Dünya şöhrətli Çingiz Abdullayev təltif olunub. Bu barədə məlumatı Xalq yazıçısı sosial şəbəkə hesabından öz çoxminli auditoriyası ilə bölüşüb:
“Bu gün xüsusi xidmət orqanlarının veteranları ilə görüşdüm. Veteranlar medalını aldım . Mən fəxr edirəm. Təbii ki, üç saat Azərbaycan dilində danışdım. Bu insanlar bütün ömrü boyu doğma Azərbaycana xidmət ediblər. Müharibənin bir çox iştirakçıları, hətta qadınlar. Сегодня встречался с ветеранами спецслужб. Получил медаль ветеранов. Горжусь. Три часа выступал на азербайджанском языке, что естественно. Эти люди всю свою жизнь служили родному Азербайджану. Многие участники войны, даже женщины.”
Firuz Mustafanın yetmişi gəldi; bilmirəm tezmi gəldi, gecmi? Bir onu bilirəm ki, yetmişinə bir yazıçı, dramaturq və bir sənət adamı kimi fenomenal yaradıcılıqla gəlib. Elə bir yaradıcılıqla ki, əsərləri ədəbiyyat tariximizin daimi sakini kimi həmişəlik yaşamaq haqqı qazanıb. Lakin bu bir yubiley yazısı deyil, burada səssiz kezən yubileyindən yox, ədəbiyyat tariximizdəki profilindən yazmaq istədim.
Altmışıncılardan sonra ədəbiyyata gələn yeni nəsilin ən məhsuldar və görkəmli nümayəndələrindən biri Firuz Mustafa bədii nəsr, dramaturgiya, poeziya, esse, tərcümə və elm sahələrində zəngin bir yaradıcılıq yolu keçib. 80-ci illərdə ədəbiyyata gəlməsinə rəğmən, yaradıcılığının ən zəngin dövrü müstəqillik illərinə düşür. Onlarca dram əsəri Azərbaycanın, Türkiyənin, Rusiyanın və başqa ölkələrin teatrlarında tamaşaya qoyulub. O, həm də filosof kimi fəlsəfə elminin problemlərini öyrənib, bir çox elmi məqalələr və tədqiqat əsərləri yazıb.
F.Mustafa bədii yaradıcılığa 80-ci illərin əvvəllərində başlamışdır. Müstəqillik illərinə qədər onun iki – “Güyəm kolları” (1985), “Dğnyanın rəngi” (1989) hekayələr kitabları nəşr edilmişdi. Elə ilk hekayələrindən başlayaraq yazıçı yeni qəhrəmanları, süjet xətləri, təhkiyəsi ilə “kiçik janrda” böyük mətləbləri ifadə etməyə çalışdı. “Haray”, “İşıq”, “Ağır yük”, “Qeyri-kafi”, “Yay sazağı”, “Küçə nəğməsi”, “Göyəm kolları. Çisək” hekayələrində yazıçı gerçəkliyə eləcə də həyat, insan və zamana olan münasibətini özünəməxsus şəkildə ifadə edirdi. V.Şukşinin xatirəsinə həsr etdiyi “Qeyri-kafi” hekayəsində müharibə iştirakçısının illər sonra əlli yaşında tələbə olmaq üçün instituta imtahan verdiyini, burada gənc abituriyentlərin istehzası və gənc müəllimin onun müharibə haqqında danışdıqlarına ümumi mülahizələr, yaxud nağıl hesab edərək “qeyri-kafi” yazmasını real cizgilərlə təsvir edir.
İlk kitabında dərc edilən “Göyəm kolları. Çisək” hekayəsi də təsvir orijinallığına və bədii bitkinliyinə görə ən yaxşı hekayələrdən biri idi. Hekayədə gənc Qaranın – lal və danışa bilməyən oğlanın daxili aləmi açılır. O, lal olsa da, ətrafında baş verən haqsızlıqlara biganə qala bilmirdi, buna görə də otlar, çiçəklər, kollar kimi lal qalmaq istəyirdi. Kənddə yaşayan Qaranın şəhərdən gələn, dodaqları çiyələyə bənzəyən qızla bağlı düşüncələrini olduqca orijinal verilirdi: “Qara belə hesab eləyirdi ki, qızın dodaqları nə qədər qızarsa da, ömründə çiyələk kimi şirin ola bilməzdi. Çünki o, çiyələyin necə qızardığını, əzəlki rənginin get-gedə necə yox olduğunu, dadının necə şirinləşdiyini öz gözləri ilə görər, dili ilə yoxlaya bilərdi; elə çiçəklər də çiyələklər kimi onun gözü qabağındaca yavaş-yavaş böyüyər, rəngdən-rəngə düşərdi; yağış, şeh nə də çiçəklərin rəngini soluxdurmazdı; damcıların altında rənglər daha da əlvanlaşardı”.
F.Mustafanın “Dünyanın rəngi” kitabında dərc edilən “Bəyaz rəqs”, “Marsdan telefon zəngi”, “Alın yazısı”, “Dərman şüşəsi”, “Nəmişlik”, “Bu yol hara gedir” və s. hekayələrində də cəmiyyət hadisələri, insanların mənəvi-daxili aləmi bütün ziddiyyətləri, təzadları ilə göstərilir. Bu hekayələrdə süjetlərin struktur sadəliyi, obrazların psixologiyasının detallarla çatdırılması, təhkiyə orijinallığı, dil zənginliyi və s. yazıçının yeni bir mərhələyə daxil olduğunu göstərirdi. Ən əsası isə onun hekayələrində dərin bir həyat müşahidəsi var idi.
F.Mustafanın “At günü” hekayə-triptixi isə klassik və çağdaş hekayəçiliyimizin ən yaxşı nümunələrindəndir. Təsadüfi deyil ki, hekayə azərbaycanca və rusca çap olunduqdan (“Ulduz”, 2004, №1, “Literaturnıy Azerbaydjan”, 2008, №11) sonra oxucuların, yazıçı və tənqidçilərin böyük marağına səbəb olub, haqqında məqalələr yazılıb və təhlillər aparılıb. Yazıçının bir çox nəsr əsəri kimi, bu hekayənin də orijinal strukturu ideyanın təsvirində mühüm rol oynayıb. Hekayə-triptix üç hissəyə – “Qaçış”, “İntihar” və “Son” bölümlərinə ayrılıb. Özünəməxsus təhkiyə orijinallığı və zənginliyi, simvollaşdırma, insanla-təbiətin harmoniyası və s. bu əsərin də başlıca xüsusiyyəti olaraq səciyyələnir.
“At günü” hekayə-triptixində yazıçı ləyaqətsiz insanlarla canlıların (konkret olaraq dayçanın) mənəviyyatını qarşı-qarşıya qoyaraq atın sahibini və qonşunu ittiham hədəfi edir. Yazıçı “tamaşa”nı ətrafdan seyr edən cəmiyyətin bu hadisəyə münasibətinə, laqeydliyini də ittiham aktına çevirir. Onların dayçanın intiharına susqunluğu, səsini çıxarmaması, yalnız müşahidə etmələri, əslində cəmiyyətin susqunluğuna işarə kimi mənalanır. Xüsusilə dayça sahibinin qonşunun ağlına gələn fikrə qarşı müqavimət göstərməməsi, insanların bu hadisəni sakitcə seyr etməsi cəmiyyətin müqavimətsizliyini göstərir. Dayçanın və onun anasının həyata, mühitə baxışında insana xas əlamətlərin olması canlılar arasında sədləri aradan götürür. Dayçanın baş verən hadisəyə intiharla cavab verməsi isə dərketmənin insanlarla heyvanlar arasındakı fərqliliyini göstərir. Bu hadisənin təsviri fonunda yazıçı həm də dayça sahibinin ana atla dayçanı birləşdirmək istəyinə “yox” deyə bilmədiyi qonşusunun vaxtilə sevdiyi qızı da əlindən alması süjet xəttini də qoyur. Belə bir qənaət hasil olur ki, əgər dayça sahibi vaxtında ona “yox” desəydi, sevdiyinə qovuşar, sonrakı hadisələr də olmazdı.
F.Mustafanın bir çox hekayələrində (“Gözü yaşlı ağaclar”, “Matəm musiqisi”, “Kiçik” və s.) satirik istiqamət başlıca yer tutur. Yazıçı bu hekayələrində cəmiyyəti içindən qurd kimi yeyən mənəvi-əxlaqi problemlərə psixoloji deyil, satirik mövqedən yanaşaraq cəmiyyət üçün böyük təhlükə törədən yaltaqlıq, rüşvət, yalançılıq kimi keyfiyyətləri özünəməxsus satirik dil və ifadə vasitələri ilə təsvir edir. Yazıçının satirik olmayan hekayələrində də satirik, komik ifadə vasitələri, yumoristik dialoqlar obrazın daxili aləmini açmaq üçün işlətdiyi vasitələrdəndir. Bu istiqamət getdikcə genişlənərək onun dramaturgiyasında komediya, fars, məzhəkə, monokomediya formalarında özünü daha qabarıq şəkildə göstərməyə başlayır.
F.Mustafanın “Dəniz küzğ” (2006), “…Qapı…” (2008), “13 hekayə” (2008), “Monohekayələr” (2009), “Hekayələr” (2009), “At günü” (2009), “Monopyeslər” (2010), “Ölü dildə sevgi məktubları” (2014), “Hekayələr” (2015) və s. kitablarında nəsr yaradıcılığı çağdaş nəsrimizin real faktına və hadisəsinə çevrilir. Yazıçının “Dəniz köçü” povest-pritçası, “…Qapı…” romanında bədii düşüncə sərhədləri genişlənir. Yaradıcılığının bu mərhələsində yazıçı təbiət və cəmiyyət hadisələrinin fəlsəfi dərkinə çalışır və yaratdığı obrazlar insan-təbiət harmoniyasını əks etdirir. “Dəniz köçü” povestində insanla təbiətin harmoniyası və birliyi bədii-fəlsəfi cəhətdən təsvir edilir. Əsəri həm də bədii-fəlsəfi, poetik pritça adlandırmaq mümkündür. Povestin dili, struktur və süjet sadəliyi, poetik obrazlar zənginliyi, mətnaltı fəlsəfi dəriniyi çağdaş oxucunu sehrləyir və öz təsiri altına alır. Yazıçı C.Əlibəyov əsəri E.Hemenqueyin “Qoca və dəniz” əsəri ilə müqayisə etməkdə tamamilə haqlıdır. Bunu yalnız C.Əlibəyov yox, yazıçının çoxsaylı oxucuları da müşahidə etmişlər. Buna səbəb hadisələrin yalnız dənizdə baş verməsi deyil, həm də insanın təbiətlə harmoniyasının, vəhdətinin əks etdirilməsindədir. Povestdə yaşlı balıqçı ilə balıq ovuna gedən Tuğayın bir gün ərzində başına gələn hadisələr təsvir edilir; dənizdə qopan fırtına nəticəsində yaşlı balıqçı və avarın biri dənizə düşür ki, bu da gənc Tuğayın işini çətinləşdirir, hətta bir müddət ümidsizliyə də qapılır. Bir azdan dəniz sakitləşdikdən sonra dəniz canavarı akula Tuğayın qayığına hücum edir. Akula ilə Tuğayın mübarizəsi və balıq, qartal və alabaşın Tuğaya kömək etməsi olduqca realist cizgilərlə göstərilir. Bu mübarizədən Tuğay və onun dostları (balıq (Yaqut), qartal (Ayqut), alabaş (Qayut) qalib çıxır. Beləliklə, əsərdə Tuğayın həyatı fonunda insanla təbiətin vəhdəti verilir. Su-torpaq-səma-insanın vəhdəti həm də planetin vəhdətini yaratmış olur. Yazıçı bununla oxucuya yeni bir dünya təqdim edir. Yeganə oğlunun geri qayıtması üçün ananın “Tuğay, oğlum hardasan?” nidası əsərin leytmotivini təşkil edir. Ananın yeganə əlacı dənizə dua etmək olur və bununla insanın xeyirxahlığa olan bütün inamını özünə qaytarır. Ana dənizə canlı kimi müraciət edir, ona “sən də anasan dəniz… Sənin də balaların var. Mənə yazığın gəlsin, dəniz, qıyma mənim Tuğayıma”, – deyə fəryadını anladır.
Yazıçı demək istəyir ki, bütün canlıların həyatı bir-birinə oxşayır, yer üzündə yaşayan hər bir canlı üçün yaxşılıq etmək lazımdır. Belə bir nəticə çıxır ki, sən yaxşılıq et, nə zamansa tale o yaxşılığı sənin qarşına çıxaracaqdır. Tuğay da etdiyi xoş əməllər sayəsində sağ qalır, xeyirxahlıqları onun öz qarşısına çıxır. Dostları Yaqut (balıq), Ayqut (qartal) və Qayuta (alabaş) etdiyi yaxşılıqların əvəzini görür. Tuğayın sağ qalmasında, sağalmasında onlar da əsas rol oynayır. Yazıçı zülmətlə işığı (Xeyirlə Şəri) üz-üzə gətirərək qələbəni işığa verməkdə tamamilə haqlı idi.
F.Mustafanın “…Qapı…” romanı 30-cu illər repressiyasına fərqli və yeni bədii baxışdır. Əsərdə repressiya sunamisi, diktatura rejimi və bütün siyasi hakimiyyətlərdə cildini dəyişən insanların obrazı orijinallıqla yaradılır. Əsər 80-ci illərin sonlarında yazılsa da, o zaman yenidənqurma və demokratiya şəraitində belə onu çap etdirmək mümkün olmamışdı. Hətta 90-cı illərin sonlarında belə roman “Azərbaycan” jurnalında “rəndələnmiş” halda işıq üzü görüb. 2009-cu ildə isə “…Qapı…” roman-kantatası (B., “Araz”, 2009) bütöv şəkildə dərc olundu. Halbuki romanın yazıldığı dövrdən xeyli əvvəl bu mövzuda rus yazıçıları Bulqakov, Platonov və Rıbakovun əsərləri oxuculara təqdim olunmuşdu. Azərbaycan ədəbiyyatında isə bir qədər əvvəl Y.Səmədoğlunun “Qətl günü”, Elçinin “Ölüm hökmü” əsərləri dərc edilmişdi. Bütün bunlardan sonra yazıçının “…Qapı…” romanında hadisələrin özünəməxsus təsviri, kütləvi terror hadisəsinə fərqli baxışı olduqca maraq doğururdu. Roman strukturu (proloq, başlanğıc, xor, reçitativ, ariozo, birinci görüş (dindirmə), məktub, kavatina və s.) və fabulası ilə də son dərəcə orijinaldır. Hadisələr həqiqət içində nağıl, nağıl içində həqiqət formasında çatdırılır; həqiqətlə nağıl iç-içə təsvir olunur. Əslində o illərdə baş verən hadisələrin özü məhz bu mahiyyətdə idi və buna görə də yazıçının bu üslubu hadisələri təsvir etməkdə ən yaxşı vasitə olur. Romanda fantaziya, ironiya və simvollardan istifadə olunmasının əsas nədənlərdən biri də məhz buradan irəli gəlirdi. Yazıçı əsərdə kimisə hərəkətlərinə görəsə ittiham etmək yolunu tutmur, bütövlükdə repressiyanın anatomiyasını yaratmağa çalışır. Təsvir olunan mühitdə yalan, qorxu, şübhə, satqınçılıq hakimdir. Təsadüfi deyil ki, əsərdə cəllada yazıçı ad belə verməmiş, “O” kimi qələmə verməklə onu Sistemin, Diktaturanın bir vintciyi olaraq göstərmək istəyir: “O, güllələdiyi adamların sayını çoxdan yaddan çıxarmışdı. Əvvəllər sayardı: bir, iki, üç, on, əlli… Deyəsən, yüzü keçəndən sonra hesabı unutdu. O, işə gələndən bir az əvvələcən adamları dəstə-dəstə, sallaqxanadakı qoyun sürüsü kimi qırıb-çatır, güllələyirmişlər. Onda atəş də sürəkli olurdu. Amma bu qanun sonra, nədənsə, ləğv olundu. Mədən adlanan yerdə gəmirilmiş adam kəllələrinə, qol-qıçlarına tez-tez təsadüf olunurdu”.
Yazıçı bu əsərində 30-cu illərdə baş verən hadisələrin təsvirindən daha çox, bu dövrün psixoloji məqamlarına nəzər yetirir. Zülmətə, ölümə açılan Qapı obrazı da məhz bunu ifadə edir. Zülmətə açılan Qapının həmin anlarda Tanrının göz yaşları ilə islanmış qurbanları qəbul etməkdən yorulması ideyası əsərin başlıca motivi kimi səslənir. Əsərdə “Mədən” kmi təsvir olunan yerdə (Gədəbəydə) baş verən hadisələr əsas götürülür. Vaxtilə almanların qızıl çıxardığı bu “Mədən”in sovet dövründə boş qalmış quyularına, eləcə də buradakı kahalara, mağaralara repressiya illərində minlərlə günahsız insanlar basdırılmış, güllələnərək buraya atılmışdır. Burada yazıçının özünün müəyyən tərcümeyi-hal materialları da vardır və bir çox hadisə və epizodlar, adlar olduğu kimi saxlanılır. Qohumlarının bir qisminin, o cümlədən babası Mehrəli Mustafa oğlunun “sinfi düşmən” kimi güllələnib “Mədən”ə atılması yazıçının tərcümeyi-hal faktlarıdır. Lakin əsər sırf bədii təxəyyülün məhsuludur. Yazıçı bu dövrü təsvir etməklə qalmır, həm də qlobal faciələrin zaman-zaman lokal formalarına da diqqət çəkir. Yazıçı əsərində müharibələrdən daha dəhşətli laqeydlik, etinasızlıq məsələsinə də diqqət çəkir və yalnız fərdlərin deyil, bütöv xalqların belə laqeydliyin, yaddaşsızlığın qurbanına çevrildiyini göstərir. Yazıçı mətn boyu onu deməyə çalışır ki, insan təkcə zaman daxilində yaşamır, həm də özündə zamanı yaşadır.
F.Mustafanın zəngin və polifonik dramaturgiya yaradıcılığı janr, struktur və məzmun baxımından milli dramaturgiyanı zənginləşdirir. “Ağıllı Adam” , “Qəfəs”, “Tabut”, “Vida marşı”, “Qara qutu”, “Su pərisi”, “Mğqəvva”, “Ağıllı Adam”, “Musiqili məktublar”, “İlğım”, “Sevməsən ülərəm”, “İfritə”, “Əqrəb bğrcğ”, “Ayı təbəssümü”, “Dəhliz”, “Adsız”, “Sənə sözüm var”, “Qarışqa tələsi”, “Neytral zona”, “Tələ”, “Tıxac”, “Pələng ili” və s. əsərləri dramaturgiyanı yalnız mövzu, problematika, obrazlar baxımından deyil, həm də janrın struktur zənginliyi, yeni forma, dialoq və monoloq cəhətindən inkişaf etdirmiş, zənginləşdirmişdir. “Zəhrayı tunel” (1999), “Teatr meydanı” (2001), “Adsız” (2001), “Sifət” (2002), “Komediyalar” (2004), “Qara qutu” (2006), “Müqəvva” (2009), “Monopyeslər” (2010), “Ölü dildə sevgi məktubları” (2014) və s. kitabları dramaturji mətnlər teatr hadisəsi olmaqdan çıxaraq geniş oxucu kütləsinin estetik idealını formalaşdırır. Əsərləri Azərbaycan Dövlət Gənclər, Naxçıvan Dövlət Musiqili Komediya, Şuşa Dövlət Musiqili Komediya, Lənkəran Dövlət Dram, Ağdaş Dövlət Dram, “Yuğ” Dövlət, Tədris, Mingəçevir, Qazax və s. rayonların Dövlət Dram teatrlarında tamaşaya qoyularaq geniş tamaşaçı kütləsi toplamışdır.
F.Mustafanın məhsuldar, çoxşaxəli, çoxformalı və janrlı dramaturji yaradıcılığını ədəbi növün inkişafında yeni mərhələ hesab etmək olar. Onun dramaturgiyası Elçin yaradıcılığı ilə birlikdə, demək olar, milli teatrı tənəzzüldən çıxarmış və dövrün ədəbi faktına çevrilmişdir. Bu dövrdə yazdığı dram, faciə, komediya, məzhəkə, fars, pyes, monopyes, komik faciə, qrotesk, dramatik-absurd komediya, antikomediya, mənzum komediyaları, monodramları və s. janrı struktur cəhətdən daha da zənginləşdirir. Bu əsərlər yalnız forma cəhətdən deyil, məzmun, ideya, struktur, personajları ilə də dramaturgiyanı yeniləyir. Bu yenilik bir çox cəhətdən özünü göstərir. Hər şeydən əvvəl personajların təqdimatı zamanı dramaturq onlar haqqında xarakteristika (onların kimliyi, yaşı, görünüşü və s.) məlumat vermir. Əvəzində dramaturq remarkaya çox böyük üstünlük verir; özü də bu remarkalar pərdə əvvəlində verilməklə yanaşı, səhnə daxili mizanlarda da böyük rol oynayır. Remarkaların həcmi də klassik dramaturgiyada olduğu kimi, səhnə təsviri ilə məhdudlaşmır, fabuladaxili prosesləri tənzimləyir. Bəzi əsərlərdə bu remarkalar bir səhifə boyu davam edir, bəzən isə hadisələrin zamanı və məkanı dəyişir. Onun dramaturgiyası fərqli model əsasında qurulur; burada dövrün reallıqları “oyun içində oyun”, “səhnə içində səhnə”, obrazın ikiləşməsi kimi vasitələrdən istifadə edir.
Əslində, F.Mustafa yaradıcılığı ədəbi-tənqiddə yetərincə araşdırılmasa da (tənqid heç də həmişə ədəbi prosesdə baş verən hadisələri vaxtında görmür və onun bu səhvini düzəltmək missiyası zaman-zaman ədəbiyyatşünaslığın boynuna düşür), dramaturgiya və teatr aləminin ən böyük hadisəsi və faktı hesab etmək olar. F.Mustafanın dramaturgiya yaradıcılığını janr baxımından üç hissəyə bölmək olar: dramlar (“Adsız”, “Alın yazısı”, “Su pərisi”, “Əqrəb bürcü”, “Dəhliz”, “Ayı təbəssümü”, “İlğım”, “Tıxac” və s.); komediyalar (“Sevməsən ölərəm”, “Vida marşı” və s.); monodramlar (“Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, “Məruzə”, “İfritə” və s.). Ancaq bu şərtidir, ona görə ki, bu bölgü içində milli dramaturgiyamızda ilk dəfə işlənən müxtəlif formalı dramaturji mətnlər var; mənzum komediya, fars, antikomediya və s.
F.Mustafanın “Müqəvva” monodramı ictimai məzmunu, rəmz zənginliyi, ideyası və problemin dramaturji həlli ilə diqqət çəkir. Əsərdə bir iştirakçı olmasına rəğmən, dramaturq bütün cəmiyyət hadisələrini fabulanın əsasına qoyur. Əsərin əsas qəhrəmanı kişi müqəvvasıdır. Özünəməxsus həyat fəlsəfəsi olan qadın evinə kişi müqəvvası gətirərək ona “ərə gedib”. Cəmiyyət hadisələri də məhz bu kontekstdə açılır; hərənin bir şey istədiyi (iş, pul, çörək və s.) bu cəmiyyətin özünü müqəvvaya oxşadır. Hamı onun gözlərində müqəvvadır. Onun müqəvva ilə dialoqundan və evinin pəncərəsindən baxdığı cəmiyyət hadisələri təhlil edilir. Pəncərədən baxaraq toplaşmış insanları müqəvvaya, manikenə oxşadır. Onlar azadlıq istəyirlər. Lakin “azadlıq haradan başlayır?” sualını verir və onun öz nəfsimizdən, daxilimizdən və xaricimizdən başlandığını bildirir. Onun fikrincə, əvvəlcə ürəyimizi, sonra ruhumuzu, daha sonra isə bütün bədənimizi azad etməliyik. O, müqəvvanı da buna inandırır, onun və özünün tam azad, xoşbəxt olduğunu təlqin edir. Sona çatan son dərəcə dramatik kulminasiyada qadın müqəvvaya (qadın müqəvva), müqəvva isə canlıya (canlı kişi) çevrilir və beləliklə rollar dəyişir. Bu dəyişiklik oxucu-tamaşaçını müəyyən dilemma qarşısında qoyur və “azadlıq”, “sərbəstlik” haqqında düşünməyə vadar edir.
Dram F.Mustafa yaradıcılığının əsas və aparıcı janrlarındandır. O, ikipərdəli “Adsız” dramında bütün zamanlar üçün mövcud problemləri – ailə, həyat, əxlaq, yaşayış uğrunda mübarizə və s. yeni formada təsvir edir. Dramda cəmi 5 obraz – (Adsız Qadın, Qız, İbil və Tərxan) iştirak edir. Müəllif qadınla qıza ad qoymamaqla obrazı daha da ümumiləşdirmək istəyib. Adsız (lal) obrazı müəllifin tamaşaçılara çatdırmaq istədiyi əsas ideyaların daşıyıcısıdır. O, lal və kar olmasına baxmayaraq, hadisələri diqqətlə müşahidə edir, onu daha düzgün qiymətləndirir. O, çox həssasdır, tərbiyəlidir, hiylə və riyanın nə olduğunu bilmir, hər şeyi dərk edir, İbilin qıza qarşı süniliyini, onu ələ keçirmək üçün dəridən-qabıqdan çıxdığını da görür. Lakin o, istəmir ki, bu cür saf, təmiz qız İbilə qismət olsun. İbilin isə Adsızdan xoşu gəlmir, oğlanın (lalın) hər şeyi çox həssaslıqla gördüyünü anlayır. Buna görə də onunla yaxşı rəftar etmir, qızın bu etirazına isə “təbiət özü kiminlə necə rəftar etməyi bizdən yaxşı bilir”, – deyə təbiətin ondan (laldan) əsirgədiklərinə haqq qazandırır. Dramaturq bu obrazla demək istəyir ki, nə qədər cəmiyyətdə İbil kimiləri var, həmişə haqsızlıqlar, ədalətsizliklər də olacaq.
“Əqrəb bürcü” dramında F.Mustafa cəmiyyətə başqa bir prizmadan baxır. Cəmiyyətdə əksər insanların ikrahla baxdığı, peşəsinin adını insanların dilə gətirə bilmədiyi, qalanların həyat tərzini və onun cəmiyyətdəki yerini təsvir etməyə çalışır. Müəllifin yaradıcılığına xas olan mücərrədlik bu əsərdə də özünü göstərir. Öz obrazlarının (qadın, kişi, qonşu qadın, qonşu kişisi, polis, oğlan) heç birinə xüsusi olaraq ad verməməklə, cəmiyyət üçün ümumiləşdirməyə çalışır. Əsərdəki yazıçı obrazı əsərin ideyasını açmağa xidmət edən əsas komponentlərdəndir. Yazıçı qadınlar haqqında kitab yazır; burada ayrı-ayrı adamların ehtiraslarına qurban gedən, təhqirlərinə məruz qalan, söyülən, döyülən qadınların taleyi əks olunmalardır. O öz çörəyini namusunu, bədənini satmaqla çıxaran peşə sahiblərinə də xüsusi yer ayırır.
Cəmiyyətdəki mənəvi aşınmanın təsviri F.Mustafanın “İlğım”, “Ayı təbəssümü”, “Tıxac” dramlarında da davam etdirilir. F.Mustafanın monopyesləri müasir dramaturgiyamız zənginləşdirən əsərlərdəndir. Dramaturqun əsəsləri həm məzmun, həm də forma, janr baxımından tamamilə yenidir, hətta burada eksperimentçilik də axtarmaq olar, hər bir eksperimentçilikdə isə yaddan çıxarmaq olmaz ki, yaradıcılıq axtarışları əsas yer tutur. Dramaturq F.Mustafa “Musiqili məktublar”, “Müqəvva”, “Sifət”, “Məruzə”, “İfritə” monopyeslərində yaşadığımız, şahidi olduğumuz mənəvi-əxlaqi, siyasi-ictimai problemlərə müasir forma və məzmun baxımından nəzər salır. Ümumiyyətlə, cəmiyyət və həyat hadisələrinə fəlsəfi baxış onun bütün əsərlərini birləşdirən amillərdəndir.
F.Mustafanın dramaturgiya yaradıcılığında komediyaları (eləcə də mənzum komediya, antikomediya və s.) başlıca yer tutur. Gülüş, komizm, satira və yumor tarixin müxtəlif mərhələlərində ədəbi-bədii fikrin janr və növlərində dominant (bəzən az, bəzən çox) rolunda çıxış etmişdir. Ancaq “komediyanın atası” Aristofandan tutmuş bu günümüzə qədər çox az-az hallarda faciə ilə komediya, gülüşlə ciddiyyət bir sənətkarın bədii təfəkküründə müxtəlif janr və formalarda ifadə olunmuşdur. Əlbəttə, komik, tragik süjetləri ilə dünyanı dolaşan, həm faciə, həm də komediyalar müəllifi V.Şekspir yaradıcılığı istisna olmaqla! Onun “Kral Lir” faciəsinin gülüşlə, komizmlə başlaması isə bütün dövrlərin tədqiqatçılarının diqqətini çəkmişdir.
Tragizm və komizmin sintezi F.Mustafa yaradıcılığında uğurla həll olunur. Komedioqrafın yaradıcılığı bizim diqqətimizi yalnız bu keyfiyyətinə görə cəlb etmir, onun oxuculara on komediya təqdim etməsi bu janrda uğurlarının yalnız statistik göstəricisidir. Müəllifin komediyaları həm də janr, struktur, ideya-məzmun, dünya ədəbi prosesi ilə uzlaşma baxımından ədəbiyyatımızın ciddi faktlarından biridir. Əlbəttə, komedioqrafın janr yenilikçiliyi ilə bağlı daha bir neçə sanballı faktorları da bura daxil etmək mümkündür. Təkcə bunu demək kifayətdir ki, müəllifin komediyalarından (“Qəfəs”, “Ağıllı adam”, “Qarışqa tələsi”, “Safari”, “Kişiləri qoruyun”, “Oxşarlar”, “Senatda toy”, “Vida marşı”, “Lampa məsələsi”, “Küsənlər barışanda”) heç biri mövzu, problem, janr və struktur baxımından bir-birini təkrarlamır.
F.Mustafanın komediya arenasında avanqardçılığı bununla da məhdudlaşmır: bədii materialı daim ictimai məzmunun müşayiət etməsi, bədii təfəkkürü və düşüncə tərzinin orijinal özünüifadə formalarının zənginliyi onun komediya yaradıcılığına özünəməxsusluq gətirir. Antikomediya, komik faciə, qrotesk, absurd komediya, fars, ekzotik komediya, mənzum komediya, mini-fars və s. janr və formalar yalnız müəllifin deyil, eləcə də Azərbaycan komediya amalının ilk daimi sakinləri hüququnu məhz F.Mustafa yaradıcılığında qazanmışdır. Bütün bu keyfiyyətlər komedioqrafın komizm, gülüş üsullarının çoxçalarlılığı, ifadə vasitələrinin orijinallığı ilə paralellik təşkil edir. Ən əsası isə bu komediyalarda boy verən sənətkarlıq, yenilikçilik gülüşün bu formada yeni mərhələdə olduğunu deməyə əsas verir.
Gülüş, komizm, satira, hər şeydən əvvəl, həyata, cəmiyyətə baxış olmaqla yanaşı, idrak və mənəviyyat problemlərilə bağlıdır. Bu cəhətdən F.Mustafa komediyalarında cəmiyyət hadisələrinin ən dərin qatlarına nüfuz edilir, gülüşündə mənəviyyat problemləri, idrak, mühakimə, fəlsəfi düşüncə tərzi başlıca yer tutur. Onun komediyalarında hadisələrin cərəyanında məkan və zaman koordinatları dəyişə bilir, peşəkarlıqla verilmiş müəllif dekorasiyaları, mizanlar xüsusi status qazanır, remarkalar isə ideyanın açılmasında xüsusi rol oynayır. Müasir həyat hadisələrindəki ictimai, siyasi, mənəvi, əxlaqi ziddiyyətlər komik mübarizənin əsasını təşkil edir. Burada ənənəvi komik mübarizə üsulları, istehlakçılıq, qondarma süjet xətti, obrazların bir-birinə qarşı zahiri cəbhə təşkil etməsi və s. yoxdur. Müsbət-mənfi qütblərinə də rast gəlmək çətindir, bunun müqabilində müasir həyat və “əxlaq qanunlarının təntənəsi”ni (V.Q.Belinski) seyr etmək mümkündür. “Qəfəs” komik faciəsi və “Ağıllı adam” qroteskində bu təntənə daha qabarıq hiss olunur. Birinci komediyada insanla heyvanın təbiətən yaxınlaşması prosesi simvolika ilə çatdırılırsa, ikinci komediyada qroteskin gücü ilə cəmiyyət hadisələrinin dərinliklərinə nüfuz edilir.
Ağıllılıq və dəlilik cəmiyyətin ən aktual problemi olaraq daim ədəbiyyatın tədqiqat obyekti olmuşdur. Ağılın insani cəmiyyətdə problemlər girdabına sürüklənməsi, ağıllılıqla dəliliyin sərhədlərinin qarışdığı məqamların təsviri F.Mustafanın “Ağıllı adam” komediyasının məğzini təşkil edir. Dramaturq klassik dünya dramaturgiyasının əsas mövzularından biri “dəlilik-ağıllılıq” psixologiyasını əsas mövzuya çevirib. C.Məmmədquluzadənin “Dəli yığıncağı” tragikomediyasında da eyni problem səhnələşdirilib. Dramaturq yeni dövrün “ağıllılıq-dəlilik” problemini və cəmiyyətdəki xəstəliyi orijinal şəkildə dramaturji fabulanın əsasına qoyur. Hadisələr xəstəxanada cərəyan edir; belə ki, buraya gələn jurnalist kimin ağıllı, kimin dəli olmasını müəyyənləşdirə bilmir. Məsələ burasındadır ki, bu “xəstə”lərin çoxu əslində burda olmamalı idi. Lakin nazirliyin xəstəxanadan tələb etdiyi hesabatında son zamanlar xəstələrin azalması ilə bağlı irad bildirilmişdi. Belə çıxır ki, nazirlik xəstəxanada xəstələrin (“dəli”lərin) olmasında maraqlıdır. Jurnalist, həkim, müstəntiq məsələnin kökünə endikcə cəmiyyətdəki problemin mənəvi-əxlaqi, ictimai-siyasi tərəflərini ortaya çıxarırlar. “Xəstələr” içində müxtəlif adamlar var; hakimiyyətdə olanlar, “qırmızı generallar”, həqiqət aşiqləri, namuslu adamlar və b. əsərdəki kəskin qrotesk dövrün, cəmiyyətin reallıqlarını üzə çıxarır. Müəllif psixoloji təsvir və detallarla müasir cəmiyyətdə ən ağıllı adamın belə potensial olaraq fırıldaqçı psixiatrların pasienti ola biləcəyi ehtimalını komizm obyekti edir. Jurnalist, həkim, müstəntiq obrazları ilə müasir cəmiyyətin reallıqlarının tragizmi sənətkarlıqla ifadə olunur.
“Kişiləri qoruyun”, “Qarışqa tələsi”, “Safari” komediyalarında yeni ictimai-siyasi, mənəvi-əxlaqi münasibətlər sistemi komik, satirik araşdırma mənbəyi kimi diqqəti çəkir. “Oxşarlar”, “Vida marşı” komediyalarını da milli dramaturgiyamızın ən yaxşı nümunələrindən biri hesab etmək olar. Şübhəsiz, bu komediyalar içərisində “Senatla toy” əsərini xüsusi fərqləndirmək lazım gəlir. Həcminə görə kifayət qədər böyük olan bu komediya Azərbaycan ədəbiyyatında ilk mənzum komediya olmasına görə də maraq doğurur.
F.Mustafanın dramaturgiya yaradıcılığında diqqəti cəlb edən səciyyəvi xüsusiyyətlərdən biri də onun gülüşünün, komizmin ictimai məzmunu, sosial dərinliyi, habelə həyatı ziddiyyətlərin, komik vəziyyətlərin reallığı oldu. Bu komediyalarda həyat həqiqətləri ilə yanaşı, bədii həqiqətlər də mövcuddur. Ola bilsin ki, baş verən hadisələr müasir həyat həqiqətlərinə uyğun gəlməsin, ancaq məkanından, zamanında asılı olmayaraq hər hansı bir cəmiyyətin, həyat hadisələrinin bir parçası olsun. F.Mustafa az bir zaman içərisində ədəbi prosesdə “komediya bumu” yaratmaqla gülüş, komizm arenasında yeni bir mərhələnin əsasını qoymuş olur.
F.Mustafa orijinal düşüncə tərzinə və hadisələrin özünəməxsus fəlsəfi, magik, sürrealist, romantik, postmodernist yozum çalarlarına malik bir dramaturq, yazıçı, şair və esseistdir. Firuz Mustafa yaradıcılığının sirrini, əsasən, onun əsərlərinin orijinallığında, qəhrəmanlarının müasirliyində və obrazlarının intellektual təfəkküründə axtarmaq lazım gəlir. Bütün bu amillər Firuz Mustafanı çağdaş ədəbiyyat tariximizin görkəmli simasına çevirən və onun ədəbiyyat tarixindəki profilini müəyyənləşdirən ciddi faktorlardandır.
KİSEL (Qarmonçalan Aslan İlyasovun dilindən hekayə) Bir zamanlar gənclər evlənəndə toyxana ayrı qurulurdu, yemək yeyilən yer ayrıca. Toyxanada toya çağrılmayanlar da əyləşir, sifariş verir, rəqs edirdilər. Oynayanlara şabaş vermək dəbdə idi. Pulu yaxın adamlarının, dost-tanışlarının başına tökərdilər. Bəzi cavanlar bu yolla özlərini qızlara göstərir, necə pullu və səxavətli olduqlarını nümayiş etdirirdilər. Lakin hamı onsuz da bir-birini tanıyırdı. Bilirdilər ki, cavanları belə ürəkli edən içdikləri araqdır. Ertəsi gün isə bəziləri hətta avtobusa verməyə beş-on qəpik də tapmırdı. Əlqərəz… Dəvətnamələr veriləndə toyu idarə edən müğənninin, xanənədənin, aşığın, yaxud kaman, klarnet, qarmon ifaçısının adı da yazılırdı. Salyanlı qarmonçalan Aslanın adı gələndə toyxanada adam əlindən tərpənmək olmurdu. Hələ çöldə-bayırda nə qədər qız-gəlin çadırı aralayıb toya tamaşa edərdi. Yenə toyu Aslan idarə edirdi. Xanəndənin öz yeri vardı, As¬lanın öz yeri. Aslan gözünü yumub qarmonu ağladırdı. Oyun havası öz yerində, muğam öz yerində. Yaxın, uzaq kəndlərdən, qonşu rayonlardan da toya tamaşa etməyə gəlmişdilər. Toyun şirin yerində bir gənc Aslana yaxınlaşıb əlini onun çiyninə qoydu. Barmaqları qarmonun şirmayı dillərində gəzişən Aslan gözünü açıb başı ilə işarə etdi. Yəni «eşidirəm». Cavan oğlan Aslanın pərəstişkarı idi. Yaxşıca vurmuşdu. Ayaq üstə güclə dayanırdı. O, Aslana müraciətlə: -Aslan müəllim, mənə dair qulluğun?! Aslan öz aləmindən ayrılmadan: -Qul sahibi olasan, cavan oğlan. Həmişə yeyib-içməkdə. Nuş olsun. İşində ol. Cavan oğlan çəkilib getdi. Aslan ifasını bitirdi. Sonra müğənni oxudu, rəqs etdilər. … Aslan yenə qarmonu dilə gətirmişdi. Şirin-şirin çalırdı. Yenə hiss etdi ki, çiyninə bir əl qonub. Çevrilib baxanda bayaqkı oğlanı gördü. -Aslan müəllim, bir şey lazımdır? Aslan sakitcə: -Yox, sağ ol, – dedi. Bu hadisə bir neçə dəfə təkrar olundu. Növbəti dəfə ondan so¬ru¬şanda ki, «Bir şey lazımdır?!» Aslan oğlanı başdan etmək üçün cəld: -Lazımdır, qardaş, lazımdır. Tez mənimçin kisel tap. Oğlan gözlərini döydü: -Nə? Kisel? Aslan qarmonu çalmaqda davam edərək: -Bəli, cavan oğlan, kisel, – dedi. Cavan oğlan tez: -Baş üstə, Aslan müəllim! – deyib gözdən itdi və xeyli müddət görünmədi. Cavan oğlan bayaqdan ona mane olur, Aslan da onun xətrinə dəymək istəmirdi. İndi arxayınlıqla çalırdı. Gecədən xeyli keçmişdi. Toy yekunlaşırdı. Aslan qarmonu qabına qoyurdu. Birdən hiss etdi ki, kimsə qarşısında dayanıb. Başını qaldıranda bayaqkı oğlanı gördü: -Dostum, sənsən? Cavan oğlan yaman pərt idi. Aslanın üzünə baxmağa belə utanırdı. Sevdiyi musiqiçinin arzusunu yerinə yetirə bilmədiyi üçün xəcalət çəkirdi: -Aslan müəllim, dəymədiyim mağaza, qapı, ev-eşik qalmadı. Tapa bilmədim. Aslan hey fikirləşdisə, yadına sala bilmədi ki, o, nə axtarırmış. Odur ki maraq üçün soruşdu: -Nəyi tapa bilmədin? -Axı mənə kisel tapşırmışdın. Vicdan haqqı, mağazalar bağlı idi, satıcıların evlərinə belə getdim. Heç birində olmadı. Aslanın yadına düşdü və onu gülmək tutdu. O, kisel hayında deyildi. Axırıncı dəfə nə vaxt kisel içdiyi heç yadına düşmürdü. Həm də o, kisel həvəskarı deyildi. Bir söz idi cavan oğlana demişdi. Odur ki tez: -Canın sağ olsun, cavan oğlan. Tapmışkən varsan. Mən də öz fikrimdən daşınmışam. Kisel istəmirəm. İndi bir stəkan xoruzpipiyi çayın əvəzini heç nə verməz. Bir gör nə edirsən. Cavan oğlan sevincək: -Bax bu mənlikdir, – deyib çayçının yanına qaçdı.
QEYD: 20 dekabr qarmonçalan Aslan İlyasovun anım günüdür (Aslan Mikayıl oğlu İlyasov (22 may 1948, Salyan, Azərbaycan SSR – 20 dekabr 2013, Bakı, Azərbaycan) — azərbaycanlı qarmon ifaçısı). Rəhmətlik Aslan İlyasovla tanış idik. İki əhvalat danışmışdı. Mən də bəzəyib-düzəldib onları hekayə şəklinə saldım. Həmin hekayələri 10 cilddən ibarət “Əsərlər”imin hansısa cildinə isə daxil etmişəm. Zəngləşdik. Aslan işlədiyim Təhsil İnstitutuna gəlib kitabları götürdü, təşəkkür edib getdi.
2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:
1, 2 yanvar – Yeni il bayramı; 20 Yanvar – Ümumxalq Hüzn Günü; 8 Mаrt – Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart – Novruz bayramı; 21, 22 арrеl – Ramazan bауrаmı; 9 May – Faşizm üzərində Qələbə günü; 28 Mау – Müstəqillik Günü; 15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş günü; 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü; 28, 29 iyun – Qurban bayramı; 8 Noyabr – Zəfər Günü; 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü; 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü.
2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.
HƏR DAĞDA, DƏRƏDƏ İZİM VAR MƏNİM Zaur Ustacın adı yaradıcı şəxs kimi Azərbaycan oxucusuna yaxşı tanışdır. Müxtəlif mövzuda qələmə aldığı şeirlər bir çeşni kimi təbiətin al-əlvan rəngini özündə əks etdirir. Ana təbiətin halı bu şeirlərin leytmotividir. “Hər dağda, dərədə izim var mənim!” – deyən şair könülcə təbitin övladı olduğunu bəyan edir. Onun hər gülünə, tər çiçəyinə, mavi ənginliyinə, şr-şır bulaqlarına, zümrüd meşələrinə, sır-sıra kimi sıarlanmış ucaboylu dağlarına, göy-yaşıl çəmənliklərinə kim heyran olmayıb ki. Şair Z.Ustacın “Sehrinə düşmüşəm, nur ləçəklərin” obrazlı ifadəsi elə-belə, gəlişigözəl söz təki deyilməyib. Anadan olandan ölənədək – olumla-ölümün intervalıdakı qədər biz təbiətin heyranıyıq. Şairin aşağıda sizə təqdim etdiyimz şeirlərində də bu cür heyrani münasibətlər çoxluq təşkil edir, təbiəti öyrənməyə, sevməyə və qorumağa xidmət edir. Bundan gözəl, bundan savab nə iş ola bilər ki?! Əslində hamımız təbiətin övladı olduğumuz və ondan faydalandığımız kimi, onu qorumağı da bacarmalıyıq. Ən azı təqdim edilən yaradıcılıq nümunələri bir örnək kimi bu məqsədə xidmət edir. Uğurlu olsun! Sayğılarımla: Yusif DİRİLİ
PAYIZ Təbiətin möcüzəsi, Bizə olan sözdü payız… Dağ-dərədə deyib-gülən, Düzdə dolan gözdü payız… * * * Sarı yarpaq gör nə gözəl, Kimə güldü, kimə xəzəl, Həzin-həzin, gözəl-gözəl, Cıbrıq olan qozdu payız… * * * Ustac dəyər verər sözə, Qabda nə var, çıxar üzə, Aram-aram, məzə-məzə, Ömrə düşən izdi payız…
QARABAĞ ATI Anası Günəşdi, atası Aydı, “Qıratdı”, “Düratdı” Qarabağ Atı! Tanrıərmağanı, butadı, paydı, Baratdı, muraddı, Qarabağ Atı! * * * Rəngini veribdi, ana-atası, Hələ görünməyib, ola xatası, Telinin əksikdi, şana, fatası, Namusdu, iffətdi, Qarabağ Atı! * * * Cahanı edibdi, özünə heyran, Utanar baxmağa üzünə ceyran, Tüm aləm səkməyən gözünə qurban, Hörmətdi, izzətdi, Qarabağ Atı! * * * Qumralı, səkili, məxsus qaşqası, Bu dərdi anlamaz, əfsus başqası, Gəzir oylağında donuz çoşqası, Küskündü, incikdi, Qarabağ Atı! * * * Bir dünya incisi çəkir əziyyət, Əriyir, yox olur, itir məziyyət, Ustaca tanışdır hər bir, vəziyyət, Köçkündü, qəribdi Qarabağ Atı!
YARIM BARDAQ O yarım buraxdığın Bardaq, de yadındamı? Sən gedəndən düz üç gün Söndürübdü yanğımı… * * * Dodağın dəyən yerdən Öpmüşəm, neçə kərə… Dadsız şüşə o gündən Dönüb bala, şəkərə… * * * Sənin tutduğun yerdən Çalışmışam tutmağa… İz tapanda izindən Qanad olmur uçmağa… * * * Bütə dönüb, bu bardaq Bəzəyidir evimin… Üstündə barmaq-barmaq Bəzəyi var əlinin… * * * Qalan son damlaları Qıymadım, içəm özüm… Qonaq etdim gülləri, Belə bulundu çözüm… * * * Dibçəklər Yer kürəsi, Güllər Mən, Sənsə susan… Heç nə yox itirəsi, Ta canıma hopmusan….
BƏLKƏ DƏ… Bəlkə də payızı biz uydurmuşuq?! Yarpaqlar yalnızca bizimçün sarı…. Bəlkə də fəsillər durub yerində?! Qaçan biz, payıza, ya yaza sarı… * * * Yarpağı tökülüb olsa da sarı, Payızda yetişir tutların xarı, Deyirlər, payızda qarşıla yarı, Nar sulu, alma bol, heyvası sarı… * * * Ustac ha, indinin deyil adamı, Sözləri görübdü Nuhi-əyyamı, Ruhu neçə kərə Ömər Xəyyamı, Dədəsi Ələsgər, babası Sarı…
İNCİ, QƏRƏNFİL… (Qərənfilə yazığım gəlir…) Olsan da, bu işdə ən son müqəssir, Gəl, məndən incimə, inci qərənfil… Utanc çiçəyisən, utanc çiçəyi, İstəsən lap məndən inci, qərənfil… * * * Ruhum bu halından çox mütəəssir, Yenə döşənmisən küçəyə, daşa… Qaxınc çiçəyisən, qaxınc çiçəyi, Qaxanc örf-adətə, öfkəyə, başa, * * * Bu işdə bilmirik, kimdi müqəssir, Bizim üz qaramız, qırmızımızsan… Həya örpəyisən, güvənc ləçəyi, Sən bizim dünyaya qırımımızsan… * * * Ustac tək oğullar çox mütəəssir, Üz-üzdən utanır, dözür ağrına… Əlacsız-əlacsız ödünc çiçəyi, Silah əvəzinə sıxır bağrına…
DAĞLARIN* “Şuşanın dağları abı dumanlı, Qırmızı koftalı, yaşıl tumanlı…” Əsrin dördə birin vermişik yelə, Çulu çoxdan düşüb, çaya dağların… Təmiz adı vardı, “quzey qarı” tək, Bağrına xal düşüb, saya dağların… * * * Başında çalma tək, ta durmur duman, Əynində qalmayıb, nə kofta, tuman, Lütlənib haçandır, qalıb lüt-üryan, Qarına qan düşüb, maya dağların… * * * “Göznəngörən” olduq, ta yox yalanı, Bəh-bəhlə şəlləndik, zərli palanı, Daranıb, talandı, olan-qalanı, Ah-naləsi düşüb, Aya dağların…. * * * İgidə “Turdağ”ı deyib, görənlər, Dağa oxşadıbdı, özün ərənlər, Hanı o ayama, ya ad verənlər? Kalı çoxdan düşüb, haya dağların… * * * Ustacam, öcümü ala bilmirəm, “Dədəm” dediklərin* deyə bilmirəm, O döndü, mən indi dönə bilmirəm, Səyi məndə düşüb, zaya dağların… * “Arsız aşıq elsiz necə yaşadı? Ölsün Ələsgərtək qulların, dağlar… “AşıqƏləsgər.
BƏNÖVŞƏ Kimi öyər, bənövşəni, Kimi qara, qara yaxar… Bənövşənin od həsrəti, Qarı da yandırıb, yaxar… * * * Bulaq başı buz, sırsıra, Əlin düşə, köz ısıra, Rəbbim yol verməz qüsura, İçindən can qalxıb, baxar… * * * Ustacam, xeyməm laməkan, Rusqat* verə, qıla imkan, Tər bənövşəm olar kankan, Qar içindən çıxıb, qoxar…
AĞÇİÇƏYİM Qış tüğyan edirdi ömür bağında, Hamı süst yatırdı ağ otağında, Qəfil gördüm səni bar budağında, Xoş gördük, günaydın, ay Ağçiçəyim! * * * Dümağsan, qar sənin yanında qara, Tanrım rüsxət verib, baxmayıb qara, Bu, qarlı qış hara, tər çiçək hara, Xoş gördük, günaydın, ay Ağçiçəyim! * * * Əllərim pak deyil oxşayım səni, Həddim o hədd deyil qoxlayım səni, Bağbanam, borcumdur yoxlayım səni, Xoş gördük, günaydın, ay Ağçiçəyim!
ŞEHÇİÇƏYİM Tacısan dünyamda tüm çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim… Sehrinə düşmüşəm, nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim… * * * Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim… * * * Bir kərə, bir anlıq olsa da, vüsal Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl qoynuna al, Həsrətdə yaşamaq, zor Şehçiçəyim…
DAĞLAR (Ruhuna min rəhmət dədə Ələsgər…) Nədəndi, ürəyim çırpınır yenə, Gördükcə hüsnündə məlalı, dağlar?! Yağı cövlan edir, dağıdır yenə, Qoynunda büsatı, cəlalı, dağlar! * * * Unutmaq olarmı, heç bu zilləti? Mövcud hal-vəziyyət üzür milləti, Onsuz da düşmənin puçdu niyyəti, Ordumun beşiyi, vüsalı, dağlar! * * * Dünya belə qalmaz, dəyişər zaman, Yenə dövran olar, həmənki dövran, Bulaqlar başında məclislər quran, Oğullar ərsəyə gələli, dağlar! * * * Ustac bulud kimi dolub, ağlamır, Köksünün yarası qaysaq bağlamır, Bir bilsən, ruhumu nələr çuğlamır, Doğacaq nə zaman Hilalın, dağlar?!
HƏQİQƏT Nə qədər Günəş var, yaşayar insan, İnsanın həyatı son bula bilməz. Dünyasın dəyişər, nizamı ilə, O, bir varlıq kimi yox ola bilməz! * * * Heçdən heç yaranmır, heç nə heç olmur, Bulud göydə dolur, yerdə su olur, Sular buxar olub, göylərə uçur, Bu, “dünya” nizamsız qurula biməz! * * * Gecələr, gündüzlər, Ay və ulduzlar, Səhradakı qumlar, dəryada buzlar, Acılı, şirinli, rəngli dənizlər, Bir təsadüfdürmü? – bu ola bilməz! * * * Bütün yaranmışın öz nizamı var, Canlılar, cansızlar, dərələr, dağlar, Bütün xəstəliklər, bütün bəlalar, Heçdən mövcud deyil, heç ola bilməz! * * * Dünyamız qurulmuş, bir nizam üstə, Daşları daş üstə, otu ot üstə, İnan ki, göz tökən acı tüstüdə, Heçdən yaranmayıb, heç ola bilməz! * * * Dostum, yaxşı düşün, düşün bir az da, İnsan bu, mətləbi duymaya bilməz!
GƏZDİM Gəzdim, qarış-qarış Vətən torpağın, Hər dağda, dərədə izim var mənim! Hələ keçilməmiş, uca dağların, Uca zirvəsində gözüm var mənim! * * * Gəzdim, yorulmadan aranı, dağı, Seyr etdim, ən ucqar çəməni, bağı, Heç vaxt qınamadım zamanı, çağı, Çox bulaq başında üzüm var mənim! * * * Gəzdim, bu torpağı, mən oymaq-oymaq, Ən adi daşa da olmuşam qonaq, Hər otun, çiçəyin halın soraraq, Sinəmə yığdığım, sözüm var mənim!!!
DUZ YÜKÜ Keçmişdə çox mal-qarası, qoyun sürüsü olan adamlara, “gəllədar” deyirdilər.Yaz gələndə bu gəllədarlar öz sürülərini yaylaqlara aparardılar.Hər kəsin də öz yaylaq yeri vardı. Qurban kişi də kəndin varlı insanlarından biri idi.Onun yaylaq yeri Kirs dağındaydı.O, bu il də sürüsünü, naxırını Kirsdə saxlayırdı.Yaylaqda saxlanan heyvanlara 10-15 gündən bir duz verilir. O zaman duz dəvə ilə, atla, ulaqla,öküzlə daşınırdı.Qurban kişi hər dəfə bir at yükü duz gətirəndə iki dəfə əzib verməyə bəs edirdi. Duz ehtiyatı qurtardığından Qurban kişi atını minib Qalaya (o zaman Şuşaya el arasında “Qa-la” deyirdilər) gedir.Mağazada duz az olduğuna görə apardığı qavqacağın (xurcundan xeyli bö-yük yük daşımaq üçün toxunmuş əşya) bir gözü dolur, biri boş qalır.Kişi yükü tarazlamaqdan ötəri boş qalan tərəfə daş yığır.Həmişəki kimi yükün ağır olduğunu nəzərə alaraq, adəti üzrə atı yedəyində aparır.Yolda ona bir oğlan rast gəlir.Onlar salamlaşandan sonra (kənd adamları tanıdı-tanımadı salamlaşmamış keçmirlər) oğlan soruşur: -Dayı apardığın nədi? -Duzdu, ay bala.-Kişi dilxor halda dillənir. Oğlan baxır ki, kişi qəmgindi.Ona görə deyir: -Dayı, deyəsən yorulmusan? -Ay bala, həm yorulmuşam, həm də dilxoram. -Niyə? –Oğlan özündən asılı olmayaraq maraqlandı. -Oğul, həmişə gedib bu qavqacağı doldurub gətirərdim.İndi duz az olduğuna görə qavqacağın bir gözü doldu, o biri gözü boş qalmasın deyə daş yığdım. -Onda gətir daşı boşaldaq, duzu iki yerə bölək.Atın yükü yüngülləşsin, sən də min ki, yorulma. -Ay bala, yəni belə olar? –Kişi təəccübləndi. Oğlan tez atın yükün açır.Daşı boşaldır.Duzu iki yerə bölüb ata yükləyir.Kişiyə deyir: -Dayı, gəl atı min, rahat sür getsin, yorulma. Qurban kişi atına minib xeyli gedəndən sonra fikirləşdi ki, belə ağıl sahibi olan oğlanın adın soruşmadım.Onunla əməlli tanış olmadım.Tez atın başını döndərib geri qayıtdı.Oğlanı çağırıb saxladı: -Ay bala, heç səndən soruşmadım adın nədi, kimlərdənsən, varından, dövlətindən nəyin var? -Dayı, var-dövlətim nə gəzir? Kasıb adamam, başımı güclə dolandırıram. -Bu ağılın sahibisən, bəs niyə belə kasıbsan? -Ay dayı, var-dövləti də verən Allahdı, ağılı da.İndi sənə Allah var-dövlət verib, mənə də ağıl. -Elə bildim sənin kimi ağıl sahibi olan adamın yaxşı sərvəti var.Səninlə dost olmaq istəyirdim. Bir halda ki, sənin heç bir dövlətin yoxdu, heç ağlın da mənə gərək deyil. Qurban kişi atdan düşüb oğlana dedi: -Oğul, gəl yükü aç! Yerə tökdüyün daşları qaytar yerinə. Oğlan nə qədər çalışdı ki, kişi atını minib getsin, mümkün olmadı.Əlacsız qalıb yükü açıb daş-ları yerinə qoydu.Sonra yükü bərkidib atı kişiyə verdi.Qurban kişi atını yedəyinə alıb çəkə-çəkə yoluna davam etdi.Oğlan sərvəti ağıldan üstün tutan kişinin arxasınca baxa-baxa qaldı.
QARA PIŞIK Bu gün qarşımdan qara pişik keçdi.Qədim inanclara görə, qarşıdan qara pişik keçməsi pis əla-mətlərdən sayılır.Həmin gün uğursuz hesab olunur.Odur ki, mən bu günü sönamaq qərarına gəl- dim. Qızmar yay günü idi.Bir tərəfdən yayın, bir tərəfdən də atılan mərmilərin, güllələrin ətrafa ya-yılan istisi.Bu istilər cəbhə bölgələrində yaşayan əhalini sıxdıqca-sıxırdı.Hər yay yaylaqlara qal- xan tərəkəmənin də yolu bağlanmışdı.İndi onlar da bu istilərdə bişirdilər. Hərbi maşınların, hərbi texnikanın buraxdığı zəhərli qazlar, qaldırdıqları toz dumanı burada yaşayan insanlara ağır zərbə vursa da, heç kim bunun fərqinə varmırdı.Həmişə güi-çiçək ətrinə bürünən havadan, indi barıt iyi gəlirdi.5 ildi ağır müharibə şəraitində yaşayan insanlar buna adət ediblər.Başlarına yağış kimi mərmilər, güllələr yağan əhali bu həyat tərzində yaşamağa bir daha alışmışdı. * * * Biz Mərzili kəndini müvəqqəti tərk edib (orada hərbi əməliyyat getdiyinə görə), Çəmənli kən- dində məskunlaşmışdıq.Çəmənli kəndi o zaman cəbhədən 15-20 km aralı olsa da,atılan mərmilə- rin səsi, avtomatların, pulemyotların şaqqıltısı açıq eşidilirdi. Mən hər səhər Çəmənlidən işə gedirdim.Bu səhər də, adətim üzrə, Ağdam rayonunun X.Natə-van adına sovxozunun qarajındakı iş yerimə tələsirdim.Evdən çıxanda qarşımdan qara pişik keç- di.Buna baxmayaraq, yoluma davam elədim (qədim inanclara görə,qarşıdan qara pişik keçəndə gərək geri qayıdasan). Ağdam şəhərinə Uşaq Xəstəxanası tərəfdən daxil olanda əsgərlər maşınımı saxlatdılar.Məni saxlayanlar cəbhədən geriyə çəkilən əsgərlər idi.Ermənilərlə üz-üzə döyüşüb şəhəri müdafiə edən əsgərlərə kömək etmək əvəzinə, onlar geri çəkilirdilər.Onların haradan cəbhəyə gəldikləri ilə maraqlandım. Mənə məlum oldu ki, onları haradansa cəbhəyə məcbur tutub gətiriblər.Yenə sağ olsunlar, xəbərdarlıq etdilər ki, ermənilər şəhərə Əhmədavar tərəfdən daxil olublar.Buna baxmayaraq, Uşaq Xəstəxanasının yanındakı kanalüstü yolla iş yerimə getdim.Məndən bir az sonra sürücü Nuru kişi yanacaq daşıyan maşınla oraya gəldi. * * * Şiddətli döyüş gedirdi.Topların, tankların, BMP-lərin.. mərmiləri yeri lərzəyə gətirirdi.Pulem-yotların, avtomatların şaqqıltısı dayanmaq bilmirdi.Bu döyüş başqa günlərdəki döyüşlərdən fərq-li idi.Dinc əhali maşınlarla, piyada qaçhaqaçdaydılar.Onlar canlarını xilas etməyə çalışırdılar.Çı-ğırtıdan, bağırtıdan qulaq tutulurdu.Hamı çaşqınlıq içindəydi.Heç kim Ağdam kimi şəhərə ermə- nilərin daxil olmasına inana bilmirdi.Axı Ağdamın adın eşidəndə ermənilər tir-tir əsirdilər. Ağdam şəhəri hələ belə narahat gün yaşamamışdı.Həmin gün indi də yadımdan çıxmır.Hər ya-dıma düşəndə də əsəblərim gərginləşir. Bizim yanımızdan Dəyirman Kombinatı açıq görünürdü.Yanacaq götürmək istəyəndə düşmən tankları Dəyirman Kombinatı tərəfdən çıxdılar.Yanacaq götürəsi olmadıq. -Nuru dayı, maşını sür gedək, -dedim. Nuru kişi maşını sürüb ordan uzaqlaşdı.Mənim idarə etdiyim “Moskviç-412” işə düşmədi.Dar ayaqda tərsliyi tutmuşdu.Tanklar pulemyotlardan atəş aça-aça yaxınlaşırdılar.Güllələr ətrafıma yağış kimi yağırdı.Aşkar Allah məni qoruyurdu.Mən axırıncı dəfə Seyid Lazım ağanın cəddini çağırıb maşını işə salmaq üçün açarı açdım.Bu dəfə də mühərrik işə düşməsə, maşını orada qo- yub piyada qaçmaq fikrindəydim.Axır ki, mühərrik işə düşdü (Allah məni darda qoymadı).Maşın işə düşən kimi sürüb oradan uzaqlaşdım. Dəmir yolun keçib Sarcalı kəndinə tərəf üz tutdum.Sarcalı kəndinin qədim bağına çatanda gör- düm ki, Nuru kişi məni orada gözləyir.O, məni görüb çox sevindi.Dedi ki, “sənin sağ-salamat gəlməyinə Seyid Lazım ağaya nəzir demişəm.Sənə bir qəza üz versəydi, uşaqlarına nə cavab ve-rəcydim?” Mən həmin gün atəş altından salamat çıxsam da, nə qədər əsgərlərimizdən, dic əhalidən şəhid oldular, yaralandılar, əsir düşdülər.Ağdam kimi şəhərimiz dağıldı, işğal oldu.Nə qədər kəndimiz od tutub yandı, işğalçıların tapdaqları altında qaldılar… Allah sənə lənət eləsin, qara pişik! Sən mənim qarşımdan keçəndən didərgin düşmüşük, doğ-ma yurd yerimizə həsrət qalmışıq.Ermənilər və ermənipərəstlər torpaqlarımıza, insanlarımıza qə-nim kəsildilər.Başqa vaxtı ağdamlıların qorxusundan siçan deşiyinə girməyə hazır olan ermənilər “böyük xaç qardaşlarının” hesabına bizə meydan oxuyurlar.Arxalarında duran imperiya cəlladla-rı onları üstümüzə qısqırırlar. * * * Ay qara pişik, həmin vaxtı mən də tərslik elədim.Mənim də günahım var.Sən mənim qarşım- dan keçəndə geri qayıtsaydım, bəlkə də başımıza bu bəlalar gəlməzdi.Allah mənim tamahımı kəssin.İndi “Əli aşından da olmuşam, Vəli aşından da…” Bu vəzifə, var-dövlət hərisliyi ( yəni tamahımız) torpaqlarımızın həmişə güdaza güdaza get-məyinə səbəb oldu.Hər il 23 iyul gələndə lənətləmə qara pişik gəlib durur gözlərimin qarşısında. Ay qara pişiklər, Allah sizə lənət eləsin, bəduğudsunuz! Elə bu ermənilər də sizə oxşayırlar.İn-di özümə söz vermişəm, qədim inanclara inamsız olmayacağam.Bir də qarşımdan qara pişik keç-sə, geri qayıdacağam.Daha gec olsa da…
AĞ DƏMİR Çoxdan DAM (Dövlət Avtomobil Müfəttişliyi) –də işləməyinə baxmayaraq Alının rütbəsi hə-lə də leytenant idi.Ha çalışsa da, əlinə bir “yağlı tikə” düşmədi ki, verə rəisə həm rütbəsi qalxa, həm də vəzifəsi. O, bu səhər də “ya Allah” deyib evdən çıxdı.Bu gün də gedib iş cədvəlinə qol çəkdi.Rəisdən tapşırığını alıb, xidməti maşınını minərək ona təyin olan sahəyə yollandı.Onun cavabde olduğu sahə rayon mərkəzindən 15 km aralı idı. Alı çox da qəddar deyildi.Sürücülər onunla tez razılığa gəlirdilər.Bəzən cəriməni çöldən-çölə ödəyirdilər.Bəzən də yüngül cərimə yazdırıb ona əlavə “hörmət” edirdilər.Bu da hər iki tərəfin xeyrinə olurdu.Bir sözlə, sürücülər onu, o, da sürücüləri başa düşürdü.Ona görə də “gündəliyi” pis olmurdu. Bu ərazidəki sürücülər Alını yaxşı tanıyırdılar.Oğurluq malları olan kimi “koxanı gör, kəndi bas” məsəlindən istifadə edib “işlərini” görürdülər.Elə sürücülər vardı ki, vəzifəsinə görə onula qohum da olmuşdular. Artıq axşamçağı idi.Alı xidməti maşınını minib getmək istəyirdi.Bu zaman Bakı tərəfdən ağır-ağır gələn bir “Zil” markalı maşın onun diqqətini cəlb etdi.O, dayanıb maşını gözlədi.Maşın ona çatanda Alı əlindəki “ala” cubuğu ilə sürücüyə dayanmaq işarəsi verdi.Sürücü onu 5-6 m keçən-dən sonra saxladı. Sürücü kabinədən enib ona tərəf gəldi.O, bu sürücünü və maşını birinci dəfə idi görürdü.Sürü-cü ona çatıb ədıb-ərkanla salam verdi: -Axşamın xeyir, “nəçənnik” (rəis)! –O zaman bütün sürücülər DAM –in hər bir işçisinə vəzi-fəsindən, rütbəsindən asılı olmayaraq “rəis” deyirdilər. -Aqibətin xeyir! Maşında apardığın nədi? Zəhmət olmasa özünün və apardığın yükün sənəd-lərini ver! –Alı da onunla rəsmi danışdı. -“Rəis”, sənədləri neynirsən? Al bunu, icazə ver gedim. –Sürücü ona 25-lik əskinas uzadır. -Maşındakı nədi? –Alı sürücüdən bir də soruşur. -“Rəis”, maşında bir az dəmir var.Al bu pulu, məni burax gedim. –Sürücü əlindəki pulun üs-tünə birin də əlavə edib 50 manatı ona tərəf tutur. -Hələ bir maşına baxım görüm nə var, nə yox. Alı aramla maşına yaxınlaşdı.Maşının bortu hündür olduğundan o, çətinliklə də olsa, qalxıb maşına baxdı.Sanki gözlərinə işıq gəldi.Alının əlinə “yağlı tikə” düşmüşdü.O, özündən dazı hal-da maşınsan endi.Üzünü sürücüyə tutub əda ilə dedi: -Ə, sən nə danışırsan? Maşının içi dolu ağ dəmirdi (paslanmasın deyə üzünə sink qatı çəkilən list dəmirə el arasıda “ağ dəmir” və ya “sinkovı” dəmir deyirdilər),heç sənədi də yoxdu, sən də mənə 50 manat verirsən? Bu həm də “kandiravat” (satışı qadağan olunmuş demək istəyirdi) maldı.Maşını mütləq şöbəyə aparmalıyam. -“Rəis”, 300 manat verirəm, ora aparma. –Sürücü 300 manatı cibindən çıxarıb ona təklif etdi. -Yoox, mən səni belə buraxa bilmərəm.Maşın yüklə birlikdə şöbəyə getməlidi. Oğlan məbləği qaldırdıqca, Alı “maşın şöbəyə getməlidi” deyib durmuşdu.Sürücü hesabı on min manata çatdırsa da, o, razılaşmadı.Onun tərsliyi tutmuşdu. -Otur maşına, sür arxamca! Oğlan əlacsız qalıb maşına oturdu və onun arxasınca sürdü.Alı maşını yaxınlıqdakı maşın-traktor parkına apardı.O, arabir belə edirdi.Nədənsə maşını birbaşa şöbəyə aparmağa tələsmədi. Onun daxilində bir lovğalıq baş qaldırmışdı.Sanki dünyaya məlum olmayan hansısa bir elmi ix-tira etmişdi. -Maşını içəri sal, özün də səhər saat 9-da gələrsən. Sürücü maşını gözətçi butkasından xeyli aralı, hasarın lap yaxınlığına verib saxladı.Hasarın o biri, çöl tərəfindən yol keçirdi.Qarajın içi qaranlıq idi.Bircə gözətçi duran yerdə zəif işıq yanırdı. Oğlan qarajdan çıxandan sonra Alı darvazanın qıfılına blom vurdu və gözətçiyə tapşırıq verdi: -Səhər açılmamış lap müdirin də gəlsə, mənim adımı ver darvazanı açmasın.Əgər darvazanı açıb bu maşını buraxsan, cinayətə cəlb olunacaqsan.İşdi, əgər təcili nəysə baş versə, mənə bu nömrəyə zəng edərsən.-O, evinin telefon nömrəsini bir kağıza yazıb gözətçiyə verdi. -“Baş üstə”! –Gözətçi bir qıfıl da gətirib əl qapısına vurdu. Alı sürücüdən hara gedəcəyini soruşmadan maşınına minib getdi.Sürücü oradan gəlib şəhərə gedən yola çıxdı.Boş gələn bir taksini saxlatdırıb onunla şəhərə gəldi.Şəhərdə bu taksidən düşüb başqa bir taksiyə, -məni ağır yük qaldıran avtokranı olan bir qaraja apar! –dedi.Taksi sürücüsü onu bir qaraja apardı.O, düşüb gözətçidən avtokranin sahibinin ünvanını aldı.Həm də gözətçi ilə razılığa gəldi.Həmin taksi ilə gedib avtokran sürücüsünü gətirdi.50 manat verib taksi sürücüsünü yola saldı. Oğlan avtokran sürücüsü ilə razılığa gələndən sonra gözətçiyə dedi: -Bu maşının qarajdan çıxmağın heç kim bilməməlidi! * * * Gecə yarıdan keçmişdi. Hər tərəfdə sakitlik hökm sürürdü.Bir qurbağaların quruldaması, bir də həzin əsən küləyin yırğaladığı ağacların yarpaqlarının xışıltısı eşidilirdi.Mürgülədiyini görən gö-zətçi yuxusunu dağıtmaq üçün gedib bura salınmış yük maşınına baxıb gəldi. O, heç bir təhlükə-nin olmadığına arxayınlaşdı.Ancaq az keçmiş necə yuxuya getməyindən xəbəri olmadı. Sürücü kranı hasarın yanında saxlayan kimi işıqlarını söndürdü.Oğlan cəld kabinədən çıxaraq kranın üstündən öz maşınının yük yerinə tullandı.Kran sürücüsü tez kranın qaldırıcısını işə salıb hasarın o biri tətəfinə keçirdi.Oğlan qarmaqları maşının dörd yerinə bərkitdi.Onlar maşını qaldı-rıb qoydular hasarın çöl tərəfinə.Oğlan qarmaqları maşından çıxaran kimi kran sürücüsü trosu yığdı.Hər iki maşın gecənin qaranlığında yoxa çıxdılar. Onlar qorxulu-qorxulu elə işlədilər ki, arxayınçılıq zamanı heç belə alınmazdı.Oğlan kranı gö- zətçiyə söz verdiyi vaxtdan tez gətirib qaraja qoydu.O, gözətçinin pulunu verib, kran sürücüsünü evinə apardı.Oğlan sürücünü evində düşürəndın sonra gedib yükünü apardığı yerə boşaldaraq sə-hər açılmamış şəhərdən çıxdı. Alı xidməti maşınını öz qarajlarında qoyub arxayın evinə getdi.O, özünə gör nə qədər arxayın olmuşdu ki, nə maşının nömrəsini götürmüşdü, nə də sürücüdən maşının açarını almışdı.Evdən rəisə zəng vurdu: -Rəis, əlimə bir “yağlı tikə” düşüb. Zil maşın dolu ağ dəmir tutmuşam. -Bəs neylədin? –Rəis tez soruşdu. -Aparıb salmışam kolxozun qarajına, darvazanı da blomlamışam.Səhər tapşırıq verərsiniz ge-dib bir nəfərlə gətirərik. Rəis,-lap yaxşı,-deyəndən sonra Alı dəstəyi yerinə qoydu.O, öz-özünə fikirləşdi ki, bir maşın ağ dəmir tutmaq zarafat iş deyil.Hələ bunu kim verib, hardan çıxıb, nə bilim nə,nə… axırda da sürücünün özü.Əgər sürücünün özü on min manat verirsə, deməli burda hesab lap böyükdü.Həm vəzifəm artar, həm də rütbəm… Bu xəyallarla Alı necə yuxuya getdisə, bir də saatın səhər zənginə oyandı.Alı şöbəyə çatdı ki, axtarışın rəisi onu gözləyir.Onlar qaraja yollandılar.Onlar kolxozun maşın-traktor parkına girən-də gözətçini təşviş içində gördülər.Gözətçi dedi: -“Rəis”, maşın yoxdu. -Ə, sən nə danışırsan, necə yəni maşın yoxdu? Alı tez maşın dayanan yerə getdi.Maşın həqiqətən orada yox idi.Heç elə bil burada maşın da-yanmamışdı.Gözətçini yanına çağırdı: -Maşını kim aparıb? Düzünü boynuna al, yoxsa… –Alı milis işçisi kimi gözətçiyə öz hökmünü göstərmək istədi. -“Rəis”,inanmırsan? Get darvazaya vurduğun bloma bax. Gözətçi özü də bu işə mat qalmışdı.Darvaza açılmayıb, başqa yol yox, maşın da gedib.Bu ma-şını cin apardı, şeytan apardı? Alı gedib darvazaya baxdı.Vurduğu blom yerindəydi.Hirsindən dartıb blomu qırdı.Onlar əlləri ətəklərindən uzun geri qayıtdılar. Vəzifə, rütbə əvəzinə rəis əsəbindən Alıya şiddətli töhmət verdi.
Bu gün (18 dekabr 2022-ci il tarixində) Sveta Şəms Bünyadova Bakı şəhərində yerləşən “Badi-səba” şadlıq sarayında “Özümə yeni bir sən yaratmışam” adlı yeni kitabını təqdim edib (Tədbirin gedişi zamanı müəllifə “Qızıl Qələm” və “Ziyadar” mükafatları, digər diplomlar təqdim olunub). Möhtəşəm tədbirdən fotolar:
Müəllimlik ən şərəfli peşələrdən biridir ki, zəhmətinin haqqı heç zaman ödənməz. Hər bir insanın həyatında ən önəmli insanlardan biri də onun müəllimlərdir. Belə şərəfli müəllimlərimizdən biri də Rüstəm Əşrəfovdur. 1959-cu ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Düzkənd kəndində anadan olan Rüstəm Əşrəfov 1980-ci ildə ADPU-NUN Pedaqoji fakültəsini, 1987-ci ildə isə BSU-nun Filologiya fakültəsini bitirib. Bir müddət kənd məktəbində müəllim işlədikdən sonra Sumqayıt şəhərinin bir sıra orta məktəblərində, o cümlədən 27,37, 38 saylı orta məktəbdə işləyib. 1997-2007-ci illərdə Respublika üzrə yeni Pedaqoji innovasiyalarla bağlı keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub. O praktik əməli fəaliyyətini yaradıcı elmi axtarışda da sınayaraq, 2002-2007-ci illərdə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun “Azərbaycan dili və onun təhdris metodikası” ixtisası üzrə doktoranturanı bitirmiş, 2010-cu ildə isə ADPU-nun istisaslaşmış müdafiə şurasında “Azərbaycan dilli üzrə ümumiləşdirici dərslərin təşkilində inteqrasiyanın yaradılması yolları” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik elmi dərəcəsi almışdır. Rüstəm Əşrəfov metodist-dilçi alimdir. Əşrəfovun elmi tədqiqatları üç istiqamətdə yönəlmişdir: 1.Məktəbəqədər və ibtidai təlim nəzəriyyəsi.
2.Azərbaycan dili və onun tədrisi metodikası.
3.Azərbaycan pedaqoji fikri məktəbşünaslıqda. Müəllimlik peşəsi, ixtisası və məktəbşünaslıqla bağlı respublika mətbuatında və xaricdə ( Türkiyə, İran, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Özbəkistan və Türkmənistan) müxtəlif ali məktəblərin elmi-nəzəri jurnallarında çap olunmuş 400-dən çox elmi-metodiki məqalənin, 15 fənn froqramı, 2 test toplusu, 6 kitabın, 2 monoqrafiya, 2 metodik vəsait , 1 dərs vəsaiti və 1 dərsliyin müəllifidir. 2005-cü ildən AJB-nin üzvüdür. 2003-cü ildən SDU-nun filologiya fakültəsində müəllim kimi elmi pedaqoji fəaliyyətə başlayıb və hal-hazırda da universitetin “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasında dosent vəzifəsində çalışır. Ömrünü elmə həsr edən dəyərli müəlimə can sağlığı arzu edirik.