhərsalma və Yol Nazirliyi, eləcə də Ölkə İnzibati İdarəetmə Ərazi Dairəsinə qədər və hərdən də Rayon İcra Hakimləri yeni yaranmış mərkəzçi qatı panfars hakimiyyətin qulları kimi bu işdə dəridən- qabıqdan çıxıblar.
Aşağıda qısa açıqlamasını verdiyimiz Güney Azərbaycanın yer-yurd adları Pəhləvi və İran İslam Respublikası hökumətləri tərəfindən Azərbaycan türkcəsindən farscaya dəyişdirilmiş Ərdəbil əyaləti kənd və şəhər ərazilərinin coğrafi adlarının bir bölümüdür.
Güney Azərbaycan türkləri bu yerləri hələ də öz tarixi adları ilə adlandırılır. Təəssüf ki, elmi ədəbiyyatda Güney Azərbaycanın Biləsuvar, Qoç Qışlağı (Parsabad) və Germi şəhər adlarının da kökəni haqda yanlış yozumlar yer almışdır.
BİLƏSUVAR
Biləsuvar həm Güney, həm də Quzeydə eyniadlı Azərbaycan şəhərlərindəndir. 1805-ci ildən Qacarlarla rus çarlığı arasında başlanan savaşlar 1828-ci ildə Türkmançay anlaşması ilə bitdi. Bu anlaşmaya görə Biləsuvar şəhəri də ikiyə bölündü.
Biləsavarın əski adı ərəb hökmranlığından öncə “Biləsqan”, ərəb hökmranlığından sonra isə “Beləskan” və “Beləscan” olaraq dəyişdirilib. Büveyhi dövründə “Biləsuvar” olmuşdur. Biləsuvar adı bilə boyunundan bir iz olaraq günümüzə qədər gəlmişdir. Bir sıra araşdırmaçılara görə, Biləsuvarın adı I minillikdə Araz çayı həndəvərində yaşamış suvar boyundan götürülüb.
Farsların qatı soyçuluq (şovinizm) düşüncəsinə görə, Mars planetindən tutmuş qara dəliklərdəki bütün hissəciklərin adı kəsinliklə fars dili kökənlidir. Buna görə də guya Biləsuvar şəhərinin adı farsca “Pil səvar” (“Fil minən”) bir ordu başçısının adı ilə ilgilidir.
Bunu əsaslandırmaq üçün qəzvinli Həmdullah Mustovfinin “Nüzhət əl-qulub” (“Qəlblərin əyləncəsi”) kitabında verdiyi bilgilərə istinad edirlər. Guya Biləsuvarı X yüzillikdə Büveyhi əmiri “Pilsuvar” saldırmışdır və şəhər də öz adını ondan almışdır.
Təəssüf ki, yanlış fikirlər Azərbaycan vikipediyasında da öz əksini tapmışdır.
Əli Rövşənzadə “Türklərin dili ilə uyqarı” (“Türklərin dili və mədəniyyəti”) bölümündə yazır: “…Azərbaycan Respublikasında da Biləsuvar adlı şəhər var. İranın coğrafi atlasına görə Germidən 42 kilometr quzeydə və Ərdəbildən Biləsuvara gedən yolun sonunda yerləşir. Biləsavar Azərbaycanın quzey-batı qulağında, Xəzər dənizindən 50 kilometr aralıda yerləşir.
Biləsuvar adının bir neçə anlamı vardır: “Su olan ərazi” və “Subar və ya Suvar tayfasının ərazisi”; Bilə həm də “hovuz və ya bataqlıq və kiçik göl” deməkdir.
Savar və ya subar tayfa adıdır. Su qoruqçusuna, su olan əraziyə də deyirlər. Biləsuvar dedikdə “su işləri ilə məşğul olan savar tayfasının yurdları” nəzərdə tutulur.
Həmdullah Mustovfi “Nüzhət əl-qulub”da deyir:
“Biləsuvarın suyu Bəcravandan gəlir və hasılı taxıldır”. Bu şəhər Bəcravandan 8 ağac aralıda və Bəcravandan gələn çayın yanındadır. Həmdullah Mustovfinin bu təsviri ilə tarixi Bəcravanın təxmini yerini öyrənmək olar. Bu məsafə bugünkü ölçü ilə 40 kilometrdir. Biləsuvar hansı çayın yaxınlığında yer alıb? Balharı dərəsi və Balharı çayı. Balharı çayı hansı ərazidən qaynaqlanır? İndiki İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sınır bölgəsindən.
Germi şəhərinin doğu ərazilərində. Biləsuvar iki çayın arası kimi şərh edilmişdir. Biləsuvar “Biləlilər yaşayan yer” deməkdir. Biləsuvar iki çayın, Balhari və Ağ Bəylər arasında yerləşdiyinə görə, bəzi insanlar bilmədən, cəhalət üzündən Biləsuvar adını pillərə (fillərə) aid edirlər ki, bu da kökündən yanlışdır. Bu şəhərin adının böyük heyvanla (fillə) heç bir ilgisi yoxdur. Çünki fillərin Biləsuvarda mövcud olması haqda qaynaq yoxdur. Muğan düzü isə bütövlükdə ekologiya baxımından bir neçə min il öncədən fillər üçün yaşamağa uyğun bir yer deyildi. Suvar və ya sabar türk tayfasının adıdır.
Diakonovun fikrincə, “subar” sözü midiyalıların“sibara” sözünə bənzəyir. Sibara (Əski Zənqan), Zənqan-Qəzvin xəttində – Sabarda Şumer yazılarında subir tayfasının adı çəkilir.
Subarlar turoklarla birlikdə qut tayfa birliyinin yaranmasında iştirak etmişlər. Eradan öncə III-II minilliklərdə Urmu gölü hövzəsində yaşamışlar. Şumer dilində subar sözü Babilin quzey-batısında yerləşən Mesopotamiya torpaqlarına aiddir. Bunlar Araz çayının quzeyi ilə güneyində Azərbaycanın çeşidli bölgələrində kəngərlərlə ilgiləndirilmişdir. Xəzər Ərkələtinin (hökümətinin) formalaşmasında subarların da rolu olub. Qutlar öz adlarını Muğanlı Üngüt adında qatınqa (yadigar) qoyublar. Qızılçılar (Zərgərlər) ailəsi qutlarla eyni soydan idilər”.
PARSABAD
Güney Azərbaycanın quzeyində yerləşən Araz çayının sahilində “Parsabad” adı ilə tanınan şəhərin əski adı Qoçqışlağı, sonralar Qoçkəndi olmuşdur. “Pars abad” (Parsa Abad) adlanan bu şəhərin adını necə yaratmışdır ?
Birıncı dönəm 1951-ci ildə bu şəhərin əsasını qoyan (ilk kanalizasiya sistemini) “Şiar Azərbaycan” şirkətinin baş direktoru mühəndis İbrahim Parsanın soyadı olan Parsa sözündən götürülmüşdür. Sonralar ard-arda iki a hərfinin tələffüzü ağır olduğundan hərflərdən biri çıxarılaraq “Parsa abad” adı “Parsabad” şəklinə salınmışdır. Ölkədə fars dilinin yayğınlığına görə də, bir çoxları şəhərin adını artıq Parsabad yox, yanlış olaraq “Farsabad” kimi deməyə üstünlük veriblər. Bunu da bildirməliyəm ki, hazırda Muğan bölgəsinin ən böyük şəhəri kimi tanınan Parsabad şəhərinin adını Güney Azərbaycan Milli Hərəkatının mənsubları “Muğan şəhər” adlandırırlar.
GERMİ
Louis Germanın yazdığı Oksford Universitetinin araşdırmasında sunulan bilgilərə görə, Germi adının kökəni “ümumi otlaq sahəsi olan bir neçə qəbilə mənasını verən Gerameni sözündən götürülmüşdür. Onların başçısı Gerameni adlanırdı.
Digərləri isə bu şəhərin Babək Xürrəmdinin dövründə “Baz” və ya “Bəzin” olduğunu düşünür və onun Qalabaşı məhəlləsi ilə Ələ Dərə kəndi arasında yerləşdiyini, Dev Qalası isə Bəz qalası hesab edirlər. Bəzi tarixçilər bu bölgənin qədim zamanlardan bəri parfiyalıların məskəni olduğunu, Germi sözünün parfiya ləhcəsində müqəddəs söz olduğunu güman edir və “günglü” (böyük bardaq) qəbirlərin mövcudluğuna dəlil gətirirlər. Tarixçilər və digər araşdırmaçılar hesab edirlər ki, bu söz şumer sözlərindən biridir və iki hissədən (“ger” və “mi”) ibarətdir. “Ger” “məskunlaşma”, “xüsusi yer və ya ev”, “mi” isə “səmavi qanunlar” (“Səmavi qanunlar evi”) deməkdir. Germidəki tayfaların ən qədimi Həsənlidir. Bu tayfa Şah Abbas Səfəvinin məğlubiyyətindən sonra Azərbaycanın müxtəlif yerlərində yayılmış Uzun Həsənin törəmələridir.
İbad Məmizadə “Ərdəbil kəndləri toponimi” əsərində yazır: “Azərbaycanda ən azı 7 yerin eyni adla tanındığını, onlardan ikisinin eyni şəhərdə (Germi şəhəri və Üngüt rayonuna tabe olan kənd), üçünün isə Azərbaycan Respublikasında olduğunu nəzərə alsaq, biri Qərbi Azərbaycandadır (Urmu kəndi) və Şərqi Azərbaycanın Miyana rayonunda bir çay eyni adla tanınır və adın Gürcüstanın Kaxeti vilayətindəki Azərbaycanın Gremi şəhəri ilə oxşarlığı belə olmalıdır və bu baxımdan daha çox araşdırılmalıdır. Araşdırmaçıya görə, Türkiyənin güneyində “Germili oğlanları” kimi tanınan bir tayfa yaşayır. O hesab edir ki, sözügedən tayfa Səfəvilər dövründə bu şəhərin indiki sakinləri ilə mübadilə etmiş ola bilər, ancaq tarixi yaddaş bu fikrin inandırıcı olmadığını deyir. Adıçəkilən tayfa arasında “Germi plovu” adının məşhur olması bu adın bitki və ya ədviyyat adı ilə bağlı olması haqda fikirlərə də yol açır.
Qeyd edək ki, ərəb dilində yazılmış müxtəlif tarixi kitablarda Germi adı “Qerm”, “Qorm”, “Əlğorm”, “Əl-Qorm” və “Qermi, Qormi” kimi çəkilir. Bunu da Krım adı ilə bağlayırlar. Lakin Krım adı ilə Germi şəhəri arasında əlaqəyə dair heç bir dəlilə rast gəlinmir.
Halbuki Zikriya İbn Məhəmməd Qəzvinli “Asarul-ibad və əxbarul-bəlad” kitabında Muğanın vəsfində yazır:
“Tatarların əsl vətəninin Krım olduğunu nəzərə alsaq, yəqin ki, hicri 10-cu əsrdə İraq və Yəməndən gələn mühacirlər ərəb və İran yazıçılarının Krım üçün işlətdikləri sözü “Qerm”,”Ğerm”, “Əlqerm” və ya başqa bir formada işlətmişlər. Bu bölgədə yaşayan tatarlara aid edilən krım sözü zaman keçdikcə azərbaycanlıların tələffüzündə “Germi”yə çevrilmişdir.
Bu sənəd həm də türk dilinin bu bölgədə Səfəvilər dövründən sonra və hicri X-XI yüzillikdən etibarən geniş yayıldığı iddiasını rədd edir və tarixini ən azı hicri 7-ci əsrə və hətta ondan əvvələ aid edir.
Muğan Azərbaycanın geniş əyalətidir. Kəndləri və qəsəbələri var. Kim Ərdəbildən Təbrizə getsə, bu vilayət onun sağ tərəfində yerləşir. Muğan isti, Azərbaycanın qalan bölgələrinin iqlimi soyuqdur. Türkmənlər isə yemin bolluğuna və qışın xoş keçməsinə görə orada yaşamışlar və indi tatarlar türkmənləri oradan qovub özləri orada məskunlaşmışlar”.
Görünən budur ki, “Germi” adının farsca “istilik” sözü ilə ilgisi yoxdur. Buna da ən sadə cavab Germinin dağlıq ərazidə yerləşməsi və sərt qışı olmasıdır.
Gədəbəyin adının dəyişdirilməsi məsələsi hərdən müzakirə olunur. Müzakirəni yaradan səbəb addakı “gədə” hissəsidir. Bilənlər bilir, bilməyənlər də rayonun adı ilə bağlı etimologiyanı araşdırsalar, yaxşı olar.
“Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Alban tarixçisi Muxtar Qoş “Albaniya xronikası” əsərində (1206-cı il) Gədəbəy əyalətinin adını “Getabey” kimi işlədib. Ehtimal edirlər ki, “Gettabey” sözü sonradan deformasiyaya uğrayaraq Gədəbəyə çevrilib. Qədim türkcədə “böyük, qüdrətli adam” mənasında işlədilib. Coğrafi relyefinə görə bura döyüşkən türk tayfalarının yerləşdiyi ərazi olub. Gədəbəy sözü də buna müvafiq olaraq bədii ədəbiyyatda müraciət olunan şəxs, igid oğlan mənalarını verir. Gədəbəy toponimi qədim türk dilində gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir və “gözətçi təpəsi” deməkdir. Bu ehtimal həqiqətə daha yaxındır. Tarixi mənbələrdə adı ilk dəfə XII əsrdə çəkilən Gədəbəy qalasının xarabalıqları rayonun Təpəlik sayılan yuxarı hissəsindədir. Başqa bir ehtimala görə isə, Dədəbəy sözü deformasiyaya uğrayaraq Gədəbəy olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. Gədəbəy, Atabəyin oğlu olub. Ərazidə indi də Atabəy və Şəkərbəy adlı kəndlər var”.Şahdağ silsiləsinin şimal ətəyindən axan Mis çayının yaxınlığındakı Mağara dağının ətəyindən XIX əsrdən mis filizi çıxarılır. Haqqındakı məlumatlardan biri də ərazidə olan tarixi mədəniyyət abidələrinin eramizdan əvvəl XIV-VIII əsrləri əhatə edən Xocalı-Gədəbəy mədəniyyətinin bir hissəsi kimi tariximizə daxil olmasıdır. “Arxeoloji qazıntının nəticələri Almaniyanın “Folker Şpis” elmi nəşriyyatı tərəfindən “Qalakənd” adlı elmi əsər şəklində Berlində çap edilmişdir. Əsər Berlin Dövlət muzeyində saxlanılır”.
USTACAM Müzəffər ordunun şanlı əsgəri, Ərənlər yurdunun ər övladıyam! Zalımın zülmünə təhəmmülüm yox, Babəklər yurdunun hürr övladıyam! * * * Ustadım Nəsimi, sözümüz sözdü, Ədalət, həqiqət bağrımda közdü, Ziyadar dühası bir deyil, yüzdü, Mövlalar yurdunun nur övladıyam! * * * Dərvişəm, müqqəddəs sayılır təkkəm, Hülqumdan yuxarı dayanır öfkəm, Od, ocaq diyarı tanınır ölkəm, Alovlar yurdunun nar övladıyam! * * * Unutma, şah babam Xətai başdı, Nadir şah, mətədə tərpənməz daşdı, İlham, nə keçilməz sədləri aşdı, İgidlər yurdunun nər övladıyam! * * * Tarixdə Nəbisi, Koroğlusu var, Gen dünya yağıya daim olub dar, Düşmən qarşımızda yenə oldu xar, Aslanlar yurdunun şir övladıyam! * * * Göydən Yer üzünə ərmağan, payam, Gündüzlər Günəşəm, gecələr Ayam, Ən parlaq ulduzdan törəyən boyam, Ozanlar yurdunun sirr övladıyam! * * * Ustacam, vətənim vətən içində, Axıb duruluruq zaman köçündə, Min bir anlamı var, adi “heç”in də, Aqillər yurdunun pir övladıyam!
ARAZ YAQUBOĞLU: Xasay əmimlə bağlı sizlərə bir əhvalat söyləyim. Axı bu gün onun anım günüdür.
BƏHRƏMİN QONAQLIĞI
Daşkəndli Orucun qızı Abuzəndə Göyçənin Qaraqoyunlu kəndində Bəhrəmin yoldaşıydı. Bəhrəm də səxalı, əli açıq, çörəkli adam olub. Abuzəndənin qardaşı Xasay Hacıyev həbsdə olan vaxtlar bacısı çox ağlayır, çox sızlayır. Qaraqoyunlular onun nə qədər könlünü alsalar da, heç rahatlıq tapmırmış. Qaraqoyunlular Abuzəndənin xətrini çox istəyirmişlər. Qoçaq bir qadın idi. Xeyirdə, şərdə yemək bişirər, kənddə dərzilik edər, camaata xidmət göstərərmiş. 1963-cü ildə Xasay Hacıyev həbsdən qayıdanda Bəhrəm Abuzəndəylə, bir neçə də qohumuyla qurban gətirib Yeni Daşkənddə kəsir. Xasayı da Qaraqoyunluya qonaq dəvət edib gedirlər. Bir müddətdən sonra gəlib-gedənlə Bəhrəm xəbər göndərir ki, Xasay səni gözləyirik gəl. Bu xəbər göndərmələr bir neçə dəfə də təkrar olur. Xasay Hacıyevin işi-gücü çox olduğundan vaxt eləyib gedə bilmir. Bəhrəm fikirləşir ki, yaxşısı budu qaynım Xasaya xəbər göndərim ki, bacın Abuzəndə ağır xəstədi, yerdə yatır. Onda tez gələcək. Belə də edir. Xasay Hacıyev kənddən 3–4 qohum-əqraba da götürüb bacısının yanına gedir. Qaraqoyunluya çatanda görür ki, bacısı qapıda yır-yığış, biş-düş eləyir. O dəqiqə başa düşür ki, yeznəsi Bəhrəm onu aldadıb qonaqlığa çağırıb. Təzədən yemək-içmək başlayır. Qaraqoyunlular da yığılıb adı həmişə uca tutulan Abuzəndənin qardaşı Xasayın görüşünə gəlirlər. Sazlı-sözlü bir məclisdən sonra Bəhrəmin kəndçiləri nə qədər eləsələr də Xasay iki gündən artıq qala bilmir. Qayıdır Yeni Daşkəndə. (Söyləyəni: Hacıyev Araz Yaqub oğlu) P.S. şəkildə Süleyman Rüstəmin arxasındakı Xasay Hacıyevdir. Öndə sağdan 1-ci isə Azaflı Mikayıl. (Şəkili qardaşım Eldəniz Tovuzlulardan əldə edib)
Çağdaş Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri olan Zaur USTAC 1975-ci ildə Bakı şəhərində andan olub. Ali təhsillidir. Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabitdir. Bədii-publisistik kitabların, metodiki-tədris vəsaitlərinin və balacalar üçün (ingilis dilindən) tərcümələrin müəllifidir. Milli ruhda qələmə alınıb hər iki qrafika ilə (müasir və əski əlifba ilə Ana dilimizdə) çap olunmuş kitabları Bütöv Azərbaycan coğrafiyasında yayımlanır. Xüsusi ilə kiçik yaşlı məktəblilər üçün ana dilimizdə olan öyrədici (Ana dili və Hesab) şeirlərdən ibarət kitabları geniş oxucu kütləsinə tanış olmaqla bərabər məktəb və liseylərin məktəbəhazırlıq qruplarında tədris vəsaiti kimi tətbiq (2019-2020-ci təris ilindən etibarən) olunur..
Zaur USTAC 1988-ci ildən fasiləsiz olaraq dövri mətbuatda dərc olunur, 40-dan artıq kitabın müəllifidir. 2007-ci ildən özünün təsis etdiyi “Yazarlar” jurnalı, 2010-cu ildən isəYAZARLAR.AZ saytı idarəçiliyindədir.
Zaur Ustacın əsərlərinin 2011-ci ildən etibarən internet vasitəsi ilə bir neçə stabil və təhlükəsiz portalda pulsuz yayımlanmasının nəticəsi olaraq bu gün o internet üzərindən ən çox oxunan yazarlarımızdan biri, bəlkə də birincisidir.
Zaur USTAC yaradıcılığı Ana dilimizdə oxuyub, anlamağı bacaran dünyanın harasında yaşamasından asılı olmayaraq, internetə çıxışı olan hər bir şəxs üçün əlçatandır.
BAYRAQ, BİZİM BAYRAĞIMIZ!!!
(Arazın o tayında bayrağımız dalğalanıb)
Üstündən yüz Araz axsın, Torpaq, bizim torpağımız!!! Güney, Quzey fərq eləməz, Oylaq, bizim oylağımız!!! * * * Axışı lal, susur Araz, Mil, Muğanı yorur ayaz, Kərkükdən ucalır avaz, Oymaq, bizim oymağımız!!! * * * Göyçə dustaq, Urmu ağlar, Yaşmaq düşər, börü ağlar, Qaşqayda bir hürü ağlar, Papaq, bizim papağımız!!! * * * Dörd bir yanın qarabağlı, Dəmir qapı çoxdan bağlı, Bir ağacıq qol, budaqlı, Yarpaq, bizim yarpağımız!!! * * * Ustac boşa deməz əlbət; -“Sərhədinə elə diqqət”, Bu kəlamda var bir hikmət, Sancaq bizim sancağımız!!!